Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-92/2023 17.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X9 oglunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nümayədəsi və Zərərçəkmiş şəxs1 vəkili Müdafiəçi4 oglunun təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1983-cü ildə İmişli rayonu, Yalavac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olmayan, "xxxx" Mənzil Tikinti Kooperativinin sədri vəzifəsində işləyən, İmişli rayonu, Yalavac kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 186.2.1 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni xidmət vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuş, eyni zamanda zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmişdir. Belə ki, o, 2021-ci ilin dekabr ayının 30-dan 2022-ci ilin yanvar ayının 10-na kimi olan müddət ərzində Bakı şəhərində, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi ilə Təbriz küçəsinin kəsişməsində yerləşən sahədə tikililərin sökülərək yerində hündürmərtəbəli, çox mənzilli yaşayış binasının inşası aparılan zaman Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçmiş "xxxx" Mənzil Tikinti Kooperativinin (VÖEN №**********) xx.xx.2017-ci il tarixdən sədri vəzifəsində işləyərkən həmin MTK-nın xx.xx.2015-ci il tarixli Nizamnaməsinə əsasən Koperativin üzvlərinin ümumi yığıncaqları arasındakı dövrdə Kooperativin cari fəaliyyətinə rəhbərlik etmək, onun işlərini aparmaq, Kooperativi təmsil etmək, Kooperativin adından müqavilələr bağlamaq, həmçinin rəsmi sənədləri imzalamaq, Nizamnaməyə uyğun olaraq, Kooperativin əmlakına sərəncam vermək, işçiləri vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək, onların vəzifə maaşlarını müəyyən etmək, qanunverciliklə Kooperativin Nizamnaməsi ilə Ümumi Yığıncağın, Müşahidə Şurasının və Təftiş Komissiyasının (Müfəttişin) səlahiyyətlərinə aid edilməyən digər səlahiyyətləri həyata keçirmək səlahiyyətlərinə malik, o cümlədən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 saylı qərarı ilə təsdiq edilmiş «Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğusu»na əsasən cavabdeh olan təşkilatısərəncamverici funksiyaları həyata keçirən vəzifəli şəxs kimi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 27 aprel 2005-ci il tarixli, 107 №-li nömrəli sərəncamına əsasən MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 794 saylı məhəllədə 0.78 ha torpaq sahəsində yaşayış və qeyri-yaşayış sahələrinin onların mülkiyyətçilərinə kompensasiya ödəməklə sökülüb yerində hündürmərtəbəli, çox mənzilli yaşayış binasının inşası aparılan zaman özü və üçüncü şəxs, yəni təmsil etdiyi hüquqi şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* №-li çıxarışa əsasən ümumi sahəsi 100.2 kvadratmetr olmaqla 2/3 hissəsi Zərərçəkmiş şəxs1, 1/3 hissəsi Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 435 №-li sərəncamına əsasən qeyri-yaşayış sahəsi kimi istifadə olunan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsində yerləşən 18-ci evin 2a №-li mənzilin sökülməsi barədə mülkiyyətçilərin razılığı və qanuni qüvvəyə minmiş müvafiq məhkəmə qərarı olmadığını bildiyi halda, bunu söküntü işini aparacaq işçilərdən gizlətməklə əvvəlcədən planlaşdırdığı vahid qəsdə uyğun olaraq 30 dekabr 2021-ci il tarixdən - xx.xx.2022-ci il tarixədək olan müddət ərzində MTK-nın işçiləri tərəfindən söküntü işləri aparılarkən tabeliyində işləyən və onun niyyətindən məlumatlı olmayan "xxxx" Mənzil Tikinti Kooperativində iş icraçısı vəzifəsində işləyən Şahid2 həmin mülkiyyətçilərlə onlara məxsus tikilinin sökülməsi ilə bağlı razılığın əldə edildiyini yalandan bildirib öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus ümumi sahəsi 100.2 kvadratmetr olan qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsində yerləşən 18-ci evin 2a №li mənzilində sökülən obyektlərin siyahısına daxil edib qəsdən sökülməsinə nail olaraq qeyd olunan fiziki şəxslərin faktiki sahib olduqları mənzildən istifadə, yəni əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, eyni zamanda vahid qəsdlə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 aid həmin mənzilin 2/3 hissəsinin, Zərərçəkmiş şəxs2 aid mənzilin 1/3 hissəsinin sökülməsinə nail olaraq Zərərçəkmiş şəxs1 300132.0 manat, Zərərçəkmiş şəxs2 150066.0 manat, ümumillikdə isə hər iki şəxsə 450198.0 (dörd yüz əlli min yüz doxsan səkkiz) manat maddi ziyan vurmaqla özgənin külli miqdarda əmlakını qəsdən məhv etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.1 və 308.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 186.2.1 və 308.2-ci maddələri ilə verilmiş ittihamla özünü qismən təqsirli bilərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və ifadəsində göstərmişdir ki, o, xx.xx.2017-ci il tarixdən "xxxx" MTKya sədr vəzifəsinə təyin edilmiş, "xxxx" MTK - tərəfindən ünvan 2 ünvanında 2005-ci il tarixdən başlayaraq 8 bloklu, 16 mərtəbəli binanın tikintisinin həyata keçirildiyini, həmin binanın tikintisinin 2021-ci il tarixdə başa çatdığını və sakinlərə təhvil verildiyini, həmin tikintiyə başlamamışdan əvvəl Pilot layihəsi olmasa da, həmin təcrübədən istifadə edərək qeyd olunan sahədə mənzili olan şəxslərin özlərinə məxsus köhnə tikilərinə uyğun yeni tikilmiş binada mənzillər verilmiş, həmçinin tikinti gedən dövrdə həmin şəxslərin kirayə pullarıda ödənmişdir. 2021-ci ilin sonlarınadək həmin ərazidə olan köhnə tikililərin sahibləri ilə demək olar ki, razılıq əldə edilmiş və müvafiq müqavilələr bağlanmış, lakin həmin ərazidə 100.2 kv/m sahəsi olan köhnə 1 mərtəbəli tikilinin sahibi Tatyana Məmmədova ona məxsus tikilinin sökülməsi ilə bağlı absurd tələblər irəli sürmüş və razılığa gəlməmiş, sonuncuya məxsus köhnə tikili onun iddiasına görə obyekt kimi aylıq icarəyə verilsə də, lakin sənəd üzərində qeyri yaşayış kimi qeyd edilməsə də, həmin tikilinin sökülməsi müqabilində tərəflərindən yeni inşa ediləcək binanın həmin tikili hissəsində, həmin ölçüdə ona obyektin verilməsi təklif edilmiş, sonuncu bununla razılaşmadığında isə yeni tikiləcək binadan 2 ədəd, 3 otaqlı mənzil ona təklif edilmiş, lakin sonuncu qeyd olunan təkliflərlə razılaşmayaraq ona məxsus köhnə tikilinin sahəsinin 100.2 kv/m.-deyil ümumi 151.5 kv/m torpaq üzərində yerləşdiyini əsas gətirib təkliflərlə razılaşmamış və söküntünü müqabilində absurt təkliflər irəli sürərək, ilk dəfə 1.000.000 manat sonradan isə 2.000.000 manat nağd pul vəsaiti tələb etmiş, bu səbəbdən orada olan köhnə tikililərin sahibləri ilə razılıq əldə edilsə də, Tatyana xanım ilə tərəflərindən razılıq əldə edilməmişdir. 2021-ci ilin dekabr ayının sonlarında o, həmin əraziyə ekskavator gətirilməsi və söküntü-qazıntı işlərinin aparılmasına göstəriş vermiş, lakin Tatyana Məmmədova ilə razılıq əldə edilmədiyindən və sonuncuya məxsus tikilinin söküntüsü nəzərdə tutulmadığından söküntü işlərinə Əhmədbəy Ağaoğlu küçəsi tərəfdən başlanılmasına tapşırıq vermiş, bu səbəbdən də "xxxx" MTK ilə fiziki şəxs X12 ilə müqavilə bağlandıqdan sonra Məhərrəm Əliyevin sahibliyində və sərəncamında olan “New Holland E-215B” markalı ekskavator 30 dekabr 2021-ci il tarixdə həmin əraziyə gətirilmiş, qeyd olunan ekskavator isə ərazinin Təbriz küçəsinə düşən hissəsi tərəfindən tikinti gedən əraziyə salınmış, təxminən saat 22:23 radələrində ona məlum olmuşdur ki, ekskavator əraziyə salındıqdan sonra ünvan 3 ünvanında qeydiyyatda olan və ona məxsus 1 mərtəbəli köhnə evin söküntüsü ilə bağlı aralarında razılıq əldə edilmiş X16 Məmmədova tikinti gedən əraziyə gəlmiş və söküntü işlərinin aparılmasına qarşı çıxaraq orada mübahisə yaratmış, sonradan isə oraya polis əməkdaşları gələrək gedən işləri dayandırmışlar. xx.xx.2022-ci il tarixdən söküntü işlərinin həyata keçirilməsi üçün sonuncuya tapşırıq vermiş və söküntü işlərini Əhmədbəy Ağaoğlu küçəsi istiqamətinə düşən köhnə tikililərin sökülməsindən başlanmasını bildirmiş, həmin gün orada söküntü işlərinə başlanılsa da, Tatyana Məmmədova yenidən oraya gələrək narazılıq etmiş və orada mübahisə yaradaraq söküntü işlərinin dayandırılmasını tələb etmişdir. Həmçinin həmin vaxt oraya polis əməkdaşları gəldiyindən yenidən görülən işlər dayandırılmış və həmin gün hər-hansı bir iş görülməmişdir. Bundan sonra isə o, iş icraçısı Şahid2lə danışığı zamanı orada olan tikililərin sahibləri ilə razılığın əldə edildiyini bildirərək söküntü işlərinə davam etmələrini tapşırmış, sonradan isə xx.xx.2022-ci il tarixdən başlayaraq orada söküntü işləri aparılmış, xatırladığı qədər həmin vaxtı söküntü işləri Əhmədbəy Ağaoğlu küçəsi tərəfdən yekunlaşmış və həmçmin ərazidə yalnız Təbriz küçəsi tərəfdən Tatyana Məmmədovaya aid tikili qalmışdır. Bundan bir neçə gün sonra isə ona məlum olmuşdur ki, söküntü işləri gedən zaman orada Tatyana Məmmədovaya məxsus köhnə tikili səhvən sökülmüşdür. Cinayət nəticəsində 450198.0 (dörd yüz əlli min yüz doxsan səkkiz) manat maddi ziyanı depozitə tam ödəmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağa oğlu, 18, mənzil 1-də qeydiyyatda olan qonşusu X3 22:43-də anası Tatyana Məmmədovaya zəng vurub bildirmişdir ki, Nərimanov rayonu Əhmədbəy Ağaoğlu küçəsində yerləşən qeyri-yaşayış sahəsinin qarşısında ekskavator dayanıb və bununla bağlı şəkil çəkib anasının mobil telefonuna göndərmiş, həmin vaxt isə "xxxx" MTK-nın onlara qarşı iddia ərizələri Nərimanov Rayon Məhkəməsinin icraatında olmuşdur. Qonşusu Rəfael, Razində kirayədə qalır və oradan gəlib görüb ki, ona və Zərərçəkmiş şəxs2 məxsus olan obyektin üstündən keçib evini 23:10-da dağıtmağa başlayıblar. Rəfael ekskavatorun işini dayandırıb, 102-yə zəng etmiş, o da həmin vaxt 102-ni artıq yığıbmış. Bundan sonra isə anası Tatyana Məmmədova 23:16-da hadisə yerinə çatmış sonuncu onlara məxsus tikilini “niyə dağıdıbsınız?” sualına orada olan işçilər və fəhlələr müdiriyyətin tapşırığını yerinə yetirdiklərini bildirmiş, onlara obyektdə heç kim olmadığını, obyektin boş olduğunu, üstündən keçmələrinə dair göstəriş verdiklərini demişlər. Belə ki, həmin ərazidə 2013, 2018, və 2021-ci ildə köçürülən sakinlərin mənzilləri hamısı sökülməmiş olan halda "xxxx" MTK-nın rəhbərliyi ona və bacısına məxsus olan obyekti bayramqabağı sökməyə göstəriş vermiş, həmçinin MTK-nın vəzifəli şəxsləri əşyaları ilə dolu obyektini yer ilə bir etmiş, həmçinin qeyd olunan hadisədən sonra, xx.xx.2021-ci il tarixinə keçən gecə Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsində hadisə ilə bağlı anası Tatyana Məmmədovadan izahat almış, sonra da fəhlələrdən izahat almışdırlar. Bundan əlavə xx.xx.2022-ci il tarixində yenidən söküntü və dağıntı işlərini davam etdirilmiş və xx.xx.2022-ci il tarixədək obyektin qalan hissəsini: məhlədən qiriş qapısını, mətbəxi, koridoru və hamamı dağıtmış, nəticədə isə onun obyektini "xxxx" MTK-nın rəhbərliyi dağıntıların altında qalan cehizləri, uşaqların, anasının və bacısının, həmçinin ailəsinə aid olan yeni əşyalardan tutmuş hər bir şey dağıntıların altında qalmış, obyektin qapılarına qədər satış məqsədi ilə çıxardılıb aparılmışdır. Bununla da, "xxxx" MTK rəhbərliyi xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək onlara məxsus obyekti söküb yerlə yeksan edib qanunsuz işlərini yekunlaşdırmışdırlar. Bundan əlavə bildirmişdir ki, onlar 1994-1995-ci il tarixindən evlərini qeyri yaşayış sahəsi kimi aylıq 3500 manat pul müqabilində kirayə vermişlər, həmçinin onlara məxsus evin qeyri yaşayış sahəsi kimi fəaliyyət göstərməsi ilə bağlı Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2018-cil tarixli 435 nömrəli Sərəncam verilmiş, o cümlədən 2019-cu ildə "xxxx" MTK-nın şəriklərindən Rəfail və Müdafiəçi1 Oqtay oğlu danışıqlar aparmaq məqsədi ilə ofislərinə onları dəvət etmiş, lakin, onlara aid olan sənədləri təqdim etdikdən sonra kobud şəkildə danışaraq onları təhqir edib, hədə qorxu gələrək “gedin sonda gəlib mənə 3 otaqlı ev verin deyə yalvaracaqsız” cümləsini işlətdikdən sonra onları ofislərindən qovmuşdurlar. MTK rəhbərliyi Nərimanov rayon İcra Hakimiyyəti Başçısının sərəncamının ləğvi ilə bağlı iddia qaldırdığını və həmin iddia məhkəmə tərəfindən təmin edildiyini, lakin Apellyasiya Məhkəməsinin 2-1(103)-397/2020 tarixli iş üzrə qərarına əsasən, iddiaçının iddia ərizəsi təmin edilmədiyini və Bakı İnzibati Məhkəməsinin hakiminin sorğusuna əsasən Daşınmaz Əmlakın Kadastrı və ünvan reyestri xidməti rəyində onların yerinin 151.5 kv.m torpaq üstündə yerləşib, onların sərəncamı ilə icarəyə götürdüyü torpaqla üstüstə düşdüyünü qeyd edərək "xxxx" MTK-nın 2019-cu il tarixdə onlara məxsus obyektin yanında yerləşən digər tikilinin sökülməsi zamanı onların obyektin kommunal sisteminə zərər vurması nəticəsində onların 4 il olaraq faktiki gəlirsiz qaldıqlarını bildirmişdir. Bundan əlavə qeyd etmişdir ki, "xxxx" MTK rəhbərliyi 2018-ci ildən bu günə qədər onlarla heç bir söhbət aparmamış və onların razılığı olmadan xəbərsiz olaraq onlara məxsus olan mülkü qeyri qanuni olaraq sökmüş, lakin tikili söküldükdən sonra, MTK iddia etmiş ki, onların mülkünün ümumi sahəsi 100.2 kvm.-dir. Lakin onların istifadəsində olan qeyri yaşayış sahəsi faktiki 151.5 kvm olmuş, sadəcə olaraq torpaq sahəsi ehtiyac olmadığından sənəddə qeyd olunmamışdır. Onlara məxsus tikilidə, əl damı, sanuzel, iki anbarları, zirzəmi olduğunu bildirərək, bunların isə ümumilikdə 70 kvm təşkil etdiyini demişdir. Lakin xx.xx.2021-ci il tarixdən – xx.xx.2022-ci il tarixədək olan müddət ərzində əvvəlcə çənini, sonra iki anbarını, sonda isə evi tam olaraq sökmüş, yanvar ayının 9-10 tarixində isə oraya gəldikdə sadəcə vitrin qapılarının qaldığını görmüşdür. O "xxxx" MTK-nın rəhbərliyinin şəxsən bu işdə cavabdeh olduğu üçün cinayət məsuliyyətinə cəlb olunmasını və onlara məxsus qeyri yaşayış sahəsinin həmin ərazidə faktiki bərpa edilməsini, yəni 151.5 kvadratmetr sahədə 100.2 kvadratmetr qeyri-yaşayış sahəsi və əlavə olaraq 70 kvm sahədə köməkçi sahələr tamamilə bərpa edilməsini, bundan başqa qanunvericiliyə əsasən göstərilən sahələrin ölçüsündən 20 faiz əlavə verilməsi də təmin edilməsini, həmçinin onlar həmin obyekti aylıq icarəyə verib 3500 manat pul aldıqlarından, həmin vaxtdan keçən 4 il nəzərə alınıb aylıq 3500 manat icarə haqqına görə də hesablanıb onlara ümumi kompensasiya verilməsini, eləcə də hər növbəti ay 3500 manat olmaqla onlara ödəniş edilməsini tələb etdiyini bildirərək, əgər MTK rəhbərliyi bərpa edə bilmədiyi halda qeyri yaşayış sahələri nəzərdə tutulan yeni tikiləcək binanın birinci mərtəbəsində özünün faktiki yerindən göstərdiyi ölçüdə sahə ilə təmin etmələrini qeyd etmişdir. Ona və bacısı Zərərçəkmiş şəxs2 məxsus ümumillikdə 100.2 kvm sahəsi olan və 151.5 kvadratmetr sahədə yerləşən tikili "xxxx" MTK-nın rəhbərliyinin göstərişinə əsasən xx.xx.2021-ci il tarixdən – xx.xx.2022-ci il tarixdədək tamamən sökülmüş, sonradan isə yanvar ayının 14 də, dağıtılardan qalan onlara məxsus əşyaları, həmçinin tikilinin qapılarını Rəfailin bacısı oğlu Tural adlı şəxs gizlin olaraq aparıb 750 manata satmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 oxşar məzmunlu ifadə verməklə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Həmçinin zərərçəkən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 oglu bildirdi ki, dəymiş zərərlə bağlı depozitə ödənilən məbləgi qəbul etmirlər, onlara dəymiş zərər məbləgi böyükdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, fiziki şəxs X1 və sərəncamında olan “New Holland E-215B” markalı ekskavatoru etibarnamə əsasında xx.xx.2012-ci il tarixdən idarə etmiş, onun ekskavatorla əsas işinin özüllər qazmaqdan və söküntü işləri aparmaqdan ibarət olmuş, görüləcək işlərlə bağlı sifarişi isə Məhərrəm Əliyev şəxsən qəbul edir və daha sonra onun tapşırığı ilə sifariş üzrə görüləcək işləri o, ekskavatorla yerinə yetirmiş, 30 dekabr 2021-ci il tarixdə saat 21:00 radələrində Məhərrəm Əliyevin götürmüş olduğu sifariş üzrə söküntü işləri aparmaq məqsədi ilə Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəyov və Təbriz küçəsinin kəsişdiyi ünvanda yerləşən "xxxx" MTK-nın ərazisinə istifadə etdiyi ekskavatoru "xxxx" markalı təxliyyə avtomobili ilə gətirmişdir. Həmçinin həmin vaxt ekskavatoru tikinti gedən əraziyə salmaq lazım olmuş, lakin tikintikinin yolun kənarına düşən hissəsində 1 mərtəbəli köhnə tikililər olduğundan ekskavatoru tikinti gedən əraziyə salmaq mümkün olmamış, bu zaman orada olan "xxxx" MTK-nın iş icraçısı kimi tanıdığı Şahid2 ekskavatoru tikinti gedən əraziyə salmaq üçün yolun kənar hissəsinə düşən köhnə tikililərin bir hissəsini sökməyi ona tapşırmış və o sonuncunun tapşırığına əsasən həmin tikililərin bir hissəsini idarə etdiyi ekskavator vasitəsi ilə sökərək ekskavatorla tikinti gedən əraziyə daxil olmuşdur. Bundan başqa tikinti gedən əraziyə daxil olduqdan sonra, orada az öncə sökülən köhnə tikililərin sahibləri ekskavatoru daşlamağa başladıqlarından o, dərhal mühərriki söndürərək gördüyü işi dayandırmış, sonradan orada olan sökülmüş köhnə tikililərin sahibləri ilə söz mübahisəsi baş verdiyindən oraya polis əməkdaşları gəldikdən sonra onları Polis Şöbəsinə dəvət etmişlər. Qeyd etmişdir ki, adını sonradan Tatyana olduğunu bildiyi bir qadında həmin vaxt orada olmuş bildiyi qədəri ilə ekskavatoru tikinti aparılan əraziyə salan zaman iş icraçısı olan Şahid2 tapşırığına əsasən orada olan köhnə tikililəri sökdüyü zaman, həmin qadına məxsus obyekt kimi fəaliyyət göstərən tikilinin bir hissəsidə zərər gördüyündən 30 dekabr 2021-ci il tarixdə tikili sahibləri ilə MTK rəhbərliyi arasında narazılıq baş verdikdən sonra, həmçinin onlar Poliş şöbəsinə gedərək izahat verdiklərindən görüləcək işlər dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə Şahid2 göstərişinə əsasən o, idarə etdiyi ekskavatorla tikinti gedən ərazidə söküntü işləri aparmağa başlamış, həmin gün onlar digər hissəsinin söküntüsünü aparsalarda, 30 dekabr 2021-ci il tarixdə tikilisi zərər görmüş Tatyana adında xanım yenidən oraya gələrək narazılıq etməyə başlamış, söküntü işlərinin dayandırılmasını tələb etmiş, orada mübahisə baş verdikdən sonra oraya polis əməkdaşları gəldiyindən söküntü işləri dayandırılmış və həmin gün heç bir söküntü işləri aparılmamışdır. xx.xx.2022-ci il tarixdən başlayaraq isə yenidən söküntü işlərini aparmağa başlamış, lakin Tatyana adında xanıma məxsus bildiyi qədər əvvəllər obyekt kimi fəaliyyət göstərmiş tikili olan hissədə söküntülər aparmamış, xatırladığı qədəri ilə təxminən yanvar ayının 10-da, səhər saatlarında iç icraçısı olan Şahid2 həmin Tatyana xanıma məxsus yolun kənər hissəsinə düşən tikilini və orada olan digər köhnə tikililəri sökməyi barədə ona göstəriş verdiyindən, həmin tikililərin sahibləri ilə MTK rəhbərliyi arasında mübahisə olduğundan o, oranı sökəcəyi təqdirdə hər-hansı problemin baş verib-verməyəcəyini sonuncudan soruşmuşdur. Lakin sonuncu MTK rəhbərliyi ilə həmin sakinlər arasında razılığın olduğunu və bununla bağlı heç bir problemin olmadığını bildirərək qeyd olunan hissəsin sökülməsi barədə ona göstəriş vermiş və o, idarə etdiyi ekskavator ilə həmin hissəsini sökməyə başlamış, bununla da o, yolun kənarında düşən hissədə olan Tatyana adlı xanıma məxsus tikilini və ona bitişik digər köhnə tikililəri sökmüşdür. Bundan əlavə qeyd etmişdir ki, bir neçə müddət sonra Nərimanov RPİ-dən ona zəng edilərək oraya çağırıldığında, ona məlum olmuşdur ki, əslində Şahid2 dediyi kimi MTK rəhbərliyi ilə onun göstərişinə əsasən tərəfindən sökülmüş tikililərin sahibləri ilə razılıq əldə edilməmiş və həmin şəxslərə məxsus tikililər razılıq olmadan sökülmüşdür. O, "xxxx" MTK-nin rəhbər şəxslərindən heç-kəsi tanımamış, orada söküntü işləri aparan zaman o, həmin MTK-nin iş icraçısı Şahid2 tanımış və sonuncu ilə hər-hansı qohumluğu, qərəzliyi, düşmənçiliyi olmamışdır. Həmçinin qeyd etmişdir ki, MTK-nin tikinti apardığı ərazidə yerləşən, Tatyana adında xanıma məxsus tikilini, həmçinin orada olan digər tikililəri sökmək barədə göstərişlər orada iş icraçısı olan Şahid2 tərəfindən ona verilmiş, söküntü işləri aparılması ilə bağlı MTK rəhbərliyi tərəfindən ona hər-hansı göstərişlər verilməmiş, o, yalnız sonuncunun göstərişlərini yerinə yetirərək həmin ərazidə söküntü işlərini aparmışdır. O cümlədən İdarə etdiyi ekskavatorla söküntü işləri aparan zaman həmin tikililərdə hansı əşyaların məhv edilməsi və yaxud da zədələnməsi barədə barədə hər-hansı məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o 2018-ci il tarixdən "xxxx" MTK-da iş icraçısı vəzifəsində işləyir, iş icraçısı kimi vəzifələrinin görüləcək tikinti və söküntü işlərinə nəzarətin həyata keçirilməsindən ibarət olmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəyov küçəsi ilə Təbriz küçəsinin kəsişməsində "xxxx" MTK tərəfindən iki bloklu 16 mərtəbəli bina evinin tikintisi nəzərdə tutulduğundan 2021-ci ilin yanvar ayı ərzində həmin ünvanda yerləşən köhnə tikililərin qanunla müəyyən edilmiş qaydada sökülməsi işləri aparılmış, ərazidə olan tikililərin sökülməsi məqsədi ilə "xxxx" MTK ilə fiziki şəxs X12 ilə müqavilə bağlandıqdan sonra Məhərrəm Əliyevin sahibliyində və sərəncamında olan “New Holland E-215B” markalı ekskavatoru etibarnamə əsasında xx.xx.2012-ci il tarixdən operator Şahid1 həvalə etmiş və müqavilə üzrə nəzərdə tutulan söküntü işləri həmin ekskavator tərəfindən yerinə yetirilmiş, 30 dekabr 2021-ci il tarixdə, saat 21:00 radələrində Rəşad sonuncu söküntüdə istifadə etmək üçün idarə etdiyi ekskavatoru "xxxx" markalı təxliyyə avtomobili ilə MTK-ya məxsus tikinti ərazisinə gətirmiş, həmin vaxt söküntü işləri aparmaqdan ötrü ekskavatoru tikinti gedən əraziyə salmaq lazım olmuş, tikintinin yolun kənarına düşən hissəsində 1 mərtəbəli köhnə tikililər olduğundan ekskavatoru tikinti gedən əraziyə salmaq mümkün olmamışdır. Lakin MTK rəhbərliyi ilə tikintinin həmin hissəsinə düşən köhnə tikililərin sahibləri ilə razılıq əldə edildiyindən o, sonuncuya ekskavatoru tikinti gedən əraziyə salmaq üçün yolun kənar hissəsinə düşən köhnə tikililərin bir hissəsini sökməsini tapşırdığını, bundan sonra isə sonuncu onun tapşırığına əsasən həmin tikililərin bir hissəsini ekskavator vasitəsi ilə sökərək ekskavatorla tikinti gedən əraziyə daxil olduğunu, ekskavatoru tikinti gedən əraziyə yerləşdirdikdən sonra, yolun kənar hissəsinə düşən yerdə köhnə tikililərin sahiblərindən adını Tatyana və Rəfail kimi bildiyi şəxslər eksvatoru qəfildən daşlamağa başladığını və bu səbəbdən həmin vaxt söküntü işlərinin dayandırıldığını qeyd edərək, ekskavatoru tikinti gedən əraziyə salan zaman orada olan tikililərin sökülməsi zamanı həmin Tatyana adlı xanıma məxsus köhnə tikilinin bir hissəsi zədələnmişdir. Orada mübahisə baş verdikdən sonra, ona məlum olmuşdur ki, MTK rəhbərliyi ilə sakinlər arasında razılıq əldə edilsə də, sonuncu ilə, həmçinin Rəfail adlı şəxslə razılıq əldə edilməmiş və bu səbəbdən həmin şəxslər narazılıq etmişlər. Orada mübahisə baş verən zaman o, 102 xidmətinə zəng etmiş və oraya polis əməkdaşları gələrək onları Polis Şöbəsinə dəvət etmiş, həmin gün isə orada hər-hansı söküntü işləri aparılmamış və görüləcək işlər dayandırılmışdır. Söküntü işlərinin davam etdirilməsi məqsədi ilə o MTK-nin sədri olan Nəsirovla əlaqə saxlamış və ondan söküntü işlərinin davam etdirib-etdirməməklərini soruşmuş, Dərgah müəllim isə baş vermiş hadisədən xəbərdar olduğunu, orada köhnə tikililərin sahibləri olan Tatyana və Rəfail adlı şəxslə razılıq əldə etdiklərini bildirərək söküntü işlərinə davam etdirməyi ona tapşırmış, bununla da o, sonuncunun göstərişinə əsasən xx.xx.2022-ci il tarixdə söküntü işlərinin həyata keçirilməsi üçün Şahid1 söküntü işlərini aparması ilə bağlı tapşırıq vermiş, həmin tikinti sahəsinin digər hissəsində söküntü işlərinin icrasına başlanılsa da, Tatyana adında xanım yenidən oraya gələrək narazılıq etməyə başlamış və söküntü işlərinin dayandırılmasını tələb etmış, həmçinin həmin vaxt oraya polis əməkdaşları gəldiyindən yenidən görülən işlər dayandırılmış və həmin gün hər-hansı bir iş görülməmişdir. O, həmin vaxt yenidən MTK-nın sədri olan Dərgah müəllimlə əlaqə saxlamış və Tatyana adında xanımın tikinti ərazisinə gələrək nazalıq etdiyini bildirmış, lakin Dərgah müəllim narahat olmamağımızı, həmin şəxslə razılığın əldə edildiyini bildirərək sabahdan söküntü işlərinə yenidən başlamaqlarını söyləmişdir. O, işlədiyi müddət ərzində o, MTK-nın direktoru olan Təqsirləndirilən şəxs tabe olmaqla sonuncunun göstərişlərini yerinə yetirmişdir. Həmçinin "xxxx" MTK-nin tikinti apardığı ərazidə yerləşən köhnə tikilərin sökülməsi işlərinə rəhbərlik edən zaman o, MKT-nın sədri olan Təqsirləndirilən şəxs göstərişlərini icra etmiş və sonuncunun göstərişləri və tapşırıqlarına əsasən aparılan söküntü işlərinə rəhbərlik etmişdir. Qeyd etmişdir ki, Tatyana adlı xanıma məxsus tikilinin sökülməsi, həmçinin orada olan digər köhnə tikililərin sökülməsi ilə bağlı göstərişləri ona MTK-nın sədri olan Təqsirləndirilən şəxs tərəfindən verilmiş, həmin tikililərdə söküntü aparılan zaman tikililərdə hər-hansı əşyaların məhv edilməsi və yaxud zədələnməsi barədə onun hər-hansı məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində MTK-nın təsisçilərindən biri olduğunu qeyd edərək bildirmişdir ki, "xxxx" MTK 2005-ci il tarixdə təsis edilərək qeydiyyata alınmış, MTK qanunla qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilsə də, əsas fəaliyyəti hündürmərtəbəli binaların inşasından ibarət olmuş, MTK-nın sədri vəzifəsinə xx.xx.2017ci il tarixdə Təqsirləndirilən şəxs təyin edilmiş və həmin tarixdən hazıradək MTK-nın idarə olunması onun tərəfindən həyata keçirilmişdir. Belə ki, "xxxx" MTK tərəfindən ünvan 2 ünvanında 2005-ci il tarixdən başlayaraq 8 bloklu, 16 mərtəbəli binanın tikintisi həyata keçirildiyini qeyd edərək, həmin binanın tikintisi 2021-ci il tarixdə başa çatmış,sakinlərə təhvil verilmiş, həmin tikintiyə başlamamışdan əvvəl Pilot layihəsi olmasa da, qeyd olunan təcrübədən istifadə edərək sözü gedən sahədə mənzili olan şəxslərin özlərinə məxsus köhnə tikililərinə uyğun yeni tikilmiş binada mənzillər verilmiş, həmçinin tikinti gedən dövrdə həmin şəxslərin kirayə pullarıda ödənmişdir. Bundan əlavə sözü gedən binanın tikintisi zamanı həmin sahədə razılaşdıraraq sökülmüş tikili sahibləri ilə MTK rəhbərliyi ərazisində hər-hansı problem və ya narazılıq olmadığını qeyd edərək, 2021-ci il tarixdə həmin əraziyə demək olar ki, bitişik ərazidə, yəni Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi ilə Təbriz küçəsinin kəsişməsində yerləşən sahədə "xxxx" MTK tərəfindən 2 bloklu, 16 mərtəbəli binanın tikintisinə başlanmalı və tikinti aparılması ilə bağlı əvvəllər Bakı şəhər İcra Hakimiyyəti, Şəhər Salma və Arxitektura Komitəsi tərəfindən müvafiq sənədlər, həmçinin İCAZƏ sənədləri alındığını bildirmişdir. Həmçinin göstərmişdir ki, həmin yeni tikiləcək hündürmərtəbəli binanın tikintisi təxminən 2018-ci il tarixdən planlaşdırılmış, lakin həmin ərazidə 1 mərtəbəli köhnə tikililər (yaşayış evləri) olduğundan Pilot layihəsinin təcrübəsindən istifadə edərək, həmin tikili sahibləri ilə görüşlər keçirilmiş, 2021-ci ilin sonlarınadək həmin ərazidə olan köhnə tikililərin sahibləri ilə demək olar ki, razılıq əldə edilmiş və müvafiq müqavilələr bağlanmışdır. "xxxx" MTK-nın sədri vəzifəsini xx.xx.2017-ci il tarixdən sədri vəzifəsini Təqsirləndirilən şəxs icra etdiyindən həmin vaxtdan MTK-nın idarə olunması və MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi ilə Təbriz küçəsinin kəsişməsində yerləşən sahədə söküntü işlərinin aparılması zamanı həmin işlərə rəhbərlik Təqsirləndirilən şəxs tərəfindən həyata keçirildiyini göstərərək bildirmişdir ki, həmin sahədə hündürmərtəbəli yeni yaşayış binasının tikintisi nəzərdə tutulduğundan, həmin tikili sahibləri ilə görüşlər keçirilmiş, 2021-ci ilin sonlarınadək həmin ərazidə olan köhnə tikililərin sahibləri ilə demək olar ki, razılıq əladə edilmiş və müvafiq müqavilələr bağlanmış, lakin həmin ərazidə 100.2 kv/m sahəsi olan köhnə 1 mərtəbəli tikilinin sahibləri olan Tatyana Məmmədova, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onlara məxsus tikilinin sökülməsi ilə bağlı absurd tələblər irəli sürdüklərindən qeyd olunan şəxslərlə razılıq əldə edilməmiş, həmin şəxslərə məxsus köhnə tikili onların iddiasına görə obyekt kimi aylıq icarəyə verilsə də, lakin sənəd üzərində qeyri-yaşayış kimi qeyd edilməsə də, həmin tikilinin sökülməsi müqabilində yeni inşa ediləcək binanın həmin tikili hissəsində, həmin ölçüdə onlara obyektin verilməsi təklif edilmiş, lakin həmin şəxslər qeyd olunan təkliflə razılaşmadıqlarından, yeni tikiləcək binadan 2 ədəd, 3 otaqlı mənzil onlara təklif edilmişdir. Lakin qeyd olunan şəxslər təkliflərlə razılaşmayaraq onlara məxsus köhnə tikilinin sahəsinin 100.2 kv/m deyil ümumi 151.5 kv/m torpaq üzərində yerləşdiyini əsas gətirib təkliflərlə razılaşmayıb söküntü müqabilində absurt təkliflər irəli sürərək, xatırladığı qədəri ilə ilk dəfə 1.000.000 manat sonradan isə 2.000.000 manat nağd pul vəsaiti tələb etdiklərindən orada olan köhnə tikililərin sahibləri ilə razılıq əldə edilsə də, Tatyana xanım, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2lə razılıq əldə edilməmiş, həmin ərazidə olan tikili sahibləri ilə danışıqlar MTKnın işçiləri, həmçinin MTK-nın hüquqi işlərini aparan Müdafiəçi1 tərəfindən aparılmışdır. 30 dekabr 2021-ci il tarixdə, gecə saatlarında "xxxx" MTK tərəfindən söküntü işləri aparılmasından müqavilə bağlanaraq əraziyə gətirilmiş ekskavator Təbriz küçəsi istiqamətindən tikinti gedən əraziyə salınan zaman Tatyana Məmmədovaya, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus tikilinin bir hissəsi zədələnməsi və sonradan, yəni xx.xx.2022-ci il tarixədək qeyd olunan tikilinin tamamən sökülməsi, qeyd olunan söküntü işlərinə kimin tərəfindən rəhbərlik edilməsi, sözü gedən şəxslərə məxsus tikilinin sökülməsinə kimin tərəfindən göstəriş verilməsi, həmçinin baş vermiş hadisə ilə bağlı göstərmişdir ki, qeyd etdiyi kimi Tatyana Məmmədova, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus tikilinin sökülməsi ilə bağlı MTK tərəfindən həmin şəxslərlə razılıq əldə edilməmiş və onlara məxsus tikilinin sökülməsi ümumən nəzərdə tutulmamış, həmçinin həmin sahədə aparılan söküntü tikinti işlərinə MTK-nın sədri olan Dərgan Nəsirov tərəfindən rəhbərlik edilmişdir. Bundan əlavə qeyd etmişdir ki, baş vermiş hadisə zamanı o, orada olmadığından hadisədən sonradan xəbəri olmuş, lakin MTK-nın direktoru Dərgan Nəsirovdan hadisənin səbəbi soruşulduqda, sonuncu həmin şəxslərə məxsus tikilinin səhvən anlaşılmazlıq səbəbindən söküldüyünü söyləmiş, lakin onun göstərişlərini yerinə yetirən MTK-nın iş icraçısı olan Şahid2 bununla bağlı soruşduqda sonuncu qeyd olunan ərazidə söküntü işləri aparılan zaman sözü gedən şəxslərə məxsus tikilinin sökülməsi ilə bağlı razılığın əldə edilib-edilməməsi barədə MTK-nın sədri Təqsirləndirilən şəxs soruşduğunu bildirmiş və sonuncu tərəfindən həmin şəxslərlə razılıq əldə edildiyindən qeyd olunan ərazidə söküntü işlərinin aparılması ilə bağlı ona göstəriş verildiyini bildirmişdir. Ona görə də, o, baş vermiş hadisənin səbəbi kimi konkret fikir bildirə bilmədiyini qeyd etmişdir. O, Tatyana Məmmədova, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadələrində bildirdikləri, yəni MTK tərəfindən onlara məxsus obyekt sökülən zaman onlara məxsus cehizlər, uşaqlarına və ailələrinə aid olan yeni əşyaların dağıntıların altında qalması, həmçinin obyektin qapılarına qədər satış məqsədi ilə çıxarılıb aparılması, yanvar ayının 14-də MTK-nın məsul şəxslərindən olan Rəfail adlı şəxsin bacısı oğlu, yəni onun sonunculara məxsus mülkün qapılarını gizlin olaraq söküb qazel markalı avtomobillə Bakıxanov qəsəbəsi ərazisinə aparıb 750 manata satması və qonşuların qeyd olunan hadisənin şahidi olması ilə bağlı olaraq bildirmişdir ki, həmin şəxslərə məxsus tikilinin söküntüsü zamanı həmin tikilidə hər-hansı əşyaların məhv edilməsi və yaxud zədələnməsi barədə onun hər-hansı məlumatı olmamış, həmçinin X10 MTK-nın təsisçilərindən biri olmaqla həmin şəxsin onun dayısı olmadığını, onların heç bir qohumluq münasibətlərinin olmadıqlarını bildirmişdir. Bundan əlavə o, Tatyana Məmmədova, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələrində qeyd etdiklərinin absurd və yalan fikirlər olduğunu qeyd edərək, obyektin qapılarının oradan satış məqsədi ilə çıxarılıb aparılması gülünc bir fikir olduğunu, onun hər-hansı qapını söküb aparıb satmasıda yalan olduğunu və buna ehtiyacı olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi k, onun ailəsinə məxsus olan və 2/3 hissəsi oğlu Zərərçəkmiş şəxs1, 1/3 hissəsi isə qızı Zərərçəkmiş şəxs2 məxsus ümumi sahəsi 100.2 kv m olan Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsində yerləşən 18-ci evin 2a №-li mənzili təxminən 1993-cü il tarixdən qeyri-yaşayış sahəsi kimi həmin mənzili aylıq kirayə verilmiş, əldə olunan gəlirlə dolandmışlar, həmçinin həmin mənzilin 30 kv m sahəsində yaşayırdılar, 70 kvm sahəni isə icarəyə vermişlər. 2017-ci ilin xatırladığı qədər may ayında həmin ərazidə, yəni Təbriz və Ə.Ağaoğlu küçəsinin kəsişməsində yerləşən torpaq sahəsində tikinti işləri aparan "xxxx" MTK tərəfindən hündürmərtəbəli yeni yaşayış binanın tikintisi aparıldığından, orada yerləşən obyekt sahibləri ilə razılaşma əsasında söküntü işləri aparıldığından, o, sözü gedən MTKnın rəhbərliyi ilə əlaqə saxlayaraq onlara məxsus olan tikilinin sonuncu tərəfindən sökülüb sökülməyəcəyini, eləcə də bununla bağlı gələcəkdə danışıqlarının olub-olmayacağını soruşmuş, lakin MTK rəhbərliyi onların məhləsində, yəni onlara məxsus obyekt olan sırada yerləşən tikililərin yaxın 5 il müddət ərzində sökülməyəcəyini bildirmişlər. Onlara məxsus obyektləri təmir etdirmək istədiklərini MTK rəhbərliyinə bildirmiş, buna baxmayaraq MTK rəhbərliyi tərəfindən konkret olaraq 5 il müddətində orada söküntü işləri getməyəcəyini demişlər. Bu səbəbdən də 2017-ci ildə onlar yaşadıqları həmin 30 kv.m sahədən çıxaraq, Nəsimi rayonunda kirayə mənzilə köçmüş və həmin 30 kvm olan sahənidə 70 kv.m sahəni əvvəllər icarəyə götürmüş icarədara kirayəyə vermiş, o cümlədən onlara məxsus ümumi sahəsi 100.2 kvm olan mənzili onlar neçə illərdir ki, qeyri yaşayış sahəsi kimi icarə verdiklərindən və həmin sahə qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərdiyindən, həmin sahənin qeyri yaşayış sahəsi kimi fəaliyyət göstərməsi barədə Nərimanov rayon İcra Hakimiyyəti Başçısı tərəfindən xx.xx.2018-ci il tarixli, 435 №-li sərəncam verildiyini bildirmişdir. 2017-ci il tarixdə MTK rəhbərliyi ili danışıqları zamanı onların obyektləri olan sıranı sökməyəcəklərini bildirsələr də, 2019-cu ilin əvvəlində MTK rəhbərliyi onları ofisə dəvət edərək, danışıqlar aparıb onlara məxsus olan qeyri yaşayış sahəsi kimi istifadə olunan tikilini sökmək istədiklərini bildirdikdə, o, əvvəlcə aparılan danışıqda 5 il müddətində həmin sahədə söküntü işləri aparılmayacağını onlara bildirməsi səbəbindən onların icarədarlarının obyekti təmir etdiyini söyləmiş, həmçinin onlara məxsus olan obyektin qeyri yaşayış sahəsi kimi tanınması barədə Nərimanov rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 435 №-li sərəncamı MTK rəhbərliyinə təqdim etmiş, daha sonra MTK rəhbərliyi onlara məxsus olan qeyri yaşayış sahəsini mənzil kimi qəbul etdiklərindən sözü gedən tikilinin sökülməsi müqabilində onlara orada tikilicək binadan təmirsiz 3 otaqlı mənzil təklif etmişlər. Lakin onlara məxsus obyekt qeyri yaşayış sahəsi kimi fəaliyyət göstərdiyindən, həmçinin faktiki olaraq aylıq 3500 manat arenda haqqı verildiyindən, onlara məxsus tikilinin mənzil adı altında sökülməsi ilə razı olmadıqlarını demişdir. Bundan sonra isə MTK rəhbərliyi sərəncamın ləğvi ilə bağlı İnzibati məhkəməyə iddia ilə müraciət etmiş, onların bununla bağlı məlumatı olmadığından onlar məhkəmədə iştirak etməmiş,məhkəmə tərəfindən onların iddiası təmin edildiyini qeyd edərək, onlar bununla bağlı məlumat əldə etdikdən sonra dərhal Bakı Apellyasiya Məhkəməsinə müraciət etdiklərini və inzibati məhkəmənin sərəncamın ləğv edilməsi barədə qərarının Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv edildiyini bildirmişdir. Bundan sonra isə 2021-ci ilin oktyabr ayında MTK rəhbərliyi təkrar danışıqlar aparmaq üçün onu ofislərinə dəvət etmiş, oraya gəldiyində həmin vaxt orada MTK-nın rəhbər şəxsləri, həmçinin MTK-nın hüquqi işlərini aparan Cavid adında şəxsin orada olduğunu, danışıq zamanı onlara məxsus obyektin sökülməsi müqabilində hansı məbləğdə pul vəsaiti istədiklərini soruşduqlarını, həmin vaxt onlara məxsus obyektin sökülməsi müqabilində 2.500.000 manat pul vəsaiti istədiklərini, MTK qeyd olunan məbləğin çox olduğunu bildirdiklərini, həmçinin obyektin mülkiyyətçiləri onun övladları olduğundan oğlu Eynar və qızı Elnarə ilə gəlib danışıqlar apara biləcəyini demişdir. Əlavə olaraq ona “get uşaqlarına denən, 300.000 manatla razıdılarsa, gəlsinlər verək, yox razı deyillərsə biz həmin əraziyə 3 il əl dəyməyəcik”- deyə dediklərində, oradan çıxıb getdikdən sonra, təxminən 2-3 gün sonra Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsindən ona bildiriş gəlmiş, məhkəmə baxışına dəvət olunmuş, sonradan isə ona məlum olmuşdur ki, MTK rəhbərliyi onlara məxsus obyektin formal qiymətləndirilməsi üçün məhkəməyə müraciət etmiş və sonradan ekspertiza rəyini əldə etdikdən sonra iddia ərizəsini geri götürmüşlər. xx.xx.2021-ci il tarixdə təxminən saat 22:00 radələrində onların həmin ərazidə qonşusu olan X13 ona zəng vurub Nərimanov rayonu Əhmədbəy Ağaoğlu küçəsində yerləşən qeyri-yaşayış sahələrinin qarşısında ekskavator dayandığını və oraya getməli olduğunu bildirmişdir. Belə ki, qonşusu Rəfael həmin vaxt oraya gəldiyində gəlib görüb ki, MTK rəhbərliyi ekskavator vasitəsi ilə onun oğlu Eynara və qızı Elnarəyə məxsus olan obyekti sökdürüb, Rəfailin obyektini isə saat 23:00-da dağıtmağa başlayıb, sonuncu və onun qızı Elnarədə həmin vaxt ekskavatorun işini dayandırıb, 102-yə zəng etmiş, bundan sonra isə o, dərhal təxminən saat 23:16-da hadisə yerinə çatmış və oraya çatdığında MTKnın işçilərinə onlara məxsus məxsus tikilini “niyə dağıdıbsınız?” sualı verikdə, işçilər “Biz kimik ki?” deyə cavab vermiş, həmin ərazidə 2013, 2018, və 2021-ci ildə köçürülən sakinlərin mənzilləri hamısı sökülməmiş olan halda "xxxx" MTK-nın rəhbərliyi onlara məxsus olan obyektlərini bayramqabağı sökməyə göstəriş vermiş, həmçinin MTK-nın vəzifəli şəxsləri əşyaları ilə dolu obyektini yer ilə bir etmişdirlər. Həmçinin qeyd olunan hadisədən sonra, xx.xx.2021-ci il tarixinə keçən gecə Nərimanov rayonu 18-ci polis bölməsində hadisə ilə bağlı ondan sonra isə fəhlələrdən izahat alınmış, bundan əlavə xx.xx.2022-ci il tarixində yenidən söküntü və dağıntı işləri davam etdirilmiş və xx.xx.2022-ci il tarixədək obyektin qalan hissəsini: məhlədən qiriş qapısını, mətbəxi, koridoru və hamamı dağıtmış, nəticədə isə onun obyektini "xxxx" MTK-nın rəhbərliyi bilərəkdən qəsdlə sökülməsinə nail olmuşdur. Bundan əlavə qeyd etmişdir ki, MTK tərəfindən onlara məxsus obyekt qəsdən sökülən zaman qızına,gəlininə məxsus cehizlər, uşaqlara və onlara aid olan yeni əşyalar dağıntıların altında qalmışdır. Həmçinin obyektin qapılarına qədər satış məqsədi ilə çıxardıb aparmış, bununla da, "xxxx" MTK rəhbərliyi xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək onlara məxsus obyekti söküb yerlə yeksan edib qanunsuz işlərini yekunlaşdırmışdırlar. MTK tərəfindən sərəncamın ləğvi ilə bağlı Bakı İnzibati Məhkəməyə müraciət edilən zaman hakiminin sorğusuna əsasən Daşınmaz Əmlakın Kadastrı və ünvan reyestri xidmətinin rəyinə əsasən onların yerinin 151.5 kv.m torpaq üstündə yerləşib, onların sərəncamı ilə icarəyə götürdüyü torpaqla üst-üstə düşdüyünün qeyd olunduğunu bildirərək göstərmişdir ki, "xxxx" MTK-nın onlara məxsus tikilinin 2019-cu il tarixdə qəsdən komunal xətlərini korlaması nəticəsində, yəni ki yaxınlıqda olar evin almaları və sökmələri nəticəsində onlara məxsus obyektin komunal xətləri xarab olduğundan onlar 4 il gəlirsiz qalmış, lakin onlara məxsus tikili söküldükdən sonra, MTK iddia etmişdir ki, onların mülkünün ümumi sahəsi 100.2 kvm olmuş, lakin onların istifadəsində olan qeyri-yaşayış sahəsi faktiki 151.5 kvm olmuş, sadəcə olaraq torpaq sahəsi sənəddə qeyd olunmayıb, ona görə ki, onun üçün heç bir ehtiyac olmamışdır. Belə ki, onlara məxsus tikilidə, əl damı, sanuzel, iki anbar, zirzəmi olub və bunlar isə ümumilikdə 70 kvm təşkil etmişdir. Yanvar ayının 14-də "xxxx" MTK-nın məsul şəxsi Rəfael adlı şəxsin bacısı oğlu Tural onlara məxsus mülkün qapılarını gizlin olaraq söküb qazel markalı avtomobillə Bakıxanov qəsəbəsi ərazisinə aparıb 750 manata satdığını, qonşular da bunun şahid olduğunu qeyd edərək, onlara məxsus obyektin sökülməsi ilə bağlı danışıqları əsasən onlar "xxxx" MTK-nın şəriklərindən olan Rəfael adlı şəxslə və MTK-nın hüquqi işlərini görən Cavid adlı şəxslə apardıqlarını bildirmişdir. "xxxx" MTK tərəfindən qızı Zərərçəkmiş şəxs2 və oğlu Zərərçəkmiş şəxs1 məxsus ümumillikdə 100.2 kvm sahəsi olan tikilinin hansı müddət ərzində sökülməsi barədə bildirmişdir ki, qızı Zərərçəkmiş şəxs2 və oğlu Zərərçəkmiş şəxs1 məxsus ümumillikdə 100.2 kvm sahəsi olan və 151.5 kvm sahədə yerləşən tikili "xxxx" MTK-nın rəhbərliyinin göstərişinə əsasən xx.xx.2021-ci il tarixdən – xx.xx.2022-ci il tarixədək tamamən sökülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 oglu ifadəsində göstərdi ki, o "xxxx" MTKnın 5 faizlə təsisçilərindən biridir. Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 107 №-li sərəncama "xxxx" MTK-nın xx.xx.2005-ci il tarixli, 01 saylı müraciətini nəzərə alaraq Nərimanov rayonu, Təbriz küçəsi, 794 saylı məhəllədə 0.78 ha torpaq sahəsi çoxmərtəbəli yaşayış binalarının layihələşdirilməsi və tikintisi üçün icarə əsasında "xxxx" MTK-nın istifadəsinə verilmişdir. Zərərçəkənlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 oglunun evinin sökülməsinə tapşırıq Təqsirləndirilən şəxs tərəfindən verilmiş, aparılan danışıqlarda o, iştirak etməmişdir. Məhkəməyə şahid qismində çağırılmış Şahid3 məhkəmə iclasında iştirak etməməsini nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş oldugu ifadəsi elan edilmişdir. Belə ki, Şahid3 məhkəməyə teleqram vuraraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 oglu cavabdeh "xxxx" MTKya və Təqsirləndirilən şəxs Ləkif ogluna qarşı mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Aybir" MTK-nın üzərinə şəxsi mülkiyyətlərində olan Bakı şəh., Nərimanov r-nu, Əhmədbəy Ağa oğlu küç 18-də yerləşən, ümumi sahəsi 221.5 kv.m. (qeyri-yaşayış faktiki sahəsi 151.5 kv m., 15 kv.m dam üstü, 40 kv.m anbar, 13 kv.m iki ədəd əl damı, 2 kv.m tualet qovşağı) təşkil edən əmlaklarının bərpa edib əvvəlki tam təmirli vəziyyətinə gətirməsi və təhvil verilməsi vəzifəsinin qoyulması, bərpası mümkün olmadıqda 151.5 kv.m və 20% həddində əlavə olmaqla ümumi 180 kv.m qeyri-yaşayış sahəsi, fasadın eni 9.3 kv m, Təbriz küç., yerləşən obyektlərin sırasında yeni tikilən binasının birinci mərtəbəsində tam təmirli və istifadəyə yararlı şəkildə verilməsi vəzifəsi "Aybir” MTK üzərinə öhdəlik qoyulması, Əlavə qeyri-yaşayış sahələrinə bitişik olan 70 kv.m yeni tikili binada həmin ölçüdə olan mənzillə əvəzləşdiriiməsi, iddiada siyahı üzrə qeyd olunan şəxsi əşyalarının işlək vəziyyətində "xxxx" MTK-dan tutularaq onlara qaytarılması, 2019-cu ilin may ayından bu günə gədər əldən çıxmış fayda hər ay 3000 AZN məbləğində olaraq qeyri-yaşayış sahəsinin təhvil verilənə gədər "xxxx" MTK tərəfindən onlara ödənilməsi, obyektin faktiki sahəsi 151.5 kv.m-20 faiz əlavə, fasadın eni 9.3 kv.m Təbriz küç.yerləşən obyektlərin sırasında yenitikilən binanın birinci mərtəbəsində tam təmirli obyekt, mənəvi zərərin razılaşma yolu ilə əvəzləşdirilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Məhkəmə iclasında mülki cavabdeh“Aybir" MTK-nin sədri olaraq Təqsirləndirilən şəxs mülki iddianı qismən qəbul edərək nəhkəməyə zərərçəkmişlərə təklif vermiş və təklifin şərtləri aşağıdakı kimi olmuşdur: Zərərçəkmişlərə məxsus mənzilin real bazar dəyəri kimi ekspert rəyində göstərilmiş 450.198 manat dəyərində pul məbləği. Bu günədək verilməli olan yığılmış kirayə haqqı məbləği kimi 22 500( iyirmi iki min beş yüz) manat. (Açıqlaması—15 ay x 1500 manat = 22 500 manat və ya ”Aybir”MTK-nm həmin ərazidə hazırda inşa etdiyi 8-ci blokda 2 ədəd 87.2 kv.m-dən ibarət tam təmirli mənzillər. Bu günədək verilməli olan yığılmış kirayə haqqı məbləği kimi 22 500( iyirmi iki min beş yüz) manat.(Açıqlaması—15 ay* 1500 manat = 22 500 manat və ya ”Aybir”MTK-nın həmin ərazidə hazırda inşa etdiyi 8-ci blokda 2-ci mərtəbədə 150 kv.m-dən ibarət tam təmirli qeyri-yaşayış sahəsi. Bu günədək verilməli olan yığılmış kirayə haqqı məbləği kimi 22 500( iyirmi iki min beş yüz) manat. (Açıqlaması—15 ay x 1500 manat = 22 500 manat və ya ”Aybir”MTK-mn həmin ərazidə hazırda inşa etdiyi 8-ci blokda-1 ədəd 87.2 kv.m-dən ibarət tam təmirli mənzil və 2-ci mərtəbədə 120 kv.m-dən ibarət tam təmirli qeyri- yaşayış sahəsi. Bu günədək verilməli olan yığılmış kirayə haqqı məbləği kimi 22 500( iyirmi iki min beş yüz) manat.(Açıqlaması—15 ayx) 500 manat = 22 500 manat. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X2, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 oglunun müraciəti əsasında AR CM-nin 186.2.1 və 308.1-ci maddələri ilə cinayət işinin başlanması və icraata qəbul edilərək istintaqının aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, 1233264№-li çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsində yerləşən 18-ci evin 2a №-li mənzil xüsusi mülkiyyət növü olmaqla həmin mənzilin ümümi sahəsi 100.2 kv.m-dir və qeyd olunan mənzilin 2/3 hissəsi Zərərçəkmiş şəxs1, 1/3 hissəsi isə Zərərçəkmiş şəxs2 məxsusdur. Cinayət işi materiallarında əlavə edilmiş xx.xx.2018-ci il tarixli “İcarə Müqaviləsi”ndən göründüyü kimi ümumi sahəsi 100,2 kv.m olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi 18 saylı evin 2a №-li mənzil Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən aylıq 3000.0 manat olmaqla (1750.0 manat Zərərçəkmiş şəxs1, 1250.00 manat Zərərçəkmiş şəxs2) X8 icarəyə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 107 №-li sərəncamın 15-ci bəndində qeyd edilmişdir ki, Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 1/158 saylı razılığ məktubu və "xxxx" MTK-nın xx.xx.2005-ci il tarixli, 01 saylı müraciətini nəzərə alaraq Nərimanov rayonu, Təbriz küçəsi, 794 saylı məhəllədə 0.78 ha torpaq sahəsi çoxmərtəbəli yaşayış binalarının layihələşdirilməsi və tikintisi üçün icarə əsasında "xxxx" MTK-nın istifadəsinə verilsin. O cümlədən həmin sərəncamın 15.1-ci bəndində qeyd edilmişdir ki, Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi və sakinlərin mövcud qanunvericiliyə əsasən köçürülməsi, həmçinin vətəndaşlara müavinət ödənilməsi "xxxx" MTK-nın vəsaiti hesabına həyata keçirilsin. İş materiallarında olan Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018ci il tarixli, 435 №-li Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi 2a №-li mənzilinin təyinatının dəyişdirilməsi haqqında sərəncamın nəticə hissəsində qeyd edilmişdir ki, sözü gedən mənzilin mövcud istifadə vəziyyətində təyinatının dəyişdirilməsinə icazə verilmiş, o cümlədən qeyd edilmişdir ki, həmin mənzilin mövcud istifadə vəziyyətində qeyri-yaşayış sahəsi kimi müvafiq qaydada sənədləşdirilmə məqsədilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməsi vətəndaş Zərərçəkmiş şəxs1 tövsiyə olunuşdur. İş materiallarında olan Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Ş.İbadov, komissiyanın üzvləri: Hüquq şöbəsininin müdiri F.Calalov, həmin şöbənin məsləhətçisi H.Nuriyev, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi A.Gülənmədov və həmin şöbənin böyük məsləhətçisi-memar İ.İsrafilov tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli “Texniki-rəy”dən göründüyü kimi Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi 18 saylı evin 2a №-li mənzili həmin vaxt qeyri-yaşayış sahəsi kimi istifadə olunub. İşdə olan "xxxx" MMC tərədindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Nəsirov X11 Afət Bəhruz qızı liə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 xx.xx.2016-cı il tarixdə anadan ollmuşdur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X26 oglu xx.xx.2014-cü il tarixdə anadan ollmuşdur. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/5436 №-li rəydə göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, tədqiq olunan tikilinin ümumi sahəsinin 100,2 kv.metr təşkil etdiyini nəzərə alaraq, ünvan 6 ünvanında yerləşən tikilinin mənzil kimi nəzərə alınmaqla hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 145590.0 manat (1453 x 100.2), həmin tikilinin qeyri-yaşayış sahəsi kimi nəzərə alınmaqla hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 450.198,0 manat (4493 x 100.2) məbləğində müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İşdə olan 120122/00138 №li xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MTK tərəfindən X7, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 adına depozitə 400.000 manat pul yerləşdirmişdir. İşdə olan 09 mart 2023-cü il tarixli "xxxx" QSC-nin Azadlıq filialının qəbzinə əsasən dəymiş zərər 50.198 manat pul vəsaiti zərərçəkmişlər Zərərçəkmiş şəxs1 oglu və Zərərçəkmiş şəxs2 adına yerləşdirilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşdə materiallarında əlavə edilmiş tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi, yəni onun Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus tikilinin sökülməsi ilə əlaqədar Şahid2 göstəriş verməməsi və qeyd olunan tikili anlaşılmazlıq səbəbindən səhvən sökülməsi barədə göstərdiyi xüsusat özünü müdafiə xarakterli olduğundan, öz müdafiəsi üçün gətirdiyi dəlil kimi qiymətləndirilərək rədd edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.1 və 308.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsinə görə xx.xx.2022-ci il tarixdə elan olunmuş ittiham və barəsində seçilmiş “Başqa yerə gətməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, ********* nömrəli cinayət işi materiallarında yazılmış "xxxx" Mənzil Tikinti Kooperativi yazıları "xxxx" Mənzil Tikinti Kooperativi yazıları "xxxx" Mənzil Tikinti Kooperativi kimi oxunmuş, cinayət işi üzrə hadisə yerinə baxış keçirilməsi haqqında protokollar, "xxxx" Mənzil Tikinti Kooperativinin (VOEN № **********) xx.xx.2005-ci il tarixdə vergi ödəyicisi kimi qeytiyyata alınmasına dair şəhadətnamə, MTK-nın nizamnaməsi, Təqsirləndirilən şəxs MTK-nın sədri vəzifəsinə təyin olunması haqqında əmək müqaviləsi, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 435 №-li sərəncamı, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Ş.İbadov, komissiyanın üzvləri: Hüquq şöbəsininin müdiri F.Calalov, həmin şöbənin məsləhətçisi H.Nuriyev, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi A.Gülənmədov və həmin şöbənin böyük məsləhətçisi-memar İ.İsrafilov tərəfindən imzalanmış xx.xx.2018-ci il tarixli texniki-rəy və məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022ci il tarixli, 10/5436 №-li rəyi iş üçün əhəmiyyət kəsb etdiyindən sübut növü kimi qəbul olunmuş, 2/3 hissəsi Zərərçəkmiş şəxs1, 1/3 hissəsi isə Zərərçəkmiş şəxs2 məxsus qeyri-yaşayış sahəsi kimi istifadə olunan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsində yerləşən 18-ci evin 2a №-li mənzilin sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, 1233264№-li çıxarışda qeyd edildiyi kimi 100.2 kv.m olaraq nəzərə alınmış, iş üzrə təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində X4, Şahid4, Şahid2 və Şahid1 hər hansı bir formada iştirak etməsi öz təsdiqini tapmadığına görə, həmin xüsusat üzrə Təqsirləndirilən şəxs, Rəfail Məmmədovun, Şahid2 və Şahid1 barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus tikilinin söküntüsü zamanı tikilidə hər hansı əşyaların məhv edilməsi və yaxud zədələnməsi faktı öz təstiqini tapmadığından həmin xüsusəti üzrə həmin hissə də, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadələrində göstərdikləri, onlara məxsus tikilinin xx.xx.2021-ci il tarixdən – xx.xx.2022-ci il tarixdədək tamamən söküldükdən sonra yanvar ayının 14 də, dağıtılardan qalan onlara məxsus əşyaların, həmçinin tikilinin qapılarının Rəfailin bacısı oğlu Tural adlı şəxsin gizlin olaraq söküb qazel markalı avtomobil ilə Bakıxanov qəsəbəsi ərazisinə aparıb 750 manata satması və qonşuların da buna şahid olmaralını bildirmələri və bununla da həmin xüsusat üzrə olan hissə də Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin tərkib əlamətlərinin olmasını nəzərə alaraq ********* nömrəli cinayət işindən ilkin yoxlama materialı ayrılaraq həmin hissədə araşdırmanın davam etdirilməsi məqsədi ilə aidiyyəti üzrə Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilməsi və Azərbaycan Respublikası Baş prokurorunun 30 iyul 2020-ci il tarixli 10/82 nömrəli əmri ilə təsdiq olunmuş “X20”nın 346.13-cü maddəsinə əsasən, cinayət təqibinin başlanması rədd edilmiş və cinayət təqibinin başlanması xitam edilmiş xüsusatlara aid sənədlərdən kserosurətlər çıxarılmış və ayrılmış materiallar idarənin arxivinə təqdim edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş əmək müqaviləsindən və "xxxx" MTK-nin nizamnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sözü gedən Kooperativin sədri vəzifəsinə işə qəbul edilməsi üçün onunla 01 may 2017-ci il tarixdə ilk dəfə əmək müqaviləsi bağlanmış və o, həmin tarixdə Kooperativin sədri vəzifəsinə işə qəbul edilmiş, eyni zamanda sözü gedən Kooperativ xx.xx.2005-ci il tarixdə ********** №-li VÖEN-ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində dövlət qeydiyyatından keçmişdir. Məhkəmə, iş üzrə müəyyən edilmiş halları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutları, o cümlədən təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokolları mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən sübut növü kimi qəbul edib hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır və onun əməli CM-in 186.2.1 və 308.2-ci maddələri ilə düzgün tövsif edilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Belə ki, CM-in 186.2.1 maddəsinə əsasən -özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—186.2.1. zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə; üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 308.2-in maddəsinə əsasən Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə— üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə , üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təhlil edilən cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını məhv etməklə və ya zədələməklə mülkiyyət münasibətlərinə qəsd edir, ona ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Digər tərəfdən, bu əməllərin ümumi təhlükəli üsullarla törədilməsi insanların sağlamlığını, həyatını və qanunla qorunan digər dəyərləri də təhlükə altına alır. Əmlakı qəsdən məhv etmə və ya zədələmə cinayətinin obyekti mülkiyyət münasibətləridir. Təhlil edilən cinayətin obyektiv cəhəti aşağıdakıları əhatə edir: a) özgənin əmlakını məhv etmə və ya zədələmədən ibarət əməl; b) zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmasından ibarət ictimai təhlükəli nəticə; c) törədilmiş əməllə vurulmuş ziyan arasında səbəbli əlaqə. Məhv etmə dedikdə, əmlakın xassələrinin elə dəyişməsi başa düşülür ki, bu zaman əmlak təsərrüfat dəyərini itirir, məqsədli təyinatı üzrə istifadə edilə bilmir, başqa sözlə, tam yararsız vəziyyətə salınır. Əmlakı məhv etmə onun dağıdılmasında, parçalanmasında, ümumiyyətlə maddi dəyərin tamamilə təsərrüfat dövriyyəsindən çıxmasında ifadə olunur. Bu zaman həmin əmlakı təmirlə və ya başqa üsulla bərpa etmək mümkünsüz olur. Cinayətin obyektiv cəhətinin zəruri əlaməti zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqda ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” 19 iyul 2013-cü il tarixli Qərarında göstərilir: CM-in 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar; dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edildi ki, "xxxx" Mənzil Tikinti Kooperativinin sədri vəzifəsində işləyən Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr ayının 30-dan 2022-ci ilin yanvar ayının 10-na kimi olan müddət ərzində Bakı şəhərində, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi ilə Təbriz küçəsinin kəsişməsində yerləşən sahədə tikililərin sökülərək yerində hündürmərtəbəli, çox mənzilli yaşayış binasının inşası aparılan zaman Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində xx.xx.2005-ci il tarixdə qeydiyyatdan keçmiş "xxxx" Mənzil Tikinti Kooperativinin (VÖEN №**********) xx.xx.2017-ci il tarixdən sədri vəzifəsində işləyərkən həmin MTK-nın xx.xx.2015-ci il tarixli Nizamnaməsinə əsasən Koperativin üzvlərinin ümumi yığıncaqları arasındakı dövrdə Kooperativin cari fəaliyyətinə rəhbərlik etmək, onun işlərini aparmaq, Kooperativi təmsil etmək, Kooperativin adından müqavilələr bağlamaq, həmçinin rəsmi sənədləri imzalamaq, Nizamnaməyə uyğun olaraq, Kooperativin əmlakına sərəncam vermək, işçiləri vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək, onların vəzifə maaşlarını müəyyən etmək, qanunverciliklə Kooperativin Nizamnaməsi ilə Ümumi Yığıncağın, Müşahidə Şurasının və Təftiş Komissiyasının (Müfəttişin) səlahiyyətlərinə aid edilməyən digər səlahiyyətləri həyata keçirmək səlahiyyətlərinə malik, o cümlədən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 saylı qərarı ilə təsdiq edilmiş «Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğusu»na əsasən cavabdeh olan təşkilatı-sərəncamverici funksiyaları həyata keçirən vəzifəli şəxs kimi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 27 aprel 2005-ci il tarixli, 107 №-li nömrəli sərəncamına əsasən MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 794 saylı məhəllədə 0.78 ha torpaq sahəsində yaşayış və qeyri-yaşayış sahələrinin onların mülkiyyətçilərinə kompensasiya ödəməklə sökülüb yerində hündürmərtəbəli, çox mənzilli yaşayış binasının inşası aparılan zaman özü və üçüncü şəxs, yəni təmsil etdiyi hüquqi şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* №-li çıxarışa əsasən ümumi sahəsi 100.2 kvadratmetr olmaqla 2/3 hissəsi Zərərçəkmiş şəxs1, 1/3 hissəsi Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 435 №-li sərəncamına əsasən qeyri-yaşayış sahəsi kimi istifadə olunan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsində yerləşən 18-ci evin 2a №-li mənzilin sökülməsi barədə mülkiyyətçilərin razılığı və qanuni qüvvəyə minmiş müvafiq məhkəmə qərarı olmadığını bildiyi halda, bunu söküntü işini aparacaq işçilərdən gizlətməklə əvvəlcədən planlaşdırdığı vahid qəsdə uyğun olaraq 30 dekabr 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində MTK-nın işçiləri tərəfindən söküntü işləri aparılarkən tabeliyində işləyən və onun niyyətindən məlumatlı olmayan "xxxx" Mənzil Tikinti Kooperativində iş icraçısı vəzifəsində işləyən Şahid2 həmin mülkiyyətçilərlə onlara məxsus tikilinin sökülməsi ilə bağlı razılığın əldə edildiyini yalandan bildirib öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus ümumi sahəsi 100.2 kvadratmetr olan qeyriyaşayış sahəsi kimi fəaliyyət göstərən, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsində yerləşən 18-ci evin 2a №-li mənzilində sökülən obyektlərin siyahısına daxil edib qəsdən sökülməsinə nail olaraq qeyd olunan fiziki şəxslərin faktiki sahib olduqları mənzildən istifadə, yəni əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, eyni zamanda vahid qəsdlə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 aid həmin mənzilin 2/3 hissəsinin, Zərərçəkmiş şəxs2 aid mənzilin 1/3 hissəsinin sökülməsinə nail olaraq Zərərçəkmiş şəxs1 300132.0 manat, Zərərçəkmiş şəxs2 150066.0 manat, ümumillikdə isə hər iki şəxsə 450198.0 (dörd yüz əlli min yüz doxsan səkkiz) manat maddi ziyan vurmaqla özgənin külli miqdarda əmlakını qəsdən məhv etmişdir. Beləliklə, məhkəmə, CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Belə ki, CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: İlk dəfə cinayət törətməsini törətdiyi əməli qismən etiraf edib peşman olmasını; cinayət nəticəsində dəymiş zərəri tam ödəməsini yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını himayəsində iki yetkinlik yaşına çatmayan övladının olması. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı, Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları - ailə vəziyyətini, törətdiyi əməli qismən etiraf etməsini və əməlindən səmimi peşmançılıq çəkməsini, cinayət nəticəsində dəymiş zərəri ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyəti dərk etməsini, öz vəziyyətinə tənqidi münasibət bəsləməsini, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, habelə məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsinə ehtiyac yoxdur, onun cəmiyyətdən xaric olunmadan və təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür. Bu səbəbdən, Təqsirləndirilən şəxs təyin olunmuş cəza Azərbaycan Respublikası CM-nin 70ci maddəsinə əsasən sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməlidir. Bu, qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Belə ki, «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunan maddi hüquq norması və qərarın məna və mahiyyətinə görə, şəxs barədə şərti məhkum etmənin tətbiqi üçün məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar araşdırılmalıdır. Həmçinin şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, şəxsin təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq olmadıqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi üçün əsaslar mövcud olmaqla onun cəza çəkmədən islah olunmasının mümkünlüyü halları müəyyən edilr. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın şərti tətbiq olunması onun islah olunması məqsədinə cavab verir və onun həmin cəzanı real çəkməsi məqsədəmüvafiq deyildir. Məhkəmə həmçinin hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 66-cı bəndinin 5-ci hissəsinə görə cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxslərin maddi ziyanın vurulması ilə müşayiət olunan (məsələn, oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə, quldurluq, əmlakı qəsdən və yaxud ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və s. bu kimi) cinayət nəticəsində məhrum olunduqları (sübut yetirilmiş cinayətin təsvirində qeyd olunan) pul vəsaitləri və digər əmlakı mülki iddianın verilməsi ilə şərtləndirilmədən cinayət-prosessual restitusiya qaydasında onlara qaytarılmalı, hər hansı səbəbdən həmin əmlakı qaytarmaq mümkün olmadıqda və xüsusi müsadirə tətbiq olunduqda isə, təqsirkarın bu əmlaka bərabər digər əmlakının müsadirə olunması hesabına onlara vurulmuş maddi ziyan ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-in 38.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 saylı qərarının 72-ci bəndinə əsasən- məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirlməməlidir. Yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Cinayət işinin materiallarından göründüyü kimi zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 aid həmin mənzilin 2/3 hissəsinin, Zərərçəkmiş şəxs2 aid mənzilin 1/3 hissəsinin sökülməsi nəticəsində Zərərçəkmiş şəxs1 300132.0 manat, Zərərçəkmiş şəxs2 150066.0 manat, ümumillikdə isə hər iki şəxsə 450.198(dörd yüz əlli min yüz doxsan səkkiz) manat maddi ziyan dəymişdir. Qeyd olunan məbləg Təqsirləndirilən şəxs tərəfindən depozitə yerləşdirilmişdir. Məhkəmə hesab edir ki, dəymiş zərərin əvəzi olaraq Zərərçəkmiş şəxs1 300.132 manat, Zərərçəkmiş şəxs2 150.066 manat ödənilməlidir. Məhkəmə hesab edir ki, mülki iddiada olan tələblər qeyri-dəqiq oldugundan, həmçinin iddiada döstərilən hallar mülki mühakimə icraatı qaydasında araşdırılmalı oldugundan verilmiş mülki iddia baxılmamış saxlanılmalı və zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 186.2.1 və 308.2-ci maddələr ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 308.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona CM-nin 186.2.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 308.2-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında, tikinti və quraşdırma sahəsində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə, əlavə cəzanı isə əsas cəzaya birləşdirməklə ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında, tikinti və quraşdırma sahəsində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilsin və onun üzərində 03 (üç) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 oglunun cavabdeh "xxxx" MTK-ya və Təqsirləndirilən şəxs ogluna qarşı mülki iddia ərizəsi baxılmamış saxlanılsın və mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması onlara izah olunsun. Cinayət işi üzrə vurulmuş zərərin əvəzi olaraq 120122/00138 №li xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən depozitə yerləşdirilmiş 400.000 manat və 09 mart 2023-cü il tarixli ********** 504788 saylı mədaxil qəbzinə əsasən depozitə yerləşdirilmiş 50.198 manat, cəmi 450.198 manatın 300.132 manatı Zərərçəkmiş şəxs1 ogluna, 150.066 manatı Zərərçəkmiş şəxs2 ödənilsin. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X5, kod 210005, VÖEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********,hesab Z34CTRE********************). Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-92/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-92/2023
17.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver