Məhkəmə qərarları › İş №1(005)-90/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-90/2025

21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-90/2025 21.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oglunun iştirakları ilə, xx.xx.1992-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Füzuli rayonu Alxanlı kəndində qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2024-cü il tarixdə saat 18 radələrində ünvan 1 ünvanının qarşısında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə üzərində olan soyuq silah hesab edilməyən turist bıçağını çıxarıb açaraq silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs sol qol, sol bud və sifət nahiyəsindən bir neçə dəfə qəsdən vuraraq ona sol almacıq nahiyəsinin hematoması, sağ yanağın səthi cızıq yeri, cəmi 6 ədəd olmaqla 3 ədəd sol bazu və 3 ədəd sol budun, deşilmiş-kəsilmiş yaralarından ibarət sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və sağ yanağın səthi cızıq yeri kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə xuliqanhq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, Zərərçəkmiş şəxs 15 ildən çoxdur ki, tanımışdır. Onlar bir məhəllədə yaşamış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Hərdən bir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Narkotik vasitəni adətən Bakı şəhərində tanımadığı şəxslərdən alaraq istifadə etmişdir. Hadisədən 3-4 gün qabaq narkotik vasitələrdən istifadə etdiyinə görə qonşusu Murad ilə bilikdə Nərimanov RPİ-nin 17 PŞ-nə dəvət edilmişdir. Oradan onları narkoloji mərkəzə aparıb müayinədən keçirmişlər və narkotik vasitələrdən istifadə etdiyinə görə barəsində inzibati protokol tərtib edilərək Nərimanov rayon məhkəməsinə aparılmışdır. Nərimanov rayon məhkəməsində narkotik vasitələrdən istifadə etdiyinə görə 300 manat cərimə edilərək evə buraxılmışdır. Daha sonra yaşadığı məhəllədə olan zaman adını çəkmək istəmədiyi tanışından Kənanın onun ünvanına nalayiq ifadələr işlətdiyini öyrənmişdir. Buna görə də, 22 sentyabr 2024-cü il tarixdə saat 18 radələrində Kənanla əlaqə saxlayıb yaşadığı məhəllədə görüşmüşdür. Həmin görüş zamanı o, Kənandan onun ünvanına nə üçün nalayiq ifadələr işlətdiyini soruşan zaman sonuncu ona qarşı əlqol hərəkətləri etmişdir. O, Kənanı tutub saxlamış və “bura dava yeri deyil gəl başqa yerə gedək' sözlərini demişdir. Kənan da ona etiraz etməmiş və birlikdə ünvan 1 ünvanda yerləşən ara məhəlləyə getmişlər. Orada olarkən da Kənan onun ünvanına nalayiq ifadələr işlətmişdir. O, artıq Kənanın onun ünvanına nalayiq ifadələr işlətdiyini görüb üzərində olan qara rəngli qatlanan cib bıçağını çıxarıb açaraq ilk olaraq bir dəfə Kənanın sol qol nahiyəsinə vurmuşdur. Bundan sonra idman fəndi işlədərək Kənanın qaldırıb yerə çırpmış və zərbənin təsirindən Kənan huşunu itirmişdir. Buna baxmayaraq o, əsəbi olduğu üçün Kənanı ayıldıb əlində olan bıçaqla Kənanın sol ayağının bud nahiyəsindən üç dəfə vurmuşdur. Əsəbi soyumadığı üçün Kənanın sifətini sağ tərəfindən əlində olan bıçaqla kəsmiş və bir dəfə təpiklə üz nahiyəsindən vurub üzünə tüpürərək hadisə yerindən uzağlaşmağa başlamışdır. Həmin vaxt o, məhəllədən keçən zaman tanımadığı bir nəfər şəxsin olduğunu görüb həmin şəxsə ünvan 1 ünvanında yerləşən məhəllədə bir nəfər şəxsin halının pis olmasını deyərək köməklik etməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları onunla əlaqə saxlayaraq harada olduğunu soruşmuşlar. O da polis əməkdaşlarına olduğu yeri bildirmiş və polis əməkdaşları gələrək onu Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət etmişlər, o, orada hadisə barədə polis əməkdaşlarına məlumat verib izahat yazmışdır. Hadisə vaxtı orada Kənan və o, olmuşdur. Başqa ətrafda şəxslərin olmasına fikir verməmişdir. O, solaxay olduğu üçün Kənanı bıçaqla vurub xəsarət yetirən zaman bıçaq sağ əlinin barmağına dəydiyi üçün xəsarət almışdır. Kənan hadisə zamanı ona heç bir xəsarət yetirməmişdir. Dava-dalaş təxminən 4-5 dəqiqə davam etmişdir. Hadisə zamanı o, Kənanı bıçaqla vursa da, sonuncunu öldürmək niyyəti olmamışdır. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs təxminən 15 ildən çoxdur ki, tanımışdır. Təxminən 5 gün əvvəl Ülvinin dostu olan Murada 55 manat pul borc vermişdir. Murad hər səfərində fərqli bəhanələr gətirmişdir. Buna görə də Muradın dostu və eyni zamanda tanışı Ülvi ilə bu məsələ ilə əlaqədar görüşüb söhbət eləmək istədiyini bildirmişdir. xx.xx.2024-cü tarixdə Ülvinin yaşadığı məhəllədə görüşüb söhbət etdikləri zaman Ülviyə təxminən 4-5 gün əvvəl polis şöbəsində olduğu zaman yalan yerə onun adını çəkməsinin səbəbini soruşmuşdur. Həmin vaxt Ülvi onun ünvanına söyüb-söymədiyini soruşduqda Ülvinin ona qarşı kobud rəftarını, söyüş söydüyünü görərək sifət nahiyəsindən 1 dəfə şillə zərbəsi vurmuşdur. Bundan sonra Ülvi onu tutaraq divara doğru sıxmışdır. Lakin məhəllədə olduğu üçün dalaşmamağı başqa yerə gedərək söhbət etməyi təklif etmişdir. Bundan sonramübahisə edə-edə Ülvi ilə ünvan 3 ünvana aralıqda yerləşən məhəlləyə gəlmişdirlər. Bir qədər qabağa getdikdə Ülvi yenidən onun ünvanına söyüş söydükdə o, geri çevrilmişdir. Həmin vaxt Ülvi onun sol gözündən yumruq zərbəsi vurmuşdur. Huşsuz vəziyyətdə yerə yıxılmışdır. Bundan sonra Ülvi əlində olan bıçaqla onun sol qoluna, sol ayağına və sifətinə vurmuşdur. Ayıldığı zaman 1 nəfər şəxsin ona yaxın gəlməsini görmüşdür. Həmin şəxsdən tanışlarına xəbər verməsini istəmişdir. Hazırda təsirləndirilən şəxslə barışmamışdır, lakin ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin materiallarına əlavə edilmiş “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə ünvan 1 ünvanının qarşısında baş vermişdir. Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:10-da şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1198/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, AR CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 23 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər müxtəlif maddələrlə məhkum olunsada, məhkumluğu ödənilmiş, məhkumluğu olmayan şəxsdir. Cinayət işi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyini “Respublika Narkoloji Məkəzi” X5 alınmış xx.xx.2024-cü il tarixli, xx/xx-11395 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1992-cı il təvəllüdlü Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur. Cinayət işi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyini “Respublika Psixiatriya Xəstəxanası” X5 alınmış xx.xx.2024-cü il tarixli, 12457 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü, Füzuli rayonu Alxanlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. Cinayət işi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyini 2 nömrəli X1 alınmış xx.xx.2024-cü il tarixli, 1/4287 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X2 müraciət etməmişdir. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1174 saylı rəydə göstərilmişdir ki, Zərərçəkmiş şəxs aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol almacıq nahiyəsinin hematoması, sağ yanağın səthi cızıq yeri, sol bazunun (3 ədəd) və sol budun (3 ədəd) cəmi (6 ədəd) deşilmiş-kəsilmiş yaraları. Qeyd olunan xəsarətlərdən sol almacıq nahiyəsinin hematoması küt əşyanın, sağ yanağın səthi cızıq yeri şiş uca malik əşyanın ola bilsin bıçağın iti ucunun təsirindən, sol bazunun və sol budun deşilmiş-kəsilmiş yaraları isə deşici-kəsici kənara malik alətin (alətlərin) ola bilsin bıçağın (bıçaqların) təsirindən törənib, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcələrinə görə sol almacığın, sol bazunun və sol budun yaraları həm ayrı-ayrılıqda eləcədə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər, sağ yanağın səthi cızıq yeri sağlamlığa zərər vurmayan xəsarətə aid olduğu üçün dərəcəsi təyin edilmir. Üz nahiyəsində yerləşmiş səthi cızıq yeri sifətdə mimika, asimmetriya, deformasiya törətmədikləri baxımından sifətin silinən izi kimi qiymətləndirilir və bu xəsarət vaxt keçdikcə öz gedişləri boyu və eləcədə qeyri-cərrahi vasitələrlə əhəmiyyətli dərəcədə bərpa olunan çəkilib gedəndir.Aşkar edilmiş xəsarətlərin xarakterini, lokalizasiyasını və hadisə haqqında olan ilkin məlumatları nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin özü boyda hündürlükdən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3/1558 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilən 01 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində hər hansı bir dəyişikliklər edilməmişdir. İş üzrə Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi 01 ədəd turist bıçağı maddi sübut kimi tanınmış və saxlanması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş üzrə təyin olunmuş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2840 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda “ŞƏXSİYYƏTİN EMOSİONAL-DAVAMSİZ TİP POZUNTUSU” F.60.3 müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar (yeniyetmə yaşları xasiyyətcə əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, əsəb gərginlik anlarında özünə xəsarət yetirməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi’də “Şəxsiyyətin emosional davamsız tip pozuntusu. Kompensasiya vəziyyəti” diaqnozu qeyd edilməsi) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (əhvali-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Yekun hissəsi. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs qeyd edilən cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hadisədən sonra ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İş üzrə təyin edilmiş məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 478- 2024/MTKŞ saylı rəydə göstərilmişdir ki, maddi sübutlarm məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik tədqiqatlarına, qərarın təsviri hissəsindəki iş haqqında məlumatlara və ekspertiza qarşısında qoyulmuş suallara əsasən, aşağıdakı nəticəyə gəlirəm: Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus şalvarın sol ayaqlığının ön səthinin yuxarı hissəsində 01 (bir) ədəd və arxa səthinin yuxan hissəsində 02 (iki) ədəd (cəmi 03 (üç) ədəd), sviterin isə, sol qolunun ön səthinin yuxan hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin), ola bilsin bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus sviterin sol qolunun ön səthinin yuxarı hissəsində 01 (bir) ədəd kombinə olunmuş deşilmiş-kəsilmiş və cırılma zədəsi vardır. Bu zədə əvvəlcə iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin, ola bilsin ki, bıçağın tiyəsinin təsirindən və daha sonra həmin zədəyə küt qüvvə təsir etməklə, aşağıya doğru kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterikdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs götürülümüş bir ədəd turist bıçağı və Zərərçəkmiş şəxs əyninda olan 01 ədəd şalvar, 01 ədəd sviter, 01 ədəd mayka, 01 ədəd kəmər sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanmasıl üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş üzrə hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd şalvar, 01 ədəd sviter, 01 ədəd mayka, 01 ədəd kəmər maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə geri qaytarılmışdır. İş materiallarında olan zərərşəkmiş şəxsin yazdığı ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmamışdır, lakin onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 221.3-cü maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci tarixli qərarında qeyd edilir ki, CM-in 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi - ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyətnəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmışodlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. İş materialarından və məhkəmə istintaqı zamanı müəyyən edildiyi kimi məhz Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun ünvanına işlətmiş olduğu hansısa fikirlərə görə zəng edərək mübahisəyə çağırmış, söhbət zamanı Kənanla birlikdə ictimai yer olan ünvan 1 ünvanına gəlmiş, burada ciddi səbəb olmadan qəflətən Zərərçəkmiş şəxs yerə yıxaraq ona zərbələr endirmiş və qərəzli xuluqanlıq hərəkətlərini davam etdirərək, heç bir zərurət olmadan yerdə huşsuz vəziyyətdə yıxılıb qalmış Zərərçəkmiş şəxs üzərində olan cib bıçağı ilə bədəninin müxtəlif nahiyələrinə- sol bazu, sol bud nahiyələrinə çoxsaylı bıçaq xəsarətləri yetirmiş, buna baxmayaraq əsəbi soyumadığı üçün Zərərçəkmiş şəxs sifətinin sağ tərəfini əlində olmuş bıçaqla kəsmiş, daha sonra isə təpiklə üz nahiyəsindən vurub üzünə tüpürərək hadisə yerindən çıxıb gedərkən, bu zaman hadisənin şahidi olmuş ətrafdan keçən şəxslərə yerdə qalmış Kənan Abdulayevə köməklik etmələrini etinasızcasına bildirərək oradan uzaqlaşmışdır. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsi, əməlindən peşman olmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, maddi sübut kimi tanınmış və saxlanılması üçün Nərimanov RPİ-nin saxlancına verilmiş 01 ədəd bıçaq məhv edilməli, Zərərçəkmiş şəxs əynində olan 01 ədəd şalvar, 01 ədəd sviter, 01 ədəd mayka, 01 ədəd kəmərin zərərçəkmişə qaytarılması nəzərə aınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut- Nərimanov RPİ-nin saxlancına verilmiş 01 ədəd bıçaq məhv edilsin. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs əynində olan 01 ədəd şalvar, 01 ədəd sviter, 01 ədəd mayka, 01 ədəd kəmərin zərərçəkmişə qaytarılması nəzərə alınsın. Hökmdən elan edildiyi andan (həbsdə saxlanılan şəxsə təqdim edilən gündən) 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar