Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-89/2021 01.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 mənzil 82 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə və ona tanışı X2 Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə, hər dəfə ünvan 3 ünvanında fəaliyyət göstərən «Metropark» ticarət mərkəzinin qarşısında ilk dəfə xx xxxxxx 2019-cu il tarixdə 8.000 manat, sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə 2.000 manat olmaqla ümumilikdə 10.000 manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı X1 X5 şöbəsinin baş inspektoru vəzifəsində işləmiş və 2014-cü ildə işdən azad olunmuşdur. Həmin vaxtdan sonra rəsmi olaraq heç bir yerdə işləməmişdir. Zərərçəkmiş şəxs ilə 2018-ci ilin ortalarında «Facebook» sosial şəbəkəsi vasitəsi ilə tanış olmuşdur. Tanışlıqları zamanı o, Zərərçəkmiş şəxs əvvəllər Penitensiar Xidmətdə işlədiyini və lazım olarsa müəyyən şəxsləri həmin Xidmətdə işə düzəltmək üçün əlaqələrinin olduğunu bildirmişdir. 2019-cu ilin dekabr ayının ortalarında Zərərçəkmiş şəxs onunla əlaqə saxlayaraq, Səlim Səlimov adlı bir tanışını Penitensiar Xidmətində işə düzəlmək istəməsini bildirmiş və bununla bağlı ona köməklik göstərməyini xahiş etmişdir. Həmin vaxt o, Ədliyyə Nazirliyində işlədiyi dövrdə yaranmış əlaqələrindən istifadə edərək Zərərçəkmiş şəxs tanışını işə düzəldib qazanc əldə edə biləcəyini düşünmüş, buna görə də Zərərçəkmiş şəxs, onun tanışını Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə işə düzəldə biləcəyini, bunun üçün isə 10.000 manat pul tələb olunduğunu bildirmişdir. Zərərçəkmiş şəxs onun təklifi ilə razılaşmışdır. İlk dəfə xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs onunla əlaqə saxlayaraq pulun 8.000 manatını verəcəyini, qalan 2.000 manatı isə bir neçə gün sonra verəcəyini bildirmişdir. Həmin tarixdə o, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «Metro park» ticarət mərkəzinin qarşısında Zərərçəkmiş şəxs ilə görüşmüşdür. Orada Zərərçəkmiş şəxs ona 8.000 manat pul vermişdir. Həmin vaxt o, aldığı pulun 500 manatını vasitəçilik etdiyinə görə Zərərçəkmiş şəxs vermişdir. Növbəti dəfə xx xxxxxx 2020-ci il tarixdə o, yenə də «Metropark» ticarət mərkəzinin qarşısında Zərərçəkmiş şəxs ilə görüşmüş, orada Kəmalə xanım ona qalan 2.000 manat pulu vermiş və o, həmin puldan 500 manatını vasitəçilik etdiyi üçün Zərərçəkmiş şəxs vermişdir. Beləliklə o, ümumilikdə 9.000 manat pulu qəbul etdikdən sonra Zərərçəkmiş şəxs bildirmişdir ki, təxminən 2 ay ərzində onun tanışı X3 Xidmətdə işlə təmin etdirəcəkdir. Lakin sonradan o, Ədliyyə Nazirliyində birlikdə işlədiyi tanışları ilə əlaqə saxlaya bilməmiş, bu səbəbdən Zərərçəkmiş şəxs verdiyi vədə əməl edə bilməmiş və həmin ərəfədə maddi imkanı pis olduğu üçün Zərərçəkmiş şəxs aldığı 9.000 manat pulu öz ehtiyaclarına sərf etmişdir. Onun özünün heç bir şəxsi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işlə təmin etmək səlahiyyəti olmamışdır. Zərərçəkmiş şəxs aldığı pulları öz ehtiyaclarına sərf etmiş və ona verdiyi vədlə bağlı heç kimə müraciət etməmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək zərərçəkmiş şəxslə barışdığını, vurulmuş ziyanın zərərçəkmiş şəxsə tam ödənildiyini, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə təxminən 2018-ci ilin ortalarında tanış olmuşdur. Tanışlıqları zamanı Təqsirləndirilən şəxs ona Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işləməsini bildirmiş, lakin konkret olaraq hansı vəzifədə çalışdığını deməmişdir. Ümumi söhbət əsnasında Təqsirləndirilən şəxs ona işlədiyi Xidmətin Kadrlar şöbəsi ilə əlaqələrinin olduğunu və istənilən şəxsi həmin Xidmətdə işə düzəldə biləcəyini bildirmişdir. 2019-cu ilin dekabr ayının ortalarında, artıq bir neçə ildir ki, rəfiqəsi olan, Şəki rayonu Aşağı Göynük kəndində yaşayan Firəngiz xanım, eləcə də onun həyat yoldaşı İsmayıl Səlimov ona, övladları X4 Xidmətdə işə düzəltmək istəmələrini, lakin Şəki rayonunda yaşadıqları üçün tez-tez Bakı şəhərinə gələ bilmədiklərini, övladlarının işə düzəlməsi ilə bağlı hansı quruma və necə müraciət etməli olduqlarını bilmədiklərini bildirmişlər və bununla bağlı onlara köməklik göstərməyini xahiş etmişlər. Həmin vaxt o, Təqsirləndirilən şəxs sözlərini xatırlamış və dərhal Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq bu barədə soruşmuşdur. Təqsirləndirilən şəxs da ona, maraqlanıb cavab verəcəyini bildirmişdir. Təxminən 2 gün sonra Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq ona, bu işi həll edə biləcəyini, yəni X4 Xidmətə işə düzəldə biləcəyini, bunun üçün isə 10.000 manat pul tələb olunduğunu bildirmişdir. O, da bu barədə Firəngiz xanıma məlumat vermişdir. Firəngiz xanım Təqsirləndirilən şəxs təklifi ilə razılaşmış, lakin həmin vaxt cəmi 8.000 manat pulunun olduğunu, qalan 2.000 manatı isə bir neçə günə verəcəyini bildirmişdir. O, bu barədə Təqsirləndirilən şəxs bildirmiş, Elbrus da həmin təkliflə razılaşmışdır. İlk dəfə xx xxxxxx 2019-cu il tarixdə Firəngiz xanım Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «Metropark» ticarət mərkəzinin qarşısında onunla görüşərək orada ona 8.000 manat pul vermişdir. O, dərhal Təqsirləndirilən şəxs zəng edərək həmin ünvana çağırmış və Firəngiz xanımın verdiyi 8.000 manat pulu Elbrusa vermişdir. Elbrus pulu sayıb götürdükdən sonra ona, ən geci bir ay ərzində Səlim Səlimovu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işə düzəldəcəyini bildirmişdir. Növbəti dəfə xx xxxxxx 2020-ci il tarixdə Firəngiz xanım yenə də eyni ünvanda, yəni «Metropark» ticarət mərkəzinin qarşısında onunla görüşərək ona 2.000 manat pul vermiş, o, isə dərhal Təqsirləndirilən şəxsla həmin ünvanda görüşərək 2.000 manat pulu Elbrusa vermişdir. Təqsirləndirilən şəxs vəd etdiyi bir ay müddət başa çatdıqdan sonra müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamış, lakin hər dəfə əlaqə saxladığı zaman işin tezliklə düzəldəcəyini deyərək onu inandırırmışdır. Sonuncu dəfə 2020-ci ilin iyun ayının əvvəllərində Təqsirləndirilən şəxs ona, Səlim Səlimovun işlə təmin olunmasını, sənədlərinin hazır olmasını bildirmiş və Səlim Səlimovun sənədlərlə tanış olması üçün, işə qəbul olması barədə əmrin surətini götürmək üçün xx xxxx 2020-ci il tarixdə saat 10 radələrində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə getməsini tapşırmışdır. Qeyd olunan tarixdə, yəni xx xxxx 2020-ci il tarixdə o, Təqsirləndirilən şəxs dediklərinin həqiqət olub-olmamasını aydınlaşdırmaq üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə gedərək maraqlanmış və bu zaman məlum olmuşdur ki, Səlim Səlimov adlı şəxsin işə qəbul olunması barədə həmin idarəyə heç bir müraciət edilməmişdir. Artıq bundan sonra o, Təqsirləndirilən şəxs tərəfindən aldanılmağını və Elbrusun ona olan inamından istifadə edərək 10.000 manat pulu alıb ələ keçirməsini başa düşmüşdür. Bundan sonra o, Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq ondan aldığı pulu qaytarmasını tələb etməyə başlamışdır. Həmin vaxtdan sonra Elbrus hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamış, lakin nəticədə ona heç bir pul qaytarmamışdır. 2019cu ilin təxminən noyabr ayında o, məcburiyyət qarşısında qalaraq öz vəsaiti hesabına Firəngiz xanımdan aldığı 10.000 manat pulu geri qaytarmışdır. Həmin vaxtdan hazırki vaxtadək Təqsirləndirilən şəxs hər dəfə ona müxtəlif bəhanələr gətirərək pulunu qaytarmaqdan yayınmışdır. Nəticədə o, Təqsirləndirilən şəxs yalandan vaxtı uzatmasını və ona pul qaytarmaq niyyətində olmamasını başa düşərək onun hərəkətləri ilə bağlı Nərimanov rayon Polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs verdiyi pul rəfiqəsi Şahid məxsus olmuş, lakin nəticədə o, Təqsirləndirilən şəxs tərəfindən aldanılmağını başa düşdükdən sonra Şahid pulunu tam şəkildə qaytarmış və Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində yalnız ona 10.000 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamadığını, qeyd etdiklərinin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda o, məhkəməyə teleqram vuraraq xəstə olduğu üçün məhkəmə iclasında iştirak edə bilmədiyini, Nərimanov Rayon Polis İdarəsində verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 15-16-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 69.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 3750 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu ildə cəriməni tam ödəmiş və qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 54-55-ci vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxxxxx 2020-ci tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 81-ci vərəqində olan xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi Pərviz Məmmədov həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında Azərbaycan Respublikası CM-nin 178.2.4 maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ödənilməsi üçün 1.000 (bir min) manat məbləğində pulu istintaqa təqdim etmişdir. Həmin pul 10 ədəd 100 manatlıq əskinazlar ilə təqdim olunmuş və tərəfindən qəbul edilmişdir. Cinayət işinin 82-ci vərəqində olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs həmin qəbzi ondan ötrü verir ki, Təqsirləndirilən şəxs ona ödəməli olduğu maddi ziyandan 1.000 (bir min) manatını qəbul etmişdir. Cinayət işinin 85-87-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi Pərviz Məmmədovun xx.xx.2020-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və Təqsirləndirilən şəxs qərar elan edilməklə həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin 89-cu vərəqində olan “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 93-cü vərəqəsində olan Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli 17/74-867/7 nömrəli məktubundan görünür ki, xx.xx.1975ci il təvəllüdlü, Bakı şəhəri 20 Yanvar küçəsi ev 15C mənzil 117-də qeydiyyatda olan və ünvan 4 məznil 82 ünvanında yaşayan Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, 1(011)-238 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3750 manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəriməni tam olaraq xx.xx.2019-cu il tarixdə müvafiq bank hesabına ödəmişdir. Cinayət işinin 94-99-cu vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 1(011)-238/2018 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 4.500 (dörd min beş yüz) manat cərimə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün və həbsdə saxlanıldığı 17 (on yeddi) gür müddət nəzərə alınmaqla cərimə cəzası yüngülləşdirilərək üzərində 3.750 (üç min yeddi yüz əlli) manat miqdarında cərimə cəzasının saxlanılması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsi və onun məhkəmə iclas zalından azad edilməsi, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Cinayət işinin 100-cü vərəqində olan xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi Pərviz Məmmədov həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında Azərbaycan Respublikası CM-nin 178.2.4 maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ödənilməsi üçün 1.000 (bir min) manat məbləğində pulu istintaqa təqdim etmişdir. Həmin pul 10 ədəd 100 manatlıq əskinazlar ilə təqdim olunmuş və tərəfindən qəbul edilmişdir. Cinayət işinin 101-ci vərəqində olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs həmin qəbzi ondan ötrü verir ki, Təqsirləndirilən şəxs ona ödəməli olduğu maddi ziyandan 1.000 (bir min) manatını qəbul etmişdir. Cinayət işinin 102-ci vərəqində olan xx xxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi Pərviz Məmmədov həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında Azərbaycan Respublikası CM-nin 178.2.4 maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ödənilməsi üçün 1.100 (bir min yüz) manat məbləğində pulu istintaqa təqdim etmişdir. Həmin pul 11 ədəd 100 manatlıq əskinazlar ilə təqdim olunmuş və tərəfindən qəbul edilmişdir. Cinayət işinin 103-cü vərəqində olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs həmin qəbzi ondan ötrü verir ki, Təqsirləndirilən şəxs ona ödəməli olduğu maddi ziyandan 1.100 (bir min yüz) manatını qəbul etmişdir. Cinayət işinin 109-cu vərəqində olan “X7 LTD” MTK-nın sədri R.İ.Əkbərov tərəfindən tərtib edilmiş və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə ünvanlanmış xx xxxxxxx 2020-ci il tarixli, 96 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 110-cu vərəqində olan xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi Pərviz Məmmədov həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında Azərbaycan Respublikası CM-nin 178.2.4 maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ödənilməsi üçün 900 (doqquz yüz) manat məbləğində pulu istintaqa təqdim etmişdir. Həmin pul 9 ədəd 100 manatlıq əskinazlar ilə təqdim olunmuş və tərəfindən qəbul edilmişdir. Cinayət işinin 111-ci vərəqində olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs həmin qəbzi ondan ötrü verir ki, Təqsirləndirilən şəxs ona ödəməli olduğu maddi ziyandan 900 (doqquz yüz) manatını qəbul etmişdir. Cinayət işinin 112-ci vərəqində olan xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi Pərviz Məmmədov həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında Azərbaycan Respublikası CM-nin 178.2.4 maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ödənilməsi üçün 500 (beş yüz) manat məbləğində pulu istintaqa təqdim etmişdir. Həmin pul 05 ədəd 100 manatlıq əskinazlar ilə təqdim olunmuş və tərəfindən qəbul edilmişdir. Cinayət işinin 113-cü vərəqində olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs həmin qəbzi ondan ötrü verir ki, Təqsirləndirilən şəxs ona ödəməli olduğu maddi ziyandan 500 (beş yüz) manatını qəbul etmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, 1(005)-89/2021 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Qeyd edilənləri nəzərə alıb iş üzə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, 1(005)-89/2021 saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, dəymiş ziyan tam ödənilmişdir. Qeyd edilənləri nəzərə alıb iş üzə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş “Kapital Bank”ın xx.xx.2021-ci il tarixli, 3455 nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cəmi 2503,00 (iki min beş yüz üç) manat məbləğində vəsait dövlət büdcəsinə köçürülmüşdür. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə—min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 178.2.4-cü maddəsinə əsasən eyni əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə- dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işinin icraatına xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 (iyirmi dörd) iş saatına görə 144 (yüz qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 24 (iyirmi dörd) iş saatına görə 144 (yüz qırx dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-89/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-89/2021
01.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver