Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-94/2024 09.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 13:30 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2005-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Şamaxı rayon Mirikənd kəndində qeydiyyatda olan Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Sovxoz yaşayış sahəsi fərdi evdə yaşayan, barəsində xx.xx.2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 267.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 23 iyun 2023-cü il tarixdə saat 11:18-də ünvan 1 ünvanda mexaniki nəqliyyat vasitəsi hesab olunmayan “Nama 48-2” markalı, iş həcmi 48 sm3 olan mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi mopedi Heydər Əliyev prospekti istiqamətində saatda 30 km/saat sürətlə idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən sürücü olaraq mopedi öz zolağı ilə hərəkət etdirməli, əks istiqamətli nəqliyyat axınını ayıran 1.3 üfüqi nişanlanma xəttinin üzəri ilə hərəkət etdirməməli, nizamlanmayan piyada keçidinə yaxınlaşarkən mopedin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı, piyada keçidinə daxil olmuş piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməli olduğu halda, cinayətkarcasına etinasızlıq edib göstərilən yol hərəkəti qaydalarını pozaraq mopedin qabaq tərəfi ilə nəqliyyat vasitəsinin hərəkət istiqaməti üzrə yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq Zərərçəkmiş şəxs sol göz orbitasının bayır divarının sınığı, sol əng sümüyünün yerdəyişən sınığı, sol alt göz qapağının qançırı, sağ dirsək oynağının, sağ baldırın sıyrıqları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət əməli zərəçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham edildiyi əməldə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 23 iyun 2023-cü il tarixdə saat təxminən 11:15 radələrində özü tək mopedlə Bakı şəhəri Nərimanov rayonu Ağa Neymətulla küçəsi ilə üzü Heydər Əliyev prospekti istiqamətinə saatda 30 km sürətlə hərəkət edərkən həmin vaxt yol tıxac olduğundan o həmin mopedlə maşınların arası ilə və qoşa xətt üzərinə çıxaraq hərəkətini davam etdirmişdir. Həmin vaxt piyada olan Qumru xanımı piyada yolunda sağdan sola keçən zaman görmüş, ona dəyməməsi üçün mopedin rolunu çevirmişdir. Tormuz verdiyindən moped biraz qabağa sürüşmüşdür. Bu zaman zərərçəkmiş şəxsin baş nahiyəsinin onun başına dəydiyini bildirmişdir. Daha sonra mopeddən enərək xanıma yaxınlaşdığını nə kömək lazım olduğunu soruşmuş, xanım isə onu evinə aparmasını istəmişdir. X3 evinə apardıqdan sonra özünün sifarişi olduğundan onu yerinə yetirmək üçün getmişdir. Daha sonra qayıtmamışdır. Polis əməkdaşları tərəfindən çağırıldıqdan sonra şikayətçi olduğunu bilmiş və bundan sonra Zərərçəkmiş şəxs evinə bir neçə dəfə getdiyini, lakin qapını açmadığını bildirmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, özünü ittiham olunan əməldə təqsirli bilmir, mopedlə Zərərçəkmiş şəxs xəsarət yetirməmişdir, mopedin üzərində olarkən başı Zərərçəkmiş şəxs dəymişdir. Yekun olaraq barəsində ədalətli qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat təxminən 11:05 radələrində ünvan 2 ünvanda piyada zolağı üzərində yolu əks istiqamətə keçmək istədikdə avtomobillər dayanmış və o hərəkətə başlamışdır. Qoşa xəttə çatanda piyada zolağı üzərində anidən ona nəyinsə çırpılmasını görmüş və sonra məlum olmuşdur ki, moped idarə edən şəxs onu vuraraq yerə yıxmışdır. Mopedin qarşı tərəfi onun üz nahiyyəsindən dəymişdir. Daha sonra Rəfail onu yerdən qaldırmış, çıxıb getmək istəyərkən ondan onu evə aparmasını xahiş etmişdir. Rəfail ona heç bir şəkildə xəstəxanaya aparmasını təklif etməmişdir. O, evə gəldikdən sonra almış olduğu xəsarətlə bağlı Nərimanov rayonunda yerləşən “Oksigen” klinikasına müraciət etmiş və orada ona tibbi yardım göstərilmişdir. Daha sonra isə xəsarətinin ağırlıq dərəcəsi müəyyən edilməsindən ötrü MTE-nə müraciət etmişdir. Zərərçəkmiş şəxs həmin vaxt hadisə nəticəsində üz nahiyəsində üç yerdən sınıqlar olduğunu, həmçinin də qolunun əzildiyini bildirmişdir. Məhkəmənin sualına cavab olaraq qeyd etmişdir ki, o piyada zolağı üzərindən yolu qarşı tərəfə keçmək istəyərkən hərəkətdə olan avtomobillərin dayandığından əmin idi. Mopedin hərəkətdə olduğunu görməmişdir, amma mopedin ön hissəsinin yüksək sürətlə ona dəydiyini, hətta mopedin ön hissəsinin yuxarıya qaldırıldığını fikirləşmişdir, çünki üz hissəsinə zərbə almışdır. Hadisədən sonra mopedin sürücüsü onu evə aparmış, daha sonra nə özü, nə də ailə üzvləri maraqlanmamışdır. Ona heç bir maddi köməklik də göstərilməmişdir. Hazırda şikayətçidir. Məhkəmə iclasında dindirilən Məhkəmə-tibbi eksperti X7 bildirmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 11 radələrində piyada zolağının üstü ilə gedərkən avtomobilin onu vurması nəticəsində sol göz orbitasının bayır divarının sınığı, sol əng sümüyünün yerdəyişən sınığı, sol alt göz qapağının qançırı, sağ dirsək oynağının, sağ baldırı sıyrıqları küt əşyanın təsirindən törənmişdir. Məhkəmənin sualına cavab olaraq rəyin əsaslandırma hissəsində moped əvəzinə avtomobil qeyd olunması ilə bağlı bildirmişdir ki, “Məhkəmə tibbi ekspertizası təyin etmə barədə” Qərarda avtomobil göstərildiyi üçün bu formada qeyd edilmişdir. Zərərçəkmiş şəxs üz nahiyəsinə, göz orbitasının ətrafında və qolunun dirsək hissəsində xəsarətlər olmuşdur. Moped vurması nəticəsində də həmin xəsarətlər də əmələ gələ bilər. Aşkar edilmiş xəsarətlər yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və qərarda göstərilən tarixə də uyğun gəlmişdir. Məhkəmədə tədqiq olunan “Hadisə yerinə baxış keçirilməsi barədə” 24 iyun 2023-cü il tarixli protokoldan və fotocədvəllərdən aydın olur ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla 91/94 ünvanı yaxınlığında yolun piayadalar üçün hərəkətinə nəzərdə tutlan avtomobil yolundadır. Keçid yerində yol asfaltlı, düz, quru və hava aydındır. Yolun sol tərəfində iaşə obyektləri var. Yolun sağ tərəfində isə qoşa xətt var. Qoşa xətt avtomaşınların əks isitqaməti ilə hərəkət edən yolu ayırır. Asfalt üzərində ağ boya ilə cərgə ilə yolu hər iki hərəkət isitqaməti üzrə xətlər çəkilmişdir. Məhkəmədə tədqiq olunan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi” haqqında xx.xx.2023-cü il tarixli protokol və fotocədvəllərdən görünür ki, hadisəni Təqsirləndirilən şəxs “Nama 48-2” markalı mopedi ilə törətmişdir. Məhkəmədə tədqiq olunan “İfadənin yerində yoxlanılmas haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs ilə birlikdə hadisə yerinə ünvan 4 ünvanında yerləşən piyada keçidi yaxınlığına baxış keçirilmiş və təqsirləndiirlən şəxs ifadəsində qeyd etmiş olduğu faktları bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X4 X9 canlı şəxsin ekspertizasının 07 iyul 2023-cü il tarixli, 793 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-sol göz orbitasının bayır divarının sınığı, sol əng sümüyünün yerdəyişən sınığı, sol alt göz qapağının qançırı, sağ dirsək oynağının, sağ baldırın sıyrıqları küt əşyanın təsirindən əmələ gəlmişdir, xəsarətin törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 avqust 2023-cü il tarixli 8/2311 nömrəli rəylərindən görünür ki, isitintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Nama 48-2” markalı mopedin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin birinci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmədə tədqiq olunan Təhlükəsizlik Şəhər Xidmətinin TŞ6-079 nömrəli video müşahidə kamerasından əldə edilmiş video görüntülərdə xx.xx.2023-cü il tarixdə ünvan 5 ünvanda baş vermiş yol nəqliyyat hadisəsi əks olunmuşdur. Cinayət işində olan “Sübutların qiymətləndirilməsi və maddi sübut kimi tanınma haqqında” 09 oktyabr 2023-cü il tarixli qərardan aydın olur ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Növbətçi Hissələrin İdarəetmə mətindən xx.xx.2023-cü il tarixli 3-13- 3\2-2819 nömrəli məktubla Nərimanov RPİ-nə daxil olmuş Təhlükəsizlik Şəhər Xidmətinin TŞ6-079 nömrəli video müşahidə sorğusunun kamerasında qeydə alınan 01 ədəd CD disk maddi sübut kimi hesab edilərək cinayət işinə əlavə edilmiş, həmçinin göy rəngli, 58507 mühərrik nömrəli, LB404P9A7LCG58507 ban nömrəli Nama 48-2 modelli moped maddi sübut kimi tanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. “Qətimkan tədbirinin seçilməsinə dair” 10 oktyabr 2023-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsinə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli Qəbzdən aydın olur ki, Təqsirləndirilən şəxs “Nama 48-2” modelli mopedi təhvil almışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 43-cü bəndində qeyd olunur ki, yol-nəqliyyat hadisəsi - yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin İ hissəsinin tələbinə əsasən, nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Həmin Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinə əsasən, Üfiqi nişanlanma xəttinin xüsusiyyəti:1.1-1.3 xətlərini kəsib keçmək qadağandır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 3-cü bəndində qeyd edilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. İş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya surəti saatda 50 kilometrdən artıq olmayan iki və ya üçtəkərli nəqliyyat vasitələri (mopedlər) və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri CMnin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti hesab edilmir. Belə nəqliyyat vasitələrini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həmin şəxsin CM-nin 267-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilər. Həmin Qərarın 9-cu bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, CM-nin 262, 263, 263-1, 264 və 351-ci maddələri ilə məsuliyyət daşıyan şəxslər istisna olmaqla, nəqliyyat vasitələrinin təhlükəsiz işləməsini təmin edən qaydaları pozan hər bir şəxs (sərnişin, piyada, velosipedçi, avtomobil və digər nəqliyyat vasitələrinin konduktorları və başqa şəxslər) CM-nin 267-ci maddəsi ilə nəzərdə tutulan cinayətin subyekti ola bilərlər. CM-nin 267-ci maddəsi mexaniki olmayan nəqliyyat vasitələrini, yəni, məsələn, at-arabanı (kirşəni) idarə edən şəxslərin də cinayət məsuliyyətini istisna etmir, lakin belə nəqliyyatı idarə edən şəxsin yol hərəkətinin təhlükəsizliyi qaydalarını pozması yalnız mexaniki nəqliyyat vasitəsilə əlaqəli şəkildə yol-nəqliyyat hadisəsinin törədilməsinə səbəb olduqda CM-nin 267-ci maddəsi ilə tövsif edilir. Bütün digər hallarda, (at-araba ilə piyadanı vurma, özgə əmlakını məhv etmə və sair bu kimi hallarda) təqsirkarın əməli CM-nin şəxsiyyət və ya mülkiyyət əleyhinə törədilən cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 267.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi idarə etdiyi mopedlə vurmadığını, başının dəyməsi nəticəsində zərərçəkmiş şəxsin yerə yıxılmasını bildirərək, yol-nəqliyyat hadisəsinin baş verməməsi barədə ifadəsi məhkəmə tərəfindən onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Məhkəmə hesab edir ki, təhlükəsizlik şəhər xidmətinin video müşahidə kameralarından əldə edilmiş video görüntülərdən aydın olur ki, mopedin zərərçəkmiş şəxsə dəyməsi nəticəsində zərərçəkmiş şəxs yerə yıxılır, eləcə də cinayət işinin materiallarında olan ekspertiza rəyindən də aydın olur ki, Zərərçəkmiş şəxs üzərindəki xəsarətin törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdi. Bundan başqa sürücü “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozaraq mopedi əks istiqamətli nəqliyyat axınını ayıran 1.3 üfüqi zolağı ilə hərəkət etdirmiş, piyada keçidinə yaxınlaşarkən hərəkət sürətini hərəkətin təhlükəsizliyini təmin edəcəyi həddə azaltmalı və piyadaya yol verməli olduğu halda bunları etməmişdir. Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası rəyindən də aydın olmuşdur ki, Təqsirləndirilən şəxs yol hadisəsinin qarşısını almağa texniki imkanı olmuşdur. Qeyd olunanlardan aydın olur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozaraq idarə etdiyi nəqliyyat vasitəsinin sürətini lazımınca azaltmayaraq yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoyması ilə ehiyyatsızlıq edərək cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi idarə etdiyi mopedlə vurmadığını, başının dəyməsi nəticəsində zərərçəkmiş şəxsin yerə yıxılmasını bildirməsi və bunun yol-nəqliyyat hadisəsi olmaması ilə bağlı ifadəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yol-nəqliyyat hadisəsi - “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanuna əsasən yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir. Eyni zamanda, təhlükəsizlik şəhər xidmətinin video müşahidə kameralarından əldə edilmiş video görüntülərdən aydın olur ki, mopedin zərərçəkmiş şəxsə dəyməsi nəticəsində hadisə baş verir. Həmçinin məhkəmə hesab edir ki, piyadaların nəqliyyat vasitəsi ilə daşınan yükdən və ya predmetdən zərərçəkdikləri hallar da yol nəqliyyat hadisəsinə aid edilməlidir. Bundan başqa “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarda və ittiham aktında zərərçəkmiş şəxsin “sol göz orbitasının bayır divarının sınığı” ifadəsində “göz” sözünün “diz” kimi qeyd edilməsinə, eləcə də “Məhkəmə tibbi ekspertizası təyin etmə barədə” xx.xx.2023-cü il tarixli Qərarda Zərərçəkmiş şəxs “avtomobil vurması” barədə məlumat daxil olması kimi göstərilməsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X9 canlı şəxsin ekspertizasının 07 iyul 2023cü il tarixli, 793 nömrəli rəyinin əsaslandırıcı hissəsində də “avtomobil vurması nəticəsində” ifadəsinin işlədilməsinə münasibətdə məhkəmə hesab edir ki, göstərilən hallar texniki nöqsanlar hesab edilməlidir. Belə ki, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin vermiş olduğu ifadələrdən, cinayət işinin materiallarında olan protokollardan, o cümlədən “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokoldan aydın olur ki, hadisə “Nama 84-2” moddelli mopedi idarə etmə zamanı yaranmışdır. Bundan başqa zərərçəkmiş şəxsin “Göz orbitasının bayır divarının sınması halı” qeyd olunan ekspert rəyində, zərərçəkmiş şəxsin ifadəsində, eləcə də məhkəmə istintaqı zamanı dəvət edilmiş ekspertə verilmiş suallarla da bir daha dəqiqləşdirilmişdir. Qeyd olunan hallarla bağlı cinayət işinin məhkəməyədək icraatı zamanı pozuntuya yol vermiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi barəsində xüsusi qərar çıxarılmasını məhkəmə məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlindən sonunadək özünü cinayət əməlində təqsirli bilmiş, müstəntiqin prosessual hərəkətlərindən və qərarlarından heç bir quruma şikayət etməmişdir. Göstərilən hal da Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsinin özünümüdafiə məqsədi daşıması kimi qiymətləndirilməsinə əsas verir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini yüngülləşdirən hal kimi qəbul edir. Həmçinin Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ilə bağlı cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 267.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməli, cəza çəkmənin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların aparıldığı vaxtdan (tarixdən) hesablanmalı, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan “58507 mühərrik nömrəli, LB404P9A7LCG58507 ban nömrəli Nama 48-2 modelli moped sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan 1 ədəd CD formatlı disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəza çəkmənin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından tutulmaların aparıldığı vaxtdan (tarixdən) hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş islah işləri cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan 58507 mühərrik nömrəli, LB404P9A7LCG58507 ban nömrəli Nama 48-2 modelli mopedin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan 1 ədəd CD formatlı disk cinayət işi materiallarında saxlanılsın. Cinayət işinin məhkəməyədək icraatı zamanı pozuntuya yol vermiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X5 barəsində xüsusi qərar çıxarılsın. Xüsusi qərar müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-94/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-94/2024
09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver