Məhkəmə qərarları › İş №1(005)-93/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-93/2022

02.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-93/2022 02.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1992-ci ildə Ukrayna Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 19 sentyabr 2021-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs Tariyel oğluna məxsus Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 20 saylı binanın, 171-ci mənzilinə eyvanın plastik pəncərəsini əli ilə sıxıb açmaqla qanunsuz daxil olub yataq otağında olan güzgülü şkafın gözlüyündə saxlanılan sonuncuya məxsus bir ədəd 140 manat dəyərində, 1.67 qram kütləli, 583/585 əyarlı, üzərində bir ədəd rəngsiz, şəffaf qaşı olan qızıl üzüyü, bir ədəd 293 manat dəyərində, 3,31 qram kütləli, 583/585 əyarlı, üzərində üç ədəd hər biri 0,015 karat rəngsiz, şəffaf brliyant qaşı olan qızıl üzüyü, bir ədəd 551 manat dəyərində, 4.57 qram kütləli, 583/585 əyarlı, üzərində bir ədəd açıq yaşıl rəngli və səkkiz ədəd hər biri 0.032 karat rəngsiz, şəffaf brliyant qaşı olan qızıl üzüyü, bir ədəd 1.150 manat dəyərində, 7.68 qram kütləli, 750 əyarlı, üzərində bir ədəd 0,200 karat, altı ədəd hər biri 0,050 karat, iki ədəd hər biri 0,043 karat, altı ədəd hər biri 0,028 karat rəngsiz, şəffaf brliyant qaşı olan qızıl üzüyü, bir ədəd 9 manat dəyərində, 1,66 qram kütləli, 925 əyarlı, üzərində rəngsiz, şəffaf qaşlar olan gümüş üzüyü, bir ədəd 9 manat dəyərində, 1,80 qram kütləli, 925 əyarlı, üzərində rəngsiz, şəffaf qaşlar olan gümüş üzüyü, bir ədəd 5 manat dəyərində, 1,01 qram kütləli, 925 əyarlı, üzərində bir ədəd rəngsiz, şəffaf qaşı olan gümüş üzüyü, bir ədəd 2 manat dəyərində, 2,20 qram kütləli, qiymətsiz metal ərintisi (mis, sink və s.) olan, üzərində bənövşəyi rəngli qaşlar olan gümüşü rəngli üzüyü, bir ədəd 490 manat dəyərində, 5,14 qram kütləli, 750 əyarlı, qızıl üzüyü, bir ədəd 3 manat dəyərində, 18.90 qram kütləli, qiymətsiz metal ərintisi (mis, sink və s.) olan, üzərində tünd-boz rəngli, bir-birinə bitişik üç halqadan ibarət qaşsız üzüyü, bir ədəd 330 manat dəyərində, 4,40 qram kütləli, 583/585 əyarlı, üzərində bir ədəd tünd qəhvəyi rəngli və rəngsiz, şəffaf qaşlar olan qızıl üzüyü, bir ədəd 800 manat dəyərində, 8.49 qram kütləli, 750 əyarlı, üzərində bir ədəd tünd qəhvəyi rəngli və rəngsiz, şəffaf qaşlar olan qızıl üzüyü, bir ədəd 300 manat dəyərində, 3.97 qram kütləli, 583/585 əyarlı, üzərində bir ədəd tünd qəhvəyi rəngli və rəngsiz, şəffaf qaşı olan qızıl kulonu, bir cüt 75 manat dəyərində, 0,87 qram kütləli, 583/585 əyarlı, sonsuzluq formalı qızıl sırğanı, bir ədəd 8 manat dəyərində, 74,66 qram kütləli, qiymətsiz metal ərintisi olan (dəmir və s.), gümüşü rəngli boyunbağını, bir ədəd 6 manat dəyərində, 20.80 qram kütləli, qiymətsiz metal ərintisi olan (dəmir və s.). gümüşü rəngli boyunbağını, bir ədəd 35 manat dəyərində, qiymətsiz metal ərintisi olan (dəmir və s.), qara rəngli rezinəoxşar qolbağı olan qol saatını, bir ədəd 1.200 manat dəyərində, 750 əyarlı, siferblatın metal hissələri qızıl olan və siferblatın iç tərəfində «Geneve, Quartz» yazıları olan qol saatını, bir ədəd 1,020 manat dəyərində, 12 qram kütləli, 585 əyarlı, nazik toxunuşlu qızıl sepi, bir ədəd 1.050 manat dəyərində, 10 qram kütləli, 750 əyarlı, nazik formalı qızıl sepi, bir ədəd 680 manat dəyərində, 8 qram kütləli, 585 əyarlı, qızıl sepi və bir cüt 525 manat dəyərində, 5 qram kütləli, 750 əyarlı, kəpənək formalı uşaq sırğasını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 8.681 (səkkiz min altı yüz səksən bir) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, icarəyə avtomobil götürüb şəhərlərarası taksi xidməti ilə məşğul olmuş, eyni zamanda Suraxanı rayonu Qaraçuxur qəsəbəsində fəaliyyət göstərən «Kainat M» X6 motrosluq üzrə təhsil almışdır. Həmin məktəbi bitirdikdən sonra Dəniz Gəmiçilik İdarəsində motros kimi işə düzəlmək istəmiş, həmin təhsil 6 aylıq və ödənişli əsaslarla olmuşdur. İlkin olaraq 300 manat ödəmiş və təhsili başa vurduqda 1200 manat da ödəməli olmuşdur. 2021-ci ilin oktyabr ayının 9-da təhsil müddəti başa çatdığından 1200 manat məktəbə, 1350 manat imtahan sertifikatlarına, 60 manat isə vəsiqə almaq üçün ödəniş etməli olmuş, lakin taksi xidməti ilə həmin məbləği düzəldə bilməmiş, ödəniş üçün az vaxtı olduğuna görə pula ehtiyacı olmuş və tapa bilməmişdir. Bu səbəbdən mənzil oğurluğu etmək və oradan pul, qızıl və ya qiymətli əşya götürüb sataraq ehtiyaclarını qarşılamaq qərarına gəlmişdir. Bu məqsədlə 2018-ci ildə həbs olunmamışdan əvvəl tikinti şirkətində fəhlə işlədiyi Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 26 saylı hündürmərtəbəli binanın mənzillərindən birinə girməyi qərara almış, çünki həmin binanın giriş və çıxışı barədə məlumatı olmuşdur. Necə və haradan mənzilə daxil olub oğurluq edəcəyini yaxşı bilmiş, ona görə 19 sentyabr 2021ci il tarixdə saat 21 radələrində Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 20 saylı hündürmərtəbəli binanın qarşısına gəlmişdir. İkinci mərtəbəyə daxil olmaq qərarına gəlmiş, çünki həmin bina tikilən zaman orada fəhlə işlədiyi üçün binanın 2-ci mərtəbəsinə girməyin rahat olmasını bilmişdir. Mənzilə daxil olacağı evin sahibini tanımamış, sonra bildiyi üsulla bloka daxil olmuş və beton çıxışı olan yerdən ikinci mərtəbənin 171 saylı mənzilinin plastik pəncərəsini əli ilə itələyib açmış və içəri daxil olmuşdur. Həmin mənzili həyətdən müşahidə edib işığı yanmadığını və evdə heç kim olmadığını görmüş, sonra mənzilə daxil olub işığı yandırmadan alışqanın işığı ilə mənzili axtarmağa başlamış, həmin vaxt giriş qapısından sağda olan yataq otağındakı termonun gözlüyündən qızıl-zinyət əşyaları və bir ədəd kişi qol saatı tapıb əynindəki cins şalvarının cibinə qoymuş, həmin otaqdan və digər otaqlardan oğurladığı qızıldan əlavə başqa bir qiymətli əşya götürməmişdir. Daha sonra mənzilə daxil olduğu pəncərədən çölə çıxıb bloka girmiş və oradan həyətə çıxıb binanın qarşısı ilə piyada getməyə başlamışdır. Binanın həyəti ilə asta yerişlə oradan küçəyə çıxmış və binanın həyətindən uzaqlaşıb küçə ilə piyada gedən zaman polis əməkdaşlarının ona tərəf gəldiklərini görmüş, ona görə iti addımlarla onlardan aralaşmaq istəmişdir. Lakin bu hərəkəti polis əməkdaşlarında şübhə yaratmış və polislər ona yaxınlaşıb özlərini təqdim edərək adını, soyadını və ünvanını soruşmuş, sonra polis əməkdaşları Sumqayıt şəhərində yaşadığı halda burada nə etdiyini soruşmuş, daha sonra polislər şübhəli cavablarını görərək onu 16-cı PB-nə dəvət etmişlər. Bu zaman heç nə olmayıbmış kimi polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə bölməyə getmişdir. 16-cı PB-də olarkən törətdiyi oğurluğu etiraf etmiş və cibindəki qızıl zinyət əşyalarını çıxarıb polis əməkdaşlarına könüllü olaraq təqdim etmişdir. Zərərçəkmiş şəxsin göstərdiyi bir ədəd 12 qram çəkidə nazik toxunuşlu qadın sepini, bir ədəd 10 qram çəkidə nazik formalı qadın sepini, bir ədəd 8 qram çəkidə qadın sepini və bir cüt 5 qram çəkidə kəpənək formalı uşaq sırğasını ola bilsin ki, hadisə yerindən çıxıb iti addımlarla tələsik oradan uzaqlaşmaq istəyərkən binanın arxa tərəfindəki küçəyə çıxdıqda yolda cibindən salıb itirmiş və bunu hiss etməmiş, həmin qızıllar əgər üstündə olsaydı bölmədə təqdim etdiyi qızılların içərisində olardı. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Tariyel oğlu ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə ünvan 3, mənzil 171-də yaşayır. Yay mövsümü başlaması ilə əlaqədar 2021-ci ilin iyun ayında ailə üzvləri ilə birlikdə Albalılıq qəsəbəsində yerləşən özünə məxsus bağ evinə köçmüş, buna baxmayaraq, hər həftə bir-iki dəfə şəhərdəki mənzilinə gəlib baş çəkmişdir. 19 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində şəxsi işi ilə əlaqədar Dövlət Statistika Komitəsinin yaxınlığında olarkən yaşadığı binanın komendantı mobil telefonuna zəng vuraraq naməlum şəxsin bir neçə dəqiqə əvvəl ona məxsus mənzilə daxil olub çıxdığını bildirmişdir. Narahat olaraq idarə etdiyi avtomobillə dərhal ünvan 3 ünvanında yerləşən 171 nömrəli mənzilinə getmiş, özündə olan açarla mənzilin giriş qapısının açıb içəri daxil olmuş və cəld otaqları axtarmağa başlamışdır. Bu zaman girişdən sağda yerləşən birinci yataq otağının Sabit Rəhman küçəsi istiqamətində yerləşən eyvana açılan plastik-şüşə konstruksiyalı qapısının açıq vəziyyətdə olduğunu və qapının kilidinin zədələndiyini görüb naməlum şəxs və ya şəxslərin ona məxsus mənzilə məhz küçə istiqamətində yerləşən eyvandan həmin qapını açaraq daxil olduqlarını başa düşmüşdür. Cəld qızıl-zinət əşyalarını gizləyib saxladığı yataq otağındakı güzgülü şkafın gözlüyünü açıb baxdıqda öz vəsaiti hesabına aldığı qızıl-zinyət və gümüş əşyalarının oğurlanmasını müəyyən etmişdir. Mənzilin bütün otaqlarını diqqətlə gözdən keçirtmiş, lakin hadisə zamanı mənzilindən başqa bir əşya oğurlanmamışdır. Hadisə baş verən gecə Nərimanov rayon polis idarəsinə gedib mənzilindən oğurluq olması ilə bağlı şikayət ərizəsi yazmış, müraciəti ilə əlaqədar polis əməkdaşları tərəfindən onun iştirakı ilə mənzilinə baxış keçirilmişdir. Qeyd etdiyi qızıl və gümüş əşyalarının oğurlanması nəticəsində ona ümumilikdə 23.535 (iyirmi üç min beş yüz otuz beş) manat məbləğində maddi ziyan vurulmuş, sonradan ona təqdim olunmuş qızıl, gümüş və adi metaldan olan bəzək əşyalarının hamısını tanımışdır. Çünki həmin əşyaları özü almış, bundan başqa uzun müddət evdə həmin əşyalar istifadə olunduğuna görə modeli və forması dəqiq yadında qalmışdır. Sonda Zərərçəkmiş şəxs Tariyel oğlu təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 Alayının 1-ci PB-nin polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, X10 Alayının 1-ci Patrul Bölüyünün polis nəfəri kimi xidmət etdiyi ərazi Nərimanov RPİ-nin 16-cı PB-nin inzibati ərazisi olmuş və 9766 çağırışlı xidməti «Mercedes Citan» markalı avtomobillə ərazidə xidmət aparmışdır. Ondan başqa həmin xidməti avtopatrulda ƏÇPA-nın İ Patrul Bölüyünün polis nəfərləri X5 və Şahid3 xidmət aparmışdır. 19 sentyabr 2021-ci il tarixdə adlarını qeyd etdiyi polis əməkdaşları ilə birlikdə gecə növbəsində olmuş və inzibati ərazidə xidmət aparmışdır. Həmin günü saat 20.40-da onlar avtopatrulla Nərimanov rayonu, Sabit Rəhman küçəsi ilə, daha doğrusu yol kənarında yerləşən 20 saylı hündürmərtəbəli yaşayış binasının arxasındakı küçədən keçərkən yol kənarı ilə bir nəfər tanımadığı şəxsin polis maşınını gördükdə şübhəli şəkildə iti addımlarla yeriyərək, onlardan aralanmaq istədiyini görmüş və bu polis əməkdaşı kimi onların diqqətini çəkmiş, ona görə həmin şəxsin yanında maşını saxlayaraq özlərini təqdim etdikdən sonra ondan kim olduğunu və harada yaşamasını soruşmuşlar. Həmin şəxs onların suallarından yayınmağa və aralanmağa çalışmış, bu isə onlarda həmin şəxsə qarşı daha çox şübhə yaratmışdır. Bu səbəbdən onlar həmin şəxsi 16-cı PB-nə dəvət edib xidməti avtomobilə əyləşdirmiş, daha sonra 16-cı PB-nə getmişlər. Orada raportla növbətçi hissəyə məruzə etmiş, bölmədə olarkən həmin şəxsin Təqsirləndirilən şəxs olmasını bilmişlər. Sonra Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən sarı və gümüşü rəngli, gümüş və qızıl-zinyət əşyalarına oxşar bəzək əşyalarını çıxarıb təqdim etmiş, həmin əşyaları bir az əvvəl saxlanıldığı Sabit Rəhman küçəsindəki hündürmərtəbəli yaşayış binasının ikinci mərtəbəsinə eyvandan daxil olmaqla mənzildən oğurlamasını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalarla birlikdə növbətçi hissəyə təhvil vermiş və xidməti əraziyə qayıtmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 Alayının 1-ci PB-nin polis nəfəri X5 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş X10 Alayının 1-ci PB-nin polis nəfəri Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid3 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 6-8-ci vərəqlərində olan “Baxış keçirilməsi haqqında” 20.09.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəi Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi X8 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında olan 1170 nömrəli material üzrə hadisə yerinə baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri ünvan 4 ünvanında yerləşən yaşayış sahəsidir. Mənzil Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 26 ünvanında yerləşən 17 (on yeddi) mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşir. Mənzilin yerləşdiyi bloka giriş binanın həyətində yerləşən «domofon» (qapı selektor rabitəsi) vasitəsilə açılıb bağlanan metal qapıdandır. Mənzilin yerləşdiyi blokda mərtəbələrə qalxıb enmək üçün lift sistemi fəaliyyət göstərir və aktiv vəziyyətdədir. İkinci mərtəbədə yerləşən Zərərçəkmiş şəxs Tariyel oğluna məxsus 171 nömrəli mənzilə giriş təklaylı seyf qapıdandır. Qapının üzərində adi gözlə görünən hər hansı zədə yoxdur. Mənzil zal, bir qonaq və iki yataq otağından ibarət olmaqla ümumilikdə üç otaqdan ibarətdir. Mənzilin ümumi yaşayış sahəsi 156 kvadrat metrdir. Mənzilə girişdə dəhlizdə sol tərəfdə qonaq otağı, sağ tərəfdə iki yataq otağı, mətbəx otağı, giriş qapısı ilə üzbəüz isə sanitar qovşağı yerləşir. Girişdən sağda yerləşən birinci yataq otağının qapısı açıqdır. Qapıdan içəri daxil olduqda həmin otaqda sağ tərəfdə geyim əşyalarının yığılması üçün nəzərdə tutulmuş qardirobun quraşdırıldığı daxili otaq yerləşir. Qeyd olunan otağın qapısı yoxdur. Yataq otağının daxilində ayrıca giriş qapısı olan sanitar qovşağı yerləşir. Yataq otağında müxtəlif mebel, əşyaları, o cümlədən taxt, kamod (siyirməli, güzgülü şkaf), azyaşlı uşaq çarpayısı, üzərinə pərdə asılmış metal asılqan və digər məişət əşyaları vardır. Taxtla üzbüz divara televizor bərkidilmişdir. Taxtın üzərindəki yataq dəsti dağınıq vəziyyətdədir. Yataq otağında Sabit Rəhman küçəsi istiqamətində yerləşən eyvana açılan plastik-şüşə konstruksiyalı qapı vardır. Qapı açıq vəziyyətdədir, kilidi üzərində zədə izləri müşahidə olunur. Baxışda iştirak edən ev sahibi Zərərçəkmiş şəxs Tariyel oğlu həmin yataq otağında yerləşən kamodu göstərərək 19 sentyabr 2021-ci il tarixdə axşam saat 21 radələrində kamodun siyirməsində saxlanılan arvadı X2 məxsus qızıl-zinət əşyalarının naməlum şəxs tərəfindən oğurlandığını aşkar etdiyini bildirdi. Baxış davam etdirilərkən mənzilin digər otaqlarından hər hansı məbləğdə pul vəsaitinin, digər əşya və ya predmetin oğurlanması, habelə zədələnməsi və ya məhv edilməsi müəyyən olunmadı. Baxışda iştirak edən Nərimanov RPİ-nin kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti Hamlet Nəsibov tərəfindən müvafiq tədqiqat metodikasından istifadə edilməklə kamodun qızıl-zinət əşyalarının saxlanıldığı siyirməsi üzərindən, habelə yataq otağından Sabit Rəhman küçəsi istiqamətində yerləşən eyvana açılan plastik-şüşə konstruksiyalı qapının üzərindən əl-barmaq izləri götürülərək müvafiq qaydada qablaşdırıldı. Baxış zamanı yuxarıda qeyd olunanlardan başqa araşdırma üçün əhəmiyyət kəsb edə biləcək başqa hal aşkar edilməmişdir. Cinayət işinin 41-ci vərəqində olan “Əşyanın təqdim edilməsi və götürülməsi haqqında” 20 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı X4 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, ƏÇPA-nın 1-ci Patrul Bölüyünün tərtib etdiyi raport əsasında Təqsirləndirilən şəxs ünvan 4-dən oğurlamış olduğu və üzərində saxlayıb daşıdığı bir ədəd 750 əyarlı qızıldan hazırlanmış kişi nişan üzüyünü, bir ədəd 750 əyarlı qızıldan hazırlanmış brilyant qaşlı təkqaş qadın üzüyünü, bir ədəd 750 əyarlı qızıldan hazırlanmış brilyant qaşlı qadın üzüyünü, bir ədəd 750 əyarlı qızıldan hazırlanmış zümrüd və brilyant qaşlı qadın üzüyünü, bir ədəd 585 əyarlı qızıldan hazırlanmış üzük, sırğa və boyunbağı dəstini, bir ədəd 585 əyarlı qızıldan hazırlanmış bir cüt sırğanı, bir ədəd 750 əyarlı qızıldan hazırlanmış qadın üzüyünü, bir ədəd 750 əyarlı qızıldan hazırlanmış qadın üzüyünü, bir ədəd 750 əyarlı qızıldan hazırlanmış qadın üzüyünü, bir ədəd 750 əyarlı qızıldan hazırlanmış «Geneve» markalı kişi qol saatını, bir ədəd adi dəyirmi formalı, «Sanwud» markalı, göy rəngli kəməri və korpusu olan kişi qol saatını və iki ədəd adi metaldan hazırlanmış qadın boyunbağısını (zənciri) könüllü olaraq təqdim etdiyindən həmin əşyaların fotoşəkilləri çəkilərək bu barədə tərtib olunmuş protokola əlavə olunmuşdur. Cinayət işinin 99-101-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 21.09.2021-ci il tarixli, 4(005)-946/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 03 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 19 sentyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 106-111-ci vərəqələrində olan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 21.09.2021-ci il tarixli protokoldan görünür ki, tanınma zamanı Zərərçəkmiş şəxs Taryel oğlu iş otağında masanın üstünə açıq vəziyyətdə qoyulmuş cəmi 19 ədəd olan qızıl-zinyət əşyalarını və adi metaldan olan bəzək əşyalarını nəzərdən keçirərək bildirdi ki, həmin əşyalar 19 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində tanımadığı şəxsin yaşadığı 17 mərtəbəli binanın ikinci mərtəbəsində yerləşən ünvan 4-dən oğurluq edilən zaman ona məxsus oğurlanmış əşyalardır. Həmin qızıl əşyaları bir ədəd 750 əyarlı qızıldan hazırlanmış 3.800 manat dəyərində kişi nişan üzüyü, bir ədəd 750 əyarlı qızıİdan hazırlanmış 6.000 manat dəyərində briliyyant qaşlı təkqaş qadın üzüyü, ədəd 750 əyarlı qızıldan hazırlanmış 3.000 manat dəyərində briliyyant qaşlı qadın üzüyü, bir ədəd 750 əyarlı qızıldan hazırlanmış 1.500 manat dəyərində zümrüd və briliyyant qaşlı qadın üzüyü, bir ədəd 585 əyarlı qızıldan hazırlanmış 500 manat dəyərində üzük, sırğa və boyunbağı dəsti, bir ədəd 585 əyarlı qızıldan hazırlanmış 300 manat dəyərində bir cüt sırğa dəsti, bir ədəd 750 əyarlı qızıldan hazırlanmış 250 manat dəyərində qadın üzüyü, bir ədəd 750 əyarlı qızıldan hazırlanmış 900 manat dəyərində qadın üzüyü, bir ədəd 750 əyarlı qızıldan hazırlanmış 300 manat dəyərində qadın üzüyü, bir ədəd 750 əyarlı qızıldan hazırlanmış 2.000 manat dəyərində «Geneve» markalı kişi qol saatı, bir ədəd adi dəyirmi formalı göy rəngli kəməri və korpusu olan 50 manat dəyərində qol saatı, ümumi dəyəri 35 manat təşkil edən adi metaldan hazırlanmış iki ədəd boyunbağı və iki ədəd 100 manat dəyərində sadə qadın üzüyüdür. Təqdim olunmuş qızıl və adi metaldan olan bəzək əşyalarının hamısını özü aldığı üçün və uzun müddət istifadə olunduğu üçün modeli və forması dəqiq yadında qaldığına görə tanıya bilmişdir. Tanınmaya təqdim etmə zamanı zərərçəkmiş əşxs Zərərçəkmiş şəxs həmçinin bildirdi ki, ona təqdim olunmuş əşyaların içərisində mənzilindən baş vermiş oğurluq zamanı oğurlanmış bir ədəd 585 əyyarlı, 12 qram çəkidə və 700 manat dəyərində nazik toxunuşlu qadın qızıl sepi, bir ədəd 750 əyyarlı, 10 qram çəkidə və 600 manat dəyərində nazik formalı qadın qızıl sepi, bir ədəd 585 əyyarlı, 1 qram çəkidə və 400 manat dəyərində qadın qızıl sepi və bir cüt 750 əyyarlı, 5 qram çəkidə və 450 manat dəyərində kəpənək formalı uşaq sırğası həmin əşyaların içərisində yoxdur. Cinayət işinin 118-120-ci vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 24.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin 27.12.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 29,177.2.1, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 28.12.2020-ci il tarixli qərarı ilə cəza çəkməkdən 07 ay 09 gün müddətinə vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. 07.08.2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 129-cu vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 28.09.2021-ci il tarixli, 011-9104-1221 saylı məktubundan görünür ki, ünvan 5 ünvanında Zərərçəkmiş şəxs Tariyel oğluna məxsus mənzildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri 24.09.2021-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 03 ədəd (ADİS-in məlumat bankına Sumqayıt ŞPİ və BƏSİİ-dən daxil olmuş), xx.xx.1992-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs sol böyük barmağının və ovucunun, sağ əlinin isə orta barmağının əksləri ilə eynilik təşkil etmişdir. Cinayət işinin 134-cü vərəqində olan Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsi 1 nömrəli Mənzil-İstismar Sahəsi tərəfindən verilmiş 05.10.2021-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı müddət ərzində 1 nömrəli Mənzil-İstismar sahəsinə qəsəbə sakinlərindən heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 159-161-ci vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 28.12.2020-ci il tarixli, 7(011)-648/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 1(012)-493/2018 saylı hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 7 (yeddi) ay 9 (doqquz) gün müddətindən şərti olaraq vaxtından əvvəl azad olunması qərara alınmışdır. Cinayət işinin 171-179-cu vərəqələrində olan Abşeron Rayon Məhkəməsinin 27.12.2018-ci il tarixli, 1(012)-493/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 5 ay 25 gün müddətə vaxtından əvvəl şərti azad edilməsi barədə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 03.06.2018-ci il tarixli qərarının ləğv edilməsi və hazırki hökmlə təyin edilmiş 2 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının 5 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 07 avqust 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin 181-184-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 noyabr 2021-ci il tarixli, 6/4526-9/7340 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən məmulatların modeli və digər göstəriciləri nəzərə alınmaqla 2021-ci ilin sentyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 5406,00 manat, 4 adda malların nəzəri qaydada təxminən 3275,00 manat müəyyən edilir. Cinayət işinin 189-cu vərəqində olan 16.11.2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Tariyel oğlu, Nərimanov rayon Polis İdarəsinin İŞ-nin baş müstəntiqi Rahib Əliyevdən mənzilindən talanmış gümüş və qızıl əşyalarını, yəni 1 ədəd qızıl kişi nişan üzüyünü, 1 ədəd qızıl brilliyant qaşlı qadın üzüyünü, 1 ədəd brilliyant qaşlı qadın üzüyünü, 1 ədəd qızıl zümrüd və brilliyant qaşlı qadın üzüyünü, 1 ədəd üzük və boyunbağı sırğa dəstini, 1 cüt qızıl sırğanı, 1 ədəd qızıl qadın üzüyünü, 1 ədəd qızıl qadın üzüyünü, 1 ədəd qızıl üzüyü, 1 ədəd Geneve markalı kişi qol saatını, 1 ədəd Sunwood markalı göy kəmərli kişi qol saatını, 2 ədəd gümüş qadın boyunbağısını və 2 ədəd sadə qadın üzüyünü qəbul etmişdir. Həmin əşyalar saz və işlək vəziyyətdədir. Heç bir şikayəti yoxdur. Cinayət işinin 215-228-ci vərəqlərində olan “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə maddi sübut əhəmiyyəti kəsb edən Zərərçəkmiş şəxs Tariyel oğlunun yaşadığı Bakı şəhəri, ünvan 3, mənzil 171-dən oğurlanmış bir ədəd 750 əyarlı qızıldan hazırlanmış kişi nişan üzüyü, bir ədəd 750 əyarlı qızıldan hazırlanmış brilyant qaşlı təkqaş qadın üzüyü, bir ədəd 750 əyarlı qızıldan hazırlanmış brilyant qaşlı qadın üzüyü, bir ədəd 750 əyarlı qızıldan hazırlanmış zümrüd və brilyant qaşlı qadın üzüyü, bir ədəd 585 əyarlı qızıldan hazırlanmış üzük, sırğa və boyunbağı dəsti, bir ədəd 585 əyarlı qızıldan hazırlanmış bir cüt sırğa dəsti, bir ədəd 750 əyarlı qızıldan hazırlanmış qadın üzüyü, bir ədəd 750 əyarlı qızıldan hazırlanmış qadın üzüyü, bir ədəd 750 əyarlı qızıldan hazırlanmış qadın üzüyü, bir ədəd 750 əyarlı qızıldan hazırlanmış «Geneve» markalı kişi qol saatı, bir ədəd adi dəyirmi formalı göy rəngli kəməri və korpusu olan kişi qol saatı, iki ədəd adi metaldan hazırlanmış qadın boyunbağı və iki ədəd sadə qadın üzüyünün maddi sübut kimi tanınması və Zərərçəkmiş şəxs saxlancına verilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Tariyel oğlunun 05.01.2022-ci il tarixli ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, ona vurulmuş ziyan tam ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144- 146). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Oğurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın tam ödənilməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmişdir. Əzimov X3 Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 1(012)- 493/2018 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinməklə ona qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin 07 avqust 2018-ci il tarixdən hesablanmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 28.12.2020-ci il tarixli, 7(011)- 648/2020 saylı qərarı ilə Əzimov X3 Rayon Məhkəməsinin 27 dekabr 2018-ci il tarixli, 1(012)-493/2018 saylı hökmü ilə ona təyin edilmiş cəzanın çəkilməmiş 7 (yeddi) ay 9 (doqquz) gün müddətindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli 19 sentyabr 2021-ci il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM - 58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM - 56.1.3), cəza çəkməsinin əvvəli 19 sentyabr 2021-ci il tarixdən hesablanmalı (CPM - 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs tərəfindən istintaqa təqdim edilmiş bir ədəd 750 əyarlı qızıldan hazırlanmış kişi nişan üzüyü, bir ədəd 750 əyarlı qızıldan hazırlanmış brilyant qaşlı təkqaş qadın üzüyü, bir ədəd 750 əyarlı qızıldan hazırlanmış brilyant qaşlı qadın üzüyü, bir ədəd 750 əyarlı qızıldan hazırlanmış zümrüd və brilyant qaşlı qadın üzüyü, bir ədəd 585 əyarlı qızıldan hazırlanmış üzük, sırğa və boyunbağı dəsti, bir ədəd 585 əyarlı qızıldan hazırlanmış bir cüt sırğa dəsti, bir ədəd 750 əyarlı qızıldan hazırlanmış qadın üzüyü, bir ədəd 750 əyarlı qızıldan hazırlanmış qadın üzüyü, bir ədəd 750 əyarlı qızıldan hazırlanmış qadın üzüyü, bir ədəd 750 əyarlı qızıldan hazırlanmış «Geneve» markalı kişi qol saatı, bir ədəd adi dəyirmi formalı göy rəngli kəməri və korpusu olan kişi qol saatı, iki ədəd adi metaldan hazırlanmış qadın boyunbağı və iki ədəd sadə qadın üzüyünün zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 19 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs tərəfindən istintaqa təqdim edilmiş bir ədəd 750 əyarlı qızıldan hazırlanmış kişi nişan üzüyü, bir ədəd 750 əyarlı qızıldan hazırlanmış brilyant qaşlı təkqaş qadın üzüyü, bir ədəd 750 əyarlı qızıldan hazırlanmış brilyant qaşlı qadın üzüyü, bir ədəd 750 əyarlı qızıldan hazırlanmış zümrüd və brilyant qaşlı qadın üzüyü, bir ədəd 585 əyarlı qızıldan hazırlanmış üzük, sırğa və boyunbağı dəsti, bir ədəd 585 əyarlı qızıldan hazırlanmış bir cüt sırğa dəsti, bir ədəd 750 əyarlı qızıldan hazırlanmış qadın üzüyü, bir ədəd 750 əyarlı qızıldan hazırlanmış qadın üzüyü, bir ədəd 750 əyarlı qızıldan hazırlanmış qadın üzüyü, bir ədəd 750 əyarlı qızıldan hazırlanmış «Geneve» markalı kişi qol saatı, bir ədəd adi dəyirmi formalı göy rəngli kəməri və korpusu olan kişi qol saatı, iki ədəd adi metaldan hazırlanmış qadın boyunbağı və iki ədəd sadə qadın üzüyünün zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 100 (yüz) manat təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar