Məhkəmə qərarları › İş №1(005)-97/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-97/2025

06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-97/2025 06.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:00 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Dəvəçi şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında kirayədə yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 9,39 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, üzərində saxlayıb, özü ilə Bakı şəhəri Nərimanov rayonu, Keşlə dəmiryolu stansiyasının ərazisinə daşımış, X6 Polis İdarəsinin X4 Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində 09 may 2024-cü il tarixdə saat 03:00-də Bakı şəhəri, Nərimanov rayonu, Keşlə dəmiryol stansiyasında saxlanılaraq, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 3 ünvanda yerləşən X4 Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 04:15-də üzərinə şəxsi axtarış keçirilən zaman əlində saxladığı qara rəngli əl çantasının içərisində 01 (bir) ədəd kibrit qutusunun içində xeyli miqdarda, təmiz çəkisi 9,39 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabpis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün ibtidai istintaq və məhkəmə baxışında verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək, bildirmişdir ki, uzun müddətdir narkotik vasitə olan marixuanadan istifadə edir. 02 may 2024-cü il tarixdə Bakı şəhəri Nizami rayonu Q.Qarayev metrostansiyasının yaxınlığında yerləşən “Ruslan” marketin arxasında olan vaxt tanımadığı bir nəfər şəxslə rastlaşmışdır. Həmin şəxsə özü üçün marixuana təşkil etməsini istəmişdir. Bundan sonra ona 30 (otuz) manat məbləğində pul vermişdir. Təxminən 20 dəqiqə sonra tanımadığı şəxs onun yanına gələrək içərisində yaşıl rəngli ot kütləsi olan 01 (bir) ədəd kibrit qutusunu ona vermişdir. Bundan sonra ondan ayrılıb uzaqlaşmışdır. 09 may 2024-cü il tarixdə saat 03:00 radələrində Nərimanov rayonu ərazisində olan vaxt Keşlə dəmir yolu stansiyasının ərazisinə gəlmişdir ki, buralarda gəzib gediş-gəliş az olan bir yerdə marixuananı çəkmək yolu ilə qəbul etsin. Bu zaman stansiyanın ərazisində 3 (üç) nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Biləcəri X9 əməkdaşları olduqlarını deyib onu üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqlarından şübhələndiklərini bildirmişlər. O, isə əvvəlcə üzərində narkotik vasitə olmadığını desə də, polis əməkdaşları inanmayaraq bunu yoxlamaq üçün onu X11 Şöbəsinə dəvət etmişlər. Biləcəri XPŞ-də iştirakçıların və dövlət vəsaiti hesabına təyin olunmuş vəkilin iştirakları ilə şəxsi axtarış aparmışlar. Axtarış video çəkilişlə aparılmışdır. Axtarış zamanı əlində olan qara rəngli əl çantasında saxladığı içərisində yaşıl rəngli ot kütləsi olan 01 (bir) ədəd kibrit qutusunu təqdim etmişdir. Bundan sonra isə ondan aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib olunmuş ,imzalarla doğruluğunu təsdiq etmişlər. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təziqlər göstərilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən ona təyin olunmuş cəzası övladının 14 yaşına çatanadək təxirə salınmışdır. Hazırda Quba Rayon Məhkəməsinin qərarına əsasən ona təyin edilmiş cəza azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuşdur. Son olaraq törətdiyi əməldən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş Biləcəri stansiyası XPŞ-nin Cinayət Axtarış Bölməsinin rəisi Şahid1 ifadəsində göstərmişdir ki, “Sahilə” adlı şəxsin Bakı şəhəri, Nərimanov rayonu, Keşlə dəmir yolu stansiyasının ərazisinə gəlməsi, onun üzərində narkotik vasitəni qanunsuz olaraq üzərində saxlaması və istifadəsində şübhəli olması barədə qərəzsiz mənbədən məlumat daxil olmuşdur. «Sahilə» adlı şəxsin cinayət əməlini ifşa edib yaxalanması məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri dəmir yolu stansiyasının ərazisində «Təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsinə dair» qərara əsasən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri özü, qrup üzvləri isə DYNPİ-nin Biləcəri stansiyasında XPŞ-nin Keşlə stansiyasında XPM-nin rəisi polis baş leytenantı Şahid3 və DYNPİ-nin NMQ-nun əməliyyat müvəkkili polis kapitanı Şahid2 qrup üzvləri təyin edimişlər. Məlumatda göstərilən şəxsi müəyyən etmək üçün elə həmin gün tədbirlərə başlamışlar. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində “Sahilə” adlı şəxs müəyyən edilərək 09 may 2024-cü il tarixdə saat 03:00-də Bakı şəhəri, Nərimanov rayonu, Keşlə dəmir yolu stansiyasının ərazisində tərəfimizdən saxlanılaraq, saat 03:25-də DYNPİ-nin X4 Polis Şöbəsinin növbətçi hissəsinə gətirilmişdir. X4 Polis Şöbəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və Biləcəri stansiyasının növbətçi hissəsində saat 04:15-də Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman onun əlində saxladığı qara rəngli əl çantasının içərisindən 01 (bir) ədəd “Rothmans” markalı siqaret, 01 (bir) ədəd qara rəngli alışqan, 35 (otuz beş) manat məbləğində pul və 01 (bir) ədəd içərisində yaşıl rəngli ot kütləsi olan kibrit qutusu aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş yaşıl rəngli ot kütləsi “nəşə” adlandırılan narkotik vasitə “marixuana”dır. Şəxsi istifadəsi üçün əldə etmiş və üzərində saxlamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək qeyd olunan fakları bir daha təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq Şahid2 məhkəmə iclas zalına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdir. Şahid2 ibtidai istinaq zamanı verdiyi ifadəsi elan edilmişdir və digər şahidlər Şahid1 və Şahid3 ifadəsi ilə eyni məzmunlu olmaqla təqsirləndirilən şəxsin bildirdiklərini təsdiq etmişdir. Məhkəmədə tədqiq edilmiş “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 09 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə haqqında” 09 may 2024-cü il tarixli protokoldan və işə əlavə edilmiş DVD disklərə baxış keçirilərkən aydın olmuşdur: 09 may 2024-cü il tarixdə saat 03:00 radələrində Biləcəri st.XPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz əldə etmə, daşıma və saxlamada şübhəli bilinən Təqsirləndirilən şəxs saxlanılaraq saat 03:25 radələrində Biləcəri st.XPŞ-nə gətirilmiş və iştirakçılar elan olunduqdan sonra saat 04:15-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərində daşınması qadağan olunmuş qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əlində saxladığı qara rəngli əl çantasının içərisindən 1 (bir) ədəd “Rothmans” markalı siqaret, 1 (bir) ədəd qara rəngli alışqan, 35 (otuz beş) manat məbləğində pul və 1 (bir) ədəd içərisində yaşıl rəngli ot kütləsi olan kibrit qutusu aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş yaşıl rəngli ot kütləsi “nəşə” adlandırılan narkotik vasitə “marixuana”dır. Həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nizami rayonu Q.Qarayev metrostansiyasmın yaxınlığında yerləşən “Ruslan” marketin arxasında olan zaman tanımadığı və adını bilmədiyi şəxsdən, 30 (otuz) manat müqabilində əldə etmiş və özü istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyi qara rəngli əl çantasının içərisində saxladığını bildirmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının 09 may 2024cü il tarixli 3-16-16/2-7/717 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsi DYNPİ-nin X11 Şöbəsi Zərflər üçün» dairəvi möhür əksləri olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs ”imza” və digər yazı, ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 9,39 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır Məhkəmədə tədqiq olunan “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” 10 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan “Maddi sübut kimi tanımaq haqqqında” 15 may 2024-cü il tarixli qərardan görünür ki, 09 may 2024-cü il tarixli video görüntüləri olan 02 ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunan “Maddi sübut kimi tanımaq və saxlanılması üçün verilməsi hqaaında” 24 may 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı götürülmüş ümumi xalis çəkisi 9,39 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 9,34 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana saxlanması üçün DYNPİ-nin maddi sübutların saxlanılması anbarına verilmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.1və 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 04 il 08 ay 24 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 79-cu maddəsi tətbiq olunaraq azadlıqdan məhrumetmə cəzasının çəkilməsi xx.xx.2010-cu il təvəllüdlü uşağı 14 yaşına çatanadək təxirə salınmışdır. Məhkəmədə tədqiq olunan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-223/2024 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci il tarixdən 03 mart 2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 06 (altı) gün ona təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərindən qəti olaraq 04 (dörd) il 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79-cu maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs azyaşlı oğlu 13 iyul 2010-cu il təvəllüdlü X2 14 (on dörd) yaşına çatanadək Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası təxirə salınmışdır. Məhkəmədə tədqiq olunan Quba Rayon Məhkəməsinin 7(027)-15/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-223/2023 saylı, 03 mart 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 04 (dörd) il 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə, yəni 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Məhkəmədə tədqiq olunan Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkmədə tədqiq olunan Azərbaycan Respublika Narkoloji X8 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamanın 24 may 2024-cü il tarixli 3666 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannobinoidlərin və psixostimolyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkmədə tədqiq olunan Quba Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Quba Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alınmış və o, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 05 (beş) ay 28 (iyirmi səkkiz) gün hissəsini çəkmişdir. 02 (iki) il 02 (iki) gün çəkilməmiş cəzası qalmışdır. Məhkmədə tədqiq olunan elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X2 daında bir övladı var. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü hissəsində qeyd olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ siyahının 109-cu qrafasına əsasən təmiz halda 5 qram qurudulmuş marixuana (kannabis) şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana (kannabis) təmiz çəkisi 9,39 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. CM-in 79.5-ci maddəsinə əsasən şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzaçəkmənin təxirə salınmasını ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini xx.xx.2024-cü il tarixdə, yəni Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-223/2023 saylı, xx.xx.2023-ci il tarixli hökmü ilə ona təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının 04 (dörd) il, 08 (səkkiz) ay, 24 (iyirmi dörd) gün hissəsinin CM-in 79cu maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs azyaşlı övladının 14 (on dörd) yaşına çatanadək təxirə salınması dövründə törətdiyindən cəzanın təxirə salınması ləğv edilməklə ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan bir övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlini etiraf edərək peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Təqsirləndirilən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 223/2023 saylı, xx.xx.2023-ci il tarixli hökmü ilə təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu hazırki cinayət əməlini törədərkən ödənilməmişdir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına, onun fərdi xüsusiyyətləri və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-223/2023 saylı hökmü ilə təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının, çəkilməmiş 04 (dörd) il, 08 (səkkiz) ay, 24 (iyirmi dörd) gün hissəsi ləğv edilməli, həmin cəza hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti cəza müəyyən edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(027)-15/2024 saylı qərarı ilə cəza çəkdiyi və hazırki iş üzrə tutulduğu müddət ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsetməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli 2 nömrəli Qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 114-cü maddələrinə müvafiq olaraq xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, habelə cinayətlərin residivi zamanı (əgər məhkum əvvəllər azadlıqdan məhrum növündə cəza çəkmişsə) və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Qalan hallarda isə (CM-in 56.2-ci maddəsində göstərilən qaydada həbsxanada cəzaçəkməyə məhkum edilmiş qadınlar istisna olmaqla) azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş qadınlara (ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş, məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən qadınlar istisna olmaqla) ümumi rejimli cəzaçəkmə müəssisəsi təyin edilir. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Cinayət işində maddi sübut X6 Polis İdarəsinin saxlancına təhvil verilmiş 9,34 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Cinayət işinin materiallarında olan - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 02 (iki) ədəd DVD disk cinayət işinə əlavə edilərək saxlanmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Bakı şəhəri 20 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat və bu sahədə qanunvericiliyə edilmiş dəyişikliyin qüvvəyə mindiyi tarixdən sonrakı müddət üzrə 11 (on bir) manat hesab edilməklə, ümumilikdə 50 (əlli) iş saatına görə 350 (üç yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərci və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə 01 (bir) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ağır Cinayətlər Məhkəməsinin 1(101)-223/2023 saylı, xx.xx.2023-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 04 (dörd) il, 08 (səkkiz) ay, 24 (iyirmi dörd) gün hissəsinin təxirə salınması ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsi tətbiq edilməklə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-223/2023 saylı, xx.xx.2023-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanın təxirə salınmış 04 (dörd) il, 08 (səkkiz) ay, 24 (iyirmi dörd) gün hissəsi bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs çəkilməsi üçün 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin olunsun. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün (xx.xx.2024xx.xx.2024) müddət və Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(027)-15/2024 saylı qərarı ilə cəzanın çəkilmiş 03 (üç) ay, 07 (yeddi) gün hissəsi ona təyin olunmuş cəzadan çıxılsın Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 (dörd) il, 08 (səkkiz) ay, 21 (iyirmi bir) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 06 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - X6 Polis İdarəsinin saxlancına təhvil verilmiş 9,34 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 02 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 06 (altı) manat və bu sahədə qanunvericiliyə edilmiş dəyişikliyin qüvvəyə mindiyi tarixdən sonrakı müddət üzrə 11 (on bir) manat hesab edilməklə, ümumilikdə 50 (əlli) iş saatına görə 350 (üz yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar