Məhkəmə qərarları › İş №1(005)-90/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-90/2024

05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-90/2024 05.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X3, tərcüməçi X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 sentyabr 2023-cü il tarixdə, saat 13:45-də ünvan 2 ünvanında yerləşən yaşayış binasının girişindəki pilləkənlərdə oturan xx xxxxx 2017-ci il təvəllüdlü olmaqla 14 yaşına çatmayan X2 yaxınlaşaraq sonuncuda cinsi ehtiras hissləri yaratmaq və özünün cinsi ehtirasını təmin etmək məqsədi ilə Zəhra Sultanzadənin əlindən və dodaqlarından öpüb, əli ilə sonuncunun cinsiyyət orqanına toxunmaqla on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında yaşadığı evin yaxınlığında nahar edən zaman bir qədər spirtli içki qəbul etmiş və içkinin təsirindən sərxoş vəziyyətdə olmuşdur. Həmin gün saat 13:45-də tanışlarından birinin sifrişi ilə Nərimanov rayonu, A.M.Cümə küçəsi 19/69 ev 9 ünvanında yerləşən binanın həyətinə həmin binaya ev əşyalarını daşımaq üçün gəlmişdir. Ev yüklərini həmin binaya qaldıran zaman binanın girişindəki blokun qarşısındakı pilləkənlərdə azyaşlı qız uşağının oturduğunu görmüşdür. Spritli içkinin təsiri altında olduğundan həmin qız uşağını gördükdən sonra özündən asılı olmadan həmin uşağa qarşı şəhvət hissi yaranmış və ehtiraslanmışdır. Buna görə də həmin uşağa yaxınlaşıb ehtirasını təmin etmək üçün əvvəlcə əlindən, daha sonra isə dodaqlarından öpmüşdür. Daha sonra isə qızında ehtiraslanması üçün əli ilə qızın cinsiyyət orqanına toxunmuşdur. Həmin vaxt uşağın anası eyvandan səs-küy salmış, həmçinin də bina sakinləri onun uşağı öpməyini gördüklərindən səs-küy salmışlar. O da qorxub oradan qaçaraq uzaqlaşmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs X5 onun doğma övladıdır. Həmin gündən, yəni xx.xx.2023-cü il tarixdən etibarən qızı Zəhra yuxu yata bilmir, həmin şəxsin onu qaçıracağını düşünür. O və arvadı Xatirə hadisəni qızı Zəhranın yadına salmamaq üçün əllərindən gələni edirlər. Ona görə də, azyaşlı övladı bu məsələdən psixoloji travma aldığı üçün yenidən məhkəməyə çağırılıb dindirilməməsini xahiş edir. Bundan başqa bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə arvadı Xatirə atası evinə qonaq getmişdir. Saat təxminən 13 radələrində arvadı uşaqları gəzdirmək üçün həyətə düşürmək qərarına gəlmidir. Uşaqlarla birlikdə binadan çıxmaq istəyərkən oğlunun ayaqqabısını evdə unutduğunu bilmiş və uşaqları binanın blokunda saxlayaraq evə daxil olmuşdur. Uşaqlar həmin vaxt blokda pilləkəndə oturub arvadını gözləmişlər. Bu zaman arvadı səs-küy eşitmiş və bloka çıxdıqda bir nəfər təxminən 40 yaşlarında kişinin blokdan çıxaraq qaçdığını görmüşdür. Arvadı Xatirə qızları Zəhranın ağladığını görmüş və nə olduğu ilə maraqlandıqda bir nəfər kişinin onun dodağından öpərək əlini onun aşağı ətraflarına vurmasını demişdir. Arvadı ətrafdan maraqlandıqda qonşular həmin kişinin Zəhranın dodağından öpdüyünü, əli ilə onun bədən səthinə toxunduğunu, qonşuların səs-küyündən sonra isə qaçaraq binadan uzaqlaşdığını bildirmişlər. Arvadı Xatirə həmin gün saat təxminən 14 radələrində onunla telefon əlaqəsi saxlayaraq bu barədə məlumat vermişdir. Sonda zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X6 Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onun 1 oğul və 1 qız övladı vardır. xx.xx.2023-cü il tarixdə qonaq qismində ata evinə getmişdir. Saat təxminən 13 radələrində qızını və oğlunu gəzdirmək üçün həyətə düşürmək qərarına gəlmidir. Uşaqlarla birlikdə binadan çıxmaq istəyərkən oğlunun ayaqqabısını evdə unutduğunu bilmiş və uşaqları binanın blokunda saxlayaraq evə daxil olmuşdur. Həmin vaxt uşaqlar blokda pilləkəndə oturub onu gözləmişlər. Bu zaman səs-küy eşitmiş və bloka çıxdıqda bir nəfər təxminən 40 yaşlarında kişinin blokdan çıxaraq qaçdığını görmüşdür. Qızı Zəhranın ağladığını görmüş və nə olduğu ilə maraqlandıqda bir nəfər kişinin onun dodağından öpərək əlini onun aşağı ətraflarına vurmasını demişdir. Ətrafdan maraqlandıqda qonşular həmin kişinin qızını dodağından öpdüyünü, əli ilə onun bədən səthinə toxunduğunu, onların səs-küyündən sonra isə qaçaraq binadan uzaqlaşdığını bildirmişlər. Hadisəni görməsə də, ətrafda olan şəxslər görmüş və ona məlumat vermişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında heç bir ədavət və ya düşmənçiliyi yoxdur. X1 anası Xatirə isə əvvəllər qonuşuları olub, Xatirənin valideynləri isə onlarla eyni binada yaşayır. xx.xx.2023-cü il tarixdə, saat təxminən 13 radələrində yaşadığı evin eyvanında olan zaman Xatirənin valideynlərinin yaşadığı binanın qarşısındakı pilləkənlərdə oturan azyaşlı qıza bir nəfər əvvəllər tanımadığı, sonradan adının Nəsimi olduğunu bildiyi kişininin yaxınlaşaraq həmin uşağın əlindən, dodağından öpməyə başladığını, daha sonra isə əli ilə həmin uşağın aşağı ətraflarına toxunduğunu görüb qışqıraraq səs-küy salmışdır ki, ətrafdakılar uşağa köməklik etsinlər. Həmin vaxt, qonşusu Validə də qışqıraraq səs-küy salmışdır. Qonşuların onu gördüyünü başa düşən Nəsimi dərhal qaçaraq oradan uzaqlaşmışdır. Həmin vaxt Xatirə də binadan qışqıraraq çıxmışdır. Bundan sonra bilmişdir ki, həmin uşaq Xatirənin qızı Zəhradır. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Zəhranın anası Xatirə isə əvvəllər qonuşuları olub, Xatirənin valideynləri isə onlarla eyni məhəllədə yaşayır. xx.xx.2023-cü il tarixdə, saat təxminən 13 radələrində yaşadığı evin eyvanında iş görürmüş. Həmin vaxt qarşı tərəfdə yerləşən 9 nömrəli yaşayış binasının qarşısındakı pilləkənlərdə oturan azyaşlı qıza bir nəfər əvvəllər tanımadığı, sonradan adının Nəsimi olduğunu bildiyi kişininin yaxınlaşaraq uşağın əlindən, dodağından öpməyə başladığını, daha sonra isə əli ilə həmin uşağın aşağı ətraflarına toxunduğunu görüb qışqıraraq səs-küy salmışdır ki, ətrafdakılar uşağa köməklik etsinlər. Həmin vaxt, qonşusu Rəvanə də qışqıraraq səs-küy salmışdır. Qonşuların onu gördüyünü başa düşən həmin şəxs dərhal qaçaraq oradan uzaqlaşmışdır. Həmin vaxt Xatirə də binadan qışqıraraq çıxmışdır. Bundan sonra bilmişdir ki, həmin uşaq Xatirənin qızı Zəhradır. Cinayət işinin İ cildinin 8-9-cu vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 16 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 7 ünvanında yerləşən yaşayış binasının giriş hissəsidir. Cinayət işinin İ cildinin 17-ci vərəqində olan 1 saylı Bakı “ASAN Xidmət Mərkəzi”nin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İİİ seriyalı 949256 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 xx xxxxx 2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu haqda doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 2565 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında X6, ana qrafasında isə Şahid3 göstərilmişdir. Cinayət işinin İ cildinin 52-53-cü vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 19 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 61-63-cü vərəqələrində olan “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” 20 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, tanıyan şəxs Şahid3 təqdim edilən şəxsləri nəzərdən keçirib üçüncü yerdə dayanmış Təqsirləndirilən şəxs göstərərək məhz həmin şəxsin xx.xx.2023-cü il tarixdə saat 13:45-də ünvan 2 ünvanında yerləşən yaşayış binasının girişindəki pilləkənlərdə oturan xx xxxxx 2017-ci il təvəllüdlü qızı X2 qarşı əxlaqsız hərəkətlər edən şəxsin məhz həmin şəxs olmasını bildirmişdir. Şahid3 həmin şəxsi bədən quruluşundan və sifət cizgilərindən tanıdığını bildirdi. Cinayət işinin İ cildinin 83-87-cı vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1383/2023 saylı, xx.xx.2023-cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin 3 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 19 sentyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İ cildinin 93-94-cü vərəqələrində olan Azərbaycan Respublikası DİNnin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin İ cildinin 102-107-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-153/2023 saylı, xx.xx.2023-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi hökm edilmişdir. Cinayət işinin İ cildinin 108-113-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 7(005)-378/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqdimatın təmin edilməsi, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-153/2023 saylı, 10 aprel 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzasının hazırda çəkilməmiş qalan 04 ay 29 gün hissəsinin, iki gün azadlığın məhdudlaşdırılmasının bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 2 (iki) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 26 sentyabr 2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi və onun Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-1383/2023 sayı qərarı ilə həbsdə olmasının nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cinayət işinin İ cildinin 133-134-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 xx.xx.2023-cü il tarixli, 2822 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilik (yüngül debillik dərəcəsində oliqofreniya) aşkar olunur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə də, yüngül dərəcəli əqli gerilik (yüngül debillik dərəcəsində oliqofreniya) qeyd olunur. Təqsirləndirilən şəxs qeyd olunan “yüngül dərəcəli əqli gerilik” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Yoxlanılan şəxsin verdiyi məlumata görə Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə alkoqol sərxoşluğu vəziyyətində olduğunu güman etmək olar. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində Anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün təhlükə kəsb etmir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin İ cildinin 136-138-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədirs Birliyinin xx.xx.2023-cü il tarixli, 457 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. Cinayət işinin İİ cildinin 84-cü vərəqində olan məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X6 tərəfindən yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışlar və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Eyni zamanda azyaşlı övladı bu məsələdən psixoloji travma aldığı üçün yenidən məhkəməyə çağırılıb dindirilməməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş, müdafiə tərəfinin vəsatəti əsasında təyin olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 xx.xx.2024-cü il tarixli, 59 saylı ekspertiza rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs «Yüngül dərəcəli əqli gerilik (yüngül debillik dərəcəsində oliqofreniya)» formasında psixi patologiyadan əziyyət çəkir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi əqli gerilik yüngül formada ifadə olunması müəyyən edilir. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs aşkar edilən əqli gerilik ifadə dərəcəsinə görə yüngül olması müəyyən edildiyi üçün o, ona təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü və 22.2-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan həmin cinayət əməlinə münasibətdə anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci və 22.1-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyəti onunla məhkəmə istintaq hərəkətlərinin aparılmasına imkan verir, yəni prosessual fəaliyyət qabiliyyətlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri və ya seksual fəaliyyəti müşahidə etməyə cəlb etmə — üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 153.2-ci maddəsinə əsasən eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə — üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilsə də, onun bu məhkumluğu (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-153/2023 saylı, xx.xx.2023-cu il tarixli hökmü) azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Həmçinin məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının məzmunundan da göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-153/2023 saylı, 10 aprel 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş qalan 4 (dörd) ay 29 (iyirmi doqquz) gün hissəsi hazırki cinayət işi üzrə tutulduğu xx.xx.2023-cü il tarixədək hesablanmış və onun Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-1383/2023 sayı qərarı ilə həbsdə olması nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması cəzası 2 (iki) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(005)-378/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 2 (iki) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(005)- 378/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 2 (iki) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar