Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-98/2024 02.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta ixtisas təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah məqsədi ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talayıb zərər çəkmiş şəxsə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 20 sentyabr 2023cü il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 3 ünvanında yerləşən “Boss Baku“ adlı restoranına qurşadılmış kondisionerin obyektin çöldən arxa hissəsində divara bərkidilmiş 1900 manat dəyərində 02 ədəd “Gree” markalı kondisionerin mühərrikinin boru və elektrik naqilini kəsdikdən sonra içərisində olan hissələri gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 ümumilikdə 1900 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını talama məqsədi ilə 21 sentyabr 2023cü il tarixdə saat 04 radələrində "xxxx" MMC-nin icarə müqaviləsi əsasında ofis kimi fəaliyyət göstərdiyi ünvan 4 ünvanının plastikdən olan giriş qapısını güc tətbiq etməklə itələyib açaraq ofisə qanunsuz daxil olub, oradan 02 ədəd “HP” və “Lenovo” markalı kompüterin sistem blokunun içərisində olan hər biri 40 manat olmaqla 80 manat dəyərində 02 ədəd 8 GB yaddaşlı operativ yaddaş qurğusunu, hər biri 40 manat olmaqla 80 manat dəyərində 02 ədəd qida blokunu, 10 manat dəyərində 01 ədəd soyutma sistemi olan kulleri, hər biri 40 manat olmaqla 80 manat dəyərində 02 ədəd 1TB yaddaşı olan “Western Digital” markalı sərt diskləri, 10 manat dəyərində 01 ədəd “HP” markalı klaviaturanı, 10 manat dəyərində 01 ədəd “Genius” markalı klaviaturanı, 5 manat dəyərində 01 ədəd “HP” markalı siçanı (mişka, maus), 140 manat dəyərində 01 ədəd 27 diaqonallı “HP” markalı monitoru, 317 manat dəyərində 01 ədəd “Lenovo” markalı monitoru, 400 manata dəyərində 01 ədəd gümüşü rəngli “Lenovo” markalı, “İdeapad” modelli notebuku, 15 manat dəyərində 01 ədəd qara rəngli “Panasonic” markalı, “KX-TG1611UA” modelli telefon aparatını, 15 manat dəyərində 01 ədəd qara rəngli “TP-link” markalı moderni, mətbəx hissəsindən 15 manat dəyərinə 01 ədəd qara-göy rəngli “Tefal” çayniki, 80 manat dəyərində 01 ədəd divara quraşdırılmış ağ rəngli 24 litrlik “ATO GAZ” markalı su qızdırıcını, 80 manat dəyərində 01 ədəd gümüşü metal rəngli “Güven” markalı 4 göz qaz sobasını, sanitar qovşağından hər biri 30 manat olmaqla 120 manat dəyərində 04 ədəd duşu və kranı, hər biri 5 manat olmaqla 10 manat dəyərində 02 ədəd unitazın su borusunu, 30 manat dəyərində 01 ədəd üzərində “Metro” yazısı olan iş geyimini gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 1497 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 24 sentyabr 2023cü il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 5 ünvanında yerləşən ictimai iaşə obyekti olan “Günəş Hamam”ın “Kişi salonu” adlı bərbərxana olan hissəsinin plastikdən olan giriş qapısını güc tətbiq edib açmaq yolu ilə salona qanunsuz daxil olub, oradan 20 manat dəyərində 01 ədəd qara rəngli saç qurudan feni, 12 manat dəyərində 01 ədəd qəhvəyi rəngli “Moser” markalı saçqırxan maşını, 3 manat dəyərində 01 ədəd “Yaguar” markalı saç qayçısını, ümumi dəyəri 380 manat təşkil edən 5 ədəd qayçı, 7 ədəd müxtəlif formalı darağı, 3 ədəd üz qırxmaq üçün olan ülgücü və bəzi bərbərxana ləvazimatlarını götürdükdən sonra, hamamın plastikdən olan qapısını salondan götürdüyü qayçı vasitəsi ilə açaraq hamama qanunsuz daxil olub hamamdan divara bərkidilmiş 01 ədəd 300 manat dəyərində qara rəngli Malaziya istehsalı, “Samsung” markalı, UE40H4200AK” modelli televizoru, vitrində olan 44 manat dəyərində 11 ədəd kişi corabını, 80 manat dəyərində 10 ədəd kişi tumanını, 48 manat dəyərində 6 ədəd kişi maykasını, 20 manat dəyərində 20 ədəd sadə üzqırxanı, 12 manat dəyərində 6 ədəd sabunlu üzqırxanı, hər biri 6 manat olmaqla 36 manat dəyərində 06 ədəd “Head Sholders” markalı saç şampununu, 15 manat dəyərində 01 ədəd “Samsung” markalı enerji cərəyan başlığını, 55 manat dəyərində 01 ədəd idman şalvarını, soyuducuda olan 40 manat dəyərində 8 ədəd “Zero Efes” markalı pivəni gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 1065 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 24 sentyabr 2023cü il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi ünvan 6 ünvanında yerləşən “Alfa Rooms“ adlı oyun məkanına qurşadılmış kondisionerin obyektin çöldən sağ yan hissəsində divara bərkidilmiş 2000 manat dəyərində 02 ədəd “AUX” markalı kondisionerin mühərrikinin boru və elektrik naqilini kəsdikdən sonra içərisində olan hissələri gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 2000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 05 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən “Boss Baku” adlı restoranına quraşdırılmış iki ədəd kondisionerin mühərrikinin boru və elektrik naqillərini kəsərək oğurlamışdır. Bundan başqa, xx.xx.2023-cü il tarixdə saat 04 radələrində ünvan 7 ünvanına getmişdir. Həmin vaxt o, qeyd olunan ünvanda olan binanın birinci mərtəbəsində yerləşən ofisin giriş qapısının plastikdən olduğunu görüb oradan oğurluq etmək qərarına gəlmişdir. Buna görə də, ətrafa göz gəzdirmiş və ətrafda heç kimin onu görmədiyinə əmin olduqdan sonra ofisə yaxınlaşaraq çiyni ilə plastik qapıya güc tətbiq edib itələyərək qapını açaraq içəri daxil olmuşdur. İçəri daxil olan zaman həmin obyektin ofis kimi istifadə edildiyini görmüşdür. İçəri qaranlıq olduğu üçün üzərində olan alışqanın işığını yandırıb içəri nəzər salan zaman orada kompüter və ofis avadanlıqlarının olduğunu görmüşdür. Daha sonra ofisdə olan iki ədəd kompüterin sərt disklərini, iki ədəd “HP” və “Lenovo” markalı monitoru, 01 ədəd “Lenovo” markalı noktuku, 01 ədəd şəhər telefon aparatını, 01 ədəd modemi götürmüşdür. Sonra mətbəxə daxil olaraq oradan məişət əşyaları oğurlamışdır. Ofisdən çıxdıqdan sonra oğurladığı əşyaları təmir işləri gördüyü ünvan 9 ünvanına aparıb qoymuşdur. Səhəri gün oğurladığı 01 ədəd “Lenovo” markalı monitoru və 01 ədəd yaddaş qurğusu olan sərt diski tanımadığı şəxsə özünə məxsus olduğunu bildirib 120 manata satmışdır. Bundan başqa 24 sentyabr 2023-cü il tarixdə saat 04 radələrində ünvan 10 ünvanından keçən zaman oradan “Günəş” hamamın binasında yerləşən “Kişi salonu” yazılmış bərbərxananın olduğunu görüb oradan oğurluq etmək qərarına gəlmişdir. Buna görə də, ətrafa göz gəzdirmiş və ətrafda heç kimin onu görmədiyinə əmin olduqdan sonra “Günəş” hamamın binasında yerləşən “Kişi salon”nun plastikdən olan giriş qapısına yaxınlaşaraq çiyin nahiyəsi ilə güc tətbiq edərək itələyib qapını açaraq içəri daxil olmuşdur. Həmin vaxt o, salonda olan dolabın siyirməsində olan bərbər ləvazimatlarını götürüb özü ilə götürdüyü sellofan torbaya yığmışdır. Daha sonra o, salonun içərisindən hamama keçən qapını oradan götürdüyü qayçı vasitəsi ilə plastik qapını açaraq hamama daxil olmuşdur. Hamamda olan divara bərkidilmiş “Samsung” markalı televizoru yerindən sökərək götürüb sellofan torbaya qoymuşdur. Sonra hamamda olan digər əşyaları da götürmüşdür. Bundan sonra o, həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 06 radələrində ünvan 11 ünvanında yerləşən “Alfa Rooms” adlı “Plastation” oyun klubunun divarına quraşdırılmış üç ədəd kondisionerin ikisinin mühərrikini sökərək içərisində olan misi çıxardaraq oğurlamışdır. Son olaraq əməlindən peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslərlə barışıq əldə etdiyini, zərər çəkmiş şəxslərin ona qarşı heç bir tələbinin olmamalarını və himayəsində iki azyaşlı uşağının olmasını qeyd edib barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında yerləşən “Alfa Rooms” adlı oyun məkanını iki ilə yaxındır ki, icarəyə götürüb işlədir. İki ay əvvəl hər biri 1000 manat olmaqla 3000 manat pul verib 03 ədəd “AUX” markalı kondisioner alaraq işlədiyi “Alfa Rooms“ adlı oyun məkanına quraşdırmışdır. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində işlədiyi “Alfa Rooms“ adlı oyun məkanına gedərək işə başlamışdır. Həmin gün o, obyektə quraşdırılmış kondisioneri işə salmaq istəyən zaman işləmədiyini görmüşdür. Buna görə də “Alfa Rooms“ oyun məkanından çıxaraq obyektin yan hissəsinə keçən zaman divara bərkidilmiş 03 ədəd kondisionerdən ikisinin mühərrikinin içinin sökülərək oğurlandığını aşkar etmişdir. Həmçinin o, həmin vaxt divara bərkidilmiş 3-cü kondisionerin mühərrikinin də mis boru və naqillərinin kəsilməsini aşkar etmişdir. Daha sonra oğurluq barədə polisə məlumat vermişdir. Oğurluq nəticəsində ona 2000 manat ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 12 ünvanında yerləşən “Günəş Hamam” ictimai iaşə obyektinin sahibidir. Həmin obyekt “Günəş Hamam” adı altında hamam və bərbərxana kimi fəaliyyət göstərir. Hamamın bərbərxanasında Şahid2 işçi kimi işləmişdir. ünvan 5 ünvanında yerləşən “Günəş Hamam” hər gün saat 09:00-da açmış və həmin gün saat 23:10-da bağlamışlar. Bərbərxanada işləyən Şahid2 işi saat 21:00-da bitdiyi üçün Emil həmin vaxt işdən çıxmışdır. “Günəş Hamam”da Ruslan Qafarov da işləyərək həmin işlərdə ona köməklik etmişdir. xx.xx.2023-cü il tarixdə iş rejiminə uyğun olaraq bağlayaraq yaşadıqları ünvana getmişlər. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə saat 09:00-da Ruslan Qafarov onunla əlaqə saxlayaraq işlədiyi “Günəş Hamamın”da oğurluq olması barədə məlumat vermişdir. Hamamın əsas girişi dəmir seyf qapıdan ibarət olmuş və hamama bərbərxana olan hissəsindən də daxil olmaq olmuşdur. Bərbərxananın qapısı da plastik qapıdan ibarət olmuşdur. O, “Günəş Hamam” ın bərbərxana tərəfdən olan giriş qapısından içəri daxil olan zaman Şahid2un işçi kimi işlədiyi bərbərxananda olan dolabın qapısının qırılmış vəziyyətdə, içərinin dağınıq olmasını, həmçinin Emilin bərbər kimi işləyə bilməsi üçün alaraq Emilə verdiyi bərbərxana ləvazimatlarının yerində olmadığını aşkar etmişdir. Emil bərbərxanada işçi kimi işlədiyi üçün həmin ləvazimatları o, öz şəxsi vəsaiti hesabına alaraq Emilə vermişdir. Daha sonra bərbərxanadan hamama keçmək üçün olan plastik qapının açıq vəziyyətdə olduğunu görmüşdür. Hamama daxil olan zaman isə divara bərkidilmiş 500 manat dəyərində “Samsung” markalı televizorun yerində görmüşdür. Hamama baxış keçirən zaman vitrində olan 11 ədəd 44 manat dəyərində kişi corabının, 10 ədəd 80 manat dəyərində kişi tumanın, 6 ədəd 48 manat dəyərində kişi maykasının, 20 ədəd 20 manat dəyərində sadə üzqırxanın, 6 ədəd 12 manat dəyərində sabunlu üzqırxanın, 06 ədəd 36 manat dəyərində “Helden&shoulders” markalı saç şamptınunun, həmçinin vitrin soyuducuda olan 8 ədəd 40 manat dəyərində “Zero Efes” markalı pivənin, 1 ədəd 15 manat dəyərində “Samsung” markalı enerji cərəyan başlığını, 01 ədəd 55 manat dəyərində idman şalvarının yerində olmadığını aşkar etmişdir. Sonra Şahid2 zəng vuraraq bu barədə məlumat vermiş və Emil gələrək bərbərxanadan nələrin götürməsinə baxış keçirmişdir. Həmin vaxt Emil ona bərbərxanada işləyə bilməsi üçün alaraq ona verdiyi ümumilikdə 500 manat dəyərində olan 01 ədəd saç maşını, 6 ədəd qayçı, 7 ədəd müxtəlif formalı darağı, 3 ədəd üz qırxmaq üçün olan ülgücün, 01 ədəd fen və bəzi bərbərxana ləvazimatlarını oğurlandığım bildirmişdir. Həmin gün o, şəxsi işləri ilə bağlı olaraq bu barədə polisə məlumat verməsə də, xx.xx.2023-cü il tarixdə Nərimanov RPİ-nin 17-ci PŞ- nə gedərək hadisə ilə bağlı olaraq ərizə ilə müraciət edərək izahat vermişdir. Oğurluq nəticəsində ona 1350 manat ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən “Boss Baku“ restoranı ona məxsusdur və o, həmin restoranı icarə əsasında işlətməsi üçün Şahid1 vermişdir. Restoranın içərisində olan avadanlıqlar ona məxsusdur. Restoranda olan otaqları yayda sərinlətmək, qışda isə isitmək üçün 1900 manata 02 ədəd “Gree” markalı kondisioner alaraq restorana quraşdırmışdır. Həmin kondisionerlərin aparat hissəsi obyektin içərisində olsa da, mühərrik hissəsi obyektin arxa hissəsində divara bərkidilmişdir. Obyekti Şahid1 icarəyə verdiyi üçün obyektə sonucu özü nəzarət etmişdir. Kabinetdə müştəri əyləşən zaman kondisioneri işə salaraq işlətmişlər. xx.xx.2023-cü il tarixdə Şahid1 onunla əlaqə saxlayaraq “Boss Baku” restoranına quraşdırılmış kondisioneri işə salmaq istəyən zaman işləmədiyini, buna görə də, obyektin arxa hissəsinə keçən zaman divara bərkidilmiş 02 ədəd kondisionerin mühərrikinin içinin sökülərək oğurlandığını aşkar etməsi barədə bildirmişdir. O, obyektə gedib baxdıqdan sonra polisə məlumat verəcəyini demiş və şəxsi işləri ilə əlaqədar olaraq obyektə gedə bilmədiyi üçün polisə məlumat verməmişdir. xx.xx.2023-cü il tarixdə o, ünvan 3 ünvanında yerləşən “Boss Baku“ restoranına gedərək quraşdırılmış kondisionerlərin mühərrikinə baxmış və mühərriklərin içərisində olan mis boru və bəzi hissələrinin oğurlandığını aşkar etmişdir. Daha sonra oğurluq hadisəsi barədə polisə məlumat vermişlər. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 2021-ci ildən etibarən "xxxx" MMC-də icraçı direktor vəzifəsində işləyir və həmin MMC-nin rəhbəridir. İşlədiyi MMC-nin əsas iş prinsipi xarici dövlətlərdən elektrik avadanlıqlarının gətirib tender yolu ilə satışını həyata keçirməkdən ibarətdir. Rəhbəri olduğu "xxxx" MMC-nin ofisi Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 18 saylı binanın birinci mərtəbəsində yerləşən 29 nömrəli mənzildə yerləşir. Həmin mənzili icarə müqaviləsi əsasında götürüb ofis kimi işlədir. Həmin ofisin giriş qapısı ağ rəngli plastik qapıdan ibarətdir. Onlar həftənin beş iş günü səhər saat 09:00-da işə başlayıb axşam saat 18:00-a kimi həmin ofisdə fəaliyyət göstərmişlər. xx.xx.2023-cü il tarixdə səhər saat 09:00-da işə işçilərlə birlikdə ofisə gələrək işə başlamışlar və həmin gün saat 18:00-da iş saatı bitdiyi üçün ofisi başlayaraq yaşadığı ünvana getmişdir. 21 sentyabr 2023-cü il tarixdə saat 09 radələrində ofisin işçisi olan Diana ona zəng vuraraq ofisdə oğurluq hadisə baş verməsi barədə məlumat verərək sanitar qovşağında olan “Arko” su kranının oğurlanmasına görə ofisi su basmasını bildirmişdir. O da həmin vaxt bir qədər kənarda olduğu üçün obyekti icarəyə götürdüyü Cavid Qasımova zəng vuraraq bu barədə bildirib suyun axmasının ümumi xətdən suyu bağlayaraq ofisdən oğurluq olması barədə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. O, ofisə gedən zaman artıq polis əməkdaşlarının hadisə yerində olduğunu görmüşdür. Bundan sonra polis əməkdaşları ilə birlikdə ofisdə baxış keçirən zaman oradan 1 il əvvəl 2564 manat pul ödəyib almış olduğu 02 ədəd kompüterin sistem blokunun yerdə olduğunu, həmin sistem blokunun içərisinin sökülərək içərisində olan operativ yaddaş olan ramın, qida blokunun, soyutma sistemi olan kullerin, yaddaş qurğusu olan sərt disklərin sökülüb yararsız hala salındığını, 01 ədəd 317 manat dəyərində “HP” və 01 ədəd 317 manat dəyərində “Lenovo” markalı monitorların, 1000 manat dəyərində 01 ədəd “Lenovo” markalı notbukun, 01 ədəd 30 manat dəyərində şəhər telefon aparatının, 01 ədəd 35 manat dəyərində modemin, mətbəxdə olan 01 ədəd 30 manat dəyərinə “Tefal” çaynikin, 01 ədəd 250 manat dəyərində divara quraşdırılmış su qızdırıcısının, 01 ədəd 125 manat dəyərində qaz piltəsinin, hamamda olan 185 manat dəyərində unitazın borusunun, duşu və kranının oğurlandığını aşkar etmişdir. Ofisdən oğurlanmış bükün əşya və aparatlar ona məxsus olmuşdur. O, həmin əşyaları şəxsi vəsaiti hesabına almışdır. Oğurluq nəticəsində ona 4853 manat ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən hüquqi şəxsə dəymiş zərər ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə iclasına dəvət edilmələrinə baxmayaraq şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasında iştirak etməmişlər. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onların ibtidai istintaqda vermiş olduqları ifadələri elan olunmuşdur. İbtidai istintaq zamanı Şahid1 vermiş olduğu ifadədən aydın olur ki, Neftçala rayonu, Dördlər kəndində qeydiyyatda olsa da, ünvan 13 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də, fərdi olaraq sahibkar kimi ünvan 3 ünvanında yerləşən “Boss Baku” restoranını 2 ay olar ki, icarəyə götürüb işlətmişdir. Həmin restoranın sahibi Zərərçəkmiş şəxs3 olmuşdur. Həmin restoranı icarəyə götürüb işlətdiyi üçün restoranda olan avadanlıqlar Orxana məxsus olmuş və restoran yaşadığı binanın zirzəmisində yerləşir. O, həmin restoranı hər gün saat 12 radələrində açaraq işə başlamış və növbəti gecə saat 03 radələrində başlayaraq yaşadığı ünvana getmişdir. İşlədiyi restoranda olan otaqları yayda sərinlətmək, qışda isə isitmək üçün 02 ədəd “Gree” markalı kondisioner “Boss Baku” adh restorana quraşdırılmışdır. Həmin kondisionerlərin aparat hissəsi obyektin içərisində olsa da, mühərrik hissəsi obyektin arxa hissəsində divara bərkidilmişdir. Həmin obyekti özü nəzarət etmidir. Kabinetdə müştəri əyləşən zaman onlar kondisioneri işə salaraq işlətmişlər. xx.xx.2023-cü il tarixdə saat 12:00- da restoranı açaraq işə başlamış və həmin gün saat işlədiyi restoranda kabinetdə müştəri əyləşdiyi üçün kondisioneri işə salmaq istəyən zaman işləmədiyini görmüşdür. Buna görə də “Baku Boss“ restoranından çıxaraq obyektin arxa hissəsinə keçən zaman divara bərkidilmiş 02 ədəd kondisionerdən ikisinin mühərrikinin içinin sökülərək oğurlandığını aşkar etmişdir. O, bu barədə obyektin sahibi olan Orxana məlumat verib polis müraciət etməsini demişdir. Orxan da ona obyektə gəlib baxdıqdan sonra polisə məlumat verəcəyini bildirmiş və xx.xx.2023-cü il tarixdə Orxan gələrək obyektə quraşdırılmış kondisionerlərin mühərrikinə baxmışdır. Həmin vaxt Orxan ona şəxsi işləri ilə əlaqədar olaraq bu barədə polisə məlumat verməyini bildirdiyi üçün o, həmin gün DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Daha sonra isə Nərimanov RPİ-nin 17-ci PŞ-nə gedərək ərizə ilə müraciət edərək izahat vermişdir. “Boss Baku” restoranına quraşdırılmış 02 ədəd 1900 manat dəyərində olan “Gree” markalı kondisioner Zərərçəkmiş şəxs3 məxsus olmuş, ona heç bir maddi ziyan dəyməmişdir. İbtidai istintaq zamanı Şahid2 vermiş olduğu ifadədən aydın olur ki, ünvan 14 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda ünvan 5 ünvanında yerləşən “Günəş Hamam” ictimai iaşə obyektində olan kişi salonunda bərbər kimi işləyir. Günəş hamamın sahibi Zərərçəkmiş şəxs2dur. ünvan 5 ünvanında yerləşən “Günəş Hamam” hər gün saat 09:00-da açılır və həmin gün saat 23:00-da bağlanır. Onun işi isə saat 21:00-da bitdiyi üçün işdən çıxıb yaşadığı ünvana getmişdir. Ondan başqa “Günəş Hamam”da Ruslan Qafarov da işləmişdir. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs2 onunla əlaqə saxlayaraq işlədiyi “Günəş Hamamda” oğurluq olması barədə məlumat vermişdir. O, bərbər işlədiyi “Günəş Hamam”a getmiş və kişi salonuna baxan zaman bərbərxananda olan dolabın qapısının qırılmış vəziyyətdə, içərinin dağınıq olmasını, həmçinin Zərərçəkmiş şəxs2 bərbər kimi işləyə bilməyi üçün alaraq ona verdiyi 500 manat dəyərində olan 01 ədəd saçqırxan maşının, 6 ədəd qayçının, 7 ədəd müxtəlif formalı darağın, 3 ədəd üz qırxmaq üçün olan ülgücünün, 01 ədəc fen və bəzi bərbərxana ləvazimatlarını oğurlandığını aşkar etmişdir. Bərbərxanada olan ləvazimatları Zərərçəkmiş şəxs2 alaraq ona vermişdi. Həmin vaxt Zərərçəkmiş şəxs2 ona “Günəş Hamam”da olan 01 ədəd “Samsung” markalı televizorun, kişi corabının, kişi tumanının, kişi maykasının, üzqırxan, “Heiden & shoulders” markalı saç şampununun, “Zero Efes” markalı pivənin, “Samsung” markalı enerji cərəyan başlığının, 01 ədəd idman şalvarının oğurlandığını bildirmişdir. Daha sonra isə Zərərçəkmiş şəxs2 bu barədə Nərimanov RPİ-nin 17-ci PŞ-nə gedərək hadisə ilə bağlı ərizə ilə müraciət etdiyini öyrənmişdir. Hadisə nəticəsində ona heç bir maddi ziyan dəyməmişdir. Bərbər işlədiyi kişi salonundan oğurlanmış bərbər ləvazimatları Zərərçəkmiş şəxs2 tərəfindən alınaraq ona verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 28 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə müraciəti əsasında əməliyyat qrupu ilə hadisə yerinə gəldikdə müəyyən olunmuşdur ki, hadisə ünvan 15 ünvanında baş vermişdir. Baxış keçirilən zaman hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. “Hadisə yerinə baxış keçirilməsi barədə” 26 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, əməliyyat qrupu ilə hadisə yerinə gəldikdə müəyyən olunmuşdur ki, hadisə ünvan 16 ünvanında baş vermişdir. Baxış keçirilən zaman hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. “Hadisə yerinə baxış keçirilməsi barədə” 03 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 müraciəti əsasında əməliyyat qrupu ilə hadisə yerinə gəldikdə müəyyən olunmuşdur ki, hadisə ünvan 17 ünvanında baş vermişdir. Baxış keçirilən zaman hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. “Təqdim etmə və götürmə barədə” 03 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü surətdə oğurladığı 02 ədəd 8GB yaddaşlı operaiv yaddaş qurğusunu, 02 ədəd qida blokunu, 01 ədəd soyutma sistemi olan kulleri, 01 ədəd 1 TB yaddaşı olan “Western Digital” markalı sərt diski, 01 ədəd “HP” markalı klaviaturanı, 01 ədəd “Genius” markalı klaviaturanı, 01 ədəd “HP” markalı mausu, 01 ədəd 27 diaqonallı “HP” markalı monitoru, 01 ədəd “Lenovo” markalı, “İdeapad” modelli notbuku, 01 ədəd “Panasonic” markalı, “KX-TG1611UA” modelli şəhər telefon aparatını, 01 ədəd “TP-link” markalı modemi, 01 ədəd “Tefal” çayniki, 01 ədəd 24 litrlik “ATO GAZ” markalı su qızdırıcısını, 01 ədəd “Güven” markalı qaz piltəsini, 01 ədəd üzərində “Metro” yazısı olan iş geyimini, 04 ədəd kranı, 02 ədəd unitazın su borusunu, 01 ədəd saç qurudan feni, 01 ədəd “Moser” markalı saç aparatını, 01 ədəd “Yaguar” markalı qayçını, 03 ədəd “Head and Sholders” markalı saç şampunu, 01 ədəd “Samsung” markalı, “UE40H4200AK” modelli televizoru təqdim etmişdir. Təqdim edilmiş əşyalar hal şahidlərinin iştirakı ilə götürülmüşdür. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 03 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, 03 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 4(005)- 1444/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş, onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli Sərəncamından görünür ki, Təqsirləndirilən şəxs 44 günlük Vətən müharibəsində iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. “Hadisə yerinə baxış keçirilməsi barədə” 04 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, əməliyyat qrupu ilə hadisə yerinə gəldikdə müəyyən olunmuşdur ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 72 ünvanında baş vermişdir. Baxış keçirilən zaman hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 14 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, predmetlər zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə təqdim edilmişdir. Tanınma zamanı o, ofisdən oğurlanmış 02 ədəd 8GB yaddaşlı operaiv yaddaş qurğusunu, 02 ədəd qida blokunu, 01 ədəd soyutma sistemi olan kulleri, 01 ədəd 1 TB yaddaşı olan “Western Digital” markalı sərt diski, 01 ədəd “HP” markalı klaviaturanı, 01 ədəd “Genius” markalı klaviaturanı, 01 ədəd “HP” markalı mausu, 01 ədəd 27 diaqonallı “HP” markalı monitoru, 01 ədəd “Lenovo” markalı, “İdeapad” modelli notbuku, 01 ədəd “Panasonic” markalı, “KX-TG1611UA” modelli şəhər telefon aparatını, 01 ədəd “TP-link” markalı modemi, 01 ədəd “Tefal” çayniki, 01 ədəd 24 litrlik “ATO GAZ” markalı su qızdırıcısını, 01 ədəd “Güven” markalı qaz piltəsini, 01 ədəd üzərində “Metro” yazısı olan iş geyimini, 04 ədəd kranı, 02 ədəd unitazın su borusunu tanıyaraq onlara məxsus olduğunu bildirmişdir. “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 14 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, predmetlər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 təqdim edilmişdir. Tanınma zamanı o, 01 ədəd saç qurudan feni, 01 ədəd “Moser” markalı saç aparatını, 01 ədəd “Yaguar” markalı qayçını, 03 ədəd “Head and Sholders” markalı saç şampunu, 01 ədəd “Samsung” markalı, “UE40H4200AK” modelli televizorun ona məxsus olduğunu bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 25 oktyabr 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. “İfadənin yerində yoxlanılması haqqında” 03 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs 20 sentyabr 2023cü il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 3 ünvanında yerləşən “Boss Baku“ adlı restoranına qurşadılmış kondisionerin obyektin çöldən arxa hissəsində divara bərkidilmiş 1900 manat dəyərində 02 ədəd “Gree” markalı kondisionerin mühərrikinin boru və elektrik naqilini kəsdikdən sonra içərisində olan hissələri gizli olaraq oğurladığını, bundan başqa 21 sentyabr 2023-cü il tarixdə saat 04 radələrində "xxxx" MMC-nin icarə müqaviləsi əsasında ofis kimi fəaliyyət göstərdiyi ünvan 18 ünvanının plastikdən olan giriş qapısını güc tətbiq etməklə itələyib açaraq ofisə qanunsuz daxil olub oradan, 02 ədəd “HP” və “Lenovo” markalı kompüterin sistem blokunun içərisində olan hər biri 40 manat olmaqla 80 manat dəyərində 02 ədəd 8 GB yaddaşlı operativ yaddaş qurğusunu, hər biri 40 manat olmaqla 80 manat dəyərində 02 ədəd qida blokunu, 10 manat dəyərində 01 ədəd soyutma sistemi olan kulleri, hər biri 40 manat olmaqla 80 manat dəyərində 02 ədəd 1TB yaddaşı olan “Western Digital” markalı sərt diskləri, 10 manat dəyərində 01 ədəd “HP” markalı klaviaturanı, 10 manat dəyərində 01 ədəd “Genius” markalı klaviaturanı, 5 manat dəyərində 01 ədəd “HP” markalı siçanı (mişka, maus), 140 manat dəyərində 01 ədəd 27 diaqonallı “HP” markalı monitoru, 317 manat dəyərində 01 ədəd “Lenovo” markalı monitoru, 400 manata dəyərində 01 ədəd gümüşü rəngli “Lenovo” markalı, “İdeapad” modelli notebuku, 15 manat dəyərində 01 ədəd qara rəngli “Panasonic” markalı, “KX-TG1611UA” modelli telefon aparatını, 15 manat dəyərində 01 ədəd qara rəngli “TP-link” markalı moderni, mətbəx hissəsindən 15 manat dəyərinə 01 ədəd qara-göy rəngli “Tefal” çayniki, 80 manat dəyərində 01 ədəd divara quraşdırılmış ağ rəngli 24 litrlik “ATO GAZ” markalı su qızdırıcını, 80 manat dəyərində 01 ədəd gümüşü metal rəngli “Güven” markalı 4 göz qaz sobasını, sanitar qovşağından hər biri 30 manat olmaqla 120 manat dəyərində 04 ədəd duşu və kranı, hər biri 5 manat olmaqla 10 manat dəyərində 02 ədəd unitazın su borusunu, 30 manat dəyərində 01 ədəd üzərində “Metro” yazısı olan iş geyimini gizli olaraq oğurladığını, bundan başqa 24 sentyabr ünvan 5 ünvanında yerləşən ictimai iaşə obyekti olan “Günəş Hamam”ın “Kişi salonu” adlı bərbərxana olan hissəsinin plastikdən olan giriş qapısını güc tətbiq edib açmaq yolu ilə salona qanunsuz daxil olub, oradan 20 manat dəyərində 01 ədəd qara rəngli saç qurudan feni, 12 manat dəyərində 01 ədəd qəhvəyi rəngli “Moser” markalı saçqırxan maşını, 3 manat dəyərində 01 ədəd “Yaguar” markalı saç qayçısını, ümumi dəyəri 380 manat təşkil edən 5 ədəd qayçı, 7 ədəd müxtəlif formalı darağı, 3 ədəd üz qırxmaq üçün olan ülgücü və bəzi bərbərxana ləvazimatlarını götürdükdən sonra, hamamın plastikdən olan qapısını salondan götürdüyü qayçı vasitəsi ilə açaraq hamama qanunsuz daxil olub hamamdan divara bərkidilmiş 01 ədəd 300 manat dəyərində qara rəngli Malaziya istehsalı, “Samsung” markalı, UE40H4200AK” modelli televizoru, vitrində olan 44 manat dəyərində 11 ədəd kişi corabını, 80 manat dəyərində 10 ədəd kişi tumanını, 48 manat dəyərində 6 ədəd kişi maykasını, 20 manat dəyərində 20 ədəd sadə üzqırxanı, 12 manat dəyərində 6 ədəd sabunlu üzqırxanı, hər biri 6 manat olmaqla 36 manat dəyərində 06 ədəd “Head Sholders” markalı saç şampununu, 15 manat dəyərində 01 ədəd “Samsung” markalı enerji cərəyan başlığını, 55 manat dəyərində 01 ədəd idman şalvarını, soyuducuda olan 40 manat dəyərində 8 ədəd “Zero Efes” markalı pivəni gizli olaraq oğurladığını, bundan başqa 24 sentyabr 2023-cü il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi ünvan 6 ünvanında yerləşən “Alfa Rooms“ adlı oyun məkanına qurşadılmış kondisionerin obyektin çöldən sağ yan hissəsində divara bərkidilmiş 2000 manat dəyərində 02 ədəd “AUX” markalı kondisionerin mühərrikinin boru və elektrik naqilini kəsdikdən sonra içərisində olan hissələri gizli olaraq oğurladığını bildirmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 06 noyabr 2023-cü il tarixli, 4898 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-9/7865/2023 nömrəli 30 oktyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1493,00 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 30 noyabr 2023-cü il tarixli qərardan görünür ki, 01 ədəd saç qurudan fen, 01 ədəd “Moser” markalı saç aparatı, 01 ədəd “Yaguar” markalı qayçı, 03 ədəd “Head&Sholders” markalı saç şampunu, 01 ədəd “Samsung” markalı “UE40H4200AK” modelli televizor maddi sübut hesab edilmiş və məhkəmənin yekun hökmünə qədər saxlanması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılmışdır. İş üzrə zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-yə məxsus 02 ədəd 8GB yaddaşlı operaiv yaddaş qurğusunu, 02 ədəd qida blokunu, 01 ədəd soyutma sistemi olan kulleri, 01 ədəd 1 TB yaddaşı olan “Western Digital” markalı sərt diski, 01 ədəd “HP” markalı klaviaturanı, 01 ədəd “Genius” markalı klaviaturanı, 01 ədəd “HP” markalı mausu, 01 ədəd 27 diaqonallı “HP” markalı monitoru, 01 ədəd “Lenovo” markalı, “İdeapad” modelli notbuku, 01 ədəd “Panasonic” markalı, “KX-TG1611UA” modelli şəhər telefon aparatını, 01 ədəd “TP-link” markalı modemi, 01 ədəd “Tefal” çayniki, 01 ədəd 24 litrlik “ATO GAZ” markalı su qızdırıcısını, 01 ədəd “Güven” markalı qaz piltəsini, 01 ədəd üzərində “Metro” yazısı olan iş geyimini, 04 ədəd kranı, 02 ədəd unitazın su borusu maddi sübut hesab edilmiş və məhkəmənin yekun hökmünə qədər saxlanması üçün hüquqi şəxsə qaytarılmışdır. **********0275 nömrəli, xx.xx.2024-cü il tarixli notarial qaydada yazılmış ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur və ona dəymiş zərər ödənilmişdir. xx.xx.2023-cü il tarixli zərər çəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur və ona dəymiş zərər ödənilmişdir. xx.xx.2023-cü il tarixli zərər çəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur və ona dəymiş zərər ödənilmişdir. xx.xx.2023-cü il tarixli zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə tərəfindən yazılmış ərizədən görünür ki, zərər çəkmiş hüquqi şəxsin Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur və ona dəymiş zərər ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin və şahidlərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin Qərarda həmçinin götərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2-ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn, oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün olaraq tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, zərər çəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, X1 iştirakçısı olmasını, “Vətən müharibəsi iştirakçısı”, “Zəngilanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilməsini və himayəsində iki azyaşlı uşağının olmasını (əsas: iş materiallarında olan AA4562540 və AA4562563 seriyalı şəxsiyyət vəsiqələrinin surəti) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə zərər çəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı heç bir tələbinin olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 163.4-cü maddəsinə əsasən ev dustaqlığı, onun müddətinin müəyyən edilməsi və uzadılması, ev dustaqlığından azad etmə barədə qərarların qəbul edilməsi əsasları və qaydası bu Məcəllənin həbs qətimkan tədbirinə aid olan müddəaları ilə tənzimlənir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 03 oktyabr 2023-cü il tarixdən 02 fevral 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 04 ay müddət bir günə iki gün hesabı ilə hesablanaraq 08 ay azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd saç qurudan fen, 01 ədəd “Moser” markalı saç aparatı, 01 ədəd “Yaguar” markalı qayçı, 03 ədəd “Head&Sholders” markalı saç şampunu, 01 ədəd “Samsung” markalı “UE40H4200AK” modelli televizorun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılması və zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-yə məxsus 02 ədəd 8GB yaddaşlı operaiv yaddaş qurğusunu, 02 ədəd qida blokunu, 01 ədəd soyutma sistemi olan kulleri, 01 ədəd 1 TB yaddaşı olan “Western Digital” markalı sərt diski, 01 ədəd “HP” markalı klaviaturanı, 01 ədəd “Genius” markalı klaviaturanı, 01 ədəd “HP” markalı mausu, 01 ədəd 27 diaqonallı “HP” markalı monitoru, 01 ədəd “Lenovo” markalı, “İdeapad” modelli notbuku, 01 ədəd “Panasonic” markalı, “KX- TG1611UA” modelli şəhər telefon aparatını, 01 ədəd “TP-link” markalı modemi, 01 ədəd “Tefal” çayniki, 01 ədəd 24 litrlik “ATO GAZ” markalı su qızdırıcısını, 01 ədəd “Güven” markalı qaz piltəsini, 01 ədəd üzərində “Metro” yazısı olan iş geyimini, 04 ədəd kranı, 02 ədəd unitazın su borusunun hüquqi şəxsə qaytarılması nəzərə alınmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 oktyabr 2023-cü il tarixdən 02 fevral 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 04 ay müddət, bir günə iki gün hesabı ilə hesablanaraq 08 ay azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut 01 ədəd saç qurudan fen, 01 ədəd “Moser” markalı saç aparatı, 01 ədəd “Yaguar” markalı qayçı, 03 ədəd “Head&Sholders” markalı saç şampunu, 01 ədəd “Samsung” markalı “UE40H4200AK” modelli televizorun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut 02 ədəd 8GB yaddaşlı operaiv yaddaş qurğusunu, 02 ədəd qida blokunu, 01 ədəd soyutma sistemi olan kulleri, 01 ədəd 1 TB yaddaşı olan “Western Digital” markalı sərt diski, 01 ədəd “HP” markalı klaviaturanı, 01 ədəd “Genius” markalı klaviaturanı, 01 ədəd “HP” markalı mausu, 01 ədəd 27 diaqonallı “HP” markalı monitoru, 01 ədəd “Lenovo” markalı, “İdeapad” modelli notbuku, 01 ədəd “Panasonic” markalı, “KX-TG1611UA” modelli şəhər telefon aparatını, 01 ədəd “TP-link” markalı modemi, 01 ədəd “Tefal” çayniki, 01 ədəd 24 litrlik “ATO GAZ” markalı su qızdırıcısını, 01 ədəd “Güven” markalı qaz piltəsini, 01 ədəd üzərində “Metro” yazısı olan iş geyimini, 04 ədəd kranı, 02 ədəd unitazın su borusunun zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-yə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-98/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-98/2024
02.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver