Məhkəmə qərarları › İş №1(005)-97/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-97/2023

15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-97/2023 15.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs X8 iştirakları ilə, xx.xx.1983-cü ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 15 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu “Papanin” adlanan ərazidə olarkən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq 01 ədəd bükümdə, təmiz çəkisi - 0,396 qram narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşımış, 15 oktyabr 2022-ci il tarixdə saat 13:50-də ünvan 2 ünvanın qarşısında Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinin inzibati binasına gətirildikdən sonra, 16-cı PB-nin xidməti otaqlarının birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə, təmiz çəkisi - 0,396 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X13 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 oktyabr 2022-ci il tarixdə saat 10 radələrində “Papanin” adlanan ərazidə olarkən üzdən tanıdığı, adını, soyadını və ata adını, anket məlumatlarını və əlaqə nömrələrini bilmədiyi şəxsdən 10 manata 01 ədəd bükümdə narkotik vasitə heroin əldə edib əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoymuşdur ki, bədənində ağrı olduqda istifadə etsin. Həmin gün saat 13:50 radələrində ünvan 4 ünvanın qarşısında olarkən əvvəllər tanımadığı şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib Nərimanov RPİ-nin 16-cı Polis bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra, polis əməkdaşları ona hərəkətlərindən narkotik vasitə təsiri altında olduğundan şübhələndiklərini deyib özünü təqdim etməsini xahiş etmişlər. O, özünü X4 təqdim etdikdən sonra polis əməkdaşları onlarla bilrlikdə Nərimanov RPİ-nin 16-cı Polis bölməsinin inzibati binasına gəlməsini xahiş etmişlər və o, polis əməkdaşlarının bu təklifilə razılaşmışdır. Polis bölməsinin inzibati binasına gəldikdə xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, eləcə də polis əməkdaşları tərəfindən hüquqlarının müdafiə edilməsi məqsədilə dövlət büdcəsi hesabına müdafiə dəvət edilərək ona təqdim edilmişdir. O, müdafiəçiyə etiraz etməyib onun tərəfindən hüquqlarının müdafiə edilməsinə razı olduğunu polis əməkdaşlarına dedidikdən sonra ona videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparılacağı bildirmişdir. O, polis əməkdaşları ilə razılaşdıqdan sonra xidməti otaqların birində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmazdan öncə ona təklif edilmişdir ki, üzərində qanunla qadağan olunmuş maddə, vasitə, əşya və ya predmet varsa könüllü təqdim etsin. O da polis əməkdaşlarına etiraz etməyib əynində olan qara rəngli gödəkçəmin sağ yan cibindən 01 ədəd içərisində narkotik vasitə heroin olan kağız bükümü çıxarıb masanın üzərinə qoymaqla könüllü olaraq təqdim etmişdir. Bundan sonra, onun üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış aparılmış, lakin üzərindən başqa hər hansı qanunsuz maddə, vasitə, əşya və ya predmet aşkar edilməmişdir. Polis əməkdaşları tərəfindən ondan 01 ədəd bükümdə narkotik vasitə heroini nə vaxt, haradan, kimdən və hansı məqsədlə əldə etdiyi soruşuldaqda, o, polis əməkdaşlarına bildirmişdir ki, narkotik vasitə heroini şəxsi istifadəsi üçün 15 oktyabr 2022-ci il tarixdə saat 10 radələrində “Papanin” adlanan ərazidə olarkən üzdən tanıdığı, adını, soyadını və ata adını, anket məlumatlarını və əlaqə nömrələrini bilmədiyi şəxsdən 10 manat müqabilində əldə edərək üzərində saxlamışdır. Bundan sonra, qeyd etdikləri barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, doğruluğu onun, müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Sonda təqsirləndirilən şəxs X13 törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı PB-nin əməliyyat müvəkkili X11 ifadəsində göstərmişdir ki, 15 oktyabr 2022-ci il tarixdə saat 13:50 radələrində Nərimanov RPİ-nin 16-cı PB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən Nərimanov rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, ev 35 saylı ünvanın qarşısında bir nəfər şəxsin hərəkətlərindən, gözlərinin forması, bədən quruluşu və davranışından narkotik vasitə aludəçisi olduğundan şübhələnib dərhal ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə ona polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra, həmin şəxsdən ad, soyad və ata adını soruşmuşlar, o, rabitəsiz danışmağa və hadisə yerindən yayınmağa başlamışdır. Bu səbəbdən, onlar həmin şəxsi Nərimanov RPİnin 16-cı Polis bölməsinin inzibati binasına dəvət etmişlər və həmin şəxs onların bu təklifi ilə razılaşıb birlikdə bölməyə getməyə razılaşmışdır. Onlar birlikdə Nərimanov RPİ-nin 16cı Polis bölməsinin inzibati binasına gəldikdən sonra həmin şəxsin X13 olması məlum olmuşdur. Bundan sonra, X12 xidməti otaqların birində hüquq və vəzifələri izah edilmiş, eləcə də ona hüquqlarının müdafiə edilməsi məqsədilə dövlət vəsaiti hesabına müdafiəçi dəvət ediləcəyi bildirilmişdir. X13 müdafiəçi dəvət edilməsinə heç bir etiraz etmədikdən sonra onun hüquq və vəzifələrinin müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və dəvət edilmiş vəkil ona təqdim edilmişdir. X13 dəvət edilmiş müdafiəçi tərəfindən hüquq və vəzifələrinin müdafiə edilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra, xidməti otaqda X12 müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş və o, buna etiraz etməmişdir. Şəxsi axtarışa başlamazdan öncə X12 üzərində qanunla qadağan edilmiş əşya, maddə və ya vasitə vardırsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. X13 əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymaqla könüllü olaraq təqdim etmişdir. Bundan sonra, onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən digər qanunla qadağan olunmuş hər hansı maddə, vasitə, əşya və ya predmet aşkar edilməmişdir. X8 təqdim etdiyi 01 ədəd büküm açıldıqda içərisində spesifik iyə malik maddə aşkar edilmişdir. X5 həmin bükümün içərisindəki maddənin nə olması, nə vaxt, haradan, kimdən və hansı məqsədlə əldə etməsi soruşulduqda, o, etiraf edərək bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində olan maddə narkotik vasitə heroindir, həmin narkotik vasitə heroini şəxsi istifadəsi üçün 15 oktyabr 2022-ci il tarixdə saat 10 radələrində “Papanin” adlanan ərazidə olarkən üzdən tanıdığı, adını, soyadını və ata adını, anket məlumatlarını və əlaqə nömrələrini bilmədiyi şəxsdən 10 manat müqabilində əldə edərək üzərində saxlayıb. Bundan sonra, X5 aşkar edilmiş 01 ədəd büküm zərfin içərisinə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğu X13, onun müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Nərimanov RPİ-nin 16-cı PBnin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 14-15-ci vərəqələrində olan “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X13 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 17-18-ci vərəqələrində olan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarışa başlamazdan öncə X12 təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş əşya, maddə və ya vasitə varsa təqdim etsin. X13 əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymaqla könüllü olaraq təqdim etmişdir. Bundan sonra, onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən digər qanunla qadağan olunmuş hər hansı maddə, vasitə, əşya və ya predmet aşkar edilməmişdir. X8 təqdim etdiyi 01 ədəd büküm açıldıqda içərisində spesifik iyə malik maddə aşkar edilmişdir. X5 həmin bükümün içərisindəki maddənin nə olması, nə vaxt, haradan, kimdən və hansı məqsədlə əldə etməsi soruşulduqda, o, etiraf edərək bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində olan maddə narkotik vasitə heroindir, həmin narkotik vasitə heroini şəxsi istifadəsi üçün 15 oktyabr 2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Nəsimi rayonu, “Papanin” adlanan ərazidə olarkən üzdən tanıdığı, adını, soyadını və ata adını, anket məlumatlarını və əlaqə nömrələrini bilmədiyi şəxsdən 10 manat müqabilində əldə edərək üzərində saxlayıb. X5 aşkar edilmiş 01 ədəd büküm zərfin içərisinə qoyularaq qablaşdırılıb 218 nömrəli möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğu X13, onun müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış aparılan zamanı “Panasonic HC- V770” modelli video kamera vasitəsilə çəkiliş aparılmışdır. Cinayət işinin 30A-32-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/5973 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində ...Şübhəli şəxs (imza) Əliyev...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,396 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan - heroindir. Cinayət işinin 60-62-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi, barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 17 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs X13 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Ceyhun Hüseynovun xx.xx.2022-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, X8 barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs X12 qərar elan edilməklə həbsdə saxlanıldığı Nərimanov RPİ-nin X6 dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin 63-64-cü vərəqələrində olan “Qətimkan tədbiri seçilməsi haqqında” 17 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, X8 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 80-81-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsinin Ambulator X1 dair xx.xx.2022-ci il tarixli, 6307 nömrəli rəyindən görünür ki, X9 opioidlərin və psixustimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 85-86-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, X13 əvvəllər məhkum olunmuşdur. Belə ki, o, sonuncu dəfə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 88-93-cü vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2011-ci il tarixli, 1(006)-90/2011 saylı hökmündən görünür ki, X8 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi və ona 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasının başlanğıcının 27 sentyabr 2011-ci il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin 94-103-cü vərəqələrində olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 10 noyabr 2022-ci il tarixli qərardan görünür ki, X8 üzərinə şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünü yaddaşında əks etdirən 01 ədəd CD-R formatlı diskin maddi sübut kimi tanınması və saxlanılması üçün cinayət işinin istintaq materiallarına əlavə edilməsi, X8 üzərindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi - 0,396 qram narkotik vasitə heroinin maddi sübut kimi tanınması və qalıq qalmış - 0,296 qram hissəsinin saxlanılması üçün Nərimanov RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsi qərara alınmışdır. Məhkəmə iclasında X8 üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd CD-R formatlı diskə baxış keçirilərkən X8 əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X13 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs X8 üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,396 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar X8 cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X8 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs X13 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxs X8 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs X8 təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X8 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X12 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, X8 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). İş üzrə maddi sübut olan - X8 üzərinə şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünü əks etdirən 01 ədəd CD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən X8 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs X12 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X8 istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti X8 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X8 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. X8 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,296 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - X8 üzərinə şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünü əks etdirən 01 ədəd CD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 81 (səksən bir) manat X5 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X8 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar