Məhkəmə qərarları › İş №1(005)-91/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-91/2024

12.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-91/2024 12.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 16:00 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Calalov Nizami Firdovsi oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, 24 yanvar 2001-ci ildə Astara rayonu, Şiyəkəran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməyən, məhkumluğu olmayan, Astara rayonu, Şiyəkəran kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə işə işə qəbul etdirəcəyinə dair yalandan vəd etməklə sonuncunun ona olan etibarından sui-istifadə edib aldadaraq, 08 sentyabr 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Metro Park” ticarət mərkəzinin qarşısında 2000 manat, 2022-ci ilin oktyabr ayının əvvəllərində eyni ünvanda 500 manat, 2022-ci ilin noyabr ayının sonlarında həmin ünvanda 100 manat olmaqla Zərərçəkmiş şəxs ümumilikdə 2600 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ortaq tanışları olan Lətifə xanımın vasitəsi ilə tanımışdır. Belə ki, 2022-ci ilin sentyabr ayında Lətifə tanışı olan Hamiz adlı şəxsin iş axtardığını bildirib onun Hamizə iş tapmaqda köməklik etməyini istəmişdir. O Hamizin onunla əlaqə saxlamasını istədiyindən Hamiz ona zəng etmiş və onlar iş haqqında danışmışdır. Danışıq zamanı X12 Komitəsində işə düzəlmək istədiyini bildirmişdir. Həmin ərəfələrdə Dövlət Gömrük Komitəsində kadr islahatları aparıldığı üçün kifayət qədər vakansiya iş yerləri olmuşdur. Buna görə də, o hazırda adını qeyd etmək istəmədiyi Dövlət Gömrük Komitəsində yüksək vəzifədə işləmiş tanışının vasitəsi ilə X10 Komitəsinə mülki işçi kimi işə düzəldə biləcəyini fikirləşib ona bu barədə demiş və 2000 manat pul müqabilində onu işə düzəltmək barədə razılaşmışdırlar. O Hamizin anket məlumatlarını həmin tanışına bildirib onun mülki işçi kimi işə qəbulunda köməklik edilməsini istəmişdir. Həmin tanışı isə Hamizin işə qəbulu ilə bağlı zəruri yoxlamalar aparıb, işə qəbul üçün uyğun olduğunu müəyyən etdikdə ona deyəcəyini bildirmişdir. Bir müddət sonra, həmin tanışı Hamizin işə qəbul olunmasının mümkün olmadığını bildirmişdir. Onun həmin ərəfələrdə pula ehtiyacı olduğundan bir bəhanə ilə Hamizdən pul almağı qərarlaşdırmişdir. Buna görə də Hamizlə əlaqə saxlayıb yalandan ona gömrük işçilərinin forması ilə təmin edilməsi üçün əlavə olaraq 500 manat pul verməli olduğunu bildirmişdirm. Hamizlə danışıb razılaşdıqdan sonra 2022-ci ilin oktyabr ayının əvvəllərində Nərimanov rayonu ərazisində yerləşən “Metro Park” ticarət mərkəzinin qarşısında görüşüb ondan 500 manat pul almışdır. 2022-ci ilin noyabr ayının əvvəllərində pula ehtiyacı olduğundan Hamizlə əlaqə saxlayıb yalandan ona sənədlərinin növbəti ilə keçməməsi üçün əlavə olaraq 100 manat pul verməli olduğunu bildirmişdir. Hamizlə danışıb razılaşdıqdan sonra 2022-ci ilin noyabr ayının sonlarında Nərimanov rayonu ərazisində yerləşən “Metro Park” ticarət mərkəzinin qarşısında görüşüb ondan 100 manat pul almışdır. Aldığı həmin 100 manat pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Sonradan Hamiz onunla əlaqə saxlayıb pulunu geri tələb etmişdir. O da hissə-hissə aldığı 2600 manat pulun 1400 manatını Hamizə qaytarmışdır. X3 və Şahid Zərərçəkmiş şəxsla aralarında olan razılaşmadan məlumatı olmamışdır. Son olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək zərərçəkmiş şəxslə barışdığını, vurulmuş ziyanın zərərçəkmiş şəxsə tam ödənildiyini nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, bacısı Almaz vasitəsi ilə Lətifə adlı xanımla tanış olmuşdur. Təxminən 2022-ci ilin sentyabr ayının əvvəllərində bacısı Almaz ona bildirmişdir ki, Lətifənin tanışları var və onlar Gömrük idarəsinə işə düzəldə bilirlər. O bu barədə tərəddut etsədə düşünmüşdür ki, yoxlasın. Lətifə bildirmişdir ki, işə düzəltməni Gülər adlı xanım edir. Gülər onun qohumudur və əri Aqil Gömrük idarəsində inspektor vəzifəsində işləyir. Lətifə xanım bildirmişdir ki, 100 faiz iş görən adamlardır, tam etibar edərək onlarla iş görmək olar. Zaminləri onun özüdür. Gülər ilkin olaraq bildirmişdir ki, Gömrük idarəsində hal-hazırda islahatlar gedir, çoxlu işçi çıxarılır və artıq işçi tələbi yaranmışdır. Gülər bildirmişdir ki, bu işi əri Şahid görəcək və bunun üçün ilkin olaraq 4000 manat, işlə təmin olunduqdan sonra isə əlavə pul alacağını bildirmişdir. Lakin, sonrakı pulun miqdarı barədə heçnə deməmişdir. O Gülərə 4000 manatın çox olmasını bildirmişdir. Sonra ilkin olaraq 2000 manat pulda razılığa gəlmişdirlər. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Gülər xanımla ünvan 2 ünvanında yerləşən “Metro Park” ticarət mərkəzinin qarşısında görüşmüşdürlər. Orada Gülərə 2000 manat pul vermişdir. Gülər qeyd etmişdir ki, bəzi sənədləşmə işlər var və onu “interpol” vasitəsi ilə yoxlayacaqlar. Bundan sonra bildirmişdir ki, 1 ay ərzində işlə təmin olunacaq. Təxminən 1 ay sonra Gülərlə əlaqə saxlayarkən bildirmişdir ki, Gömrük işçilərinə aid formaları əldə etmək üçün 500 manat pul lazımdır. O Gülərə inanmadığını bildirsədə sonra pulu verməyə razılaşmışdır. 2022-ci ilin oktyabr ayının əvvəllərində o Gülərlə yenidən ünvan 2 ünvanında yerləşən “Metro Park” ticarət mərkəzinin qarşısında görüşmüşdür. Gülərə orada 500 manat pul vermişdir. Gülər yenədə vədd etmişdir ki, iş yaxın zamanda alınacaqdır. 2022-ci ilin noyabr ayının sonlarında Gülər yenidən əlaqə saxlayaraq bildirmişdir ki, əmrin tez hazır olması və 2023-cü ilə keçməməsi üçün Prezident Aparatında olan işçiyə 100 manat pul vermək lazımdır. O Gülərə bunun oyun olduğunu, aparatda 100 manata iş görülmədiyini bildirdikdə Gülər demişdir ki, tək o deyil, 20-30 nəfərdən çox işçi var və hər biri 100 manatdan verəcəkdir. Bundan sonra çarəsiz o Gülərlə razılaşıb ünvan 2 ünvanında yerləşən “Metro Park” ticarət mərkəzinin qarşısında görüşmüş və ona 100 manat pul vermişdir. Artıq 2-3 ay keçməsinə baxmayaraq işin alınmadığını bilmiş və Gülərlə əlaqə saxlayaraq pulu qaytarmasını tələb etmişdir. Gülər hər dəfə müxtəlif bəhanələrlə pulu verməkdən yayınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməyən Şahid ifadəsi məhkəmə iclasında elan edilmiş və təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsi ilə eyni məzmunlu olmuşdur. Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdiyi notarial qaydada təsdiq edilmiş ərizə məhkəməyə təqdim olunmuşdur. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinə ünvanlanmış 20 iyul 2023-cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs ona qarşı dələduzluq cinayəti olması səbəbilə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmədə tədqiq edilən “Sübutların qiymətləndirilməsi və maddi sübut qismində tanımaq haqqında” 01 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsm özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, üzləşdirmə, yaddaş kartına baxış protokolu və işdə olan digər sənədlər, həmçinin Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 ədəd yaddaş kartı iş üçün əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmışdır. Məhkəmədə təqdid edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə tədqiq edilən “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılmışdır. Məhkəmədə tədqiq edilən təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilən Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o təqsirləndirilən şəxslə barışmış və ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Buna görə də ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut hesab edilən Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 ədəd yaddaş kartı maddi sübut hesab edilərək cinayət işi materiallarına saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxsməhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut hesab Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 ədəd yaddaş kartı cinayət işi materiallarına saxlanılsın. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi gündən 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar