Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-99/2024 14.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Raqif oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 17-ci mikrorayonda qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, adına xx.xx.2020-ci il tarixdə verilmiş BC kateqoriyalı, AF043143 №-li sürücülük vəsiqəsi əsasında, 28 iyul 2023-cü il tarixdə, saat 01:37 dəqiqədə texniki cəhətdən saz olan, etibarnamə ilə “Opel Astra” minik markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsindəki “Baku Elektrik” adlı elektrik malları satılan mağazanın qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64cü maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməyib, maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saat saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 50 km/saat sürətdən artıq, yəni 82 km/saat surətlə idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tələbləri görməli olduğu halda hadisənin qarşısıni almağa texniki imkanı olmasına baxmayaraq bunlara əməl etməmiş və avtomobilin sağ qabaq hissəsi ilə yolu keçmək istəyən X2nu ehtiyatsızlıqdan vuraraq ona qapalı kəllə beyin travması, baş beyinin yumşaq beyin qişası altına və yan mədəciklərinə qansızmalar, sol tərəfli hemotoraks, ağciyərin sol yarısının zədələnməsi ilə müşaiyət olunan döş qəfəsinin sol yarısının l-ll-lll-İV-V-Vİ qabırğaların yerini dəyişən, sağ və sol baldır sümüklərinin yuxarı üçdə birinin qapalı yerdəyişən sınıqları, sol ənsə, sol qulaq seyvanının, sol mil - bilək oynağının arxa səthinin əzilmiş yaraları, sol almacıq, sol baldırın qançırları, sol alın - təpə, sağ almacıq və yanaq, sol gicgah-ənsə, sağ baldırın, sol bazunun və sol saidin, sol bel nahiyyəsinin, sol diz oynağının, sağ ayağın sıyrıqları ilə nəticələnən və ölümünə səbəb olan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, “Opel Astra” minik markalı, Az**- CX-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. 28 iyul 2023-cü il tarixdə saat 01:55 dəqiqədə həmin “Opel Astra” minik markalı avtomobili 82 km/saat sürətlə idarə etdiyi zaman Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsini keçən kimi Çinar plazanın qarşısında, sonradan adını öyrəndiyi X9 qarşısına çıxmış, onu gördükdə özünü itirdiyinə görə idarə etdiyi avtomobili saxlaya bilməmiş və avtomobilin sağ qabaq hissəsi ilə onu ehtiyatsızlığından vurmuşdur. X2 hadisədən sonra avtomobilin padpresinin və kapotun üzərinə düşmüş, bir neçə metr məsafə getdikdən sonra avtomobili saxlamış, avtomobili saxladıqdan sonra X9 oradan yerə düşmüşdür. Bundan sonra ətrafa tanımadığı adamlar toplaşmışdır. Avtomobilindən telefonunu götürüb X7 tibbi yardım göstərilməsi üçün X19 Stansiyasının 103 çağırış mərkəzinə zəng edərək, hadisə barədə məlumat vermiş və hadisə yerini demişdir. Sonra ərazidən keçən PPX naryadı ona yaxınlaşmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini, həyat yoldaşının hamilə olmasını və yaxın bir neçə gündən sonra ilk övladının dünyaya gələcəyini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən zərəçəkmiş şəxsin hüquqi varisi X11 ifadəsində göstərdi ki, mərhum X9 onun atasıdır. Atası hadisədən təxminən 20-25 gün əvvəl Bakı şəhərinə işləməyə gəlmişdir. 28 iyul 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı atasının ölməsini eşitmişdir. O, anlayır ki, bu ehtiyatsızlıqdan törədilmiş əməldir, təqsirləndirilən şəxs qəsdən gəlib atasını bıçaqla və ya başqa bir alətlə vurmayıb. Bu hamının başına gələ bilər. Sonda zərəçəkmiş şəxsin hüquqi varisi X11 təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Cinayət işinin 6-18-ci vərəqələrində olan “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” 28 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanın kəsişməsidir. Yolun işlək hissəsi asfalt örtüklüdür. Örtüyün vəziyyəti quru. Örtüyün eni 12 metrdir. Hərəkət zolağının sayı 3, işlək hissəsinin eni 12 metrdir. İşlək hissədə qarşı-qarşıya 2 hərəkət istiqamətli, hər istiqamətdə 3 hərəkət zolağı var, ortada tretuvar beton səki hissəsi hərəkət istiqamətlərini ayırır. Cinayət işinin 38-39-cu vərəqələrində olan “CD diskə baxış keçirilməsi haqqında” 02 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X13, Azərbaycan Respublikası CPM-in 51, 85 və 236-cı maddələrinin tələblərinə əsasən ********* saylı cinayət işi üzrə həmin protokolu ondan ötrü tərtib etmişdir ki, xidməti otağında iş üzrə şahid Təqsirləndirilən şəxs iştirakı ilə Daxili İşlər Nazirliyinin X3 Xidmətindən daxil olunmuş 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı TŞ6-010 saylı Təhlükəsiz Şəhər Kamerasının 28 iyul 2023-cü il tarixli saat 01:30 dəqiqədən 02:10 dəqiqəyədək olan görüntüyə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, diskin daxilində 3 ədəd TŞ6-101-1, TŞ6-010-2 və TŞ6-101-3 video görüntülər var. Həmin görüntülərin Təhlükəsiz Şəhər Kamerasının 2 saylı kamerasının qeydə alındığı görüntüyə baxış keçirilən zaman həmin kameranın Ziya Bünyadov prospektində Əhməd Rəcəbli küçəsi ilə kəsişmədə körpünün alt hissəsində Əhməd Rəcəbli küçəsinin tam ortasında quraşdırılmışdır. Video görüntüdən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində üzü Əhməd Rəcbəbli küçəsi dairə istiqamətində 2 hərəkət istiqaməti üzrə hər bir hərəkət istiqaməti paralel 3 gediş zolağından ibarətdir. Sağ hərəkət zolağı istiqamətində sağdan səki, avtomobillərin parklanması üçün yer, sağdan sola 3 hərəkət zolağı və tam yolun ortasında hərəkət istiqamətlərini bir-birindən ayıran tretuvar-səki vardir. Hadisə baş verən hərəkət istiqaməti üzrə yol ayrıcı işıqforla nizamlanan yol kəsişməsidir. Hərəkət istiqaməti üzrə sağ səkidə Məcburi düzünə və 50 km surət işarəsi vardır. Bundan başqa video görüntü 40:00 dəqiqədən ibarətdir. Görüntünün 08 dəqiqəsinin 8 saniyəsində 28 iyul 2023-cü il tarixdə saat 01:37 dəqiqə 34-cü saniyədə yolu sağ səki hissəsindən sol səki hissəsinə doğru əvvəlcə 2-3 addım sakit yerişlə yerisə də, sonradan iti yerişlərlə yolu qaçaraq keçmək istəyən zaman X12 Az**-CX-*** dövlət qeydiyyat nişanlı atvomobili ilə yolun hərəkət hissəsinin sağdan sola istiqamətdə ikinci hərəkət zolağı ilə birinci zolağın kəsişməsində avtomobilin sağ qabaq hissəsi ilə vuraraq bir qədər aralı məsafədə atması görünür. Bundan başqa hadisədən dərhal sonra sürücü Nemətov Ceyhun avtomobili saxlayır və digər sakinlərin oraya toplaşması görünür. Cinayət işinin 44-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 X21 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 87 saylı rəydən görünür ki, 1970-ci il təvəllüdlü X5 meyitinin məhkəmə-tibbi müayinəsi zaman aşağıdakı xəsarətlər aşkar olundu: Qapalı kəllə beyin travması, baş beyinin yumşaq beyin qişası altına və yan mədəciklərinə qansızmalar, sol tərəfli hemotoraks, ağciyərin sol yarısının zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının l-ll-lll-İV-V-Vİ qabırğaların yerini dəyişən, sağ və sol baldır sümüklərinin yuxarı üçdə birinin qapalı yerdəyişən sınıqları, sol ənsə, sol qulaq seyvanının, sol mil - bilək oynağının arxa səthinin əzilmiş yaraları, sol almacıq, sol baldırın qançırları, sol alın - təpə, sağ almacıq və yanaq, sol gicgah-ənsə, sağ baldırın, sol bazunun və sol saidin, sol bel nahiyyəsinin, sol diz oynağının, sağ ayağın sıyrıqları. Bu xəsarətlər həyatidir, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, belə ki, qərarın təsviri hissəsində göstərilən yol - nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə, canlı şəxslərdə sağlamlığa Ağır zərər vurmanın əlamətlərini daşıyır. Vət: X5 ölümünə səbəb - almış olduğu qapalı kəllə - beyin travması nəticəsində baş beyin toxumasına, yan mədəciklərə və yumşaq beyin qişası altına qansızmalar olmuşdur və ölümün baş vermə müddəti meyitin meyitxanada müayinə olunduğu vaxtdan təqribən 10- 12 saat əvvələ uyğun gələ bilər, bu da ilkin meyit əlamətləri ilə öz təsdiqini tapır. X1 meyitindən götürülmüş qanda məhkəmə - kimyəvi tədqiqatı nəticəsində qanda etil spirti aşkar edilmişdir. Etil spirtinin qalığı 2%-dir. Bu miqdar etil spirti rəsmi cədvəl üzrə canlı şəxslərdə orta dərəcəli sərxoşluq əlamətləri daşıyır. Cinayət işinin 56-60-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 noyabr 2023-cü il tarixli, 8/2885- 4/1582 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı DVD-R diskə yazılmış videoyazılardan eyni bir videoyazıda həm “Opel Astra” markalı avtomobilin yol kəsişməsinə daxil olduğu an, həm də piyadanın vurulması anı əks olunmadığından videoyazılara görə “Opel Astra” markalı avtomobilin yol kəsişməsinə daxil olmasından piyadanın vurulmasına kimi keçən müddəti müəyyən etmək mümkün olmamışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı DVD-R diskə yazılmış TŞ6 010 3-2023-07-28_01h30min00s000ms” adlı videoyazıdakı görüntülərə görə “Opel Astra” markalı avtomobilin tədqiqi hissədə göstərilən hesablama cisimləri arasındakı orta sürəti v=82 km/saat olmuşdur. Opel Astra markalı, 01CX256 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələbnlərinə riayət etməklə hadisənin qarşısıni almağa texniki imkanı olmuşdur. Sürücü C.N.Nemətov maksimum hərəkət surəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 50 km/saat sürətdən artıq, yəni 82 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum surətin məhdudlaşdırılması” yol nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 71-72-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 94-95-ci vərəqələrində olan “Qətimkan tədbiri seçmək haqqında” 30 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 101-105-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 30 noyabr 2023-cü il tarixli qərardan görünür ki, “Opel Astra” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması və Təqsirləndirilən şəxs saxlanılmasının nəzərə alınması qərara alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini, zərəçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə olunmasına cəhd etməsini, ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini nəzərə alır və onu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut – “Opel Astra” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Raqif oğluna məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – “Opel Astra” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 250 (iki yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Raqif oğlu tərəfindən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-99/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-99/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver