Məhkəmə qərarları › İş №1(005)-99/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-99/2023

03.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-99/2023 03.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Azərbaycan Respublikası CM-in 221.1 və 29, 120.2.2, habelə Azərbaycan Respublikası CM-in 221.3-cü maddələri ilə məhkum olunmuş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, Rayon Polis İdarəsində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, H.Əliyev küçəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.1 və 29, 120.2.2-ci maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə, habelə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib xx.xx.2022-ci il tarixdə vaxtından əvvəl şərti azad edilməsinə baxmayaraq məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq dörd ədəd bükümdə ümumi təmiz çəkisi 20,278 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib, həmin bükümlərdən iki ədədini olduğu kimi, digər iki ədədini isə otuz beş ədəd xırda kağız bükümlərə ayırıb satış üçün hazır vəziyyətə gətirərək üzərində qanunsuz saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Sumqayıt yolunun 8-ci kilometrliyində yerləşən “Bakı Beynəlxalq Avtovağzal”-ın yaxınlığına daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 15 sentyabr 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:40-da qeyd edilən ünvanda saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilmiş, Baş İdarədə saat 16:34-dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli gödəkcənin sol iç cibindən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı iki ədəd şəffaf sellofan bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 4,894 qr, 4,912 qr və otuz beş ədəd kağız bükümlərdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,240 qr, 0,288 qr, 0,312 qr, 0,281 qr, 0,341 qr, 0,312 qr, 0,352 qr, 0,353 qr, 0,293 qr, 0,283 qr, 0,305 qr, 0,321 qr, 0,357 qr, 0,303 qr, 0,277 qr, 0,241 qr, 0,275 qr, 0,248 qr, 0,324 qr, 0,329 qr, 0,360 qr, 0,296 qr, 0,289 qr, 0,298 qr, 0,367 qr, 0,309 qr, 0,329 qr, 0,273 qr, 0,285 qr, 0,221 qr, 0,278 qr, 0,279 qr, 0,308 qr, 0,329 qr, 0,216 qr, ümumi təmiz çəkisi 20,278 qr olan eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı sürülmüş ittihamla ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2-3 aydır ki, təsadüf nəticəsində adını “Qulu” kimi tanıdığı bir nəfər şəxslə tanış olmuş, həmin şəxslə ünsiyyət saxladıqda ona məlum olmuşdur ki, həmin şəxs narkotik vasitələrin alqı-satqısı ilə məşğuldur. Həmin ərəfədə maddi sıxıntıları olduğu üçün düşünmüşdür ki, həmin şəxsdən “nəşə” kimi tanınan narkotik vasitə qurudulmuş marixuana alaraq sonradan özü hazır xırda bağlamalara bölüb pərakəndə formada bir az artıq qiymətə satıb qazanc əldə edə bilər. Ona görə də “Qulu” ilə tutulmamışdan bir gün əvvəl axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu “Nizami” metrostansiyasının yaxınlığında görüşüb ümumilikdə 200 manata dörd ədəd sellofan bükümdə narkotik vasitə marixuana almışdır. Bundan sonra həmin dörd ədəd sellofan bükümlərdən ikisini açıb içərisində olan marixuana kütlələrini daha xırda kağız bükümlərə bükmüşdür ki, satan zaman rahat olsun. Bir ədəd həmin sellofan bükümdən orta hesabla 15-17 ədəd xırda kağız büküm çıxırmış. Həmin xırda bükümün birini də 10 manata satırmış. Saxlanıldığı gün, yəni 15 sentyabr 2022-ci il tarixdə saat təxminən 14 radələrində o, taksi sürücüsü işləyən tanışı Şahid5la görüşmüşdür. Anarla bir məhəllədə yaşamışlar, sonuncu ilə xeyli vaxtdır münasibəti vardır. Həmin vaxt o, Anarla əlaqə saxlayıb onu evə apara biləcəyi ilə maraqlanıb müsbət cavab verdiyi üçün görüşüb ikisi birlikdə yaşadığı ünvan istiqamətində Anarın idarə etdiyi maşında hərəkətə başlamışlar. Avtovağzal tərəfdən keçən zaman o, telefonla danışmaq üçün Anara maşını saxlamasını bildirmiş və maşından düşmüş ki, rahat telefonla danışsın. Bu vaxt onlara mülki geyimdə olan şəxslər yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan və Anardan özlərini təqdim etmələrini xahiş etmişlər. O və Anar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını bildirib, onu və Anarı BMCMİ-nin İnzibati binasına dəvət etmişlər. O və Anar etiraz etməmişlər və onlar Anarın idarə etdiyi avtomobillə birlikdə deyilən idarəyə çatanda o, dövlət hesabına vəkillə təmin olunmuş və bundan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da buna etiraz etməmişdir. Beləliklə də onu saxlayan polis əməkdaşlarının, dəvət edilmiş vəkilinin və tanışı Anarın iştirakı ilə videoçəkiliş tətbiq edilməklə üzərinə şəxsi axtarış keçirilmiş və bu vaxt ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etsin. O da həmin vaxt polis əməkdaşlarına üzərində narkotik vasitə “nəşə” olduğunu bildirmiş və masaya yaxınlaşaraq üzərində olan bütün əşyaları, konkret olaraq isə əynində olan gödəkçənin sol iç cibindən içərisində marixuana bükümlərini saxladığı qara rəngli kisəni, şalvarının ciblərində olan nağd pul, açarlar və üç ədəd mobil telefonlarını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sonda törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid3 ifadəsində bildirmişdir ki, 15 sentyabr 2022-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması bildirilmişdir. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün Baş İdarə rəhbərliyinə raportla məruzə edilmişdir və əməliyyataxtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bununla bağlı qərar qəbul edilmiş və həmin qərara əsasən Baş İdarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupuna rəhbərlik edilməsi ona həvalə edilmiş, əməliyyat qrupunun üzvləri qismində isə həmin idarənin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1, əməliyyat müvəkkili polis mayoru, Şahid2 və əməliyyat müvkkili polis leytenant Şahid4 təyin edilmişlər. 15 sentyabr 2022-ci il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 14:40-da Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Sumqayıt yolunun 8-ci kilometrliyində yerləşən “Bakı Beynəlxalq Avtovağzal”-ın yaxınlığında həmin vaxt yanında olan tanışı adı onlara sonradan məlum olan Şahid5 ilə birlikdə sonuncunun idarə etdiyi “Mercedes” markalı avtomobilin yanında dayanan zaman zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxs tərəflərindən saxlanılmış və onlar xidməti vəsiqələrini göstərərək özlərini həmin şəxsə və həmin vaxt yanında olan digər şəxsə təqdim etmişlər. Həmin şəxslərin şəxsiyyəti barədə sorğu etmişlər və əsas şübhə edilən şəxs özünü onlara təqdim edərək bildirmişdir ki, adı Təqsirləndirilən şəxsdur, yanındakı şəxs isə özünü təqdim edərək Şahid5 olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan sonuncunun və yanında olan Şahid5 üzərinə yerində baxış keçirməyə şərait olmadığına görə Təqsirləndirilən şəxs saxlanılan zaman yanında olan şəxslə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunmuşdur. Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan vəkil dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edildikdən sonra barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 15 sentyabr 2022-ci il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə üzərinə yaradılmış əməliyyat qrupunun üzvləri, dəvət edilmiş vəkilinin və saxlanılan zaman yanında olan Şahid5 adlı şəxsin iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Videoçəkiliş “Sony” markalı videokamera vasitəsilə xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən aparılırmış. İlk öncə Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “nəşə” adlı narkotik vasitə olduğunu bildirərək əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd qara rəngli parçadan istehsal olunan kisəni, daha sonra isə əynindəki cins şalvarının sağ yan cibindən bir ədəd “Nokia” və bir ədəd “Realfone” markalı mobil telefon aparatlarını, şalvarın sol yan cibindən isə iki ədəd mənzilə aid olan açarla nağd pulu, şalvarın arxa sol cibindən isə bir ədəd “Samsung” markalı mobil teleofn aparatını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin həmin vaxt gödəkçəsinin sağ iç cibindən özünə məxsus şəxsiyyət vəsiqəsindən başqa sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli parçadan olan kisəyə keçirilən baxış zamanı məlum olmuşdur ki, həmin kisənin içərisində iki ədəd sellofan büküm və 35 ədəd xırda kağız bükümlər aşkar edilmişdir. Həmin bükümlərin hər biri ayrılıqda açılaraq içərisinə keçirilən baxış zamanı məlum olmuşdur ki, hər bir bükümün içərisində yaşıl rəngli qurudulmuş ota bənzər spesifik iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə kütləsi vardır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddəni bir gün əvvəl tanımadığı və yalnız adını “Qulu” kimi bildiyi şəxsdən “Nizami” metrosu yaxınlığında ümumilikdə 200 manat müqabilində satış məqsədi ilə alaraq üzərində saxladığını və bu səbəbdən də həmin maddəni ayrıca olaraq 35 ədəd xırda bükümlərə qablaşdırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kisədən aşkar edilmiş bükümlər ekspertiza tədqiqatına təqdim edilməsi məqsədi ilə götürülərək qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sübut əhəmiyyətinə malik ola biləcək mobil telefon aparatları, nağd pul və şəxsiyyət vəsiqəsi götürülmüş, ev açarları və bir ədəd sözügedən qara rəngli kisə isə özünə geri qaytarılmışdır. Maddələrin qablaşdırıldığı zərfin üzərində müvafiq qeydiyyat aparıldıqdan sonra tərəflərindən imzalanmışdır. Bundan sonra baxış davam etdirilərkən Təqsirləndirilən şəxsla birlikdə saxlanılmış Şahid5 üzərinə baxış keçirilmişdir. Həmin vaxt Şahid5 təklif edilmişdir ki, üzərində narkotik vasitə, dövriyyəsi qadağan edilmiş digər qanunsuz maddə və s. əşya və predmet olduğu təqdirdə təqdim etsin. Bu vaxt Şahid5 üzərində heç bir qanunsuz maddə olmadığını bildirərək üzərində olan mobil telefonu, nağd pulu, şəxsiyyət vəsiqəsini və idarə etdiyi avtomobilin açarlarını təqdim etmişdir. Daha sonra sonuncunun üzərinə baxış davam etdirilərkən heç bir qanunsuz maddə və predmet aşkar edilməmişdir. Bundan sonra Şahid5 şifahi olaraq sorğu edilən zaman bildirmişdir ki, Təqsirləndirilən şəxsla tanışlıq münasibətləri var və özü taksi kimi fəliyyət göstərdiyi üçün sonuncu onu taksi kimi qeyd edilən ünvana aparmağı xahiş etmiş, özünün narkotik vasitə və psixotrop maddə qəbul etmədiyini və Ramilin üzərində də qeyd edilən maddələrin olmasından xəbərsiz olduğunu qeyd etmişdir. Eyni qaydada Təqsirləndirilən şəxs da Şahid5 dediklərini təsdiq edərək Şahid5 özünün qanunsuz əmələrindən xəbərsiz olduğunu və taksi kimi Ramili maşında apardığını qeyd etmişdir. Daha sonra qeyd edilənlər barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra hər iki şəxsin saxlanılan zaman bilavasitə yanlarında olan və Şahid5 tərəfindən idarə edilən “Mercedes” markalı **-VH-*** nömrə nişanlı avtomaşına baxış keçiriləcəyi bildirilmiş və Şahid5 buna etiraz etmədiyini bildirmişdir. Həmin tarixdə qeyd edilən avtomobilə yuxarıda sadalanmış tərkibdə əməliyyat müvəkkili Şahid1 tərəfindən aparılan videoçəkilişdən istifadə edilməklə baxış keçirilmiş, lakin iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Bu barədə ayrıca protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid4, Şahid1 və Şahid2 Şahid3 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid5 və Şahid6 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 15 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 15 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələri qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsininin əməkdaşları tərəfindən 15 sentyabr 2022-ci il tarixdə saat 14:40-da Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Sumqayıt yolunun 8-ci kilometrliyində yerləşən “Bakı Beynəlxalq Avtovağzal”-ın yaxınlığında olan zaman yanında olan tanışı Şahid5 ilə birlikdə sonuncunun idarə etdiyi “Mercedes-Benz” markalı **-VH-*** nömrə nişanlı avtomobillə birlikdə qeyd edilən idarəyə gətirilmiş və İdarədə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən çıxarıb təqdim etdiyi qara rəngli parça kisənin içərisindən iki ədəd sellofan və otuz beş ədəd kağız bükümlərdə ümumi təmiz çəkisi 20,278 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 sentyabr 2022-ci il tarixli, 7/1043 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri yazılmış kağız paketdə iki ədəd şəffaf sellofanda ayrıayrılıqda təmzi çəkiləri: 4,894 qram və 4,912 qram, 35 (oyuz beş) ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,240 qram, 0,288 qram, 0,312 qram, 0,281 qram, 0,341 qram, 0,312 qram, 0,352 qram, 0,353 qram, 0,293 qram, 0,283 qram, 0,305 qram, 0,321 qram, 0,357 qram, 0,303 qram, 0,277 qram, 0,241 qram, 0,275 qram, 0,248 qram, 0,324 qram, 0,329 qram, 0,360 qram, 0,296 qram, 0,289 qram, 0,298 qram, 0,367 qram, 0,309 qram, 0,329 qram, 0,273 qram, 0,285 qram, 0,221 qram, 0,278 qram, 0,279 qram, 0,308 qram, 0,329 qram, 0,216 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi-20,278 qramdır. Tədqiqata təqdim olunmuş kağız paketdə iki ədəd şəffaf sellofanda və 35 (otuz beş) ədəd kağız bükülüdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuananın ümumi təmiz çəkisi - 20,278 qram, cəmi tədqiqata sərf edildi - 1,48 qram (hər 1-37 №-li obyektdən 0,04 qram götürüldü), qalıq - 18,798 qram. Aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1008/2022 nömrəli, 17 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 15 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. “Maddi sübut hesab edilməsi haqqında” 19 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə aşkar olunub götürülmüş 20,278 qram narkotik vasitə qurudulmuş marixuananin tədqiqatdan sonra qalmış 18,798 qram qalığı iş üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 01 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung A30”, “Nokia” və “Realfone” markalı mobil telefon aparatlarına baxış keçirilmişdir. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221 və 29, 120.2.2-ci maddələri ilə təqsirli bilinib 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası 06 azaldılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. “Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” 22 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı SMS yazışmalarının içərisində Təqsirləndirilən şəxs istifadəsində qeyd edilən GSM nömrənin onun öz adına qeydiyyata alınaraq çoxsaylı abunəçilərlə zəng və qısa mesaj vasitəsilə ünsiyyətdə olmuş, o cümlədən, ***-***-**-** saylı GSM nömrə abunəçisinə xx.xx.2022-ci il tarixdə “**********895539 kapital. 20 azn”, xx.xx.2022-ci il tarixdə “5522 0993 4354 5901 abb bank”, xx.xx.2022-ci il tarixdə “4127 2093 0338 4447 abb”, ***-***-**-** saylı GSM nömrənin abunəçisinə xx.xx.2022-ci il tarixdə “4169.7387.0089.5539. Kapital.”, ***-***-**-** saylı GSM nömrənin abunəçisinə xx.xx.2022-ci il tarixdə “**********334617 kapital.”, ***-***-**-** saylı GSM nömrənin abunəçisinə xx.xx.2022-ci il tarixdə “4169.7385.6433.4617. Kapital.”, ***-***-**-** saylı GSM nömrənin abunəçisinə “4169.7387.9059.6039. Kapital.”, ***-***-**-** saylı GSM nömrənin abunəçisinə xx.xx.2022-ci il tarixdə “4169.7387.9059.6039.kapial.”, xx.xx.2022ci il tarixdə “4169.7387.********.kapital.”, ***-***-**-** saylı GSM nömrənin abunəçisinə xx.xx.2022-ci il tarixdə “Bawqa telefonan mene vsv at ylqlm pulu gönderde saat 12 oldu seni gösdiyirem. Mene cavab de”, xx.xx.2022-ci il tarixdə “Birden axwam pulun olar karta vurma sabah özüme verersen”, xx.xx.2022-ci il tarixdə “4169.7387.9059.6039. kapital.”, xx.xx.2022-ci il tarixdə “4169.7387.9059.6039. kapital.”, ***-***-**-** saylı GSM nömrə istifadəçisinin xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs “4169 7413 2706 9769”, ***-***-**-** saylı GSM nömrə istifadəçisinin xx.xx.2022-ci il tarixdə “Qaqaw kola yoxdu axi 01 ya 02 wey qalib ya qalmiyim oz canimcun”, ***-***-**-** saylı GSM nömrə abunəçisinə xx.xx.2022-ci il tarixdə “4169.7387.9059.6039. Kapital”, xx.xx.2022-ci il tarixdə “Qardawlm seni gösdiyirem gönder 500 manatl gecdi uwe pul vermeliyem weherdeyem seni gösdiyirem... Calıw tez olsun men eve gedmemiwem seni gösdiyrem pulu vermemiw eve gede bilmerem telesdir hemin adami...Hemin adam neyniyrsen catmaglnl menim kartlml at ona göndersin mene mende gedim evime ewiyme saatdan xeberin var brat biz bele danlwmamlwdlq.telesdir kim dise o adam gecdi uwe... Saat nece olur olsun pulu gönder gelsin karta yatmlram”, xx.xx.2022-ci il tarixdə “Salam brat. Derman laslm olacaq sene var m40.”, ***-***-**-** saylı GSM nömrənin istifadəçisinə xx.xx.2022-ci il tarixdə “**********895539 kapital. 20 azn”, xx.xx.2022-ci il tarixdə “5522 0993 4354 5901 abb bank.”, ***-***-**-** saylı GSM nömrənin abunəçisinə xx.xx.2022-ci il tarixdə “4169.7387.9059.6039.kapital.”, xx.xx.2022-ci il tarixdə həmin abunəçinin Təqsirləndirilən şəxs “6 k 1p”, ***-***-**-** saylı GSM nömrənin abunəçisin xx.xx.2022-ci il tarixdə “Menem cuhud niye cavab vermirsen telefona bu ne dimeydi sen allahun men gelesi olmadlm iwim clxdl rauf söz verdiyin gönderirsen he yox de men iwimi bilim?”, ***- ***-**-** saylı GSM nömrə abunəçisinin xx.xx.2022-ci il tarixdə ona “Ramin men Xirdalanda idim Lalə gilde indide shehere qayidiram yol u stu belke size deyim 1eded ucun olarmi?”, xx.xx.2022-ci il tarixdə “Ramin men size 200manat verecem ordan 100borca 5eded olacaq birde 50qaytararsiz yeni varsa xirdaniz”, ***-***-**-** saylı GSM nömrənin abunəçisinə “Salam brat. Ne var ne yox necesen? Brat emanetin pulunu hacan görûw ey götürüm?”, ***-***-**-** saylı GSM nömrə abunəçisinə xx.xx.2022-ci il tarixdə “Bu ne vaxtln yatmgldl bilmirsen seni gösdiyirem petux olan qalan puluda almısan elimnen qalmlwam bele iw görüler ylq meni tez. O yere clgartma gelm qaplya temamda yoxdu pulumda” sözlərini yazması məlum olmuşdur. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 02 iyun 2003-cü il tarixli, A-0534 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1 və 29,120.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 221.1-ci maddəsi ilə 1 il müddətinə, CM-in 29,120.2.2-ci maddələri ilə 11 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq üzərində 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 1(101)-773/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkolji X5 Şəxsi Ambulator X1 24 oktyabr 2022-ci il tarixli, 6292 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. “Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” 21 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı SMS yazışmalarının içərisində Təqsirləndirilən şəxs ***-***-**-** GSM nömrənin abunəçisinin xx.xx.2022-ci il tarixdə “Salam qardas evdekilernenem yigma burda yaz,3 gotur gel ferrariye”, ***-***-**-** GSM nömrənin abunəçisinin xx.xx.2022-ci il tarixdə “Ureym partdre brez oyan buyan elyeyde kusuciyam senen”, mətnli mesaj yasması, bundan əlavə isə Təqsirləndirilən şəxs ***-***- **-** saylı GSM nömrənin abunəçisinə “4169.7385.5882.6198”, ***-***-**-** saylı GSM nömrənin abunəçisinə “Brat verdim uwe qalan 100 manatl axwam ona de atsln karta 4169.7387.0089.5539.kapital bank menim iwim sarfat olmasìn sene arxaylnam brat”, ***-***-**-** saylı GSM nömrənin abunəçisinə “4169.7387.0089.5539”, ***-***-**-** saylı GSM nömrənin abunəçisinə “4169.7387.0089.5539”, ***-***-**-** saylı GSM nömrənin abunəçisinə “4169.7387.0089.5539 kapital bank”, ***-***-**-** saylı GSM nömrənin abunəçisinə “**********895539”, ***-***-**-** saylı GSM nömrənin abunəçisinə “4169.7387.9059.6039.kapital” mətnli bank kartlarının kodlarını özündə ehtiva edən qısa ismarıclar, o cümlədən ***-***-**-** saylı GSM nömrənin abunəçisinə xx.xx.2022-ci il tarixdə “Niye cavab vermirsen ewitmirsen? Menim day sene sozum yoxdur meni aldadmagnan lomkadan clxlrsan iki saatdl sen 15 manat pulu gondere bilmirsen niye?”, ***-***-**-** saylı GSM nömrənin abunəçisinə “Qardawlm imkan var cavab veresen? Men pul vermeliyem sende diyirsen gondermiwem ama gelmiyib imkan var ceki gonder” mətnli mesajlar yazması məlum olmuşdur. “Sübutların qiymətləndirilməsi haqqında” 21 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD diskin maddi sübut hesab edilməsi və cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 20,278 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanadan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 18,798 qramın iş üzrə maddi sübut hesab edilməsi və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməsi, "xxxx" MMC-dən daxil olmuş məlumatların köçürüldüyü bir ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş materialların köçürüldüyü bir ədəd CD disk iş üzrə maddi sübut kimi tanınması qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Cinayət Prosessual Məcəlləsinin: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsi baxımından, həmçinin daxili inamına əsasən qiymət verərək hesab edir ki, həmin sübutların məcmusu istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşıması barədə irəli sürülən ittihamın məhkəmə istintaqı zamanı tam həcmdə öz təsdiqini tapması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən cinayətlərin residivi qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda təhlükəli sayılır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; Azərbaycan Respublikası CM-nin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş sayılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.1 və 29, 120.2.2-ci maddələri ilə təqsirli bilinib 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası 06 azaldılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs əvvəllər törətdiyi xüsusilə ağır və az ağır cinayətlərə görə məhkumluğu hazırda ittiham olunduğu CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi zaman ödənilmədiyindən əməlində cinayətlərin təhlükəli residivi yaranmışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə qeyd edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təhlükəli residiv nəzərə alınmaqla CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 15 sentyabr 2022ci il tarixdən hesablanmalıdır. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Məhkəmə bunlardan əlavə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli, cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş narkotik vasitənin qalığı – 18,798 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, cinayət işi üzrə maddi sübut – 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının ümumi dəyəri 89 (səksən doqquz) manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatına görə 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 15 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitənin qalığı 18,798 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut - 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatına görə 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar