Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-92/2024 25.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, müdafiəçi - “ARBİTRİUM” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs sonuncunun dostu X3 barəsində Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə maddəsinin daha yüngül maddəyə tövsif olunaraq Ağır Cinayətlər Məhkəməsinə deyil, Nərimanov rayon Məhkəməsinə göndəriləcəyinə dair yalan vəd verib aldadaraq, 2022-ci ilin sentyabr ayının ortalarında Bakı şəhəri 9-cu mikrorayon, “Tərlan” şadlıq evinin yaxınlığında 5.000 manat və 2022-ci ilin sentyabr ayının axırlarında ünvan 3 ünvanda yerləşən Nərimanov rayon Polis İdarəsinin qarşısında 10.000 manat olmaqla, ümumilikdə 15.000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2010-cu ildən 2021-ci ilin dekabr ayınadək prokurorluq orqanlarında işləmişdir. Sonuncu iş yeri Göygöl rayon prokurorunun böyük köməkçisi vəzifəsi olmuşdur. Hazırda isə heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs ilə 2022ci ilin sentyabr ayının əvvəllərində təsadüfən tanış olmuşdur. 2022-ci ilin sentyabr ayında Rüstəm ona yaxınlaşıb bildirmişdir ki, Nərimanov RPİ-nin İŞ-də tanışı Azər Paşayev adlı şəxsin barəsində cinayət işi vardır. Belə ki, tanışı Azər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün tutulmuşdur. Rüstəmə bu barədə maraqlanıb bir söz deyəcəyini bildirmiş, bundan sonra maraqlandıqda ona məlum olmuşdur ki, həmin cinayət işi Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Ceyhun müəllimin icraatındadır, Azər Paşayev adlı şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün barəsində olan cinayət işi Ağır Cinayətlər Məhkəməsinə göndəriləcəkdir və ona heç bir köməklik etmək olmur. Daha sonra Rüstəmlə görüşdükdə ona bildirmişdir ki, Azər adlı şəxsə kömək etmək üçün 15.000 manat lazımdır. Şəxsi işləri ilə bağlı ona pul lazım olduğu üçün Rüstəmdən 15.000 pulu alaraq sonuncunu aldatmışdır. Rüstəm həmin 15.000 manat pulu ona hazırda yadında qalmayan tarixlərdə və yerlərdə 3 dəfəyə hissə-hissə olmaqla vermişdir. O, X12 adlı şəxsin Nərimanov Rayon Polis İdarəsində olan cinayət işinin həlli ilə bağlı pul tələb etmiş və işi həll etməyərək, aldığı pulu öz şəxsi məqsədləri üçün xərcləyərək Rüstəmi aldatmışdır. Daha sonra Rüstəmlə aralarında narazılıq yarandığından sonuncuya 20.000 manat pul qaytaracağı barədə vəd versə də, lakin həmin pulu düzəldə bilməmişdir. Bir müddət sonra Rüstəmdən aldığı pulun 6.000 manatını eyni gündə iki dəfəyə qaytarmışdır. Lakin, geri qalan pulu qaytara bilmədiyi üçün Rüstəm ondan şikayət etmişdir. Rüstəmdən aldığı 15.000 manat pulun 6.000 manatını əvvəl, 4.000 manatını ibtidai istintaq zamanı, qalan 5.000 manatı isə məhkəmə istintaqı zamanı ödəmişdir. O, dəfələrlə zərərçəkmiş şəxsdən üzr istəsə də, lakin sonuncu hər zaman onunla aqressiv danışmışdır. O, zərərçəkmiş şəxsdən bir daha üzr istəyir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, vurulmuş ziyanın tam ödənildiyini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust-sentyabr ayında dostu Azər Paşayev qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılmış və barəsində Nərimanov RPİ-nin İŞ-də baş müstəntiq Mehman müəllimin icraatında cinayət işi var idi. Həmin cinayət işi üzrə Azər Paşayevin barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azər ona bildirmişdir ki, onun işi ilə bağlı köməklik edə biləcək şəxs tapsın və ona köməklik göstərilməsi üçün nə lazımdırsa etsin. Bununla bağlı nə xərc çıxsa özü ona sonradan qaytaracaqdır. 2022-ci ilin sentyabr ayının əvvəllərində əvvəl işlədiyi “Desire Otel”in icarayə verilməsi və otelə müəyyən dəymiş ziyanlarla bağlı şikayət əsasında Nərimanov RPİ-nin İŞ-də araşdırma aparılırdı. Həmin araşdırma müddəti ərzində Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Nicat ona bildirmişdir ki, Nərimanov RPİ-nin İŞ-də işləyir, nə köməklik lazım olsa onunla əlaqə saxlaya bilər. Buna görə də, 2022-ci ilin sentyabr ayının əvvəllərində Nicatla əlaqə saxlamış, dostu Azər Paşayevin barəsində olan cinayət işi üzrə ona nə köməklik edilə biləcəyini soruşduqda Nicat bildirmişdir ki, həmin cinayət işi baş müstəntiq Mehman müəllimin icraatındadır, özü isə onun köməkçisi işləyir. Bir neçə gün sonra Nicat ona bildirmişdir ki, dostu Azər Paşayevin barəsində olan cinayət işi üzrə onun maddəsini aşağı maddəyə tövsif edib Ağır Cinayətlər Məhkəməsinə deyil, Nərimanov Rayon Məhkəməsinə göndərilməsi üçün köməklik göstərə bilər. Bu işin müqabilində 35.000 manat pul tələb etmiş, yalnız bu məbləği ona ödədikdən sonra işi həll edəcəyinə dair vəd vermişdir. Həmin məbləği tapa bilməyəcəyini demiş və razılaşma olmamışdır. Bir müddət sonra Nicat ona yenidən zəng edərək, 25.000 manata işin həllinin mümkün olduğunu qeyd etdikdə yenə də onunla razılaşmamışdır. Nicat daha sonra ona 15.000 manata işi həll edəcəyini demiş, həmçinin Nicat ona zəng vurub bildirmişdir ki, “Mən idarə rəisi, istintaqın rəisi, müstəntiq Mehman Ələsgərovla danışıb, sənə görə ağız açmışam. Sən məni pis vəziyyətə salırsan. Pulu tap gətir!”. Dəqiq tarix yadında deyil, təxminən 2022-ci ilin sentyabr ayının ortalarında 5.000 manat pul tapıb gecə saat 23:30 radələrində Nicat ilə sonuncunun yaşadığı 9-cu mikrorayon, Tərlan şadlıq evinin yaxınlığında avtobus dayacanacağının yanında görüşüb ona vermişdir. Həmin zaman yanlarında ikisindən başqa heç kəs olmamışdır. Həmin vaxt Nicata demişdir ki, pulun qalan hissəsini isə tapanda gətirəcəkdir. Bir neçə gündən sonra Nicat ona yenidən zəng edərək pulun qalığını tələb etmiş və ona bildirmişdir ki, “Pulu gözləyirlər, qalan pulu lap gətir. Sonra gec olacaq, pulu gətirməsən 5.000 manat batacaq!”. Bundan sonra bankdan kredit götürüb 2022-ci ilin sentyabr ayının axırlarında 10.000 manat pulu Təqsirləndirilən şəxs Nərimanov Rayon Polis İdarəsinin girişinə yaxın çöl hissədə təqdim etmişdir. Nicat pulu aldıqdan sonra işin həlli ilə bağlı heç bir hərəkət etməmiş, əksinə 4 aydan sonra yəni, 2022-ci ilin dekabr ayında iş Ağır Cinayətlər Məhkəməsinə aidiyyəti üzrə göndərilmişdir. Nicata zəng edib, niyə işin Ağır Cinayətlər Məhkəməsinə göndərildiyini soruşduqda sonuncu narahat olmamağını, rəislə danışdığını, işin həll ediləcəyini təkrar vəd etmişdir. Lakin pulun geri qaytarılmasını tələb etdikdə Nicat müxtəlif bəhanələrlə pulu geri qaytarmaqdan boyun qaçırmışdır. Sonda Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanın tam ödənildiyini, lakin ona dəymiş mənəvi zərərin ödənilməsini tələb etdiyini bildirmişdir. Cinayət işinin 51-52-ci vərəqələrində olan “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı Emin Quliyev tərəfindən hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri Nərimanov rayonu, H.Məmmədov 9 ünvanında yerləşən Nərimanov RPİ-nin qarşısıdır. Baxış zamanı məlum oldu ki, vət. Zərərçəkmiş şəxs 2022-ci ilin sentyabr ayında əvvəllər tanıdığı Təqsirləndirilən şəxs qohumu Azər Paşayevə polisdə olan işi ilə bağlı köməklik etməsi üçün Nərimanov rayonu, H.Məmmədov 9 ünvanında yerləşən RPİ-nin qarşısında 15.000 manat vermişdir. Cinayət işinin 85-ci vərəqində olan “Təqdim edilmiş CD diskin götürülməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X7 Azərbaycan Respublikası CPM-nin 51, 85, 242-247-ci maddələrinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında olan ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə aralarında telefon danışıqlarına dair səsyazmalar və “Vhatsapp” yazışmaları olan 01 ədəd CD diski təqdim etmişdir. Odur ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd CD disk tərəfindən götürülmüşdür. Cinayət işinin 100-101-ci vərəqələrində olan “Tutma haqqında” 27 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 115-ci vərəqində olan “Dəymiş ziyanın ödənilməsi barədə” xx.xx.2023cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X7 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə olan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs qardaşı X8 Zərərçəkmiş şəxs dəymiş ziyandan ödənilməsi məqsədilə 8.000 manat pulu təqdim etmişdir. Cinayət işinin 116-cı vərəqində olan “Dəymiş ziyanın ödənilməsi barədə” xx.xx.2023cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X7 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə olan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs qardaşı X8 Zərərçəkmiş şəxs dəymiş ziyandan ödənilməsi məqsədilə 2.000 manat pulu təqdim etmişdir. Cinayət işinin 142-ci vərəqində olan “Diskə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X7 Azərbaycan Respublikası CPM-nin 51 və 85-ci maddələrinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs və müdafiəçi X4 iştirakları ilə cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd kompakt diskə baxış keçirtmişdir. Baxış keçirildikdə görünür ki, diskin yaddaşında səsyazma və “Whatsapp” yazışmaları fayllar mövcüddur. Həmin fayllar açılaraq, keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs aralarında olan telefon danışıqlarına dair səsyazmalarda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Nərimanov RPİ-də olan işi görməsi üçün 15.000 manat pul vermiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs həmin işi görmədiyi üçün avtomobilini satıb verdiyi 15.000 manat pulunu dəfələrlə tələb edir, bu barədə Nərimanov RPİ-nə gedib rəisə məlumat verəcəyini bildirdikdə Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək Nərimanov RPİ-nə gedib heç kəsə bu barədə heç nə deməməsini, pulunu geri qaytaracağını bildirir. Həmçinin diskin yaddaşında olan “Whatsapp” yazışmalarından görünür ki, Nicat Hüseyli istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs “Müstəntiq məzuniyyətdədir. Əlaqə saxlayıb dəqiqləşdirib deyəcəm.” və s. bu kimi sözləri və sonuncunun Təqsirləndirilən şəxs pulunu tələb etdikdə hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu geri qaytaracağını qeyd edir. Cinayət işinin 151-157-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-1409/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatın təmin edilməməsi, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi və dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 158-ci vərəqində olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə” 29 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 163-164-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl KQÇBİ tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2-ci maddələri ilə xx.xx.2022-ci il tarixində məsuliyyətə cəlb olunmuş və ********* nömrəli cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. Cinayət işinin 186-cı vərəqində olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Rüstəmov X5 Nicat Faiq oğlu tərəfindən ona vurulmuş 15.000 manat maddi ziyandan ödənilmiş 10.000 manatını Nərimanov Polis İdarəsinin İŞ-nin müstəntiqi Emil Abdullayevdən təhvil almışdır. Cinayət işinin 198-214-cü vərəqələrində olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-139/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsi və 1 (bir) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə ona 5000 (beş min) manat məbləğində cərimə cəzasının təyin edilməsi hökm edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 1 (bir) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə ona 5000 (beş min) manat məbləğində cərimə cəzası təyin edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş İmişli Rayon Məhkəməsinin 1(036)-10/2024 saylı, xx.xx.2024cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 1 (bir) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5000 manat cərimə cəzası Azərbaycan Respublikası CMnin 66.4 və 66.5-ci maddələrinə əsasən hazırkı təyin olunmuş cəza ilə tam toplanmaqla üzərində qəti olaraq 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması və 1 (bir) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5000 manat cərimə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs təyin edilmiş 5000 manat cərimə cəzasının Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunması, təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarə vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması hökm edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-516/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi X1 təfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə İmişli Rayon Məhkəməsinin 1(036)-10/2024 saylı, 03 aprel 2024-cü il tarixli hökmünün apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(100)-139/2023 saylı hökmü ilə 5000 (beş min) manat cərimə növündə cəzaya məhkum olunmuş Təqsirləndirilən şəxs 100 (bir yüz) manat ödəmiş və onun 4900 (dörd min doqquz) manat ödənilməmiş cərimə cəzası qalmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs vurulmuş 5000 (beş min) manat maddi zərər, 3750 manat əldən çıxmış fayda, 5000 (beş min) manat mənəvi zərərin tutulub ona ödənilməsi xahiş olunmuşdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu 15.000 manat ziyanı tam ödəmişdir, lakin təqsirləndirilən şəxslə barışmamışdır və ona qarşı şikayətçidir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən olan Təqsirləndirilən şəxs aid şəxsi məlumatların çıxarışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü X6 adlı və xx.xx.2017-ci il təvəllüdlü X9 adlı iki uşağı var. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da (İmişli Rayon Məhkəməsinin 1(036)- 10/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü), onun bu məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən olunması zamanı nəzərə alınmır. Məhkəmə araşdırması zamanı o da müəyyən olunmuşdur ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(036)-10/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası məhkum tərəfindən çəkilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(036)-10/2024 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası, dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə və cərimə cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən, dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə və cərimə cəzaları ilə tam toplamaq yolu ilə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə eyni zamanda xüsusilə qeyd etməyi zəruri hesab edir ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(036)-10/2024 saylı hökmü ilə təyin edilmiş 5000 (beş min) manat cərimə cəzasından Təqsirləndirilən şəxs tərəfindən 100 (yüz) manat ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya gəldikdə məhkəmə qeyd edir ki, mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs mülki iddia verərək, vurulmuş maddi zərərin əvəzi olaraq 5000 (beş min) manat, əldən çıxmış faydaya görə 3750 (üç min yeddi yüz əlli) manat və mənəvi zərərə görə 5000 (beş min) manat tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs tərəfindən 5.000 (beş min) manat maddi zərər mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs tam ödənilmişdir. Bu hal mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsi ilə də təsdiq olunur. Məhkəmə həmçinin hesab edir ki, mülki iddiaçının əldən çıxmış faydaya görə tələb etdiyi 3750 (üç min yeddi yüz əlli) manat məbləğin hansı qaydada hesablanması və nəyə əsaslanması məhkəmə araşdırması zamanı sübut edilməmiş və həmin halları təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən iddianı təsdiq edəcək sübutları məhkəməyə təqdim etmək, yəni qeyd etdiyi halları sübut etmək bir mənalı olaraq iddiaçının vəzifəsidir. Bu baxımdan mülki iddia tələb edilən əldən çıxmış faydaya görə pul məbləğində təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» xx.xx.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər». Məhkəmə, iddia tələbinin mənəvi ziyana görə 5.000 (beş min) manat hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə də mənəvi zərərin sübut edilməsini hər bir halda tələb etmək düzgün deyildir. Məhkəmə ədalətlilik prinsipini rəhbər tutmaqla kompensasiya təyin edilməsi və onun məbləğinin müəyyən edilməsi məsələsini müzakirə edərək həll etməlidir. Ərizəçinin narahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirilməsi mənəvi zərərin ödənilməsi üçün əsasdır. Həmin məhkəmə “Smirnova Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi qərarında isə göstərmişdir ki, mənəvi ziyanın bəzi formalarını, o cümlədən emosional iztirabları onların təbiətinə görə heç də həmişə hansısa konkret vasitə ilə sübuta yetirmək mümkün olmur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 4-cü bəndində isə göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. İşin hallarını nəzərə alaraq və qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, mülki iddiaçı mənəvi sarsıntı keçirmiş və buna görə də, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunan Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Göstərilən halları nəzərə alaraq məhkəmə hesab edir ki, mənəvi zərərin əvəzi kimi 500 (beş yüz) manat ağlabatan məbləğ kimi müəyyənləşdirilməlidir. Beləliklə məhkəmə hesab edir ki, mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilməli, mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 500 (beş yüz) manat mənəvi ziyan tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “ARBİTRİUM” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 63 (altmış üç) iş saatına görə 378 (üç yüz yetmiş səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “ARBİTRİUM” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(036)-10/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması, 1 (bir) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum etmə və 5000 (beş min) manat cərimə cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən, dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə və cərimə cəzaları ilə tam toplanılmaqla Təqsirləndirilən şəxs 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 1 (bir) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5000 (beş min) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından (04 gün) çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 1 (bir) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5000 (beş min) manat cərimə cəzası saxlanılsın. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(036)-10/2024 saylı hökmü ilə təyin edilmiş 5000 (beş min) manat cərimə cəzasından Təqsirləndirilən şəxs tərəfindən 100 (yüz) manat ödənilməsi nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 500 (beş yüz) manat mənəvi ziyan tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. “ARBİTRİUM” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 63 (altmış üç) iş saatına görə 378 (üç yüz yetmiş səkkiz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “ARBİTRİUM” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-92/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-92/2024
25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver