Məhkəmə qərarları › İş №1(005)-93/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-93/2025

16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-93/2025 16.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndələri – Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkilləri Nümayəndə və Müdafiəçi2, Müdafiəçi – “Ədalət” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş, həmçinin xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 30 avqust 2024-cü il tarixdə saat 15 radələrində ünvan 2 ünvanında ictimai yer hesab edilən küçədə əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq ictimai maraqlara əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq göstərib xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sifət və baş nahiyyəsinə yumruq zərbələri ilə vuraraq ona bədən xəsarətləri yetirib, sonra isə onun ayağından badalaq vurub yerə yıxaraq yerdə yumruq zərbələri ilə qəsdən döyərək Zərərçəkmiş şəxs sağ gicgah-təpə sümüyünün tikişinin travmatik aralanması və sağ gicgah nahiyyəsinin əzilmiş yarası ilə nəticələnən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır, sol yanaq nahiyyəsinin iç səthinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yaraları və sağ yanaq nahiyyəsinin sıyrığı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül, sağ yanaq nahiyəsinin sıyrığı, sifətin sol yarısının sıyrıqları və sol almacıq nahiyyəsinin şişkinliyi halında əzilməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmayan və dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, həyat yoldaşı Şahid1 təxminən 9 il Zərərçəkmiş şəxs müdiri olduğu ’’Depo Aptekdə" əczaçı işləmişdir. 2024-cü il iyul aynın əvvəllərində həyat yoldaşını işdən götürüb evə gəlmişdir. Blokda həyat yoldaşı ona telefonunda olan Elnurun aptekdə 18-20 yaşı olan Aysel adlı qızı döyməsi videosunu göstərmişdir. O, videoya baxıb demişdir ki, gedib Ayselə baş çəksinlər. Səhəri günü o, həyat yoldaşı ilə Ayselgilə gedəndə Elnur zəng vurub Şahanədən soruşmuşdur ki, kameranın yaddaş kartının aptekə qaytarılmasını Ayselgilə kim xəbər vermişdir. Şahanə də ona demişdir ki, onun bu işdə heç bir rolu olmamışdır. Yaddaş kartını polis aptekə gətirəndə Elnur Şəhanəyə tapşırmışdır ki, onu götürüb tapşırdığı yerə qoysun. Telefon danışığından sonra o, Elnura zəng vurub, nə məsələ olduğunu ondan soruşmuşdur. Elnur yenə də Şəhanədən şübhələndiyini bildirmişdir. O da bu məsələni aydınlaşdırmaq məqsədilə Elnur zəng vurub harada olduğunu soruşmuşdur. Elnur «Ayna Sutanova» da təzə açılmaqda olan aptekinin yanında olduğunu bildirmişdir. O, həmin yerə gedərək Elnurla görüşmüş, ondan nə məsələ olduğunu, niyə israrla onun yoldaşının yaddaş kartının qaytarılmasını Ayselə dediyini soruşmuşdur. Elnur demişdir ki, Ayselin anası və özü pozğundu, onun yoldaşı Aysellə yaxın münasibətdədi, cici-bacıdı, o, onun bu sözündən sonra ona öz iradını bildirərək demişdir ki, sənin dediyini qulağın eşitmir, sənin həyat yoldaşına belə desəm, sənin xoşuna gələr? Elnur başqa söz tapa bilməyib, «mən əmin olmadığım sözü demərəm» demişdir. O da ona demişdir ki, sənin deməyindən belə çıxır ki, həmin sözlər mənim yoldaışıma da aiddir. Bu sözdən sonra ona demişdir ki, o, bunu araşdıracaq və əgər bunu onun yoldaşı Ayselə deyibsə, onu cazalandıracaqdır. Əks halda buna görə ondan üzr istəyəcəksən demişdir. Bu söhbətdən sonra o, Ayselgilə getmişdir. Ayseldən soruşmuşdur ki, sənə yaddaş kartının aptekə gətirilməsini kim deyib, o demişdir ki, anasının polisdə tanışı var, o demişdir. Ondan sonra o, evə gəlmiş, səhəri günü «Port Baku» tərəfdə olanda Ayselə zəng vurmuş, ondan soruşmuşdur ki, yaddaş kartının aptekə qaytarılmasını tanış polisin dediyini deyim, Ayselə isə demişdir ki, Elnura bu barədə deməsin. Ondan sonra Elnura zəng vurub, yaddaş katının aptekə qaytarılmasını həyat yoldaşının yox, başqa şəxsin dediyini demişdir. Elnur bunu kimin dediyini soruşsa da, o, ona deməmişdir. Elnur ondan harada olduğunu soruşmuş, o da ona «konum» atmış, Elnur oraya gəlmişdir. Onun maşınında əyləşib söhbət etmişlər, yenə o ondan həmin söhbət barədə soruşmuş, o, isə ona həmin adamı deməyəcəyini bildirmişdir. Elnur ona demişdir ki, «sizə qardaş kimi olmuşam, mənim tərəfimi yox, üzdənirağın tərəfini tutursan» dedi, bununla o, Ayseli nəzərdə tuturmuş. O, ona irad tutub bildirmişdir ki, ağzına gələni danışma. Elnur ona demişdir ki, istəyirəm ki, qardaş kimi ayrılaq. O, ona demişdir ki, sənin deməyindən belə çıxır ki, yoldaşım işdən çıxsın, o dedi ki, çıxsın. Ondan ayrıldıqdan sonra yoldaşına zəng vurub demişdir ki, işdən şəxsi əşyalarını götürüb çıxsın. Ondan sonra o, evə getmişdir. Ondan təxminən bir həftə sonra Quba rayonuna istirahətə gedəndə Elnur yoldaşının telefonuna zəng vurmuş, telefona o, cavab vermişdir. Elnur ona demişdir ki, aptekdə 5.000 manat civarında əskiklik var, lakin onlara heç bir aidiyyəti olmadığını, aptekdən zəng gəlsə, cavab verməmələrini demişdir. Quba rayonunda olanda Aysel ağlaya-ağlaya ona zəng vurub demişdir ki, Elnur onu polisə verib, aptekdə bu qədər əskilik var. O, onu sakitləşdirib demişdir ki, anası ilə polisə getsin, heç nədən qorxmasın. Aysel Elnurdan qorxduğu üçün ondan kömək istədiyini demişdir. Sonra Qubadan Bakıya qayıtdıqdan üç gün sonra Elnurla Xətai rayonu ərazisində görüşmüşlər. Elnur onun yoldaşıyla yazışmalarının mətnini ona göstərmiş, orada onun yoldaşına aid olan və olmayan sözlər yazılmışdı. O, yazıları oxuyanda orada Elnurun yazdığı, o, evlənməmişdən qabaq, onun yoldaşının ginekoloqa getməsini sözünü oxumuş, o, bundan şok keçirmiş, Elnura demişdir ki, maşını Qaraçuxur tərəfə sürsün. Yoldaşına zəng vurub demişdir ki, parkda onu gözləsin. Onlar oraya çatmazdan əvvəl o, Elnurdan ginekoloq söhbətinin nə söhbət olduğunu soruşmuş, Elnur demişdir ki, «mənim məlumatım yoxdur, orasını sən öyrən». Onlar parka çatmış, yoldaşı maşına əyləşmiş, Elnurun ona təqdim etdiyi yazışmanı ona göstərmiş, yoldaşı ona demişdir ki, olan-olmayan sözləri oraya niyə yazmısan. Lakin yoldaşı ondan çəkindiyi üçün Elnura başqa söz deməmişdir. O, yoldaşı ilə maşından düşüb evə getmişlər. O, yoldaşından Elnurla yazışmasını ona niyə demədiyini soruşduqda yoldaşı ondan çəkindiyi üçün ona demədiyini, həmçinin həmin yazışmaları yoldaşına və valideyininə göndərəcəyi ilə şantaj etdiyini bildirmişdir. Eyni zamanda bunun müqabilində isə tələb etmişdir ki, Elnurun döydüyü Ayselin anası Sənubərə zəng vurub desin ki, guya yoldaşı hansısa videonu görmüşdür. Bununla o, Ayselin anasını susdurmaq istəyirmiş. Çünki, Ayselin anası X5 tərəfindən döyülməsi ilə əlaqədar şikayət edirmiş. Yoldaşı da məcbur qalıb Ayselin anasına zəng vurub Elnurun dedyini deyib, Sənubər isə inanmamışdır. O, bu söhbətlə əlaqədər olaraq Elnurun yazdığı ginekoloq söhbətinə heç bir reaksiya vermədiyini görüb, atasıgilə göndərmişdir. Ondan 3-4 saat sonra bu söhbətə aydınlıq gətirmək üçün o da onlara getmiş, bu söhbətə aydınlıq gətirdikdən sonra Elnura zəng vurub, onunla görüşmək istədiyini bildirmiş və onunla Maliyyə Nazirliyinin yaxınlığında yerləşən aptekinin yanında görüşmüşlər. Elnurdan bu mövzu barədə soruşmuş, o isə bildirmişdir ki, guya yoldaşının keçmiş sevgilisi ilə aralarında intim münasibət olub və yüngül zədələnmə olmuşdur. O, bu sözün çox ağır olduğunu, bunu aydınlaşdıracağını, yalan olduğu halda nəticəsinin pis olacağını ona demişdir. O isə onu daha da qıcıqlandıraraq deyirmiş ki, «yaxşı ki, uşağın olmayıb, get boşan». O da ona demişdir ki, bu mövzunu niyə indiyə kimi açmamısan, mənə deməmisən, o isə dedi ki, «səni tanımırdım, ona görə də sənə deməmişəm».Ondan sonra o, ondan ayrılıb evə getmişdir. Həmin günün axşamı dostu Qabilə zəg vurub onunla görüşmüş və bu söhbəti ona demişdir. Səhəri günü bu məsələyə aydınlıq gətirmək üçün Ayselin işlədiyi aptekə getmiş, onunla söhbət edən zaman o bildirmişdir ki, yaddaş kartının qaytarılmasını yoldaşı ona deyib. 30 avqust tarixdə Elnur zəng vurub ona demişdir ki, görüşüb söhbət etmək istəyir. Razılaşmışlar ki, F.Xoyski küçəsində yerləşən aptekin yanında görüşsünlər. O, oraya getmiş, onunla görüşmüş, maşında əyləşib söhbət etmişlər, Elnur yenə onun yoldaşının ünvanına nalayiq sözlər, deməyə başlamış, o ona demişdir ki, sənin yolaşın «qəhbədir», onun bu sözündən sonra o, onu yumruqla sifətindən vurmuş, bundan sonra Elnur maşından düşəndə onun var-yoxuna söymüşdür. O da maşından düşüb ona yaxınlaşmış və yenə onu yumruqla vurmuşdur. O yenə onun ünvanına nalayiq söyüşlər söyməkdə davam etmişdir. Onda o, ona ayağına badalaq vurmuş, o yerə yıxılmış, onda tanımadığı bir nəfər demişdir ki, maşına otur çıx get, o da maşına əyləşib oradan uzaqlaşmışdır. Oradan dostunun dükanının yanında maşını saxlamış, təxminən bir saat sonra 18-ci PŞ-nin əməkdaşları gəlib onu həmin şöbəyə aparmışlar. Bildirmişdir ki, o, Elnurla görüşməyə gedəndə onunla aralarında belə bir hadisənin baş verəcəyini zənn etmirmiş, qabaqcadan onu vurmaq niyyətində olmamış və ona görə də, özü ilə hər hansı bir əşya və ya bıçaq götürməmişdir. Bu ani bir vaxtda baş vermiş, yəni Elnurun onun yoldaşının ünvanına nalayiq söyüşlər söyməsi nəticəsində baş vermişdir. Hadisə avtomobilin içərisində baş vermişdir. Hadisə yerinə heç kəs toplaşmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X3 təxminən 9 ildir müdiri olduğu "Depo Aptekdə” əczaçı işləmiş, ona rəhbər kimi hər zaman dəstək olmuşdur. Təxminən 6 il əvvəl evlənmək ərəfəsində Şahanə ona yaxınlaşıb bakirəliyinin pozulduğunu və əməliyyat edilmək üçün pula ehtiyacı olduğunu bildirmişdir. O da ona əməliyyat üçün pul vermişdir. Təxminən 2 ay əvvəl iş yerində ona məxsus olan video çəkilişləri icazəsi olmadan götürüb başqa şəxslərə yaymışdır. O da Şəhanənin ona qarşı bunu etdiyini öyrəndikdə çox təəcüblənmişdir. Ona mesaj yazaraq hər zaman ona kömək etdiyini, dəstək olduğunu bildirərək nə üçün ona qarşı belə etdiyini soruşmuşdur. Ona etdiyi bütün yaxşılıqları bildirmiş və cavab istəmişdir. Şəhanə etdiyi əmələ görə peşman olduğunu, səhv etdiyini demişdir. Bundan əvvəl Şəhanənin əri Zamin ona yaxınlaşaraq iş yerindən videonu Şəhanə barədə sübutunun olmadığını deyərək bu barədə danışmamasını demişdir. O, Şəhanə ilə mesajla danışdıqda və o, videonu yaydığını etiraf etdikdən sonra əri Zamini çağırıb ona Şəhanə ilə aralarında olan söhbəti və etirafını göstərmişdir. Bu zaman Zamin ondan üzr istəmişdir. Həmin mesajda o, Şəhanəyə etdiyi yaxşılıqları yazarkən onun namusunu təmizlədiyini bildirmişdir. Zamin də həmin mesajı görüb nə demək olduğunu ondan soruşmuşdur. O isə bunu ona açıqlamamış və gedib arvadından soruşmağını demişdir. Bir-neçə gün sonra arvadından öyrənə bilmədiyi üçün ona yenidən yaxınlaşıb bu barədə soruşmuşdur. O da Şəhanə ilə aralarında olan danışıqları ona göstərmişdir. Orada Şəhanəyə bakirəliyini bərpa etmə əməliyyatı üçün pul verdiyi barədə mesajı görmüş və ona təşəkkür edərək çıxıb getmişdir. Bundan sonra Zamin dəfələrlə ona zəng vurub təkidlə, Şəhanənin günahı olmadığını, onu işdən çıxarmamasını bildirmişdir. O, Zaminlə mübahisə etmək istəmədiyini ona bildirsə də o, təkidlə onunla görüşmək istədiyini bildirmişdir. 30 avqust 2024-cü il tarixdə saat 15 radələrində o, Nərimanov rayonu, F.Xoyski küçəsi 106 ünvanında olarkən Zamin ona zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. O, ona yerini demiş və birneçə dəqiqə sonra Zamin həmin ünvanda binanın baş tərəfində küçədə avtomaşınla ona yaxınlaşmışdır. O ona, aqressiv şəkildə avttomaşına oturmasını bildirmişdir. O, avtomaşının qabaq oturacağında oturduqda, o, avtomaşında onun ünvanına nalayiq söyüş söyərək yurmuqla üz nahiyəsinə bir-neçə dəfə zərbə vurmuşdur. O, avtomaşından düşüb, qaçdıqda o, arxasınca qaçaraq onun ünvanına nalayiq söyüş söyüb, arxadan ayağına badalaq vurub yerə yıxmış və yerdə yumruq zərbələri ilə baş və sifət nahiyəsinə bir-neçə dəfə vurmuşdur. Həmin vaxtı 1 nəfər tanımadığı şəxs yaxınlaşaraq Zamini ondan ayıraraq kənarlaşdırmaq istəmişdir. Lakin Zamin onun ünvanına nalayiq söyüş söyərək yenə onu vurmaq istəmişdir. Bundan sonra bir-neçə dəqiqə ərzində o, onun ünvanına nalayiq küçə söyüşləri söymüş. Sonra isə ’’səninlə məsələm burda bitmədi, yenidən görüşəcəyik və, səni daha pis hallara salacağam" deyərək avtomobilinə minib getmişdir. O isə hadisə barədə polisə müraciət etmişdir. Aralarında mübahisə olmamışdır. Təxminən 5- 10 dəqiqə ərzində həmin şəxs ona xəsarət yetirib getmişdir. Hadisə yaşayış binasının baş tərəfində olduğu üçün yoldan keçən tanımadığı şəxslər həmçinin onları ayıran bir nəfər tanımadığı şəxs var idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2018-ci ildə Təqsirləndirilən şəxs ilə rəsmi nikahla evlənmişlər. O, təxminən 8 il olar ki, Zərərçəkmiş şəxs tanıyır. Belə ki, o, Zərərçəkmiş şəxs məxsus E.X.Xoyski küçəsində yerləşən aptekdə işlməyə başlayandan tanımışdır. Həmin vaxtdan sonra Zərərçəkmiş şəxs məxsus ayrı-ayrı ünvanlarda yerləşən apteklərdə işləmişdir. 07 iyun 2024-cü il tarixdə insident baş vermiş, yəni Zərərçəkmiş şəxs aptekdə işləyən Aysel Kərimova adlı işçini döymüşdür. Bunun səbəbi isə o olmuşdur ki, Aysel Kərimova pişik şəklini başqa bir işçiyə göndərmiş, həmin işçi də şirinlik mənasında yazmışdır ki, Elnura oxşayır. Elnurun yaxın adamı olan, Elnura məxsus apteklərə nəzarət edən başqa Aysel adlı qız onların işlədiyi yerə gələndə Aysel Kərimovanın telefonunda həmin mesajı görüb öz telefonuna köçürüb və Elnura göndərmişdir. Bundan sonra aptekə gəlmiş, qızları yığıb bildirmişdir ki, həmin mesajla əlaqədar üzr istəmə videosu çəkmək lazımdır. X7 buna razı olmadığı üçün Zərərçəkmiş şəxs aptekin içində onu döymüşdür. Həmin gün axşam mesajda iştirak edən Nazilə adlı qız ona zəng vurub bu barədə demişdir. Ondan sonra Aysel Kərimova da ona bu barədə, yəni Zərərçəkmiş şəxs barədə döyülməsini demişdir. O, səhəri gün işə gələndə Aysel Kərimova ondan xahiş etmişdir ki, Elnurun onu döyməsi videosunu aptekin kamerasından çəkib ona göndərsin. O da aptekin kamerasından həmin görüntünü öz telefonuna çəkib Aysel Kərimovaya göndərmişdir. Ondan sonra Ayselgil polisə şikayət etmişlər, həmin işlə əlaqədar Elnuru da polisə çağırmışlar. Bundan sonra Elnur həmin videonu haradan əldə etdiyini Aysel Kərimovadan soruşduqda o da demişdir ki, həmin videonu o, ona göndərmişdir. Qeyd etmişdir ki, Aysel ondan xahiş etmişdir ki, həmin videonu anasına göstərəcək, polisə göstərəcəyini ona deməmişdir. Əgər bunu desəydi o, videonu ona göndərməyəcəyini demişdir. Qeyd etmişdir ki, Elnurun hərəkətləri ilə əlaqədar, daha doğrusu, baş vermiş hadisə ilə əlaqədar, yəni Aysel Kərimovanın döyülməsindən iki gün sonra o, işdən çıxmışdır. Aysel ona zəng vurub demişdir ki, Elnur deyib ki, həmin video ilə əlaqədar ondan qisas alacaq. Ondan sonra Elnur ona mesaj yazmış, o, həmin mesajı ötəri oxumuş, ona pis təsir etmiş, onun yazdıqlarını həyat yoldaşı Zamin bilməsin deyə onun mesajını silmişdir. Sonra isə ona mesaj yazıb demişdir ki, o, bunu ona pislik etmək niyyəti ilə videonu Aysel Kərimovaya göndərməmiş və hətta ona demişdir ki, həmin video ilə polisə getməyin. Yəni onun Elnura pislik etmək niyyəti olmamışdır. O, istəmirmiş ki, Elnurun ona yazdığı mesajları onun həyat yoldaşı Zamin görsün. Lakin Elnur bu barədə həyat yoldaşı Zaminə demiş, daha sonra onlar Qaraçuxurda parkın yanında görüşmüşlər. O, Elnura demişdir ki, sənin yazdığın ginekoloq söhbəti düzgün deyil, buna görə ona etirazını bildirmişdir. Ondan sonra həyat yoldaşı Zamin ilə Elnurun arasında nə olmasını o, bilməmişdir. 31 avqust tarixdə o, evdə olduğu zaman bildirmişdir ki, yuxarıda qeyd etdiyi söz-söhbətə görə Elnurla həyat yoldaşı Zamin arasında görüş olmuş, görüş zamanı Elnur onun ünvanına nalayiq sözlər dediyi üçün onlar arasında dalaşma olmuş və Zamin onu döymüşdür. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq zərərçəkmiş şəxs Şahid2 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur İbtidai istintaq zamanı zərərçəkmiş şəxs Şahid2 vermiş olduğu ifadədən aydın olur ki, cinayət işi üzrə zərərçəkmiş şəxsi tanıyır. Bildirmişdir ki, Elnur adlı şəxsi təqribən 2018- 2019-cu illərdə tanımışdır. Belə ki, həmin illərdə oğlu Murad, qızı Şahanənin telefonunda başqa oğlanla danışdığını gördüyü üçün qızının işdən çıxmasını tələb etmişdir. Qızı bu məsələdən sonra işdən çıxmış, bundan sonra isə Elnur adlı şəxs Şahanə ilə əlaqə saxlaya bilmədiyi üçün onun telefon nömrəsini tapmışdır. Elnur ona mütəmadi olaraq zəng vuraraq Şahanənin yenidən işinə qayıtmağına icazə verməsini xahiş edirmiş. O, onun xahişlərini təkidlə geri çevirsə də, sonradan onların evlərinə qonaq qismində gəlmiş və çay masasında ona bildirmişdir ki, “Şahanə mənim bacımdır”. O, şəxsən özü ona nəzarət edəcəkdi. Şahanə işə qayıtmasa, onun bütün işləri alt-üst olacaqmış. O, Elnurun mədəni şəkildə özünü təqdim etdiyinə və şəxsən üzbəüz söhbət etdiklərinə görə ona qarşı güvən yaranmış və Şahanənin öz işinə qayıtmasına razılıq vermişdir. Bildirmişdir ki, o, qızının telefonunu almamış, qızının səhvindən geri döndərmək üçün sadəcə olaraq işdən çıxarmışdır. Qeyd etmişdir ki, həmin görüşdən sonra Elnurla münasibətləri çox sıx olmuş, qızının toy ərəfəsində ona borc pul vermişdir. O danışdıqları müddətdə ona olan borcunu qaytarasıymış. Bunu Elnurun özüdə təsdiq edir. 2024-cü ilin avqust aylarında kürəkəni Zamin qızı ilə birgə onun yaşadığı mənzilə gəlmiş və Elnurun qızı barədə nalayiq ifadələr işlətdiyini, keçmişi ilə bağlı ləkə salmışdır. O sonradan məsələni aydınlaşdırqda ona məlum olmuşdur ki, qızı onun iş yerində başqa işçini döydüyü videonu paylaşıb və ona külli miqdarda zərər vurmuşdur. O, qızının adını təmizləmək üçün Elnura zəng etmiş və ona bildirmişdir ki, qızının adından üzr istəyirəm, o, həmin videonu sənə zərər vurmaq üçün paylaşmayıb və ona bildirmişdir ki, ona dəymiş ziyanı qarşılamağa hazırdır. Elnur isə bununla razılaşmamış və təkidlə qızının Elnurun videosunu qəsdən yaydığını və bunu nə üçün etdiyini bilməməsini bildirmişdir. Bundan sonra Elnurla həmin aylarda Zaminin qardaşı ilə birgə Nərimanovda olan Depo aptekdə görüşmüşlər və orada onun qızının adına nə üçün ləkə yaxdığını dediklərinin təsdiq edəcək hər hansı bir sübutu olubolmadığını soruşmuşdur. O isə ona mesajları göstərmişdir. Belə ki, Elnur mesajlarda qızına köhnə sevgilisindən ayrıldıqdan sonra bakirəliyini tikdirmək üçün pul verdiyini bildirmişdir. Qeyd etmişdir ki, Elnurun qızına etik olmayan ifadələrlə yazdığına görə qızı həmin söhbəti çox uzatmamaq üçün Elnuru yola vermişdir. Elnur bununla razılaşmamış və yenidən qızının ona 50.000 manat zərər vurduğunnu demişdir. O isə yenidən ona demişdir ki, sən qızımın adına ləkə salmaqdansa, mənə desəydin mən sənin zərərini qarşılayardım. Elnur yenə razılaşmamış və o, məsələni uzatmamaq üçün görüşü bitirmişdir. Bundan sonra isə kürəkəni ilə dalaşdığını və kürəkəninə xəsarət yetirdiyini öyrəndiyini demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 30 avqust 2024-cü il tarixdə baş vermiş dava-dalaş hadisəsi ünvan 3 ünvanında baş vermişdir. “Şübhəli şəxsin tutulması haqqında” 31 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-1100/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair təqdimat təmin edilməmiş, şəxs barəsində 03 ay, yəni xx.xx.2024-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X2 X4 31 avqust 2024-cü il tarixli, 1023 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində - sağ gicgah - təpə sümüyünün tikişinin travmatik aralanması iləmüşayiət olunan sağ gicgah nahiyəsinin və sol yanaq nahiyəsinin iç səthinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yaraları, sifətin sağ yarısının yumşaq toxumalarının şişkinlik halında əzilməsi -sağ yanaq nahiyəsinin hematoması və sıyrıqlar, sifətin sol yarısının sıyrıqları, sol almacıq nahiyəsinin şişkinliyi-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan 30 avqust 2024-cü il tarixlərdə və şəraitdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X2 X4 06 sentyabr 2024-cü il tarixli, 1034 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, vət. Təqsirləndirilən şəxs bədən səthində-döş qəfəsinin ön səthinin sağ yarısının, sağ bazunun orta üçdə birinin ön səthinin qançırları-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan 30 avqust 2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilər ayrıayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X2 X4 komisyon məhkəmə-tibbi ekspertizanın 25 sentyabr 2024-cü il tarixli, T 618/2024 saylı rəyi ilə müəyyən edilmişdir ki, vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- sağ gicgah-təpə sümüyünün tikişinin travmatik aralanması ilə müşayiət olunan sağ gicgah nahiyəsinin əzilmiş yarası, sol yanaq nahiyəsinin iç səthinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası, sifətin sağ yarısının yumşaq toxumalarının şişkinlik halında əzilməsi - sağ yanaq nahiyəsinin hematoması və sıyrıqları, sifətin sol yarısının sıyrıqları, sol almacıq nahiyəsinin şişkinliyi olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən yetirilən zərbələr nəticəsində yaranan bilərdi, dərəcəsinə görə sağ gicgah - təpə sümüyünün tikişinin travmatik aralanması ilə müşayiət olunan sağ gicgah nahiyəsinin əzilmiş yarası sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, sol yanaq nahiyəsinin iç səthinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası, sağ yanaq nahiyəsinin hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutları məhkəmə istintaqı zamanı tədqiq edib, proses iştirakçılarını dinləyib, sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilsə də, onun CM-nın 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq hərəkətləri ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi təsbit edilmişdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirinin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan, habelə qanunvericilklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər-təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Cinayət qanununun bu maddəsinin tərkibi üçün istər əşyaların məhv etmə xüsusiyyətlərinin, istərsə də təqsirkarın xuliqanlıq hərəkətlərində bu xüsusiyyətlərdən istifadə etmə məqsədinin göstərilməsi müstəsna əhəmiyyət kəsb edir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. İbtidai istintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi ilə bağlı qanuni və əsaslı nəticəyə gəlmək üçün 30 avqust 2024-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla, işin həqiqi hallarına hüquqi qiymətin verilməsini, baş vermiş hadisənin səbəbi, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını əhəmiyyətli hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət və baş nahiyyəsinə yumruq zərbələri ilə vuraraq ona bədən xəsarətləri yetirib, sonra isə onun ayağından badalaq vurub yerə yıxaraq yerdə yumruq zərbələri ilə qəsdən döyərək Zərərçəkmiş şəxs sağ gicgah-təpə sümüyünün tikişinin travmatik aralanması və sağ gicgah nahiyyəsinin əzilmiş yarası ilə nəticələnən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır, sol yanaq nahiyyəsinin iç səthinin cərrahi tikişə ehtiyacı olan əzilmiş yaraları və sağ yanaq nahiyyəsinin sıyrığı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül, sağ yanaq nahiyəsinin sıyrığı, sifətin sol yarısının sıyrıqları və sol almacıq nahiyyəsinin şişkinliyi halında əzilməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmayan və dərəcələri təyin edilməyən xəsarətlər yetirməsi həm təqsirləndirilən şəxsin özünün, həm zərərçəkmiş şəxsin, həm də iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X2 X4 31 avqust 2024-cü il tarixli, 1023 saylı rəyi ilə təsdiq olunur. Hadisə ilə bağlı həm ibtidai araşdırma materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs Quliyev X1 Elnur Elman oğlunun onun həyat yoldaşı X3 haqqında nalayiq ifadələr işlətməsinə əsəbi reaksiya verərək onu ünvan 2 ünvanına çağırmış, bundan sonra onların arasında mübahisə yaranmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruqla vuraraq ona xəsarətlər yetirmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərinin nədən ibarət olduğunu açıqlamamış, onun hərəkətlərində xuliqanlıq cinayətinin tərkibinin mövcudluğuna dair ümumi göstərişlərlə kifayətlənərək onun müvafiq əməlini AR CM-in 221.1-ci maddəsi ilə tövsif etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, istintaq zamanı elan olunmuş ittihamın mahiyyəti, yəni Təqsirləndirilən şəxs təqsirləndirildiyi xuliqanlıq hərəkətlərinin mahiyyəti açıqlanmamışdır. İşin obyektiv vəziyyətindən isə aydın olur ki, ictimai qaydanın kobud surətdə pozulması hadisənin baş verdiyi “ünvan 2 ünvanında yerləşən yaşayış binasının qarşısı” kimi ifadə olunmuş (hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokol), lakin ictimai qaydanı kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik edilməsi hər hansı mötəbər sübutla təsdiq edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Təqsirləndirilən şəxsə elan olunmuş xuliqanlıq ittihamında onun ünvan 2 ünvanında zərərçəkmişə xəsarət yetirməsi göstərilsə də, bununla yanaşı xuliqanlıq cinayətinin qanunda təsbit olunmuş əlamətləri sadalansa da, hansı ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizliyin konkret hansı hərəkətlərdə ifadə olunması göstərilməmişdir. Bununla yanaşı, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hadisə vaxtı hadisə yerində kənar şəxslərin olması ibtidai istintaqda olduğu kimi məhkəmə istintaqı zamanı da sübut olunmamışdır. İttiham tərəfi Təqsirləndirilən şəxs ictimai qaydanı pozmasına istinad etsə də, ibtidai istintaq orqanı tərəfindən konkret olaraq həmin vaxt hadisə yerində cəmiyyətin, yəni kənar şəxslərin toplaşması (halbuki yuxarıda qeyd olunan ünvanda baş vermiş hadisədə yalnız zərərçəkmiş şəxs olmuşdur), hansı kənar şəxslərin toplaşması, mübahisənin aradan qaldırılması məqsədi həmin şəxslərin hadisəyə müdaxilə etməsi müəyyən edilməmiş, əgər kənar şəxslər olmuşlarsa da, həmin şəxslərin ifadələri alınmamış, şahidlər siyahısında göstərilməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-cimaddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 9 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-ci maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. 146.1-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında vurğulanır: “Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər.” Beləliklə, məhkəmə iş üzrə toplanmış, məhkəmə iclaslarında tədqiq edilmiş sübutları bir daha təhlil edib, məhkəmə istintaqının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham üzrə, Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bilməməsinə dair verdiyi ifadəyə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və ailəli olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 7 ay 16 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, onun xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət bir günə iki gün hesabı ilə cəza müddətinə daxil olunmalı (CM-69.3), Təqsirləndirilən şəxs oğlunun üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52- 1), təyin olunmuş cəzanın icrası yaşayış yeri üzrə Bakı Şəhəri Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı (51-2.1.), təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Əlavə olaraq, məhkəmə, mülki iddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı “dəymiş zərərin ödənilməsinə” dair verdiyi mülki iddiaya münasibətdə isə aşağıdakıları qeyd edir: CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 181.1, 181.1.1 və 181.1.2-ci maddələrinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Məhkəmə zərərçəkmiş tərəfindən məhkəməyə təqdim olunmuş müvafiq sənədlərə əsasən (həkim reseptləri, ödəniş çekləri) zərərçəkmişin müalicəsinə sərf olunmuş məsrəfləri nəzərə alaraq hesab edir ki, mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyi üçün bu əməlin törədilməsi ilə əlaqədar mülki iddiaçıya vurduğu maddi ziyana görə 1853,96 manat və mülki iddianın qaldırılması ilə bağlı 200 manat dövlət rüsumu onun tərəfindən mülki iddiaçıya ödənilməlidir. İş üzrə məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu cəmi 7 ay 16 gün müddət, bir günə iki gün hesabı ilə hesablanaraq cəmi 01 il 03 ay 02 gün müddət azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 08 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş zərərə görə 1853,96 manat və ödənilmiş 200 manat dövlət rüsumu, cəmi 2053,96 manat tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar