Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-9/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “Yusifbəyli və Partntorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs hüquqi varisi X8 iştirakları ilə xx xxxxxxx 1961-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, “X6” Dalğıc şöbəsində həkim işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 iyun 2018-ci il tarixdə saat 23:02:58-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus «Mersedes Benz E 270 CDİ» markalı boz metal rəngli **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti ilə metronun «Koroğlu» stansiyası istiqamətində 80-85 km/saat sürətlə hərəkətdə olarkən «Bağırov» adlanan körpünün alt hissəsi Heydər Əliyev prospekti 72 ünvanda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar - tələblərinə əməl etməli olduğu halda, qanunun tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq yerə yıxılmış vəziyyətdə olan piyada X5 baş nahiyəsinin üzərindən keçməklə, ehtiyatsızlıqdan piyada İlqar Səlimova kəllə əsası və qapağı, eləcə də üz sklet sümüklərinin çox qəlpəli basılmış sınıqları, sərt qişanın, baş beyin toxumasının zədələnməsi, baş beyin toxumasına və yan mədəciklərə qansızma, sol göz ətrafının hemotoması, başın sağ ənsə nahiyəsinin əzilmiş cırılmış yaraları xəsarətlərindən ölməsi ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükə törədərək ölümünə səbəb olduğundan sağlamlığa AGİR zərər vurmaya aid xəsarətlər yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 21 iyun 2018-ci il tarixdə saat 23 radələrində o, Şüvəlan qəsəbəsində yerləşən bağ evinə getmək məqsədilə idarə etdiyi özünə məxsus «Mersedes Benz E 270» markalı boz metal rəngli **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Heydər Əliyev prospektinin yolun qoşa xəttinə yaxın birinci zolaqla 80-85 km/saat sürətlə hərəkətdə olarkən «Bağırov» körpüsünün altında yolun sağ və sol tərəflərində nəqliyyat vasitələrinin dayandığını görmüş, həmin nəqliyyat vasitələrinin bərabərliyindən keçərkən idarə etdiyi avtomobildə silkələnmə baş vermişdir. Elə təəsürat yarandı ki, avtomobilin sol qabaq təkəri hansısa alçaq maneənin üstündən keçdi. O, hesab etmişdir ki, həmin maneə yolun hərəkət hissəsinə düşmüş predmet daş, taxta və s. ola bilər. Onun arxası ilə avtomobillərin intensiv hərəkəti olduğundan nə baş veriyini aydınlaşdırmaq üçün idarə etdiyi avtomobilini saxlaya bilməmiş və yoluna davam edib Şüvəlana bağ evinə getmişdir. Həmin gün nə qarşısında, nə də arxasında gələn avtomobillər də hərəkətini dayandırmadığından, onda hər hansı bir narahatçılıq hissi yaranmamış və insan meyitinin üstündən keçməyi ağlına belə gəlməmişdir. Səhərisi günü, gün işığında avtomobilinə baxdıqda avtomobilin üzərində, qabağında əzilən nə isə görməmişdir. Səhərisi günü, gündüz idarə etdiyi avtomobillə şəhərə qayıdanda, həmin yerdə avtomobilini dayandırıb həmin yerə baxmış, lakin hər hansı bir iz görməmişdir. 21 yanvar 2019-cu il tarixdə Nərimanov RPİ-yə çağırıldıqdan sonra ona məlum olmuşdur ki, onun üzərindən keçdiyi maneə - başqa bir avtomobilin vurub asvaltın üzərinə atdığı piyada olmuşdur. O, bununla bağlı hər-hansı bir sübut və ya video görüntü tələb etsə də, müstəntiq ona heç bir sübut təqdim etməmişdir. Bununla yanaşı ona bildirmişlər ki, həmin zərərçəkmiş şəxs məhz onun üzərindən keçməyi səbəbindən dünyasını dəyişmişdir və bu səbəbdən həmin şəxsin dəfn və hüzr xərclərini o, ödəməlidir. O, həmin xərcləri ödədikdən sonra, hesab etmişdir ki, artıq bu məsələ bağlanmışdır. Lakin 11 ay sonra başqa bir müstəntiq onu polis idarəsinə dəvət edib onu təqsirləndirilən şəxs qismində cəlb etmiş və hazırki ittihamı ona elan etmişdir. Sonda Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, cinayət işinin materiallarına əsasən ona məlum olmuşdur ki, onun tanımadığı Təqsirləndirilən şəxs, 21 iyun 2018-ci il tarixdə saat 23.00 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus «Mersedes Benz» markalı avtomobillə Nərimanov rayonu Heydər Əliyev prospekti 72 ünvanda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, yerə yıxılmış vəziyyətdə olan piyada X5 üzərindən keçməklə, ehtiyatsızlıqdan İlqar Səlimova kəllə əsası və qapağı, eləcə də üz sklet sümüklərinin çox qəlpəli basılmış sınıqları, sərt qişanın, baş beyin toxumasının zədələnməsi, baş beyin toxumasına və yan mədəciklərə qansızma, sol göz ətrafının hemotoması, başın sağ ənsə nahiyəsinin əzilmiş cırılmış yaraları xəsarətlərindən ölməsi ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükə törədərək ölümünə səbəb olduğundan sağlamlığa AGİR zərər vurmaya aid xəsarətlər yetirmişdir. Hətda bildiyinə görə Fərid müəllim mərhumun dəfn və hüzr xərclərini qarşılamışdır. X1 ailə üzvləri və ya qohumları müəyyən edilmədiyindən, zərərçəkmiş şəxsin hüquqlarını həyata keçirmək üçün vəkil kimi o, dəvət edilmişdir. Sonda zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X15 Təqsirləndirilən şəxs şikayətçi olmadıqlarını bildirdi. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 və Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Cinayət işinin İİ cildinin 84-86-cı vərəqələrində olan Şahid2 istintaq orqanına verdiyi ifadəsindən görünür ki, o, özünə məxsus «Hyundai» markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobillə tək Nərimanov rayonu Heydər Əliyev prospekti ilə metronun «Koroğlu» stansiyası istiqamətində hərəkətdə olarkən «Bağırov» köpüsünün altında əvvəl tanımadığı bir nəfər piyada kişinin səndələyərək avtomobillər üçün nəzərdə tutulmuş yolda hərəkət etdiyini görmüşdür. Həmin şəxsin səndələməsindən onun sərxoş olduğunu başa düşüb, onun yol nəqliyyat hadisəsi nəticəsində qəzaya məruz qala bilmə təhlükəsi olduğunu güman edib, onu yoldan çıxarmaqdan ötrü metronun «Koroğlu» stansiyasının yanındakı döngədən geri qayıtmışdır. Bir neçə dəqiqə sonra Nərimanov rayonu Heydər Əliyev prospekti ilə «Günəş» şadlıq evi istiqamətində hərəkətdə olarkən «Bağırov» adlanan körpünün altında təxminən 70-80 metr qarşısında, eyni istiqamətdə hərəkət edən, sonradan dəqiq ona məlum olan «Ford EDGE» markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfi ilə bir qədər əvvəl gördüyü hazırda ona adı məlum olan piyada - X9 vurduğunu, zərbədən piyadanın yolun əks hərəkət hissəsi tərəfə, qoşa xəttə yaxın hissəyə düşdüyünü görmüşdür. «Ford EDGE» markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil bir neçə metr getmiş, yolun sağ kənarında saxlamışdır. O da köməklik məqsədilə idarə etdiyi avtomobili yolun sağ kənarında saxlamışdır. Nə baş verdiyini aydınlaşdırmaq üçün «Ford EDGE» markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşdıqda sürücünün yaşlı bir kişi olduğunu görmüşdür. Həmin vaxt əvvəl tanımadığı sonradan adı ona məlum olan sürücü Şahid1 halının pisləşdiyini görüb, avtomobilinin qapısı zədələndiyindən açılmadığına görə köməklik edərək, avtomobilin qapısını açmış və Tofiqin maşından düşməsinə köməklik etmişdir. Həmin vaxt o, piyadanın zərbədən öldüyünü güman edərək sürücü Tofiqə köməklik etməyə, su verib sakitləşdirməyə çalışmışdır. Bütün bunlar təxminən 2-3 dəqiqə ərzində davam etmişdir. Tofiq bir qədər özünə gələndən sonra onunla birlikdə piyadaya tərəf yaxnlaşmaq istəyəndə piyadanın tərpəndiyini, ayağa qalxmağa cəhd etdiyini görəndə onun sağ olduğunu başa düşmüşdür. Həmin vaxt da yoldan götürmək üçün piyadaya tərəf 2-3 addım getmişlər ki, metronun «Koroğlu» stansiyası istiqamətində hərəkətdə olan qaranlıq olduğundan dövlət qeydiyyat nömrə nişanlarını görmədiyi, xalq arasında «dörd göz» kimi tanınan quruluşuna görə oxşatdığı, boz rəngli «Mersedes» markalı avtomobil, yerdə uzanıqlı vəziyyətdə olan piyadanın üzərindən keçmiş və bundan sonra onun asvalt üzərində vəziyyəti dəyişmişdir. Həmin vaxt piyada tam hərəkətsiz vəziyyətdə olmuşdur. Piyadanın üzərindən keçən avtomobil sürətlə oradan uzaqlaşdığından o, həmin avtomobilin markası və dövlət qeydiyyat nişanını görməmişdir. Tofiq, həkim olduğunu deyib qoşa xəttin üzərində qalmış piyadaya yaxınlaşmış və yerdə uzanmış vəziyətdə olan kişinin nəbzini yoxlayanda nəbzin vurmadığını, piyadanın öldüyünü demişdir. Həmin vaxt Tofiqin halı yenə də pisləşmiş və o, özündə olmadığından öz mobil telefonunu ona verərək oğlu ilə danışmasını xahiş etmişdir. O da Tofiqin mobil telefonu ilə onun tanımadığı Mahmud adlı oğlu ilə danışaraq atasının yol nəqliyyat hadisəsi törətməsi barədə məlumat vermişdir. Bir qədər sonra Dövlət yol polisinin əməkdaşları hadisə yerinə gəlmişdir. Hadisə nəticəsində xəsarət alan naməlum kişi artıq ölmüş vəziyyətdə olduğundan polis işçiləri hadisə yerinin mühafizəsini təşkil etmişlər. Daha sonra Mahmud tanımadığı bir kişi ilə birlikdə hadisə yerinə gəlmişdir. Həmin vaxt çağırışdan qayıdan «Medialand» Hospitalına məxsus təcili yardım avtomobilində hadisə yerindən gələn tibb briqadası hadisəni görüb saxlamış, onlar da piyadanın artıq ölmüş vəziyyətdə olmasını, habelə Tofiqin hadisə nəticəsində stres keçirdiyini, səhhətinin pisləşməsini görüb Tofiqi təcili yardım avtomobilinə otuzdurmuşlar. Tofiqin təzyiqi və şəkəri yüksək səviyyədə olduğu müəyyən olunduğundan ona ilkin tibbi yardım göstərərək, səhhətinin pisləşdiyinə görə hospitala gedib orada tibbi yardım almağı təkid etmişlər. Səhhətinin pisləşməsinə görə orada olan polis işçilərindən icazə alıb onu «Mediland» hospitalına aparmışlar. Bundan sonra o da da işilə əlaqədar oradan getmişdir. Bundan əlavə, Şahid2, Tofiqin idarə etdiyi avtomobillə piyadanı vurduğunu görəndən sonra piyadanın öldüyünü zənn edərək bu səbəbdən də Tofiqə köməklik etmək istədiyini, həmçinin hadisədən özü də qorxduğundan ilk olaraq piyadaya yaxınlaşmadığını, hadisə baş verən avtomobil yolunda nəqliyyat vasitələri intensiv hərəkət etdiyindən piyadaya yaxınlaşmağa çətinlik yarandığını, Tofiqi maşından düşürəndən sonra piyadanın tərpəndiyini və ayağa qalxmağa cəhd etdiyini görəndən sonra onun sağ olduğunu başa düşdüyünü, həmin vaxt piyadaya yaxınlaşmaq istəyəndə isə Mersedes markalı avtomobil onun üzərindən keçdiyini, piyadanın üzərindən başqa bir avtomobil keçmədiyini qeyd etmişdir. Cinayət işinin İ cildinin 71-74-cü vərəqələrində olan Şahid1 istintaq orqanına verdiyi ifadəsindən görünür ki, o, 21 iyun 2018-ci il tarixdə qız nəvəsi dünyaya gəlməsi münasibətilə Şüvəlan qəsəbəsində olan bağ evindən saat 23 radələrində özünə məxsus «Ford EC» markalı ** VA *** dövlət qeydiyyat nişanlı avtomobillə tək «Bağırov» köpüsünün altından şəhər istiqamətində gedərkən avtomobili sol sırada təxminən 70-80 km/saat sürətlə idarə etmişdir. Həmin vaxt əks istiqamətdən də avtomobillər digər zolaqla sürətli hərəkətdə olmuş, hər iki zolaqda iki sıra nəqliyyat vasitələri hərəkət etmişdir. Hərəkətdə olarkən 2-3 metrdən piyadanı görmüş, həmin anda ayağını tormoza atıb sükanı sağa çəksə də idarə etdiyi avtomobilin sol qabaq qanadı ona dəymiş, dərhal avtomobili yolun sağ kənarına verib saxlamışdır. Sonra avtomobili təxminən 10-15 metr arxaya verib, avtomobildən düşəndə əks hərəkət zolağında qoşa xəttə yaxın yerdə orta yaşlı bir kişinin uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. O, ilk dəfə idi ki, bu cür yol nəqliyyat hadisəsi törətdiyinə və belə bir hadisənin şahidi olduğuna görə həyəcanlanmış və hadisədən çox sarsılmışdır. Həmin vaxt yoldan keçən onun tanımadığı nəqliyyat vasitələrinin sürücüləri, o cümlədən onlardan biri sonradan adının Akif olduğunu bildiyi oğlanın köməkliyi ilə avtomobildən düşdükdən sonra yolun orta hissəsində qalmış piyadaya yaxınlaşmaq istədiyi zaman piyadanın üzərindən «Koroğlu» istiqamətinə hərəkət edən minik avtomobilinin keçməsini və piyadanın asvalt üzərində vəziyyətinin dəyişməsini görmüşdür. Piyadanın üzərindən keçən avtomobil sürətlə oradan uzaqlaşdığından o, həmin avtomobilin markası və dövlət qeydiyyat nişanını götürə bilməmişdir. Bir qədər sonra Dövlət yol polisinin əməkdaşları hadisə yerinə gəlmiş, hadisə nəticəsində xəsarət alan naməlum kişi artıq ölmüş vəziyyətdə olduğundan, polis işçiləri hadisə yerinin mühafizəsini təşkil etmişlər. Onun xahişi ilə Akif onun telefonu ilə oğlu Mahmudla danışaraq onun hadisə törətməsi barədə məlumat vermişdir. Bir qədər sonra oğlu Mahmud qudası Boris ilə birlikdə hadisə yerinə gəlmişdir. Həmin vaxt çağırışdan qayıdan «Medialad» Hospitalına məxsus təcili yardım avtomobilində hadisə yerindən gələn tibb briqadası hadisəni görüb saxlamış, onlar da piyadanın artıq ölmüş vəziyyətdə olmasını, habelə onun hadisə nəticəsində stres keçirdiyini, səhhətinin pisləşməsini görüb onu həmin təcili yardım avtomobilinə otuzdurmuş, təzyiqi və şəkəri yüksək səviyyədə olduğu müəyyən olunduğundan ona ilkin tibbi yardım göstərmiş, orada olan polis işçilərindən icazə alıb onu «Mediland» hospitalına aparmış, tibbi yardım göstərildikdən sonra o, xəstəxananı tərk edib, Nərimanov rayon Polis İdarəsinə gəlmişdir. Cinayət işinin İ cildinin 4-7-ci vərəqələrində olan “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” 21 iyun 2018-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Heydər Əliyev prospekti 72 ünvanın yaxınlığıdır. Yolun örtüyünün növü asvaltdır, vəziyyəti qurudur. Yol örtüyünün hər iki istiqamət üçün eni 20,40 metr, işlək hissəsinin eni 18 metr, ayrıcı zolağının eni 0,40 metr, hərəkət zolaqlarının sayı 6-dır. Cinayət işinin İ cildinin 45-64-cü vərəqələrində olan “Azərbaycan Respublikası DİNnin Təhlükəsiz şəhər xidmətindən daxil olmuş DVD disklərinə baxış keçirilməsi haqqında” 21 iyul 2018-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X2 Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-cı maddələrinin tələblərinə riayət etməklə Nərimanov RPİ-nin İŞ-nin rəisi X3 iştirakı ilə həmin protokolu ondan ötəri tərtib etmişdir ki, Şahid1 21 iyun 2018-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri Nərimanov rayonu H.Əliyev prospekti 72 ünvanda, «Bağırov körpüsü» adlanan körpünün altından keçən tüneldə idarə etdiyi «Ford EDGE » markalı ** VA *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən yolu keçən piydanı vurması, piyadanın almış olduğu xəsarətlərdən ölməsin faktına Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin istintaq zərurəti ilə əlaqədar olaraq hadisənin baş vermə anını özündə əks etdirən Azərbaycan Respublikası DİN-nin Təhlükəsiz Şəhər Xidmətindən daxil olmuş 03 (üç) ədəd DVD diskinə xidməti iş otağında olan «ACER » markalı kompüterdə baxış keçirmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, diskdə N033-001. avi. N033-002-Part 1 (2018-06-21 22-54-58), N033-002-Part 2 (2018-06-21 23-07-30). N033-003-Part İ (2018-06-21 22-54-59, N033-002-Part 2 (2018- 06-21 23-03-02). N033-Q04-Pari 1 (2018-06-21 22-54- 59, N033-002-Part 2 (2018-06-21 23-02-50) saylı kameralardan çəkilmiş görüntülər vardır. Görünütlər ağ-qara rəngdədir. Təqdim olunan diskdəki N033-001 kamerasındakı çəkilmiş görünütlərə baxış zamanı müəyyən olundu ki, kadrlar 21.06.2018-ci il tarixdə saat 22:54:17 başlayır. H.Əliyev prospektindəki yolda hər iki istiqamətdə üç hərəkət zolağı vardır və avtomobillər qarşıqarşı sürətlə hərəkət edirlər. Həmin hərəkət zolaqlarını bir birindən ortada olan bütöv qoşa xətt ayırır. Görüntülər H.Əliyev prospektində «Bağırov» körpüsünün altındakı tüneldən Nərimanov rayonu «Kosmos» adlanan ərazi istiqamətindəki çıxışa olan hissədir. Çəkiliş «Bağırov» körpüsünün çıxışında olan tüneldən «Kosmos» istiqamətinə tərəf aparılmışdır.Videokadrlardan görünür ki, tunelin qurtaracağında yolun sağında dayanmış kişi cinsli piyadanın saat 22:56:49-da nəqliyyat vasitələrinin arasından yolu sola doğru keçir. Sonrakı görüntülərdə həmin şəxs üzü «Koroğlu» metrosu istiqamətində birici hərəkət zolağı ilə yolu sağa-sola ləngər vura vura tünelə tərəf hərəkət edir. Sonra piyada öz hərəkət istiqamətində yolun sağında olan səkinin üzərinə çıxır, bir neçə saniyə səkinin üzərində dayanır. Ondan sonra həmin piyda saat 22:58:57-də yolun hərəkət hissəsinə düşüb avtomobillərin arasından yolu düzünə əks tərəfə keçmək üçün yavaş addımlarla sola baxaraq hərəkət edir. Saat 22:59:05-də sonuncu, 3-cü zolaqla Koroğlu istiqamətinə hərəkət edən naməlum «CİP» markalı avtomobil piyadanı vurmamaq üçün manevr edib avtomobilin yarı hissəsini əks istiqamətdə olan yola çıxmaqla qəzadan yayınır. Həmin nömrəsi görünməyən «CİP» markalı avtomobilin keçməsindən sonra saat 22:59:18-da piyadanın qoşa xəttin üzərində dayanması görünür. Sonra isə həmin piyada hərəkət istiqamətlərini bir birindən ayıran bütöv qoşa xəttin üstü ilə ləngər vura-vura tünelin içərisinə doğru hərəkət edir. Piyadanın bu hərəkətləri tünelin altından keçən avtomobillərin hərəkəti üçün təhlükə yaratdığından eyni istiqamətdə hərəkət edən avtomobillərin piydanın yanından keçərkən qəza işıq siqnalını yandırıb məcburi manevr edirlər. Saat 22:59:31-də piyada yenidən gəldiyi istiqamətə qayıtmaq üçün təxminən 1 metr məsafədə yolun hərəkət zolağına daxil olur. Həmin vaxt yolda olan nəqliyyat vasitələri piyadanı vurmamaları üçün məcburi manevr edirlər. Ondan sonra piyada yenidən bütöv qoşa xəttin üzərinə qayıdır. 22.59:43-də piyada əks istiqamətdə birinci hərəkət zolağının tən ortasında dayanmışdır. Piyadının orada dayanmasını görən nəqliyyat vasitələrinin sürücüləri qəza işığını yandırıb məcburi manevr edir. Sonra piyada nəqliyyat vasitələrinin gəldiyini görüb iti addımlarla yolu sağa keçir və saat 22:59:57-də artıq yolun sağ tərəfində kənarında bir anlığa dayanır. Ağ qara görüntülərdə həmin şəxsin əynində köynəyi ağ, şalvarı qara rəngdə görünür. Piyada yenidən yolun hərəkət hissəsinin kənarı ilə üzü tünelə doğru hərəkət edir. Saat 23:00:20-də yenidən yolu keçməyə başlayır. Həmin anda ikinci hərəkət zolağı ilə ağ rəngli minik avtomobili piyadanın yolu keçməsini görüb sağa manevr edir, piyada da hərəkətini bır qədər yavaşdır, həmin avtomobilin keçməsindən sonra piyada arxasınca qara rəngli minik markalı avtomobil hərəkət edir və həmin avtomobilin sürücüsü piyadanın yolu keçməsini gördükdə sola doğru manevr edir, hətta qoşa xəttin üstünə çıxır. 23:00:28-də piyada yolun orta qoşa xəttinin üzərində dayanır və yolu keçmədən çevrilib saat 23:00:30 yenidən gəldiyi istiqamətdə geriyə qayıdır. Yolu üfiqi vəziyyətdə Koroğlu istiqamətində (tünelə doğru) təxminən 4 xırda addım atır və 1-ci hərəkət zolağının ortasından bir qədər qabağa daxil olmuş vəziyyətdə bir anlığa dayanır. Həmin an 23:00:34 göstərir. Saat 23:00:36-da düzünə, metronun Koroğlu stansiyası istiqamətində tünelə doğru qoşa xəttə paralel, yəni həmin zolaqda avtomobillərin hərəkətinin əks istiqamətində yavaş-yavaş addımlayır. Həmin anda ikinci hərəkət zolağı ilə nömrəsi istintaqa məlum olmayan qara rəngli «CİP» markalı minik avtomobili, ondan 7-8 metr arxada birinci hərəkət zolağı ilə ağ rəngli, dövlət qeydiyyat nişanı görünməyən başqa bir «CİP» markalı avtomobil hərəkət edir, həmin an saat 23:00:38-dir. Ağ rəngli minik avtomobilinin göründüyü anda piydanın olduğu yerlə məsafəsi təxminən 20-25 metrdir. Piyada yolla qoşa xəttə paralel birinci hərəkət zolağının ortası ilə «Koroğlu» metrostansiyası istiqamətində hərəkət edir. 2-ci hərəkət zolağı ilə hərəkət edən dövlət qeydiyyat nişanı görünməyən qara rəngli avtomobil hərəkət sürətini bir qədər azaldaraq piyadanın bərabərliyindən keçir. Arxadan hərəkət edən ağ rəngli dövlət qeydiyyat nişanı görünməyən «CİP» markalı avtomobil isə eyni sürətlə hərəkətini davam etdirir. Həmin istiqamətdə ağ rəngli «CİP» markalı avtomobilindən əvvəlki avtomobil saat 23:00:30-da keçmiş, hərəkət zolağı boş olmaqla həmin ağ rəngli «CİP» avtomobilinin hərəkətinə maneçilik törədə biləcək hər hansı birmaneə yoxdur. Ağ rəngli «CİP» markalı avtomobilin sol təkəri birinci zolağın tən ortasını göstərən yol işarəsinin üzərindən keçir. Həmin avtomobil onunla qarşı-qarşıya hərəkət edən piyadaya çatmağa təxminən 2-3 metr məsafə qalmış piyada avtomobilin artıq ona çatdığını görüb ani olaraq əyilir və elə həmin həmin anda avtomobil sol qənədi ilə vurub arxası üstə yolun əks hərəkət zolağına atır. Həmin anda saat 23:00:40-dır. Piyada vurulduqdan sonra ayaqları Nərimanov istiqamətində hərəkət zolağına, başı isə Koroğlu istiqamətində olan hərəkət zolağına düşür. Saat əqrəbi istiqamətində onun ayaqları «2», başı isə «8» rəqəmini üzərinə olmaqla qurşaqdan yuxarı hissə isə hərəkət zolaqlarını birbirindən ayıran qoşa xəttin «Koroğlu» metrosu istiqamətində hissəsinə düşür. Həmin andan sonra Koroğlu metrostansiyası istiqamətində hərəkət edən naməlum minik avtomobili vurulan piyadanın üzərinə çıxmadan yanından keçir. Həmin an saat 23:00:43dür. Piyada vurulduqdan sonra bədənini yuxarı qaldırmağa cəhd edir, ayaqlarını tərpədir. Arxadan gələn avtomobillər də saxlamadan hərəkətini davam etdirir. Həmin avtomobillərin hər hansı birinin markası, dövlət qeydiyyat nişanı görünmür. Avtomobillərin piyadanın üzərinə çıxmadan hərəkət etmələri görüntülərdə açıq-aydın görünür. Yol nəqliyyat hadisəsini törədən ağ rəngli «Cip» markalı avtomobil piydanı vurduqdan təxminən 40-50 metr qabaqda öz hərəkət zolağında bir qədər sağa istiqamətlənmiş vəziyyətdə dayanarkən həmin avtomobilin arxasında dövlət qeydiyyat nişanı bilinməyən qara rəngli minik avtomobili də dayanmışdır. Sonra hadisəni törədən avtomobil sağa dönmə işarəsini verib yolun sağ kənarına çıxıb dayanır, arxasındakı qara rəngli minik avtomobili isə həmin istiqamətdə hərəkətini davam etdirir. Saat 23:01:09-da hadisə törədən avtomobil yolun sağ hərəkət hissəsi ilə qəza işıqlarını yandırıb avtomobili arxaya verib piyadanın vurulub qaldığı istiqamətə doğru geriyə hərəkət edir. Həmin vaxt eyni istiqamətdə arxadan hərəkət edən metal rəngli, dövlət qeydiyyat nişanı görünməyən, kiçik qabaritli mikroavtobusa oxşayan digər nəqliyyat vasitəsi dayanaraq o da avtomobili piydanın vurulduğu yerə doğru arxaya hərəkət edir. Həmin avtomobil və piyadanı vuran avtomobil piyadanın vurulduğu yerə paralel saat 23:02:10-da avtomobilləri yolun sağında saxlayırlar. Hər iki avtomobilin qəza işıq siqnalı yanır. Arxada olan avtomobildən sürücü tərəfdən 1 nəfər kişi cinsli şəxs düşür. Qabaqda qəza işıqlarını yandırmış vəziyyətdə dayanan, hadisəni törətmiş ağ rəngli avtomobilə sürücü tərəfdən yaxınlaşır. Həmin avtomobilin sürücüsü qapını açmışdır, həmin sürücü avtomobildən düşmədən söhbət edir. Ondan sonra ağ rəngli avtomobilin sürücüsü avtomobildən düşür. Saat 23:02:58-də isə bir-biri ilə yaxın hərəkət edən dövlət qeydiyyat nişanı görünməyən minik avtomobillərindən qara rəngli dörd faralı mersedes markalı minik avomobilinə oxşayan minik avtomobili qarşısındakı minik avtomobilindən təxminən 2-3 metr arxada hərəkət etməklə onun sol təkəri demək olar qoşa xəttin lap yaxın, yaxud onun üzərində hərəkət etməsi ehtimal olunmaqla yolda uzanıqlı vəziyyətdə qalmış piyadanın bədəni üzərindən keçir. Saat 23:03:01-də isə piyadanın vurulmasından sonra asfalt üzərində qalmış vəziyyətinin dəyişilərək saat əqrəbi istiqamətində götürdükdə baş «5» rəqəmini, ayaqları isə «11» rəqəminin istiqamətində olması görünür. Saat 23:03:10 eyni istiqamətdə hərəkət edən başqa bir avtomobil də yolun sağına çıxıb qəza işıq siqnalını yandırmaqla avtomobili arxaya verir. Həmin vaxt artıq əks istiqamətdə dörd ədəd müxtəlif markalı minik avtomobilləri yolun sağında dayanmışlar. Qabaqda dayanan dövlət qeydiyyat nişanı oxunmayan «London» taksisidir. Həmin avtomobillərin sürücüləri də qəza işıq siqnalını yandırıb avtomobildən yerə düşmüşlər. Həmin vaxt qəza törədən sürücünü hərəkət istiqamətində arxaya verən dövlət qeydiyyat nişanı görünməyən 3-cü avtomobil də dayanır. Həmin avtomobilin sürücüsü də avtomobildən düşür. 23:03:59 Koroğlu istiqamətində hərəkət edən ağ rəngli «CİP» markalı avtomobil piyadanın ayaqlarının yaxınılığından keçir, onun arxasınca gələn qara rəngli «CİP» markalı avtomobil isə sağa doğru manevr edib piyadanın yanından keçir. Həmin avtomobilin piyadanın üzərinə çıxmadığı açıq aydın görünür. Saat 23:04:05-də piyada ağ rəngli, üstu lüklu minik avtomobili piyadanın ayaqlarının uc hissəsinə yaxın hissədən keçir. Həmin görüntülürə təkrar-təkrar baxıldıqda, saat 23:04:59 da və saat 23:04:05-də keçən minik avtomobili piyadanın ayağının üzərindən, yaxud onun ayağının üzərinə çıxmadan yaxınlığından keçməsini görüntülərə əsasən müəyyən etmək mümkün deyil. Saat 23:04:40-da əks hərəkət zolağında avtomobillər dayanıb qəza işıq siqanalını yandırır, sürücülər avtomobildən yerə düşüb piyadanın qoşa xəttin üzərində yıxılıb qaldığı yerə tərəf gəlir. Saat 23:04:50-də hadisəni törədən ağ rəngli «CİP» markalı avtomobilin sürücüsü piyadanın yıxıldığı yerə yaxınlaşır. Həmin anda da ora yoldan keçən digər adamlar toplaşıb piyadanı dövrəyə alır. Saat 23:05:55 də piyadanın vurulduğu istiqamətdən yol polisi avtomobili saxlayır. Hər iki istiqamətdə avtomobillərin hərəkəti dayandıqdan sonra piyadanın vurulub qaldığı yerə sürücülər tərəfindən əhatə olunmaqla hər iki istiqamətdə sıxlıq olduğundan avtomobillər yavaş sürətlə davam edir. Yol polis əməkdaşı avtomobildən düşüb əlində olan «jelz» ilə yol hərəkətini nizamlamaq üçün ora yaxınlaşır. Hadisə törədən sürücü ilə onun saxladığı avtomobilin arxa hissəsində danışır. Piyadanın vurulduğu yerdə isə insanlar onu dövrəyə almışlar. İki nəfər yol polisi isə avtomobillərin hərəkət sıxlığını boşaltmaq üçün xidmət aparır. Saat 23:08:56-da piyadanı vurulduğu istiqamətdə təcili yardım avtomobili gəlir və piyadanı vurulub qaldığı yerin yanında yolun sol hərəkət solağında dayanaraq qəza işıq siqnalını yandırır. Görüntülər saat 23:09:59-da başa çatır. Bundan əlavə, DVD diskində olan N033-003-Part 1 kamerasından çəkilmiş görüntülərə baxış zamanı 21.06.2018-ci il saat 22:54:59-dan başlayıb saat 23:03:02-dək olması, görüntülərin N033-001. kamerasındakı görünütlər olduğu, lakin ikinci kameraya nisbətən uzaqdan aparlıdığı görünür. Həmin görüntülərdə piydanm avtomobillə vurulması anı, hadisəni törədən avtomobilin arxa hissəsində qalan onun arxa hissəsində quraşdırılmış kamera ilə çəkilmişdir. Bundan əlavə, həmin görüntülərdən aydın olur ki, piyadanın vurulması zamanı onun avtomobillərin hərəkət zolağında olmasını gördükdə onun yanından keçən digər nəqliyyat vasitləri tormozdan istifadə edərək nəqliyyat vasitəsini sürətini azaldaraq hərəkət edir, qəza törədən nəqliyyat vasitəsinin sürücüsü piyadanın onun hərəkət zolağının qarşısında onun hərəkətinin əks istiqamətində hərəkət etdiyi halda nəqliyyat vasitəsinin sürətini azaltmadan və hərəkət istiqamətini dəyişdirmədən hərəkətini davam etdirir. Cinayət işinin İ cildinin 81-86-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X16-Təcrübi və Tədris Birliyi tərəfindən verilən 22.06.2018-ci il tarixli, 69 saylı rəydən görünür ki, müayinə zamanı naməlum kişi meyitində aşağıdakı xəsarətlər aşkar olundu: kəllə qapağı və əsası sümüklərinin çox qəlpəli basılmış sınıqları, sərt qişanın, baş beyin toxumasının zədələnməsi, baş beyin toxumasına, qişaları altına və yan mədəciklərə qansızma, başın sağ ənsə nahiyyəsinin əzilmiş-cırılmış yarası, üz sklet sümüklərinin qəlpəli sınıqları, sol bazu və sol bud sümüyünün, sol tərəfdən Vİ-Vİİ qabırğaların sınıqları, sol göz ətrafının hematoması, sol bazunun və sol budun qançırları, sağ dirsək oynağının, sağ diz oynağının, sağ baldırın, sol kürək sümüyü nahiyyəsinin, sağ çiyin qurşağının sıyrıqları. Qeyd olunan xəsarətlər həyati olub, ölümündən az əvvəl küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən müddətdə və şəraitdə, yəni 21.06.2018-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür və dərəcələrinə görə başın ənsə - təpə nahiyyəsinin yarası, sol göz ətrafının hemotoması, kəllə əsası və qapağı sümükülərinin və eləcə də üz sklet sümüklərinin çox qəlpəli sınıqları, baş beyin toxumasına, qişaları altına və yan mədəciklərə qansızma, baş beyin toxumasının və sərt qişanın zədələnməsi həyat üçün təhlükəli olan Ağır dərəcəli bədən xəsarətlərinə, sol bazu, sol bud sümüklərinin və qabırğaların sınıqları sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya, digər xəsarətlər isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Naməlum kişinin ölümünə səbəb kəllə əsası və tağı sümüklərinin çox qəlpəli basılmış sınıqları nəticəsində baş beyin toxumasının zədələnməsi, qişaları altına və yan mədəciklərə, eləcə də baş beyin toxumasına qansızma səbəb olmuşdur. Ölüm meyitin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 10-12 saat əvvəl baş vermişdir. Naməlum kişi meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 3,9 % etil spirti aşkar edilmişdir. Bu miqdar canlı şəxslərdə ağır dərəcəli sərxoşluğun əlamətlərini daşıyır. Cinayət işinin İ cildinin 123-129-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X16-Təcrübi və Tədris Birliyi tərəfindən verilən 10.08.2018-ci il tarixli, 69/Ə saylı rəydən görünür ki, X5 meyitində aşağıdakı xəsarətlər aşkar olundu: kəllə qapağı və əsası sümüklərinin çox qəlpəli basılmış sınıqları, sərt qişanın, baş beyin toxumasının zədələnməsi, baş beyin toxumasına, qişaları altına və yan mədəciklərə qansızma, başın sağ ənsə nahiyyəsinin əzilmiş-cırılmış yarası, üz sklet sümüklərinin qəlpəli sınıqları, sol bazu və sol bud sümüyünün, sol tərəfdən Vİ-Vİİ qabırğaların sınıqları, sol göz ətrafının hematoması, sol bazunun və sol budun qançırları, sağ dirsək oynağının, sağ diz oynağının, sağ baldırın, sol kürək sümüyü nahiyyəsinin, sağ çiyin qurşağının sıyrıqları. Beləliklə İ.Səlimovun meytində aşkar edilmiş xəsarətləri 3 qrupa bölmək olar: İ qrup (ilkin) zərbə xəsarətlər - mərhum İ.Ə.Səlimovun ayaqüstü vəziyyətdə bədəninin sol yarsının İ nəqliyyat vasitəsinin ön, sol qabarıq hissələri ilə toqquşmasından törənmiş xəsarətlər -sol bazu, sol bud sümüyünün qapalı sınıqları, sol tərəfdən Vİ-Vİİ qabırğaların sınıqları, sol bazunun, sol budun qançırları - hansı ki, ağırlıq dərəcələrinə görə canlı şəxslərdə Az ağır bədən xəsarətlərinin əlamətlərinə malikdirlər. İİ qrup xəsarətlər - bədənin yerin sərt (asfalt) örtüyünə çırpılmasından törənən xəsarətlər - sağ dirsək, sağ diz oynaqlarının, sağ baldırın, sağ çiyin qurşağının sıyırıqları - hansı ki, canlı şəxslərdə yüngül dərəcəli bədən xəsarətlərinin əlamətlərinə malikdirlər. İİİ qrup xəsarətlər kəllə əsası və qapağı, eləcə də üz sklet sümüklərinin çox qəlpəli basılmış sınıqları, sərt qişanın, baş beyin toxumasının zədələnməsi, baş beyin toxumasına və yan mədəciklərə qansızma, sol göz ətrafının hematoması, başın sağ ənsə nahiyəsinin əzilmiş cırılmış yaraları hansı ki, mərhumun bədəninin yolun hərəkət istiqamətində uzanıqlı vəziyyətdə olduğu halda baş nahiyəsindən digər nəqliyyat vasitəsinin keçməsi nəticəsində törənə bilərdilər və ölümünə səbəb olduğundan Ağır dərəcəli bədən xəsarətlərinin əlamətlərinə malikdirlər. Cinayət işinin İ cildinin 138-158-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNnin X10 Xidməti tərəfindən verilən 27 avqust 2018-ci il tarixli, 003-8847-1218 saylı məktubuna əlavə olunmuş məlumatdan görünür ki, Təhlükəsiz Şəhər Xidmətinin videoqeydiyyat sistemi vasitəsi ilə qeydə alınmış məlumata əsasən müəyyən edilmişdir ki, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobil 21 iyun 2018-ci il tarixdə saat 23:04:29-da H.Əliyev prospekti «Şəfa» stadionunun yaxınlığı X12 istiqaməti əsas yol 2-də qeydə alınmışdır. Cinayət işinin İ cildinin 180-183-cü vərəqələrində olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 27 dekabr 2018-ci il tarixli, 33556 saylı rəydən görünür ki, naməlum avtomobilin sürücüsünün hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Tədqiqata təqdim edilmiş könəyin, şalvarın üzərində olan zədələr, izlər, öz formasına, quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı bərk (küt) predmetlə kontakda olması, ilişməsi, sürtünməsi, o, cümlədən nəqliyyat vasitəsinin vurması, vurub atması və üzərindən keçməsi nəticəsində yaranması mümkündür. Cinayət işinin İİ cildinin 12-14-cü vərəqələrində olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 31 yanvar 2019-cu il tarixli, 1015/17 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş tünd göy metallik rəngli boya örtüyünə malik “Mercedes-Benz 230” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində sonradan bütünlüklə rəngləmə işləri aparılmışdır. Tətqiqata təqdim edilmiş “Mercedes- Benz 230” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin alt sahəsində olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və s əlamətlərinə görə hərhansı sərtliyi bərk olan predmetin, maneyənin üzərindən keçməsi nəticəsində yaranması mümkündür. Təqdim edilmiş “Mercedes-Benz 230” markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində və alt hissəsində piyadanın vurulması, üzərindən keçməsi nəticəsində yarana bilən hər-hansı bir zədə, iz aşkar edilmədi. Cinayət işinin İİ cildinin 18-20-ci vərəqələrində olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 28 mart 2019-cu il tarixli, 1016 saylı rəydən görünür ki, tədqiq olunan “DVD-R” tipli optik disklərdə TŞ xidmətinə məxsus çöl müşahidə kameraları ilə qeydə alınmış ümumilikdə 07 ədəd “*.avi” formatlı videoməzmunlu fayllarda 21 iyun 2018-ci il tarixdə saat 23:00:58-də hadisə yerində əks edilən minik avtomobilin markasını və modelini, eləcə də həmin maşının markasını, dövlət qeydiyyat nömrəsini müəyyən etmək mümkün olmadı. Cinayət işinin İİ cildinin 54-cü vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş 21.10.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İİ cildinin 152-153-cü vərəqələrində olan “Qətimkan tədbiri seçilməsi barədə” 04 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİ cildinin 156-159-cu vərəqələrində olan “Maddi sübut kimi tanıma haqqında” 04 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X16-Təcrübi və Tədris Birliyi tərəfindən verilən 22.06.2018-ci il tarixli, 69 və 10.08.2018-ci il tarixli, 69/Ə saylı rəylərin, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 27 dekabr 2018-ci il tarixli, 33556 saylı, 31 yanvar 2019-cu il tarixli, 1015/17 saylı və 28 mart 2019-cu il tarixli, 1016 saylı rəylərin, «Ford EDGE» markalı **-VA-*** dövlət qeydiyyat nişanlı və «Mersedes Benz E 270» markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin, X1 hadisə vaxtı əynində olmuş bir ədəd köynək, bir ədəd şalvar, bir ədəd alt tumanı və bir cüt corabın, Azərbaycan Respublikası DİN-in X7 Xidmətindən göndərilən Təhlükəsiz Şəhər Xidmətinin kameralarında qeydə alınmış videogörüntülərin əks olunduğu 4 ədəd DVD diskin maddi sübut qismində tanınması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X16-Təcrübi və Tədris Birliyi tərəfindən verilən 22.06.2018-ci il tarixli, 69 saylı və 10.08.2018-ci il tarixli, 69/Ə saylı rəylərin, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 27 dekabr 2018-ci il tarixli, 33556 saylı, 31 yanvar 2019-cu il tarixli, 1015/17 saylı və 28 mart 2019-cu il tarixli, 1016 saylı rəylərin və Azərbaycan Respublikası DİN-in X7 Xidmətindən göndərilən Təhlükəsiz Şəhər Xidmətinin kameralarında qeydə alınmış videogörüntülərin əks olunduğu 4 ədəd DVD diskin cinayət işinə əlavə edilməsi, X1 hadisə vaxtı əynində olmuş bir ədəd köynək, bir ədəd şalvar, bir ədəd alt tumanı və bir cüt corabın saxlanması üçün Nərimanov RPİ-nin saxlancına təhvil verilməsi, «Ford EDGE» markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid1, «Mersedes Benz E 270» markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə Təqsirləndirilən şəxs qaytarılmasının nəzərə alınması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş 2 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən 16 fevral 2021-ci il tarixdə verilmiş AZ İİ seriyalı, 169510 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs 08.02.2021-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 11.02.2021-ci il tarixdə 190 nömrə ilə qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs hüquqi varisi X13 tərəfindən yazılmış ərizədən görünür ki, atası X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(005)-9/2021 saylı cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etirazı yoxdur. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir; 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmədə işə baxılarkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra, yəni 08 fevral 2021-ci il tarixdə ölmüş və məhkəmədə sonuncunun oğlu X13 təqsirləndirilən şəxsin hüququ varisi qismində tanındıqdan sonra məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətmiş Təqsirləndirilən şəxs iş üzrə yekun qərar qəbul edilənədək öldüyünü, cinayət-prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına bəraətverici əsas olmadan xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. (CPM-197.2). İş üzrə maddi sübut olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X16-Təcrübi və Tədris Birliyi tərəfindən verilən 22.06.2018-ci il tarixli, 69 saylı və 10.08.2018-ci il tarixli, 69/Ə saylı rəylər, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 27 dekabr 2018-ci il tarixli, 33556 saylı, 31 yanvar 2019-cu il tarixli, 1015/17 saylı və 28 mart 2019-cu il tarixli, 1016 saylı rəylər və Azərbaycan Respublikası DİN-in X7 Xidmətindən göndərilən Təhlükəsiz Şəhər Xidmətinin kameralarında qeydə alınmış videogörüntülərin əks olunduğu 4 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və saxlanması üçün Bakı şəhəri Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş X1 hadisə vaxtı əynində olmuş bir ədəd köynək, bir ədəd şalvar, bir ədəd alt tumanı və bir cüt corab məhv edilməlidir. İş üzrə maddi sübut olan «Ford EDGE» markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid1, «Mersedes Benz E 270» markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 39.1.5, 43.3-1, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X16-Təcrübi və Tədris Birliyi tərəfindən verilən 22.06.2018-ci il tarixli, 69 saylı və 10.08.2018-ci il tarixli, 69/Ə saylı rəylər, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən 27 dekabr 2018-ci il tarixli, 33556 saylı, 31 yanvar 2019-cu il tarixli, 1015/17 saylı və 28 mart 2019-cu il tarixli, 1016 saylı rəylər və Azərbaycan Respublikası DİN-in X7 Xidmətindən göndərilən Təhlükəsiz Şəhər Xidmətinin kameralarında qeydə alınmış videogörüntülərin əks olunduğu 4 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan və saxlanması üçün Bakı şəhəri Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş X1 hadisə vaxtı əynində olmuş bir ədəd köynək, bir ədəd şalvar, bir ədəd alt tumanı və bir cüt corab məhv edilsin. İş üzrə maddi sübut olan «Ford EDGE» markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid1, «Mersedes Benz E 270» markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 579,17 (beş yüz yetmiş doqquz manat on yeddi qəpik) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-9/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-9/2021
07.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver