Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-98/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:30 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhər X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2003-cü il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, 01 (bir) azyaşlı övladı olan, əvvəllər məhkum olunmayan, Xaçmaz rayonu, Dədəli ərazi dairəsi, Bostançı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 28 aprel 2024-cü il tarixdə saat 00:30 radələrində ofisiant işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi 49 ünvanında yerləşən “Pub 01 F” adlı kafedə müştərilərə həmin kafenin digər işçisi Zərərçəkmiş şəxs barədə həqiqətə uyğun olmayan və rüsvayedici məlumatlar yaymasına sonuncu tərəfindən irad bildirilməsini bəhanə edərək qeyd edilən kafedəki müştərilərin və ətrafdakı şəxslərin gözü qarşısında özünün şəxsiyyətini ətrafdakı şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla qəddarlıq və eqoizm nümayiş etdirib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ədəb qaydalarının qərəzli surətdə pozulmasına səbəb olan nalayiq ifadələrlə ucadan təhqir edib silah qismində istifadə etmiş olduğu və istintaqla müəyyən edilməyən pivə bakalı ilə Zərərçəkmiş şəxs üz nahiyəsindən qəsdən vurub ona sağ göz ətrafının almacıq nahiyəsini əhatə etməklə flüktuasiya və sağ göz yarığının daralması ilə müşayiət olunan şişkinli hematoması ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmiş, daha sonra qərəzli hərəkətlərini inadkarlıqla davam etdirib sonuncunun sağ bazu nahiyəsini sıxıb saxlamaqla ona sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən sağbazunun qançırı ilə müşayiət olunan bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək qeyd etmişdir ki, işə ehtiyacı olduğundan 2024-cü ilin aprel ayının sonlarında ünvan 1 ünvanda yerləşən “Pub 11” adlı kafedə işə başlamışdır. İşlədikdən təxminən 2 gün sonra kafeyə xadimə kimi Gülay adlı xanım işə qəbul olunmuşdur. Gülay spirtli içki qəbul etdiyini və içki qəbul etdikdən sonra davranışlarını və özünü idarə etmək iqtidarında olmadığını bildirmişdir. Belə ki, Gülay spirtli içki qəbul etdikdən sonra özündə olmur, ətrafındakılara sataşaraq mübahisə yaradırmış. 28 aprel 2024-cü il tarixdə, saat 00:30 radələrində kafedəki müştərilərin içmiş olduğu pivənin boş bakalını götürüb mətbəxə qayıtdıqda Gülay əlindəki dəsmalı onun üstünə atmış, özünü, ailəsini və körpə övladını təhqir etmişdir. Əvvəllərdə bu cür təhqiredici ifadələr işlətdiyindən ona bu cür danışmamasını bildirmişdir. Lakin, hadisə olan gün övladını təhqir etdiyi üçün dözə bilməmiş və əlinə keçən bakalla onu vurmuşdur. Mübahisə kafenin mətbəxində baş verdiyindən orada Gülayla ikisi olmuşlar, ətrafda heç kim olmamışdır. Mübahisə təxminən 1-2 dəqiqə davam etmişdir. Mübahisəyə səbəb isə Gülayın heç bir əsas olmadan onu, ailəsini və övladını təhqir etməsi olmuşdur. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, onun dalaşmaq, kiməsə zərər yetirərək, xuliqanlıq etmək niyyəti olmamış, o, üç gündür ki, işləməyə başlamışdır, Gülay ondan sonra işə qəbul olunmuşdur. Son olaraq o, əməlindən peşman olmasını, azyaşlı övladı olmasını, tək ana olmasını, ilk dəfədir bu cür əməli törətməsini, xuliqanlıq etmək niyyətinin olmamasını, zərərçəkmiş şəxslə barışmasının nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə teleqram və notarial qaydada ərizə ünvanlamış, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini qeyd etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Məhkəmə istintaqında elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində qeyd olunmuşdur ki, ehtiyacı olduğundan 26 aprel 2024-cü il tarixda iş elanlarından ünvan 2 ünvanda yerləşən "Pub İİ" adlı kafeya xadiməçi axtarıldığını görüb, həmin elandakı nömrə ilə əlaqə saxlamış va müdriyyət onu işlə tanış olmağı üçün kafeya çağırmışdır. Kafedə müdriyyətlə işlə bağlı danışıb işə qəbul olunduğundan növbəti gün, yəni 27 aprel 2024-cü il tarixdə, saat 12 radalarində həmin kafeya gəlmişdir. İşdə olduğu zaman, yəni 28 aprel 2024-cü il tarixdə, saat 00:30 radələrində kafenin mətbəxində olduğu zaman kafenin həyətindəki masalar tərəfdən səs-küy gəldiyini eşidib əlini dəsmalla quruluya-qurulaya səs-küy gələn tərəfə getdikda Mariya adlı ofsiantın masanın arxasında əyləşmiş 4 nəfər kişiyə onun barəsində nalayiq ifadələr işlətdiyini eşitmiş va ona yaxınlaşaraq niyə onun barəsində danışdığını soruşmuşdur. Mariyanın müştərilərə onun barəsində danışdığını gördüyündən Mariya ona heç bir söz demədən onun üzüna baxabaxa qalmışdır. Mariyaya bu barada irad bildirdikdə ani olaraq masanın üzərində olan boş pivə bakalını götürərək onun sifətinin sağ tərəfindən vurmuş va qaçaraq oradan uzaqlaşmışdır. Sonradan ona məlum olmuşdur ki, masanın arxasında əyləşmiş kişilərdən biri Mariyanın sevgilisi olmuşdur. Mariyanın sevgilisi onu gördüyündan onun barasinda Mariyaya xoş sözlar deyərək, onun yaxşı qız olduğunu bildirmiş, Mariya isə qısqanaraq onun barəsində həqiqətə uyğun olmayan formada sözlər deyərək onu gözdən salmaq istəyirmiş. Yaranmış mübahisə zamanı Mariyanın sağ göz nahiyəsindən Piva bakalı ilə vurması naticəsində sağ gõz atrafının almacıq nahiyəsini əhatə etməklə flüktuasiya va sağ gõz yarığının daralması ilə müşahidə olunan şişkinlik hematoması xəsarəti, davam edən mübahisə zamanı Mariyanın əli ilə qolunu tutub sıxıb saxlaması nəticəsində isə sağ bazunun qançırı xəsarətini almışdır. İlkin müraciətində və izahatında hadisənin təsiri altında olduğundan fikirlərini tam va aydın şəkildə ifadə edə bilməmiş və mübahisənin onun müştəriyə söz atmağı səbəbindən başladığını bildirmişdir. Daha sonra hadisənin baş vermə ardıcıllığını və səbəbini özlüyündə düşünərək dəqiqləşdirib mübahisənin məhz Mariyanın onun barəsində həqiqətə uyğun olmayan və qüsvayedici məlumatlar deməsi səbəbindən başladığını yəyqin etmişdir. Hadisə zamanı kafedə müştərilən və kafenin işçiləri olmuşlar. Mübahisə təxminən 3-5 dəqiqə davam etmişdir. Məhkəmədə tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi 49 ünvanında yerləşən “Pub 11” adlı kafedə baş vermişdir. Məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X3” X7 xx.xx.2024-cü il tarixli, 476 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sağ göz ətrafının almacıq nahiyəsini əhatə etməklə flüktuasiya yə sağ göz yarığının daralması ilə müşayiət olunan şişkinli hematoması, sağ bazunun qançırı küt əşyanın (əşyaların) təsirindən törənib, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Aşkar edilmiş xəsarətlərin xarakterini, lokalizasiyasını və hadisə haqqında olan ilkin məlumatları nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin öz-özünə yetirmə və ya yıxılma nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X4 Xəstəxanasına ünvanlanmış sorğuya əsasən xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, qeyd edilən xəstəxanada Təqsirləndirilən şəxs müalicə almamışdır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” X8 ünvanlanmış sorğuya əsasən xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” X8 ünvanlanmış sorğuya əsasən əsasən xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, qeyd edilən xəstəxanada Təqsirləndirilən şəxs müalicə almamışdır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” X8 ünvanlanmış sorğuya əsasən əsasən xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə narkoloji qeydiyyatda yoxdur. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilmiş AZ İV№798156 saylı “X5”dən və AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü X6 adlı 01 (bir) azyaşlı övladı vardır. Məhkəmədə tədqiq edilmiş “Qətimkan tədbirinin seçilməsi haqqında” 29 noyabr 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilmiş Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Dədəli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs uşağı xx.xx.2022-ci il təvəllüdlü qızı X6 ilə Xaçmaz rayonu, Bostançı kəndində yaşayır. Məhkəmədə tədqiq olunan Zərərçəkmiş şəxs məhəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, səhəti ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan cinayət işinə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi əmələ düzgün hüquqi qiymət verilməmiş, Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə düzgün tövsif edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasına görə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda 221.3-cü maddə üzrə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas hesab edilir. Məhkəmə qeyd edir ki, xuliqanlıq cinayətinin və xuliqanlıq niyyətinin şərhini verən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi təsvirinə görə, Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-nin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır (“B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarı). Eyni müqabildən olan digər qərarında isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarı). Konstitusiya Məhkəməsinin yuxarıda təsvir edilmiş hüquqi mövqeyi daha öncə Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq Plenum qərarında da vurğunlanmış, müvafiq olaraq məhkəmələrə tövsiyə edilmişdir ki, onlar diqqətini xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zərurətinə cəlb etsinlər. Məhkəmələrə izah edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər (“Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı, № 1, § 3, 23 mart 2004-cü il ). Məhkəmədə baxılan cinayət işində Zərərçəkmiş şəxs tərəfindən istintaq orqanına verilmiş ilkin ərizəsində mübahisənin özünün müştəriyə söz atması nəticəsində başlaması, daha sonraki ifadəsində isə mətbəxdə olması və təqsirləndirilən Təqsirləndirilən şəxs onun barəsində müştərilərə rüsvayedici məlumatlar verməsi səbəbindən ona yaxınlaşdığı və nəyə görə barəsində danışdığını soruşduğu üçün yarandığını bildirmişdir. Təqsirləndirilən şəxs isə istər ibtidai istintaq orqanında, istərsə də məhkəmə istintaqında verdiyi ifadəsində mübahisənin zərərçəkmiş Zərərçəkmiş şəxs onu təhqir etməsi səbəbindən yarandığını söyləmişdir. Cinayət işinin mübahisəsiz hallarına nəzər yetirildikdə müəyyən edilir ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs tərəfindən verilmiş ifadələrə əsasən, onlar birbirlərini tanıyırlar, bir yerdə işləmişlər, hadisə gecə saatlarında “Pub 11” adlı kafedə olmuş, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə zərərçəkmiş Zərərçəkmiş şəxs arasında əvvəlcə mübahisə olmuş və təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən bakalla zərərçəkmiş Zərərçəkmiş şəxs üz nahiyəsindən xəsarət yetirilmişdir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən və zərərçəkmiş şəxs arasında yaranan mübahisə iş fəaliyyəti zamanı olmuş və zərərçəkmiş şəxsin ifadəsindən də aydın olur ki, zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs ilə mübahisə etməyə başlamasından sonra hadisə baş vermişdir. Bundan başqa, ibtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamda təqsirləndirilən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona irad bildirməsini bəhanə edərək kafedəki müştərilərin və ətrafdakı şəxslərin gözü qarşısında özünün şəxsiyyətini ətrafdakı şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla qəddarlıq və eqoizm nümayiş etdirib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ədəb qaydalarının qərəzli surətdə pozulmasına səbəb olan nalayiq ifadələrlə ucadan təhqir edib silah qismində istifadə etmiş olduğu və istintaqla müəyyən edilməyən pivə bakalı ilə Zərərçəkmiş şəxs üz nahiyəsindən qəsdən vurub ona xəsarət yetirdiyi göstərilmişdir. Lakin, istər cinayət işinin materiallarında, istərsə də məhkəmə istintaqında hadisənin şahidi olmuş heç bir şəxs müəyyən edilməmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud sürətdə və cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ədəb qaydalarının qərəzli surətdə pozulmasına yönləmiş hərəkətlərinin edilməsi heç bir sübutla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə göstəriənləri nəzərə alaraq belə qənaətə gəlir ki, 28 aprel 2024-cü il tarixdə saat 00:30 radələrində ofisiant işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi 49 ünvanında yerləşən “Pub 01 F” adlı kafedə təqsirləndirilən Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında zərərçəkmiş şəxs tərəfindən başlanılmış, habelə şəxsi münasibətlər zəmnində mübahisə baş vermiş və bunun nəticəsində təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs xəsarət yetirilmişdir. İşin hallarından da görünür ki, təqsirləndirilən tərəfindən zərərçəkmiş şəxsə yetirilmiş xəsarət yalnız zərərçəkmiş şəxs tərəfindən ona yaxınlaşdıqdan sonra başlanılmış sözlü mübahisədən sonra yaranmış və bundan əvvəl təqsirləndirilənin əməlində heç bir cinayət tərkibinin əlamətləri olmamışdır. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin xuliqanlıq niyyəti müəyyən olunmadan əsassız olaraq “Zərərçəkmiş şəxs barədə həqiqətə uyğun olmayan və rüsvayedici məlumatlar yaymasına sonuncu tərəfindən irad bildirilməsini bəhanə edərək qeyd edilən kafedəki müştərilərin və ətrafdakı şəxslərin gözü qarşısında özünün şəxsiyyətini ətrafdakı şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla qəddarlıq və eqoizm nümayiş etdirib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış ədəb qaydalarının qərəzli surətdə pozulmasına səbəb olan nalayiq ifadələrlə ucadan təhqir edib silah qismində istifadə etmiş olduğu və istintaqla müəyyən edilməyən pivə bakalı ilə Zərərçəkmiş şəxs üz nahiyəsindən qəsdən vurub ona sağ göz ətrafının almacıq nahiyəsini əhatə etməklə flüktuasiya və sağ göz yarığının daralması ilə müşayiət olunan şişkinli hematoması ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmiş, daha sonra qərəzli hərəkətlərini inadkarlıqla davam etdirib sonuncunun sağ bazu nahiyəsini sıxıb saxlamaqla ona sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən sağbazunun qançırı ilə müşayiət olunan bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir” - kimi qiymət verilməsi təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətməyə sövq edən hallara (hərəkətverici amil rolunu hansı faktorların əsas rol oynadığını) lazımi əhəmiyyət vermədən və onun şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, ictimai qaydanın hansı formada pozulması, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin nədən ibarət olduğunu açıqlamadan, gecə saatlarında həmin ərazidə kənar şəxslərin olub-olmaması müəyyən edilmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə (kafedə) və təqsirləndirilən şəxsin silah qismində bakaldan istifadə etməklə törətməsindən çıxış etməklə təqsirləndirilən Təqsirləndirilən şəxs hərəkətlərində xuliqanlıq cinayətinin tərkibinin mövcudluğuna dair ümumi göstərişlərlə kifayətlənərək onun əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Halbuki, sadalanan hallar özü-özlüyündə əməlin xuliqanlıq niyyəti ilə törədilməsini şərtləndirən hallar deyil və əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilməli idi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Yuxarıda sadalanan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin Plenum qərarlarındakı mövqelərdən məhkəmə belə nəticəyə gəlir ki, mübahisə və yaxud dalaşma zamanı şəxsin əməlində ictimai qaydanın pozulması, cəmiyyətə açıq hörmətsizliyin nümayiş etdirilməsi müəyyən edilmədən şəxs xuliqanlıq niyyəti ilə hərəkət etməkdə və belə əlamətlər müşayiət olunan cinayətin törədilməsində təqsirləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Odur ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, ibtidai araşdırma orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül zərər vurma kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə baxışı zamanı məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs iş materiallarında olan ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi” haqqında 20 oktyabr 2017-ci il tarixli Qanunla Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər nəzərə alınmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CPM-nin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmamasını təsdiq edən məhkəməyə ərizə ilə müraciət etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak, mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqında hüquqlarını müdafiə etmiş “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) iş saatı üçün 350 (üç yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.8, 43.1.2, 175, 321, 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) iş saatı üçün 350 (üç yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. Qərardan elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-98/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-98/2025
01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver