Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-98/2023 10.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 13:30 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Calalov Nizami Firdovsi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş şəxs (mülki iddiaçı) - Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun Vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs (mülki cavabeh) - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ortA təhsilli, evli, 02 (iki) azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, işsiz, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 7/25, mənzil 10-da qeydiyyatda olmaqla yaşayan, barəsində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(106)-514/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələr ilə təqsirli bilinərək azadlıqdan məhumetmə cəzasəna məhkum olunmaqla həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanan hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun övladı Şahid1 və qohumu Şahid2 Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiya alayında çavuş rütbəsi ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu vəzifəsinə təyin etdirəcəyinə dair yalandan vəd verib aldadaraq 14 may 2021-ci il tarixdə Milli Qvardiya alayının ünvan 1 ünvanında yerləşən hərbi hissəsinin nəzarət buraxılış məntəqəsinin qarşısında onun qanunsuz hərəkətlərindən və cinayətdən xəbərsiz olan Milli Qvardiya alayında tağım komandirinin müavini vəzifəsində işləyən tanışı Şahid3 vasitəsilə 20000 (iyirmi min) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs 20000 (iyirmi min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim etməklə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun tanışı X3 Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiya alayında çavuş rütbəsi ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu vəzifəsinə təyin etdirəcəyinə dair yalandan vəd verib aldadaraq ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla 2021-ci ilin iyun ayının ortalarında istintaqa konkret məlum olmayan tarixdə Kamandar Hüseynovun ünvan 2 ünvanında yerləşən Nərimanov filialındakı ödəmə terminalı vasitəsilə "xxxx" ASC-də onun adına olan debet hesaba köçürdüyü 2000 (iki min) manat pulu, eyni üsulla 2021-ci ilin iyun ayının sonlarında istintaqa konkret məlum olmayan tarixlərdə həmin ünvanda yerləşən ödəmə terminalı vasitəsilə köçürdüyü 3000 (üç min) manat və 1000 (bir min) manat pulu, 12 dekabr 2021-ci il tarixdə isə Kamandar Hüseynovun həmin ünvanda yerləşən ödəmə terminalı vasitəsilə onun adına olan debet hesaba köçürdüyü 2000 (iki min) manat pulu "xxxx" ASC-nin ünvan 4 ünvanında yerləşən Sumqayıt şəhər filialının inzibati binasındakı qeyd olunan banka məxsus bankomatdan "xxxx" ASC tərəfindən verilmiş özünə məxsus 5243 7544 1045 1403 nömrəli bank kartından istifadə edərək çıxarıb nağdlaşdırmaqla ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 8000 (səkkiz min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında təqsirləndirilən (mülki cavabeh) Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 17 fevral 2011-ci il tarixdən 22 iyun 2018-ci il tarixədək Milli Qvardiya alayında gizirlərin həqiqi hərbi xidmətində olmuş və Milli Qvardiya alayında qoşun xidməti və hərbi qulluğun təhlükəsizliyi şöbəsinin əməliyyat növbətçisinin köməkçisi vəzifəsində işləmişdir. 22 iyun 2018-ci ildə xidməti uyğunsuzluğa görə Milli Qvardiya alayından ehtiyata buraxılmışdır. Zərərçəkmiş şəxs oğlu Nizami Vəliyev 2012-2014-cü illərdə Milli Qvardiya alayında əsgər kimi həqiqi hərbi xidmətdə olmuşdur. Kamandar 2012-ci ildə oğlu Nizami Vəliyevi ziyarət etmək üçün Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Milli Qvardiya alayının hərbi hissəsinə gedib-gələn zaman onunla təsadüfən hərbi hissənin nəzarət buraxılış məntəqəsində tanış olmuşdur. Nizami Vəliyev 2014-cü ildə həqiqi hərbi xidmətini başa vurub ordu sıralarından ehtiyata buraxılsa da, onunla əlaqə və ünsiyyət saxlamağa davam etmişdir. Zərərçəkmiş şəxs də tez-tez ona zəng etmiş və hal-əhval tutmuşdur. İşdən çıxarıldıqdan sonra çörəkpulu qazanmaq üçün qoyun-quzu alveri ilə məşğul olmağa başlamışdır. 2020-ci ilin oktyabr ayında Kamandar ona zəng vuraraq görüşüb danışmaq istədiyini bildirmişdir. Etiraz etməyərək həmin ərəfələrdə Kamandarla Nərimanov parkında görüşmüşdür, Kamandar oğlu Şahid1 Milli Qvardiya alayına müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi işə düzəltmək üçün ona köməklik etməsini xahiş etmişdir. Pula ehtiyacı olduğu üçün bir anlıq bu yolla Kamandarı aldadıb ondan pul ala biləcəyini düşünərək həmin vaxt yalandan Kamandara Milli Qvardiya alayında böyük nüfuzunun olduğunu bildirib tezliklə məsələni həll edib onunla əlaqə saxlaycağını vəd etmişdir. Bir neçə gün sonra, 2020-ci ilin oktyabr ayının sonlarında Kamandara zəng edib yalandan məsələni həll etdiyini bildirərək ona 10000 (on min) manat verəcəyi təqdirdə oğlu Hüseyni Milli Qvardiya alayında çavuş rütbəsi ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi işə düzəldəcəyini vəd etmişdir. Kamandar razılaşaraq oğlu Hüseynlə yanaşı qohumu Şahid2 da Milli Qvardiya alayında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi işə düzltməsini xahiş etmişdir. Etiraz etməyib Kamandara qohumu Şahid2 da 10000 (on min) manat müqabilində Milli Qvardiya alayında çavuş rütbəsi ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi işə düzəldəcəyini vəd edərək bu məqsədlə hər iki şəxsə görə ondan ümumilikdə 20000 (iyirmi min) manat pul istəmişdir. Elə həmin gün, Kamandarla Nərimanov parkında zəngləşib görüşmüşlər və Kamandar ona 20000 (iyirmi min) manat pul vermişdir. Pulu sayıb qəbul edərək Kamandara məsələni tezliklə həll edəcəyini vəd edib narahat olmamasını söyləmişdir. 2020-ci ilin dekabr ayına kimi həmin vəsaitin bir qismini qoyun-quzu alverinə sərf edib xərcləmişdir. 2020-ci ilin dekabr ayının ortalarında Kamandarın tez-tez zəng vuraraq narazılıq etdiyini görüb onun şikayətə meyilli bir insan olduğunu bildiyi üçün aldığı 20000 (iyirmi min) manat pulu ona geri qaytarmaq qərarına gəlmişdir. Bu məqsədlə xərclədiyi vəsaiti qoyun-quzu alverindən əldə etdiyi qazanc hesabına bərpa edib 20000 (iyirmi min) manat təşkil edərək həmin pulu Milli Qvardiya alayında tağım komandirinin müavini vəzifəsində işləyən tanışı Şahid3 verərək Kamandara çatdırmasını xahiş etmişdir. Həmin vaxt Elşənə Kamandarla aralarında olan söz-söhbət barədə heç nə deməyərək 20000 (iyirmi min) manat məbləğində pulu qoyunquzu alveri ilə əlaqədar Kamandara çatdırmalı olduğunu, lakin işlərinin çoxluğu ilə əlaqədar heç cür vaxt tapa bilmədiyini demişdir. Elşən onun xahişi ilə elə həmin gün Kamandarla əlaqə saxlayıb görüşərək zərfin içərisinə qoyub verdiyi 20000 (iyirmi min) manat pulu Kamandara çatdırmışdır. Həmin gün Kamandara zəng edib onunla danışaraq geri qaytardığı 20000 (iyirmi min) manatı xərcləməməsini, narahat olmamasını və şərait düşən kimi oğlunu, habelə qohumunu Milli Qvardiya alayında işə düzəldəcəyimi vəd etmişdir. Kamandar bir qədər narazılıq etsə də, onunla razılaşmışdır. 14 may 2021-ci il tarixdə təcili pula ehtiyacı olduğu üçün Kamandara zəng edərək oğlunu və qohumunu Milli Qvardiya alayında işə düzəltmək fikrindən daşınıb-daşınmadığını soruşmuşdur. Kamandar niyyətinin ciddi olduğunu söyləyib bu məqsədlə istədiyi 20000 (iyirmi min) manat pulu istənilən vaxt ona çatdıra biləcəyini demişdir. Sevinib razılaşaraq Sumqayıt şəhərində olduğu üçün Kamandara Milli Qvardiya alayının Binəqədi rayonunda yerləşən hərbi hissəsinə gedib həmin pulu ona çatdırması üçün tanışı Şahid3 verməsini söyləmişdir. Kamandar razılaşdıqdan sonra Elşənə zəng edib qoyun-quzu alveri ilə əlaqədar Kamandarın ona 20000 (iyirmi min) manat verməli olduğunu, lakin Sumqayıt şəhərində olduğu üçün Kamandarın bu məqsədlə hərbi hissəyə gələcəyini bildirib onu qarşılayaraq verəcəyi 20000 (iyirmi min) manat pulu alıb saxlamasını xahiş etmişdir. Elşən etiraz etməyib razılaşmışdır. Elə həmin gün axşam saatlarında Milli Qvardiya alayının Binəqədi rayonunda yerləşən hərbi hissəsinin nəzarət buraxılış məntəqəsinin qarşısında heç nədən xəbəri olmayan tanışı Elşənlə görüşüb Kamandarın verdiyi 20000 (iyirmi min) manat pulu zərfin içərisində ondan almışdır. Təxminən bir-iki ay ərzində Kamandardan aldığı 20000 (iyirmi min) manat məbləğində pulu öz şəxsi ehtiyaclarına sərf edib xərcləmişdir. 2021-ci ilin iyun ayınadək Kamandar ona müntəzəm olaraq zəng edib oğlu Hüseynlə qohumu Mahmudun nə vaxt işə çıxacağını soruşsa da, o, müxtəlif bəhanələrlə Kamandarı aldadıb səbirli olmasını və tezliklə məsələni həll edəcəyini vəd etmişdir. 2021-ci ilin iyun ayında Kamandar ona zəng edərək Bakı şəhərində yaşayan tanışı X3 da Milli Qvardiya alayında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi işə düzəltməsini xahiş etmiş, lakin bu məqsədlə ona cəmi 6000 (altı min) manat pul verə biləcəyini demişdir. Pula ehtiyacı olduğu üçün dərhal razılaşaraq Kamandara həmin pulu onun bank hesabına göndərməsini söyləmiş və bu məqsədlə "xxxx" ASC-dən əldə etdiyi özünə məxsus 5243 7544 1045 1403 nömrəli plastik bank kartının mobil telefonla fotşəkilini çəkib «WhatsApp» proqramı vasitəsilə Kamandara göndərmişdir. 2021-ci ilin iyun ayının ortalarında bu məqsədlə Kamandar bank vasitəsilə əvvəlcə onun kartına 2000 (iki min) manat, təxminən bir həftə sonra, yəni 2021-ci ilin iyun ayının sonlarında isə 3000 (üç min) manat pul göndərmişdir. 2021-ci ilin iyun ayının sonlarında Kamandar Orxanın işə qəbul olunması üçün onun bank kartına 1000 (bir min) manat da pul göndərmişdir. Sumqayıt şəhərində yaşadığı üçün hər dəfə pul köçdükcə elə həmin gün "xxxx" ASC-nin ünvan 4 ünvanında yerləşən Sumqayıt şəhər filialına gedərək oradakı bankomatdan "xxxx" ASC tərəfindən verilmiş özünə məxsus bank kartından istifadə etməklə həmin vəsaitləri çıxarıb nağdlaşdırmaqla götürmüşdür. Bir neçə ay müxtəlif bəhanələrlə Kamandarı aldadıb yola verdikdən sonra pula ehtiyacı olduğu üçün 12 dekabr 2021-ci il tarixdə yenidən ona zəng edərək Orxanın işini həll etmək üzrə olduğumu, lakin bu məqsədlə əlavə 2000 (iki min) manata ehtiyacı olduğunu söyləyib onun kartına 2000 (iki min) manat da yükləməsini istəmişdir. Kamandar etiraz etməyib həmin gün onun kartına 2000 (iki min) manat pul köçürmüşdür. Həmişə olduğu kimi, elə həmin gün "xxxx" ASC-nin ünvan 4 ünvanında yerləşən Sumqayıt şəhər filialına gedərək oradakı bankomatdan "xxxx" ASC tərəfindən verilmiş özünə məxsus bank kartından istifadə etməklə həmin vəsaiti çıxarıb nağdlaşdırmaqla götürmüşdür. Beləcə, Orxanı işə düzəltmək üçün Kamandardan ümumilikdə 8000 (səkkiz min) manat pul almışdır. Həmin vəsaiti də bir-iki ay ərzində öz şəxsi ehtiyaclarına sərf edib xərcləmişdir. Zərərçəkmiş şəxs əldə etdiyi ümumilikdə 28000 (iyirmi səkkiz) min manat məbləğində pul vəsaitini öz şəxsi ehtiyaclarına və ailəsinin gündəlik dolanışığına sərf edib xərcləmişdir. Milli Qvardiya alayında tağım komandirinin müavini vəzifəsində işləyən tanışı Şahid3 bütün məsələlərə heç bir aidiyyəti olmamışdır. Kamandarın ona nə məqsədlə pul verməsini Elşən bilməmişdir. Bu barədə Elşənlə aralarında heç bir söz-söhbət olmamışdır. Elşənə Kamandarın pulu ona qoyun-quzu alveri ilə əlaqədar verdiyini bildirib Sumqayıt şəhərində olduğu üçün Kamandarla görüşməsini xahiş etmişdir. Elşən də keçmiş xidmət yoldaşı kimi etiraz etməyib məsələdən, habelə Kamandarın verdiyi pulun məbləğindən heç bir xəbəri olmadan onunla görüşüb Kamandarın ona çatdırmaq üçün verdiyi pulu zərfdə qəbul etmişdir. Şahid3 hər hansı məbləğdə pul verməmişdir. Ümumiyyətlə Kamandardan aldığı puldan hər hansı şəxsə pul verməmişdir. Kamandarla aralarında olan söz-söhbəti həmişə gizli saxlamış və bu barədə başqa heç kəslə danışmamışdır. Kamandar ondan şikayət etdikdən sonra qoyun-quzu alveri ilə ciddi məşğul olub onun pulunu qaytarmaq istəsə də, işləri alınmadığı üçün onun pulunu qaytara bilməmişdir. Kamandarla bir müddət şərik kimi qoyun-quzu alveri etmişlər. 2021-ci ilin aprel ayında qoyun-quzu alıb birlikdə sataraq qazanc əldə etmək üçün Kamandar həqiqətən də ona 7500 (yeddi min) beş yüz manat pul vermişdir. Lakin işləri alınmadığına görə ziyana düşmüşlər və o, Sumqayıt şəhər polis idarəsi tərəfindən 2022-ci ilin may ayında həbs olunduğuna görə Kamandara vəd etdiyi qoyun-quzunu təşkil edə bilməmişdir. Kamandarı inandırmaq məqsədi ilə həmin ərəfələrdə Sumqayıt şəhərində təsadüfən tanış olduğu və hazırda adını xatırlamadığı bir xanımdan özünü Günay Mustafayeva kimi təqdim edərək Hüseyn, Mahmud və Orxana zəng vurub onları qəbul üçün Milli Qvardiya alayının hərbi hissəsinə dəvət etməsini söyləmiş, həmçinin onlara «WhatsApp» proqramı vasitəsilə bu məzmunda mesajlar göndərməsini xahiş edərək həmin şəxslərlə dost olduğunu və bu hərəkəti zarafat üçün etdiyini bildirmişdir. Həmin xanım ona inanaraq qeyd olunan şəxslərə zəng etmiş, habelə «WhatsApp» proqramı vasitəsilə onlara mesaj yazmışdır. Bundan başqa, həmin ərəfələrdə hazırda adını xatırlamadığı tanışlarından birindən özünü kapitan Əliyev kimi təqdim edib Hüseyn, Mahmud və Orxana zəng vuraraq onları qəbul üçün Milli Qvardiya alayına dəvət etməsini, habelə bu məzmunda həmin şəxslərə «WhatsApp» proqramı vasitəsilə mesajlar göndərməsini xahiş etmişdir. Həmin tanışı onun xahişini yerə salmamışdır. Eyni qaydada, 2021-ci ilin dekabr ayında hazırda adını xatırlamadığı digər bir tanışından özünü polkovnik-leytenant Ramin Əliyev kimi təqdim edərək ona məxsus ***-***-**-** saylı telefon nömrəsi vasitəsilə Kamandara zəng edib onunla Hüseyn, Mahmud və Orxanın Milli Qvardiya alayına işə qəbulu ilə bağlı danışmasını xahiş etmişdir. Həmin tanışı onun xahişi ilə Kamandara zəng etmişdir. Bütün bu telefon zənglərini və mesajları özü düzüb qoşmuşdur. Milli Qvardiyada bu ad və soyadda heç bir tanışı yoxdur. Ümumiyyətlə Hüseyn, Mahmud və Orxanın Milli Qvardiyada işə qəbul olunmasını heç kəsdən xahiş etməmiş və Milli Qvardiyada işləyən hər hansı şəxslə bu barədə söhbət etməmişdir. Kamandarı inandırmaq üçün bu yola əl atıb bütün bunları özündən uydurmuşdur. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki əməlindən peşmandır. Zərəçəkmiş şəxsə dəymiş maddi ziyanı hal-hazırda ödəyə bilməsədə qısa zamanda ödəmək niyyətində olduğunu bildirərək, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, oğlu Nizami Vəliyev 2012-2014-cü illər ərzində Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiya alayında əsgər kimi həqiqi hərbi xidmətdə olmuşdur. 2012-ci ildə oğlu Nizami Vəliyevi ziyarət etmək üçün Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Milli Qvardiya alayının hərbi hissəsinə gedib-gələn zaman hərbi hissənin nəzarət buraxılış məntəqəsində növbətçi-köməkçisi vəzifəsində işləyən Milli Qvardiya alayının hərbi qulluqçusu Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Oğlu Nizami 2014-cü ildə həqiqi hərbi xidmətini başa vurub ordu sıralarından ehtiyata buraxıldıqdan sonra da Təqsirləndirilən şəxs ilə əlaqə və ünsiyyət saxlamağa davam etmişdir. 2018-ci ildə Təqsirləndirilən şəxs Milli Qvardiya alayından işdən çıxarılmışdır. 2020-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs ilə Nərimanov parkında zəngləşib görüşərək oğlu Şahid1 Milli Qvardiya alayına hərbi qulluqçusu kimi işə düzəltmək üçün ona köməklik göstərməsini xahiş etmişdir. Yaqub onu diqqətlə dinləyib Milli Qvardiya alayında böyük nüfuz və hörmət sahibi olduğunu bildirərək bu barədə maraqlanıb ona cavab verəcəyini bildirmişdir. Həmin ərəfələrdə Yaqub artıq işdən çıxarıldığı üçün qoyunquzu alveri ilə məşğul olurmuş. 20 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs zəng vuraraq 10000 (on min) manat verəcəyi təqdirdə oğlu Hüseyni Milli Qvardiya alayında işə düzəldə biləcəyini demişdir. Sevinib razılaşaraq Təqsirləndirilən şəxs nüfuzlu və işgüzar adam olduğunu düşünüb ona oğlu Hüseynlə yanaşı Bakı şəhərində yaşayan bacanağının oğlu Şahid2 da Milli Qvardiya alayında işə düzltmək istədiyimi söyləyib oğlu Hüseynlə birgə Şahid2 da işə düzəltməsini xahiş etmişdir. Yaqub cavabında heç bir problem olmadığını və Şahid2 da 10000 (on min) manat müqabilində Milli Qvardiya alayında çavuş rütbəsi ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi işə düzəldəcəyini vəd edib ondan ümumilikdə 20000 (iyirmi min) manat pul istəmişdir. Elə həmin gün, yəni 20 oktyabr 2020-ci il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxsla Nərimanov parkının qarşısında təklikdə görüşərək oğlu Hüseynlə bacanağının oğlu Mahmudu Milli Qvardiya alayında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi işə düzəltməsi üçün ona 20000 (iyirmi min) manat pul vermişdir. Yaqub pulu sayıb qəbul edərək maksimum 3-4 ay ərzində oğlu Hüseynlə bacanağının oğlu Mahmudu işə düzəldəcəyini vəd etmişdir. 2020-ci ilin dekabr ayında Yaqub bir müddət əvvəl Xüsusi Dövlət Mühafizə Xidmətinin ləğv olunması ilə əlaqədar Milli Qvardiya alayı ilə bağlı sənədləşdirmə işlərinin aparıldığını bildirib bu səbəbdən məsələni həll edə bilmədiyini söyləyərək ondan aldığı 20000 (iyirmi min) manat pulu geri qaytarmaq istədiyini bildirib bu məqsədlə iş yoldaşı Şahid3lə görüşüb pulu ondan götürməsini xahiş etmişdir. 15 dekabr 2020-ci il tarixdə Yaqub Elşənin vasitəsilə Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən «Araz market» mağazasının qarşısında ona əvvəlcə 10000 (on min) manat, həmçinin 25 dekabr 2020-ci il tarixdə 10000 (on min) manat olmaqla ümumilikdə 20000 (iyirmi min) manat pul qaytarmışdır. 14 may 2021-ci il tarixdə Şahid3lə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən Milli Qvardiya alayının hərbi hissəsinin nəzarət buraxılış məntəqəsinin qarşısında görüşüb oğlu Hüseynlə bacanağının oğlu Mahmudun işə qəbul olunması üçün ona 20000 (iyirmi min) manat pul vermişdir. 2021-ci ilin iyun ayının əvvəllərində məsələdən xəbər tutan Bakı şəhərində yaşayan dostu X1 Qaracayev onunla əlaqə saxlayaraq Milli Qvardiya alayında işə düzəlmək üçün ona köməklik etməsini xahiş etmişdir. Bununla əlaqədar elə həmin gün Yaquba zəng vurub onunla danışmışdır. Yaqub köməklik göstərəcəyini vəd edib bir neçə gün sonra ona zəng vuraraq 6000 (altı min) manat müqubilində Orxanı da Milli Qvardiya alayında çavuş rütbəsi ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi işə düzəldəcəyini bildirmişdir. Razılığını bildirmiş və 2021-ci ilin iyun ayının ortalarında Orxanın işə düzəlməsi üçün Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «Uni Bank»a məxsus bankomat vasitəsilə öz vəsaiti hesabına Yaquba məxsus bank kartına 2000 (iki min) manat pul köçürtmüşdür. Təxminən bir həftə sonra, yəni 2021-ci ilin iyun ayının sonlarında Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «Uni Bank»a məxsus bankomat vasitəsilə Yaqubun bank kartına öz vəsaiti hesabına Orxanın işə qəbul olunması üçün 3000 (üç min) manat pul göndərmişdir. Həmin ərəfələrdə, yəni 2021-ci ilin iyun ayının sonlarında bu məqsədlə 1000 (bir min) manat pulu da həmin bankomat vasitəsilə Yaqubun bank kartına köçürtmüşdür. Yaqub ümumilikdə 6000 (altı min) manat məbləğində həmin vəsaiti qəbul etdikdən sonra 2021-ci ilin iyun ayının sonlarında ona zəng vuraraq Orxanın işini həll edəcəyini bildirmişdir. Həmin ərəfələrdə Yaqub ona zəng vuraraq işə qəbul olunmaq üçün Hüseyn, Mahmud və Orxanın adına ailə tərkibi və yaşayış yeri haqqında arayış, habelə həmin şəxslərin psixiatrik və narkoloji dispanserlərdə qeydiyyatda olub-olmamalarına dair arayışlar alıb onlara çatdırmasını istəmişlər. O da öz növbəsində həmin sənədləri Milli Qvardiya alayının hərbi hissəsinə gedib nəzarət buraxılış məntəqəsində Yaqubla görüşərək ona vermişdir. Yaqub sənədləri ondan qəbul edərkən 2021-ci ilin sentyabr ayında Hüseyn, Mahmud və Orxanın işə qəbulla bağlı əmrlərinin imzalanacağını vəd etmişdir. Bundan sonra o, arxayın şəkildə gözləməyi qərara almışdır. Həmin ərəfələrdə özünü Milli Qvardiya alayının kadrlar şöbəsinin işçisi kimi təqdim edən kapitan Əliyev soyadlı şəxs və Günay Mustafayeva adlı xanım mobil telefon nömrəsindən Hüseyn, Mahmud və Orxana zəng vurub onları qəbul üçün Milli Qvardiya alayının hərbi hissəsinə dəvət etmişlər. Həmçinin həmin şəxslərin adından «WhatsApp» proqramı vasitəsilə Hüseyn, Mahmud və Orxana səsli mesajlar göndərilmişdir. Lakin hərbi hissədə heç kəs Hüseyn, Mahmud və Orxanı qəbul etməmişdir. Sonradan Milli Qvardiya alayına gedib maraqlandıqda ona məlum olmuşdur ki, Milli Qvardiya alayının kadrlar şöbəsində kapitan Əliyev soyadlı şəxs və Günay Mustafayeva adlı xanım işləmir, onu inandırmaq üçün qəbul məsələsi ilə bağlı telefon zənglərini və «WhatsApp» mesajlarını məhz Yaqub təşkil etmişdir. 2021-ci ilin sentyabr ayında Hüseyn, Mahmud və Orxanın işə qəbul olunmadığını görüb Yaquba zəng vuraraq bunun səbəbini soruşmuşdur. Yaqub müxtəlif bəhanələrlə uzun müddət ərzində onu aldatmışdır. Sonuncu dəfə 12 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng vuraraq məsələni həll etmək üzrə olduğunu, lakin Orxanın işinə görə verdiyi puldan 2000 (iki min) manat xərclədiyini bildirib əlavə olaraq onun kartına 2000 (iki min) manat köçürməyini xahiş edərək bir müddət sonra həmin məbləği qaytaracağını vəd etmişdir. Yaquba inararaq həmin gün gecə saat 23 radələrində ona məxsus «Uni Bank» kartına Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «Uni Bank»a məxsus bankomat vasitəsilə 2000 (iki min) manat pul göndərmişdir. Yaqub pulu aldıqdan sonra ona zəng edib demişdir ki, ilin sonuna kimi Hüseyn, Mahmud və Orxanın işə qəbulla bağlı əmri veriləcəkdir. Daha sonra Yaqub və Elşən tərəfindən aldadıldığımı başa düşərək bir neçə dəfə onlara zəng vurub pulunu qaytarmalarını tələb etmişdir. Lakin onlar onun pulunu qaytarmamış, bir müddət sonra isə ümumiyyətlə telefon zənglərinə cavab verməmişlər. Son olaraq məhkəməni sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin tərəfindən ona vurulmuş maddi ziyan ödənilməmişdir və hal-hazırda tam şəkildə ziyanın ödənilməsini tələb edir. Bundan başqa bu əməllərin Təqsirləndirilən şəxs tərəfindən tək törədilmədiyini Şahid3lə birlikdə törədildiyini qeyd etmişdir. Bununla əlaqədar cinayət işinin materiallarının istintaq orqanına qaytarılmasını və Şahid3 də təqsirləndirilən şəxs qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirlimiş Şahid1 ifadəsində bildirmişdir ki, atası Kamandar ondan hərbi qulluqçusu kimi Milli Qvardiya alayında işləmək istəyib-istəmədiyini soruşmuşdur. Razılığını bildirmiş və atası Kamandar bu məqsədlə Təqsirləndirilən şəxs ilə görüşüb danışacağını demişdir. Bir neçə gün sonra atası Kamandar Yaqubla görüşüb danışdığını və Yaqubun bu barədə maraqlanıb xəbər verəcəyini vəd etdiyini söyləmişdir. Tarixini xatırlamadığı vaxtda atası Kamandar evdən 20000 (iyirmi min) manat pul götürüb Yaqubla görüşmək üçün Nərimanov parkına getmişdir. Həmin vaxt pulun verilməsində iştirak etməmişdir. Axşam atası Kamandar evə qayıdan zaman ondan Yaqubla görüşübgörüşmədiyini soruşduqda, atası günorta saatlarında Yaqubla Nərimanov parkının qarşısında görüşərək ona 20000 (iyirmi min) manat pul verdiyini və Yaqubun pulu sayıb qəbul edərək 3-4 ay ərzində onu və xalası oğlu Mahmudu işə düzəldəcəyini vəd etdiyini bildirmişdir. Bir müddət sonra, 2020-ci ilin dekabr ayının ortalarında Yaqubun xidmət yoldaşı, Milli Qvardiya alayında işləyən Şahid3 atasına zəng vuraraq Yaqubun məsələni həll edə bilmədiyini və bu səbəbdən pulu qaytarmaq istədiyini demişdir. Elə həmin ərəfələrdə atası Kamandar Elşənlə Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən «Araz market» mağazasının qarşısında ümumilikdə iki dəfə görüşüb Yaquba verdiyi 20000 (iyirmi min) manat pulu hər dəfə 10000 (on min) manat olmaqla ondan hissə-hissə geri almışdır. Həmin vaxt özünün də avtomobildə olduğunu bildirmişdir. Bir müddət sonra tarixi xatırlamadığı vaxtda işə düzəldə biləcəyini söyləyib bu məqsədlə atasından 20000 (iyirmi min) manat pul istəmişdir. Elə həmin gün axşamtərəfi Elşənlə görüşmək üçün atası Kamandarla birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən Milli Qvardiya alayının hərbi hissəsinə getmiş və nəzarət buraxılış məntəqəsinin qarşısında Elşənlə görüşmüşlər. Orada atası Kamandar Elşənə 20000 (iyirmi min) manat pul vermişdir. Elşən pulu qəbul edərək 2021-ci ilin sentyabr ayına kimi onu və Mahmudu Milli Qvardiya alayında işə qəbul etdirəcəyini və bu barədə əmrlərin imzalanacağını vəd etmişdir. Daha sonra Yaqub və Elşən müxtəlif bəhanələrlə atası Kamandarı aldatmışlar. Özünü Milli Qvardiya alayının kadrlar şöbəsinin işçisi kimi təqdim edən kapitan Əliyev soyadlı şəxs və Günay Mustafayeva adlı xanım mobil telefon nömrəsindən ona zəng vurub işə qəbulla bağlı onu Milli Qvardiya alayının hərbi hissəsinə dəvət etmişlər. Bununla əlaqədar bir neçə dəfə Milli Qvardiya alayının hərbi hissəsinə getsə də, onu orada heç kəs qəbul etməmiş və hərbi hissədə belə bir şəxslərin işləmədiyini bildirmişlər. Sonradan məlum olmuşdur ki, Yaqub və Elşən onları inandırmaq üçün belə bir iş düzüb qoşmuşlar. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, qohumu Zərərçəkmiş şəxs ona zəng vuraraq əvvəllər Milli Qvardiya alayında işləmiş tanışı vasitəsilə oğlu Şahid1 10000 (on min) manat müqabilində Milli Qvardiya alayına müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi işə düzəltmək üzrə olduğunu bildirib razılıq verəcəyi təqdirdə onu da həmin alaya işə düzəldə biləcəyini demişdir. Həmin vaxt "xxxx" MMC-də mühafizəçi kimi əmək haqqı və iş rejimi onu qane etmədiyindən Zərərçəkmiş şəxs təklifi ilə razılaşmışdır. Söhbət əsnasında Zərərçəkmiş şəxs işə düzəlməyi üçün bir qohum kimi öz vəsaiti hesabına Təqsirləndirilən şəxs 10000 (on min) manat pul verəcəyini bildirib işə düzələndən sonra həmin vəsaiti ona qaytarmasını təklif etmişdir. Etiraz etməyib razılaşmışdır. Daha sonra bir dəfə Zərərçəkmiş şəxs işə görə onu görüşə çağırıldığını bildirmiş, o da deyilən yerə Milli Qvardiyanın qarşısına getmişdir, lakin müəyyən müddət gözlədikdən sonra heç kim onu qəbul etməmişdir. Bu zaman Zərərçəkmiş şəxs narazılıq bildirmiş və bundan sonra ona tanımdığı bir şəxs zəng edərək nəyə görə narazılıq etdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır və onu görməmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs onun aldadıldığını bildirib bununla əlaqədar hüquq-mühafizə orqanlarına şikayət edəcəyini demişdir. Zərərçəkmiş şəxs oğlu Hüseynin və onun Milli Qvardiya alayına işə qəbul olunmaq üçün konkret olaraq nə vaxt və hansı şəraitdə Təqsirləndirilən şəxs 20000 (iyirmi min) manat pul verdiyini bilmir. Qohumu Zərərçəkmiş şəxslə aralarında olan razılaşmaya əsasən işə qəbul olduqdan sonra Kamandarın bu məqsədlə Təqsirləndirilən şəxs verdiyi 10000 (on min) manat pulu Kamandara qaytaracaqmış. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, məhkəmədə verdiyi sərbəst ifadəsini təsdiq edir. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, baş çavuş rütbəsində Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiya alayında tağım komandirinin müavini vəzifəsində işləyir. Bakı şəhər sakini Zərərçəkmiş şəxs 15 dekabr 2020-ci il tarixindən etibarən tanıyır, onunla qohumluğu yoxdur, əvvəllər aralarında ədavət və ziddiyyət olmamışdır. Zərərçəkmiş şəxs ilə 2011-ci ildən 2018-ci ilədək Milli Qvardiya alayında qoşun xidməti və hərbi qulluğun təhlükəsizliyi şöbəsinin əməliyyat növbətçisinin köməkçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs vasitəsilə tanış olmuşdur. Həmin gün, yəni 15 dekabr 2020-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs xahişi ilə Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən «Araz» marketin qarşısına gedərək Zərərçəkmiş şəxslə görüşüb Yaqubun Kamandara çatdırmaq üçün ona verdiyi, lakin miqdarını bilmədiyi, içərisində pul olan zərfi Zərərçəkmiş şəxs vermişdir. Növbəti dəfə, yəni ikinci dəfə isə 14 may 2021-ci il tarixdə saat 17 radələrində yenə də Təqsirləndirilən şəxs xahişi ilə Zərərçəkmiş şəxslə iş yerinin, yəni Milli Qvardiya alayının Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Musabəyov küçəsində yerləşən hərbi hissəsinin nəzarət buraxılış məntəqəsinin qarşısında görüşmüş və həmin vaxt Kamandar ona zərfdə bilmədiyi məbləğdə pul verərək Yaquba çatdırmasını xahiş etmişdir. Belə ki, həmin gün Zərərçəkmiş şəxs Yaqubdan onun telefon nömrəsini öyrənib zəng vuraraq onunla görüşmək istədiyini bildirmiş və bu məqsədlə işlədiyi hərbi hissənin qarşısına gəlmişdir. Həmin gün Kamandarın növbəti telefon zəngindən sonra o, işlədiyi hərbi hissənin nəzarət buraxılış məntəqəsinin qarşısına çıxaraq Kamandarla görüşmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs ona içərisində pul olan bağlı zərf verib Təqsirləndirilən şəxs çatdırmasını xahiş etmişdir. Zərfin içərisində nə qədər pul olmasını və Kamandarın nə məqsədlə həmin pulu Yaquba verməsini bilməmişdir. Bu barədə həmin vaxt Kamandardan heç bir söz soruşmamış və Kamandar da ona heç bir söz deməmişdir. Sadəcə olaraq Yaqubun xahişi ilə Kamandarla görüşüb onun Yaquba çatdırmaq üçün verdiyi həmin zərfi qəbul etmiş və elə həmin gün təxminən 30-40 dəqiqə sonra Yaqub hərbi hissənin nəzarət buraxılış məntəqəsinin qarşısında onunla görüşərək Kamandarın verdiyi həmin bağlı zərfi ondan alıb getmişdir. Bu hadisədən təxminən bir il sonra Zərərçəkmiş şəxs ona zəng vurduqda bilmişdir ki, Kamandarın xidmət yoldaşı Təqsirləndirilən şəxs çatdırmaq üçün ona verdiyi həmin zərfin içərisində 20000 (iyirmi min) manat məbləğində pul olmuşdur və Yaqub həmin pulu Zərərçəkmiş şəxs oğlunu və hansısa qohumunu Milli Qvardiya alayında işə düzəltmək üçün almışdır. Bu işlə heç bir əlaqəsi olmamışdır, eləcə də həmin vəsaitdən Yaqub ona hər hansı bir məbləğdə pul verməmiş və ya bu barədə ona vəd etməmişdir. Telefonla danışarkən Zərərçəkmiş şəxs etiraz edib bu məsələdən xəbəri olmadığını və bu işə heç bir aidiyyətinin olmadığını demişdir. Zərərçəkmiş şəxs heç vaxt hər hansı məqsədlə, o cümlədən onun oğlunu və ya qohumunu işə düzəltmək üçün hər hansı məbləğdə pul almamışdır. Bu barədə Zərərçəkmiş şəxslə heç vaxt aralarında söz-söhbət olmamış və Kamandara belə bir vəd verməmişdir. Yaqubla Kamandarın arasında olan bu söz-söhbətdən sonradan xəbər tutmuşdur. O, sadəcə olaraq mahiyyətini bilmədən bir xidmət yoldaşı kimi 14 may 2021-ci il tarixdə Kamandarla görüşüb onun Yaquba çatdırmaq üçün verdiyi zərfi qəbul etmişdir. Sonradan bununla əlaqədar Yaquba etirazını bildirdikdə Yaqub ondan üzrxahlıq etmişdir. Zərərçəkmiş şəxs onun oğlunu və ya hansısa qohumunu Milli Qvardiya alayında işə düzəldəcəyi barədə vəd verməmiş, bu məqsədlə ondan hər hansı məbləğdə pul istəməmiş və almamışdır. Uzun müddətdir ki, Milli Qvardiya Alayında xidmət edir. Bu müddət ərzində dəfələrlə dövlət səviyyəli rəsmi tədbirlərdə, o cümlədən İ Avropa Oyunlarının açılış mərasimində bayraqdar kimi yaxından iştirak etmişdir. Bu müddət ərzində Milli Qvardiya alayında nümunəvi xidməti görə dəfələrlə rəhbərlik tərəfindən fəxri fərman və medallarla təltif edilmişdir. Bir neçə ay bundan öncə Yaqub bu kimi qanunsuz əməllərinə görə Sumqayıt şəhər Məhkəməsi tərəfindən həbs olunmuşdur. Yaqubun həbs olunduğunu görən Kamandar izahat və ifdəsində qəsdən onun adını hallandırır. Şahid1, Şahid2 və X3 tanımır, həmin şəxslərlə heç bir əlaqə və münasibəti olmamışdır. Qeyd olunan məsələlərlə bağlı barəsində idarə daxili araşdırma aparılmış, vido görüntülərə baxılmış, heç bir hal aşkar olunmamışdır. X4 idarənin qarşısında Təqsirləndirilən şəxs verilməsi üçün zərifi götürüyüm müəyyən edilmiş və xidməti fəaliyyəti zamanı Zərərçəkmiş şəxslə danışdığı üçün barəsində töhmət verildiyini bildirmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Nərimanov Rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək təqsirləndirilən Təqsirləndirilən şəxs ona qarşı dələduzluq cinayəti törətməsi faktı barədə şikayət etməsini bildirmişdir. Məhkəmə baxışında tədqiq edilmiş əqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 28 sentyabr 2022-ci il tarixli protokoldan və foto şəkilıərdən görünür ki, "xxxx" ASCnin ünvan 4 ünvanənda yerləşən Sumqayıt şəhər filialına gəldik. Təqsirləndirilən şəxs "xxxx" ASC-nin ünvan 4 ünvanında yerləşən filialını göstərib Zərərçəkmiş şəxs tanışı X3 Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiya alayında çavuş rütbəsi ilə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu vəzifəsinə işə düzəltməsi üçün 2021-ci ilin iyun ayının ortalarında Nərimanov rayonundan ödəmə terminalı vasitəsilə "xxxx" ASC-də onun adına olan debet hesaba köçürdüyü 2000 (iki min) manat pulu, eyni üsulla 2021-ci il iyun ayının sonlarında köçürdüyü 3000 (üç min) manat pulu, habelə 2021-ci ilin iyun ayının sonlarında növbəti dəfə bu məqsədlə onun adma olan həmin debet hesaba köçürdüyü 1000 (bir min) manat pulu, 12 dekabr 2021-ci il tarixdə isə X2 rayonundan ödəmə terminalı vasitəsilə sonuncu dəfə onun adma olan həmin debet hesaba köçürdüyü 2000 (iki min) manat pulu məhz həmin filialda yerləşən qeyd olunan banka məxsus bankomatdan "xxxx" ASC tərəfindən verilmiş özünə məxsus 5243 7544 1045 1403 nömrəli bank kartından istifadə edərək çıxarıb nağdlaşdırmaqla əldə etdiyini bildirdi. Məhkəmə baxışında tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 07 noyabr 2022-ci il tarixli qərarın 5-ci hissəsindən aydın olur ki, Şahid3 əməlində cinayət tərkibinin olması müəyyən edilməsiyindən barəsində cinayət təqibinin başlanması rədd olunmuşdur. “Sübutların qiymətləndirilməsi haqqında” 07 noyabr 2022-ci il tarixli qərarının 11-ci hissəsindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin hakimi Zaur Hacıyevin icraatında olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində 05 may 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasmda saxlanılması səbəbindən hazırki iş üzrə barəsində qətimkan tədbirinin seçilməsinə zərurət olmaması nəzərə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair materiala Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsi ilə xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(106)-514/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(106)-94/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(106)-514/2022 saylı hökmü ilə təyin olunmuş 03 il müddətinə azadlıqdan məhrumemtə cəzası hazırkı hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(105)-171/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhku edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(106)- 514/2022 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası 04 (dörd) il müddətinədək artırılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(105)-378/2023 saylı qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1 (060)- 94/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli hökmü Təqsirləndirilən şəxs cəza təyini hissəsində dəyişdirilimiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-171 /2023 nömrəli, 16 mart 2023-cü il tarixli qərarı ilə təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs üzərində 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti Milli Qvardiyasına ünvanlanmış sorğuya əsasən xx.xx.2022-ci il tarilxi tərtib edilmiş xidməti xasiyyətnamədən görünür ki, ehtiyada olan gizir Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdənxx.xx.2010-cu il tarixdək Milli Qvardiyada müddət etdiyi ərzində özünü müsbət cəhətdən göstərmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 ünvanlanmış sorğuya əsasən xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 ünvanlanmış sorğuya əsasən xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrufatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə ünvanlanmış sorğuya əsasən xx.xx.2022-ci il tarixli cavab məktubundan və şəxs barəsində tərtib etmiş olduğu xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 11 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmamışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli mülki iddia ilə bağlı ərizəsindan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı etdiyi cinayət xarakterli hərəkətlərin nəticəsində, dələduzluq yolu ilə ələ keçirdiyi 28.000 (iyirmi səkkiz min) manat məbləğində pulunun və Təqsirləndirilən şəxs ona qarşı cinayət əməllərini törətməsəydi, 28.000 (iyirmi səkkiz min) manat məbləğində olan pulundan istifadə edəcəyi təqdirdə, əldə edə biləcəyi gəlir və ona dəymiş mənəvi ziyanın ümumi məbləğləri 10.000 (on min) manat məbləğində pul təşkil etdiyindən, cəmi, 38.000 (otuz səkkiz min) manat məbləğində pulun təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş AZE seriyalı 18900760 və AZ seriyalı ********* nömrəli şəxsiyyət vəsiqələrindən aydın olur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü Cəfərova Jasmin adlı və xx.xx.2015-ci il təvəllüdlü iki azyaşlı övladı vardır. Məhkəmədə tədqiq edilən № İ-3016 saylı və 313 saylı vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətini 20 illiyi və 95 illiyi yubleyi münasibəti ilə medallarla təltif olunmuşdur. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui- istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə, Təqsirləndirilən şəxs özünü işgüzar və nüfuzlu şəxs kimi təqdim etməklə zərərçəkmiş şəxsin (mülki iddiaçı) Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun oğlu Şahid1 və qohumu Şahid2 Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiya alayında çavuş rütbəsi ilə müddətdən artıq həqiqi hərbi xidmətə hərbi qulluqçusu vəzifəsinə təyin edəcəyinə dair yalandan vəd verib aldadaraq 28000 manat məbləğində pulun alınması müqabilində köməklik edəcəyinə dair vəd verməsi ilə bağlı irəli sürdüyü dəlillərə münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqında kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən ittiham olunan məbləğdə pulu tələb edərkən vəd verdiyi işi görmədiyi və işin görülməsi ilə bağlı öhdəliyi üzərinə götürüb bunun üçün pul almasına baxmayaraq həmin işləri görmək niyyətində olmadığı istintaq materialları ilə yanaşı həmçinin, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər sübutlarla müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində 02 azyaşlı övladının olmasını və ailəsinin yeganə gəlir mənbəyi olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla Təqsirləndirilən şəxs 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(105)-378/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə ona cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, təqsirləndirilən (mülki cavadeh) Təqsirləndirilən şəxs ümumilikdə Zərərçəkmiş şəxs 28.000 (iyirmi səkkiz min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmçinin vurmuş olduğu maddi ziyandan zərərçəkmiş (mülki cavabdehə) şəxsə heç bir ödəniş geri qaytarmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyi üçün bu əməlin törədilməsi ilə əlaqədar mülki iddiaçıya vurduğu maddi ziyan onun tərəfindən ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mülki iddia qismən təmin olunmalı, zərərçəkmiş şəxs (mülki cavabdeh) Zərərçəkmiş şəxs maddi ziyana görə ödənilməmiş 28.000 (iyirmi səkkiz min) manat məbləğində pul təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (mülki cavabdeh) Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair tələbi əsaslıdır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın mənəvi ziyanla bağlı hissəsinə dair məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında qeyd olunur ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Qərarda həmçinin qeyd olunur ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə qeyd edir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs mənəvi ziyan dəyməsi barədə dəlillərini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamışdır. Bu baxımdan mülki iddiaçının dəyən mənəvi ziyana görə mülki cavabdehdən pul tutulması tələblərini məhkəmə əsassız hesab edir və mülki iddianın mənəvi ziyanla bağlı hissəsinin təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 92 (doxsan iki) iş saatı üçün 552 (beş yüz əlli iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-387/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə təyin olunmuş 4 (dörd) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-514/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum oluması nəzərə alınsın. İş üzrə mülki iddia qismən təmin edilsin. Maddi ziyana görə 28.000 (iyirmi səkkiz min) manat məbləğin pul təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. İş üzrə maddi sübut bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən məhkəmə istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 92 (doxsan iki) iş saatı üçün 552 (beş yüz əlli iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-98/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-98/2023
10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver