Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-93/2021 30.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1 və müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 və müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, xx xxxxxx 1979-cu ildə Qazax rayonu, Qarapapaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “xxxx” MMC-nin icraçı direktoru işləyən, əvvəllər məhkum olunmuş, Qazax rayonu, Qarapapaq kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1, 308.1 və 313-cü maddələri ilə, xx xxxx 1993-cü ildə Ağstafa rayonu, Qıraq Kəsəmən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada sürücü işləyən, məhkum olunmamış, Ağstafa rayonu, Qıraq Kəsəmən Ərazi Dairəsi, Qıraq Kəsəmən kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vəzifə saxtakarlığı edib epidemiya əleyhinə rejimi və karantin rejimlərini pozmaqla Koronavirus (COVİD-19) xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 xx.xx.2012-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata alınmış və həmin tarixdən fəaliyyət göstərən "xxxx" MMC-nin rəhbəri vəzifəsində işləyərkən öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin mənafelərinə mühüm zərər vuraraq tanışı Təqsirləndirilən şəxs2 və qeyrilərinin “Koronavirus" (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 236 nömrəli qərarının 2-ci bəndinə əsasən xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək ölkə ərazisində hərəkət məhdudiyyəti tətbiq edilməsi ilə bağlı xüsusi buraxılış rejimi qaydalarında qanunsuz üstünlük əldə etmələri məqsədi ilə tamah niyyətilə vəzifə saxtakarlığı edib Təqsirləndirilən şəxs2 və qeyrilərini rəhbəri olduğu cəmiyyətin əməkdaşları olmadıqları halda, onların karantin dövründə Azərbaycan Respublikasının ərazisində qanunsuz olaraq sərbəst hərəkət etmələrini təmin etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girmiş, bu məqsədlə Təqsirləndirilən şəxs2 "Bakı-Qazax" magistral yolu ilə hərəkət edərək Bakı şəhərinə gəlmək istəyən və əks istiqamətində hərəkət edərək Azərbaycan Respublikasının rayonlarına getmək istəyən şəxsləri xüsusi keçid postundan keçirmək məqsədi ilə həmin şəxslərin və özünün şəxsiyyətini təsdiq edən sənədlərin surətini Təqsirləndirilən şəxs1 göndərmiş, sonuncu Təqsirləndirilən şəxs2 və qeyrilərindən müxtəlif məbləğlərdə pul almaqla onların guya rəhbərlik etdiyi cəmiyyətdə müxtəlif vəzifələrdə işləmələrinə dair Azərbaycan Respublikasının Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyinin “X6 Mərkəzi"nin "icazə.e- gov.az" informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil edib həmin məlumatları elektron imza ilə təsdiq etməklə epidemiya əleyhinə və karantin rejimlərini pozub “Koronavirus" (Covid-19) infeksiyasının (xəstəliyinin) yayılması üçün real təhlükə yaratmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edərək tamah niyyətilə vəzifə saxtakarlığı etmişdir. Təqsirləndirilən şəxs2 epidemiya əleyhinə və karantin rejimlərini pozmaqla koronavirus (COVİD-19) xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 ‘‘Koronavirus" (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 236 nömrəli qərarının 2-ci bəndinə əsasən xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək ölkə ərazisində hərəkət məhdudiyyəti tətbiq edilməsi ilə bağlı xüsusi buraxılış rejimi qaydalarında qanunsuz üstünlük əldə etmək məqsədi ilə özünün və qeyrilərinin Azərbaycan Respublikasının ərazisində qanunsuz olaraq sərbəst hərəkət etmələrini təmin etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək “Bakı-Qazax" magistral yolu ilə hərəkət edərək Bakı şəhərinə gəlmək istəyən və əks istiqamətdə hərəkət edərək Azərbaycan Respublikasının rayonlarına getmək istəyən şəxsləri xüsusi keçid postundan keçirmək məqsədi ilə həmin şəxslərin şəxsiyyətlərini təsdiq edən sənədlərin surətlərini Təqsirləndirilən şəxs1 göndərmiş, sonuncu Təqsirləndirilən şəxs2 və qeyrilərindən müxtəlif məbləğlərdə pul almaqla onların guya rəhbərlik etdiyi cəmiyyətdə müxtəlif vəzifələrdə işləmələrinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “X6 Mərkəzi"nin "icazə.e- gov.az" informasiya resurslarına tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edib həmin məlumatları elektron imza ilə təsdiq etmiş, nəticədə Təqsirləndirilən şəxs2 həmin şəxsləri özünün idarə etdiyi "Mercedes Benz V220" markalı, **-AA-*** qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax istiqamətində aparmaqla epidemiya əleyhinə və karantin rejimlərini pozub koronavirus (COVİD-19) pandemiyasının yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, o, xx.xx.2012-ci il tarixdə "xxxx" MMC-ni təsis etmiş və həmin vaxtdan hal-hazıradək icraçı direktor vəzifəsində işləmişdir. Əsas işi təmir işləri ilə məşğul olmaq olmuş, təmir üçün ona müraciət edən şəxslərlə müqavilə bağlayıb həmin yerin təmirini həyata keçirmiş, gördüyü işin müqabilində işçilərinin maaşını vermiş və öz faizini götürmüşdür. Şirkətində işləyən təxminən 10 nəfər əməkdaş olmuş və onlara MMC adından xüsusi karantin vəziyyətində ölkə ərazisində rahat gediş-gəlişlərini həyata keçirmək üçün icazə almışdır. Çünki müəssisəsi tək Qazax rayonunda yox, respublikanın digər rayonlarında da fəaliyyət göstərmişdir. İcazə almaq istədiyi şəxslərin məlumatlarını "icazə.e-gov.az" saytına daxil etməklə təmin etmiş, təxminən 1 ay əvvəl qardaşı Elvin ona zəng edərək Təqsirləndirilən şəxs2 onunla görüşmək istədiyini bildirmişdir. Bir müddət sonra Pərvin ona zəng edərək, özünün işləmədiyini, onu işlədiyi müəssisəyə işçi kimi qeydiyyat etdirməyini, bu yolla xüsusi karatin rejimində ölkə ərazisində rahat gedib gələ biləcəyini bildirmiş və bunun müqabilində ona 50 manat pul verəcəyini demişdir. Onunla razılaşmış və onun şəxsiyyət vəsiqəsinin, sürücülük vəsiqəsinin və avtomobilinin texniki pasportunun şəkillərini çəkib ona göndərməsini istəmişdir. Pərvin həmin sənədlərin şəklini çəkib "watsapp" ani mesajlaşma mübadiləsi sistemi vasitəsi ilə ona göndərmiş, onu işlədiyi müəssisəyə “sahə rəisi" vəzifəsinə təyin etmiş və onun müəssisəsində işləməsi ilə bağlı əmək müqaviləsi hazırlamışdır. xx.xx.2020-ci il tarixdə müəssisə adından Pərvinə arayış vermiş və həmin arayışla 15 gün müddətində xüsusi karantin vəziyyətində ölkə ərazisində sərbəst gediş-gəlişinə problem olmayacağını, postlardan rahat gedib-gələ biləcəyini bildirmişdir. Pərvin ona bu işin müqabilində 50 manat pul vermişdir. Bu hadisələr yaşadığı evin yaxınlığında baş vermiş, bu zaman Pərvin lazım olsa başqa şəxslərə də sənədlər verə biləcəyi barədə soruşan zaman problem olmadığını, yalnız özünün tanıdığı şəxslərə köməklik edə biləcəyini demişdir. Bundan sonra Pərvin müxtəlif vaxtlarda ona zəng edərək, Bakı-Qazax istiqamətində və ya əks istiqamətdə hərəkət etmək istədiyini, bəzi sərnişinlərin icazələrinin olmadığını deyərək həmin şəxslərin şəxsiyyət vəsiqələrinin sürətlərini ona göndərib onlara bir gün müddətində icazə yazdırmağını istəmişdir. Onun sözünə görə həmin şəxsləri guya “xxxx" MMC-yə müxtəlif vəzifələrə təyin edib onların adını icazə.e-gov.az saytında daxil etməklə bir gün müddətində icazə almış, bir gündən sonra isə adını müəssisəyə qeydiyyata aldırdığı şəxsin işdən çıxarılması ilə bağlı əmr imzalamış və həmin əmrə əsasən onun icazəsini icazə.e-gov.az saytına daxil olmaqla məhdudlaşdırmışdır. Beləliklə Pərvin ona təxminən 6 nəfər şəxs üçün müraciət etmiş və həmin şəxslərə bir gün müddətində icazə almışdır. Bundan başqa Pərvin bir dəfə ona müraciət edərək bir nəfər şəxsin həyat yoldaşı ilə birlikdə Ağstafa rayonundan Bakı şəhərinə getmək istədiyini demiş və həmin avtomobilə, həmçinin 2 nəfər şəxsə icazə almağını istəmişdir. Onun sözünə 20 manat müqabilində razılıq vermiş və həmin sənədlərin sürətlərini ona göndərməsini istəmişdir. Əsas məqsədi bu işlərin müqabilində pul qazanmaq olmuş, Pərvin də maşının və şəxslərin sənədlərinin sürətini ona göndərmiş, həmin şəxslərə icazə almış və guya həmin şəxslər hərəkətdə olan zaman öz şəxsi avtomobillərindən istifadə edə bilərdilər. Beləliklə təxminən 6 nəfər şəxsə müəssisənin işçisi kimi qeydiyyat etdirməklə icazə.e-gov.az saytından bir gün müddətində icazə almış, həmin icazələrə görə Pərvindən ümumilikdə 70 manat pul almış, lakin Pərvinin ona 40 manat borcu qalmışdır. İcazə almaq istədiyi şəxsləri icraçı direktoru olduğu “xxxx" MMC-yə müxtəlif vəzifələrə təyin edilməsi haqında əmr imzalamış, həmin əmr əsasında icazə.e-gov.az saytında daxil olaraq onlara bir günlük icazələr vermiş, həmin şəxslər xüsusi yaradılmış postlardan keçdikdən sonra onların işdən çıxarılmasına dair əmr imzalamış, əmrdən sonra həmin şəxslərin adlarını sistemdən çıxarmış və bu iş üçün hər şəxsdən 10 manat pul almışdır. Sonda əməlindən səmimi peşman olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, o, təxminən 10 aydır Bakı-Qazax və əks istiqamətində fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən 7 aydır ki, "xxxx" MMC-in adına qeydiyyatdan keçmiş “Mercedes Benz V220" markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol vərəqəsi əsasında Bakı-Qazax istiqamətində taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Təxminən 1 ay bundan əvvəl əvvəllər tanıdığı Qazax rayon sakini X7 ilə qarşılaşmış, onunla söhbət edən zaman Elvin nə üçün işləmədiyini soruşanda ölkə ərazisində xüsusi karantin rejiminin elan olunduğuna görə işləyə bilmədiyini bildirmiş, bu zaman Elvin qardaşı Elkinin işlədiyi şirkətə onun adını işçi kimi qeydiyyat etdirərək ölkə ərazisində sərbəst gediş-gəlişini həyata keçirməyinə köməklik edə biləcəyini bildirmiş, bu işin necə olacağını soruşanda Elvin burada qanunsuz əməlin olmadığını, hər bir işçiyə görə vergi verildiyini bildirmişdir. Həmin gün Elvindən bu barədə ətraflı maraqlanıb ona məlumat verməsini istəmiş və evə getmişdir. Bir müddət sonra Elvin ona zəng edərək qardaşı Elkinlə danışdığını demiş və ona zəng etməsini istəmişdir. Elkinə zəng etmiş və Qazax rayonuna gedib yaşadıqları evin yaxınlığında onunla görüşmüşdür. Həmin vaxt onların yanında başqa şəxslər olmamış və Elkini birinci dəfə görmüşdür. Onunla görüşən zaman Elkin ona bir ədəd portal sənədi verərək həmin sənədlə ölkə ərazisində sərbəst hərəkət edə biləcəyini, özünün işlədiyi “xxxx" MMC-nin işçisi kimi qeydiyyata aldırdığını bildirmiş və ona həmin vaxt 50 manat pul vermişdir. Həmin vaxt Elkin sürücü və ya sərnişinlərə lazım olacağı halda onları da şirkətə qeydiyyat etdirməsinə köməklik edə biləcəyini, hər bir nəfər üçün pul verilməli olduğunu demişdir. Həmçinin Elkin hər bir şəxsə görə dövlət büdcəsinə vergi ödənildiyini demiş və bu işlərin qanuni olduğunu bildirmişdir. Onunla sağollaşmış və lazım olacağı halda məlumat verəcəyini bildirmişdir. Elkinin ona verdiyi portal sənədində nələr yazıldığını dəqiq xatırlamır. Bundan sonra evə getmiş və bundan təxminən 3 gün sonra rayonlararası postlar ləğv olunmuşdur. Bu hadisədən təxminən 4 gün sonra Elkin ona zəng edərək, verdiyi portal sənədinə ehtiyac qalmadığını, onu birbaşa icazə sisteminə qeydiyyat etdirdiyini, lazım olan vaxt ölkə ərazisində istənilən istiqamətdə hərəkət edə biləcəyini demişdir. Həmçinin Elkin portal sənədinə artıq ehtiyac olmadığını, həmin sənədi ləğv etməyini istəmiş, həmin sənədi harasa qoymuşdur. Lakin yeri dəqiq yadında deyil. Həmin günün səhərisi Ağstafa rayon avtovağzalına getmiş və orada Bakı şəhəri istiqamətində hərəkət etmək istəyən şəxsləri gözləməyə başlamışdır. Orada məlum olmuşur ki, ölkə ərazisində olan xüsusi karantin rejimi elan edildiyinə görə avtomobildə olan oturacaqlarda sərnişinlərin yan-yana oturması qadağan edilmiş və hər oturacaqdan birinin boş saxlanılması barədə göstəriş verilmişdir. Bu göstərişə riayət etmiş və avtomobilinə 4 nəfər Bakı şəhərinə qeydiyyatda olan sərnişinləri mindirmişdir. Beləliklə Bakı şəhəri istiqamətində yola düşmüş və Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yaradılmış xüsusi keçid postunda polis əməkdaşları onu saxlamışlar. Həmin vaxt şəxsiyyət vəsiqəsini polis əməkdaşına verəndə polis əməkdaşı onun adının icazə sistemində qeydiyyatda olduğunu demiş və Bakı şəhərinə girişinə icazə vermişdir. Bundan sonra polis əməkdaşı avtomobildə olan başqa sərnişinlərin də sənədlərini yoxlamış və onların hər biri Bakı şəhər sakini olduğuna görə şəhərə girişinə icazə verilmişdir. Beləliklə Bakı Beynəlxalq Avtoağzalına gəlmiş və sərnişinləri düşürüb hər birindər 15 manat pul almışdır. Beləliklə Bakı şəhərində qeydiyyatda olan şəxsləri rayonlara, həmçinin rayon qeydiyyatında olan şəxsləri Bakı şəhərinə aparmağa başlamışdır. Həmçinin rayon ərazisində olan Bakı şəhərində qeydiyyatda olan şəxsləri də Bakı şəhərinə gətirmiş, ümumilikdə 4-5 dəfə Bakı-Qazax istiqamətində işləmiş, bu zaman xüsusi yaradılmış postlarda ona heç bir maneəçilik yaranmamışdır. Bəzən xətt üzrə hərəkət etmək istəyən zaman bir nəfər Bakı şəhərində qeydiyyatda olmayan şəxslər ona yaxınlaşaraq onları Bakı şəhərinə aparmağını xahiş edib ondan köməklik istəmişlər. Həmin vaxt ağlına Elkinlə ilk görüşdə dediyi sözlər yadına düşmüş və ona zəng etmişdir. Elkinlə danışan zaman ona şəxslərin Bakı şəhər qeydiyyatı olmadığını, lakin onları Bakı şəhərinə aparmaq üçün köməklik etməsini istəmiş, Elkin də onunla razılaşmış və həmin şəxsin şəxsiyyət vəsiqəsinin hər iki hissəsinin şəklini çəkib ona göndərməyini istəmişdir. Həmin şəxsin şəxsiyyət vəsiqəsinin şəkilini çəkib ona göndərmiş, bundan bir neçə dəqiqə sonra Elkin ona zəng edərək, problem olmadığını həmin şəxsin adını icazə sisteminə qeydiyyat etdirdiyini deyərək bu iş üçün 10 manat pul istəmişdir. Beləliklə razılaşmış və əlavə 10 manat alıb onu Bakı şəhərindən Ağstafa rayonuna aparmışdır. Yolda olan zaman postda problem yaranmamış, Ağstafa rayonuna çatan zaman Elkinə çatası pulu aparıb vermiş, təxminən 15-20 gün ərzində 10 nəfərə yaxın şəxsi Elkin vasitəsi ilə ya Bakı şəhərinə gətirmiş, yada Bakı şəhərindən Ağstafa-Qazax istiqamətində aparmışdır. xx.xx.2020-ci il tarixdə tanıdığı şəxs ona müraciət edərək onu Ağstafa rayonu ərazisinə gətirməyini istəmiş, onun və həyat yoldaşının şəxsiyyət vəsiqəsinin şəkilini çəkib Elkinə göndərmiş və onlara icazə almasını istəmişdir. Elkində onları qeydiyyat etdirdiyini bildirmiş və ümumilikdə 20 manat pul istəmişdir. Onların pullarını alıb Ağstafa rayonuna yola salmış, Qazax rayonuna gedəndə pulu Elkinə vermişdir. Beləliklə bir neçə nəfər şəxsi bu yolla Elkinin vasitəsi ilə icazə aldırıb yola salmış, xx xxxx 2020-ci il tarixdə Nurəli adlı şəxs ona zəng edərək Ağstafa rayonuna getmək istədiyini və onu qeyd olunan yerə aparmağını istəmişdir. Onun harada qeydiyyatda olduğunu soruşanda həmin şəxs özünün Bakı şəhər qeydiyyatında olduğunu, təcili olaraq rayona getmək istədiyini bildirərək ona köməklik etməyini xahiş etmiş, onun sözündən sonra Elkinə zəng edib bir nəfər şəxsə icazə almasını istəmişdir. Beləliklə xx.xx.2020-ci il tarixdə Şahid1 şəxsiyyət vəsiqəsinin şəkilini çəkib Elkinə göndərmiş, Elkin də həmin şəxsin adını elektron icazə sisteminə saldıracağını demiş və 30 manat pul istəmişdir. Nurəliyə məlumat vermiş və həmin şəxs razılaşmışdır. Həmin gün onunla Bakı Beynəlxalq Avtovağzal ərazisində görüşmüş, ondan başqa maşında 6 nəfər şəxs olmuşdur. Onlardan 3 nəfər rayon qeydiyyatı olmuş, 2 nəfərin özlərinin icazəsi olmuş, bir nəfər Nurəliyə isə özü icazə almışdır. Beləliklə həmin gün Qazax-Ağstafa istiqamətinə hərəkətə başlayan zaman yolda, yəni Bakı-Qazax magistral yolunda polis əməkdaşları onu saxlamış və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirmişlər. Sonda əməlindən səmimi peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə xidmətdə olan zaman Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan Şahid1 Əlisəfa oğlunun müraciəti daxil olmuş, daxil olmuş müraciətdə Ağstafa rayon sakini Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə ölkə ərazisində xüsusi karantin rejiminin elan edilməsinə baxmayaraq Bakı-Ağstafa xətti üzrə sərnişin daşımaqla xüsusi karantin rejiminin pozulması göstərilmişdir. Daxil olmuş müraciətlə əlaqədar olaraq Şahid1 izahatı alınmış və müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra X13 Tatarovla telefon vasitəsilə danışmış və həmin şəxsin idarə etdiyi avtomobillə yola düşmək üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksinə getmişdir. Həmin tədbirin keçirilməsi ilə bağlı əməliyyat qrupu yaradılmış, həmin qrupa Şahid5 və Şahid6 daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə xx xxxx 2020-ci İ tarixdə saat 20:40-da qeyd olunan avtomobili saxlamaq üçün Bakı şəhəri, Qaradağ rayonu ərazisinə getmişlər və avtomobili Bakı-Qazax magistral yolunun 65-ci kilometrliyində saxlamışlar. Həmin vaxt avtomobildə Şahid1 başqa şəxslər olmuş, sürücüyə yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs2 olduğunu bildirmiş, ona özlərini təqdim edərək BMCMl-nin əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxsə saxlanılmasının səbəbi barədə məlumat vermiş və birlikdə baş idarəyə gəlməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs2 etiraz etmədən onlarla birlikdə BMCMl-nin inzibati binasına gəlmişdir. Orada həmin şəxsin izahatı alınmış və müvafiq sənədləşmə işləri aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 və Şahid6 Şahid4 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Əlisəfa oğlu ifadəsində göstərmişdir ki, şəxsi işləri ilə bağlı xx.xx.2020-ci il tarixdə təcili olaraq Tovuz rayonuna getməli olmuş, xətt üzrə hərəkətdə olan maşın axtaran zaman təsadüfən Pərvin adlı şəxsin telefon nömrəsini tapmış, onunla danışmış və onu Tovuz rayonuna aparmasını istəmişdir. Həmin şəxs vəziyyəti ona izah edərək ölkə ərazisində olan xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərində qeydiyyatda olan şəxslərin respublikanın rayonlarına getməsinə xüsusi icazə verilmədiyini demiş, icazəsinin olmadığını bildirmişdir. Bu zaman həmin şəxs 30 manat müqabilində adını xüsusi icazə sisteminə 1 gün müddətinə daxil etdirə biləcəyini demiş və bu yolla ölkə ərazisinə rahat gedib gələ biləcəyini bildirmişdir. Onunla razılaşmış və həmin şəxs bu iş üçün şəxsiyyətini təsdiq edən sənədin hər iki tərəfinin şəkilini ona göndərməyini istəmişdir. Şəxsiyyət vəsiqəsinin hər iki tərəfinin şəklini çəkib Pərvinə göndərmiş, bundan sonra Pərvin qısa müddət ərzində adının elektron icazə sisteminə qeydiyyata aldıracağını demiş və gözləməyini istəmişdir. Onun zəngini gözləmiş, bir müddət sonra Pərvin ona zəng edərək adının elektron sistemdə qeydiyyata aldırdığını bildirmiş və Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gəlməyini xahiş etmişdir. Bundan sonra postda tutulub məsuliyyətə cəlb ediləcəyindən qorxmuş, lakin Pərvinin qanunsuz əməlinin qarşısını almaq məqsədi ilə BMCMİ-nə gəlib ərizə ilə müraciət etmiş və həmin xüsusat üzrə izahat vermişdir. Bu iş üçün heç kimə pul verməmiş, lakin Tovuz rayonuna gedən zaman icazə üçün 30 manat, yol xərci kimi 15 manat olmaqla ümumilikdə 45 manat pulu Pərvinə verməli olmuş, hadisə nəticəsində ona maddi ziyan dəyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin iyul ayının əvvəllərində yaxın qohumu vəfat etdiyinə görə, həmçinin həmin ərəfələrdə həyat yoldaşı Şahid3 anasının səhhətində yaranmış narahatçılığa görə məcburi olaraq Tovuz rayonuna getməli olmuşdur. Bakı şəhərindən Tovuz rayonuna gedən zaman xüsusi karantin rejimi müddətində yaradılmış postlarda saxlanılma ehtimalı olduğunu düşünmüş və postlardan hansı yolla keçə biləcəyi barədə maraqlanmışdır. Bu zaman dəqiq xatırlamadığı şəxs ona bir nəfərin nömrəsini vermiş və onunla danışmağını istəmişdir. Həmin nömrə ilə danışanda onun adının Pərvin olduğunu bilmiş və ondan Tovuz rayonuna getmək üçün köməklik etməyini xahiş etmişdir. Bu zaman həmin şəxs şəxsiyyət vəsiqələrinin surətlərini şəklini ona göndərməyini xahiş etmiş və özünün fərdi avtomobillə getmək istədiyini bildirmiş, bu zaman həmin şəxs avtomobilin texniki pasportunun şəklini də ona göndərməyini istəmişdir. Şəkilləri ona göndərəndən sonra həmin şəxs ona zəng etmiş, onunla danışan zaman həmin şəxs avtomobillə birlikdə həyat yoldaşına qanuni qaydada xüsusi yaradılmış postlardan keçmək üçün icazə alacağını deyərək ondan 100 (yüz) manat pul istəmişdir. Onunla razılaşmış və xx.xx.2020-ci il tarixdə Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gedərək ona 100 manat pul vermişdir. Bu hadisənin səhəri günü yəni xx.xx.2020-ci il tarixdə həyat yoldaşı Şahid3 ilə birlikdə özünə məxsus olan “Mercedes Benz CLA” markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz rayonuna yola düşmüş, yolda olan zaman həmin şəxslə bir daha telefon vasitəsi ilə danışmış və yola düşdüyünü demişdir. Həmin şəxs postlarda problem olmayacağını bildirmiş və yollarına davam etməklərini demişdir. Tovuz rayonu istiqamətində həyat yoldaşı ilə hərəkətə başlamış və "Ələt Postu” adlanan yerə çatan zaman avtomobili polis əməkdaşının yanında saxlamış, həmin vaxt polis əməkdaşı sənədlərini istəmiş və sənədlərini ona təqdim etmişdir. Bundan sonra polis əməkdaşı onlara heç nə deməmiş və yollarına davam edə biləcəklərini bildirmişdir. Beləliklə yola düşmüş və Tovuz rayonuna çatmışlar. Orada 2 gün qaldıqdan sonra təkrar Bakı şəhərinə qayıtmış və həmin postda olan zaman polis əməkdaşı sənədlərinə baxmış və Bakı şəhəri qeydiyyatında olduqlarına görə Bakı şəhərinə daxil olmalarına icazə verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsə ittiham elan edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsini xx.xx.2020-ci il tarixli 4(05)-823/2020 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay müddətində seçilmiş, həbsetmənin əvvəli isə xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsə ittiham elan edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsini xx.xx.2020-ci il tarixli 4(05)-826/2020 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti istintaq müddəti həddində, yəni xx xxxxxxx 2020-ci il tarixədək müəyyən edilmiş, həbsetmənin əvvəli isə xx.xx.2020-ci il tarixdən hesablanmışdır. “xxxx" MMC icraçı direktoru Təqsirləndirilən şəxs1 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 149 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 “xxxx" MMC-də kadrlar üzrə mütəxəssis vəzifəsində işləyir və idarə etdiyi **-AA-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Vito" markalı avtomobillə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ölkə ərazisində yerləşən sahələrə gedib- gəlməsinə icazə verilmişdir. AZE 10611723 və AZE 10611722 seriyalı şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X5 olmaqla iki azyaşlı uşağı vardır. Ağstafa rayonu İcra Hakimiyyəti başçısının Qıraq Kəsəmən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 289 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibi xx.xx.1997-ci il təvəllüdlü arvadı - X1, xx.xx.2015-ci il təvəllüdlü oğlu - X2 və xx.xx.2015-ci il təvəllüdlü oğlu- X3 ibarətdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gədəbəy RPŞ-nin xx.xx.2018-ci il tarixli qərarı ilə CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 206.3.2-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cərimə cəzası 2500 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qazax Rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli, 294/2-20 saylı məktubdan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(104)- 289/2019 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli bilinərək 2500 manat məbləğində cərimə növündə cəzaya məhkum olunmuşdur. Təqsirləndirilən şəxs1 təyin olunmuş cərimə cəzasını ödəməmişdir və onun hökm üzrə cari cərimə borcu 2500 manat təşkil edir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsini xx.xx.2020-ci il tarixli 4(05)-1150/2020 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsini xx.xx.2020-ci il tarixli 4(05)-1151/2020 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Sübutların qiymətləndirilməsi və cinayət işinin tövsif edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsindən həmin Məcəllənin 139-1.1, 308.1 və 313-cü maddələrinə tövsif olunması, Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə elan edilmiş ittihama dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası CM-nin 139-1.1, 308.1 və 313-cü maddələri ilə yenidən ittiham elan edilməsi və barəsində seçilmiş həbs qətimkan tədbirinin iş üzrə nəzərə alınması, Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə elan edilmiş ittihama dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə yenidən ittiham elan edilməsi və barəsində seçilmiş həbs qətimkan tədbirinin iş üzrə nəzərə alınması, Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş bir ədəd disk istintaq zamanı toplanmış digər sübutlarla təsdiq edildiyindən, eləcə də işin faktiki hallarına uyğun gəldiyindən iş üzrə sübut növü kimi qiymətləndirilməsi və cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Xiaomi” markalı mobil telefon maddi sübut kimi tanınması və təqsirləndirilən şəxsləri tanış etdikdən sonra DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 139- 1.1, 308.1 və 313-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elən olunmuşdur. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 139- 1.1-ci maddəsi ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elən olunmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsini xx.xx.2020-ci il tarixli 4(05)-1339/2020 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 139-1.1, 308.1 və 313-cü maddələri ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti xx xxxxxx 2021-ci il tarixədək uzadılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsini xx.xx.2020-ci il tarixli 4(05)-1340/2020 nömrəli qərarından görünür ki, Azərbaycan Respubliksaı CM-nin 139-1.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti xx xxxxxx 2021-ci il tarixədək uzadılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1, 308.1 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu; 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.6-cı maddəsinə əsasən məhkəmə baxışı bir neçə təqsirləndirilən şəxs barəsində aparıldıqda müvafiq məhkəmənin hökmündə bu Məcəllənin 353.2.3-353.2.9, 353.3-353.5-ci maddələrində göstərilmiş məsələlər təqsirləndirilən şəxslərdən hər birinə dair ayrı-ayrılıqda qeyd edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini nəzərə alır və onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı isə CPM-in 158.2-ci maddəsinə əsasən tutulduğu andan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini nəzərə alır və onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 139-1.1, 308.1 və 313-cü maddələrinin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətlər daxil olduğundan Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təyin edilmiş lakin ödənilməmiş qalan 2500 manat məbləğində cərimə cəzası mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təyin olunmuş lakin ödənilməmiş qalan 2500 manat məbləğində cərimə cəzası hazırki hökmlə təyin ediləcək cəzaya tamamilə birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Həmçinin təyin edilmiş cərimə cəzası Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı CPMin 158.2-ci maddəsinə əsasən tutulduğu andan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslər barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Cinayət işi üzrə maddi sübut – Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 01 ədəd “Xiaomi” markalı mobil telefon Təqsirləndirilən şəxs2 qaytarılmalı, 01 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun müdafiəçilərinə dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdikləri hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 üzərində 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təyin olunmuş və ödənilməmiş qalan 2500 (iki min beş yüz) manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilməklə, onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası və ödənilməmiş qalan 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş və ödənilməmiş qalan 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası müstəqil icra olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Cinayət işi üzrə maddi sübut – Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 01 ədəd “Xiaomi” markalı mobil telefon Təqsirləndirilən şəxs2 qaytarılsın. İş üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdikləri hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-93/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-93/2021
30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver