Məhkəmə qərarları › İş №1(005)-98/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-98/2021

30.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-98/2021 30.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1969-cu ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, Ağdaş şəhəri, Məşhəd küçəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.1981-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, orta təhsilli, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 3vanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 7,657 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, 09.09.2020-ci il tarixdə saat 17:20-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli 75 ünvanın yaxınlığında saxlanılaraq Nərimanov RPİ-nin 16-cı PB-nə gətirilmiş, PB-də Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən qəhvəyi rəngli kağıza bükülmüş 2 büküm olmaqla çəkiləri 2,374 qram və 5,283 qram olan, ümumi çəkisi 7,657 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 25,981 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, 09.09.2020-ci il tarixdə saat 17 radələrində ünvan 6 ünvanında yerləşən “Ərzurum” restoranının qarşısında həmin qurudulmuş marixuanın 7,657 qram hissəsini tanışı Təqsirləndirilən şəxs2 20 manata satmış, 09.09.2020-ci il tarixdə saat 20:00-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri, Nəsimi rayonu A.Mustafayev küçəsi ilə A.Məhərrəmov küçələrinin kəsişməsində saxlanılaraq Nərimanov RPİ-nin 16-cı PB-nə gətirilmiş, PB-də üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən qəhvəyi rəngli kağıza bükülmüş 18.324 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 09.09.2020-ci il tarixdə təxminən saat 15 radələrində tanışı Təqsirləndirilən şəxs1 nömrəsinə zəng vurmuş və Turaldan onun üçün narkotik vasitə olan qurudulmuş marixuana təşkil etməyini xahiş etmişdir. Tural ona maraqlanıb xəbər edəcəyini bildirmişdir ki, təxminən 15-20 dəqiqə sonra Tural zəng vuraraq onun üçün bükümü 10 manata qurudulmuş marixuana tapa biləcəyini demişdir. O, Turalla razılaşmış və onun üçün 2 büküm qurudulmuş marixuana təşkil etməyini xahiş etmişdir. Turalla Nəsimi rayonu, ərazisində yerləşən “Ərzurum” restoranının qarşısında görüşmək barədə razılaşmışdır. 09.09.2020-cil tarixdə təxminən saat 17 radələrində “Ərzurum” restoranın qarşısına getmişdir. Təxminən bir neçə dəqiqə sonra Tural idarə etdiyi “Mercedes” markalı avtomobillə “Ərzurum” restoranın qarşısına gəlmişdir. Tural idarə etdiyi avtomobildən düşərək onun idarə etdiyi avtomobilə əyləşmiş və ona avtomobilin içərisində 2 büküm marixuananı vermişdir. Bundan sonra Tural çıxıb getmişdir. O, isə oradan idarə etdiyi avtomobillə Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsinə getmiş və avtomobili küçədə saxlayaraq piyada bacısıgilin yaşadığı evə doğru getməyə başlamışdır. Bu zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişdirlər, polis əməkdaşları ondan ad və soyadını soruşmuşlar. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ona bildirmişdirlər ki, onun narkotik vasitə əldə edib saxlamağı və daşımağı barədə məlumatları vardır və bu məlumatın yoxlanılması üçün o, onlarla birlikdə Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə getməlidir. O, etiraz etmədən polis işçiləri ilə birlikdə 16-cı Polis Bölməsinə getmişdir. Polis bölməsinə gəldikdən sonra xidməti otaqlardan birində polis əməkdaşları ona bildirmişdirlər ki, onun üzərinə şəxsi axtarış keçiriləcək. Daha sonra polis əməkdaşlarının və vəkilin iştirakı ilə video çəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl polis əməkdaşları ondan üzərində qanunsuz əşya olub-olmadığını soruşmuşlar və həmin əşyaları təqdim etməyi təklif etmişlər. Onun üzərində narkotik vasitə olan qurudulmuş marixuana bükümləri olduğundan, həmin bükümləri gizlətmək imkanı olmadığından əynində olan göy rəngli cins şalvarın sol yan cibindən kağıza bükülmüş içərisində qurudulmuş marixuana olan 02 ədəd bükümü çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 19 (on doqquz) manat nağd pul, özünə məxsus şəxsiyyət vəsiqəsi, sol yan cibindən isə özünə məxsus 1 ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Bundan başqa onun üzərindən heç bir əşya və maddə aşkar edilməmişdir. Ondan aşkar edilərək götürülmüş içərisində narkotik vasitə olan bükümlər zərfə qoyulub üzəri möhürlənmiş, həmin zərfin üzəri o və iştirakçılar tərəfindən imzalanmışdır. Onun üzərinə şəxsi axtarışla əlaqədar polis əməkdaşları tərəfindən protokol tərtib olunmuş, protokol o və axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. Bir daha bildirir ki, narkotik vasitəni Təqsirləndirilən şəxs1 almışdır. Təqsirləndirilən şəxs1 narkotik satışı ilə məşğul olduğunu təsdiqləmir, sadəcə olaraq Turala zəng etmiş və ona narkotik tapmasını xahiş etmişdir. Əvvəlki verdiyi ifadəsində çaşıb 20 manat qeyd etdiyini, lakin Turala 15 manat pul verdiyini bildirmişdir. Sonda Təqsirləndirilən şəxs2 törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Həsrətə heç nə satmamışdır. Ərzurum restoranının yanında onların görüşləri olsa da, Həsrətin həmin gün ona 3 dəfə zəngi də olmuşdur. Hətta yanlarında bir neçə nəfər də olmuşdur. Həmin gün ərzində Həsrət ona 3 dəfə zəng vurmuş, birinci zəngində o, Yasamal rayonunda maşınını cərimə meydançasına aparmışlar, o da maşınını götürmək üçün oraya getmişdir. Həsrətin həmin gün rayondan çantası gəlməli idi. Bakı-Ağdaş arası taksi sürücülüyü ilə məşğul olduğu üçün bir neçə gün qabaq da Həsrətin qardaşı zəng vurmuşdur ki, ailəsini rayondan gətirsin. Bundan qabaq o, Həsrətə rayondan çanta gətirmişdir. İçində nə olub-olmadığı barəsində məlumatı olmamışdır. Ancaq sonuncu dəfə çantasının gətirməyini xahiş etsə də o, bundan imtina etmişdir. Həmin günkü görüşləri isə maşını restoranın yanına çatanda xarab olduğu üçün yaxınlıqdakı maşın servisinə getmiş və Həsrətlə də orada görüşmüşdür. Ancaq ona heçnə verməmişdir. Daha sonra onu Asif Məhərrəmov küçəsi ilə A.Mustafayev küçəsinin kəsişməsində saxladılar. Onun üzərində heç bir narkotik vasitə olmamışdır. Üzərinə tutulanda da, bölməyə gətiriləndə də fasilələrlə bir neçə dəfə baxış keçirilmişdir. Bölmədə üzərinə baxış keçirilərkən Həsrət də orda olmuşdur. Baxış zamanı maşınına da baxılıb və oradan da heçnə aşkar edilməmişdir. İttihamla razılaşmır, üzərindən heç bir narkotik vasitə çıxmamışdır. Həsrətlə onun tutulmağı arasında müəyyən qədər fərq olmuşdur. Həsrət tutulanda qardaşı ona zəng edib 20 dəqiqə qabaq xəbər vermişdir. Əgər üstündə narkotik vasitə olsaydı onu həmin dəqiqə tullayardı. Sonda Təqsirləndirilən şəxs1 təqsirsiz olduğu üçün ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 09 sentyabr 2020-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs2 Nərimanov rayonu ərazisində narkotik vasitələri qanunsuz olaraq üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə tərəfindən Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə raportla məruzə olunub icazə alındıqdan sonra, “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar qəbul olunmuşdur. Bundan sonra qeyd olunan əməliyyat-axtarış tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılaraq əməliyyataxtarış tədbiri keçirilmişdir. Belə ki, 09 sentyabr 2020-ci il tarixdə saat 17:20 radələrində əməliyyat qrupunun digər üzvləri ilə birlikdə Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 75 ünvanının qarşısında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 saxlanılaraq Nərimanov RPİ-nin 16-cı PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsindən ötrü dəvət edilmiş müdafiəçi Təqsirləndirilən şəxs2 təqdim edildikdən sonra, həmin şəxsin üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərində qanunsuz əşya olub-olmadığı soruşulmuş, əgər vardırsa həmin əşyaları könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 19 manat nağd pulu, özünə məxsus şəxsiyyət vəsiqəsini, sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu və 2 ədəd qəhvəyi rəngli kağız bükümləri çıxardaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 2 ədəd kağız bükümlərin içərisinə baxış keçirilmişdir. Həmin bükümlərin içərisində tünd yaşıl rəngli kəskin iyə malik narkotik vasitə olan marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin bükümlər içərisindəki maddə ilə birlikdə zərfə qoyularaq qablaşdırılmış və qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, təqdim etdiyi bükümlərin içərisindəki maddələr narkotik vasitə olan marixuanadır, o, həmin marixuananı öz istifadəsi üçün tanışı Təqsirləndirilən şəxs1 adlı şəxsdən 09 sentyabr 2020-ci il tarixdə Nəsimi rayonu ərazisində yerləşən “Ərzurum” şadlıq sarayının qarşısında 20 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. Protokol Təqsirləndirilən şəxs2 və şəxsi axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. 09.09.2020-ci il tarixdə tərəflərindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitəni satan şəxs Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs1dur. Təqsirləndirilən şəxs1 cinayət əməlinin ifşa edilməsindən ötrü əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə tərəfindən Baş Narkotiklərlə Mübariz İdarəsinin rəhbərliyinə raportla məruzə olunub icazə alındıqdan sonra, tərəfindən “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar qəbul olunmuşdur. Bundan sonra qeyd olunan əməliyyat-axtarış tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılaraq əməliyyataxtarış tədbiri keçirilmişdir. Belə ki, 09.09.2020-ci il tarixdə saat 20:00 radələrində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Nəsimi rayonu, A.Mustafayev küçəsi ilə A.Məhərrəmov küçələrinin kəsişməsində idarə etdiyi “Mercedes” markalı avtomobilin yanında saxlanılaraq, avtomobili ilə birlikdə Nərimanov RPİ-nin 16-cı PB-nə gətirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsindən ötrü dövlət hesabına müdafiəçi təyin edilmişdir. Dəvət edilmiş müdafiəçi Təqsirləndirilən şəxs1 təqdim edildikdən sonra, sonuncu şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs1 üzərinə keçiriləcək şəxsi axtarış zamanı video çəkilişin aparılmasına razı olmadığını bildirdiyi üçün, şəxsi axtarış dəvət olunmuş hal şahidlərinin iştirakı ilə keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərində qanunsuz əşya olub-olmadığı soruşulmuş, əgər vardırsa həmin əşyaları könüllü təqdim etmək təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs1 üzərində qanunla gəzdirilməsi qadağan olunan hər hansı bir maddə olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməyə başlanılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan cins şalvarının sol yan cibindən 1 ədəd avtomobil açarı, özünə məxsus sürücülük vəsiqəsi, 2 ədəd mobil telefon, 1 ədəd qəhvəyi rəngli kağız büküm aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 üzərindən iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş qəhvəyi rəngli kağız bükümə baxış keçirilmişdir. Baxış zamanı həmin bükümün içərisində narkotik maddə olan marixuanaya bənzər, qurudulmuş halda, yaşıl rəngli kəskin iyli maddə olması müəyyən edilmişdir. Həmin büküm içərisindəki maddə ilə birlikdə zərfə qoyularaq qablaşdırılmış və qablaşdırmanın üzəri Təqsirləndirilən şəxs1 başqa digər iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş içərisində maddə olan bükümün ona məxsus olmadığı, Təqsirləndirilən şəxs2 tanıdığını, lakin ona heç bir narkotik maddə satmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarışla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. Protokol Təqsirləndirilən şəxs1 başqa şəxsi axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış keçirilərək protokol tərtib edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən iş üçün əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində təkrar dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 əvvəlki ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 09 sentyabr 2020-ci il tarixdə axşam saatlarında Nərimanov rayonu metronun “Gənclik” stansiyasının yanında olduğu zaman iki nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduğunu bildirmişdirlər və ondan Polis Bölməsinə şübhəli şəxs kimi gətirilmiş bir nəfər şəxsin üzərinə şəxsi axtarış keçirilməsində hal şahidi qismində iştirak etməyini xahiş etmişdirlər. O, etiraz etmədən polis əməkdaşlarının təklifi ilə razılaşmış və həmin polis əməkdaşları ilə birlikdə Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə getmişdir. Hal şahidi kimi iştirak etmək üçün ondan başqa bir nəfər də dəvət olunmuşdur. Polis bölməsində Təqsirləndirilən şəxs1 üzərinə axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərində qanunsuz əşya olub-olmadığı soruşulmuş, əgər vardırsa həmin əşyaları könüllü təqdim etmək təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs1 üzərində qanunla gəzdirilməsi qadağan olunan hər hansı bir maddə olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan cins şalvarının sol yan cibindən 1 ədəd avtomobil açarı, özünə məxsus sürücülük vəsiqəsi, 2 ədəd mobil telefon, 1 ədəd qəhvəyi rəngli kağız büküm aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 üzərindən iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş qəhvəyi rəngli kağız bükümə baxış keçirilmişdir. Baxış zamanı həmin bükümün içərisində qurudulmuş halda, yaşıl rəngli kəskin iyli maddə olması müəyyən edilmişdir. Həmin büküm içərisindəki maddə ilə birlikdə zərfə qoyularaq qablaşdırılmış və qablaşdırmanın üzəri Təqsirləndirilən şəxs1 başqa digər iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş içərisində maddə olan bükümün ona məxsus olmadığını, Təqsirləndirilən şəxs2 tanıdığını, lakin ona heç bir narkotik maddə satmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib olunmuşdur. Protokol Təqsirləndirilən şəxs1 başqa şəxsi axtarışda iştirak etmiş digər şəxslər tərəfindən imzalanmışdır. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış keçirilərək protokol tərtib edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildən iş üçün əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 digər Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Azərbaycan Respublikası DİNin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda Şahid2 məhkəməyə teleqram vuraraq məhkəmə iclasında iştirak edə bilmədiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, hadisə baş verən günü bacısı ona zəng edib məlumat vermişdir ki, Həsrəti polislər saxlayıb. O Xırdalanda yaşayır. Xəbəri alan kimi Turala zəng etmişdir ki, Turalın qardaşı Qorxmazın hüquqdan anlayışı var, ondan maraqlanmaq istəyir ki, Həsrəti polislər niyə saxlamışlar. Turalda ona demişdir ki, o “üçün kruqu” adlanan yerdədir, qardaşı Qorxmaz da Şamaxinkadadır. Şamaxinkadan qardaşı Qorxmazı götürüb Turalın yanına getməyini ona demişdir. O da Qorxmazı götürüb Turalgilin yanına gəlmişdir. Bir qədər dayanıb baş verən hadisə barədə müzakirə edirdilər. Birdən mülki geyimdə 5-6 nəfər onlara yaxınlaşıb Turalı tutmuşlar, onların da hamısının üstünü axtaracaqlarını bildirmişlər. O, orada heç kimin üstündən nəsə çıxdığını görməmişdir. Ondan sonra da Turalı həmin şəxslər aparmışlar. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirdi ki, təqsirləndirilən şəxslərin hər ikisini də tanıyır. Rayonda hər kəs bir-birini yaxşı tanıyır. Heç biri ilə düşmənçilik və ədavəti yoxdur. Münasibətləri normaldır. Turalın saxlanıldığı gün o da həmin yerdə olmuşdur. Hadisədən bir neçə saat qabaq Turalla Ağdaş rayonuna getmək üçün əlaqə saxlamışdır. “Üçün kruqu” adlanan yerə, Turalgilin yanına getmişdir. Oraya çatıb söhbətləşəndə aradan bir az keçmişdir ki, Həsrətin qardaşı Turala zəng edib Həsrətin polis əməkdaşları tərəfindən saxlanıldığını demişdir. Tural da Yusifə geri zəng edib qardaşı Qorxmazı götürüb onların yanına gəlməsini demişdir. Onlar həmin yerə gələndən sonra qərara almışlar ki, Həsrətin arxasınca getsinlər. Lakin bir az keçmiş bir neçə nəfər onlara yaxınlaşmışdır. Özlərini təqdim edib üzərilərinə baxış etməli olduqlarını bildirmişlər. Baxış keçiriləndən sonra da Turalı polis əməkdaşları maşına mindirib apardılar. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirdi ki, o Təqsirləndirilən şəxs1 doğma qardaşıdır. Hadisə baş verən gün Tural ona zəng etmişdir ki, Həsrəti həbs ediblər və Həsrətə kömək etmək lazımdır. Turaldan harada olduğunu soruşanda “üçün kruqu” adlanan yerdə olduğunu bildirdi. Tural ona bildirdi ki, Həsrətin qardaşı Yusif onu götürüb Turalın olduğu yerə gətirəcək. O, həmin vaxt Şamaxinka adlanan yerdə “KapitalBank”ın yanında idi. Yusif həmin yerdən onu götürüb avtomobildə gedərkən, o yolda Yusifdən maraqlanmışdır ki, Həsrəti nə səbəbə həbs ediblər. Yusif isə ona cavab vermişdir ki, Həsrəti narkotik məsələsinə görə tutublar. Turalgilin yanına çatdıqdan sonra, üstündən iki dəqiqə keçməmiş beş-altı nəfər polislər gəldi və Turalı arxadan tutdular. Sonra polislər onların üst-başını yoxladılar. Onların üstündən qeyri-qanuni heç bir əşya çıxmadı. O, həmin polis əməkdaşlarından birini tanımışdır. Belə ki, bir müddət əvvəl o, bir nəfər tanışının Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmasının qarşısını almışdır və hesab edir ki, həmin idarənin əməkdaşları onun heyifini qardaşı Turaldan alırlar. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı X6 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs1la əvvəllər heç bir tanışlığı olmamışdır. Təqsirləndirilən şəxs1 09.09.2020-ci il tarixdə tərəfindən aparılmış prossesual sənədləşmə zamanı tanımışdır. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirildikdən sonra şəxsin izahatı alınmış və Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, narkotik vasitəni Təqsirləndirilən şəxs1 adlı şəxsdən almışdır. Bununla bağlı tərəfindən Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisinə raportla məruzə olunmuşdur. Təqsirləndirilən şəxs2 izahatı alındıqdan dərhal sonra Təqsirləndirilən şəxs1 adlı şəxs cinayət törətməkdə şübhəli olduğu üçün barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul olunmuş və həmin qərar əsasında saxlanılıb Baş idarəyə gətirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs1 üzərinə keçiriləcək şəxsi axtarış zamanı video çəkilişin aparılmasına razı olmadığından, şəxsi axtarış dəvət olunmuş hal şahidlərinin iştirakı ilə keçirilmişdir. Qeyd edir ki, Cinayət Prossesual Məcəlləsinə uyğun olarq şəxsin izahatı alınarkən video çəkilişin aparılmasının məcburiliyi göstərilmədiyindən və Təqsirləndirilən şəxs1 tərəfindən də çəkiliş aparılmasından imtina edildiyinə görə, heç bir çəkiliş aparılmamışdır. Şəxsin narkotik vasitəni haradan əldə etməsinin mənbəyinin müəyyən edilməsi ilə bağlı sonrakı prossesual hərəkətlər müstəntiq tərəfindən araşdırılmışdır. Yalnız istintaqa qədər olan prossesual hərəkətləri o həyata keçirmişdir. İşin sonrakı gedişatı ilə bağlı heç bir məlumatı yoxdur. Cinayət işinin İ cildinin 21-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 09 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 09 sentyabr 2020ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Tutmanın əvvəli 09 sentyabr 2020-ci il tarixdə saat 17:20-dən hesablanmışdır. Cinayət işinin İ cildinin 28-29-cu vərəqələrində olan “Şəxsi axtarış və götürmə haqqında” 09 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı X6 Azərbaycan Respublikası CPM-in 51, 86, 242-247-ci maddələrinin tələblərinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələri üzərində saxlayaraq gəzdirməsi barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs2 ünvan 7 ünvanının qarşsında saxlaılmış və Nərimanov RPİ-nin 16cı PB-yə gətirilərək istintaq tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış 09 sentyabr 2020-ci il tarixdə saat 18:45-də başlanıldı. Şəxsi xtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində qanunla gəzdirilməsi qadağan olunan maddə olduğunu bildirərək əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 19 (on doqquz) manat nağd pulu, özünə məxsus şəxsiyyət vəsiqəsini, sol yan cibindən isə özünə məxsus 1 ədəd “Samsung” markalı mobil telefonu və 2 (iki) ədəd qəhvəyi rəngli kağız bükümləri təqdim etdi. Təqsirləndirilən şəxs2 təqdim etdiyi əşyalardan əlavə üzərində qanunla qadağan olunmuş heç bir əşya və ya predmet olmadığını bildirdi. Bundan sonra istintaq tərəfindən Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarının yan və arxa ciblərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı iş üzrə iş üzrə əhəmiyyət kəsb edə biləcək heç bir əşya və ya predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs2 məxsus pul özünə geri qaytarıldı. Sonuncuya məxsus şəxsiyyət vəsiqəsi və “Samsung” markalı mobil telefonu iş üzrə əhəmiyyət kəsb etdiyi üçün istintaq tərəfindən götürüldü. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 2 (iki) ədəd qəhvəyi rəngli kağız bükümlərin içərisinə baxış keçirildi. Həmin bükümlərin içərisində tünd yaşıl rəngli, kəskin iyli narkotik vasitə olan marixuanaya bənzər kütlə olması müəyyən edildi. Həmin bükümlərin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə istintaq tərəfindən elektron tərəzi ilə çəkildi. Belə ki, bükümlərin birinin çəkisinin 3,2 (üç tam onda iki) qram, digər bükümün çəkisi 6,7 (altı tam onda yeddi) qram olması müəyyən edildi. Həmin bükümlər içərisi boş olan ağ rəngli zərfə qoyularaq “DİN-in Zərflər üçün 7 nömrəli” möhürü ilə möhürləndi və üzəri iştirakçılar tərəfindən imzalandı. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin təqdim etdiyi maddənin narkotik vasitə olan marixuana olduğunu və həmin maddəni öz istifadəsi üçün Bakı şəhərində tanış olduğu 09 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Ərzurum şadlıq sarayının qarşısında 20 (iyirmi) manat pul müqabillində əldə etdiyini bildirdi. Belə ki, Təqsirləndirilən şəxs2 “Təqsirləndirilən şəxs1” adlı şəxsə zəng edərək ondan narkotik maddə olan marixuana istədiyini, Təqsirləndirilən şəxs1 isə özünə məxsus “Mercedes” markalı avtomobili ilə gələrək Təqsirləndirilən şəxs2 avtomobilində əyləşdiyini və narkotik maddəni ona vedikdən sonra getdiyini söylədi. Təqsirləndirilən şəxs2 həmin Təqsirləndirilən şəxs1 adlı şəxslə heç bir ədavətinin olmadığını və ilk dəfə narkotik maddə aldığını bildirdi. Şəxsi axtarış və götürmə axşam vaxtı, Nərimanov RPİ-nin 16-cı PB-də yerləşən xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində keçirildi. Şəxsi axtarış və götürmə zamanı “İphone” markalı mobil telefonun videokamera funksiyasından istifadə etməklə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 tərəfindən video çəkilişi aparıldı. Aparılan videoçəkiliş 01 (bir) ədəd DVD diskə yazılaraq protokola əlavə olundu. Cinayət işinin İ cildinin 52-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 09 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 09 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Tutmanın əvvəli 09 sentyabr 2020-ci il tarixdə saat 20:00-dan hesablanmışdır. Cinayət işinin İ cildinin 59-61-ci vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 09 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklər İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı X6 Azərbaycan Respublikası CPM-in 51, 86, 242-247-ci maddələrinin tələblərinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Daxili Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 75 ünvanının yaxınlığında saxlanılmış və Nərimanov RPl-nin 16cı PB-nə gətirilərək üzərinə şəxsi axtarış aparılmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən 2 bükümdə narkotik maddə olan marixuanaya oxşar maddə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 həmin maddəni Təqsirləndirilən şəxs1 adlı şəxsdən Nəsimi rayon ərazisində yerləşən “Ərzurum” şadlıq sarayının qarşısında aldığını qeyd etmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 narkotik maddəni satan şəxsin xx.xx.1981-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 olması müəyyən edilmiş və o, 09.09.2020-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi ilə A.Məhərrəmov küçələrinin kəsişməsində özünə məxsus **-CG-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobili ilə birlikdə saxlanılaraq Nərimanov RPİnin 16-cı PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs1 şəxsi axtarış zamanı video çəkiliş aparılmasına razılığını bildirmədiyi üçün şəxsi axtarış dəvət olunmuş hal şahidlərinin iştirakı ilə həyata keçirildi. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üzərində qanunla gəzdirilməsi qadağan olunan hər hansı maddə olmadığını bildirdi. Bundan sonra tərəfindən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməyə başlanıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 1 ədəd avtomobil açarı, özünə məxsus sürücülük vəsiqəsi, 01 ədəd üzərində “Hope” sözü yazılmış mobil telefon, sağ yan cibindən isə 1 ədəd “Samsung” markalı mobil telefon, qəhvəyi rəngli kağız büküm aşkar edildi. Bundan başqa Təqsirləndirilən şəxs1 əynindəki şalvarının arxa ciblərindən iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş mobil telefonlar və sürücülük vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün istintaq tərəfindən götürüldü. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş avtomobil açarı şəxsin özünə qaytarıldı. Bundan sonra həmin qəhvəyi rəngli kağız bükümə baxış keçirildi. Baxış zamanı həmin bükümün içərisində narkotik maddə olan marixuanaya bənzər qurudulmuş halda, yaşıl rəngli kəskin iyli maddə olması müəyyən edildi. Həmin maddənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə tərəfindən elektron tərəzi ilə çəkildi. Həmin maddənin təxmini çəkisinin 21,2 qram olması müəyyən edildi. Həmin kağız büküm zərfə qoyularaq qablaşdırıldı. Həmin zərf Təqsirləndirilən şəxs1 başqa digər iştirakçılar tərəfindən imzalandı. Təqsirləndirilən şəxs1 heç bir əsaslı səbəb gətirməyərək imza etməkdən imtina etdi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 adlı şəxsi tanıdığını, onunla heç bir qərəzli mövqeyinin olmadığını bildirdi. Təqsirləndirilən şəxs1 əlavə olaraq Təqsirləndirilən şəxs2 heç bir narkotik maddə satmadığını qeyd etdi. Şəxsi axtarış və götürmə axşam vaxtı, Nərimanov RPİ-nin 16-cı PB-də yerləşən xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində keçirildi. Cinayət işinin İ cildinin 63-64-cü vərəqələrində olan “Baxış keçirilməsi və götürmə haqqında” 09 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklər İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı X6 Azərbaycan Respublikası CPM-in 51, 86, 177.3.1, 177.6 və 236-cı maddələrinin tələblərinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 75 ünvanının yaxınlığında saxlanılmış və Nərimanov RPİ-nin 16cı PB-nə gətirilərək üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən 2 bükümdə narkotik maddə olan marixuanaya oxşar maddə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 həmin maddəni Təqsirləndirilən şəxs1 adlı şəxsdən Nəsimi rayon ərazisində yerləşən “Ərzurum” şadlıq sarayının qarşısında aldığını qeyd etmşdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 narkotik maddəni satan şəxsin xx.xx.1981-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmiş və o, 09.09.2020-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi ilə A.Məhərrəmov küçələrinin kəsişməsində özünə məxsus **-CG-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobili ilə birlikdə saxlanılaraq Nərimanov RPİnin16-cı PB-nə gətirilmişdir. Burada onun üzərinə şəxsi axtarış keçirilən zaman boz rəngli cins şalvarının sol yan cibindən 1 ədəd avtomobil açarı, özünə məxsus sürücülük vəsiqəsi, 01 ədəd üzərində “Hope” sözü yazılmış mobil telefon, sağ yan cibindən isə 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd qəhvəyi rəngli kağız büküm aşkar edildi. Həmin bükümə baxış keçirilən zaman içərisində tünd yaşıl rəngli qurudulmuş halda, narkotik maddə olan marixuanaya oxşar maddə aşkarlandı. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş həmin bükümdə olan maddənin ona məxsus olmadığını bildirdi. Bundan başqa Təqsirləndirilən şəxs1 saxlanılan zaman özünə məxsus olduğunu bildirdiyi, yanında olan **-CG-*** dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirsə də buna dair ərizə yazmaqdan imtina etdi. Avtomobilə baxış keçirilməsi zamanı Təqsirləndirilən şəxs1 video çəkiliş edilməsinə etiraz etdiyi üçün avtomobilə baxış dəvət olunmuş hal şahidlərinin iştirakı ilə həyata keçirildi. Bundan sonra Nərimanov RPİ-nin 16-cı PB-nin dayanacağında avtomobilə baxış keçirilməyə başlanıldı. Baxış zamanı həmin avtomobilin **-CG-*** dövlət qeydiyyat nişanlı, gümüşü rəngli, “Mercedes” markalı avtomobil olması müəyyən edildi. Təqsirləndirilən şəxs1 avtomobilin qapısını açdıqdan sonra baxış başlandı. Avtomobilə baxışa ilk növbədə avtomobilin qabaq sol tərəfində yerləşən qapısı açılmaqla başlanıldı. Həmin yerdən və sürücünün qolunu qoyması üçün nəzərdə tutulmuş yerdə olan saxlanc yerindən iş üzrə əhəmiyyət kəsb heç bir əşya və ya predmet aşkar olunmadı. Bundan sona həmin avtomobilin qabaq sağ tərfində yerləşən qapısı açılmaqla oturacağın üstünə və qabaq tərəfdə yerləşən saxlanc yerinə baxış keçirilməyə başlanıldı. Buradan da iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar olunmadı. Bundan sonra həmin avtomobilin arxa oturacaqlarına və arxa yük yerinə baxış keçirilsə də buradan da həmçinin heç bir əşya predmet aşkar olunmadı. Baxış axşam vaxtı keçirildi. Cinayət işinin İ cildinin 87-89-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 sentyabr 2020-ci il tarixli, 7/603 nömrəli rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 02 (iki) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,374 qram və 5,283 qram və Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 18,324 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin İ cildinin 170-172-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 11 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov tərəfindən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi Rəşad Məmmədovun 11.09.2020-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və Təqsirləndirilən şəxs2 saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 176-178-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 11.09.2020-ci il tarixli, 4(005)-1079/2020 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti 03 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 09 sentyabr 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İ cildinin 179-181-ci vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 11 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 188-ci vərəqində olan 11 sentyabr 2020-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs2 özünə məxsus olan “Samsung” markalı mobil telefonu və şəxsiyyət vəsiqəsini qəbul etmişdir. Cinayət işinin İ cildinin 213-215-ci vərəqələrində olan “Maddi sübut kimi tanıma haqqında” 15 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 7,657 qram qurudulmuş marixuananın cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması, həmin qurudulmuş marixuananın aparılmış tədqiqatlardan sonra qalıq qalmış 7,653 qram hissəsinin cinayət işinə əlavə edilməsi və saxlanılması üçün Nərimanov RPİnin maddi sübutların saxlanması yerinə təhvil verilməsi qərara alınmışdır. qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 18,324 qram qurudulmuş marixuananın cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması, həmin qurudulmuş marixuananın aparılmış tədqiqatlardan sonra qalıq qalmış 18,124 qram hissəsinin cinayət işinə əlavə edilməsi və saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 221-ci vərəqində olan 3 aprel 2020-ci il tarixli, ƏN-V 173440 nömrəli etibarnamənin təsdiq olunmuş surətindən görünür ki, “Mercedes Benz C220 CDİ” minik markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X10r və o, həmin nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini Təqsirləndirilən şəxs1 vermişdir. Cinayət işinin İ cildinin 224-cü vərəqində olan 18.09.2020-ci il tarixli qəbzdən görünür ki, X16 **-CG-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C220 CDİ” minik markalı avtomobili təhvil almışdır. Cinayət işinin İ cildinin 225-226-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 18.09.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə o, Ağdam Rayon Xalq Məhkəməsinin 15.09.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan mərum etmə cəzasına məhkum edilmişdir. 10.08.2001-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin İ cildinin 227-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 18.09.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cildinin 246-cı vərəqində olan Ağdaş Rayon Mənzil İstehsalat İstismar Təmir Müəssisəsinin rəisi M.Məmmədov tərəfindən verilmiş 28 sentyabr 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin İ cildinin 248-ci vərəqində olan Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Azər Paşayev tərəfindən verilmiş 28 sentyabr 2020-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin İİ cildinin 8-ci vərəqində olan “Telefon məlumatlarına baxış keçirilməsi haqqında” 04 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİnin İŞ-nin baş müstəntiqi X19 Azərbaycan Respublikası CPM-in 51 və 85-ci maddələrinin tələblərinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, "xxxx" MMC-dən Nərimanov RPİ-nin İŞ-nə 30 sentyabr 2020-ci il tarixli 16893 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı abonent nömrəsinin və Təqsirləndirilən şəxs1 istifdəsində olan ***-***-**-** saylı abonent nömrəsinin sahibinin şəxsiyyəti və ünvanı barədə, həmçinin qeyd olunan mobil nömrələrə 01.08.2020-ci il tarixdən 10.09.2020-ci il tarixədək olan müddətdə daxil olmuş, edilmiş və cavabsız zənglərin, daxil olmuş və göndərilmiş SMS-lərin mətnlərinin, 01.08.2020-ci il tarixdən 10.09.2020-ci il tarixədək olan əhatə dairələrinin (CELL-İD) əks olunduğu CD diskə Nərimanov RPİ-nin inzibati binasında baxış keçirilmişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı abonent nömrəsinin zənglərinə dair məlumatlara baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı abonent nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifdəsində olan ***-***-**-** saylı abonent nömrəsinə 09.09.2020-ci il tarixdə saat 15:59, 16:32 və 16:41-də zənglər etmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı abonent nömrəsinin zənglərinə dair məlumatlara baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı abonent nömrəsinə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı abonent nömrəsi ilə 09.09.2020-ci il tarixdə saat 15:59, 16:32 və 16:41-də zənglər etmişdir. Eyni zamanda baxış zamanı müəyyən edildi ki, 09.09.2020-ci il tarixdə saat 16:41-də sonuncu zəng zamanı hər iki abonent nömrəsinin əhatə dairəsi 3-cü mikrorayon, Cavadxan küçəsinə düşür. Diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa heç bir hal aşkar edilməmişdir. Cinayət işinin İİ cildinin 27-ci vərəqində olan “Diskə baxış keçirilməsi barədə” 02 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi X19 Azərbaycan Respublikası CPM-in 51 və 236-cı maddələrinin tələblərinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, 09 sentyabr 2020-ci il tarixdə Nərimanov RPİ-nin 16-cı PB-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskə Nərimanov RPİ-nin inzibati binasında baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, diskin üzərində əlyazma ilə Təqsirləndirilən şəxs2 sözləri yazılmışdır. «HP W2072a» kompyuter vasitəsilə diskdə olan video görüntüyə baxarkən müəyyən olunmuşdur ki, özünü Təqsirləndirilən şəxs2 kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 2 ədəd qəhvəyi rəngli kağız bükümləri çıxardaraq təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirir ki, təqdim etdiyi bükümlərin içərisindəki maddələr narkotik vasitə olan marixuanadır, o, həmin marixuananı öz istifadəsi üçün Bakı şəhərində tanış olduğu Təqsirləndirilən şəxs1 adlı şəxsdən 09 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Ərzurum” şadlıq sarayının qarşısında 20 manata almışdır. Cinayət işinin İİ cildinin 32-33-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X25 Ambulator X2 haqqında 01.10.2020-ci il tarixli, 2720 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarından periodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İİ cildinin 35-36-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X25 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 25.09.2020-ci il tarixli, 1913 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin İİ cildinin 38-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X25 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 30.09.2020-ci il tarixli, 1958 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansi bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Hal-hazırda Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansi bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin İİ cildinin 40-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X25 Ambulator X2 haqqında 19.11.2020-ci il tarixli, 3249 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarından periodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazıra müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İİ cildinin 84-cü vərəqində olan 28 noyabr 2020-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 vəkili X1 Tural Tofiq oğluna məxsus “Samsung”, “Hope” markalı mobil telefonları və ona məxsus sürücülük vəsiqəsini Təqsirləndirilən şəxs1 qardaşı X9 vermək üçün təhvil almışdır. Cinayət işinin İİ cildinin 92-111-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 28 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd DVD formatlı diskin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanılması üçün cinayət işinə əlavə edilməsi, "xxxx" MMC-dən Nərimanov RPİ-nin İŞ-nə 30 sentyabr 2020-ci il tarixli 16893 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı abonent nömrəsinin və Təqsirləndirilən şəxs1 istifadəsində olan ***- ***-**-** saylı abonent nömrəsinin sahibinin şəxsiyyəti və ünvanı barədə, həmçinin qeyd olunan mobil nömrələrə 01.08.2020-ci il tarixdən 10.09.2020-ci il tarixədək olan müddətdə daxil olmuş, edilmiş zənglərin, daxil olmuş və göndərilmiş SMS-lərin mətnlərinin, 01.08.2020-ci il tarixdən 10.09.2020-ci il tarixədək olan əhatə dairələrinin (CELL-İD) əks olunduğu CD diskin iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanılması üçün cinayət işinə əlavə edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 yanvar 2016-cı il tarixli, AZ-İİİ 692818 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 24.12.2015-ci il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxs1, anası isə X7r. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06.05.2019cu il tarixli, AZ-İV 273992 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 12.04.2019-cu il təvəllüdlü X8 atası Təqsirləndirilən şəxs1, anası isə X7r. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir.». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə əsasən narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın ümumi təmiz çəkisi 7,657 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməlidir (CPM-132). Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində 2 (iki) az yaşlı övladlarının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum edilsə də, onun məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməlidir (CPM-132). İş üzrə maddi sübut olan – Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş video görüntünün olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan – "xxxx" MMC-dən Nərimanov RPİ-nin İŞ-nə 30 sentyabr 2020-ci il tarixli 16893 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı abonent nömrəsinin və Təqsirləndirilən şəxs1 istifadəsində olan ***- ***-**-** saylı abonent nömrəsinin sahibinin şəxsiyyəti və ünvanı barədə, həmçinin qeyd olunan mobil nömrələrə 01.08.2020-ci il tarixdən 10.09.2020-ci il tarixədək olan müddətdə daxil olmuş, edilmiş zənglərin, daxil olmuş və göndərilmiş SMS-lərin mətnlərinin, 01.08.2020-ci il tarixdən 10.09.2020-ci il tarixədək olan əhatə dairələrinin (CELL-İD) əks olunduğu CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 72,0 (yetmiş iki) manat təqsirəndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 55 (əlli beş) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 09 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhər Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 7,653 qram olan narkotik vasitə qurudulmuş marixuana və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 18,124 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan – Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş video görüntünün olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan – "xxxx" MMC-dən Nərimanov RPİ-nin İŞ-nə 30 sentyabr 2020-ci il tarixli 16893 nömrəli məktubla daxil olmuş Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı abonent nömrəsinin və Təqsirləndirilən şəxs1 istifadəsində olan ***- ***-**-** saylı abonent nömrəsinin sahibinin şəxsiyyəti və ünvanı barədə, həmçinin qeyd olunan mobil nömrələrə 01.08.2020-ci il tarixdən 10.09.2020-ci il tarixədək olan müddətdə daxil olmuş, edilmiş zənglərin, daxil olmuş və göndərilmiş SMS-lərin mətnlərinin, 01.08.2020-ci il tarixdən 10.09.2020-ci il tarixədək olan əhatə dairələrinin (CELL-İD) əks olunduğu CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 72,0 (yetmiş iki) manat təqsirəndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 55 (əlli beş) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar