Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-9/2023 09.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ Verilmiş ittihamın mahiyyəti:
1. İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 65,037 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində saxlamaqla daşımış, Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 20 aprel 2021-ci il tarixdə saat 09 radələrində ünvan 3 ünvanın qarşısında saxlanılaraq həmin idarənin inzibati binasına gətirilmiş, orada üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd bükümdə təmiz çəkisi 65,037 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən ittihamla bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublika Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. İİ Məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlar:
2. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəla ittiham aktında onu Nərimanov rayonunda tutduqları qeyd edilib, lakin əslində onu ayın 19-u axşam təxminən saat 11 radələrində Xəzər rayonu, Qala qəsəbəsində marketdən çıxarkən tutmuş və onu Nərimanov rayon Polis İdarəsinə gətirmiş və orada saxlamışlar. Ümumiyyətlə üzərində narkotik vasitə olmamışdır, ifadəsində yazılmışdır ki, guya o narkotik vasitəni adı keçən ərazidə yerdən tapıb və üzərinə baxış zamanı özü təqdim edib. Belə şeylər olmamışdır. Narkotik vasitənin istifadəçisi deyil. Tutulduğu gün də üzərində narkotik vasitə olmamışdır. Onu tutanda da narkotik vasitənin istifadəçisi olub-olmadığı soruşulduqda, istifadə etmədiyini onlara da bildirmişdir. Əvvəllər Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə məhkumluğu olub, lakin həmin vaxt da üzərindən heç nə çıxmamışdır. Bununla belə azadlıqdan məhrum edilmişdir. Özü də idmanla məşğul olur. Bir neçə respublika birinciliyi və ikincilikləri var. Əvvəlki məhkumluğu və indiki məsələnin davaya meyilli olmağından irəli gəldiyini düşünür. Ancaq belə işlərlə məşğul olmur. Özü də ailə sürücüsüdür. Halal əziyyəti ilə pulunu qazanır. Əlavə olaraq ona ünvanlanmış suala cavab olaraq bildirmişdir ki, tutularkən üzərində ***-***-**-** nömrənin olduğu mobil telefonu olmuşdur. Sonda Təqsirləndirilən şəxs verilmiş ittihamın uydurma və yalan olduğunu bildirərək məhkəmədən ona bəraət verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair müvafiq olaraq 21 aprel 2021ci il tarixli protokollar elan olunmaqla tədqiq edildi. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi həmin ifadələrində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 5-6 aydır ki, ara-sıra, narkotik vasitə hesab olunan marixunanı çəkmək üsulu ilə istifadə edir. Marixuanadan başqa heç bir narkotik vasitə istifadə etmir. 19 aprel 2021-ci il tarixdə axşam saatlarında yaşadığı ünvan 4 ünvanın yaxınlığında piyada hərəkət edərkən yerdə şəffaf rəngli kiçik bir selofan bükümü diqqətini çəkmiş, həmin bükümü götürüb açdıqda içərisində narkotik vasitə hesab olunan marixuananın olduğunu görmüş, marixuana istifadəçisi olduğundan həmin bükümü götürüb, ağ rəngli polietilen selofan torbanın içərisinə qoyaraq şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Səhəri günü, yəni 20 aprel 2021-ci il tarixdə saat 09:00 radələrində ünvan 5 ünvanın yaxınlığında piyada hərəkət edərkən dörd nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirmiş və narkotik maddələrdən istifadə etməsindən şübhələndiklərini deyərək birlikdə Nərimanov RPİ-nə getməsini bildirmişlər. Etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nə getmiş, orada ona bildirmişlər ki, üzərində narkotik maddə olmasından şübhələndiklərinə görə üzərinə şəxsi axtarış və götürmə aparacaqlar. Ona görə də hüquqlarını izah edib vəkil dəvət etmişlər. X12 adlı vəkil gəldikdən sonra onun və polis əməkdaşlarının iştirakları ilə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Polis əməkdaşları ona təklif etmişlər ki, üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etsin. Həmin vaxtı 19 aprel 2021ci il tarixdə, axşam saatlarında yaşadığı evin yaxınlığından tapdığı və şəxsi istifadəsi üçün əynində olan qara rəngli dəri gödəkçənin sol iç cibində saxladığı ağ rəngli polietilen torbanın içərisində marixuana olan bir ədəd şəffaf selofan bükümü çıxarıb təqdim etmişdir. Məhkəmə baxışı zamanı elan olunan etirafedici ifadələrinə münasibət bildirən Təqsirləndirilən şəxs göstərdi ki, o, 19 aprel 2021-ci il tarixdə saat axşam 11 radələrində saxlanıldıqdan sonra şəxsən heç bir ifadə verməmişdir. Həmin gün gecə idarədə saxlanıldıqdan sonra səhəri günü təqdim olunan bütün sənədlərə imza etmişdir. İfadələrini də müstəntiq özü yazmış, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunacağını bildirmiş və ona ifadələrinə və başqa sənədlərə imza etdirmişdir. Başqaları və özü üçün problem yaradılmasını istəmədiyi üçün ona təqdim edilmiş sənədləri imzalamışdır. Lakin, həqiqətdə ondan ifadə alınmamışdır. Lakin ifadəsində guya narkotik vasitənin ondan aşkar olunduğu göstərilmişdir. Amma o, nə şifahi və nə də yazılı olaraq belə bir ifadə verməmişdir. Bundan başqa, ittiham tərəfinin sualına cavab olaraq bildirmişdir ki, o, əvvəllər Kaveroçkin 21 ünvanında yaşamışdır. Həmin ərazidə narkotik vasitələrin satışı ilə məşğul olan bir nəfər şəxsi bu əməlinə görə döymüş və ərazidən qovalamışdır. Bundan sonra ona məlum olmuşdur ki, həmin şəxs “Nərimanovun adamıdır”. Hazırki qərəzli ittihamı bununla əlaqələndirir. Bundan başqa, Şahid1 ilə təqsirləndirilən şəxs arasında çarpaz dindirmə zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, hazırda şahid kimi dindirilən Şahid1 o, Xəzər rayonu, Qala qəsəbəsində tutularkən və idarəyə gətirilərkən orada olmamışdır, onu daha sonra İdarədə görmüşdür. Bu şəxs idarədə videoçəkilişdən qabaq ona sellofan bükümü verib “bu, sənin üzərindən çıxıb” deyərək onu saxlamasını tələb etmişdir. Onu Xəzər rayonundan Nərimanova gətirən şəxslərə isə yolda haranın işçiləri olduqlarını soruşmuş, onlar isə “Nərimanovun” cavabını vermişlər. Lakin, onu tutan şəxslər başqaları olmuşdur.
3. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslə əvvəllər tanışlığı olmamışdır. Bu ilin aprel ayında şəxsi Heydər Əliyev prospektində saxlayaraq İdarəyə gətirmişlər. Təhqiqatçının inzibati otağında təhqiqatçının, vəkilin və onların iştirakları ilə üzərinə baxış keçirilmiş, özü könüllü olaraq əlində saxladığı sellofana bükülmüş narkotik vasitə marixuananı təqdim etmişdir. Məhkəmə iclasında ittiham tərəfinin suallarına cavab olaraq bildirmişdir ki, üzərindən mobil telefon, siqaret aşkar olunub, sellofan torba da əlində idi. Bildirdi ki, torbadakı marixuanadır. Tapdığını bildirmişdir. Onlar xidməti ərazidə “Covid-19” pandemiyası ilə əlaqədar reydlər keçirirdilər. Həmin şəxs isə özünü şübhəli apardıqları üçün saxlamışdılar. Onlar ümumilikdə 4 nəfər olmuşlar. Həmçinin, “sizin yanınızda narkotik vasitənin çəkisi müəyyən olundu?” sualına “yox, çəkilmədi” cavabını vermişdir. Məhkəmə iclasında müdafiə tərəfinin suallarına cavab olaraq bildirmişdir ki, hadisə axşama doğru baş vermişdir. X15 prospekti 77 ünvanında saxladıqlarını xatırlayır. Həmin vaxt şəxsə ilkin olaraq kim yaxınlaşdığını tam xatırlamasa da, özünün ilk yaxınlaşdığını ehtimal edir. Şəxsə yaxınlaşan zaman o prospektdə bina ilə yolun arasında, yəni səkidə dayanmışdı. Şəxsi uzaqdan müşahidə edəndə özünü şübhəli aparırdı. Gözləri axırdı. Yaxınlaşdıqda isə suallardan yayınırdı. Onu təxminən 5 metr məsafədən müşahidə ediblər. Onlar pandemiyaya görə müvafiq yoxlanışa çıxmışdılar. Ancaq şəxsə yaxınlaşmaqlarının səbəbi özünü şübhəli aparmağı olmuşdur.
4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 18ci Polis Şöbəsinin CA üzrə kiçik inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, şəxslə əvvəllər tanışlığı olmamışdır. Ərazidə xidmət apararkən bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Verilmiş suallara şübhəli cavablar verdiyi üçün İdarəyə dəvət etmişlər. Məhkəmə iclasında ittiham tərəfinin sualına cavab olaraq bildirmişdir ki, şəxsi harada saxladıqları yadında deyil. Hadisə axşamüstü baş vermişdir. Məhkəmə iclasında müdafiə tərəfinin suallarına cavab olaraq bildirmişdir ki, həmin gün ərazidə xidmətdə idilər. Şəxsin gözü axırdı, hərəkətlərində nizamsızlıq olması üçün yaxınlaşmışlar. Onunla birgə əməliyyatçılardan Əli, Əlixan və Natiq olmuşdur. İlkin olaraq şəxsə Əlixanla birgə yaxınlaşmışdır. Məhkəmə iclasında ittiham və müdafiə tərəfinin digər suallarına “hadisənin tam yadında olmaması” səbəbindən cavab verə bilməmişdir.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16cı Polis Bölməsinin CA üzrə kiçik inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, 20 aprel tarixində saat 9 radələrində digər əməkdaşlarla ərazidə xidmət apararkən bir nəfər şəxsin özünü şübhəli apardığını müəyyən etmiş, ona yaxınlaşmışlar. Şəxs şübhəli hərəkətlər etdiyi üçün onu idarəyə aparmışlar. Təhqiqatçının otağında üzərinə baxış aparılarkən sellofan torbaya bükülmüş narkotik maddəni təqdim etmişdir. Özü həmin bükümdə marixuana olduğunu demişdir. Məhkəmə iclasında ittiham tərəfinin sualına cavab olaraq bildirmişdir ki, şəxsi harada saxladıqları tam yadında deyil, lakin o, Heydər Əliyev prospekti bilir. Məhkəmə iclasında müdafiə tərəfinin sualına cavab olaraq bildirmişdir ki, şəxsə gündüz vaxtı yaxınlaşmışlar. Müstəntiqin kim olduğu yadında deyil. Əməliyyatçılar Əlixan, Əli və Pərvin idi. Hadisə yeri tam yadımda deyil. Təxmini bilir ki, H.Əliyev prospektində olmuşdur. Həmin gün üzərində telefon olub, mobil nömrəsi ***-***-**-**-dir. Əlixan ***-***-**- ** nömrəli, Pərvin isə ***-***-**-** nömrəli mobil nömrələrdən istifadə edir. Məhkəmə iclasında ittiham və müdafiə tərəfinin digər suallarına “hadisənin tam yadında olmaması” səbəbindən cavab verə bilməmişdir.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 17ci Polis Şöbəsinin CA üzrə kiçik əməliyyat müvəkkili X17 ifadəsində göstərmişdir ki, pandemiya ilə əlaqədar olaraq ərazidə xidmətdə olarkən Əlixan müəllim şəxsə yaxınlaşmağı təklif etdi. Şəxs şübhəli hərəkətlər etdiyi üçün idarəyə gətirildi. X20 prospektində tutulmuşdur. Məhkəmə iclasında ittiham və müdafiə tərəfinin digər suallarına “hadisənin tam yadında olmaması” səbəbindən cavab verə bilməmişdir.
7. Məhkəmə iclasında ittiham tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, 30 saylı Mənzil-Kommunal İstismar sahəsinin rəisidir. Məhkəmə iclasında ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, Heydər Əliyev prospekti 77 ünvanı ünvan 6ındakı 16 mərtəbəli yeni tikilinin ünvanıdır. Nərimanov Rayon Polis İdarəsinin ünvanı H.Məmmədov 9, Nəqliyyat departamentinin ünvanı isə 5/7dir.
8. Məhkəmə iclasında ittiham tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, o "xxxx" MMC-də X11 ilə iş şöbəsinin rəhbəridir. Məhkəmə iclasında ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, mobil telefonlar 2/3/4/5 G formatında fəaliyyət göstərə bilir. 2G daha böyük diapozonda fəaliyyətdə göstərir. 2G formatında relyefə, ərazinin yerləşməsi və abunəçilərin sayından asılı olaraq müəyyən məhdudlaşdırmalar olur. Lakin açıq ərazilərdə 32 km-ə qədər şanlar fəaliyyət göstərir. 3/4/5G formatında isə Bakı şəhəri üzrə əhalinin say çoxluğu, relyef və digər amillərə görə diapozon nisbətən aşağı düşür. Lakin, 5-10% mümkündür ki, həmin vaxtı abunəçi sayı çox olduğu üçün və ya digər səbəbdən anten dairəsi müvafiq şandan deyil, 1 km-dək digər məsafədəki fərqli ərazidəki şandan istifadə etsin. Bundan başqa, bəzi hallarda mümkündür ki, nömrələrin anten məlumatlarının xüsusilə zəng və smslər vasitəsilə götürülməsi daha məqsədəuyğundur. Çünki, internet istifadəsi zamanı konkret məlumatlar fərqli göstərə bilər. Bu fərqliliklər ola bilər ki, internetdən istifadə bir ərazidən başlayıbsa, həmin internet sessiyası bitdikdə şəxs başqa ərazidə olsa belə şan sessiyanın başladığı yeri göstərəcək. Həmçinin, ittiham tərəfinin anten məlumatlarındakı ani dəyişikliklərin səbəbi ilə bağlı sualına cavab olaraq göstərmişdir ki, texniki səbəblərdən mobil telefonlarda internet istifadələri zamanı internet sessiyası başlandıqdan bitənədək fərqli anten məlumatları göstərə bilər. Bu zaman anten məlumatlarında müvafiq sətirin qabağında “usage_int” və “usage_stop” kimi ifadələr qeyd edilir. Anten məlumatları ilə bağlı dəqiq ünvanların əldə edilməsində yalnız MOC, MTC, SMSMT, SMSMO qeyd olunan sətirlərə diqqət edilməlidir. Bundan əlavə, ittiham tərəfinin “anten məlumatlarında konkret bir ünvanın qeyd edilməsi şəxsin həmin ünvanda mütləq olması deməkdirmi?” sualına cavab olaraq bildirmişdir ki, konkret əhatə dairəsində həmin an üçün istifadəçilərin sayından, siqnala əngəl törədən maneələrdən və digər texniki səbəblərdən asılı olaraq yaxınlıqdakı digər ərazinin anten dairəsinə düşməsi ehtimalı mövcuddur.
9. Cinayət işinin 3-cü vərəqində olan Nərimanov RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli raportdan görünür ki, 20 aprel 2021-ci il tarixdə saat 09 radələrində xidməti zərurət ilə əlaqədar ünvan 8 ünvanda Nərimanov RPİ-nin CAŞ-nin əməliyyat müvəkkiləri Şahid3, Şahid2 və Şahid4 ilə birlikdə olduqları zaman bir nəfər şəxsin hərəkətləri və davranışı ilə özünü şübhəli aparmasını müşahidə etmişlər. Həmin şəxsi saxlayaraq Nərimanov RPİ-nə gətirib Növbətçi hissəyə təqdim etmişlər. Müəyyən olunmuşdur ki, həmin şəxs xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxsdur. Müvafiq araşdırmanın aparılmasına dair göstəriş verilməsi xahiş olunur.
10. Cinayət işinin 14-16-cı vərəqələrində olan “Şəxsiyyəti təsdiq edən sənəd üzrə axtarış” aparılmaqla “AZ62702” nömrəli operator tərəfindən Təqsirləndirilən şəxs şəxsiyyətinə dair məlumatları əks etdirən DİN-nin portalıdan edilmiş çıxarışlardan göünür ki, sorğunun çıxarışlarının bütün vərəqələrinin sol yuxarı küncündə həmin sorğunun tərtib olunma tarixi “xx-xx-2021 07:31” kimi qeyd olunmuşdur.
11. Cinayət işinin 17-18-ci vərəqlərində olan “Tutma haqqında” 20 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2021-ci il tarixdə, saat 09:45-də şübhəli şəxs qismində tutulmuşdur.
12. Cinayət işinin 25-26-cı vərəqlərində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 20 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı X10 tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində Nərimanov RPİ-nin inzibati binasında 48 saylı xidməti otaqda şəxsi axtarış və götürmə aparıldı. Şəxsi axtarış və götürmə başlamamışdan əvvəl xx.xx.2021-ci il tarixdə saat 09 radələrində ünvan 5 ünvanın yaxınlığında Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nə gətirilmiş Təqsirləndirilən şəxs təklif edildi ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən rəngli cins şalvarının sol yan cibindən 01 (bir) ədəd F 78374439 nömrəli 01 (bir) manatlıq, 01 (bir) ədəd G 58352429 nömrəli 01 (bir) manatlıq, 01 (bir) ədəd A 25286917 nömrəli 05 (beş) manatlıq pul əskinasını, Təqsirləndirilən şəxs adına verilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsini, AA 668811 nömrəli sürücülük vəsiqəsini və P4179890 nömrəli pasportu, həmin şalvarın sol yan cibindən isə 01 (bir) ədəd “Samsung” markalı mobil telefon cihazını çıxardıb təqdim etdi. Bundan başqa Təqsirləndirilən şəxs, əynində olan qara rəngli dəri materialdan hazırlanmış gödəkçəsinin sol iç cibindən, üzərində “Sibel” yazısı olan 01 (bir) ədəd ağ rəngli polietilen torbanı çıxardıb təqdim etdi. Həmin polietilen torba açıldıqda, içərisində 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümün olduğu müəyyən edilmişdir. Qeyd olunan şəffaf rəngli sellofan bükümün içərisində isə tünd yaşıl rəngli, spesifik iyə malik qurudulmuş ot kütləsi aşkar edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi 01 ədəd sellofan bükümün içərisində narkotik vasitə olan marixuanadır. O, həmin narkotik vasitəni xx.xx.2021-ci il tarixdə yaşadığı ünvanın yaxınlığında taparaq şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və ya maddə aşkar edilmədi. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi, içərisində ot kütləsi olan 01 (bir) ədəd büküm iş üçün əhəmiyyət kəsb etdiyinə görə götürülərək təhqiqatçı tərəfindən qablaşdırıldı və DİNnin 44 nömrəli möhürü ilə möhürləndi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd “Samsung” markalı mobil telefon cihazı cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürüldü, 07 (yeddi) manat nağd pul vəsaiti isə Təqsirləndirilən şəxs geri qaytarıldı. Bununla da şəxsi axtarış və götürmə başa çatdı və iştirakçılar tərəfindən heç bir şikayət və vəsatət daxil olmadı. Şəxsi axtarış 10:20-də başlanmış, 10:40-da qurtarmışdır.
13. Cinayət işinin 36-37-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib olunmuş 20 aprel 2021-ci il tarixli, 7/375 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində,“Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan polietilen bağlamadakı 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 65,037 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.
14. Cinayət işinin 70-72-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi barədə” 21 aprel 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Xəlil Allahverdiyevin 21 aprel 2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs qərar elan edilməklə həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır.
15. Cinayət işinin 73-74-cü vərəqələrində olan “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 21 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır.
16. Cinayət işinin 90-cı vərəqində olan “Diskə baxış keçirilməsi haqqında” 11 may 2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilməsi üçün 01 ədəd disk xidməti otaqdakı personal tipli kompyuterin disk üçün nəzərdə tutulmuş hissəsinə daxil edildi və diskə baxış keçirildi. Baxış zamanı müəyyən edildi ki, həmin diskdə 1 ədəd fayl var. Həmin fayl 11 dəqiqə 03 saniyədən ibarətdidir. Həmin fayldan görünür ki, bir nəfər kişi cinsindən olan şəxsin üzərinə şəxsi axtarış aparılır. Üzərinə şəxsi axtarış aparılan həmin şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 1 ədəd salofana bükülmüş vəziyyətdə olan bükümü çıxarıb təqdim edir.
17. Cinayət işinin 94-96-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə o, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə 03 ay müddətinə vaxtından əvvəl şərti olaraq azad olunmuşdur.
18. Cinayət işinin 97-105-ci vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 may 2017-ci il tarixli, 1(001)-49/2017 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin olunmuş cəzaların Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən qismən toplanaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzaçəkmə müddətinin başlanğıcının 12 iyul 2016cı il tarixdən hesablanması qərara alınmışdır.
19. Cinayət işinin 109-110-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsinin Ambulator X1 dair xx.xx.2021-ci il tarixli, 1332 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərtkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.
20. Cinayət işinin 116-121-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 03 avqust 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi çəkisi 65,037 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuananın maddi sübut hesab edilməsi və tədqiqata təqdim edildikdən sonra qalıq çəkisi 64,937 qram qurudulmuş marixuananın saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünü əks etdirən 01 ədəd DVD formatlı diskin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin əlavə edilməsi qərara alınmışdır.
21. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)- 43/2022 nömrəli qərarına əsasən məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, BKC/LGL-6010/22 saylı məktubuna əlavə olunmuş 1 ədəd CD diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinin anten dairəsi: - 19 aprel 2021-ci il tarixdə saat 22:22:24-dən 23:25:56-dək davamlı olaraq və heç bir dəyişmə olmadan ünvan 13 olmuşdur. - 19 aprel 2021-ci il saat 23:39:57-dən 20 aprel 2021-ci il saat 03:06:27-dək qısa zaman kəsiyində baş verən ağlabatan olmayan ani dəyişikliklərlə Bakı şəhərinin Nərimanov, Yasamal və Sabunçu rayonlarında müxtəlif ünvanlar olmuşdur. - 20 aprel 2021-ci il tarixdə saat 03:26:39-dan 12:54:18-dək davamlı olaraq və heç bir dəyişmə olmadan ünvan 13 olmuşdur.
22. İttiham tərəfinin vəsatəti əsasında məhkəmə tərəfindən ünvanlanmış sorğuya əsasən daxil olmuş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, BKC/LGL-14103/22 nömrəli məktubundan görünür ki, hər hansı inzibati ərazi vahidi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşməyə bilər, o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə də bilər. Bundan başqa telekommunikasiya xidmətlərindən istifadə zamanı, cihazın yeni nəsil texnologiyaları dəstəkləməyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda paralel aparılan istifadə/yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallardan, xüsusən də kənar maneə mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq, cihazdan istifadə zamanı yerləşdiyi nöqtədə siqnala əngəl törədən hər hansı bir maneə (döngə, dağ, bina və s.) olarsa, bu zaman danışıq daha uzaq məsafədə yerləşən, lakin siqnal səviyyəsi qənaətbəxş olan digər stansiyalardan davam etdirilir. Həmçinin şəhər şəraitində baza stansiyalarının siqnal ötürmə radiusu təqribi 30-32 km. qədər (landşaftdan asılı olaraq) ərazini əhatə etmək imkanındadır. Sorğu edilən ünvanlara (Nərimanov rayonu, Hacı Məmmədov 7 ilə Nərimanov rayonu H.Əliyev prospekti 77) xidmət göstərən Bakcell MMC-yə məxsus antenlər fərqlidir. Əlavə olaraq nəzərinizə çatdırırıq, ki CELL İD-lərin tutma diapazonu abunəçilərin sayı və relyefə görə 100-35000 metrə qədər əhatə edə bilər. Texniki səbəblərdən internet istifadələri zamanı istifadənin başlama və bitmə müddətinə uyğun olaraq əks olunan əhatə dairəsi ilə real zəng zamanı abunəçinin olduğu əhatə dairəsində fərqli anten məlumatları göstərilə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq anten məlumatları ilə bağlı dəqiq ünvanların əldə edilməsində yalnız MOC, MTC, SMSMT, SMSMO qeyd olunan sətirlərə diqqət etməyiniz xahiş olunur.
23. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, BKC/LGL-14103/22 nömrəli məktubu tədqiq edildikdən sonra antendə qeyd olunan yalnız dəqiq ünvanların əldə edilməsi və “ağlabatan şübhədən kənar” sübut standartının tətbiqi məqsədilə MOC, MTC, SMSMT, SMSMO qeyd olunan sətirlər üzrə həmin məlumatlara yenidən baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən aşağıdakı məlumatlar müəyyən edilmişdir: - MOC - 20 aprel 2021-ci il tarixdə saat 00:17:32-də ünvan 13 ünvanı. - MOC - 20 aprel 2021-ci il tarixdə saat 03:27:37-də ünvan 13 ünvanı. - MOC - 20 aprel 2021-ci il tarixdə saat 10:56:06-da ünvan 13 ünvanı.
24. Məhkəmə tərəfindən əldə edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hazırlanmış “ünvan portalı”-dan əldə edilmiş çıxarışlardan görünür ki, Nərimanov rayon Polis İdarəsinin yeni ünvanı “AZ 1033, ünvan 15 ünvan 16İİ Məhkəmənin ilkin mövqeyi və yuxarıda tədqiq olunan sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməsi:
25. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayətinin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 65,037 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməlidir.
26. Əvvəla, cinayət işinin materialları ilkin olaraq tədqiq edilərkən ittihamda göstərilən halların həqiqiliyinə dair məhkəmədə ciddi şübhələr yaranmışdır. Buna əsas olan ilkin məqam təqsirləndirilən şəxsin ittihamda göstərilən halların əksinə olaraq onun 19 aprel 2021-ci il tarixdə axşam saat 11 radələrində Xəzər rayonu ərazisində saxlanılaraq Nərimanov RPİ-yə gətirilməsi, gecə boyunca həmin idarədə saxlanılması, yalnız səhəri gün erkən saatlarda müvafiq sənədləşdirmə aparılmaqla üzərində videoçəkilişlə axtarış aparılması və digər xüsusatlar üzrə verdiyi ifadəsi əsas olmuşdur. Bundan sonra həmin ifadənin həqiqiliyini yoxlamaq məqsədilə məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, bu hal ilkin olaraq cinayət işi üzrə tərtib edilmiş sənədlər arasında ciddi uyğunsuzluğun mövcudluğu ilə müəyyən edilir. Belə ki, “Tutma haqqında” 20 aprel 2021-ci il tarixli protokolda Təqsirləndirilən şəxs 20 aprel 2021-ci il tarixdə, saat 09:45-də şübhəli şəxs qismində tutulduğu qeyd edilsə də (iş vərəqə: 17-18) cinayət işinin 14-17-ci vərəqələrində olan Təqsirləndirilən şəxs şəxsiyyətinə dair məlumatları əks etdirən DİN-nin portalından edilmiş çıxarışlarda bütün vərəqələrin sol yuxarı küncündə həmin sorğunun tərtib olunma tarixi “xx-xx-2021 07:31” kimi qeyd olunmuşdur. Həmçinin, qeyd edilməlidir ki, həmin çıxarışlar tədqiq edilərkən aydın olur ki, “sorğunun tərtib olunma tarixi” hissəsi hər hansı kənar müdaxiləni istisna etməklə müvafiq məlumatların həqiqi sorğulandığı tarixi və vaxtı əks etdirir və həmin məlumatlar çap zamanı kağız daşıyıcıda əks olunur.
27. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatların həqiqiliyinə qiymət verməkdən ötrü müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinin anten məlumatlarının əldə edilməsi üçün müvafiq qərar qəbul edərək icra olunması üçün "xxxx" MMC-yə göndərmişdir. Daxil olmuş anten məlumatlarının tədqiq edilməsi nəticəsində aydın olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi xx.xx.2022-ci il tarixdə saat 00:17:32-dən başlayaraq ünvan 13 antenna dairəsinin əhatəsində olmuşdur. Məhkəmə tərəfindən əldə olunaraq cinayət işinin materiallarına əlavə olunmuş sənədlərlə (Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hazırlanmış portaldan əldə edilmiş çıxarışlarla) müəyyən edilmişdir ki, həmin ünvan hazırda Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin inzibati binasının yerləşdiyi ünvandır.
28. Məhkəmə, ittiham tərəfinin “şəxsin anten məlumatlarının “Hacı Məmmədov küçəsi 7” ünvanı göstərməsi onun mütləq olaraq məhz həmin ünvanda olması demək deyil” dəlilinə münasibətdə qeyd edir: Həqiqətən də həm "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, BKC/LGL-14103/22 nömrəli məktubundan, həm də əlavə şahid qismində dindirilmiş "xxxx" MMC-nin nümayəndəsi X7 ifadəsindən görünür ki, konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, cihazın keyfiyyət göstəricilərindən, siqnala əngəl törədən hər hansı bir maneə (döngə, dağ, bina və s.) təsirlərdən mobil telefonun yaxınlıqdakı digər şanlardan istifadəsi mümkündür. Lakin, nəzərə alınmalıdır ki, belə bir halın baş verməsi ehtimal xarakterlidir. Yəni, mobil telefonun yaxınlıqdakı digər şanlara qoşulması "xxxx" MMC tərəfindən istisna edilmir. Belə ki, məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş "xxxx" MMC-nin nümayəndəsi X14 ifadəsində qeyd edir: “5-10% mümkündür ki, həmin vaxtı abunəçi sayı çox olduğu üçün və ya digər səbəbdən anten dairəsi müvafiq şandan deyil, 1 km-dək digər məsafədəki fərqli ərazidəki şandan istifadə etsin.”. Həmçinin nəzərə almaq lazımdır ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, BKC/LGL-14103/22 nömrəli məktubu ilə Nərimanov rayonu, Hacı Məmmədov 7 ilə Nərimanov rayonu H.Əliyev prospekti 77 ünvanlarına xidmət göstərən Bakcell MMC-yə məxsus antenlərin fərqli olması müəyyən edilmişdir. Bu da ittiham tərəfinin irəli sürdüyü dəlillə ziddiyət təşkil edir. Həmçinin, məhkəmə, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, BKC/LGL-14103/22 nömrəli məktubu ilə müəyyən etdiyi kimi anten məlumatları ilə bağlı dəqiq ünvanların əldə edilməsində yalnız “MOC, MTC, SMSMT, SMSMO” qeyd olunan sətirləri əsas götürür. Bundan başqa, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hazırlanmış portaldan əldə edilmiş çıxarışlardan da aydın olur ki, Nərimanov rayon Polis İdarəsinin inzibati binası “AZ 1033, Bakı şəhəri, Nərimanov rayonu, Hacı Məmmədov küçəsi, 7” ünvanında yerləşir. Qeyd edilməlidir ki, həmin ərazi Bakı şəhərində ünvanlaşmanın kifayət qədər sıx olduğu ərazidir. Belə olan halda, anten məlumatlarının ətrafdakı digər çoxlu saydakı yaşayış və ya qeyri-yaşayış binalarının deyil, hansısa ehtimal xarakterli texniki səbəbdən yanlışlıqla məhz ünvan 19 ünvanını göstərməsi qətiyyən inandırıcı və ağlabatan deyil. Məhkəmə, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, BKC/LGL-6010/22 saylı məktubuna əlavə olunmuş 1 ədəd CD diskdə əks olunan Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsi üzrə 19-21 aprel 2021-ci il tarixləri əhatə edən anten məlumatlarını sübut kimi mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, qeyd edilən anten məlumatları sübutetmə predmetinə daxil olan hallara aiddir, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi üsuluna dair şübhələr mövcud deyil, sübut kimi qəbulediləndir.
29. Bundan başqa, məhkəmə, ittihama əsasən Təqsirləndirilən şəxs Nərimanov rayonu, Heydər Əliyev prospekti 77 ünvanında saxlayaraq idarəyə gətirilməsində iştirak etmiş polis əməkdaşları olan Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələrini tədqiq edərək qeyd edir ki, məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşlarının həm sərbəst ifadələrində, həm də onlara ünvanlanan suallara verdikləri cavablar zamanı kifayət qədər uyğunsuzluq, ziddiyyətlər müəyyən edilmişdir. Xüsusilə, “hadisə nə vaxt baş verib?” sualı üzrə şahidlərin verdikləri cavablar ümumiyyətlə, verilmiş ittihamla uyğunsuzluq təşkil edir. Belə ki, həmin suala şahidlərdən Şahid1 “hadisə axşama doğru baş vermişdir”; Şahid3 “hadisə axşamüstü baş vermişdir” cavablarını vermiş, digər Şahid4 isə “hadisənin tam yadında olmaması səbəbindən” həmin suala cavab verə bilməmişdir. Bu hal isə özlüyündə Təqsirləndirilən şəxs 20 aprel 2021-ci il tarixdə saat 09 radələrində saxlanılmasına dair ittihamda göstərilən hallarla ziddiyyət təşkil edir. Bundan başqa, Şahid1 digər şahidlərdən fərqli olaraq “Xidməti ərazidə “Covid-19” pandemiyası ilə əlaqədar reydlər keçirərkən şəxsi gördüklərini bildirmişdir”. Belə bir vəziyyətdə Covid-19 pandemiyası ilə əlaqədar müvafiq reydlərin məhz Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkilləri tərəfindən həyata keçirilməsi qətiyyən ağlabatan olmamaqla həmin ifadələrin həqiqiliyinə olan şübhələri dərinləşdirir. Ümumiyyətlə, qeyd edilməlidir ki, verilmiş ittihama görə Təqsirləndirilən şəxs yaxınlaşaraq onu idarəyə aparılmasında və üzərinə şəxsi axtarış və baxış keçirilməsində iştirak etmiş bütün polis əməkdaşları sərbəst ifadələrində iş üzrə qısa və ümumi xarakterli məlumat verməklə kifayətlənmiş, məhkəmə iclasında ittiham və müdafiə tərəfinin suallarına isə “hadisənin tam yadında olmaması” səbəbindən cavab verməkdən yayınmışlar. Hətta, məhkəmə iclasında dindirilmiş şahidlər sübutetmə predmetinə daxil olan əsas hallarla bağlı məhkəməyə dəqiq və mötəbər məlumatlar verə bilməmişlər. Belə olan halda, təqsirləndirilən şəxsin saxlanılma vaxtı və şəraiti ilə bağlı yuxarıda təhlil edilən sübutlar da nəzərə alındıqda şahid qismində dindirilmiş polis əməkdaşlarının cinayət işinin sübutetmə predmetinə daxil olan halları ilə (xüsusilə təqsirləndirilən şəxsin saxlanılma vaxtı və yeri ilə) bağlı verdikləri ifadələrin verilmiş ittihamla ziddiyyət təşkil etməsi, ümumiyyətlə, bir çox halda iş üzrə əhəmiyyət kəsb edən hallarla ittiham və müdafiə tərəfinin suallarına cavab verə bilməmələri ittihamda göstərilən halların həqiqətdə baş vermədiyi qənaətinə gəlməyə, Təqsirləndirilən şəxs həqiqətən xx.xx.2021-ci il tarixdə saat 09 radələrində Nərimanov rayonu, Heydər Əliyev prospekti 77 ünvanında olmasını, onun məhz həmin polis əməkdaşları tərəfindən həmin şəraitdə saxlanıldığı xüsusatlarını təkzib etməyə imkan verir. Başqa sözlə, şahid ifadələrindəki qeyri-müəyyənliklər, ziddiyyətlər, onların suallara cavab verməkdən yayınmaları onların həqiqətən təqsirləndiriləni göstərilən şəraitdə və vaxtda saxladıqları inamını doğurmur və təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatların həqiqiliyi qənaətinə gəlməyə imkan verir.
30. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 20 aprel 2021-ci il tarixdə saat 09 radələrində Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 77 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu, Hacı Məmmədov 7 ünvanında yerləşən Nərimanov rayon Polis İdarəsinə gətirilməsi kimi ittiham verilsə də, məhkəmə iclasında təqsirləndirilən şəxsin, əlavə şahid qismində dindirilmiş "xxxx" MMC-nin nümayəndəsi X14 və 30 saylı MKİS-in rəisi X2 ifadələri, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, BKC/LGL-6010/22 saylı məktubuna əlavə olunmuş və Təqsirləndirilən şəxs isdifadəsində olan mobil telefon nömrəsinin anten dairəsi üzrə məlumatları əks etdirən 1 ədəd CD disk, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, BKC/LGL-14103/22 nömrəli məktubu, cinayət işinin 14-16-cı vərəqələrində olan “şəxsiyyəti təsdiq edən sənəd üzrə axtarış” aparılmaqla “AZ62702” nömrəli operator tərəfindən Təqsirləndirilən şəxs şəxsiyyətinə dair məlumatları əks etdirən DİN-nin portalıdan edilmiş çıxarışlarla həmin xüsusat təkzib olunmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş Bakı şəhəri Nərimanov RPİ-nin təhqiqatçısı X10 tərəfindən tərtib olunmuş “Tutma haqqında” 20 aprel 2021-ci il tarixli protokolda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 09:45-də tutulmuşdur. “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 20 aprel 2021ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa saat 10:20-də başlanmış və şəxsi axtarış saat 10:40-da qurtarmışdır. Halbuki, "xxxx" MMC-dən daxil olmuş anten dairəsi üzrə məlumatları əks etdirən CD diskin və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, BKC/LGL-14103/22 nömrəli məktubunun tədqiqi nəticəsində aydın olur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi xx.xx.2021-ci il tarixdə saat 00:17:32-dən etibarən Nərimanov rayonu, Hacı Məmmədov küçəsi, 7 (Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin inzibati binası) antenna dairəsinin əhatəsində olmuşdur. Yuxarıda göstərilənlər Təqsirləndirilən şəxs ifadəsində göstərilən xüsusatların doğruluğunu təsdiq edir.
31. Beləliklə məhkəmə baxışı zamanı müəyyən olmuşdur ki, xx.xx.2021-ci il tarixdə saat 22-23 aralığında Təqsirləndirilən şəxs tutularaq Bakı şəhəri Nərimanov RPİ-nə aparılmış, faktiki olaraq 20 aprel 2021-ci il saat 00:17:32-dən etibarən həmin İdarədə qanunsuz olaraq saxlanılmış (nəzərə almaq lazımdır ki, 00:17:32 təqsirləndirilənin İdarədə saxlanılmasının anten əsasında müəyyən edilə bilən başlanğıcını ifadə edir, şübhəsiz o, bundan əvvəl artıq polisin faktiki nəzarətində idi), həmin tarixdə saat 09:45-də müdafiəçinin iştirakı ilə barəsində “Tutma protokolu” tərtib edilmiş, saat 10:20-də üzərinə şəxsi axtarış və götürmə aparılmış, lakin qeyd edilən pozuntular ittiham tərəfindən heç bir ağlabatan formada izah olunmamışdır. Odur ki, sözügedən faktlarla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanılması ilə şəxsi axtarışın keçirilməsi arasında xeyli vaxtın (daha dəqiq 10 saat 03 dəqiqədən az olmayaraq) keçməsi və şübhəli şəxs qismində tutulan zaman üzərində dərhal narkotik vasitə və ya qanunla qadağan olunmuş digər əşyanın olub-olmaması halının yoxlanılmaması həmin narkotik vasitənin onun cibinə “qoyulmasının” mümkünlüyü ilə bağlı əsaslı şübhələr yaradır, çünki həmin müddət ərzində Təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Həmçinin, Şahid1 ilə təqsirləndirilən şəxs arasında çarpaz dindirmə zamanı Təqsirləndirilən şəxs da bildirmişdir ki, Şahid1 idarədə videoçəkilişdən qabaq sellofan bükümü ona verib “bu, sənin üzərindən çıxıb” deyərək saxlamalı olduğunu demişdir.
32. Azərbaycan Respublikası CPM-nin 153.1-ci maddəsinə əsasən cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Həmin Məcəllənin 153.2-ci maddəsinin tələblərindən görünür ki, tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerinin əməkdaşları tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək, tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirməli, tutulma faktını qeydə almalı, protokollaşdırmalı və onu tutulma protokolu ilə tanış etməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli, habelə tutulma ilə bağlı digər vəzifələri yerinə yetirməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətləri həyata keçirən polis əməkdaşı tutulmuş və ya həbsə alınmış şəxsi təxirə salınmadan polis orqanına gətirməli, tutulma və ya həbsə alma faktını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada protokollaşdırmalı, tutulmuş və ya həbsə alınmış şəxsi bu protokolla tanış etməli, hər bir tutulma və ya həbsə alma faktını müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndini şərh edən Avropa Məhkəməsi bildirir ki, “dərhal anlayışı” həftəsonu, istirahət günlərində və ya gecə yarısı, yaxud da bayram günlərində səlahiyyətli orqanlar tərəfindən iş üzrə araşdırmanın lazımı cəldliklə və müttəhimin hüquqları təmin edilməklə keçirilməsini nəzərdə tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, 2 saylı Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrin diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə, tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən isə tutulma vaxtı barəsində tutulma tətbiq edilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesab edilmişdir.
33. Məhkəmə, baxılan işdə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən ibtidai araşdırma mərhələsində Təqsirləndirilən şəxs üstündən “tapılmış” narkotik vasitələrin polis əməkdaşları tərəfindən qoyulması, tutularkən üzərində heç bir narkotik vasitənin olmaması, sonradan prosessual qanunvericilik pozulmaqla üstündə axtarışın aparılması, bu zaman prosessual hüquqlarının pozulması və onların ittihamı üçün sübutlar bazasının məhz bu yolla, yəni qanunsuz yolla əldə edilməsi ilə əlaqələndirildiyindən, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin də bu məsələyə dair geniş presedent təcrübəsi olduğundan və işin mühüm əhəmiyyət kəsb edən halları baxımından Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ilə Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” və “Zayidov Azərbaycana qarşı” işləri arasında bənzərlik olduğundan həmin presedentin hazırki işə tətbiq edilməsini zəruri hesab edir.
34. Avropa İnsan Hüquqları Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. “Layıcov Azərbaycana qarşı iş”. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, Layıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal və saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Layıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Layıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Anoloji mövqe Avropa İnsan Hüquqları Məhkəməsinin digər qərarlarında da formalaşdırılmışdır.
35. Məhkəmə, həmçinin onu qeyd edir ki, Avropa Məhkəməsinin formalaşdırdığı mövqeyə görə Avropa Konvensiyasının 6-cı maddəsi təkcə işin məhkəmə mərhələsinə deyil, məhkəməyəqədərki mərhələyə də tətbiq edilir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq edilməlidir (Salduz Türkiyəyə qarşı iş)
36. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə saxlanıldığı yerdə deyil, 10 saat 03 dəqiqədən də artıq müddət keçdikdən sonra polis idarəsində xidməti otaqda keçirilmiş, azadlığı faktiki məhdudlaşdırıldığı andan barəsində tutulma protokolu tərtib edilməmiş, tutulmuş şəxs təxirə salınmadan polis orqanının müvəqqəti saxlama yerində qeydiyyata alınmamışdır və bununla da ittihamın əsası olan şübhəli şəxsin tutulması, şəxsi axtarış və götürmə haqqında protokollar cinayət prosesi prinsiplərinin və şərtlərinin pozulması ilə tərtib edildiklərindən və protokollarda göstərilən hallar yuxarıda qeyd edilən məhkəmə istintaqı zamanı obyektiv sübutlarla inkar edildiklərindən, həmin protokollar əsasında aparılan sonrakı istintaq hərəkətlərinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən sübutedici qüvvəsi yoxdur. Məhkəmə üçün anlaşılan deyildir ki, qanunsuz olaraq narkotik vasitələrin saxlanmasında ittiham olunan təqsirləndirilən şəxs üzərində şəxsi axtarış nəyə görə tutuluğu yerdə və ya ən azından İdarəyə gətirildikdən dərhal sonra deyil, uzun müddət sonra həyata keçirilmişdir. Şəxsi axtarışı şəxsin tutulmasından birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur və ittiham tərəfindən belə dəlillər məhkəməyə təqdim edilməmişdir. Şübhəsiz ki, belə hallara tutulan şəxslərin ağır xəstəliyi, axtarışın həyata keçirilməsinə digər şəxslər tərəfindən yaradılacaq maneələr, texnogen qəzalar, sosial kataklizmlər (müharibə vəziyyəti, fövqəladə vəziyyət və s. bu kimi hallar), təbii kataklizimlər (zəlzələ, sel, daşqınlar) və s. aiddir
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırılması ilə onun üzərinə həyata keçirilən şəxsi axtarış arasında uzun müddət (10 saat 03 dəqiqədən artıq bir müddət, nəzərə alınmalıdır ki, bu müddət təqsirləndirilən şəxsin İdarədə saxlanılmasının müəyyən edilə bilən dövrünü ifadə edir, şübhəsiz o, saxlanılaraq idarəyə gətirilməsi vaxtı da diqqətə alınmaqla bundan da artıq müddət polisin faktiki nəzarətində idi) müddət keçmiş, yəni Təqsirləndirilən şəxs saxlanılması ilə onun şəxsi axtarışı arasında uzun vaxt boşluğu olmuşdur. Ona görə də saxlanılmayla şəxsi axtarış arasında olan bu vaxt boşluğu sübutların (narkotik vasitələrin) təqsirləndirilən şəxsin “üstünə qoyulması”nın mümkünlüyü ilə bağlı qanuni və əsaslı narahatlıqlar ortaya qoyur. Belə ki, həmin vaxt ərzində Təqsirləndirilən şəxs müdafiəçisiz və prosessual hüquqlarının həyata keçirilməsinə şarait yaradılmadan tamamilə polisin nəzarətində olmuşlar.
38. Bundan əlavə, şəxsi axtarış və götürmə hərəkətinin ciddi prosessual pozuntular ilə aparıldığı müəyyən edilmişdir ki, bu hal həm də onun nəticələrini, yəni şəxsi axtarış və götürmə aparılması barədə protokolu və diskə baxış keçirilməsi haqqında protokolu etibarsız edir. Şəxsi axtarış və götürmə zamanı yol verilmiş ilkin prosessual pozuntu budur ki, cinayət təqibi orqanının şübhəli şəxs barəsində üzərinə şəxsi axtarış və götürmə aparmasına və bunun nəticələri barədə protokol tərtib etməsinə baxmayaraq, axtarış və götürmə barədə qərar qəbul etməmiş, həmin qərarı şübhəli şəxsə, onun müdafiəçisinə elan etməmiş, ən əsası prosessual qanunvericiliyin imperativ tələbi kimi qərarın surətini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246.1-ci maddəsinə əsasən müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. Axtarış və ya götürmə bu Məcəllənin 177.2-177.6-cı maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə aparılır. 243.4-cü maddəsinə əsasən bu Məcəllənin 243.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq axtarış və ya götürmənin aparılması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 243.2-ci maddəsinin tələblərinə müvafiq olaraq, habelə məhkəmənin qərarı olmadan axtarış və ya götürmə aparılmasının zəruriliyi və təxirə salına bilməməsi əsasları nəzərə alınmaqla tərtib edilir; 245.2-ci maddəsinə əsasən axtarış və ya götürmə aparılmasından əvvəl müstəntiq barəsində axtarış və ya götürmənin aparıldığı şəxsi bu barədə qərarla tanış etməlidir; 246.2.1-ci maddəsinə əsasən şübhəli şəxs tutulduqda və polis və ya digər hüquqmühafizə orqanına gətirildikdə məhkəmənin qərarı alınmadan şəxsi axtarış və götürmə aparıla bilər; 177.5-ci maddəsinə əsasən bu Məcəllənin 177.3.1-177.3.5 və 177.3.8-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri təxirə salına bilməyən hallarda müstəntiqin əsaslandırılmış qərarı ilə aparılmışdırsa, müstəntiq bu Məcəllənin 443.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir. 443.2-ci maddəsinə əsasən bu Məcəllənin 177.3.1-177.3.5 və 177.3.8-ci maddələrində nəzərdə tutulmuş istintaq hərəkətləri məhkəmənin qərarı olmadan müstəntiqin əsaslandırılmış qərarı əsasında məcburi aparıldığı hallarda müvafiq istintaq hərəkətinin aparılması qurtardıqdan sonra müstəntiq aparılmış istintaq hərəkəti barədə 24 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməlidir. Lakin, cinayət təqibini həyata keçirən orqan cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmaqla müvafiq əsaslandırılmış qərar qəbul etmədən, şübhəli şəxsi və onun müdafiəçisini həmin qərarla tanış etmədən və qərarın surətini müvafiq subyektlərə göndərmədən şəxs barəsində heç bir hüquqi əsası olmayan istintaq hərəkəti keçirmiş, bununla da, öz “sübut”-larının yararsızlığını bir qədər də artırmışdır. Hər hansı şəxs barəsində aparılan istintaq hərəkətinin ilkin qanunilik şərti və hüquqi əsası bu barədə prosessual qanunvericiliyin tələblərinə uyğun qəbul edilmiş müvafiq qərarın mövcudluğudur.
39. Bundan əlavə, məhkəmə istintaqı zamanı həm şəxsi axtarış və götürmə aparılması barədə protokola, həm də aparılmış videoçəkilişin görüntülərini əks etdirən 01 ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov RPİ-nin təhqiqatçısı X10 şübhəli şəxsin təqdim etdiyi bir ədəd bükümü götürdükdən sonra müvafiq şərait olmasına baxmayaraq həmin bükümün çəkisini müəyyən etmir. Narkotik vasitənin çəkisi protokolda da öz əksini tapmamışdır. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində ittiham tərəfinin “sizin yanınızda narkotik vasitənin çəkisi müəyyən olundu?” sualına “yox, çəkilmədi” cavabını vermişdir. Halbuki, Cinayət-Prosessual Məcəllənin 245.8-ci maddəsinə əsasən axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələbi götürülmüş predmetin çəkisinin müvafiq istintaq hərəkətinin iştirakçılarına təqdim edilməsini, həmçinin axtarış və götürmə videoçəkilişlə aparıldığı halda həmin çəkinin qeydə alınması yolu ilə obyektivliyi təmin etməklə əldə edilmiş sübutların hər cür şübhədən kənar qalmasını təmin etməyə yönəlmişdir. Lakin, istintaq orqanı tərəfindən qeyd edilən prosessual normanın tələblərinin pozulması, hazırki ittihamın əsası olan və kifayət qədər şübhəli olan “maddi sübut”-un mötəbərliyini bir qədər də şübhə altına almışdır.
40. Məhkəmə, hazırki hökmün 29-cu bəndində şahid ifadələri ilə verilmiş ittiham arasındakı ziddiyyətləri, şahid ifadələrindəki qeyri-müəyyənlikləri, iş üzrə sübutetmə predmetinə daxil olan hallara dair ciddi natamamlıqları təqsirləndirilən şəxsin saxlanılma vaxtı və şəraiti ilə əlaqələndirərək həmin ifadələrin mötəbər sübut kimi qəbul edilə bilməməsinin əsaslarını müəyyən etmişdir. Təqsirləndirilən şəxsin saxlanılma vaxtı və şəraiti artıq həqiqi sübutlarla müəyyən edildiyi üçün və həmin şahid ifadələri həmin mötəbər sübutlarla təkzib edildiyi üçün artıq həmin ifadələrin həqiqiliyi “ipso facto” (təbiəti etibarilə) qəbuledilməzdir. Bu səbəbdən, həmin ifadələrin mötəbərliyi və həqiqiliyi ilə bağlı əlavə qiymətləndirməyə ehtiyac yoxdur. Bununla belə, məhkəmə, həmin ifadələrinin sübut kimi qəbuledilən olmadığını, mötəbərliyinə və işin həqiqi hallarını əks etdirməsinə dair ciddi şübhələrin olduğunu hazırki hökmün 29-cu bəndində göstərilənlərdən əlavə olaraq aşağıdakılarla əsaslandırır: Yuxarıda qeyd olunan hallara əsasən polis əməkdaşları Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələrinin mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baхımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən еtmişdir. X3rşı 18 yanvar 1978-ci il tarixli qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq еdir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Aydın məsələdir ki, baхılan iş üzrə adları çəkilən polis əməkdaşları təqsirləndirilən şəxsin ittihamda təsvir edilmiş şəraitdə saxlanılması, idarəyə gətirilməsi, “baхış kеçirilməsi” və digər istintaq hərəkətlərinin aparılmasına dair şahidlər kimi ifadə vеrmişlər. Lakin nəzərə almaq lazımdır ki, həmin ifadələr еyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks еtdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki Təqsirləndirilən şəxs vеrilmiş ittihamın əsasını, еyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Bunlarla yanaşı məhkəmə hеsab еdir ki, adları çəkilən polis əməkdaşları ibtidai istintaqı aparan orqanda, yəni Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin tabeliyində müxtəlif vəzifələrdə çalışırlar, onların vеrdikləri ifadələri ittihamın təsdiqi üçün kifayət еdən mötəbər sübut hеsab еtmək olmaz. Oхşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradov Azərbaycana qarşı 2 aprеl 2009-cu il tariхli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi vеrdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Qeyd olunanlarla bağlı məhkəmə polis əməkdaşları Şahid1, Şahid2, Şahid3 və Şahid4 ifadələrini mötəbər sübutlar kimi qəbul etmir. Belə ki, məhkəmənin mövqeyinə görə göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində sadalanan hallar olduğundan sübut kimi qəbul edilə və Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz.
41. İttiham tərəfinin təqsirləndirilən şəxsə qarşı ittihamın irəli sürülməsində və müdafiə edilməsində əsaslandığı digər sübut növü isə təqsirləndirilən şəxsin istintaq zamanı verdiyini iddia etdikləri etirafedici ifadələridir. Məhkəmə baxışı zamanı elan olunan etirafedici ifadələrinə münasibət bildirən Təqsirləndirilən şəxs onun 19 aprel 2021-ci il tarixdə saat axşam 11 radələrində saxlanıldıqdan sonra şəxsən heç bir ifadə vermədiyini, həmin gün gecə idarədə saxlanıldıqdan sonra səhəri günü təqdim olunan bütün sənədlərə imza etdiyini, ifadələrini də müstəntiq özü yazdığını, ona ifadələrinə və başqa sənədlərə imza etdirdiyini, başqaları və özü üçün problem yaradılmasını istəmədiyi üçün ona təqdim edilmiş sənədləri imzalamışdır. Lakin, həqiqətdə ondan ifadə alınmamışdır. Lakin ifadəsində guya narkotik vasitənin ondan aşkar olunduğu göstərilmişdir. Amma o, nə şifahi və nə də yazılı olaraq belə bir ifadə verməmişdir. Bundan başqa, Şahid1 ilə təqsirləndirilən şəxs arasında çarpaz dindirmə zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, hazırda şahid kimi dindirilən Şahid1 idarədə videoçəkilişdən qabaq ona sellofan bükümü verib “bu, sənin üzərindən çıxıb” deyərək onu saxlamasını tələb etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilən ittihamla bağlı ibtidai araşdırmada şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri ilə məhkəmədə verdiyi ifadələri arasında ziddiyyətə hüquqi qiymət verərək hesab edir ki, onun məhkəmə istintaqında verdiyi ifadələri mötəbər sayılmalı və qəbul ediməlidir. Onun ibtidai araşdımada bu xüsusda şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri isə həqiqi iradə ifadəsini əks etdirməmişdir. Belə ki, məhkəmədə təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs 19-20 aprel 2021-ci il tarixlərdə 10 saat 03 dəqiqədən artıq bir müddətdə polisin tam nəzarətinə keçərək tutulması və idarədə müəyyən müddət saxlanması rəsmiləşdirilməmiş, hüquq və vəzifələri izah edilməmiş, o, həmin vaxt müdafiəçi ilə təmin olunmamış, sonrakı hərəkətlər zamanı da onun bir sıra hüquqları kobud şəkildə pozulmuşdur, hər cür prosessual təminatdan kənar “özbaşına” saxlanılmışdır. Ona qarşı ittihamın əsasını qanunsuz yolla əldə edilmiş maddi sübut qurudulmuş marixuana təşkil etmişdir. Eyni zamanda iş materiallarından o da görünür ki, tutulma və axtarış zamanı təqsirləndirilən şəxsə müdafiəçi ilə görüşmək, konfidensial ünsiyyət saxlamaq, öz müdafiəsini hazırlamaq imkanı verilməmişdir. Təqsirləndirilən şəxsin uzun müddət ərzində müdafiəçisiz tam şəkildə polisin nəzarəti altında olduğu, hüquqlarının izah edilmədiyi və polisin təsiri altında özü üçün əlverişsiz vəziyyətdə müəyyən qorxu və təşviş keçirdiyi halda, həmin şəraitdə verdiyi ifadələri həqiqi iradə ifadəsinin nəticəsi (bəyanı) kimi qəbul oluna bilməz. Digər tərəfdən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə verilən ittiham üzrə ibtidai araşdırmada verdiyi ifadələri məhkəmə iclasında tədqiq olunmuş və qiymətləndirilmiş hər hansı mötəbər sübutla və ya sübutların məcmusu ilə təsdiqini tapmamışdır. Əksinə onların məhkəmə iclasında verdiyi ifadələri işin real faktiki halları ilə tam təsdiqini tapır. İşin halları və onların hüquqi qiymətləndirməsi isə o nəticəyə bir daha gəlməyə əsas verir ki, ibtidai araşdırma mərhələsində təqsirləndirilən şəxsə qarşı ədalətli məhkəmə araşdırması hüququ pozulmaqla, ittihamın əsasını təşkil edən sübutlar qanunsuz yolla əldə edilmişdir, mötəbər deyildir və ittihamın təsdiqi üçün qəbul edilə bilməz. Məhkəmə iclasında verdiyi ifadələrində isə Təqsirləndirilən şəxs ilk andan və davamlı olaraq ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə verilən ittiham üzrə özünü təqsirli bilməmiş və onun cinayət məsuliyyətinə cəlb edilməsini polisin onun üstünə narkotik vasitə qoyması ilə əlaqələndirmişdir. Məhkəmə istintaqı və qiymətləndirilməsi ilə də Təqsirləndirilən şəxs məhkəmədə bildirdiklərinin həqiqəti əks etdirdiyi, yəni ona qarşı ittihamın əsasını təsdiq edən maddi sübutun qanunsuz yolla əldə edildiyi və həmin sübutların və bunların əsasında yaranmış digər sübutların mötəbər olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi halda, ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs ona verilən ittihamda öz təqsirini etiraf etməmiş və onun ibtidai araşdırmada CM-nin 234.1-ci maddəsi üzrə ittihamla bağlı verdiyi ifadələri iş üzrə heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadələrini mötəbər sübutlar kimi qəbul edir. Həm də Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, yuxarıda sadalananları və daxili inamını əsas tutaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin istintaq zamanı etirafedici ifadələrini, o cümlədən üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılarkən sorğu zamanı etirafedici izahatını müxtəlif təsir, təzyiq, hədə və təhdid altında imzalaması inandırıcıdır. Cinayət-prosessual qanunvericilik təkcə zorakılıq, aldatma, işgəncə ilə yanaşı həm də hədə-qorxu ilə alınmış əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol vermir (CPM-nin 125.2.2-ci maddəsi). Hədə-qorxu anlayışı isə müxtəlif formalarda təzahür oluna bilər. Təkcə tutulmuş şəxsə edilə biləcək hər hansı təhdidləri deyil, eyni zamanda dolayısı ilə onun mənafeyinə toxuna biləcək yaxın qohumlarının, tanışlarının barəsində qanunsuz hərəkətlərin ediləcəyi ilə hədələmə formasında da ifadə oluna bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ilkin izahatından, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokollarından görünür ki, hər üç halda təqsirləndirilən şəxsin həm təhqiqatçıya, həm də müstəntiqə müxtəlif vaxtlarda verdiyi izahat və ifadələr tamamilə eyni olmuşdur. Bu isə öz növbəsində məhkəmdə bir daha əsaslı şübhələr yaradır ki, Təqsirləndirilən şəxs etiirafedici ifadələri ilə bağlı verdiyi izahlar ağlabatandır, bu izahat və ifadələr təqsirləndirilən şəxsin sərbəst şəkildə ifadəsi olmamaqla yanaşı təhqiqatçı və müstəntiq tərəfindən əvvəlcədən yazılmış mətnin köçürülməsi üsulu ilə qeydə alınmışdır. Şərh olunanlara əsasən Təqsirləndirilən şəxs polisdə verdiyi izahat və ifadələrində üzərində narkotik vasitənin olmasını etiraf etməsi, həmin izahat və ifadələrdə qeyd olunan halların təqsirləndirilən şəxsin sərbəst ifadəsinin olmasına məhkəmədə əsaslı şübhələr yaradır. Eyni ilə polis əməkdaşları Şahid1, Şahid2, Şahid3 və Şahid4 da ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, bu ifadələr də tamamilə eyni olmuşdur. Bu da bir daha müstəntiq tərəfindən bu ifadələrin də köçürmə üsulu ilə yazılmasının aşkar göstəricisidir. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000ci il tarixli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub). Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir.
42. Məhkəmə, növbəti olaraq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 20 aprel 2021-ci il tarixli, 7/375 nömrəli rəyinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsinin Ambulator X1 dair xx.xx.2021-ci il tarixli, 1332 nömrəli rəyinin sübutedici qüvvəsinə münasibətdə qeyd edir ki, həmin rəylər də mənbə olaraq Təqsirləndirilən şəxs qanunsuz yolla əldə edilmiş və mötəbər sayılmayan maddi sübuta - narkotik vasitəyə söykənmişdir. Təbii ki, ittihamın əsasını təşkil edən maddi sübutlar mötəbər sübut sayılmadığı halda, bu sübutlardan törəyən sözügedən ekspert rəyləri və digər sübutlar da mötəbər sübut sayıla bilməz. Çünkü, məntiqi baxımından “əsasın yalan olması, onun nəticəsinin də yalan olması deməkdir” və ya “zəhərli ağacın meyvələri də zəhərlidir” formulu sübut qaydasıdır. Belə olan halda, qeyrimötəbər, həqiqiliyi digər sübutlarla təsdiq edilməyən, əksinə təkzib olunan sübutlar (sənədlər) əsasında aparılan ekspertizanın nəticəsi də mötəbər hesab edilə bilməz. Digər tərəfdən, ambulator məcburi X9 dair rəy təqsirləndirilən şəxsin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələr əldə etməsi və saxlamasını sübut etmir. Hətta həmin rəyə inanılaraq, təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin aşkar olunması qəbul edilsə belə, bu, təqsirləndirilən şəxsin müvafiq olaraq qurudulmuş marixuana olan narkotik vasitəni qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, daşınması və saxlamasının sübutu anlamına gəlmir. Belə ki, həmin narkotik vasitələr satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarında da istehlak edilə, həmçinin hazırlana, əldə edilə, saxlanıla, daşına və ya göndərilə bilərdi ki, bu əmələ görə də cinayət məsuliyyəti yox, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə inzibati məsuliyyət nəzərdə tutulur. Həmçinin həmin rəydə hansı tədqiqat metodlarına və anamnez məlumatlarına əsaslanaraq, təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi göstərilmir. Qeyd edilənlər əsasında məhkəmə, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 20 aprel 2021-ci il tarixli, 7/375 nömrəli rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsinin Ambulator X1 dair xx.xx.2021-ci il tarixli, 1332 nömrəli rəyini təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinməsi üçün mötəbər sübut kimi qəbul etmir.
43. Bundan başqa, məhkəmə ibtidai istintaqın kobud prosessual pozuntulara yol verilməklə və təqsirləndirilən şəxsin hüquqlarının pozuntusu ilə aparıldığına dair əlavə olaraq qeyd edir ki, ibtidai istintaq zamanı “cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2021-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar dayandırılmış və müvafiq qərarın surətini ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərmişdir (iş vərəqə:112-113). xx.xx.2021-ci il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” qərarla ********* nömrəli cinayət işi üzrə icraatın təzələnməsi qərara alınmışdır (iş vərəqə:114) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ağır xəstəliyi və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda olması ilə əlaqədar cinayət prosesində iştirakı müvəqqəti mümkün olmadıqda cinayət işi üzrə icraat dayandırıla bilər. Həmin Məcəllənin 53.3.4-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat Məcəllənin 53.1.4-cü maddəsində nəzərdə tutulmuş halda cinayət təqibinin dayandırılmasına əsas verən, müvafiq olaraq stasionar tibb müəssisəsinin şəxsin ağır xəstəliyini təsdiq edən tibbi rəyi olduqda dayandırıla bilər. Lakin, iş materiallarına baxış keçirilərkən məlum olmuşdur ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraatın dayandırılmasına əsas verə biləcək stasionar tibb müəssisəsinin şəxsin ağır xəstəliyini təsdiq edən tibbi rəyi mövcud deyil. Belə olan təqdirdə isə ibtidai istintaqı həyata keçirən müstəntiqin hansı səbəbdən cinayət işi üzrə icraatı istintaqın son mərhələsində əsassız olaraq dayandırması anlaşılan deyil. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 48.1.2-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat müstəntiq tərəfindən bu Məcəllədə nəzərdə tutulmuş müddətlərdə elə başlanmalı və qurtarmalıdır ki, şəxslər onlara ittiham elan olunmasını, işlərinə baxılmasını və pozulmuş hüquqlarının bərpasını həddən artıq uzun müddət gözləməsinlər. Həmin Məcəllənin 85.3-cü maddəsinə əsasən cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur. İV Sübutlara məcmu halda yekun qiymət verilməsi və iş üzrə gəlinən nəticənin hüquqi əsaslandırılması
44. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.3, 125.2.4 və 125.2.9-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz.
45. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını və daxili inamını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış sübutları onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır.
46. İttiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsini təsdiq edən, qanunilik tələblərinə cavab verən, şəxslərin hüquq və azadlıqlarını pozmayan, onların təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnu ehtiva edən tələblərə cavab verən, şəxslərin təqsirliliyi barədə bütun faktların uzlaşması ilə bağlı birmənalı nəticəyə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə sübutlar olmadığı halda, məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi və bununla da ona qarşı ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaranır ki, ittiham tərəfi bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməklə, məhkəmə üçün həmin şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh olunması üçün qanuni zəmin yaradır. Məhkəmə elə ona görə də ittiham tərəfindən aradan qaldırıla bilməyən həmin əsaslı şübhələri Təqsirləndirilən şəxs xeyrinə həll edir. Belə ki, qeyd edildiyi kimi, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. Məhkəmə, iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir.
47. Sübutlar təqsirləndirilənin mütləq şəkildə cinayəti törətməsini təsdiq edən nöqtəyə çatmalıdır. Həmin nöqtəyə çata bilmirsə bu hal təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» şübhədən təqsirləndirilən faydalanır qaydasına əsasən dəyərləndirilmə aparılmalıdır. Bu prinsipə əsasən təqsirləndirilən şəxsin cəzalandırılması, təqsirin şübhəyə yol verilməyən əminliklə isbat edilməsi zamanı mümkündür. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmamış olaylar, hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq ittiham hökmü çıxarıla bilməz. İttiham hökmü, araşdırma zamanı toplanan dəlillərin bir qisminə istinad edilərək, digər qismini isə göz ardı edərək çıxarılan ehtimali qənaətə deyil, dəqiq və açıq bir isbata söykənməlidir. Bu isbat heç bir şübhəyə yol verilməyəcək açıqlıqda olmalıdır. Ehtimala dayanaraq təqsirləndiriləni cəzalandırmaq, cinayət mühakiməsinin ən önəmli vəzifəsi olan həqiqətə çatmadan fərziyyəyə əsaslanan hökm vermək deməkdir. Bu işdə də əldə edilmiş sübutlar Təqsirləndirilən şəxs istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. Avropa İnsan Hüquqları Məhkəmsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tətbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır; 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin
48. X13 Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Telfner Avstriyaya qarşı” (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanunamüvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün hallar tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmçinin, həmin Qərarda göstərilir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunvericiliyinin müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Belə bir vəziyyətdə məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin əməlinə qiymət verərkən sübutlara və sair materiallara qərəzli münasibət bəsləməni, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsini CPM-nin 33.4cü maddəsinə əsasən yolverilməz hesab edir. Beləliklə, məhkəmə qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətini digər hər hansı ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir; 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların mücmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublkası Konstitusiyasının (bundan sonra Konstitusiya) 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Göründüyü kimi, Konstitusiya, həqiqətin müəyyən edilməsi vəzifəsini məhkəmə icraatının üzərinə qoymuşdur. Məhkəmə icraatı hakim tərəfindən təmin edildiyindən, bu vəzifə hakimlərin üzərinə qoyulmuş bir vəzifədir. Yəni məhkəmə icraatı zamanı hakim həqiqətin müəyyən edilməsinə nail olmalıdır. Həqiqətin müəyyən edilməsi isə yalnız sübutlar vasitəsi ilə və onların qanunun tələblərini və vicdanını rəhbər tutan hakim tərəfindən qiymətləndirilməsi yolu ilə mümkündür. Həyata keçirilmiş məhkəmə istintaqının nəticələrinə, yuxarıda şərh edilən işin faktiki hallarına əsaslanan, hazırki iş üzrə həqiqəti müəyyən edərək ədaləti bərqərar edən məhkəmə, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyinin sübuta yetirilməməsinə dair yekun qəti nəticəyə gəlir. V İş üzrə yekun müddəalar
49. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Buna görə də, ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, təqsirləndirilən şəxsin cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir.
50. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman narkotik vasitə olan marixuananın aşkar edilməsi məhkəmə prosesində təsdiqini tapmasa da, iş üzrə maddi sübut kimi keçən, ekspertiza tədqiqatından sonra çəkisi 64,937 qram olan narkotik vasitə qurudulmuş marixuananın kim tərəfindən, haradan, nə məqsədlə əldə edilməsi faktı müəyyən olunmamış qalır. Məhkəmə hesab edir ki, göstərilən faktın araşdırılması və ona hüquqi qiymət verilməsi üçün Bakı şəhər Nərimanov rayon prokurorluğuna məlumat göndərilməlidir. Həmin maddi sübutun bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitə olan marixuananın qanuni dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan – hökm qanuni qüvvəyə mindikdən sonra bu narkotik maddənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması ücün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, maddi sübut kimi saxlanılan 64,937 qram olan narkotik vasitə qurudulmuş marixuana isə aparılan araşdırma sona çatanadək Bakı şəhəri Nərimanov RPİ-də saxlanılmalıdır.
51. İş üzrə maddi sübut - 01 ədəd “DVD-R” və 01 ədəd “CD” formatlı disklər cinayət işinin materiallarında saxlanılmalıdır.
52. Azərbaycan Respublikası CPM-nin 56, 59 və 60-cı maddələrinə əsasən, Təqsirləndirilən şəxs cinayət prosesini həyata kecirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ vardır və ona mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ izah edilməlidir.
53. Məhkəmə habelə hesab edir ki, təqsirləndirilən şəxsə bəraət verildiyindən iş üzrə məhkəmə xərci-keçirilmiş ekspertizanın dəyərini təşkil edən 78,82 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir.
54. İş üzrə mülki iddia yoxdur.
55. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbayçan Respublikası Çinayət Prosessual Məçəlləsinin 39.2, 42.1.4, 42.2.4, 61, 62, 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitə olan qurudulmuş marixuananın qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan - hökm qanuni qüvvəyə mindikdən sonra həmin narkotik maddənin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması ücün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 64,937 qram narkotik vasitə olan qurudulmuş marixuana araşdırma sona çatanadək Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində saxlanılsın. İş üzrə maddi sübut - 01 ədəd “DVD-R” və 01 ədəd “CD” formatlı disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş 78,82 manat ekspertiza xərci Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadə nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir.
Hakim Vüsal Qurbanov