Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-96/2022 29.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs anbara qanunsuz daxil olub xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 2021-ci ilin iyul ayının ortalarında ünvan 2 ünvanda yerləşən Dərnəgül tikinti materialları bazarının həyətində yerləşdirilmiş "xxxx" MMC-ə məxsus olmaqla anbar kimi istifadə olunan soyuduculu konteyner qapısının qıfılını sındırma yolu ilə qanunsuz daxil olaraq oradan həmin MMC-yə məxsus 1 kiloqramı 10 manat və hər qutuda 10 kiloqram olmaqla 340 qutuda ümumilikdə 3400 kiloqram çəkidə dondurulmuş xərçəng məhsullarını oğurlamış, nəticədə "xxxx" MMC-ə xeyli miqdarda olmaqla 34000 manat ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2016-cı ilin sonlarından 2021-ci ilin iyun ayının əvvəllərinədək olan müddət ərzində "xxxx" MMC-də fəhlə-anbardar işləmişdir. "xxxx" MMC "xxxx" əmtəə nişanı altında ayrı-ayrı ölkələrdən müxtəlif növ donmuş və konservləşdirilmiş dəniz məhsullarını, o cümlədən Hindistan Respublikasından dondurulmuş xərçəng məhsullarını Azərbaycan Respublikasına idxal edərək satışını həyata keçirir. Azərbaycan Respublikasında həmin əmtəə nişanından digər hər hansı şirkət istifadə etmir və idxal olunmuş məhsulların yerləşdirildiyi qablaşdırmanın üzərində "xxxx" əmtəə nişanı qeyd olunur. İdxal olunmuş məhsullar həm "xxxx" MMC-nin Bakı şəhəri Nərimanov rayonu, 2095 saylı məhəllədə yerləşən mərkəzi ofisinin anbarına, həm də, MMC-nin rəhbərliyinin ünvan 3 ünvanda yerləşən Dərnəgül tikinti materialları bazarının həyətində icarəyə götürdüyü yerdə MMC-ə məxsus olmaqla orada yerləşdirilən 2 ədəd soyuduculu konteynerə yığılıb saxlanılırdı və qapıları qıfıllarla bağlanaraq sonradan satışı həyata keçirilirdi. 2021 -ci ilin iyun ayının əvvəllərində MMC-nin rəhbərliyi onun işə gecikməyini əsas gətirərək, onu işdən azad etmişdir. 2021-ci ilin iyun ayınadək həmin konteynerlərə anbardar kimi o, nəzarət etsə də, oradan oğurluq etməmişdir. Şahid7 tanımır, ona heç vaxt dondurulmuş xərçəng satmamış, həmçinin onunla telefonla danışmamışdır. "xxxx" MMC-nin rəhbərliyi tərəfindən ona böhtan atılır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, "xxxx" MMC "xxxx" əmtəə nişanı altında ayrı-ayrı ölkələrdən müxtəlif növ donmuş və konservləşdirilmiş dəniz məhsullarını, o cümlədən Hindistan Respublikasından dondurulmuş xərçəng məhsullarını Azərbaycan Respublikasına idxal edərək satışını həyata keçirir. Azərbaycan Respublikasında həmin əmtəə nişanından digər hər hansı şirkət istifadə etmir və idxal olunmuş məhsulların yerləşdirildiyi qablaşdırmanın üzərində "xxxx" əmtəə nişanı qeyd olunur. İdxal olunmuş məhsulları həm "xxxx" MMC-nin Bakı şəhəri Nərimanov rayonu, 2095 saylı məhəllədə yerləşən mərkəzi ofisinin anbarına, həm də, icarəyə götürdükləri ünvan 4 ünvanda yerləşən Dərnəgül tikinti materialları bazarının həyətindəki yerdə MMC-ə məxsus olmaqla orada yerləşdirdikləri 2 ədəd soyuduculu konteynerə yığıb saxlayırlar və qapılarını qıfıllarla bağlayaraq sonradan satışını həyata keçirirlər. 2021-ci ilin iyun ayınadək həmin konteynerlərə anbardar kimi Təqsirləndirilən şəxs nəzarət etsə də, son vaxtlar intizamsızlıq edərək işə gəlmədiyindən, 07 iyun 2021-ci il tarixdə MMC-nin direktoru onu işdən azad etmişdir. Ondan sonra, konteynerlərin qıfıllarını dəyişdirib MMC-nin rəhbərliyinin göstərişi ilə həmin konteynerlərə "xxxx" MMC-də təchizatçı işləyən Şahid2 nəzarət etməyə başlamışdır. 01 iyul 2021-ci il tarixdə, saat 14 radələrində Şahid2la birlikdə həmin konteynerin içərisindən 200 qutu dondurulmuş xərçəng məhsullarını götürəndən sonra, orada 1400 qutuda olmaqla, 140000 manat dəyərində dondurulmuş xərçəng məhsulları qalmış və onlar konteynerin qapısını qıfılla bağlayaraq oradan getmişlər. 19 iyul 2021-ci il tarixdə, saat 17 radələrində yenidən Şahid2la birlikdə dondurulmuş xərçəng məhsullarını götürmək məqsədilə həmin konteynerin yerləşdirildiyi yerə gedib konteynerin qıfılını açmaq istəyəndə, qıfıl açılmamışdır. Onlar kiminsə qıfıla müdaxilə etdiyini və ya qıfılın xarab olduğunu düşünüb qıfılı sındırmış və konteynerin qapısını açmışlar. Konteynerin qapısını açandan sonra, içərisinə yığılmış dondurulmuş xərçəng məhsullarının sayının az olduğunu görmüşlər. Onlar dərhal bu barədə MMC-nin rəhbərliyini məlumatlandıraraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti Zəng Mərkəzinə məlumat vermişlər. Polis əməkdaşları hadisə yerinə gedib orada araşdırma aparan zaman həmin dondurulmuş xərçəng məhsullarının MMC-nin keçmiş işçisi Təqsirləndirilən şəxs tərəfindən oğurlana biləcəyindən şübhələnsələr də, həm Qurban bayramı ilə əlaqədar MMC-nin rəhbərliyi rayonların birində olduğundan, həm də, MMC-nin rəhbərliyi bu məsələni dəqiqləşdirib Təqsirləndirilən şəxsla öz aralarında həll edəcəyini dediklərindən, onların məsləhəti ilə ilk öncə şikayət etməmiş və müvafiq dəqiqləşdirmə aparandan sonra, əlavə məlumat verəcəklərini bildirmişlər. Sonra, onlar konteynerin qapısını yeni qıfılla bağlayandan sonra oradan getmiş və sabahısı gün, yəni 20 iyul 2021-ci il tarixdə Şahid2la birlikdə həmin konteynerin yerləşdiyi yerə qayıdıb qapısını açaraq içərisindəki dondurulmuş xərçəng məhsullarını sayan zaman oradan 1 kiloqramı 10 manat və hər qutuda 10 kiloqram olmaqla 340 qutuda ümumilikdə 3400 kiloqram çəkidə dondurulmuş xərçəng məhsullarının oğurlandığı onlara aydın olmuşdur. Bu barədə konteynerin yerləşdirildiyi yerin yaxınlığında fəaliyyət göstərən şəxslərdən maraqlananda, orada yerləşən sexlərin birində işləyən sonradan tanıdığı Şahid4 və Şahid3 bir neçə gün əvvəl Təqsirləndirilən şəxs tanımadıqları şəxsin idarə etdiyi qırmızı rəngli, 01 və ya 11 seriyası ilə başlasa da, dövlət qeydiyyat nişanına fikir vermədikləri özüboşaldan "Kamaz" markalı yük avtomobili ilə konteynerin qarşısına gəldiklərini və oradan nəsə həmin yük avtomobilinə yükləyərək apardıqlarının şahidi olduqlarını bildirmişlər. Bundan sonra, onlar məsələyə aydınlıq gətirilməsi üçün Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə zəng etsələr də, Nuran onların telefon zənglərinə cavab verməmişdir. Ona görə də, MMC-nin rəhbərliyinin məsləhəti ilə həmin dondurulmuş xərçəng məhsullarının oğurlanması barədə polisə təkrar şikayət etmiş və həmin oğurluğun törədilməsində Təqsirləndirilən şəxs şübhələndiklərini bildirmişlər. Aradan bir müddət keçəndən sonra, Təqsirləndirilən şəxs onların işlədikləri ofisə gedib nə səbəbdən polisə şikayət etmələrinə və ondan şübhələndiklərini demələrinə iradını bildirərək onlarla mübahisə etmiş və onlara qarşı kobudluq edərək oradan getmişdir. Onun fikrincə, Təqsirləndirilən şəxs konteynerdən dondurulmuş xərçəng məhsullarını oğurlayan zaman konteynerin qapısının qıfılını sındırıb sonradan eyni formalı qıfılla qapısını bağlamışdır. MMC-ə ümumilikdə 34000 manat ziyan vurulmuşdur. Hüquqi şəxsə vurulmuş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən ondan şikayətçidirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin direktorudur, həmin MMC faktiki ünvan 5 ünvanda icarə götürdüyü qeyriyaşayış sahəsində fəaliyyət göstərir. Həmin MMC-də qida məhsullarının, eləcə də, dondurulmuş dəniz məhsullarının həm topdansatış, həm də, pərakəndə satışını həyata keçirirlər. Onlar bir neçə MMC-dən və mağazadan müxtəlif növ məhsullar, eyni zamanda dondurulmuş dəniz məhsulları alaraq ayrı-ayrı yerlərə satırlar. Dondurulmuş dəniz məhsullarını, o cümlədən dondurulmuş xərçəng məhsullarını isə "xxxx" MMC-dən alaraq nisbətən baha qiymətə satışını həyata keçirirlər. Daha sonra, göstərmişdir ki, 04 oktyabr 2021-ci il tarixdə "xxxx" MMC- nin Azərbaycan Resublikasına idxal etdiyi dondurulmuş xərçəng məhsulları həmin MMC-nin onlara satdığı qiymətdən nisbətən ucuz qiymətə, yəni 1 kiloqramı 25 manatdan təklif olunduğundan, o, MMC-nin rəhbərliyinə zəng edərək bu barədə məlumat vermiş və ona narazılığını bildirmiş, "xxxx" MMC-nin rəhbərliyi həmin dondurulmuş xərçəng məhsullarının "xxxx" MMC-nin anbarından oğurlandığını deyərək ona qəbul etməsini təklif edəndə, onunla razılaşmış və "xxxx" MMC-ə məxsus 100 kiloqram dondurulmuş xərçəng məhsullarını sifariş vermişdir. 05 oktyabr 2021-ci il tarixdə "Krevetka Baku" mağazasının müdiri Şahid6 onun sifarişi əsasında direktoru olduğu MMCə 9 qutuda olmaqla ümumilikdə 90 kq çəkidə "xxxx" MMC-ə məxsus dondurulmuş xərçəng məhsulları göndərmiş və o, hər 1 kiloqrama görə 25 manat olmaqla ümumilikdə 2250 manat pul verib həmin məhsulları ondan almışdır. Bundan sonra, 90 kiloqram çəkidə "xxxx" MMC-ə məxsus dondurulmuş xərçəng məhsullarını alması barədə həmin MMC-nin rəhbərliyinə məlumat vermişdir. Hazırda həmin dondurulmuş xərçəng məhsulları direktoru olduğu "xxxx" MMC-nin anbarında saxlanılır və istintaq orqanına təqdim etməyə hazırdır. Şahid6 yalnız bircə dəfə ona "xxxx" MMC-ə məxsus göstərdiyi çəkidə dondurulmuş xərçəng məhsulları satmışdır, həmin MMC-ə məxsus məhsul satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanda qeyri-yaşayış sahəsi icarəyə götürərək oranı "Krevetka Baku" adı ilə mağaza kimi işlədir. Fəaliyyətlərinə uyğun olaraq ayrı-ayrı yerlərdən, həmçinin "Şirvan- Aran" adlı mağazadan nisbətən ucuz qiymətə dondurulmuş xərçəng məhsullarını alıb nisbətən baha qiymətə sifarişçilərə satırlar və hətta, ayrı-ayrı evlərə çatdırılmasını təmin edirlər. 04 oktyabr 2021-ci il tarixdə "xxxx" MMC-nin direktoru Şahid5 100 kiloqram çəkidə "xxxx" MMC-nin Azərbaycan Respublikasına idxal etdiyi dondurulmuş xərçəng məhsullarını sifariş verdiyindən, o, 05 oktyabr 2021-ci il tarixdə "Şirvan-Aran" adı ilə fəaliyyət göstərən mağazadan 1 kiloqramı 20 manata olmaqla ümumilikdə 2000 manat dəyərində həmin MMC-ə məxsus 100 kiloqram dondurulmuş xərçəng məhsullarını almışdır. Həmin məhsulun 1 qutusu, yəni 10 kiloqramı "xxxx" MMC-ə məxsus məhsul olmadığından, o, "xxxx" MMC-ə məxsus 9 qutuda olmaqla 90 kq çəkidə dondurulmuş xərçəng məhsullarını "xxxx" MMC-ə 1 kiloqramını 25 manatdan olmaqla, ümumilikdə 2250 manata satmışdır. Həmin dondurulmuş xərçəng məhsullarının nə vaxt, haradan, kim və ya kimlər tərəfindən oğurlanması haqqında hər hansı məlumatı yoxdur. O, həmin məhsulları "Şirvan-Aran" adı ilə fəaliyyət göstərən mağazadan alıb verilmiş sifariş əsasında nisbətən baha qiymətə "xxxx" MMC-ə satmışdır. Hazırda icarə əsasında işlətdiyi mağazada "xxxx" MMC-ə məxsus hər hansı məhsul yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanda qeyri-yaşayış sahəsi icarəyə götürərək oranı "Şirvan-Aran" adı ilə mağaza kimi işlədir. Həmin mağazada müxtəlif növ ərzaq və yeyinti məhsullarının, eləcə də, dondurulmuş dəniz məhsullarının həm topdansatış, həm də, pərakəndə satışını həyata keçirir. Təqsirləndirilən şəxs 2 dəfə görsə də, onu tanımır və onunla hər hansı münasibəti olmamışdır. 23 avqust 2021-ci il tarixdə işlədiyi mağazada olan zaman Təqsirləndirilən şəxs ora gedərək onların daimi müştərisi olduğunu və onları tanıdığını deyib onda özünə aid 154 qutuda olmaqla 1540 kq çəkidə dondurulmuş xərçəng məhsullarının olduğunu bildirmiş, həmin məhsulları bazar qiymətindən nisbətən ucuz qiymətə, yəni 1 kiloqramını 15 manata sata biləcəyini demişdir. Həmin Təqsirləndirilən şəxs satmaq istədiyi dondurulmuş xərçəng məhsullarının fotoşəkillərini mobil telefonunda ona göstərdiyindən, baxıb bəyənmiş və həmin dondurulmuş xərçəng məhsullarını ondan ala biləcəyini qeyd etmişdir. Aralarında razılıq əldə olunduqdan sonra, sabahısı gün, yəni 24 avqust 2021-ci il tarixdə, saat 11 radələrində Təqsirləndirilən şəxs tanımadığı şəxsin idarə etdiyi markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı yük avtomobili ilə 154 qutuda olmaqla ümumilikdə 1540 kq çəkidə dondurulmuş xərçəng məhsullarını onun işlətdiyi mağaya aparmış, o, ümumilikdə Təqsirləndirilən şəxs 23100 manat pul verib həmin dondurulmuş xərçəng məhsullarını ondan almışdır. Sonradan, həmin dondurulmuş xərçəng məhsullarının böyük bir qismini ayrı-ayrı yerlərə 18-20 manat civarında satsa da, hazırda icarə əsasında işlətdiyi mağazada 8 bütöv və 1 açıq qutuda olmaqla ümumilikdə 87 kiloqramı qalmışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda yerləşən Dərnəgül tikinti materialları bazarının həyətində icarəyə götürdükləri dəmir qapı sexində malyar işləyir. Təqsirləndirilən şəxs həmin bazarın həyətində yerləşdirilməklə içərisinə dondurulmuş dəniz məhsulları yığılmış "xxxx" MMC-ə məxsus 2 ədəd soyuduculu konteynerə nəzarət etdiyindən və tez-tez ora getdiyindən, 1 ildir ki, onu tanımaqla münasibətləri yaxşıdır. Son aylarda isə Təqsirləndirilən şəxs həmin yerə getməsinin şahidi olmamışdır. Sonra, qeyd etmişdir ki, 2021-ci ilin iyul ayının ortalarında, saat 18 radələrində onunla eyni sexdə dəmirçi işləyən Şahid4 ilə birlikdə sexin qarşısında oturub çay içən zaman kabinəsinin rəngi qırmızı, yük yerinin rəngi isə sarı olmaqla dövlət qeydiyyat nişanına fikir vermədikləri 01 və ya 11 seriyası ilə başlayan özüboşaldan "Kamaz" markalı yük avtomobilinin gedib konteynerlərin qarşısında saxlanıldığını, Təqsirləndirilən şəxs və yük avtomobilini idarə edən tanımadığı sürücünün avtomobildən aşağı düşüb konteynerlərin birinin qapısını açmalarını və oradan nəsə götürüb avtomobilə yükləyərək oradan getmələrinin şahidi olmuş, onlar Təqsirləndirilən şəxs həmin konteynerlərə nəzarət edən şəxs kimi tanıdıqlarından, onların oradan oğurluq etmələrinə şübhə etməmişdir. Aradan bir neçə gün keçəndən sonra, ora gedən 2 şəxs özlərini "xxxx" MMC-nin nümayəndələri kimi təqdim edərək, konteynerlərin birinin içərisindən dondurulmuş xərçəng məhsullarının oğurlanması haqqında bildirəndə, o və Şahid4 gördüklərini onlara danışmışlar. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda yerləşən Dərnəgül tikinti materialları bazarının həyətində icarəyə götürdükləri dəmir qapı sexində dəmirçi işləyir. Təqsirləndirilən şəxs həmin bazarın həyətində qoyulmuş içərisinə dondurulmuş dəniz məhsulları yığılmış "xxxx" MMC-ə məxsus 2 ədəd soyuduculu konteynerə nəzarət etdiyindən və tez-tez ora gəlib-getdiyindən, 1 ildir ki, onu tanımaqla münasibətləri yaxşıdır. Son aylarda isə Təqsirləndirilən şəxs həmin yerə gəlibgetməsinin şahidi olmamışdır. Qeyd edir ki, 2021-ci ilin iyul ayının ortalarında, saat 18 radələrində onunla eyni sexdə malyar işləyən Şahid3 ilə birlikdə sexin qarşısında oturub çay içən zaman kabinəsinin rəngi qırmızı, yük yerinin rəngi isə sarı olmaqla dövlət qeydiyyat nişanına fikir vermədikləri 01 və ya 11 seriyası ilə başlayan özüboşaldan "Kamaz" markalı yük avtomobilinin gəlib konteynerlərin qarşısında saxladığını, Təqsirləndirilən şəxs və yük avtomobilini idarə edən tanımadığı sürücünün avtomobildən aşağı düşüb konteynerlərin birinin qapısını açmalarını və oradan nəsə götürüb avtomobilə yükləyərək oradan getmələrinin şahidi olmuşlar. Onlar, Təqsirləndirilən şəxs həmin konteynerlərə nəzarət edən şəxs kimi tanıdıqlarından, onların oradan oğurluq etmələrinə şübhə etməmişlər. Aradan bir neçə gün keçəndən sonra, ora gələn 2 şəxs özlərini "xxxx" MMC-nin nümayəndələri kimi təqdim edərək, konteynerlərin birinin içərisindən dondurulmuş xərçəng məhsullarının oğurlanması haqqında bildirəndə, o və Elnur gördüklərini onlara danışmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 09 avqust 2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Nərimanov rayonu, Z.Bünyadov prospektində Dərnəgül tikinti materialları bazarında sahədir. Baxış zamanı iki ədəd 12 metr hündürlüyündə olan konteyner müşahidə edildi. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görüşür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də anbar fəhləsi vəzifəsində işləyir. 07 iyun 2021-ci il tarixli, 100 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. “Baxış və götürmə aparılması haqqında” 08 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, baxış aparılan tikili ünvan 9 ünvanda yerləşən "xxxx" MMC-dir. Həmin tikinti ikimərtəbəli olmaqla birinci mərtəbəsi anbar, ikinci mərtəbəsi isə ofis kimi istifadə olunur. Tikilinin ikinci mərtəbəsində yerləşən ofisdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən hər hansı əşya, predmet aşkar edilməmişdir. Anbarın içərisinə keçəndən sonra orada müxtəlif növ əşyaların olması müşahidə edilmişdir. Əşyaların içərisində "xxxx" MMC-yə məxsus hər hansı əşya və məhsul aşkar edilməmişdir. Anbarın içərisinə bir ədəd kondisionerli konteyner qoyulmuşdur. Konteynerin içərisində müxtəlif növ dondurulmuş dəniz məhsulları qoyulmuşdur. Həmin məhsullara baxış zamanı içərisində "xxxx" MMC-yə məxsus möhür əksi olan 09 qutu aşkar olunmuşdur. Həmin qutular açılıb içərisinə baxılanda hər qutununun içərisində sellofanda olmaqla xüsusi qaydada qablaşdırılmış formada və üzərində "xxxx" sözləri yazılmış hər birisi 1 kq olmaqla 10 ədəd içərisində dondurulmuş xərçəng məhsulları olmaqla sellofan bağlama aşkar olunmuşdur. Baxış zamanı Şahid5 ifadəsində göstərdiklərini bir daha təsdiq edərək Şahid6 ona 9 qutuda olmaqla ümumilikdə 90 kq çəkidə dondurulmuş xərçəng məhsullarını satmasını bildirmişdir. Həmin xərçəng məhsullarını iş üçün əhəmiyyət kəsb edəcəyini düşünərək götürərək müvafiq saxlanc yerinə təhvil verilmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Baxış və götürmə aparılması haqqında” 08 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, ünvan 10 ünvanda fəaliyyət göstərən “Şirvan-Aran” mağazasına baxış keçirilmişdir. Baxış zamanı mağazada hər qutuda 10 kq olmaqla ümumilikdə 154 qutuda və 1540 kq çəkidə dondurulmuş xərçəng məhsullarını ona satmış, həmin xərçəng məhsullarının böyük bir hissəsini ayrı-ayrı yerlərə satsa da 8 bütöv qutuda və 1 açıq qutuda olmaqla ümumilikdə 87 kq çəkidə hissəsinin anbarda saxlanıldığı aşkar edilmişdir. Həmin dondurulmuş xərçəng məhsullarının oğurluq yolu ilə əldə edilməsinə güman olduğundan iş üçü əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Fotoşəkillərlə şəxsin tanınmasının aparılması haqqında 09 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaq aparılan ********* nömrəli cinayət işi üzrə zərurət yarandığından 09 oktyabr 2021-ci il tarixdə, saat 09:50 dəqiqədə fotoşəkillərlə şəxsin tanınması aparılmağa başlanılmış, tanınmalı olan fotoşəkil Təqsirləndirilən şəxs məxsus olmaqla, şərti olaraq 2 rəqəmi altında Təqsirləndirilən şəxs soyadlı, adlı, ata adı eyni növdən olan və şərti olaraq 1, 3 və 4 rəqəmi ilə nömrələnmiş vəziyyətdə fotoşəkillər arasında tanıyan Şahid7 təqdim edilərək, ona fotoşəkillərdəki şəxslərdən tanıya bildiyi şəxsi göstərmək və həmin şəxsi məhz hansı əlamətlərinə görə tanıdığını izah etmək təklif olunmuşdur. Tanıyan Şahid7 ona təqdim edilən fotoşəkilləri nəzərdən keçirəndən sonra, sol əliylə 2 rəqəmi ilə nömrələnmiş fotoşəkildəki şəxsi tanıyaraq bildirmişdir ki, həmin şəxsi əvvəllər iki dəfə gördüyü üçün sifətindən tanıyır və məhz Nurlan adı ilə tanıdığı həmin şəxs 24 avqust 2021-ci il tarixdə, saat 11 radələrində 154 qutuda və hər qutuda 10 kiloqram olmaqla ümumilikdə 1540 kiloqram çəkidə dondurulmuş xərçəng məhsullarını mağazasına aparıb ümumilikdə ona 23100 manat pula satmışdır. “Əşyanın tanınmasının aparılması haqqında” 11 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxsin nümayəndəsi Şahid1 ona təqdim edilən məhsulları nəzərdən keçirəndən sonra həmin məhsulların "xxxx" MMC-yə məxsus soyuduculu konteynerdən oğurlanmış dondurulmuş xərçəng məhsulları olduğunu bildirmişdir. “Maddi sübut kimi tanınma haqqında” 11 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid5, Şahid6 və Şahid7 dondurulmuş xərçəng məhsullarını qəbul edən zaman ödədikləri ödənişləri özlərində əks etdirən sənədlər maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 18 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 19 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi yer ünvan 12 ünvanda yerləşən Dərnəgül tikinti materialları bazarının həyətində yerləşdirilmiş "xxxx" MMC-yə məxsus olmaqla anbar kimi istifadə olunan soyuduculu konteynerdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, 2021-ci ilin iyul ayının ortalarında konteyner qapısının bağlandığı qıfılı sındırma yolu ilə içərisinə daxil olaraq orada hər qutuda 10 kq olmaqla, ümumilikdə 1540 kq çəkidə 154 qutu dondurulmuş xərçəng məhsullarını oğurlamışdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Əşyanın tanınmasının aparılması haqqında” 19 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim edilən məhsulları nəzərdən keçirəndən sonra həmin məhsulların "xxxx" MMC-yə məxsus soyuduculu konteynərdən oğurladığı dondurulmuş xərçəng məhsulları olduğunu bildirmişdir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi barədə” 20 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və dərhal saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. “Qətimkan tədbirinin seçilməsi haqqında” 20 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən 15 noyabr 2021-ci il tarixli, 9/7650 nömrəli ekspert rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində Respublika ərazisində fəaliyyət göstərən ticarət mərkəzlərində və xüsusiləşmiş balıq və dəniz məhsullarının satışı şəbəkələrində mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilməyən tədqiq edilən bir kiloqram orta ölçülü və keyfiyyətli, xüsusi polietilen paketlərə qablaşdırılmış dondurulmuş xərçəng məhsulunun, 2021-ci ilin iyul ayına, republikadaxili topdan satış qiyməti nəzəri hesablama yolu ilə şərti olaraq təxminən 10,00 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır. “Maddi sübut kimi tanınma haqqında” 19 noyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqdim olunmuş hər qutuda 10 kiloqram olmaqla 17 ədəd bütöv və içərisində 7 kiloqram olmaqla 1 ədəd açıq qutuda qablaşdırılmış ümumilikdə 177 kiloqram çəkidə dondurulmuş xərçəng məhsulları maddi sübut kimi tanınmış və "xxxx" MMC-yə təhvil verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-96/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilməsi və barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi və tutularaq dərhal həbs edilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması, tutulduqda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasına etap olunması və yerləşdirilməsi, qərarın icrasının Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə həvalə edilməsi və onun icrasına nəzarətin həyata keçirilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənə və o, məhkəməyə gətirilənədək cinayət işi üzrə icraat dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının 11 dekabr 2022-ci il tarixli, xx/xx-6000 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, o cümlədən, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin verdikləri ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan əməlləri törətmədiyinə dair verdiyi ifadəyə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin ifadəsində göstərdiyi xüsusatlar, nəinki, öz təsdiqini tapmamış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərə çəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyi və işdə olan digər sənədlərlə tam təkzib edilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyun 2011-ci il tarixli Qərarında qeyd olunur: «CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir.» Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Şahid7 tanımadığını, ona dondurulmuş xərçəng satmadığını, həmçinin onunla telefonla danışmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin bu ifadəsinə tənqidi yanaşır və həmin ifadənin onun tərəfindən məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilməsi kimi qiymətləndirir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında birbirini tamamlayan sübutlar, o cümlədən zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, fotoşəkillərlə şəxsin tanınmasının aparılması haqqında istintaq hərəkəti protokolu, həmçinin "xxxx" MMC-dən alınmış zənglərin detallaşmasına dair məlumat və cinayət işinin digər materialları ilə tam təqzib edilmişdir. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında "xxxx" MMC-dən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs 23-24 avqust 2021-ci il tarixlərdə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon vasitəsilə müxtəlif vaxtlarda, dəfələrlə Şahid7 istifadəsində olmuş ***-***-**-** mobil nömrə ilə telefon əlaqəsində olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və gənc olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutma altında saxlanıldığı 02 gün müddət cəza müddətinə hesablanmalı, cəza çəkmə müddətinin əvvəli – 07 dekabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Cinayət işi üzrə maddi sübut - hər qutuda 10 kiloqram olmaqla 17 ədəd bütöv və içərisində 7 kiloqram olmaqla 1 ədəd açıq qutuda qablaşdırılmış ümumilikdə 177 kiloqram çəkidə dondurulmuş xərçəng məhsullarının zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə qaytarılması nəzərə alınmalı, Şahid5, Şahid6 və Şahid7 dondurulmuş xərçəng məhsullarını qəbul edən zaman ödədikləri ödənişlərini özlərində əks etdirən sənədlər cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, məhkəmə zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Eyni Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ümumilikdə zərərçəkmiş hüquqi şəxsə 34.000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla yanaşı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 1 kiloqramının qiyməti 10 manat olmaqla 177 kiloqram (cəmi 1770 manat dəyərində) dondurulmuş xərçəng məhsulu ibtidai istintaq zamanı zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-yə qaytarılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilindiyi üçün bu əməllərin törədilməsi ilə əlaqədar mülki iddiaçıya vurduğu maddi ziyan da onun tərəfindən ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mülki iddia qismən təmin olunmalı, maddi ziyana görə 32.230 manat və ödənilmiş dövlət rüsumuna görə 335 manat, cəmi 32.565 manat məbləğində pul təqsirləndirilən şəxs (mülki cavabdeh) - Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 60 iş saatına görə 360 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutma altında saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 07 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut - hər qutuda 10 kiloqram olmaqla 17 ədəd bütöv və içərisində 7 kiloqram olmaqla 1 ədəd açıq qutuda qablaşdırılmış ümumilikdə 177 kiloqram çəkidə dondurulmuş xərçəng məhsullarının zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut - Şahid5, Şahid6 və Şahid7 dondurulmuş xərçəng məhsullarını qəbul edən zaman ödədikləri ödənişlərini özlərində əks etdirən sənədlər cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia qismən təmin edilsin. Maddi ziyana görə 32.230 manat və ödənilmiş dövlət rüsumuna görə 335 manat, cəmi 32.565 manat təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) "xxxx" MMC-nin xeyrinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 60 iş saatına görə 360 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-96/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-96/2022
29.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver