Məhkəmə qərarları › İş №1(005)-92/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-92/2025

13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-92/2025 13.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 13:30 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs (mülki cavabeh) Təqsirləndirilən şəxs, müdafiəçisi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin (mülki iddiaçının) nümayəndəsi və vəkili Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə , xx xxxx 1974-cü ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli və 02 övladı olan, orta təhsilli, işsiz, məhkum olunmayan, Qubadlı rayonu, Kürd- Mahruzlu kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Z.Qəmbərov küçəsi ev 4, mənzil 182-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbir seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 noyabr 2023-cü il tarixdə, saat 11 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Chevrolet Cruze» markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu Atatürk prospekti ilə Ak.Həsən Əliyev küçəsi ilə H.Əliyev prospekti ilə Atatürk küçələrinin kəsişməsində yerləşən körpünün üzərində 30 km/saat sürətlə geriyə dönüb hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq nizamlanmayan piyada keçidinə yaxınlaşarkən avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı, piyada keçidinə daxil olmuş piyadaya yol verməli və bundan sonra hərəkət təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməsi üçün mümkün olan tədbirləri görməyə texniki imkanı olduğu halda, qeyd olunan tələblərə əməl etməyib yol hərəkəti qaydalarını pozaraq idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə nizamlanmayan piyada keçidi ilə yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs vuraraq, ehtiyatsızlıqdan zərərçəkmiş Zərərçəkmiş şəxs sol baldır sümüklərinin qapalı qəlpəli yerdəyişmiş sınıqları kimi sağlamlığa az ağır zərər vurmaya aid olan bədən xəsarətləri almasına səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs ittiham edildiyi əməldə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 02 noyabr 2023-cü il tarixdə təxminən saat 11:00 radələrində idarə etdiyi «Chevrolet Cruz» markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi ilə Atatürk küçələrinin kəsişməsinə çatan zaman geriyə dönüb hərəkətini davam etmək üçün körpünün üzərində olan geriyə dönmək üçün nəzərdə tutlan zolaqla hərəkətə başlamışdır. O, piyada zolağına çatan zaman bir piyada qadın qəflətən piyada zolağı ilə yolu keçmək üçün yola daxil olmuş. O, piyadanı görüb əyləcdən istifadə etsə də piyadanı avtomobilin ön hissəsi ilə vurmuşdur. Bundan sonra o dərhal avtomobili saxlayıb piyadanı avtomobilə əyləşdirib xəstəxanaya aparmışdır. Xəstəxanada sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi piyada müayinə olunmuşdur. Zərərçəkmiş şəxs hadisə olan gün heç nə lazım olmadığını, bütün xərclərin sığorta tərəfindən ödəniləcəyini bildirmişdir. Hadisədən 3 gün sonra zəng olunaraq Bonadea xəstəxanasına çağırmışlar və müalicə üçün 6000 manat pul istənilmişdir. İmkanlarının olmadığını bildirmiş və yarısını ödəyə biləcəklərini söyləmişlər. Lakin razılığa gələ bilməmişlər. Hadisənin ehtiyatsızlıqdan baş verdiyini, əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 02 noyabr 2023-cü il tarixdə saat 11:00 radələrində piyada olaraq Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti ilə hərəkət etmişdir. O, Atatürk prospekti ilə Ak.Həsən Əliyev küçələrinin kəsişməsində yolu piyada zolağı ilə keçmək istədikdə körpünün üzərində geriyə dönmək istəyən «Chevrolet Cruz» markalı, **-PN-*** dövlə t nömrə nişanlı avtomobil ön hissəsi ilə onu vurmuşdur. Avtomobilin onu vurması nəticəsində zərbədən yerə yıxılmışdır. Həmin vaxt avtomobilin sürücüsü xanım dayanmış və onu avtomobilə qoyub xəstəxanaya aparmışdır. Yol boyu ondan şikayətçi olmamasını xahiş etmişdir. İlk dəfə dövlət səxtəxanasına getmişlər və orada ilkin tibbi yardım göstərilmişdir. Daha sonra ağrıları şiddətləndiyi üçün özəl klinikaya müraciət etmiş və müalicə olunmaqla yanaşı əməliyyat olunaraq ayağına mil qoyulmuşdur. Şikayətçidir, mülki iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq aldığı xəsarətdən onun baldır sümükləri qəlpələnmiş, cərrahiyyə əməliyyatı olunmuş, ayağına mil quyulmuş, uzun müddətdir müalicəsi davam edir, həkim milin hazırkı vaxtdan bir il sonra çıxarılacağını bildirmişdir. Xəsarət aldığı vaxtdan üç ay müddətində işə gedə bilməmişdir. Hələ də yerişində axsama vardır. Bu müddət ərzində cavabdeh müalicəsi üçün ona heç bir maddi yardım etməmiş və hazırda da çəkilmiş xərcləri ödəməkdən imtina edir. İş materiallarında olan və məhkəmədə tədqiq olunan “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” 08 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, yolnəqliyyat hadisəsinin baş verdiyi yer Atatürk prospekti ilə Ak.Həsən Əliyev küçələrinin kəsişməsidir . Yolun işlək hissəsi düz, yol örtüyünün növü asfalt, yol örtüyünün vəziyyəti qurudur. Yol örtüyünün hər iki istiqamət üçün eni 44 metr, işlək hissəsinin eni 40 metr, ehtiyat hissəsinin səki eni 4 metr, hərəkət zolaqlarının sayı 3dür. İşlək hissəyə sağdan səki, soldan səki, ehtiyat hissədən sonra sağdan və soldan binalar birləşir. Nəqliyyat vasitəsi hadisədən sonra xəstəxanaya getmişdir, hadisə yerində şin və tormoz izləri, nəqliyyat vasitəsinin sınmış və düşmüş hissələri aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasının 27 noyabr 2023-cü il tarixli, 303-M №-li rəydən görünür ki, Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənəddə qeyd edilən xəsarətlər - sol baldır sümüklərinin qapalı qəlpəli yerdəyişmiş sınıqları (ostiosintez cərrahi əməliyyatından sonrakı vəziyyət) küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş, sağlamlığa “Az Ağır” zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2024-cü il tarixli 8/3 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Chevrolet Cruze” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbacan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əməliyyat -sorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. İş materiallarında olan və məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası DİN-in BDYPİ-in Qeydiyyat-İmtahan İdarəsinə sorğu verilmiş, həmin idarəsinin xx.xx.2024-cü il tarixli 3-13-16/2-121914/24 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə (xx.xx.2033-cü il tarixədək etibarlı olan) BA 432732 nömrəli «B» katiqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarında olan və məhkəmədə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” 21 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə “Chevrolet Cruze” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmışdır və saxlanılması üçün sahibinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq olunan “Qətimkan tədbirinin seçilməsinə dair” 21 oktyabr 2024-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsinə “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş mülki iddia ərizəsindən və ona əlavədən görünür ki, o, zərərçəkmiş Zərərçəkmiş şəxs müalicəsinə ilkin əməliyyat xərcləri olaraq 7400 (yeddi min dörd yüz) manat, vəkilə hüquqi xidmətə görə ödənilmiş 500 (beş yüz) manat, dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat və onun sonrakı müalicəsi üçün ödəməli olduğu 2500 (iki min beş yüz) manat cavabdeh Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilən “LİV X3” klinikasından təqdim olunmuş epikriz və faktura xidmət siyahısından aydın olur ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək klinikada müalicə almışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi , cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinə əsasən Nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir . Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət -hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə , onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 58.3-cü maddə sinə ə sasə n cə za tə yin edilə rkə n cinayə tin xarakteri və ictimai tə hlükə lilik də rə cə si, tə qsirkarın şə xsiyyə ti, o cümlə də n cə zanı yüngülləş dirə n və ağırlaşdıran hallar, habelə tə yin olunmuş cə zanın şə xsin islah olunmasına və onun ailə sinin hə yat şə raitinə tə siri nə zə rə alınır. Məhkəmə , Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə yol-nəqliyyat hadisəsi törətməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə , məhkəmənin gəldiyi qənaətə görə , təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Azadlığın məhdudlaşdırılması cəzasının icrası zamanı məhkum nəzarət altında saxlanılmalıdır.Buna görə də ona yaşayış yerini axşam saat 19:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması məqsədəuyğun hesab olunur. Bundan başqa, məhkəmə zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Məhkəmə, baş vermiş cinayət hadisəsi nəticəsində Zərərçəkmiş şəxs müalicəsinə ilkin müalicə xərcləri olaraq 7400 (yeddi min dörd yüz) manat, vəkilə hüquqi xidmətə görə ödənilmiş 500 (beş yüz) manat, dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat və onun sonrakı müalicəsi üçün ödəməli olduğu 2500 (iki min beş yüz) manat, ümumilikdə 10500 (on min beş yüz) manat cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçıya ödənilməsi tələbi ilə qismən razılaşır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Beləliklə, zərəçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən maddi ziyan və əldən çıxmış faydanı təsdiq edən sübutlar təqdim edildiyindən, mülki iddia həmin hissədə təmin edilməlidir. Hal-hazırki vəziyyətdə zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs tərəfindən vurulmuş real zərər Zərərçəkmiş şəxs müalicəsinə ilkin müalicə xərcləri olaraq 7400 (yeddi min dörd yüz) manat, vəkilə hüquqi xidmətə görə ödənilmiş 500 (beş yüz) manat, dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat olduğundan həmin hissədə iddia təmin edilməli, sonrakı müalicəsi üçün ödəməli olduğu 2500 (iki min beş yüz) manat olan hissəsinin gələcəkdə müalicə üçün sərf olunacaq vəsait olması nəzərə alınaraq həmin hissədə mülki ziyan təmin edilməməlidir. İş üzrə maddi sübut olan «Chevrolet Cruze» minik markalı, **-PN-*** dövlət nömrə nişanlı avtomobil saxlanılmasından ötrü sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər . Məhkəmə , hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə ekspertiza xərci 85,00 (səksən beş) manat təqsirləndirilən Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsi hesabına keçirilsin. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il, 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyataalındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 19:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs müalicəsinə ilkin müalicə xərcləri olaraq 7400 (yeddi min dörd yüz) manat, vəkilə hüquqi xidmətə görə ödənilmiş 500 (beş yüz) manat, dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat, ümumilikdə 8000 (səkkiz min) manat cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddaçı Zərərçəkmiş şəxs ödənilsin. Maddi sübut hesab edilmiş «Chevrolet Cruze» minik markalı, **-PN-*** dövlət nömrə nişanlı avtomobilin sahibinə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatı üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsin ə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar