Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-96/2020 07.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İtiihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi və vəkili “Pro Bono” Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1995-ci il tarixdə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)273/2019 saylı xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 1000 manat cərimə növündə cəzaya məhkum edilmiş və cəriməni xx.xx.2020-ci il tarixdə tam şəkildə dövlət nəfinə ödəmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Saatlı rayonu Azadkənd kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pneitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddəlləri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə saat 10:30 radələrində Bakı şəhəri Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 1969-cu məhəllədə yerləşən avtomobil ehtiyat hissələri mağazasının qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özündə olan silah qismində istifadə etdiyi istintaqa məlum olmayan bıçaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq edərək, orada mühafizə xidməti aparan Zərərçəkmiş şəxs onunla söyüşlə danışmasını bəhanə edib heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən əvvəlcə Zərərçəkmiş şəxs kəllə və yumruq zərbələri ilə baş nahiyəsindən, daha sonra isə üzərində daşıdığı silah qismində istifadə etdiyi bıçaqla qasıq və baş nahiyəsindən vuraraq sonuncuya açıq kəllə beyin travması, təpə sümüyünün xarici səhifəsinin çökmə xarakterli sınığı ilə müşayiət olunan təpə nahiyəsinin çapılmış yarası, sol qasıq nahiyəsinin iki ədəd, sağ əlin İ barmağının, sağ əlin ovuc səthinin, sol qaşüstü nahiyənin, burnun və sol yanağın deşilmiş-kəsilmiş və kəsilmiş yaraları kimi ilə nəticələnən, Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığına az ağır zərərvurmaya aid xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddəllərində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət işinin materialları ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddəlləri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, uzun müddətdir ki, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Avtomotoservis” adlı avtomobil təmir sexində çilingər işləyir. Avtomobillərin təmiri zamanı hər hansı ehtiyyat hissəsi tələb olduqda, işlədiyi avtoservisin yaxınlığında yerləşən avtomobil ehtiyyat hissələri mağazasından aldığını bildirmişdir. Həmin mağazanın ikinci mərtəbəsi isə ofis kimi fəaliyyət göstərir. xx.xx.2019-cu il tarixdə saat təxminən 10 radələrində ehtiyyat hissəsi almaq üçün həmin mağazaya getmişdir. Mağazanın içərisinə daxil olduqda kənardan ilk dəfə gördüyü, əvvəllər tanımadığı hündür boylu, idmançı bədən quruluşlu bir şəxsin satıcı ilə söhbət etdiyini görmüşdür. Geri qayıdıb dükanın qarşısında olan pilləkanda oturmişdur. Bu zaman həmin şəxs, yəni iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs onu təhqiredici formada müraciət edərək, orada nəyə görə oturduğunu soruşmuş və söyüşlə oradan getməsini tələb etmişdir. Buna narazılığını bildirdikdə, Əvəz onu “peşka” adlandıraraq, atasının və anasının ünvanına nalayiq ifadələr işlətmişdir. Əvəzin bu cür özbaşınalığından əsəbləşib, əvvəlcə kəllə nahiyyəsi ilə və yumruqla sifətindən, başından bir neçə zərbə vurmuşdur. Əvəz fiziki cəhətdən ondan güclü olduğuna görə şalvarın arxa bel hissəsinə qoyduğu, iş zamanı əhtac kimi istifadə etdiyi bıçağı çıxarıb Əvəzin qasıq nahiyyəsindən bir dəfə bıçaqla zərbə vurmuşdur. Daha sonra yumruqla onun baş nahiyyəsindən bir neçə dəfə vurmuşdur. Belə olan halda mağazanın satıcısı araya girərək onları aralaşdırmış, mübahisə qurtardıqdan sonra çıxıb getmişdir. Hadisədən sonra ordaan uzaqlaşıb getmiş və yolda bıçağı bilmədiyi yerə atmışdır. Təqsirləndirilən şəxs həmçinin bildridi ki, həmin hadisənin baş verməsinin səbəbkarı Əvəz özü olmuşdur. Daha doğrusu Əvəzin müdirinin qanunsuz göstərişləri. Belə ki, mağazanın üst mərtəbəsində yerləşən ofisin müdiri ilə mağazanın sahibinin arasında uzun müddətdir ki, yer üstə münaqişə yaranmışdır. Bu səbəbdən, Əvəz həmin mağazanı işlədənlərə hər cür təyziq göstərir ki, oradan çıxıb getsinlər. Lakin, bu işlərin ona heç bir aidiyyəti yoxdur. O, hadisə günü mağazaya ehtiyyat hissəsi almağa gəlmiş, Əvəzlə mağazanı işlədən oğlanın arasında olan söhbətə müdaxilə etməmişdir. Əvəzi vurmasının səbəbi onun özünü və valideyinlərini küçə söyüşləri ilə təhqir etməsi olmuşdur. Eyni zamanda o, hesab edir ki, zərərçəkmiş şəxsə xəsarət yetirmiş və onun əməli CM-nın 127.1-ci maddəsi ilə tövsif edilməlidir. Bununla bağlı o, zərərçəkmiş şəxsdən üzr istəmiş, barışıq və müalicə xərclərini qarşılamaq üçün 3000 manat pul təklif etmişdir. Lakin, zərərçəkmiş şəxs barışığa getməmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, servisdə usta işlədiyi üçün onlara tez-tez ehtiyyat hissələri lazım olmuş və yaxınlıqda ehtiyyat hissələri dükanı olmadığından, həmin mağazanı öz yaxınına icarəyə götürüb bu cür mağaza açmağı məsləhət görmüşdür. Həmin dükanın təmirində özü şəxsən iştirak etmişdir. Təmir gedən vaxtlarda zərərçəkmiş şəxsin müdiri dükana gəlib təmiri dayandırmışdır. Həmin obyektin şərikləri arasında problemlər olduğundan və təmiri dayandırdıqlarına görə təmir işlərini gecə etmişdir. Hadisədən bir gün qabaq dükana getdiyi vaxt Zərərçəkmiş şəxslə aralarında sözlü mübahisə yaranmışdır. Bu səbəbdən özünü qətiyyən təqsirli bilmir. Sonra təqsirləndirilən şəxs ona CM-nın 127.2.3 və 221.3-cü maddəlləri ilə bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Nərimanov rayonu Ə.Rəcəbli küçəsi 1969-cu məhəllədə “Lukoil” YDM-nin yaxınlığında yerləşən ofisin mühafizəçisi işləyir. Ofisin binasının birinci mərtəbəsində avtomobil ehtiyat hissələri mağazası fəaliyyət göstərir. xx.xx.2019-cu il tarixdə səhər saat 10:30 radələrində ofisin qarşısında dayanıb avtomobil ehtiyyat hissələri mağazasında satıcı işləyən Xaliq adlı şəxslə söhbət edən zaman mağazaya üzdən tanıdığı, yaxınlıqda yerləşən avtoserviscə usta işləyən Vüsal daxil olmuşdur. Satıcının mağazada olmadığını görüb, Vüsal mağazanın qarşısına çıxmış, onlara yaxnlaşıb, 1-2 metr aralıqda olan pilləkənlərin üzərində oturub onlar tərəfə baxmışdır. Vüsalın bu hərəkətindən əsəbləşib, iradını bildirmişdir. Bu vaxt Vüsal əsəbi halda uca səslə ona “sən kimsən, buraları dədənizdən gətirmisiniz, sən qarışma” demişdir. O, Vüsala yaxınlaşıb, hansı səbəbdən qışqırmasını, deyib onu mağazanın içərisinə dəvət etmişdir. Mağazanın içərisində Vüsal yenə də əsəbi halda onunla təhqiramiz danışdıqda, o, da Vüsala cavab qaytarıb, özünü yığışdırmasını tələb etmişdir. Elə bu an Vüsal qəfildən onun yaxasından tutaraq, kəllə və yumruqla bir neçə dəfə zərbə vurmağa başlamışdır. Mağazada satıcı işləyən oğlan onu Vüsalın əlindən almağa çalışdığı zaman Vüsal özü ilə gətirdiyi böyük bir bıçağı şalvarının arxa hissəsindən çıxarıb mağazanın qarşısında çöldə yerləşən pilləkənlərin üzərində ona həmin bıçaqla bədənindən və başından zərbələr vurub xəsarət yetirmişdir. Həmin vaxt ətrafda çox sayda tanımadığı adamlar toplaşmış, lakin kimsə yaxınlaşıb onu Vüsalın əlindən almamışdır. Artıq Vüsal görmüşdür ki, onu nə qədər vursa da o, heç bir müqavimət göstərmir və əksinə Vüsalı sakitləşdirmək istəyir. Vüsal ondan aralandıqda, o, mağazaya keçmiş, Vüsal isə bıçağı yerdən qaldırdığı qovluğuna qoyaraq həmin yerdən uzaqlaşmışdır. Başından və bədənindən qan axdığını görüb hadisə yerinə təcili yardım çağırmışdır. Bir müddətdən sonra TTY avtomobili gəlib onu KTM-yə aparmış, orada həkimlər onu müayinə və müalicə etmişlər. Uzun müddət xəstəxanada qaldıqdan sonra müalicəsi ev şəraitində davam etdirilmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğundan ona ən ciddi cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin təxminən iyul ayından Nərimanov rayonu Ə.Rəcəbli küçəsində yerləşən avtomobil ehtiyat hissələri mağazasında satıcı-kassir işləyir. Şahid2 isə mağazada ona satışda köməklik göstərir. İşlədikləri mağazanın ikinci mərtəbəsi isə ofis kimi fəaliyyət göstərir. Lakin ofisin girişi mağazanın qarşısında ayrıdır. xx.xx.2019-cu il tarixdə saat təxminən 10 radələrində işdə olarkən mağazanın qarşısında dayanıç ofisin mühafizəçisi işləyən Zərərçəkmiş şəxsla söhbət etmişdir. Bu zaman işlədikləri mağazanın arxasında yerləşən “Avtomotoservisdə” çilingər işləyən Təqsirləndirilən şəxs mağazadan ehtiyat hissəsi almaq üçün gəlib mağazaya daxil olmuşdur. Mağazada işləyən Amilin mal satmaq səlahiyyəti olmadığından Vüsal mağazanın qarşısına çıxıb pilləkəndə oturub onun mağazaya gəlməsini gözləmişdir. Bunu gördükdə, Əvəz Vüsaldan nəyə görə orada oturduğunu soruşmuş, Vüsal isə mal amağa gəldiyini demişdir. Əvəz isə Vüsala kobud və təhqiramiz formada malını alıb oradan getməsini tələb etmişdir. X2 yaxınlaşaraq, sözlü mübahisə etməyə başlamışdır. Əvəz və Vüsal bir-biririn ünvanına nalayiq ifadələr işlətməyə başlamışlar. Mübahisə edərək onlar mağazanın içərisinə daxil olmuşlar. O, isə mübahisə edənləri aralamağa çalışmışdır. Qəfildən Vüsal başı ilə və yumruqla Əvəzin sifətirdən və başından bir-neçə zərbə vurmuş, daha sonra əynində olan şalvarının arxa bel hissəsindən çıxardığı bıçaqla Əvəzin qasıq və qarın nahiyyəsindən, həmçinin baş nahiyyəsindən bir-neçə zərbə vurmuşdur. Daha sonra Vüsal oradan getmişdir. Həmin hadisə təxminən 3-5 dəqiqə müddətində baş versə də hadisə yerinə, yəni mağazanın yaxınlığına çox sayda tanımadığı adamlar toplaşmışlar. İttiham aktının siyahısında şahid qismində göstərilən Şahid2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, barəsində məcburi gətirmə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş məktubdan görünür ki, Şahid2 yaşadığı ünvan qeyri dəqiq olduğundan eyni zamanda telefon vasitəsi ilə əlaqə saxlamaq mümükün olmadığından Şahid2 müəyyən edib məhkəməyə gətiriıməsi təmin edilməmişdir. Şahid2 istintaqa verdiyi ifadəsi məhkəmədə elan edilərkən məlum oldu ki, 2019-cu ilin təxminən sentyabr ayının əvvəllərindən Nərimanov rayonu Ə.Rəcəbli küçəsində yerləşən avtomobil ehtiyat hissələri mağazasında satıcı köməkçisi işləyirdi. Mağazanın satıcı-kassiri isə Şahid1dur. İşlədikləri mağazanın ikinci mərtəbəsi isə ofis kimi fəaliyyət göstərir. Lakin ofisin girişi mağazanın qarşısında yerləşməklə ayrıdır. xx.xx.2019-cu il tarixdə saat təxminən 10 radələrində işdə olduğu vaxt Xaliq mağazanın qarşısında ofisin mühafizəçisi işləyən Zərərçəkmiş şəxsla söhbət etmişdir. Bu zaman mağazanın arxasında yerləşən “Avtomotoservisdə” çilingər işləyən Təqsirləndirilən şəxs mağazadan ehtiyat nissəsi almaq üçün gəlib mağazaya daxil olmuş, onun mal satmaq səlahiyyəti olmadığından, Vüsal mağazanın qarşısına çıxıb pilləkəndə oturub Xaliqin mağazaya gəlməsini gözləmişdir. O, isə mağazanın içərisində kompyuterin arxasında əyləşmişdir. Təxminən bir-iki dəqiqədən sonra mağazanın qarşısında səs-küy yarandığından, mağazanın qarşısına çıxıb görmüşdür ki, Vüsalla Əvəz mübahisə edirlər. Mübahisənin gedişində onlar mağazanın içərisinə daxil olmuş, o da, mağazaya öz yerinə keçmişdir. Bu vaxt Xaliq onları aralamaq istəmişdir ki, mağazada dava etməsinlər. Mübahisənin gedişində Təqsirləndirilən şəxs əvvəlcə kəllə nahiyəsi və yumruqla Əvəzin sifətindən və başından bir-neçə zərbə vurmuş, dal-a sonra əynində olan şalvarının arxa bel hissəsinə qoyduğu qovluğun içərisindən bıçağıçı çıxararaq mağazanın qarşısında Əvəzin qasıq və qarın nahiyəsindən, həmçinin baş nahiyəsindən bir-neçə bıçaq zərbəsi vurmuş və oradan çıxıb getmişdir. Əvəz bədənindən qan axdığından, mağazanın içərisinə daxil olub oturmuş, dərhal hadisə yerinə təcili tibbi yardım çağırmışlar. Qısa müddətdə təcili yardım gələrək Əvəzi xəstəxanaya aparmışdır. Həmin hadisə təxminən 3-5 dəqiqə müddətində baş versə də hadisə yerinə, yəni mağazanın yaxınlığına çox sayda tanımadığı adamlar toplaşmışlar. İbtidai istintaq zamanı iş üzrə təyin olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli T06/2020 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər açıq kəllə beyin travması, təpə sümüyünün xarici səhifəsinin çökmə xarakterli sınığı ilə müşayiət olunan təpə nahiyyəsinin çapılmış yarası, sol qasıq nahiyyəsinin iki ədəd, sağ əlin İ barmağının, sağ əlin ovuc səthinin, sol qaşüstü nahiyənin, burnun və sol yanağın deşilmiş-kəsilmiş və kəsilmiş yaraları deşici-kəsici alətin deşicikəsici və kəsici alətin təsirindən törənmişdir, belə bir əşyanın xəncər olması da istisna deyildir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. (iş vər.: 218-222). İş üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2010 cu il tarixli 2040 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictmai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində düzgün ifadə vermək iqtidarına malikdir, onun hazırki psixi vəziyyətinə görə özü və ətrafdakılara thlükə kəsb etmir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vər.: 141-143). İş üzrə təyin edilmiş kompleks məhkəmə-bioloji və kriminialistik ekspertizasının xx.xx.2019-cu il tarixli 745-MTBŞ saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş dəsmal, Zərərçəkmiş şəxs məxsus gödəkçə, qısaqol köynək, şalvar və tuman üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sitemi üzrə tədqiq olunduqda yalnız H antigeni alındı. Bu qan ləkələri AB0 sitemi üzrə 0/1 qruplu şəxsə (şəxslərə), o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. (iş vər.: 131- 140). İş üzrə təyin edilmiş məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2019-cu il tarixli 498-MTKŞ saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məxsus tumanın ön səthində, aşağıda, solda bir ədəd, şalvarın ön səthində, ortada, solda iki ədəd deşilmişkəsilmiş zədələr aşkar olundu. Bu zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən yarana bilərdi. Zərərçəkmiş şəxs məxsus gödəkçənin ön səthində, aşağıda, solda paltarın yalnız üst qatını zədələyən iki ədə səthi kəsilmiş zədələr aşkar olundu. Bu zədələr kəsici kənarı olan hər hansı bir alətin təsirindən yarana bilərdi. Ekspertizaya təqdim olunmuş gödəkçənin ön səthinin sol yarısında bir ədəd cırılma zədəsi aşkar olundu. Bu zədə küt yaranma mexanizminə malikdir, gödəkçənin müvafiq nahiyəsinin dartılıb cırılması nəticəsində əmələ gəlmişdir. Zərərçəkmiş şəxs məxsus köynək üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar edilməmişdir. (iş vər.: 131-140). Məhkəmədə ekspert rəylərini tədqiq edilərkən müəyyən edildi ki, ekspert rəyləri işin müəyyən edilmiş hallarına uyğun gəldiyindən və digər sübutlarla təsdiq edildiyindən sübut kimi qəbul edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD-R formatlı diskdə olan videoyazıya məhkəmə iclasında baxış keçirilərkən müəyyən olundu ki, həmin diskə iki videofayl yazılmışdır. Birinci videofaylda Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs qapıdan mağazaya daxil olduqdan sonra Zərərçəkmiş şəxs danışıqla və jestlərlə Təqsirləndirilən şəxs nəisə izah etdiyi, sonuncunun isə Əvəzə əl-qol atması, satıcı Şahid1 Vüsalı aralaşdırmağa cəhd etməsi, qəfildən Vüsalın baş və yumruqlarla Əvəzin sifət nahiyyəsinə zərbələr endirməsi, boğazından tutub divara dirəməsi, daha sonra əynindəki şalvarınının arxa bel nahiyyəsindən bıçaq çıxarması, Əvəzin mağazadan bayıra çıxması, Vüsalın isə əlində bıçaq onun arxasınca getməsi müşahidə edilir. Diskdə olan ikinci videofaylda isə mağazanın qarşısında Təqsirləndirilən şəxs bir əli ilə Əvəzin yaxasından tutması, digər əlində saxladığı bıçaqla ona zərbələr endirməsi, daha sonra Vüsalın Əvəzin yaxasını buraxıb, bıçağı yerdən qaldırdığı qabına qoyması və oradan uzaqlaşması görünür. Videofaylda həmçinin mağazanın qarşısına satıcının və ibtidai istintaqla şəxsiyyətləri müəyyən edilməyən digər şəxslərin yığışdığı müşahidə edilir. Mübahisənin cəmi 1,4 dəqiqə davam etdiyi müəyyən edilir. Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş geyim əşyaları iş üzrə sübut əhəmiyyəti kəsb etməsi nəzərə alınmaqla cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Nərimanov RPİ-nin saxlanc ambarına təhvil verilmişdir. Həmçinin baş vemiş hadisənin görüntüsünü özündə əks etdirən 1 ədəd DVD-R formatlı disk iş üzrə maddi sübut kimi tanınaraq istintaq materiallarına əlavə edilmişdir. (iş vər.: 216-224). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə üç ay müddətində «həbs» qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. ( iş vər.: 72-74). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. (iş vər.: 192-193). Beləliklə, məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddəlləri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və digər sübutlarla tam təsdiq edilir. Belə ki, xuliqanlıq öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli Qərarında göstərilir ki, «aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir.» Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.» Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir.» Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki ittiham üzrə özünü təqsirli bilməsədə, istintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmiş, onun həmin cinayət əməllərini törətməsi həm məhkəmə iclasında tədqiq edilmiş, həmçinin də cinayət işinə əlavə edilmiş sübutlarla tam təsdiqini tapır. Məhkəmə onun ifadəsini məsuliyyətdən boyun qaçırmaq üçün verilmiş kimi qiymətləndirir və inandırıcı hesab etmir. Məhkəmədə tədqiq edilmiş sübutlardan aydın olduğu kimi, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2019-cu il tarixdə saat 10:30 radələrində Bakı şəhəri Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 1969-cu məhəllədə yerləşən avtomobil ehtiyat hissələri mağazasının qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özündə olan silah qismində istifadə etdiyi istintaqa məlum olmayan bıçaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq edərək, orada mühafizə xidməti aparan Zərərçəkmiş şəxs onunla söyüşlə danışmasını bəhanə edib heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən əvvəlcə Zərərçəkmiş şəxs kəllə və yumruq zərbələri ilə baş nahiyəsindən, daha sonra isə üzərində daşıdığı silah qismində istifadə etdiyi bıçaqla qasıq və baş nahiyəsindən vuraraq sonuncuya açıq kəllə beyin travması, təpə sümüyünün xarici səhifəsinin çökmə xarakterli sınığı ilə müşayiət olunan təpə nahiyəsinin çapılmış yarası, sol qasıq nahiyəsinin iki ədəd, sağ əlin İ barmağının, sağ əlin ovuc səthinin, sol qaşüstü nahiyənin, burnun və sol yanağın deşilmiş-kəsilmiş və kəsilmiş yaraları kimi ilə nəticələnən, Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığına az ağır zərərvurmaya aid xəsarətlər yetirmişdir. Bütün bu hallar məhkəmədə ifadə vermiş şəxslərin dedikləri ilə yanaşı, ekspert rəyləri və hadisəni özündə əks etdirən görüntülərlə də tam təsdiqini tapır. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə təqsirləndirilən şəxsə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi cinayət işi üzrə yoxlamaya dair tələbnamədən və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 1000 manat cərimə cəzasına məhkum edilmişdir. (iş vər.: 211-217). Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli 256-6577/5-32 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)273/2019 saylı xx.xx.2019-cu il tarixli hökmünə əsasən 1000 manat cərimə növündə cəzaya məhkum edilmiş və cəriməni xx.xx.2020-ci il tarixdə tam şəkildə dövlət nəfinə ödənilmişdir. İşdə olan AZ İİ 572825 nömrəli və AZ İV 223992 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxx 2010-cu il və xx.xx.2011-ci il təvəllüdlü iki övladı vardır. (iş vər.: 104-105). Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki övladının olmasını, barışıq əldə etməyə və vurduğu zərəri ödəməyə cəhd etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, CMnin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.3-cü maddəllərinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə üç ay həddində «həbs» qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. (iş vər.: 72-74). Odur ki, Təqsirləndirilən şəxs hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2019-cu il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CMnın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut hesab edilən və saxlanması üçün Nərimanov RPİ-nin saxlanc ambarına təhvil verillən, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş geyim əşyaları sahibinə qaytarılmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını, cəzaçəkmənin əvvəli xx xxxxxxxx 2019-cu il tarixindən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut hesab edilən və saxlanması üçün Nərimanov RPİ-nin saxlanc ambarına təhvil verillən, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş geyim əşyaları sahibinə qaytarılsın. İş üzrə maddi sübut hesab edilən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim Samir Məmmədov
Məhkəmə qərarları › İş №1(005)-96/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-96/2020
07.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver