Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-99/2022 11.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs1 və onun vəkili- Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs2 və onun vəkili- Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, nömrəsiz evdə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 127.2.3 və 221.2.1-ci maddələri, xx.xx.1987-ci ildə Ermənistan Respublikası, Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 8, inzibati binada qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 9-cu Mədən, köhnə tikilidə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuş və bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, o, 28 iyul 2021-ci il tarixdə, saat 15:30 radələrində iş yoldaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə sonuncunun idarə etdiyi **-JZ-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Canter” yük markalı avtomobildə sərnişin qismində olan zaman Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2071 ünvanında yerləşən “Santral Elektrik” mağazasının qarşısına düşən avtomobil yolunda əvvəllər tanımadığı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobillə onun idarə etdiyi **-TD-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 180” minik markalı avtomobilini sıxmasına sonuncuya irad bildirməsini cüzi səbəb kimi bəhanə edib heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs2la bir qrup şəxs halında çoxlu sayda adamın gözləri qarşısında ümumi birgə davranış qaydalarına zidd olaraq Zərərçəkmiş şəxs ünvanına nalayıq ifadələr işlətmiş, ilk öncə Təqsirləndirilən şəxs2 yumruqla qəsdən Zərərçəkmiş şəxs sol gicgah nahiyəsinə bir zərbə endirəndən sonra o, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək özünü ətrafdakılara qarşı qoyub, əxlaq normalarını kobud surətdə pozaraq heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə qəsdən ayağı ilə Zərərçəkmiş şəxs sol ayağına bir zərbə vurub onu yerə yıxaraq ona sol baldır sümüklərinin yuxarı 1/3-nin təkrari yerdəyişmiş sınığı ilə müşayiət olunan qəsdən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmuş, daha sonra isə Təqsirləndirilən şəxs2la birlikdə yerdə uzanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə ayaqla qəsdən zərbələr endirib ona qapalı kəllə-beyin travması, sol gicgah nahiyəsinin əzilməsi, sol baldırın, sağ 1-ci ayaq barmağın əzilməsi ikimi dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuş, bu hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verib həmin hərəkətləri 10-15 dəqiqə ərzində davam etdirərək nəqliyyat vasitələrinin normal hərəkətinin, ətrafda olan şəxslərin rahatlıq və dincliklərini pozmaqla xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, o, 28 iyul 2021-ci il tarixdə, saat 15:30 radələrində iş yoldaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə idarə etdiyi **-JZ-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Canter” yük markalı avtomobildə olan zaman Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2071 ünvanında yerləşən “Santral Elektrik” mağazasının qarşısına düşən avtomobil yolunda əvvəllər tanımadığı Zərərçəkmiş şəxs ona idarə etdiyi avtomobillə onun idarə etdiyi **-TD-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 180” minik markalı avtomobilini sıxmasına irad bildirməsini cüzi səbəb kimi bəhanə edib heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs1la bir qrup şəxs halında çoxlu sayda adamın gözləri qarşısında ümumi birgə davranış qaydalarına zidd olaraq Zərərçəkmiş şəxs ünvanına nalayıq ifadələr işlətmiş, ilk öncə o, yumruqla qəsdən Zərərçəkmiş şəxs sol gicgah nahiyəsinə bir zərbə endirəndən sonra Təqsirləndirilən şəxs1 qəsdən ayağı ilə Zərərçəkmiş şəxs sol ayağına bir zərbə vurub onu yerə yıxmış, daha sonra isə Təqsirləndirilən şəxs1la birlikdə yerdə uzanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə ayaqla qəsdən zərbələr endirib ona qapalı kəllə-beyin travması, sol gicgah nahiyəsinin əzilməsi, sol baldırın, sağ 1-ci ayaq barmağın əzilməsi kimi dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuş, bu hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verib həmin hərəkətləri 10-15 dəqiqə ərzində davam etdirərək nəqliyyat vasitələrinin normal hərəkətinin, ətrafda olan şəxslərin rahatlıq və dincliklərini pozmaqla xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 28 iyul 2021-ci il tarixdə saat 14 radələrində həmin ərəfədə işlədiyi, “Soliton LTD”-yə məxsus Bakı şəhəri, Əhmədli qəsəbəsində yerləşən mağazadan şirkətdə sürücü işləyən Təqsirləndirilən şəxs2 ilə birlikdə mal götürmüşlər. Onlar həmin malları Mehdiabad qəsəbəsinə aparıb təhvil verməliydi. Saat 15:00 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi “Soliton LTD”-yə məxsus “Mitsubishi Canter” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Neolit” şadlıq evinin yaxınlığından keçirmişlər. Bu vaxt əvvəllər tanımadığı, adını sonradan bildiyi “Mercedes C180” markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs onların avtomobilinin arxasında siqnal vermiş, Nəcəf avtomobili dayandırmışdır. Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili yolun ortasında onların avtomobilinin sağ tərəfində saxlamışdır. O və iş yoldaşı Nəcəf avtomobildən yerə enməmişdir. Zərərçəkmiş şəxs avtomobildən yerə enmiş, onun əlində çəlik olmuş, o, başa düşmüşdür ki, həmin şəxs əlildir, yeriyə bilmir. O, avtomobilin pəncərəsindən Nəcəfə idarə etdiyi avtomobillə onun avtomobilini sıxmısını bildirmişdir. Zərərçəkmiş şəxs onlara 2-ci Qarabağ Müharibəsi qazisi olduğunu demişdir. O, əlindəki çəliklə avtomobilin sağ yan güzgüsünə bir dəfə vurmuşdur, bu vaxtı onun avtomobilindən bir qadın enmişdir. Onlar onun ailəsi ilə birlikdə olmasını başa düşmüşlər. Buna görə də Nəcəf avtomobili sürmüşdür ki, aralarında mübahisə yaranmasın. Onlar heç nə demədən oradan uzaqlaşmışlar. X3 prospekti ilə “20 Yanvar” dairəsi istiqamətində gedərkən saat təxminən 15:30 radələrində Ziya Bünyadov prospekti 2071 ünvanda yerləşən “Santral Elektrik” mağazasının qarşısından keçərkən Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili onun avtomobilinin qarşısına verərək onları saxlatdırmışdır. Zərərçəkmiş şəxs avtomobili saxlayan kimi yerə enərək onların avtomobilinə tərəf gəlmişdir. O və iş yoldaşı Təqsirləndirilən şəxs2 da avtomobildən enmişlər. İsanın əlində çəlik olmuşdur. O, Nəcəfin yanına çatıb çəliyi yerə atıb əlləri ilə Nəcəfin yaxasından tutub söyüş söyərək Nəcəfin sifət nahiyyəsinə yumruqla vurmağa başlamışdır. O, tez onların arasına girib İsanı aralamağa çalışmışdır. İsa isə onun əynindəki köynəyin yaxasından tutmuş, bu vaxtı əynində köynək cırılmışdır, İsa müvazinətini itirib yerə yıxılmışdır. Səs-küyə ətrafa toplaşmış şəxslər İsanı yerdən qaldırmışlar. İsa öz avtomobilindən mobil telefonu götürüb DİN-in 102 xidmətinə zəng vurub şikayət etməyə başlamışdır. O, isə Nəcəflə birlikdə avtomobilə oturub sürüb oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, həmin hadisə 28 iyul 2021-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2071 ünvanında yerləşən “Santral” mağazasının qarşısından keçən avtomobil yolunda baş vermişdir. O, Zərərçəkmiş şəxs vurmamışdır. İsa onun əynindəki köynəyin yaxasından tutmuş, bu vaxtı əynində köynək cırılmış, İsa müvazinətini itirib yerə yıxılmışdır. Nəcəf də İsanı vurmamışdır. Hadisə zamanı Zərərçəkmiş şəxs onu vurmamışdır. Həmin hadisə təxminən 20-30 dəqiqə davam etmiş, ətrafa xeyli sayda tanımadığı şəxslər toplaşmışdır. Təqsirli olmadığı üçün ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 28 iyul 2021-ci il tarixdə saat 14 radələrində həmin ərəfədə işlədiyi “Soliton LTD”-yə məxsus Bakı şəhəri Əhmədli qəsəbəsində yerləşən mağazadan mal götürmüşdür. Həmin malları Mehdiabad qəsəbəsinə aparıb təhvil verməliydi. Saat 15:00 radələrində idarə etdiyi “Soliton LTD”-yə məxsus “Mitsubishi Canter” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə iş yoldaşı, onunla eyni şirkətdə fəhlə işləyən Təqsirləndirilən şəxs1 birlikdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Neolit” şadlıq evinin yaxınlığından keçirmişlər. Bu vaxtı əvvəllər tanımadığı, adını sonradan bildiyi “Mercedes C180” markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs onun idarə etdiyi avtomobilin arxasında siqnal vermiş və onu dayandırmışdır. Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili yolun ortasında onun idarə etdiyi avtomobilin sağ tərəfində saxlamışdır. O və iş yoldaşı Qəhrəman avtomobildən yerə enməmişdir. Zərərçəkmiş şəxs avtomobildən yerə enmiş, onun əlində çəlik olmuş, o, başa düşmüşdür ki, həmin şəxs yeriyə bilmir. İsa avtomobilin pəncərəsindən ona avtomobilini sıxmasını bildirmişdir. Zərərçəkmiş şəxs ona 2-ci Qarabağ Müharibəsi qazisi olduğunu demişdir. O, əlindəki çəliklə avtomobilin sağ yan güzgüsünə bir dəfə vurmuş, bu vaxtı onun avtomobilindən bir qadın enmişdir. O, onun ailəsi ilə birlikdə olmasını başa düşüb heç nə demədən oradan sürüb uzaqlaşmışdır. Avtomobili idarə edib Ziya Bünyadov prospekti ilə “20 Yanvar” dairəsi istiqamətində hərəkət edirmiş. Saat təxminən 15:30 radələrində Ziya Bünyadov prospekti 2071 ünvanda yerləşən “Santral” mağazasının qarşısından keçərkən Zərərçəkmiş şəxs idarə etdiyi avtomobili onun idarə etdiyi avtomobilin qarşısına verərək onu saxlatdırmışdır. Zərərçəkmiş şəxs avtomobili saxlayan kimi yerə enərək onların avtomobilinə tərəf gəlmişdir. O və iş yoldaşı Təqsirləndirilən şəxs1 da avtomobildən enmişdir. İsanın əlində çəlik olmuşdur. İsa onun yanına çatıb çəliyi yerə atıb əlləri ilə yaxasından tutub nə səbəbə ona ana söyüşü etməyimi soruşmuşdur. O, isə Zərərçəkmiş şəxs söyüş söymədiyini bildirmişdir. İsa isə onun dediklərinə fikir vermədən əsəbi formada onun ünvanına söyüşlər söymüşdür. O, qəflətən 3-4 dəfə yumruqla onun sifət nahiyyəsinə zərbələr vurmuşdur. O, əli ilə Zərərçəkmiş şəxs itələmişdir. O, yenə onun üstünə gələndə bu dəfə Qəhrəman araya girmişdir. İsa Qəhrəmanın əynindəki köynəyin yaxasından tutmuş, Qəhrəmanın əynində köynək cırılmış, bu vaxtı İsa müvazinətini itirib yerə yıxılmışdır. Səs-küyə ətrafa toplaşmış şəxslər İsanı yerdən qaldırmışlar. İsa öz avtomobilindən mobil telefonu götürüb DİN-in 102 xidmətinə zəng vurub şikayət etməyə başlamışdır. O, isə Qəhrəmanla birlikdə avtomobilə oturub sürüb oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə 28 iyul 2021-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2071 ünvanında yerləşən “Santral” mağazasının qarşısından keçən avtomobil yolunda baş vermişdir. O, Zərərçəkmiş şəxs vuramışdır. Zərərçəkmiş şəxs 3-4 dəfə yumruqla onun sifət nahiyyəsinə vurmuşdur. Qəhrəman İsanı vurmamışdır, sadəcə olaraq İsa Qəhrəmanın yaxasından tutanda Qəhrəmanın köynəyi cırılmış və İsa özü müvazinətini itirib yerə yıxılmışdır, hadisə təxminən 30-40 dəqiqə davam etmiş, ətrafa xeyli sayda tanımadığı şəxslər toplaşmışdır. Təqsirli olmadığı üçün ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 28 iyul 2021-ci il tarixdə o, həyat yoldaşı, övladları və qaynanası ilə birlikdə özünə məxsus “Mercedes C180” markalı avtomobil ilə Cəlilabad rayonuna gedirlərdi. Yolda olarkən Bakı şəhəri, Nizami rayonu ərazisi “Ay işığı” dairəsi adlanan ərazidə olan zaman əvvəllər tanımadığı “İsuzu” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs idarə etdiyi avtomobili onun idarə etdiyi avtomobilin üzərinə sürmüş və avtomobildə olan övladları qorxmuşdur. Bu zaman o, həmin şəxsə irad bildirərək ehtiyatlı olmasını demişdir. Həmin şəxs isə onun ona irad bildirməsinə əsəbiləşərək onu söyüb təhqir edərək oradan uzaqlaşmışdır. O, da onun arxası ilə sürmüş, həmin avtomobilin qarşısını Ziya Bünyadov prospekti 2071 saylı ünvanın yaxınlığında kəsmiş və avtomobildən düşərək həmin şəxslərə yaxınlaşmış və onu hansı səbəbdən ailə üzvlərinin yanında təhqir etdiyini soruşduqda həmin şəxs yumruq ilə onun sol göz nahiyəsinə vurmuş, bu zaman onun yanında avtomobilin qabaq oturacağında əyləşən şəxs avtomobildən düşərək ona yaxınlaşmış və ona badalaq verərək onu yerə yıxmışdır. Bu zaman onun sol ayağı sınmış və o, yerdə olan zaman hər iki şəxs onu təpiklə bədənin müxtəlif nahiyyələrinə vuraraq xəsarət yetirmişlər. Daha sonra hər iki şəxs avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. O, da dərhal X7 və DİN-in 102 Xidmətinə məlumat vermişdir. Ona xəsarət yetirən şəxslərin hadisədən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olduğunu bilmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəməyə bu barədə ərizə təqdim etdi. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 və Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə xəbərdar olmuş, lakin məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq Şahid1 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. Şahid1 ibtidai istintaq dövründə şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. 2008-ci ildə ailə həyatı qurmuşlar. 3 övladları vardır. 28 iyul 2021-ci il tarixdə saat 15 radələrində doğma rayonları Cəlilabad rayonuna getmək üçün İsanın idarə etdiyi “Mercedes” markalı **-TD-*** nömrəli avtomobillə yola düşmüşlər. “Neolit” şadlı sarayının yaxınlığından keçərkən “Mitsubishi” markalı **-JZ-*** nömrəli avtomobil onların avtomobilin üstünə sürmüşdür. İsa onlara irad bildirdikdə həmin avtomobilin sürücüsü İsanın ünvanına ağır söyüşlər söymüşdür. İsa 2-ci Qarabağ Müharibəsi zamanı ağır yaralanmış, sol ayağı yaralanmış, yanında ağır artileriya partlamışdır. Bu səbəbdən İsanın əsəbləri çox gərgindir. İsa həmin şəxslərin arxası ilə sürərək onları saxlatmışdır. İsa avtomobildən düşüb həmin şəxslərə yaxınlaşan zaman həmin şəxslər avtomobillərini sürüb qaçmışlar. İsa yenidən idarə etdiyi avtomobili həmin şəxslərin arxası ilə sürərək onları Ziya Bünyadov prospektində saxlatdı imişdir. İsa əlində 2 çəliklə avtomobildən enib həmin avtomobilə tərəf getmişdir. Həmin avtomobilin sürücüsü əvvəllər tanımadığı sonradan adını bildikləri Təqsirləndirilən şəxs2 İsanın yanına çatan kimi yumruqla İsanın sifətinin sol tərəfindən vurmuşdur. İsa avtomobilin qapısına söykənib dayananda digər avtomobildə olan sərnişin əvvəllər tanımadığı sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 təpik zərbəsi ilə İsanın sol ayağına vurmuşdur. İsa həmin zərbədən yerə yıxılmışdır. İsa yerdə olarkən həmin 2 nəfər şəxs onu yerdə təpik zərbəsi ilə bədəninin müxtəlif nahiyələrinə vurmuşlar. O, anası Nərgiz və kənarda səs-küyə toplaşmış şəxslər onları İsadan aralamışdırlar. İsa mobil telefonunu götürüb DİN-in 102 Xidməti zəng vurmuşdur. Bunu görən həmin şəxslər öz avtomobillərinə minərək oradan uzaqlaşmışlar. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq Şahid2 məhkəmədə iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsindən göstərmişdir ki, 28.07.2021-ci il tarixdə o, səhər saatlarında qızı Şahid1 yaşadığı ünvan 5 ünvanına gəlmişdir. O, qızıgillə birlikdə anadan olduqları Cəlilabada rayonu getmişlər. Həmin gün saat 15 radələrində kürəkəni Zərərçəkmiş şəxs idarə etdiyi ‘"Mercedes” markalı **-TD-*** nömrəli avtomobillə “Neolit” şadlıq sarayının yaxınlığından keçərkən “Mitsubishi” markalı **-JZ-*** nömrəli avtomobil onların avtomobilini sıxmışdır. Bu zaman İsa onlara irad bildirdikdə, həmin avtomobilin sürücüsü ağır söyüşlərlə İsanı söymüşdür. İsa bir az irəlidə avtomobili saxlatdırıb onlara yaxınlaşmışdır. Həmin şəxslər avtomobildən düşməmişdir. İsa 2-ci Qarabağ Müharibəsi qazisidir, ayaqları yaralanmışdır, çəliklə yeriyir. İsa avtomobildən enib çəliklə onlara yaxınlaşmışdır. İsa onlardan nə səbəbə onun ünvanına söyüş söydüklərini soruşmuşdur. Həmin şəxslər İsaya əhəmiyyət verməyib idarə etdikləri avtomobillərini sürüb getmişlər. O, da ailəsinin yanında ağır formada söyülməsinin səbəbini bilmək üçün idarə etdiyi avtomobili onların arxası ilə sürmüş və Ziya Bünyadov prospektinə onları saxlatdırmışdır. İsa çəliklərini avtomobildən götürüb yerə enmiş və onların avtomobilinə tərəf getmişdir. Həmin avtomobili əvvəllər tanımadığı sonradan adını bildikləri Təqsirləndirilən şəxs2 İsanın yanına çatan kimi yumruqla İsanın sifətinin sol tərəfinə vurmuşdur. İsa avtomobilin qapısından tutub dayanmış, bu zaman Nəcəfin yanındakı sərnişin əvvəllər tanımadıqları sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 İsaya yaxınlaşıb təpiklə sol ayağına zərbə vurmuş, İsa həmin zərbədən yerə yıxılmış, bu zaman Nəcəf və Qəhrəman hər ikisi yerdə İsanın bədənin müxtəlif nahiyələrinə vurmuşlar. O və qızı Nərgiz avtomobildən yerə enmişlər. Həmçinin ətrafa xeyli sayda adam toplaşmışdır. Onlar tez araya girib Nəcəf və Qəhrəmanı İsadan aralamışlar. Sonra həmin şəxslər İsanın DİN-in 102 xidmətinə zəng vurmağını görüb tez avtomobillərinə oturub, qaçmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 28 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin təhqiqatçısı X4 Zərərçəkmiş şəxs müraciəti əsasında onun və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirərək müəyyən etdi ki, baxiş keçirilən yer Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekti “Socar” YDM-nin qarşı tərəfi üzü 20 yanvar istiqamətində olan ərazidir. Baxiş zamanı Zərərçəkmiş şəxs şifahi olaraq bildirdi ki, 28.07.2021-ci il tarixdə təxminən saat 15:35 radələrində qeyd olunan ərazidə “İsuzu” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sürücü və onun yanında olan bir nəfər şəxs tərəfindən döyülmüşdür. Baxış zamanı müəyyən olundu ki, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində yol kənarında baş vermişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 21 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 21 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertizası və pataloji anatomiya birliyi publik hüquqi şəxsin 31 avqust 2021-ci il tarixli, 589 nömrəli (canlı şəxsin ekspertizası) rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sol baldır sümüklərinin yuxarı 1/3-nin təkrarı yerdəyişmiş sınığı (əməliyyatdan sonrakı vəziyyət) qapalı kəllə-beyin travması, sol gicgah nahiyəsinin əzilməsi, sol baldırın, sağ 1-ci ayaq barmağın əzilməsi küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə o, cümlədən qərarın təsviri hissəsində göstərilən 28.07.2021-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər xarakterinə, lokalizasiyasına və əmələ gəlmə mexanizminə əsasən demək olar ki, həmin xəsarətləri şəxsin öz-özünə yetirə bilməsi inandırıcı deyildir. “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 23 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 23 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1087/2021 nömrəli, 25 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, CM-in 221.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 23 oktyabr 2021-ci il tarixdən hesablanmaqla 10 dekabr 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1088/2021 nömrəli, 25 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 23 oktyabr 2021-ci il tarixdən hesablanmaqla 10 dekabr 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertizası və pataloji anatomiya birliyi publik hüquqi şəxsin 26 oktyabr 2021-ci il tarixli, 27/589 (589 saylı rəyə əlavə) nömrəli sağlamlığa zərər vurmanın təyini (canlı şəxsin ekspertizası) rəyindən görünür ki, - Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sol baldır sümüklərinin yuxarı 1/3-nin təkrari yerdəyişmiş sınığı (əməliyyatdan sonrakı vəziyyət) qapalı kəllə - beyin travması, sol gicgah nahiyəsinin əzilməsi, sol baldırın, sağ 1-ci ayaq barmağın əzilməsi küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə o, cümlədən qərarın təsviri hissəsində göstərilən 28.07.2021-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi və dərəcələrinə görə sol baldır sümüklərinin yuxarı 1/3-nin təkrari yerdəyişmiş sınığı (əməliyyatdan sonrakı vəziyyət) sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, qapalı kəllə - beyin travması, sol gicgah nahiyəsinin əzilməsi, sol baldırın, sağ 1-ci ayaq barmağın əzilməsi isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1102/2021 nömrəli, 30 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, 127.2.3 və 221.2.1-ci maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1112/2021 nömrəli, 30 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, M-in 221.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. CM-in 221.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 23 oktyabr 2021-ci il tarixdən hesablanmaqla 10 dekabr 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir; Məhkəmə, təqsirləndirilən şəxslərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 CM-in 127.2.3 və 221.2.1-ci maddələrində və Təqsirləndirilən şəxs2 tərəfindən CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulan əməllərin törədilməsi özləri etiraf etməsələr də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməlləri etiraf etməmələri barədə ifadələrinə tənqidi yanaşır və həmin ifadələrin özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəflərinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında birbirini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxs, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir: - Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş uzləşdirmə protokolları ilə (cinayət işi, iş vərəq: 47-49, 61-63) üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərilənləri təqsirləndirilən şəxslərin üzünə qarşı söyləmişdir; -Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanması protokolu ilə cinayət işi, iş vərəq: 273-275); Zərərçəkmiş şəxs yetirilən xəsarəti müəyyən edən 26 oktyabr 2021-ci il tarixli, 27/589 (589 saylı rəyə əlavə) nömrəli sağlamlığa zərər vurmanın təyini (canlı şəxsin ekspertizası) rəyi ilə. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23.03.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma (CM-in 127.2.3-cü maddəsi) təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına xəsarət yetirmədə ifadə olunur. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi şəxsə xəsarət yetirmək üçün bəhanə etməklə törədilir. Xuliqanlıq niyyətilə sağlamlığa az ağır zərər vurma çox hallarda təqsirkarın neqativ davranışı barədə zərərçəkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir. Əməlin xuliqanlıq niyyəti ilə adam öldürmə kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsi və hərtərəfli, tam və obyektiv baxılmasına əsasən qiymət verərək hesab edir ki, həmin sübutların məcmusu istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı, həmçinin təqsirləndirilən şəxslərin ifadələrinin özünümüdafiə xarakteri daşımasını tam təsdiq edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 127.2.3-cü maddəsinə görə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə; bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, bir qrup şəxs tərəfindən törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 xuliqanlıq niyyəti ilə, Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək zərərçəkmiş şəxsə xəsarət yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli CM-in 127.2.3 və 221.2.1-ci maddələri və Təqsirləndirilən şəxs2 isə əməli CM-in 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslər barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cəzalarını yüngülləşdirən halları, cəzalarını ağırlaşdıran halların olmamasını, hər birinin baş vermiş cinayətdə rolunu nəzərə alaraq hesab edir ki, onların hər birinə təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdikləri cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onların özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; zərərçəkmiş şəxsin barışması və ona qarşı şikayət və tələbinin olmamasını; himayəsində 03.01.2021-ci il təvəllüdlü azyaşlı uşağının olmasını (əsas: 5 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən verilmiş AZ İV 564966 nömrəli doğum haqqında şəhadənamənin surəti) İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri (CM-in 58.3-cü maddəsi) nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 127.2.3 və 221.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 CM-in 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti cəza müəyyən edilməli (CM-66.2), həbsdə saxlanıldığı 07 gün (23-30 oktyabr 2021-ci il) və ev dustaqlığında saxlanıldığı 03 ay 12 gün (30 oktyabr 2021ci il-11 fevral 2022-ci il), cəmi 03 ay 19 gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə (7 ay 8 gün) təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: İlk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını; zərərçəkmiş şəxsin onunla barışmasını və qarşı şikayət və tələbinin olmamasını; yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (əsas: iş materiallarında olan Bakı şəhər Sabunçu rayonu Ramana qəsəbə nümayəndəsi tərəfindən verilmiş 16 sentyabr 2021-ci il tarixli xasiyyətnamə). İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri (CM-in 58.3-cü maddəsi) nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasıı təyin edilməli), həbsdə saxlanıldığı 07 gün (23-30 oktyabr 2021-ci il) və ev dustaqlığında saxlanıldığı 03 ay 12 gün (30 oktyabr 2021ci il-11 fevral 2022-ci il), cəmi 03 ay 19 gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə (7 ay 8 gün) təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CMin 127.2.3 və 221.2.1-ci maddələrində və Təqsirləndirilən şəxs2 CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə hesab edir ki, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 manat hesab edilməklə 25 iş saatı üçün 150 manat məbləğində dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 127.2.3-cü maddəsi ilə 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, CM-nin 221.2.1-ci maddəsi ilə isə 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 23 oktyabr 2021-ci il tarixdən 30 oktyabr 2021-ci il tarixədək müddətə həbsdə saxlanıldığı 07 gün müddət və 30 oktyabr 2021-ci il tarixdən 11 fevral 2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 03 ay 12 gün (cəmi 03 ay 19 gün) müddət bir günə iki gün hesabı ilə hesablanaraq 07 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 10 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbirinə dəyişdirilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 23 oktyabr 2021-ci il tarixdən 30 oktyabr 2021-ci il tarixədək müddətə həbsdə saxlanıldığı 07 gün və 30 oktyabr 2021-ci il tarixdən 11 fevral 2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 03 ay 12 gün (cəmi 03 ay 19 gün) müddət bir günə iki gün hesabı ilə hesablanaraq 07 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 10 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbirinə dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 manat hesab edilməklə, 25 iş saatı üçün 150 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-99/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-99/2022
11.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver