Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-98/2022 14.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X4, müdafiəçi “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Ağstafa rayonu, Xətai kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağstafa rayonu, Xətai kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə cinayətin subyekti olmayan şəxslərlə bir qrup şəxs halında, iaşə obyektinə qanunsuz daxil olaraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə cinayətin subyekti olmayan 2009-cu il təvəllüdlü əmisi oğlu Şahid1 və digər tanışı cinayətin subyekti olmayan 2010-cu il təvəllüdlü Şahid2 ilə birlikdə 25 avqust 2021-ci il tarixdə saat 05 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 23A ünvanında yerləşən “Fast Food” dönər evinin ön hissəsində yerləşdirilmiş plastik pəncərəni dartaraq qırıb açmaqla qanunsuz daxil olaraq oradan zərərçəkmiş şəxs İran İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs məxsus 500 manat nağd pulu gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat təxminən 05 radələrində əmisi oğlu Murad və əvvəldən tanıdığı Ramazan ilə birlikdə Nərimanov rayonu, Atatürk prospketində piyada gəzərkən yolun kənarında yerləşən dönər evi görmüş, Ramazan təklif etmişdir ki, həmin dönər evinin pəncərəsindən daxil olaraq oradan oğurluq etsinlər. O və Murad bununla razılaşmışlar. Ramazan, Murad və o pəncərəni dartaraq qırmış və Ramazanla o içəri daxil olmuş, Murad isə küçədə qalaraq onlara nəzarət etmişdir. Dönər evinin içində olarkən Ramazan kassanı açaraq 62 manat pul götürmüşdür. Həmin vaxt oda Ramazanın yanında olmuşdur. Pulu götürdükdən sonra onlar ətrafı axtarmış, lakin bir şey tapmadıqları üçün pəncərədən çıxmışdırlar. X13 metrostansiyasının yaxınlığına gedərək orada küçədə yatmışlar. Pulu isə 3 yerə bölərək hər adama 20 manat olmaqla bölüşmüş, qalan 2 manatı isə Ramazan götürmüşdür. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, 2020-ci ildən etibarən Nərimanov rayon, Atatürk prospekti 23A ünvanında yerləşən “Fast Food” dönər evini icarə əsasında işlədir. xx.xx.2021-ci il tarixdə saat təxminən 24 radələrində işlədiyi dönər evini bağlayıb evə getmişdir. xx.xx.2021-ci il tarixdə səhər saat 09.30-da işə başlamaq üçün dönər evinə gəlmişdir. Dönər evinə yaxınlaşıb qapını açıb işə başlamaq istədikdə dönər evinin ön hissəsində yerləşən pəncərənin naməlum şəxs(lər) tərəfindən sındırılmasını aşkar etmişdir. Obyektin içinə daxil olduqda içəridə yerləşən kassa aparatının içində olan ona məxsus olan 500 manat pulun oğurlanmasını aşkar etmişdir. Sonda Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın ödənilmədiyini və hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi X3 iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat təxminən 05 radələrində əvvəldən tanıdığı Ramazan və əmisi oğlu Rəhim ilə birlikdə Atatürk prospketində piyada gəzərkən yolun kənarında yerləşən dönər evini görmüş, Ramazan təklif etmişdir ki, həmin dönər evinin pəncərəsindən daxil olaraq oradan oğurluq etsinlər. Rəhim və o bununla razılaşmışdır. Rəhim, Ramazan və o pəncərəni dartaraq qırmış və Rəhimlə Ramazan içəri daxil olmuş, o isə küçədə qalaraq onlara nəzarət etmişdir. Dönər evinin içində olarkən Ramazan kassanı açaraq 62 manat pul götürmüşdür. Pulu götürdükdən sonra onlar ətrafı axtarmış, lakin bir şey tapmadıqları üçün pəncərədən çıxmışlar. X13 metrostansiyasının yaxınlığına gedərək orada küçədə yatmışdırlar. Pulu isə 3 yerə bölərək hər adama 20 manat olmaqla bölüşmüş, qalan 2 manatı isə Ramazan götürmüşdür. İttiham aktının siyahısında şahid qismində göstərilmiş yetkinlik yaşına çatmayan Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahid yetkinlik yaşına çatmayan Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 8-10-cu vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı X8 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsini rəhbər tutaraq X2 və hal şahidlərinin iştirakları ilə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 23 a ünvanında baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq baxış keçirmişdir. Baxış zamanı müəyyən olundu: İran İslam Respublikasının vətəndaşı X2 şikayət ərizəsi ilə əlaqədar olaraq Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən üzərində “Fast Food“ sözü yazılmış dönərxanadır. Dönərxana “White House” otelinin giriş hissəsində yerləşir. Hadisə yeri piyadaların keçidi üçün nəzərdə tutulan yolun kənarıdır. Obyektin qarşısında müxtəlif növ ağaclar və iaşə obyektləri vardır. Hadisə yerinin fotoşəkili çəkilərək tərtib olunmuş protokola əlavə olunmuşdur. Cinayət işinin 21-ci vərəqində olan Qazax rayon Qeydiyyat Şöbəsi tərəfindən 28 iyul 2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 485553 nömrəli “Doğum haqında şəhadətnamə”nin surətindən görünür ki, Şahid1 xx.xx.2009-cu il tarixdə Qazax şəhərində anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 28 iyul 2010-cu il tarixdə 799 nömrə ilə qeyd edilmişdir. Cinayət işinin 63-65-ci vərəqələrində olan “Yetkinlik yaşına çatmayan şahidin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi X5 icraatında Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar Azərbaycan Respublikası CPM-in 51, 85, 95, 104, 260-261-ci maddələrinin tələblərinə riayət edərək şahid qismində dindirilmiş Şahid2 ifadəsini qanuni nümayəndəsi X7 iştirakı ilə yerində yoxlayıb həmin protokolu tərtib etmişdir. İfadənin yerində yoxlanılması zamanı Şahid2 təklif olunmuşdur ki, istintaq zamanı ifadəsində göstərdiklərini yerində göstərsin. Şahid2 ifadəsində qeyd etdiklərini yerində göstərərək bildirmişdir ki, təxminən xx.xx.2021-ci il tarixdə saat təxminən 05 radələrində əvvəldən tanıdığı Rəhim,onun əmisi oğlu Murad ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospketində piyada gəzərkən yolun kənarında yerləşən dönər evi görmüş, o təklif etmişdir ki, həmin dönər evinin pəncərəsindən daxil olaraq oradan oğurluq etsinlər. Rəhim və Murad bununla razılaşmışdır. Rəhim, Murad və o pəncərəni dartaraq qırmış və Rəhimlə o içəri daxil olmuş, Murad isə küçədə qalaraq onlara nəzarət etmişdir. Dönər evinin içində olarkən o kassanı açaraq 62 manat pul götürmüş, həmin vaxt Rəhimdə onun yanında olmuşdur. Pulu götürdükdən sonra onlar ətrafı axtarmış, lakin heç bir şey tapmadıqları üçün pəncərədən çıxıb X13 metrostansiyasının yaxınlığına gedərək orada küçədə yatmışdırlar. Pulu isə 3 yerə bölərək hər adama 20 manat olmaqla bölüşmüş, qalan 2 manatı isə o götürmüşdür. İstintaq hərəkəti aparılarkən heç bir əşya və ya sənəd götürülməmiş. Cinayət işinin 71-72-ci vərəqələrində olan “Yetkinlik yaşına çatmayan şahidin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi X5 icraatında Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar Azərbaycan Respublikası CPM-in 51, 85, 95, 104, 260-261-ci maddələrinin tələblərinə riayət edərək şahid qismində dindirilmiş Şahid1 ifadəsini qanuni nümayəndəsi X7 iştirakı ilə yerində yoxlayıb həmin protokolu tərtib etmişdir. İfadənin yerində yoxlanılması zamanı Şahid2 təklif olundu ki, istintaq zamanı ifadəsində göstərdiklərini yerində göstərsin. Şahid1 ifadəsində qeyd etdiklərini yerində göstərərək bildirilmiş ki, xx.xx.2021-ci il tarixdə saat təxminən 05 radələrində əvvəldən tanıdığı Ramazan və əmisi oğlu Rəhim ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospketində piyada gəzərkən yolun kənarında yerləşən dönər evi görmüşlər, Ramazan təklif etmişdir ki, həmin dönər evinin pəncərəsindən daxil olaraq oradan oğurluq etsinlər. Rəhim və o bununla razılaşmışdır. Rəhim, Ramazan və o pəncərəni dartaraq qırmış və Rəhimlə Ramazan içəri daxil olmuş, o isə küçədə qalaraq onlara nəzarət etmişdir. Dönər evinin içində olarkən Ramazan kassanı açaraq 62 manat pul götürmüş, pulu götürdükdən sonra onlar ətrafı axtarmış, lakin heç bir şey tapmadıqları üçün pəncərədən çıxmış, X13 metrostansiyasımn yaxınlığına gedərək orada küçədə yatmışdırlar. Pulu isə 3 yerə bölərək hər adama 20 manat olmaqla bölüşmüş, qalan 2 manatı isə Ramazan götürmüşdür. İstintaq hərəkəti aparılarkən heç bir əşya və ya sənəd götürülməmiş. Cinayət işinin 84-85-ci vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 113-115-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Şahmar Qurbanovun 29 avqust 2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs qərar elan edilməklə həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSYdən dərhal azad edilməsi barədə qərara alınmışdır. Cinayət işinin 116-117-ci vərəqələrində olan “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 129-130-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 137-ci vərəqində olan “Təqdim edilən diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin istinaq Şöbəsinin müstəntiqi X5 Azərbaycan Respublikası CPM-nin 51, 85, 91 və 236-cı maddələrinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında olan ********* cinayət işi əsasında tərəfindən cinayət işində olan 01 diskə Nərimanov RPİ-nin inzibati binasında xidməti otağında Təqsirləndirilən şəxs və Bakı şəhəri 20 saylı vəkillər bürsonun vəkili Abbasov Taleh aleh oğlununun iştirakı ilə personal kompüter vasitəsi ilə baxış keçirmişdir. Həmin 01 ədəd diskdə zərərçəkmiş şəxs Sayyad Seidinin icarə əsasında işlətdiyi Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 23A ünvanında yerləşən “Fast Food” adlı dönər evinin içərisində quraşdırılmış müşahidə kamerasından çıxarılmış görüntü vardır. Video görüntü 01 qiqə 44 saniyə davam edir. Videogörüntünün əvvəlində 3 nəfər şəxsin girişdə quraşdırılmış plastik pəncərəni dartaraq sındırması görünür. Bundan sonra sındırılmış pəncərədən 2 nəfər içəri daxil olur və 1 nəfər küçədə qalaraq onları gözləyir, içəri daxil olan uzun boylu arıq bədən quruluşlu şəxsin başında papaq vardır, digəri isə qısa boylu və arıq bədən quruluşludur. Küçədə qalan şəxs tez-tez pəncərəni açaraq müşahidə aparır, içəridə olan şəxslər ətrafı axtarır. Videogörüntünün sonunda həmin şəxslər hələdə içəridə axtarış aparır. Diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs bildirmişdir ki, içəri daxil olan papaqlı, uzun boylu, arıq bədən quruluşlu şəxs onun özüdür, yanında içəri daxil olan qısa boylu, arıq bədənli şəxs Şahid2dur, küçədə olan şəxs isə əmisi oğlu Şahid1dur. Cinayət işinin 141-ci vərəqində olan “Təqdim edilən diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPl-nin İstinaq Şöbəsinin müstəntiqi X10 Azərbaycan Respublikası CPM-nin 51, 85, 95, 104 və 236-cı maddələrinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında olan ********* cinayət işi əsasında tərəfindən cinayət işində olan 01 diskə Nərimanov RPİ-nin inzibati binasında xidməti otağımda şahid qismində dindirilmiş Şahid1 və qanuni nümayəndə X6 iştirakı ilə personal kompüter vasitəsi ilə baxış keçirmişdir. Həmin 01 ədəd diskdə zərərçəkmiş şəxs Sayyad Seidinin icarə əsasında işlətdiyi Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 23A ünvanında yerləşən “Fast Food” adlı dönər evinin içərisində quraşdırılmış müşahidə kamerasından çıxarılmış görüntü vardır. Video görüntü 01 44 saniyə davam edir. Videogörüntünün əvvəlində 3 nəfər şəxsin girişdə quraşdırılmış plastik pəncərəni dartaraq sındırılması görünür. Bundan sonra sındırılmış pəncərədən 2 nəfər içəri daxil olur və 1 nəfər küçədə qalaraq onları gözləyir. İçəri daxil olan uzun boylu arıq bədən quruluşlu şəxsin başında papaq vardır, digəri isə qısa boylu və arıq bədən quruluşludur. Küçədə qalan şəxs tez-tez pəncərəni açaraq müşahidə aparır. İçəridə olan şəxslər ətrafı axtarır. Videogörüntünün sonunda həmin şəxslər hələdə içəridə axtarış aparır. Diskə baxış keçirilərkən Şahid1 bildirdi ki, içəri daxil olan papaqlı, uzun boylu, arıq bədən quruluşlu şəxs əmisi oğlu Təqsirləndirilən şəxsdur, Rəhimin yanında içəri daxil olan qısa boylu, arıq bədənli şəxs Şahid2dur, küçədə olan şəxs isə onun özüdür. Cinayət işinin 145-ci vərəqində olan “Təqdim edilən diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İstinaq Şöbəsinin müstəntiqi X10 Azərbaycan Respublikası CPM-nin 51, 85, 95, 104 və 236-cı maddələrinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, icraatında olan ********* cinayət işi əsasında tərəfindən cinayət işində olan 01 diskə Nərimanov RPİ-nin inzibati binasında xidməti otağında şahid qismində dindirilmiş Şahid2 və qanuni nümayəndə X6 iştirakı ilə personal kompüter vasitəsi ilə baxış keçirmişdir. Həmin 01 ədəd diskdə zərərçəkmiş şəxs Sayyad Seidinin icarə əsasında işlətdiyi Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 23A ünvanında yerləşən “Fast Food” adlı dönər evinin içərisində quraşdırılmış müşahidə kamerasından çıxanlmış görüntü vardır. Video görüntü 01 iqə 44 saniyə davam edir. Videogörüntünün əvvəlində 3 nəfər şəxsin girişdə quraşdırılmış plastik pəncərəni dartaraq sındırması görünür. Bundan sonra sındırılmış pəncərədən 2 nəfər içəri daxil olur və 1 nəfər küçədə qalaraq onları gözləyir, içəri daxil olan uzun boylu arıq bədən quruluşlu şəxsin başında papaq vardır, digəri isə qısa boylu və arıq bədən quruluşludur. Küçədə qalan şəxs tez-tez pəncərəni açaraq müşahidə aparır. İçəridə olan şəxslər ətrafı axtarır. Videogörüntünün sonunda həmin şəxslər hələdə içəridə axtarış aparır. Diskə baxış keçirilərkən Şahid2 bildirdi ki, içəri daxil olan papaqlı, uzun boylu, arıq bədən quruluşlu şəxs Təqsirləndirilən şəxsdur, Rəhimin yanında içəri daxil olan qısa boylu, arıq bədənli şəxs onun özüdür, küçədə olan şəxs isə Şahid1dur. Cinayət işinin 146-154-cü vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 10 noyabr 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Nərimanov RPİnin 16-cı PB-nin əməkdaşları tərəfindən hadisə yerində olan müşahidə kameralarından hadisənin baş vermə zamanı qeydə alınmış görüntülərin əlavə edilərək Nərimanov RPİ-nin İŞ-nə göndərilmiş və cinayət işinə əlavə edilmiş 01 ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilərək saxlanılması qərara alınmışdır. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 23A ünvanında, (İran İR-nın vətəndaşı X11 məxsus “Fast Food” dönər evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2021-ci it tarixdə KTİ-yə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTl-nin ADİS-in məlumat bazasında olan şəxslərin əl əkslərı ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində eynilik aşkar edilməmişdir. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli, 17/40-687 nömrəli məktubundan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(005)-98/2022 saylı qərarı ilə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş, AR CM-nin 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 7 (yeddi) ay 7 (yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. İş üzrə maddi sübut olan – 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Müdafiəçi 14 dekabr 2022-ci il – 05 sentyabr 2022ci il tarixlərdə keçirilmiş 12 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 40 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 7 (yeddi) ay 7 (yeddi) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından (01 il 02 ay 14 gün) çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Ağstafa rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. İş üzrə maddi sübut olan – 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-98/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-98/2022
14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver