Məhkəmə qərarları › İş №1(005)-93/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-93/2024

16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-93/2024 16.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 və müdafiəçisi – Bakı şəhəri «ARBİTRİUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2006-cı ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 8ində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-605/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs" qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs bir qrup şəxs halında, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 01 iyul 2023-cü il tarixdə saat 21 radələrində ünvan 2 ünvanında yerləşən «Konqres Mərkəzi»nin qarşısında olan parkda tanışı Şahid1 ilə Zərərçəkmiş şəxs və Şahid2 arasında yaranmış mübahisə zamanı tanışı Şahid1 xəsarət yetirilərək döyülməsini bəhanə edərək, heç bir səbəb olmadan, qeyriləri ilə bir qrup şəxs halında birləşərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər etməklə, ictimai yer olan parkdakı şəxslərin gözü qarşısında aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yerə yıxaraq müqavimətini qırmaqla üzərində gəzdirdiyi və istintaqla müəyyən edilməyən bıçağı silah qismində istifadə edərək sonuncunun sağ bud nahiyəsindən qəsdən bir dəfə vuraraq ona sağ bud nahiyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yarasından ibarət sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə xuliqanlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 8ində qeydiyyatda olsa da, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləməmişdir. Tez-tez Bakı şəhəri Nərimanov rayonu, Heydər Əliyev adma Mərkəzin qarşısında yerləşən parka istirahət etmək üçün getmiş və orada tanımadığı şəxslərə yaxınlaşıb voleybol oynamışdır. 01 iyul 2023-cü il tarixdə saat 18:30 radələrində yaşadığı ünvandan çıxaraq ünvan 3şdir. Həmin vaxt parkda tanışı Şahid1 ilə görüşmüş və bir müddət keçdikdən sonra sonuncudan uzaqlaşaraq parkda tək gəzməyə başlamışdır. O, Hüseyn ilə görüşərkən sonuncunun yanında iki nəfər sadəcə üzdən tanıdığı tanışları olmuşdur. Həmin gün saat 21 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 55 ünvanında yerləşən “Konqres Mərkəzi”nin qarşısındakı parkda gəzərkən tanışı Hüseynin tanımadığı şəxslərlə mübahisə etdiyini və gölün kənarında tanışları ilə birlikdə dayandığını görmüşdür. O, yaxınlaşaraq Hüseyndən nə baş verdiyini soruşduqda sonuncu ona tanımadığı şəxslərlə voleybol oynayan zaman sonradan adının Vüqar olduğunu bildiyi şəxslə oyun gedişində sözlərinin düz gəlmədiyi üçün oyundan çıxaraq kənarda olan gölün yaxınlığında dayandığını, voleybol oynamağa davam edən şəxslər oyun zamanı topları onun dayandığı yer tərəfdə gölə düşdüyünü, Vüqarın topu göldən çıxarmaq üçün topa kiçik daşlar atan zaman üzərinə göldən su sıçradığını, Vüqara topa doğru digər tərəfdən daş atmasını bildirən zaman Vüqarın üzərinə su sıçramasını istəmirsə digər tərəfə keçməyini söylədiyini, bu səbəbdən aralarında söz mübahisəsi baş verdiyini, mübahisəni həll etmək üçün Vüqarı kənara keçərək söhbət edən zaman aralarında mübahisə baş verdiyini, mübahisə zamanı Vüqarı itələyərək sifət nahiyəsindən bir dəfə yumruq zərbəsi vurduğunu, uzaqlaşmaq istədikdə Vüqarın tanışı Rəvan adlı şəxsin ona ayağı ilə zərbə vurduğunu bildirmişdir. O, Hüseynin tanışı olan, lakin adını bilmədiyi təxminən 11-12 yaşlı tanışı ilə gölün ətrafını bir qədər gəzdikdən sonra həmin şəxsləri görərək sonunculara yaxınlaşmışdır. Həmin şəxslər 3 nəfər olmuşlar. Həmin şəxslərdən Vüqarın əlində velosipedin sepi olmuş və sepi əlinə dolamışdır. O, həmin şəxslərlə salamlaşaraq Hüseynlə aralarında olan mübahisə ilə bağlı maraqlanmaq istəmişdir. Həmin vaxt Rəvan ona gedib işi ilə məşğul olmağını bildirib kobud şəkildə cavab vermişdir. Buna baxmayaraq o, Vüqar və Rəvanla söhbət edən zaman Hüseyn qaçaraq gəlmiş və anidən Vüqara təpik zərbəsi endirmişdir. Həmin vaxt aralarında dava-dalaş baş vermişdir. Həmin vaxt Rəvan onu yumruqla vurmaq istəsə də, o, Rəvanın atmış olduğu yumruq zərbəsindən yayınmış və sonuncuya cavab olaraq sağ əli ilə Rəvanın üz nahiyəsindən bir dəfə zərbə vurmuşdur. Rəvan yenidən ona əli ilə zərbə endirmək istəyən zaman o, əli ilə həmin zərbənin qarşısını alarkən sol əlinin baş barmağı bilmədiyi şəraitdə həmin zərbənin qarşısını alarkən sol əlinin baş barmağı bilmədiyi şəraitdə kəsilmişdir. Sonra o, üzərində olan qara rəngli cib bıçağını çıxararaq Rəvanın sağ bud nahiyəsindən bir dəfə zərbə endirmişdir. Sonra bıçağı elə hadisə yerində tullamış və dərhal oradan uzaqlaşaraq yaşadığı ünvana getmişdir. Daha sonra onu Nərimanov RPİ-nin 18-ci PŞ-nə dəvət etmişlər və orada törətmiş olduğu əməli səmimi olaraq etiraf etmişdir. Zərərçəkmiş şəxs və Şahid2 əvvəllər tanımamış, aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. İlk dəfə sonuncuları hadisə baş verən günü görüb tanımışdır. O, ilkin olaraq Vüqarla Hüseynin arasında baş vermiş dava-dalaş hadisənin şahidi olmamışdır. Sonradan isə Vüqar və Rəvanla söhbət edən zaman Şahid1 qaçaraq gəlib anidən Vüqara təpil zərbəsi atmışdır. Buna görə də, aralarında olan sözlü mübahisə dava- dalaşa çevrilmişdir. Dava-dalaş sözlü mübahisə ilə birlikdə təxminən 20-25 dəqiqə davam etmişdir. Mübahisənin baş verməsinə səbəb ilkin olaraq Vüqarla Hüseyn birlikdə top oynayan zaman aralarında yaranmış narazılıq, sonradan isə Hüseynin təpiklə Vüqarı vurmasına görə baş vermişdir. O, həmin bıçağı adını bilmədiyi 11-12 yaşlı Hüseynin tanışının əlində olduğu görüb sonuncudan almışdır. Bıçağı elə hadisə yerində tullayıb oradan çıxıb getdiyi üçün istintaq təqdim edə bilməmişdir. Baş vermiş hadisə zamanı onun sol əlinin baş barmağı kəsilsə də, o, həmin xəsarəti hansı şəraitdə almağını xatırlamamışdır. Rəvan ona yumruq zərbəsi atdığı üçün əlini qabağa verən zaman bilmədiyi şəraitdə barmağı kəsilmişdir. Hadisə zamanı Rəvanı vurub xəsarət yetirdiyim bıçaq qatlanıb açılan cib bıçağı olmuşdur. Bıçağın açılmış vəziyyətdə ümumi uzunluğu təxminən 10 sm olmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, heç bir yerdə işləmir. Şahid2 onun doğma əmisi oğludur. Şahid1 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ilk dəfə Hüseyn və Kərimi hadisə günü görmüşdür. Aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. O, tez-tez Bakı şəhəri Nərimanov rayonu, Heydər Əliyev adma Mərkəzin qarşısında yerləşən parka istirahət etmək üçün getmiş və orada tanımadığı şəxslərə yaxınlaşıb voleybol oynamışdır. 01 iyul 2023-cü il tarixdə axşam saatlarında yaşadığı ünvandan əmisi oğlu Şahid2 ilə birlikdə çıxaraq ünvan 3şlər. Daha sonra Vüqar ünvan 5 ünvanında yerləşən “Konqres Mərkəzi”nin qarşısındakı otluq sahədə voleybol oynamağa getmişdir. O, isə şəxsi işləri ilə bağlı olaraq ünvan 6 ünvanında yerləşən “Nəriman Nərimanov” adına parkı yaxınlığında yerləşən velosiped təmiri məntəqəsinə getmişdir. O, özünə məxsus olan velosipedin hərəkətə gətirilməsi üçün nəzərdə tutulmuş zənciri təmir etdirmək məqsədi ilə parkın yaxınlığında olan velosiped təmiri yerinə getmişdir. Təxminən 20-25 dəqiqə sonra, yəni saat 21:00 radələrində oradan çıxaraq Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 55 ünvanında yerləşən parka, yəni Vüqarın yanına geri qayıtmışdır. Həmin vaxt o, əmisi oğlu Vüqar ilə adlarını sonradan öyrəndiyi Hüseyn, Kərim və digər tanımadığı şəxslərin sözlə mübahisə etdiklərini görmüşdür. O, parka geri qayıdan zaman yolda tanışı Fərruxla rastlaşdığı üçün birlikdə Vüqarın yanına getmişlər. Həmin vaxt o və Fərrux Vüqara yaxınlaşıb kənara çəkərək Vüqardan mübahisənin səbəbini soruşmuşlar. Vüqar da voleybol oynayan zaman Hüseynlə aralarında sözlə mübahisə baş verdiyini, Hüseyn oyundan çıxıb gölün kənarında dayandığını, həmin yerdə voleybol oynamağa davam edərkən topun Hüseynin dayandığı yer tərəfdə gölə düşdüyünü, topu göldən çıxarmaq üçün göl tərəfə gəlib topa kiçik daşlar atdığını, atılan daşlardan Hüseynin üzərinə göldən su sıçraması səbəbindən aralarında mübahisə baş verdiyini demişdir. Onlar söhbət edən zaman Hüseyn kənardan qaça-qaça gələrək Vüqarı təpiklə vurmuşdur. Həmin vaxt Fərrux Hüseyni tutub aralaşdırmışdır. Daha sonra orada olan şəxslər, yəni Hüseyn, Kərim və 4 nəfər adlarını bilmədiyi şəxslər onların üzərinə hücum edərək dava-dalaş etməyə başlamışlar. Dava-dalaş zamanı Kərim bıçaq çıxarıb Vüqarın üzərinə gedən zaman o, Kərimi sinəsindən arxaya itələyib bıçağı yığışdırmasını demişdir. Həmin vaxt bir nəfər tanımadığı şəxs onun başının sol yan hissəsindən yumruqla zərbə vurmuşdur. Daha sonra onun başı fırlandığı üçün aşağı əyilən zaman Kərim onun üzərinə gələrək əlində olan bıçaqla sağ ayağının baldır nahiyəsindən bir dəfə vurmuşdur. Sonra Kərim və sonuncunun tanışları hadisə yerindən qaçıb getmişlər. Ona isə orada xidmət aparan polis əməkdaşları yaxınlaşaraq köməklik etmiş, hadisə yerinə X7 Stansiyasının həkimləri gələrək ona ilkin tibbi yardım göstərmiş və onu tibbi avtomaşına mindirərək 1 saylı X6 aparmışlar. Orada həkimlər ona tibbi yadım göstərmiş və xəstəxanada bir neçə gün müalicə almışdır. Şahid1 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Dava- dalaş sözlü mübahisə ilə birlikdə təxminən 20-25 dəqiqə davam etmişdir. Mübahisənin baş verməsinə səbəb Vüqarla Hüseyn birlikdə top oynayan zaman aralarında yaranmış narazılıq, sonradan isə Hüseynin Vüqarı təpiklə vurmasına görə baş vermişdir. Hadisə zamanı o və Fərrux heç kimi vurmamışdır. Vüqar isə Hüseynlə əlbə-yaxa olaraq dalaşmışdır. O, Kərimə heç bir xəsarət yetirməmişdir. Onun əlində heç bir kəsici alət və ya əşya olmamışdır. Ola bilsin ki, Kərimin əlində olan bıçaq hadisə zamanı əlini kəsmişdir.O, Hüseynə heç bir xəsarət yetirməmişdir. Hüseyn onun üzərinə gəlməmiş, Vüqarın üzərinə gedərək onunla dalaşmışdır. Hüseynin ifadəsində qeyd etdikləri şər və böhtandır. Kərimin hadisə zamanı onu Hüseynin ifadəsində qeyd etdikləri şər və böhtandır. Kərimin hadisə zamanı onu vurub xəsarət yetirdiyi bıçaq qatlanıb açılan cib bıçağı olmuşdur. Bıçağın açılmış vəziyyətdə ümumi uzunluğu təxminən 15 sm olmuşdur. Hal-hazırda şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma əmisi oğludur. Şahid1 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ilk dəfə hadisə günü görmüşdür. Aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. O, 01 iyul 2023-cü il tarixdə saat 18 radələrində əmi oğlu Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı ünvandan çıxaraq ünvan 3şdir. Bir qədər sonra o ünvan 5 ünvanında yerləşən “Konqres Mərkəzi”nin qarşısındakı otluq sahədə voleybol oynamağa getmişdir. Rəvan isə özünə məxsus velosipedi təmir etmək üçün ünvan 6 ünvanında yerləşən “Nəriman Nərimanov” adına parkı yaxınlığında yerləşən velosiped təmiri məntəqəsinə getmişdir. Orada tanımadığı şəxslərlə saat 20:30 radələrinə kimi voleybol oynamışdır. Onlar voleybol oynamağa davam edərkən tanımadığı, lakin sonradan adının Hüseyn olduğunu öyrəndiyi şəxs onlara oynamaq istədiyini bildirmişdir. Onlar da Hüseynə icazə verdikləri üçün Hüseyn də onlarla oynamağa başlamışdır. Lakin oyun zamanı Hüseynlə oyun gedişində sözləri düz gəlmədiyi üçün aralarında sözlə mübahisə yaranmışdır. Buna baxmayaraq Hüseyn oynamağa davam etmiş və onlar oynayan zaman top gölə düşmüşdür. Həmin vaxt voleybol oynayan uşaqlar və Hüseyn gölün ətrafında olan danış üzərində oturmuşlar. O, topu göldən çıxarmaq məqsədi ilə yerdən daş götürüb göldə olan topa tərəf atmağa başlamışdır ki, top gölün orta hissəsindən qırağa gəlsin ki topu götürə bilsinlər. Həmin vaxt onun gölə atdığı daşlar nəticəsində Hüseynin üstünə su sıçradığı üçün Hüseyn ondan gölə daşı digər tərəfdən atmağını istəmişdir. O da Hüseynə üzərinə su sıçramasmı istəmirsə kənara durmasını bildirmişdir. Bu səbəbindən Hüseynlə aralarında sözlə mübahisə baş vermiş və mübahisəni həll etmək üçün kənara keçərək söhbət etməyi təklif etmişdir. Hüseyn də onunla razılaşmış və onlar göldən bir daha kənara keçmişlər. Hüseynin arxasında 6 nəfər tanımadığı şəxs gəldiyi üçün o, Hüseyndən həmin şəxslərin kim olduğunu, nə üçün onların arxalarınca gəldiyini soruşmuşdur. Hüseyn də həmin şəxslərin tanışı olduğunu bildirmişdir. Buna görə də, o, voleybol oynadığı tanışlarını çağırmışdır. Onlar söhbət etdikdən sonra bir-birilərini başa düşmədikləri üçün mübahisə daha da genişlənmiş və ətraflarına tanımadığı şəxslər toplaşmışdır. Söhbət zamanı anidən Hüseyn gözləmədiyi halda yumruq zərbəsi ilə onun çənə nahiyəsindən vurmuşdur. Həmin vaxt orada olan şəxslər onları ayırmışlar və o, Hüseynə etdiyi hərəkətin düz olmadığını və kişiyə yaraşmayan hərəkət etdiyini demişdir. Bu sözlərdən sonra Hüseyn yenidən onun üzərinə gələrək əli ilə onun üz nahiyəsindən vurmuşdur. O da Hüseynə qarşılıq verərək bir dəfə yumruqla sonuncunun üz nahiyəsinə vurmuşdur. Həmin vaxt orada olan şəxslər onları ayırmışlar. Həmin vaxt əmisi oğlu Rövşən və tanışı Fərrux yaxınlaşıb onu kənara çəkərək mübahisənin səbəbini soruşmuşlar. O da Rövşənə voleybol oynayan zaman Hüseynlə aralarında sözlə mübahisə baş verdiyini, Hüseyn gölün kənarında dayandığını, həmin yerdə voleybol oynamağa davam edərkən top Hüseynin dayandığı yer tərəfdə gölə düşdüyünü, topu göldən çıxarmaq üçün göl tərəfə gəlib topa kiçik daşlar atdığını, atılan daşlardan Hüseynin üzərinə göldən su sıçraması səbəbindən aralarında mübahisə baş verdiyini bildirmişdir. Həmin vaxt Hüseynin tanışı Kərim və tanımadığı şəxs gələrək onlardan nə məsələ olduğunu soruşmuşdur. O da məsələnin ona aidiyyəti olmadığını bildirmişdir. Həmin vaxt Hüseyn kənardan qaça-qaça gələrək onu təpik zərbəsi atmışdır. O, geri çəkildiyi üçün Hüseynin atdığı zərbə ona dəyməmişdir. Həmin vaxt Fərrux onu tutub aralaşdırmışdır. Bundan sonra kənarda olan şəxslər, yəni Hüseyn, Kərim və 4 nəfər adlarını bilmədiyi şəxslər onların üzərinə hücum edərək dava-dalaş etməyə başlamışlar. Dava-dalaş zamanı Kərim bıçaq çıxarıb onun üzərinə gələn zaman Rəvan onu sinəsindən arxaya itələyib bıçağı yığışdırmasını demişdir. Həmin vaxt bir nəfər tanımadığı şəxs Rəvanın başının sol yan hissəsindən yumruqla zərbə vurmuş və Rəvan özünü itirib aşağı əyilən zaman Kərim onun üzərinə gedərək əlində olan bıçaqla sağ ayağının baldır nahiyəsindən bir dəfə vurmuşdur. Bundan sonra Kərim, Hüseyn və onun tanışları hadisə yerindən qaçıb getmişlər. Həmin vaxt orada xidmət aparan polis əməkdaşları yaxınlaşaraq onlara köməklik etmişlər. Hadisə yerinə X7 Stansiyasının həkimləri gələrək Rəvana ilkin tibbi yardım göstərmişlər və sonuncunu tibbi avtomaşına mindirərək 1 saylı X6 aparmışlar. O, Şahid1 və Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Dava-dalaş sözlü mübahisə ilə birlikdə təxminən 20-25 dəqiqə davam etmişdir. Mübahisənin baş verməsinə səbəb Hüseynlə birlikdə top oynayan zaman aralarında yaranmış narazılıq, sonradan isə Hüseynin onu təpiklə vurmaq istəməsinə görə baş vermişdir. Hadisə zamanı Rəvan və Fərrux heç kimi vurmamışdır. O, isə Hüseynlə əlbəyaxa olaraq dalaşan zaman sonuncunu bir dəfə sifət nahiyəsindən yumruqla vurmuşdur. Təqsirləndirilən şəxs heç bir xəsarət yetirməmişlər. Onarın əlində heç bir kəsici alət və ya əşya olmamışdır. Ola bilsin ki, Kərimin əlində olan bıçaq hadisə zamanı əlini kəsmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 02 iyul 2023-cü il tarixli baxış protokolundan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs 01 iyul 2022-ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 55 ünvanında yerləşən “Konqres Mərkəzi”nin qarşısındakı parkda otluq hissədə bıçaq xəsarəti almışdır. “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 03 iyul 2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs 03 iyul 2023-cü il tarixdə saat 22:40-da şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1025/2023 nömrəli, 05 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmiş və onun barəsində 03 oktyabr 2023-cü il tarixədək “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxsin barəsində ev dustaqlığı qətimkan tədbirinin uzadılmasına dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” 29 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyini 2 nömrəli X1 alınmış xx.xx.2023-cü il tarixli, 1/3365 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2006-cü il təvəllüdlü Təqsirləndirilən şəxs son 3 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli Psixiatriya Xəstəxanasına müraciət etməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyini “Respublika Respublika Psixiatriya Xəstəxanası” X5 alınmış xx.xx.2023-cü il tarixli, 9773 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2006-cı ildə Biləsuvar rayonunda anadan olmuş, ünvan 8 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. Azərbaycan Respublikası BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 15 avqust 2023-cü il tarixli 980 saylı rəydə göstərilmişdir ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarət-sağ bud nahiyyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin, ola bilsin bıçağın deşici-kəsici təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarət yetirilən zaman zərərçəkənin bədəninin arxa səthi xəsarət yetirən şəxsə tərəf olmaqla müxtəlif duruş vəziyyətlərində (ayaqüstə, üzü üstə uzanıqlı və.s) ola bilərdi. Tibbi sənədlərdə yara kanalının istiqaməti haqqında hər hansı bir qeydiyyat yoxdur. “Axtarışda olan şəxsin tutulması barədə” 23 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2006-cı ildə ünvan 9 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov 32 B, ev 1 ünvanında yaşayan ********* nömrəli Cİ üzrə Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu Y.Səfərov 32 B ünvanının qarşısında saxlanılaraq Nərimanov RPİ-yə gətirilmiş və saat 11:45-də Nərimanov RPİ-nin MSY-nə təvhil verilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında” 23 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan ittiham ona saat 13:05-də elan edilmişdir. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə” 23 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Mahmudov X2 RPİ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. “DVD diskə baxış keçirilməsi haqqında” 24 oktyabr 2023-cü il tarixli protokola əsasən cinayət işi üzrə “Təhlükəsiz şəhər” sisteminin ərazidə quraşdırılmış TŞ 6-146 nömrəli Təhlükəsiz Şəhər görüntü kameralarının vasitəsi ilə xx.xx.2023-cü il tarixdə saat 20:57:00-dan saat 22:10:00-dək olan müddətdə qeydə alınan video görüntülərin götürülməsi üçün sorğu verilmiş və sorğu əsasında təqdim olunmuş 1 ədəd DVD formatlı diskə baxış keçirilmişdir. Baxış zamanı xx.xx.2023-cü il tarixdə saat 21:05-də “Konqres Mərkəzi”nin qarşısındakı parkın otluq hissəsində çoxlu sayda adamlarım toplaşması və aralarında mübahisə baş verməsi, sonradan həmin şəxslərin bir hissəsinin qaçaraq oradan uzaqlaşsa da, bir hissəsinin hadisə yerində qalması, saat 21:11-də hadisə yerinə X4 yaxınlaşması, daha sonra isə hadisə yerinə X7 avtomobilin gəlməsi müşahidə olunmuşdur. Bununla bağlı baxışda iştirak edən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 55 ünvanında yerləşən “Konqres Mərkəzi”nin qarşısındakı parkda otluq hissədə toplanmış şəxslər içərisində Hüseyn, Rəvan, Vüqar və tanımadığı şəxslərin olduğunu, Vüqar və Rəvanla söhbət edən zaman Şahid1 Vüqara təpik zərbəsi endirdiyi üçün dava-dalaş baş verdiyini və həmin vaxt üzərində olan qara rəngli cib bıçağını çıxarıb Rəvanın sağ bud nahiyəsindən bir dəfə zərbə endirib oradan uzaqlaşdığını bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 2972 saylı rəydə göstərilmişdir ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Sübutların qiymətləndirilməsi haqqında” 21 noyabr 2023-cü il tarixli qərardan görünür ki, İş üzrə “Təhlükəsiz şəhər” sistemindın alınmış 04 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-605/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmiş və tutularaq dərhal həbs edilməsi, həbsetmənin əvvəli tutulduğu tarixdən hesablanması, Təqsirləndirilən şəxs tutulduqda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridaxanasına etap olunması qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin və şahid ifadələri, hadisə yerinə baxış protokolu, ekspertiza rəyləri, habelə cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə qeyd edir ki, xuliqanlıq niyyətinin mahiyyəti belə motivlə cinayət törədən şəxsin özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymasından, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməsindən ibarətdir, həmin şəxs ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Hazırki iş üzrə təqsirləndirilən şəxs tərəfindən xuliqanlıq niyyətinin mahiyyətini açıqlayan qeyd edilən hərəkətlərə yol verilməsi məhkəmə istintaqında öz təsdiqini tapmışdır. Belə ki, işin hallarından və araşdırılan sübutlardan göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə xəsarət yetirərək özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymaq, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirmək, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlərə yol vermişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CMin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Həmin Məcəlləsinin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, əməlini səmimi etiraf etməsini və peşman olmasını, yetkinlik yaşına çatmamasını, habelə təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini nəzərə alaraq hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri vəcəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayanlara cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məcmuya daxil olan cinayətlərdən birinə görə on il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu halda qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilir. Yetkinlik yaşına çatmayan məhkumlar cəzalarını aşağıdakı tərbiyə müəssisələrində çəkirlər: 85.5.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar — ümumi rejimli tərbiyə müəssisələrində; Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərər cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Beləlikllə Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməli, hazırki iş üzrə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli, onun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsdə olması nəzərə alınmalı, maddi sübut “təhlükəsiz şəhər” sistemindən alınmış 4 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «ARBİTRİUM» Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 iş saatına görə 210 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri «ARBİTRİUM» Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı həbsdə və ev dustaqlığında saxlanıldığı 3 (üç) ay 01 gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 08 (səkkiz) ay 29 (iyirmi diqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-605/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə həbsdə olması nəzərə alınsın. Maddi sübut “təhlükəsiz şəhər” sistemindən alınmış 4 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «ARBİTRİUM» Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 iş saatına görə 210 (ki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri «ARBİTRİUM» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar