Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-95/2023 17.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Femida” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1982-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, Salyan şəhəri, Q.Səmədov küçəsi, ev 19-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin müvəqqəti saxlanılanların Məntəqəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o 15 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu “Papaııin” adlanan ərazidə olarkən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq 01 ədəd bükümdə, təmiz çəkisi - 0,427 qram narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşımış, 15 oktyabr 2022-ci il tarixdə saat 14:40-da ünvan 1 ünvanın qarşısında Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinin inzibati binasına gətirildikdən sonra, 16-cı PB-nin xidməti otaqlarının birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının kiçik sağ yan cibindən 01 ədəd bükümdə, təmiz çəkisi - 0, 427 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə- heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddətdir bədənində olan ağrılara görə mütəmadi olaraq narkotik vasitə heroin istifadə edir. 15 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu, “Papanin” adlanan ərazidə olarkən üzdən tanıdığı, adını, soyadını və ata adını, anket məlumatlarını və əlaqə nömrələrini bilmədiyi şəxsdən 5 manata 01 ədəd bükümdə narkotik vasitə heroin əldə edib əynində olan qara rəngli cins şalvarının kiçik sağ yan cibinə qoymuşdur ki, bədənində ağrı olduqda istifadə etsin. Həmin gün saat 14:40 radələrində ünvan 3 ünvanın qarşısında olarkən əvvəllər tanımadığı şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib Nərimanov RPİ-nin 16-cı Polis bölməsinin polis əməkdaşları olduqlarını ona bildirmişlər. Bundan sonra, polis əməkdaşları ona hərəkətlərindən narkotik vasitə təsiri altında olduğundan şübhələndiklərini deyib özünü təqdim etməsini xahiş etmişlər. O, özünü xx xxxxxxx 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra polis əməkdaşları onlarla bildikdə Nərimanov RPİ-nin 16-cı Polis bölməsinin inzibati binasına gəlməsini xahiş etmişlər və o, polis əməkdaşlarının bu təklifi ilə razılaşmışdır. Polis bölməsinin inzibati gəldikdə xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, eləcə də polis əməkdaşları tərəfindən hüquqlarının müdafiə edilməsi məqsədilə dövlət büdcəsi hesabına müdafiəçi dəvət edilərək ona təqdim edilmişdir. O, müdafiəçiyə etiraz elməyib onun tərəfindən hüquqlarının müdafiə edilməsinə razı olduğunu polis əməkdaşlarına dedidikdən sonra ona videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparılacağı bildirmişdir, polis əməkdaşları ilə razılaşdıqdan sonra xidməti otaqların birində üzərinə şəxsi axtarışa başlanılmazdın öncə ona təklif edilmişdir ki, üzərində qeyri-qanuni, yəni Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən qanunla qadağan olunmuş maddə, vasitə, əşya və ya predmet varsa könüllü təqdim etsin. O da polis əməkdaşlarına etiraz etməyib əynində olan qara rəngli gödəkçəmin sağ yan cibindən 01 ədəd içərisində narkotik vasitə heroin olan kağız bükümü çıxarıb masanın üzərinə qoymaqla könüllü olaraq təqdim etmişdir. Bundan sonra, onun üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış aparılmış, lakin üzəridən başqa qanunsuz hər hansı maddə, vasitə, əşya və ya predmet aşkar edilməmişdir. Polis əməkdaşları ondan 01 ədəd bükümdə narkotik vasitə heroini nə vaxt, haradan, kimdən və hansı məqsədlə əldə etdiyini soruşuqda o, narkotik vasitə heroini şəxsi istifadəsi üçün 15 oktyabr 2022-ci il tarixdə saat Bakı şəhəri Nəsimi rayonu, “Papanin” adlanan ərazidə olarkən üzdən tanıdığı, adını, soyadını və ata adını, anket məlumatlarını bilmədiyi şəxsdən 5 manat müqabilində əldə edərək üzərində saxladığını bildirmişdir. Bundan sonra, qeyd etdikləri barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, protokolun doğruluğunu o, müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanaraq təsdiq etmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, özü Nərimanov RPİ-nin 16-cı PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 15 oktyabr 2022-ci il tarixdə saat 14:40 radələrində Nərimanov RPİ-nin 16-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən ünvan 1 ünvanın qarşısında bir nəfər əvvəllər tanımadıqları, bədən quruluşu və davranışından narkotik vasitə aludəçisi olduğundan şübhələnib dərhal ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə ona polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra, həmin şəxsdən ad, soyad və ata adını soruşduqda, o, rabitəsiz danışmağa və hadisə yerindən yayınmağa başlamışdır. Bu səbəbdən, onlar həmin şəxsi Nərimanov RPİ-nin 16-cı Polis bölməsinin inzibati binasına dəvət etmişlər və həmin şəxs bu təklifə etiraz etməyib onlarla birlikdə polis bölməsinə getməyə razılaşmışdır. Nərimanov RPİ-nin 16-cı Polis bölməsinin inzibati binasına gəldikdən sonra həmin şəxsin xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs xidməti otaqların birində hüquq və vəzifələri izah edilmiş, eləcə də ona hüquqlarının müdafiə edilməsi məqsədilə dövlət vəsaiti hesabına müdafiəçi dəvət ediləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi dəvət edilməsinə heç bir etiraz etmədikdən sonra onun hüquq və vəzifələrinin müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və dəvət edilmiş vəkil ona təqdim edilmişdir. Bundan sonra, xidməti otaqda Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş və o, buna etiraz etməmişdir. Şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya, maddə və ya vasitə vardırsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymaqla könüllü olaraq təqdim etmişdir. Bundan sonra, onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən digər qanunla qadağan olunmuş hər hansı maddə, vasitə, əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm açıldıqda içərisində spesifik iyə malik maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki maddənin nə olması, nə vaxt, haradan, kimdən və hansı məqsədlə əldə etməsi soruşulduqda, o, etiraf edərək bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində olan maddə narkotik vasitə heroindir, həmin narkotik vasitə heroini şəxsi istifadəsi üçün 15 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu, “Papanin” adlanan ərazidə olarkən üzdən tanıdığı, adını, soyadını və ata adını, anket məlumatlarını və əlaqə nömrələrini bilmədiyi şəxsdən 5 manat müqabilində əldə edərək üzərində saxlayıb. Bundan sonra, Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd büküm zərfin içərisinə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğu Təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlara hər hansı məlumat daxil olmamışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında" xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş əşya, maddə və ya vasitə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymaqla könüllü olaraq təqdim etmişdir. Bundan sonra, onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən digər qanunla qadağan olunmuş hər hansı maddə, vasitə, əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm açıldıqda içərisində spesifik iyə malik maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki maddənin nə olması, nə vaxt, haradan, kimdən və hansı məqsədlə əldə etməsi soruşulduqda, o, etiraf edərək bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində olan maddə narkotik vasitə heroindir, həmin narkotik vasitə heroini şəxsi istifadəsi üçün 15 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu, “Papanin” adlanan ərazidə olarkən üzdən tanıdığı, adını, soyadını və ata adını, anket məlumatlarını və əlaqə nömrələrini bilmədiyi şəxsdən 5 manat müqabilində əldə edərək üzərində saxlayıb. Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd büküm zərfin içərisinə qoyularaq qablaşdırılıb 218 nömrəli möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğu Təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/5975 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi – 0,427 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin qalıq çəkisi – 0,327 qram təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi: 0,427 qr, tədqiqata sərf edilən ümumu miqdar- 0,100 qram, qalıq-0,327 qram. Aparılmış tədqiqatın dəyəri 81 manatdır; Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6308 saylı rəyindən görünür ki, müayinə zamanı QASİMOV ƏBİL PİRİ oğlunda OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmişdir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-265/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 (bir) il 2 (iki) ay, 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. 15 oktyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünü yaddaşında əks etdirən 01 ədəd CD-R formatlı disk iş maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi – 0,427 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və qalıq qalmış – 0,327 qram hissəsi saxlanılması üçün Nərimanov RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-4548/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 02(iki) ay müddətə inzibati həbs edilmiş və inzibati həbsetmənin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanması və qərarın icrasının Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin müvəqqəti saxlanılanların Məntəqəsinə həvalə edilməsi qərara alınmışdır. İşdə olan Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(057)-756/2022 saylı qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-265/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə 01 (bir) il 2 (iki) ay, 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 01 il 02 ay 19 gün azadlığın məhdudlaşdırılması cəzasının hər iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla 07 ay 09 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs həbsə alınması, həbsin icrasının Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin müvəqqəti saxlanılanların Məntəqəsinə həvalə edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkməsinin başlanğıcının inzibati həbs müddətinin tamamlandığı vaxtdan sonra hesablanması, qərarın icra olunması Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin müvəqqəti saxlanılanların Məntəqəsinə və Bakı istintaq təcridxanasına həvalə edilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs X2 üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,427 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(057)- 756/2022 saylı qərarına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-265/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə 01 (bir) il 2 (iki) ay, 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 01 il 02 ay 19 gün azadlığın məhdudlaşdırılması cəzasının hər iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla 07 ay 09 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş hissəsi AR CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-4548/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən AR İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib 02(iki) ay müddətə inzibati həbs edilmiş və inzibati həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış və hazlrda inzinati qərarın icrası ilə baglı Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin müvəqqəti saxlanılanların Məntəqəsində saxlanılır. Ona görə məhkəmə qeyd edir ki, hazırki iş üzrə ona təyin olunmuş cəza üzrə cəzaçəkmə müddətinin başlanğıcı inzibati həbs müddətinin tamamlandığı vaxtdan sonra hesablanmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(057)-756/2022 saylı qərarına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-265/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş hissəsi-07 ay 09 gün müddət CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli, şübhəli şəxs qismində tutulduğu 02 gün (15-17 oktyabr 2022-ci il), ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı(CM-nin 69.3) və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcının inzibati həbs müddətinin tamamlandığı vaxtdan sonra hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində hazırki iş üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməli (CM-in 93.1.2), iş üzrə maddi sübut - heroinin qalıq çəkisi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü bir ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Femida vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(057)-756/2022 saylı qərarına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-265/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş hissəsi-07 ay 09 gün müddət CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01(bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı inzibati həbs müddətinin tamamlandığı vaxtdan sonra hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin icrası Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin müvəqqəti saxlanılanların Məntəqəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş və qalıq çəkisi 0,327 qram olan heroin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü bir ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 24 (iyirmi dörd) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Femida Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-95/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-95/2023
17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver