Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-94/2025 09.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:30 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - “Alfa” Vəkil Bürosunun vəkili Nümayəndə2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Ermənistanda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2də yaşamış, barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(006)- 495/2024 saylı qərarı ilə “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış istintaqa məlum olmayan vaxda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq 01 ədəd blister kəsiyindəki 04 ədəd dərman tabletinin tərkibində təsiredici maddəsinin ümumilikdə miqdarı 0,13 qram olan narkotik vasitə-metadon əldə etdikdən sonra 06 sentyabr 2024-cü il tarixdə istintaqa məlum olmayan yerdə 01 ədəd blister kəsiyindəki 01 ədəd tərkibində təsiredici maddəsinin miqdarı 0,01 qram olan narkotik vasitə - metadonu 10 manat pulun qarşılığında tanışı Şahid1 satmış, digər 01 ədəd blister kəsiyindəki 03 ədəd dərman tabletinin tərkibində təsiredici təsiredici maddəsinin ümumilikdə miqdarı, 0,12 qram narkotik vasitə - metadonu özündə saxlamaqla 06 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi 14 ünvanına daşımış, Nəsimi Rayon Polis İdarəsinin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 06 sentyabr 2024-cü il tarixdə saat 13:00-da ünvan 5 ünvanın qarşısında saxlanılaraq ünvan 6 yerləşən Nəsimi RPİ-nin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən 01 ədəd blister kəsiyindəki 03 ədəd dərman tabletinin tərkibində təsiredici maddəsinin ümumilikdə miqdarı 0,12 qram olan narkotik vasitə - metadon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, artıq yeddi ildir ki, narkotik vasitələrdən istifadə edir. Səhər saat 11 radələri idi və Binəqədi rayonuna evə gedirdi. Nərimanov rayonunda avtobusda oturan zaman Şamil adlı tanışı onu yığaraq ağrılarının olduğunu bildirərək ondan dərman istəmişdir. O da evdə preqabalin olduğunu demişdir. Gənclik Mall ticarət mərkəzinin qabağında düşərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis şöbəsinə aparılanda Şamili orada görmüşdür. O, Şamilə narkotik satmamışdır. Şamili polis şöbəsində görmüşdür. Narkomanlarda bir-birilərinə narkotik vermək adətdir. Şamil də narkotik çəkir. O, özünə məxsus preqabalindən Şamilə verəcəkdi amma verməmişdir. Saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Nəsimi Rayon Polis İdarəsində onu polis əməkdaşları təzyiq edərək etirafedici ifadə verməsinə nail olmuşlar. Nəsimi rayon prokurorluğuna ona təzyiq olunması ilə bağlı müraciət etmişdir. Müraciətinin yekunu olaraq qərarda onun xəsarətinin olmaması qeyd edilmişdir. Onun səhhətinə daha çox preqabalin yaxşı təsir etmişdir. Əlavə olaraq metadon suyu da qəbul edir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Şamil onun dostudur və ondan preqabalin istəmişdir. O da Şamilə preqabalin evdə olmasını bildirmişdir. Şamil gəlib onunla Gənclik Mall Ticarət Mərkəzinin qarşısında görüşəcəkdi və birlikdə Binəqədi rayonunda yerləşən evlərinə gedəcəkmişlər. O, evindən narkotiki götürüb Şamilə verəcəkmiş. Barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmədə hakimə təzyiqə məruz qaldığını bildirməmişdir. Polis əməkdaşları onu saxlayan zaman o, tək olmuşdur. Şamil onun yanında olmamışdır. Məhkəmə iclasında dindirilmiş şahid Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin CAŞ-nın əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinə “Şamil” adlı şəxsin Nəsimi rayonu ərazisində üzərində qanunsuz olaraq narkotik vasitə maddə saxlaması və daşıması ilə bağlı məlumat daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Həmin qərarın icra olunması ilə bağlı o, Şahid2 və Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin kiçik inspektoru polis baş serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra əməliyyat qrupunun üzvü Şahid4 və Şahid3 ilə birlikdə daxil olmuş məlumat əsasında ünvan 8 ünvanına yollanmışlar. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində ünvan 8 ünvanın qarşısında olarkən «Şamil» adlı şəxsi görüb ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək, onun barəsində narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması ilə bağlı əməliyyat məlumatının polis idarəsinə daxil olduğunu bildirib, ondan şifahi olaraq anket məlumatlarını soruşmuşlar. Həmin şəxs Şahid1 olduğunu bildirərək, üzərində narkotik vasitə metadon tableti olduğunu etiraf etmişdir. Narkotik vasitə metadon tabletini kimdən aldığını soruşduqda, Şahid1 metadon tabletini tanışı Qəzənfərdən aldığını bildirmişdir. Bundan sonra əməliyyat tədbirlərinin davamı olaraq, Qəzənfər adlı şəxsin şəxsiyyəti müəyyən edilərək, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən olunaraq xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri Nərimanov rayonu, X6 küçəsi 14 ünvanının qarşısında saxlanılaraq Nəsimi RPİ-nə dəvət etmişlər. Nəsimi RPİ-də olarkən Şahid1 və Təqsirləndirilən şəxs barələrində qanuni tədbir görülməsi üçün raportla rəhbərliyə müraciət olunmuşdur. Şahid1 və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquqlarının müdafiə olunması üçün vəkillər təyin olunmuşdur. Şəxsi axtarış zamanı Şahid1 üstündə, paltarında və paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra Şahid1 əynində olan cins şalvarının sağ yan cibindən 01 ədəd konvalyutun içərisində 4/1 hissədən ibarət həb şəkilli maddəni təqdim etmişdir. Şahid1 01 ədəd konvalyutun içərisində 4/1 hissədən ibarət həb şəkilli maddəni saxlanılmamışdan öncə Təqsirləndirilən şəxs 10 manat pulun müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Şahid1 aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər 01 ədəd konvalyutun içərisində 4/1 hissədən ibarət həb şəkilli maddə zərfə qoyularaq, zərfin ağzı Nəsimi RPİnin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi istənilmişdir. Təqsirləndirilən şəxs cibindən bir ədəd konvalyutun içərisində 3 ədəd həb şəkilli maddəni təqdim etmişdir. Bundan sonra şübhəli şəxsin təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlanmış.Təqdim olunan 03 ədəd həb şəkilli maddəyə baxış keçirilməsinə başlanmışdır. Şübhəli şəxs həmin həbin narkotik vasitə metadon olduğunu bildirmişdir. Bükümə baxış zamanı ağ rəngli həb şəkilli narkotik vasitə olan metadona bənzər maddənin olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı şübhəli şəxs Şahid1 üzərindən aşkar edilərək götürülmüş həbi onun satdığını etiraf etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan metadona bənzər maddəni polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl xx.xx.2024-cü il tarixdə “Semaşka” adlanan xəstəxanın yanında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 40 manata özünün istifadəsi və satması üçün aldığım üzərində gəzdirdiyini bilidirmişdir. Məhkəmənin suallarına cavab olaraq şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı təzyiq olunmamışdır. Eyni zamanda şəxs öz əməlini səmimi olaraq etiraf etmişdir. Üzərinə keçirilən şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə metadonlar aşkar edilmişdir. Məhkəmədə dindirilmiş Şahid3 iş üzrə digər Şahid4 ilə eyni məzmunlu ifadə verərək qeyd olunan faktları bir daha təsdiq etmişdir. Şahid3 məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, Şamil adlı şəxs saxlanılan zaman Nəsimi RPİ-nin polis şöbəsinə gətirilmişdir. Şamil şöbədə üzərində olan metadonu təqdim etmişdir. Şamil adlı şəxs həmin metadonu ona Təqsirləndirilən şəxs adlı şəxsin 10 manata satdığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı təzyiq və təsir olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisənin üzərindən bir il keçdiyindən hazırda yaxşı xatırlamır. Məhkəmənin suallarına cavab verməyə hazırdır. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs narkotik vasitə almışdır. Ondan dörddə bir metadonu 10 manata almışdır. Narkotik vasitənin istifadəçisidir. Polis əməkdaşları onların mobil telefonunda sms mətinlərini görmüşlər. Birinci o, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onun mobil telefonunda sms mətnlərini polis əməkdaşları oxuyaraq Təqsirləndirilən şəxs də saxladılar. O, Nəsimi rayonunda saxlanılmışdır, ardınca isə Təqsirləndirilən şəxs polis əməkdaşları Nərimanov rayonunda saxlamışlar. Təqsirləndirilən şəxs “Semaşko” adlanan xəstəxanadan tanımışdır. Qəzənfər orada metadon suyu içməyə gəlirmiş. Qəzənfərlə tanışlıqları iki ay olmuşdur. Sonuncu dəfə Təqsirləndirilən şəxs hansı gündə, tarixdə gördüyünü və görüşdüyünü xatırlamır. Hadisənin üzərindən bir il keçib. Narkotik vasitə üçün Qəzənfərə 10 manat ödəniş etmişdir. O, həmin tarixlərdə 800 ilə başlayan mobil nömrədən istifadə etmişdir. Bank kartı isə Leobank olmuşdur. Əvvəllər də dəfələrlə Təqsirləndirilən şəxs yaşadığı ünvana Binəqədi rayonuna gedərək ondan narkotik almışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Cinayət işi üzrə şahid qismində müəyyən edilmiş Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmiş iş üzrə Şahid2 ibtidadi istintaqda verdiyi ifadəsi elan edilmişdir. Digər şahidlərlə eyni məzmunlu olmuşdur. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin tutulması haqqında” 06 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:00da şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq olunan "Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 sentyabr 2024-cü il tarixli protokoldan və işə əlavə edilmiş DVD diskə baxış keçirilərkən aydın olmuşur ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildi. Vətəndaş Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd konvalyutun içərisində 3 ədəd həb şəkilli maddəni çıxarıb masanın üzərinə qoydu. Bundan sonra Təqsirləndirilən şəxs boz rəngli şalvarının sol yan cibindən Samsung markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunan maddəyə baxış keçirilməyə başlanılmışdır. Təqdim olunan 03 ədəd həb şəkilli maddəyə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin metadon olduğunu bildirmişdir. Bükümə baxış zamanı ağ rəngli həb şəkilli narkotik vasitə olan metadona bənzər maddənin olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı Şahid1 üzərindən aşkar edilərək götürülmüş həbi onun satdığın etiraf etmişdir. Həmçinin saxlanılmasından əvvəl narkotik vasitəni “Semaşka” adlanan xəstəxananın yanında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 40 manata özünün istifadəsi və satması üçün aldığını, üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/4496 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində, “Vət.Şahid1 üzərindən aşkar edilmiş maddi sübut...” yazıları və s adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd blister kəsiyində 01 ədəd çəkisi 0,110 qram dərman tableti qırıntısının tərkibində təsiredici maddəsinin miqdarı 0,01 qram olan narkotik vasitə - metadon müəyyən edilmişdir. Üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut...” yazıları və s adlar, soyadlar, imzalar olan zərfdə üzərində “Methadone 40..Faran” əmtəə göstəriciləri olan 01 ədəd blister kəsiyindəki 03 ədəd dərman tabletinin tərkibində təsiredici maddəsinin ümumilikdə miqdarı 0,12 qram olan narkotik vasitə - metadon müəyyən edilmişdir. Şahid1 və Təqsirləndirilən şəxs aşkar olunmuş dərman tabletləri kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edirlər. Aparılmış tədqiqatın dəyəri 110 manat təşkil edir. Məhkəmədə tədqiq olunan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-495/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən saat 13:00-dan hesablanmışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublika Narkoloji X4 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 6095 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X5 xx.xx.2024-cü il tarixli, 1238 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində müayinə zamanı 06-xx.xx.2024-cü il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilməmişdir. Bədən səthində aşkar edilmiş xəsarət 1-1,5 ildən artıq müddətdə əmələ gəlmişdir, atrofiyaya uğramış və ilkin xüsusiyyətləriniitirmiş yara izi olduqları üçün onların əmələ gəlmə mexanizmi, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün deyil. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat sorğu kartotekasından aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 xx.xx.2024-cü il tarixli, 2989 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Məhkəmədə tədqiq olunan “Sübutların qiymətləndirilməsinə dair” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd blister kəsiyindəki 03 ədəd dərman tabletinin tərkibində təsiredici maddəsinin ümumilikdə miqdarı 0,12 qram narkotik vasitə metadon maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 02 tablet narkotik vasitə - metadon saxlanılmasından ötrü Nərimanov Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin şəxsi axtarış və görürmə aparılmasına dair videogörüntüləri özündə əks etdirən 01 ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunan məhkəmənin soğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Naziliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən xx.xx.2025-ci il tarixli məktubla təqdim edilmiş təqdim edilmiş tibbi arayışdan və “Tibbi Kitabça”dan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilmişdir. Sorğu zamanı həbs olunanda zədə aldığını bildirmişdir. Bədəninə baxış keçirilən zaman sağ döş nahiyyəsində qançır, sol döş nahiyyəsinin yumuşaq toxumalarının əziyi aşkar edilmişdir. Məhkəmədə tədqiq olunan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X5 xx.xx.2024-cü il tarixli, 1238 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində müayinə zamanı 06-xx.xx.2024-cü il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilməmişdir. Bədən səthində aşkar edilmiş xəsarət 1-1,5 ildən artıq müddətdə əmələ gəlmişdir, atrofiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduqları üçün onların əmələ gəlmə mexanizmi, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün deyil. Buna görə də Təqsirləndirilən şəxs müraciəti əsasında toplanmış 2127-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Qərarın 9-cu bəndində CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma-üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ siyahının 111-ci qrafasına əsasən metodonun 0,02 qramı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metodon həbinin təmiz çəkisi 0,12 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai isintaqda verdiyi ifadəsindən fərqli olaraq məhkəmə istintaqında polis əməkdaşları tərəfindən şiddət və təzyiqə dözə bilmədiyi üçün video çəkilişdə ona aid olmayan narkotik vasitənin satışı ilə məşğul olması barədə ifadə verdiyini, narkotik vasitlərdən səhhəti ilə əlaqədar olaraq istifadə etməsini, nadir hallarda isitifadə etməsini, Şahid1 narkotik vasitə-metadon satmaması ilə bağlı ifadəsinə tənqidi yanaşır və həmin ifadəni özünümüdafiə xarakteri daşıdığını və məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın əvvəlindən sonunadək özünü ona elan edilmiş ittihamda təqsirli bilmiş, ibtidai istintaq zamanı müstəntiqə hər hansı fiziki təzyiqə məruz qaldığını bildirməmiş, həmçinin narkotik vasitə satdığını etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona qarışı fiziki təzyiq olduğunu bildirdiyindən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sorğusu əsasında Bakı İstintaq Təcridxanasına daxil olmuş ilkin tibbi müayinə kitabçasında sorğu zamanı həbs olunanda zədə aldığını bildirmişdir. Lakin polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını söyləməmişdir. Bədəninə baxış keçirilən zaman sağ döş nahiyyəsində qançır, sol döş nahiyyəsinin yumuşaq toxumalarının əziyi aşkar edilmişdir. Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılmış və xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərə məruz qalması barədə toplanmış 2127-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Və ekspertiza rəyində də bədən səthində aşkar edilmiş xəsarətlərin 1-1,5 ildən artıq müddətdə əmələ gəlməsi qeyd olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq həmin narkotik vasitəni satış məqsədilə əldə etməməsinə, saxlamamasına, daşımamasına və satmamasına dair ifadəsini özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir, həmin ifadənin onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə verilməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, müdafiə tərəfin mövqeyi nəinki iş materialları ilə öz təsdiqini tapmır, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı, Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-nin 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzası azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublika Narkoloji X4 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 6095 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olması nəzərə alınmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Cinayət işində maddi sübut kimi götürülərək Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 01 ədəd blister kəsiyindəki 03 ədəd dərman tabletinin tərkibində təsiredici maddəsinin ümumilikdə miqdarı 0,12 qram narkotik vasitə metadon maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 02 tablet narkotik vasitə - metadon məhv edilməlidir. Cinayət işinə əlavə edilmiş 01 ədəd CD disk cinayət işinə əlavə edilərək saxlanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən və CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 01 ədəd blister kəsiyindəki 03 ədəd dərman tabletinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 02 tablet narkotik vasitə metadon məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd CD cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-94/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-94/2025
09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver