Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-10/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, zərərçəkmiş şəxs ləğvetmə prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 nümayəndəsi X4, müdafiəçi Bakı şəhəri Kredo Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1962-cı il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, “Qanunun keşiyində” Qəzetinin xüsusi müxbiri, “xxxx” firmasının direktoru, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə acıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Cinayət işinin ibtidai istintaq materiallarına əsasən Təqsirləndirilən şəxs rəhbəri olduğu hüquqi şəxsin (təşkilatın) maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verərək külli miqdarda ziyan vurmaqla vahid niyyətlə qanunsuz kredit almış, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə vahid niyyətlə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, xx xxxxxx 1999-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış “xxxx” firmasının təsisçisi və direktoru kimi xx xxxxxx 1999-cu il tarixdə təsdiq olunmuş həmin firmanın Nizamnaməsinə əsasən, firmanın illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək, onun mənfəət və zərərini bölüşdürmək, firmanın əsas fəaliyyət istiqamətlərini müəyyən etmək, öhdəliklərin icrasını həyata keçirmək, müqavilə və sazişlər bağlamaq, cari işlərə rəhbərlik etmək və sair təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malik vəzifəli şəxs olmaqla özü və rəhbəri olduğu hüquqi şəxs (təşkilat) üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə sadələşdirilmiş vergi və əlavə dəyər vergi ödəyicisi kimi Azərbaycan Respublikası Vergilər Nazirliyinə təqdim etdiyi 2013-2014-cü ilin vergi bəyannamələrinə əsasən firmanın gəliri olmadığı halda Bakı şəhərində avtobuslarla sərnişin daşıma fəaliyyətini həyata keçirmək təyinatı üzrə kredit verilməsinə dair müraciəti ilə əlaqədar “xxxx” ASC-nin 20 saylı filialı tərəfindən xx.xx.2013-cü il tarixdə aparılan maliyyə vəziyyətinin analizi zamanı rəhbəri olduğu hüquqi şəxsin (təşkilatın) 2013-cü ilin may ayında dövriyyəsinin 84.200 (səksən dörd min iki yüz) manat, xərcinin 68.014 (altmış səkkiz min on dörd) manat, gəlirinin 16.186 (on altı min bir yüz səksən altı) manat, həmin ilin iyun ayında dövriyyəsinin 87.500 (səksən yeddi min beş yüz) manat, xərclərinin 68.100 (altmış səkkiz min bir yüz) manat, gəlirinin 19.400 (on doqquz min dörd yüz) manat və həmin ilin iyul ayında dövriyyəsinin 75.400 (yetmiş beş min dörd yüz) manat, xərclərinin 67.841 (altmış yeddi min səkkiz yüz qırx bir) manat, gəlirinin isə 7.559 (yeddi min beş yüz əlli doqquz) manat olması barədə, yəni maliyyə vəziyyətinə dair bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə bankla bağlanmış xx xxxxxx 2013-cü il tarixli 64AV/F20-13 №-li “kredit müqaviləsi" əsasında 48 ay müddətinə, illik 20 % dərəcəsi ilə 284.400 (iki yüz səksən dörd min dörd yüz) manat məbləğində kredit verilməsinə nail olub, həmin tarixdə pulun 1.422 (bir min dörd yüz iyirmi iki) manatının komissiya haqqı, 15.800 (on beş min səkkiz yüz) manatının sığorta ödənişi kimi bank tərəfindən tutulması, 12-100100316 saylı cari hesabında olan 1.422 (bir min dörd yüz iyirmi iki) manat qalıq vəsait nəzərə alınmaqla ümumilikdə 268.600 (iki yüz altmış səkkiz min altı yüz) manatının Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 125 ünvanında yerləşən həmin bankın “20 saylı" filialında xx.xx.2019-cu il tarixdə 04 ədəd “Daewoo” markalı avtobusun alınması məqsədilə “xxxx” MMC-nin 12-15711-1 saylı hesab nömrəsinə köçürülməsinə nail olmaqla qanunsuz kredit almış, həmin kreditdən ümumilikdə əsas məbəğ üzrə 150.641,92 manat (bir yüz əlli min altı yüz qırx bir manat doxsan iki qəpik), faiz üzrə 91.968 (doxsan bir min doqquz yüz altmış səkkiz) manat, cərimə üzrə 4.007,61 manat (dörd min yeddi manat altmış bir qəpik) məbləğində ödəniş həyata keçirib, xx.xx.2015-ci il tarixli “Prolonqasiya" razılaşmasına əsasən restrukturizasiya edilmə tarixinə qədər ödənilməmiş 2.636.52 manat (iki min altı yüz otuz altı manat əlli iki qəpik) faiz borcunun əsas borc məbləğinin üzərinə əlavə edilməsi nəzərə alınmaqla, xx xxxxxxxx 2019-cu il tarixə 114.396,1 manat (bir yüz on dörd manat üç yüz doxsan atı manat on qəpik) məbləğində əsas və 97.284,18 manat (doxsan yeddi min iki yüz səksən dörd manat on səkkiz qəpik) məbləğində faiz borclarını, cəmi 211.680,28 manat (iki yüz on bir min altı yüz səksən manat iyirmi səkkiz qəpik) məbləğində pulu qəsdən ödəməməklə, həmçinin, eyni niyyətlə, “xxxx” ASC-nin “20 saylı” filialı tərəfindən xx.xx.2013-cü il tarixdə vahid niyyətlə bilə-bilə şişirdilmiş yalan məlumatlar verdiyi maliyyə vəziyyəti üzrə bankla bağlanmış xx.xx.2014-cü il tarixli 65AV/F20-14 saylı “Kredit Müqaviləsi" əsasında 48 ay müddətinə, illik 20 % dərəcəsi ilə 568.800 (beş yüz altmış səkkiz min səkkiz yüz) manat məbləğində kredit verilməsinə nail olub, həmin tarixdə 2.844 (iki min səkkiz yüz qırx dörd) manatının komissiya haqqı kimi tərəfindən nağd ödənilməsi və 31.600 (otuz bir min altı yüz) manatının sığorta ödənişi kimi bank tərəfindən tutulması nəzərə alınmaqla, 537.200 (beş yüz otuz yeddi min iki yüz) manatını Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 125 ünvanında yerləşən həmin bankın “20 saylı” filialında xx.xx.2014-cü il tarixdə 08 ədəd “Daewoo” markalı avtobusun alınması məqsədilə “xxxx” MMC-nin 12- 15711-1 saylı hesab nömrəsinə köçürülməsinə nail olmaqla qanunsuz kredit almış, həmin kreditdən ümumilikdə əsas məbləğ üzrə 19.000 (on doqquz min) manat, faiz üzrə 44.650,97 manat (qırx dörd min altı yüz əlli manat doxsan yeddi qəpik) və cərimə üzrə 23.377,12 manat (iyirmi üç min üç yüz yetmiş yeddi manat on iki qəpik) məbləğində ödəniş həyata keçirib, xx.xx.2015-ci il tarixli “Prolonqasiya” razılaşmasına əsasən restrukturizasiya edilmə tarixinə qədər ödənilməmiş 131.993,03 manat (bir yüz otuz bir min doqquz yüz doxsan üç manat üç qəpik) faiz borcunun əsas borc məbləğinin üzərinə əlavə edilməsi nəzərə alınmaqla, xx xxxxxxxx 2019-cu il tarixə 658.806,81 manat (altı yüz əlli səkkiz min səkkiz yüz altı manat səksən bir qəpik) məbləğində əsas və 373.999 (üç yüz yetmiş üç min doqquz yüz doxsan doqquz) manat məbləğində faiz borclarını, cəmi 1.032.805,81 manat (bir milyon otuz iki min səkkiz yüz beş manat səksən bir qəpik) məbləğində pulu qəsdən ödəməməklə, ümumilikdə, maliyyə vəziyyətinə dair qeyd edilən qaydada bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə vahid niyyətlə cəmi 853.200 (səkkiz yüz əlli üç min iki yüz) manat məbləğində qanunsuz kredit alaraq “xxxx” ASC-yə külli miqdarda ziyan vurmuş, həmin kreditlər üzrə cəmi 1.244.486,09 manat (bir milyon iki yüz qırx dörd min dörd yüz səksən altı manat doqquz qəpik) məbəğində pul vəsaitini qəsdən ödəməməklə hüquqi şəxs olan “xxxx” ASC-nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2002-ci ildən hal-hazıradək “Qanun keşiyində” hüquq qəzetinin xüsusi müxbiridir, bununla yanaşı 1999-cu ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olur. xx xxxxxx 1999-cu ildə qardaşı Qafqazla birlikdə şəhərdaxili sərnişin daşıma fəaliyyəti ilə məşğul olan “xxxx” firmasını təsis etmişlər, firmanın direktoru və faktiki rəhbəridir. “xxxx” firması xx xxxxxx 1999-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. xx xxxxxx 1999-cu il tarixdə təsdiq olunmuş həmin firmanın Nizamnaməsinə əsasən, firmanın illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək, onun mənfəət və zərərini bölüşdürmək, firmanın əsas faəliyyət istiqamətlərini müəyyən etmək, öhdəliklərin icrasını həyata keçirmək, müqavilə və sazişlər bağlamaq, cari işlərə rəhbərlik etmək və sair təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malikdir. 2013-cü ildə firmanın təxminən 700.000 manat kredit borcu ilə yanaşı balansında 16 ədəd “DAEWOO” markalı və 20 ədəd “İveko” markalı sərnişin daşıma avtobusu olmuşdur və həmin nəqliyyat vasitələri 94 və 211 saylı marşrut xətləri üzrə fəaliyyət göstərmişdir. Buna baxmayaraq, 2013-cü ilin aprel ayının 20-i tarixində əsassız olaraq 211 saylı marşrut xətti “xxxx” MMC tərəfindən dayandırılmışdır. Aparılan danışıqlar heç bir nəticə vermədikdən sonra Nəqliyyat Nazirliyinin “xxxx” MMC-nin israrlı təkidi ilə onların nəzarət dairəsində olmaqla satışa çıxarılan “DAEWOO” markalı avtobuslarının alınması şərtilə marşrut xəttinin 5 aydan sonra fəaliyyətinə icazə verilmişdir. Həmin vaxt yeni avtobusların alınmasına kifayət qədər vəsaiti olmadığını bildirsə də həmin cəmiyyətin israrlı təkidi ilə “xxxx” ASC-dən həmin avtobusları girov qoymaqla kredit götürmək məcburiyyətində qalmış və bununla bağlı xx.xx.2013-cü il tarixdə hüquqi şəxs “xxxx” Firmasının direktoru kimi onunla “xxxx” ASC-nin 20 saylı filialı arasında 64AV/F20-13 saylı “Təminatlı Kredit Müqaviləsi” bağlanmışdır. Müqaviləyə əsasən ona 48 ay müddətinə, illik 20 faizlə 4 ədəd “DAEWOO BS 090” markalı sərnişindaşıma avtobuslarının alınması məqsədi ilə 284.400 manat həcmində kredit verilmişdir. Götürdüyü 284.400 manat məbləğində kredit xx.xx.2013-cü il tarixdə “xxxx” firmasının “xxxx” ASC-də olan hesabına köçürülmüş, həmin məbləğdən 1.422 manat məbləğində komissiya haqqı kimi və 15.800 manat məbləğində vəsait sığorta ödənişinə bank tərəfindən tutulmuş, 268.600 manat məbləğində qalıq məbləğ isə satıcı “xxxx” MMC-yə köçürülmüşdür. Bundan başqa, bankın 20 saylı filialı ilə onun arasında xx.xx.2014-cü il tarixdə 65AV/F20-14 saylı “Təminatlı kredit müqaviləsi” bağlanılmışdır. Həmin müqaviləyə əsasən ona 48 ay müddətinə, illik 20 faizlə 8 ədəd “DAEWOO BS 090” markalı sərnişin daşıma avtobuslarının alınması məqsədi ilə 568.800 manat həcmində kredit verilmişdir. Həmin vəsait xx.xx.2014-cü il tarixdə “xxxx” Firmasının “xxxx” ASC-də olan hesabına köçürülmüş, həmin məbləğdən 2.844 manat məbləğində xidmət haqqı kimi və 31.600 manat məbləğində vəsait isə sığorta ödənişinə bank tərəfindən tutulmuş, qalan 537.200 manat məbləğində qalıq məbləğ isə bank elektron sistemindən çıxarışa əsasən satıcı “xxxx” MMC-yə köçürülmüşdür. Götürdüyü hər iki kredit məbləğinə ümumilikdə 12 ədəd avtobus almış və həmin nəqliyyat vasitələri bankda yüklü edilmişdir. 94 və 211 saylı marşurut xətləri Ziya Bünyadov prospektində fəaliyyət göstərmiş, 2011-ci ildən etibarən həmin prospektdə təmir-tikinti və yenidən qurma işləri zamanı dağınıq vəziyyətdə olan yolda tək 94 saylı marşurut sonadək fəaliyyət göstərmiş, məhz bunun nəticəsində firmanın avtobuslarının böyük əksəriyyəti sıradan çıxmış, bu vəziyyət firmanın maliyyə resurlarına ciddi təsir göstərmişdir. Bu səbəbdən götürülən kredit borclarının ödənilməsində gecikmələr olmuşdur. Təmir-tikinti işləri bitmək ərəfəsində, yəni 2015-ci ilin may ayında “Bakı Sərnişin və X6” MMC-nin rəhbərliyi tərəfindən 94 saylı marşurut xətti üzrə işləyən avtobusların görünüşünə görə yaxşı vəziyyətdə olduğunu əsas gətirərək ölkədə keçirilən “Avropa oyunları” dövründə şəhərin mərkəzində 6 saylı marşurut üzrə işləyən avtobuslarla əvəzləməyi ondan tələb etmiş, sonradan marşurut xətti Gənclik metrostansiyasına qədər məhdudlaşdırılmış, uzun müddət firma 1 marşurutla öz maliyyə işlərini görmək məcburiyyətində qalmış, bundan başqa, 2015-ci ilin fevral və dekabr aylarında ölkədə baş vermiş devalvasiya nəticəsində ehtiyat hissələrinin qiymətləri 100 faiz bahalaşdığından firmanın maliyyə vəziyyəti pisləşmişdir. Həmin vaxt firmanın “VTB” banka və “AG” bankda manat və dollarla kredit borcu olmuşdur. Təkcə qeyd edilən devalvasiyalar nəticəsində dollar krediti ilə bağlı firmaya 218.000 manat ziyan dəymişdir. Bu səbəbdən də “xxxx” ASC-dən götürdüyü kreditlərin ödənilməsində problemlər yaranmışdır. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş 12 08.2013-cü il tarixli 64AV/F20-13 nömrəli “kredit müqaviləsi” və həmin tarixli “girov müqaviləsi”, xx.xx.2014-cü il tarixli 65 AV/F20-14 nömrəli “kredit müqaviləsi” və həmin tarixli “avtomobil ipotekası” müqaviləsində ad və soyadı qarşısındakı imza ona məxsusdur, özü icra etmişdir. Həmin sənədlər əsasında bankdan ona 853.200 (səkkiz yüz əlli üç min iki yüz) manat məbləğində kredit verilmişdir. Kredit dosyelərində saxlanılan və istintaq materiallarına əlavə olunmuş “xxxx” ASC-nin biznes kredirləri verilməsi proseduruna əlavə №1 sənədində “Fəaliyyətin maliyyə durumu” İV bəndinin “ Mənfəət və zərər haqqında hesabat” yarımbəndində rəhbəri olduğu hüquqi şəxsin (firmanın) 2013-cü ilin may ayında dövriyyəsinin 84.200 (səksən dörd min iki yüz) manat, xərcinin 68.014 (altmış səkkiz min on dörd) manat, gəlirinin isə 16.186 (on altı min bir yüz səksən altı) manat, həmin ilin iyun ayında dövriyyəsinin 87.500 (səksən yeddi min beş yüz) manat, xərclərinin 68.100 (altmış səkkiz min bir yüz) manat, gəlirinin isə 19.400 (on doqquz min dörd yüz) manat və həmin ilin iyul ayında dövriyyəsinin 75.400 (yetmiş beş min dörd yüz) manat, xərclərinin 67.841 (altmış yeddi min səkkiz yüz qırx bir) manat, gəlirinin isə 7.559 (yeddi min beş yüz əlli doqquz) manat olması barədə məlumatları banka özü təqdim etmiş, kredit götürməmişdən əvvəl bank tərəfindən kredit ödəmə qabiliyyətinin olması məqsədilə ondan firmanın 3 aylıq dövriyyəsi, xərcləri və gəlirləri barədə məlumatlar istənilmiş, öz növbəsində qeyd olunan məlumatları bankın əməkdaşına təqdim etmişdir. Həmin sənəddə “Təqsirləndirilən şəxs” qrafası qarşısındakı imza ona məxsusdur, özü imzalamış və “xxxx" firmasınının möhürü ilə təsdiq etmişdir. “xxxx” firması sərnişin daşıma fəaliyyəti ilə məşğul olduğundan sadələşdirilmiş vergi ödəyicisi olmuş və bu səbəbdən mənfəət vergisi vermədiyindən Vergilər Nazirliyinə mənfəəti barədə məlumatları təqdim etməmişdir. Qeyd etdiyi xüsusatlar məhkəmə istintaqı zamanı təyin edilmiş ekspertizalar əsasında verilmiş ekspert rəyləri ilə də öz təsdiqini tapmışdır. Göstərilən halları nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittihamdakı sübutları araşdırıb onlara həm ayrı-ayrılıqda, həm də məcmusuna, qanuniliyi, mötəbərliyi və həqiqiliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri mövcud olmamışdır. Belə ki, məhkəmə zərərçəkmiş şəxs ləğvetmə prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi X1 nümayəndəsi X7 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsinə əsasən “xxxx” firmasından 472.618,65 manat məbləğində, Təqsirləndirilən şəxs isə 495.718,65 manat məbləğində pul vəsaitinin ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmiş, Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, bundan sonra banka xx.xx.2014-cü il tarixli, 65AV/F20-14 saylı “Təminatlı Kredit Müqavilə”si üzrə “xxxx” firması tərəfindən 109.000 manat ödəniş həyata keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda heç bir yerdə işləmir. 2010-2018-ci illərdə “xxxx” firmasında mühasib vəzifəsində işləmişdir. “xxxx” firması xx xxxxxx 1999-cu ildə İsmayıl və Qafqaz Maqsudovlar tərəfindən təsis edilmişdir. Firma şəhər daxili sərnişin daşıma fəaliyyəti ilə məşğul olmaqla direktoru Təqsirləndirilən şəxs olmuşdur. “xxxx” firması xx xxxxxx 1999-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Mühasib kimi əsas vəzifəsi firmanın işçilərinin əmək haqlarının, xərclərinin hesablanması və sairdən ibarət olmuşdur. 2013-cü ildə firmanın təxminən 700.000 manat kredit borcu olmuş və firmanın balansında 16 ədəd “DAEWOO” markalı və 20 ədəd "İveko” markalı sərnişindaşıma avtobusu olmuşdur. Buna baxmayaraq, 2013-cü ilin aprel ayının 20-i tarixində əsassız olaraq 211 saylı marşurut xətti “xxxx” MMC tərəfindən dayandırılmışdır. Təqsirləndirilən şəxs ona deməsindən sonra məlum olmuşdur ki, fəaliyyətin bərpa edilməsi üçün “DAEWOO” markalı avtobuslar alınmalıdır. Həmin vaxt firmanın kifayət qədər vəsaiti olmadığı üçün həmin avtobusları girov qoymaqla kredit götürmək qərarına gəlmişlər və bununla bağlı xx.xx.2013-cü il tarixdə hüquqi şəxs “xxxx” Firmasının direktoru kimi Təqsirləndirilən şəxsla “xxxx” ASC-nin 20 saylı filialı arasında 64AV/F20-13 saylı “Təminatlı Kredit Müqaviləsi” bağlanmışdır. Müqaviləyə əsasən 48 ay müddətinə, illik 20 faizlə 4 ədəd “DAEWOO BS 090” markalı sərnişin daşıma avtobuslarının alınması məqsədi ilə 284.400 manat həcmində kredit verilmişdir. Bundan sonra bankın 20 saylı filialı ilə firma arasında xx.xx.2014-cü il tarixdə 65AV/F20- 14 saylı “Təminatlı kredit müqaviləsi” bağlanılmışdır. Həmin müqaviləyə əsasən 48 ay müddətinə, illik 20 faizlə 8 ədəd “DAEWOO BS 090” markalı sərnişin daşıma avtobuslarının alınması məqsədi ilə 568.800 manat həcmində kredit verilmişdir. “xxxx” Firması ilə “xxxx” ASC- nin 20 saylı filialı arasında xx.xx.2013-ci il tarixli 64 VA/F20-13 saylı “Təminatlı Kredit Müqaviləsi” əsasında verilmiş kreditlər üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə xx.xx.2013-cü il tarixli 64 İP/F20-13 saylı “Girov müqaviləsi” bağlanmışdır. Hər iki kredit məbləğinə ümumilikdə 12 ədəd avtobus alınmışdır. 94 və 211 saylı marşurut xətləri Ziya Bünyadov prospektində fəaliyyət göstərmişdir. 2011-ci ildən etibarən həmin prospektə təmir-tikinti və yenidən qurma işləri zamanı dağınıq vəziyyətdə olan yolda tək 94 saylı marşurut sonadək fəaliyyət göstərmiş, məhz bunun nəticəsində firmanın avtobuslarının böyük əksəriyyəti sıradan çıxmış, bu vəziyyət maliyyə resurlarına ciddi təsir göstərdiyindən kredit borcunu ödəyə bilməmişlər. Bundan başqa, 2015-ci ilin fevral və dekabr aylarında ölkədə baş vermiş devalvasiya nəticəsində ehtiyat hissələrinin qiymətləri 100 faiz bahalaşmış və bu səbəbdən də firmanın maliyyə vəziyyəti pisləşmişdir. Kredit dosyelərində saxlanılan və istintaq materiallarına əlavə olunmuş “xxxx” ASC-nin biznes kredirləri verilməsi proseduruna əlavə №1 sənədinin “Fəaliyyətin maliyyə durumu” İV bəndinin “Mənfəət və zərər haqqında hesabat” yarımbəndində hüquqi şəxsin (firmanınn) 2013-cü ilin may ayında dövriyyəsinin 84.200 (səksən dörd min iki yüz) manat, xərcinin 68.014 (altmış səkkiz min on dörd) manat, gəlirinin 16.186 (on altı min bir yüz səksən altı) manat, həmin ilin iyun ayında dövriyyəsinin 87.500 (səksən yeddi min beş yüz) manat, xərclərinin 68.100 (altmış səkkiz min bir yüz) manat, gəlirinin 19.400 (on doqquz min dörd yüz) manat və həmin ilin iyul ayında dövriyyəsinin 75.400 (yetmiş beş min dörd yüz) manat, xərclərinin 67.841 (altmış yeddi min səkkiz yüz qırx bir) manat, gəlirinin isə 7.559 (yeddi min beş yüz əlli doqquz) manat olması barədə məlumatların banka təqdim edilməsindən onun məlumatı olmamışdır. Həmin məlumatları banka Təqsirləndirilən şəxs təqdim etmiş, onun xəbəri olmamışdır. Həmin vaxtdan uzun müddət keçdiyindən göstərilən vaxtda firmanın dövriyyəsi və mənfəəti barədə məlumatları xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2008-ci ildən 2017-ci ilədək “xxxx” ASC-nin 20 saylı filianında müxtəlif vəzifələrdə işləmişdir. Bank bağlanandan sonra isə işdən çıxmış və hal-hazıradək heç bir yerdə işləmir. 2013-cü ildə “xxxx” ASC-nin 20 saylı filialının Əməliyyat bölməsində baş mütəxəssis vəzifəsində işləmiş, həmin vaxt kredit mütəxəssisi olmadığı üçün həm n vəzifəni icra etmişdir. Təqsirləndirilən şəxs filialın müştərisi kimi tanımış, sonuncu ilə heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs 2013-cü ilin avqust ayında ilk dəfə filiala müraciət edərək kredit götürmək istədiyini və təminat kimi alacağı yeni “Daewoo” markalı avtobusları yüklü edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sənədlərə əsasən 211 və 94 saylı marşurut xətti ilə sərnişin daşıma ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs kredit ödəmə qabiliyyətinin olduğunu təsdiq etmək üçün firmanın maliyyə vəziyyəti barədə məlumatları banka təqdim etmişdir. Belə ki, təqdim etdiyi məlumatlara əsasən firmanın xx.xx.2013-cü il tarixdə aparılan maliyyə vəziyyətinin analizi zamanı rəhbəri olduğu hüquqi şəxsin, yəni “xxxx” firmasının 2013-cü ilin may ayında dövriyyəsinin 84.200 (səksən dörd min iki yüz) manat, xərcinin 68.014 (altmış səkkiz min on dörd) manat, gəlirinin 16.186 (on altı min bir yüz səksən altı) manat, həmin ilin iyun ayında dövriyyəsinin 87.500 (səksən yeddi min beş yüz) manat, xərclərinin 68.100 (altmış səkkiz min bir yüz) manat, gəlirinin 19.400 (on doqquz min dörd yüz) manat və həmin ilin iyul ayında dövriyyəsinin 75.400 (yetmiş beş min dörd yüz) manat, xərclərinin 68.841 (altmış yeddi min səkkiz yüz qırx bir) manat, gəlirinin isə 7.559 (yeddi min beş yüz əlli doqquz) manat olduğunu müəyyən etdikdən sonra ona xx xxxxxx 2013-cü il və xx.xx.2014-cü il tarixlərində ümumilikdə 853.200 (səkkiz yüz əlli üç min iki yüz) manat olması barədə banka məlumatları təqdim etdi və bununla onun tərəfindən xxxx” ASC-nin biznes kreditlərin verilməsi proseduruna Əlavə № 1 və Əlavə №3 sənədləri tərib edilərək qeyd oluna məlumatlar qeyd edilmişdir. Həmin sənədlər Təqsirləndirilən şəxs tərəfindən imzalanaraq rəhbəri olduğu firmanın möhürü ilə təsdiq edilmişdir. xx.xx.2013-cü il tarixdə “xxxx” firmasının direktoru kimi Təqsirləndirilən şəxsla “xxxx” ASC-nin 20 saylı filialı arasında 64AV/F20-13 saylı “Təminatlı Kredit Müqaviləsi” bağlanmışdır. Müqaviləyə əsasən “xxxx” firmasına 48 ay müddətinə, illik 20 faizlə 4 ədəd “DAEWOO BS 090” markalı sərnişin daşıma avtobuslarının alınması məqsədi ilə 284.400 manat həcmində kredit verilmişdir. 284.400 manat məbləğində kredit xx.xx.2013-cü il tarixdə “xxxx” Firmasının “xxxx” ASC-də olan hesabına köçürülmüş, həmin məbləğdən 1.422 manat məbləğində komissiya haqqı kimi və 15.800 manat məbləğində vəsait sığorta ödənişinə bank tərəfindən tutulmuş, qalan 268.600 manat məbləğində qalıq məbləğ isə satıcı “xxxx” MMC-yə köçürülmüşdür və həmin kredit sənədləri filialın müdiri Şahid5 tərəfindən imzalanmışdır. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli 64AV/F20-13 nömrəli “kredit müqaviləsi” üzrə tərtib edilmiş “xxxx” ASC-nin biznes kreditlərin verilməsi proseduruna Əlavə № 3 sənədində “kredit mütəxəssisi- X8" qrafası qarşısındakı imza ona məxsusdur, özü icra etmişdir. Həmin sənəddə borclu barədə göstərilən məlumatlar “xxxx” firmasının direktoru Təqsirləndirilən şəxs tərəfindən kredit verilməmişdən əvvəl təqdim etdiyi məlumatlar əks edilmiş və sonuncunun imzası və möhürü ilə təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2011-ci ilin fevarla ayından “xxxx” ASC-də müxtəlif vəzifələrdə çalışmışdır. xx.xx.2016-cı il tarixdə bankın lisenziyası alınmış və ləğv edici qismində X2 təyin edilmişdir. Bank bağlanmamışdan öncə son vəzifəsi Müştəri xidməti departamentinin müdiri olmuşdur, eyni zamanda Kredit Komitəsinin üzvü olmuşdur. İşlədiyi müddətdə Müşahidə Şurasının sədri Hafiz Məmmədov olmuşdur. Bankdaxili kredit prosedurlarına əsasən, Baş ofisdə və filiallarda 5.000 manata qədər kreditlərin verilməsi Kiçik Kredit Komitəsi qismində fəaliyyət göstərən Müştəri Xidməti departamentinin sahə rəhbərinin, 10.000 manata qədə' təminatsız kreditlər, 50.000 manata qədər təminatlı kreditlər Baş ofisin Kredit Komitəsinin, həmin vəsaitlərdən yuxarı kreditlərin verilməsi Müşahidə Şurasının səlahiyyətində olmuşdur. 2013-cü ilin avqust ayında 20 saylı filialdan “xxxx” firmasına 284.400 manat məbləğində kredit verilməsi üçün müştəri haqqında toplanmış sənədlər Kredit Komitəsinə təqdim edilmişdir. Qaydalara əsasən kredit Komitəsinin sədri və üzvləri ilə birlikdə “xxxx” firmasına kredit verilməsi üçün həmin təşkilat tərəfindən təqdim edilən məlumatlara, o cümlədən, fəaliyyəti, maliyyə vəziyyəti barədə təqdim olunan sənədlərə baxılmış, “xxxx” firmasının direktoru Təqsirləndirilən şəxs banka təqdim etdiyi və bankda imzaladığı sənədlərə əsasən xx.xx.2013-cü il tarixdə aparılan maliyyə vəziyyətinin analizi zamanı rəhbəri olduğu hüquqi şəxsin, yəni “xxxx” firmasının 2013-cü ilin may ayında dövriyyəsinin 84.200 (səksən dörd min iki yüz) manat, xərcinin 998.014 (altmış səkkiz min on dörd) manat, gəlirinin 16.186 (on altı min bir yüz səksən altı) manat, həmin ilin iyun ayında dövriyyəsinin 87.500 (səksən yeddi min beş yüz) manat, xərclərinin 68.100 (altmış səkkiz min bir yüz) manat, gəlirinin 19.400 (on doqquz min dörd yüz) manat və həmin ilin iyul ayında dövriyyəsinin 75.400 (yetmiş beş min dörd yüz) manat, xərclərinin 67.841 (altmış yeddi min səkkiz yüz qırx bir) manat, gəlirinin isə 7.559 (yeddi min beş yüz əlli doqquz) manat olduğunu göstərmişdir. Həmin məlumatlar götürüləcək kreditin ödənilməsi üçün kifayət hesab edildiyindən həmin hüquqi şəxsə 284.400 manat kredit verilməsi bardə xx.xx.2013-cü ildə qərar qəbul edilmişdir. Eyni qaydada, “xxxx” firmasına 2014-cü ilin yanvar ayında öz maliyyə vəziyyəti barədə banka təqdim etdiyi məlumatlar əsasında Kredit Komitəsinin sədri və digər üzvləri ilə birlikdə həmin hüquqi şəxsə kredit verilməsi barədə xx.xx.2014-cü İ tarixdə qərar qəbul edilmiş, qərarın icrası 20 saylı filiala həvalə edilmişdir. Müştərinin maliyyə vəziyyəti barədə məlumatlar qaydalara əsasən filial rəhbəri və kredit mütəxəssisi tərəfindən yoxlanılır, kredit Komitəsi yalnız toplanmış sənədləri nəzərdən keçirərək qərar qəbul edir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid “xxxx” ASC-nin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində işləmiş Şahid3 məhkəməyə teleqram unvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etmiş və məhkəmə iclasını onun iştirakı olmadan aparılmasını xahiş etmişdir. Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında ifadə vermiş Şahid4 ilə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, hazırda heç bir yerdə işləmir. 2007- ci ildən x xxxxxx 2016-cı il tarixədək “xxxx" ASC-nin 20 saylı filialının müdiri vəzifəsində işləm şdir. Təqsirləndirilən şəxs filialın müştərisi kimi tanımış, heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs 2013-cü ilin avqust ayında ilk dəfə filiala müraciət edərək kredit götürmək istədiyini və təminat kimi alacağı yeni “Daewoo” markalı avtobusları yüklü edəcəyini bildirmişdir. Filialın müdiri kimi Təqsirləndirilən şəxs təqdim etdiyi sənədləri, onun 211 və 94 saylı marşurut xətti ilə sərnişin daşıma fəaliyyəti ilə məşğul olduğunu, təqdim etdiyi məlumatlara əsasən xx.xx.2013-cü il tarixdə aparılan maliyyə vəziyyətinin analizi zamanı rəhbəri olduğu hüquqi şəxsin, yəni “xxxx” firmasının 2013-cü ilin may ayında dövriyyəsinin 84.200 (səksən dörd min iki yüz) manat, xərcinin 68.014 (altmış səkkiz min on dörd) manat, gəlirinin 16.186 (on altı min bir yüz səksən altı) manat, həmin ilin iyun ayında dövriyyəsinin 87.500 (səksən yeddi min beş yüz) manat, xərclərinin 68.100 (altmış səkkiz min bir yüz) manat, gəlirinin 19.400 (on doqquz min dörd yüz) manat və həmin ilin iyul ayında dövriyyəsinin 75.400 (yetmiş beş min dörd yüz) manat, xərclərinin 67.841 (altmış yeddi min səkkiz yüz qırx bir) manat, gəlirinin isə 7.559 (yeddi min beş yüz əlli doqquz) manat olduğunu bildirmiş və bununla bağlı bank sənədlərində, yəni biznes kredirləri verilməsi proseduruna əlavə №1 sənədini öz imzası və firmanın möhürü ilə təsdiq etmişdir. Bundan sonra firmanın kredit ödəmə qabiliyyətinin olduğunu görüb toplanmış sənədləri Baş ofisə Kredit Komitəsinə göndərmiş, komitənin qərarına əsasən “xxxx” firmasına iki dəfəyə, xx xxxxxx 2013-cü il və xx.xx.2014-cü il tarixlərində ümumilikdə 853.200 (səkkiz yüz əlli üç min iki yüz) manat məbləğində kredit verilmişdir. Belə ki, xx.xx.2013-cü il tarixdə “xxxx” Firmasının direktoru kimi Təqsirləndirilən şəxsla “xxxx” ASC-nin 20 saylı filialı arasında 64AV/F20-13 saylı “Təminatlı Kredit Müqaviləsi” bağlanmışdır. Müqaviləyə əsasən “xxxx” firmasına 48 ay müddətinə, illik 20 faizlə 4 ədəd “DAEWOO BS 090” markalı sərnişin daşıma avtobuslarının alınması məqsədi ilə 284.400 manat həcmində kredit verilmişdir. Bundan sonra, bankın 20 saylı filialı ilə “xxxx” firması arasında xx.xx.2014-cü il tarixdə 65AV/F20- 14 saylı “Təminatlı kredit müqaviləsi” bağlanılmışdır. Həmin müqaviləyə əsasən firmaya 48 ay müddətinə, illik 20 faizlə 8 ədəd “DAEWOO BS 090” markalı sərnişin daşıma avtobuslarının alınması məqsədi ilə 568.800 manat həcmində kredit verilmişdir. “xxxx” Firması ilə “xxxx” ASC-nin 20 saylı filialı arasında xx.xx.2013-cü il tarixli 64 VA/F20-13 saylı “Təminatlı Kredit Müqaviləsi" əsasında verilmiş kreditlər üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə xx.xx.2013-cü il tarixli 64 İP/F20-13 saylı “Girov müqaviləsi” bağlanmışdır. Filialın rəhbəri kimi qeyd oluna kredit sənədləri onun tərəfindən təsdiqlənmişdir. 284.400 manat məbləğində kredit xx.xx.2013-cü il tarixdə “xxxx” Firmasının “xxxx” ASC-də olan hesabına köçürülmüşdür. Həmin məbləğdən 1.422 manat məbləğində komissiya haqqı kimi və 15.800 manat məbləğində vəsait sığorta ödənişinə bank tərəfindən tutulmuş, qalan 268.600 manat məbləğində qalıq məbləğ isə satıcı “xxxx” MMC-yə köçürülmüşdür. Bundan başqa, 568.800 manat məbləğində kredit xx.xx.2014-cü il tarixdə “xxxx” Firmasının “xxxx” ASC-də olan hesabına köçürülmüş, həmin məbləğdən 2.844 manat məbləğində xidmət haqqı kimi, 31.600 manat məbləğində vəsait sığorta ödənişinə bank tərəfindən tutulmuş, qalan 537.200 manat məbləğində qalıq məbləğ isə “xxxx” MMC-yə köçürülmüşdür.Cinayət işinin istintaq materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli 64AV/F20-13 nömrəli “kredit müqaviləsi “kredit müqaviləsi”, həmin tarixli “girov müqaviləsi" xx.xx.2014-cü il tarixli 65 AV/F20-14 nömrəli “kredit müqaviləsi” və həmin tarixli “avtomobil ipotekası” müqaviləsində ad və soyadı qarşısındakı imzalar ona məxsusdur, bankın nümayəndəsi kimi həmin sənədləri imzalayıb möhürləmişdir. İstintaq materiallarına əlavə olunmuş xx.xx.2013-cü il tarixli “xxxx” ASC-nin biznes kreditləri verilməsi proseduruna əlavə №1 sənədinin “Fəaliyyətin maliy/ə durumu" İV bəndinin “ Mənfəət və zərər haqqında hesabat” yarımbəndndə firmanın 2013-cü ilin may ayında dövriyyəsinin 84.200 (səksən dörd min iki yüz) manat, xərcinin 68.014 (altmış səkkiz min on dörd) manat, gəlirinin 16.186 (on altı min bir yüz səksən altı) manat, həmin ilin iyun ayında dövriyyəsinin 87.500 (səksən yeddi min beş yüz) manat, xərclərinin 68.100 (altmış səkkiz min bir yüz) manat, gəlirinin 19.400 (on doqquz min dörd yüz) manat və həmin ilin iyul ayında dövriyyəsinin 75.400 (yetmiş beş min dörd yüz) manat, xərclərinin 67.841 (altmış yeddi min səkkiz yüz qırx bir) manat, gəlirinin isə 7.559 (yeddi min beş yüz əlli doqquz) manat olması barədə məlumatları ona “xxxx” firmasının direktoru Təqsirləndirilən şəxs təqdim etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti əsasında ekspert qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, iş üzrə ibtidai istintaq zamanı xx xxxxxxxx 2019cu il tarixli 23820 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyi onun tərəfindən verilmişdir. Rəy verilərkən ona yalnız bir cilddən ibarət cinayət işi təqdim edilmiş, iş materiallarına isə istintaq orqanı tərəfindən audit aktı və mütəxəssiz rəyi əlavə edilmişdir. Ekspert qarşısında qoyulmuş suallara əsasən isə o araşdırmanı istintaq orqanının ona təqdim etdiyi audit aktı və mütəxəssiz rəyinə əsasən aparmışdır. Lakin, müəssisənin real dövriyyəsini əks etdiriən müvafiq sənədlər ona təqdim edilmədiyi üçün tərəfindən rəy verilərkən nəzərə alınmamışdır. “xxxx” Firması sadələşdirilmiş vergi ödəyicisidir onun gəliri ümumi dövriyyədən çıxılır və yerdə qalan hissə mənfəət hesab olunur. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti əsasında ekspert qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, məhkəmə istintaqı zamanı təyin edilmiş ekspertiza üzrə müvafiq rəy onun tərəfindən verilmişdir. Tərəfindən rəy verilərkən iş üzrə qanuni qüvvədə olan məhkəmə qətnaməsi, zərərçəkmiş şəxs olan bankın təqdim etdiyi məktub, şəxsi hesab vərəqələri, bəyannamələr və digər mötəbər sənədlər əsas götürülmüşdür. Tərəfindən araşdırma aparılarkən müəyyən edilmişdir ki, “xxxx” firması tərəfindən “xxxx” ASC-dən alınmış kredit vəsaiti üzrə xx.xx.2019-cu il tarixə borc 386.718,65 (üç yüz səksən altı min yeddi yüz on səkkiz manat 65 qəpik) manat qalmışdır. “xxxx” firması avtonəqliyyat vasətələri ilə sərnişin daşıma fəaliyyəti üzrə sadələşdirilmiş verginin ödəyicisi olmuş və eyni zamanda firma tərəfindən ƏDV və mənfəət vergisi ilə bağlı hesabatlar təqdim edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 221.4.5-ci maddəsinə əsasən avtomobil nəqliyyat vasətələri ilə sərnişin və yük daşımalarını həyata keçirən ən vergi ödəyiciləri dövriyyədən vergi orqanlarına bəyannamə vermirlər və həmin vergi ödəyiciləri ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almaqla VM-nin 220.5 və 220.6.1-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergi ödəyicisidirlər. Həmin Məcəllənin 219.5-ci maddəsinə əsasən sadələşdirilmiş vergini ödəyən şəxs ƏDV-nin, mənfəət vergisinin ödəyicisi deyil. Firmanının ƏDV ilə bağlı heç bir fəaliyyəti olmamışdır. “xxxx” firması kredit götürdüyü dövr üzrə və ondan sonrakı 2014-2018 illər üzrə ƏDV və mənfəət vergisi üzrə fəaliyyəti olmamış mənfəət vergisi bəyannaməsində dövriyyə və xalis gəlir göstərilməmişdir. Göstərilən səbəblərdən də (sadələşdirilmiş vergi ödəyicisi olduğundan və həmin vergi ödəyicilərinin qanunvericiliyin tələblərinə uyğun olaraq bəyannamə təqdim etmədiyindən, ƏDV və mənfəət vergisi üzrə fəaliyyəti olmadığından, təqdim edilmiş iş materialında öz əksini tapmış bəyannamələrində (ƏDV və mənfəət vergisi üzrə) dövriyyə və xalis gəlir göstərilmədiyindən) “xxxx” firması tərəfindən kredit alınarkən gəlirləri barəsində banka təqdim olunmuş məlumatlar Vergilər Nazirliyinə verilmiş hesabatlarla eynilik təşkil edə bilməzdi. Lakin, bu eynilik təşkil etməmə banka yanlış məlumat vermə kimi qiymətləndirilə bilməz. Çünki, qanunvericiliyin tələbinə əsaəsn firmanın Vergilər Nazirliyinə və Banka təqdim etməli olduğu məlumatlar fərqli xarakterlidir. Əvvəlki məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə onun tərəfindən verilmiş rəy arasında olan ziddiyyətin səbəbi tədqiqata təqdim edilmiş əlavə sənədlər olmuşdur ki, onlar ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-mühasibat ekspertizasının tədqiqatına təqdim edilməmişdir, həmçinin ekspertlər qarşısında qoyulan sualların əksər hissəsi fərqli olmuşdur. Həmçinin bildirmişdir ki, Firma tərəfindən Vergilər Nazirliyinə və banka məlumatlar verilərkən vergi qanunvericiliyinin və ya hər hansı normativ aktın tələblərinin pozuntusu halı olmamışdır. Cinayət işinin 5-ci cild 141-144-cü vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 5-ci cild 180-183-cü vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin 6-cı cild 16-18-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 5-ci cild 29-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsi tərəfindən aparılmış araşdırmanın nəticəsinə dair tərtib edilmiş xx xxxxxxxx 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2013-cü il tarixli 64AV/F23-13 saylı “Təminatlı Kredit Müqaviləsi” “xxxx” Firmasının direktoru və qanuni təmsilçisi Təqsirləndirilən şəxs verdiyi xx.xx.2013-cü il tarixli "Kredit ərizəsi” və “Kreditin verilməsi haqqında” xx.xx.2013-cü il tarixli qərar əsasında firma ilə bank arasında imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən bank tərəfindən “xxxx” Firmasına 48 ay müddətinə, illik 20 % olmaqla, 284.400.00 manat məbləğində kreditin verilməsi nəzərdə tutulmuşdur. 284.400.00 manat məbləğində kredit xx.xx.2013-cü il tarixdə “xxxx” Firmasının “xxxx” ASC-də olan AZ64AZEJ**********0001A40050 saylı manat hesabına köçürülmüşdür. Borc alandan 1422 manat məbləğində komissiya haqqı tutulmuşdur. Kredit məbləğindən 15.800,00 manat məbləğində vəsaiti sığorta ödənişinə bank tərəfindən tutulmuşdur. Cəmiyyətin hesabında qalan 1.422,00 manat qalıq vəsaiti, kreditin 267.178,00 manat qalığı ilə birlikdə 268.600,00 manat məbləğində vəsait bank elektron sistemindən çıxarışa əsasən satıcı “xxxx” MMC-yə köçürülmüşdür. Əsas kredit məbləği üzrə 150.641,92 manat, faiz üzrə 91.968 manat və cərimə üzrə 4.007,61 manat məbləğində ödəniş həyata keçirilmiş, xx.xx.2019-cu il tarixə Firmanın həmin kredit üzrə əsas borcu 114.396,10 manat, faiz borcu 97.284,18 manat, cərimə borcu 10.976,83 manat təşkil edir. Bundan başqa, xx.xx.2014-cü il tarixli 65AV/F20-14 saylı “Təminatlı Kredit Müqaviləsi” “xxxx” Firmasının direktoru və qanuni təmsilçisi Təqsirləndirilən şəxs verdiyi xx.xx.2014-cü il tarixli “Kredit ərizəsi” və “Kreditin verilməsi haqqında” xx.xx.2014-cü il tarixli qərar əsasında firma ilə bank arasında imzalanmışdır. 568. 800,00 manat məbləğində kredit xx.xx.2014-cü il tarixdə “xxxx” Firmasının “xxxx” ASC-də olan AZ64AZEJ**********0001A40050 saylı manat hesabına köçürülmüşdür. Borcalandan 2844 manat məbləğində xidmət haqqı alınmışdır. Kredit məbləğindən 31.600.00 manat məbləğində vəsait sığorta ödənişinə bank tərəfindən tutulmuşdur. Cəmiyyətin hesabına nəğd qaydada mədaxil edilmiş 28.442,00 manat pul vəsaiti, kreditin 534.356,00 manat qalığı ilə birlikdə 537.200,00 manat məbləğində qalıq məbləğ isə bank elektron sistemindən çıxarışa əsasən satıcı “xxxx” MMC-yə köçürülmüşdür. Əsas kredit məbəği üzrə 19.000,00 manat, faiz üzrə 44.650,97 manat və cərimə üzrə 23.377,12 manat məbləğində ödəniş həyata keçirilmiş, bu günkü xx.xx.2019-cu il tarixə Firmanın həmin kredit üzrə əsas borcu 658.806,81 manat faiz borcu 373.999,00 manat, cərimə borcu 49.689,66 manat təşkil edir. Azərbaycan Respublikasının Vergilər Nazirliyindən təqdim olunmuş sənədlərdə “xxxx” Firmasının vergi ödəyicisi olduğu göstərilsə də, kreditin əldə edildiyi ilə və 2013-2018-ci illərin bəyənnamə göstəricilərində xalis gəliri barədə heç bir məlumat göstərilməmişdir. Vergilər Nazirliyindən verilmiş qeydiyyat şəhadətnaməsinə əsasən Firmanın qeydiyyatı xx xxxxxx 2011-ci il tarixdə aparılmışdır. xx.xx.2013-cü il tarixli 64AV/F20-13 saylı və xx.xx.2014-cü il tarixli, 65AV/F20-14 saylı “Təminatlı Kredit Müqavilə”ləri əsasında kreditlərin alındığı tarixdək, banka təqdim olunmuş “xxxx”ın Vİ bəndində mənfəət və zərər haqqında hesabatda Firmanın 2013-cü ilin may ayına gəliri 84 200,00 manat, digər xərci 68.014,00 manat, xalis mənfəətinin 16.186,00 manat olduğu, 2013-cü ilin iyun ayına gəliri 87 500,00 manat, digər xərcinin 68.100,00 manat, xalis mənfəətinin 9 400,00 manat olduğu və 2013-cü ilin iyul ayına gəlirinin 75 400,00 manat, digər xərclərinin 67 841,00 manat, xalis mənfəətinin 7 559,00 manat olduğu göstərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1 maddəsinə əsasən Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəslə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Cəmiyyətin 2013-ci ilin yekunları üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsinin 2.1.2 bəndində hesabat dövrünün xalis məhfəəti 0.00 manat və 2.1.3 bəndində əvvəlki illər üzrə bölüşdürülməmiş mənfəət 0.00 manat göstərilmişdir. Göründüyü kimi kreditin alınmasına nail olmaq üçün cəmiyyətin maliyyə göstəricilərinə dair məlumatı düzgün deyil. Bununla yanaşı, sözügedən sifarişdə kredit götürülən zaman Firmanın 573 528,75 manat cari kredit öhdəlikləri olmuşdur. Belə ki, son 5 ilə bank öhdəliklərinin qalığı “xxxx” ASC-nin eyni filialında 28 999,93 (20 faiz ilə 36 ay müddətinə) manat, “AG” bankda 300 771,22 (19 faiz ilə 36 ay müddətinə) manat və “VTB” bankda 243 757,60 (15 faiz ilə 48 ay müddətinə) manat olmuşdur. Cinayət işinin 5-ci cild 51-59-cu vərəqələrində olan, məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli 23820 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, “xxxx” firması tərəfindən sonuncu ödəniş əsas kredit üzrə 6500 manat olmaqla xx.xx.2019-cu il tarixdə, faiz üzrə 2.000,00 manat olmaqla xx.xx.2018-ci il tarixdə aparılmış, xx.xx.2019-cu il tarixə xx.xx.2013-cü il tarixli, 64AV/F20-13 saylı kredit müqaviləsi əsasında götürülmüş 284.400,00 manat kredit məbləği üzrə əsas borc 114.396,10 manat, faiz borcu 97.284,18 manat, cərimə borcu 10.976,83 manat və xx.xx.2014-cü il tarixli, 66AV/F20-14 saylı kredit müqaviləsi əsasında götürülmüş 568.800,00 manat kredit məbləği üzrə əsas borc 658.806,81 manat, faiz borcu 373.999,00 manat, cərimə borcu 49.689,66 manat olmaqla cəmi iki kredit üzrə əsas borc 773.202,91 manat, faiz borcu 471.283,18 manat, cərimə borcu 60.666,49 manat təşkil edir. Vergilər Nazirliyindən təqdim olunmuş bəyənnamələrə əsasən, borcalanın kredit götürdüyü dövr üzrə və ondan sonrakı 2014-2018-ci illər üzrə mənfəəti olmamışdır. Nəticədə, borcalan tərəfindən gəlirləri barəsində banka təqdim edilən məlumatlar bəyannamələrdə öz əksini tapmamışdır. Cinayət işinin 6-cı cild 99-108-ci vərəqələrində olan, məhkəmə iclasında tədqiq edilmiş məhkəmə istintaqı zamanı keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 4135 nömrəli təkrar məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim olunan sənədlərdən (şəxsi hesab vərəqəsi və bəyannamələr və s.) aydın olur ki, “xxxx” firması avtonəqliyyat vasətələri ilə sərnişin daşıma fəaliyyəti üzrə sadələşdirilmiş verginin ödəyicisi olmuş və eyni zamanda firma tərəfindən ƏDV və mənfəət vergisi ilə bağlı hesabatlar təqdim edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 221.4.5-ci maddəsinə əsasən avtomobil nəqliyyat vasətələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri dövriyyədən verqi orqanlarına bəyannamə vermirlər və həmin vergi ödəyiciləri ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almaqla VM-nin 220.5 və 220.6.1-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergi ödəyicisidirlər. Həmin Məcəllənin 219.5-ci maddəsinə əsasən sadələşdirilmiş vergini ödəyən şəxs ƏDV-nin, mənfəət vergisinin ödəyicisi deyil. Təqdim edilmiş cinayət işi materiallarından göründüyü kimi, vergi ödəyicisinin ƏDV ilə bağlı heç bir fəaliyyəti olmamışdır. Həmin Məcəllənin 221.6-cı maddəsinə görə 218.1.3-cü və 218.4-cü maddələrində göstərilən şəxslər digər fəaliyyət növü üzrə əldə etdikləri gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparırlar. Həmin şəxslərin bu fəaliyyət növləri üzrə mənfəəti (zərəri) digər fəaliyyət növündən əldə edilmiş mənfəətə (zərərə) aid edilmir. Yuxarıdakıları nəzərə alaraq və iş materiallarında öz əksini tapmış bəyannamələrə əsasən “xxxx” firması kredit götürdüyü dövr üzrə və ondan sonrakı 2014-2018 illər üzrə ƏDV və mənfəət vergisi üzrə fəaliyyəti olmamış mənfəət verqisinin bəyannaməsində dövriyyə və xalis gəlir göstərilməmişdir. Həmçinin qeyd edilir ki, göstərilən səbəblərdən də (sadələşdirilmiş vergi ödəyicisi olduğundan və həmin vergi ödəyicilərinin qanunvericiliyin tələblərinə uyğun olaraq bəyannamə təqdim etmədiyindən, ƏDV və mənfəət vergisi üzrə fəaliyyəti olmadığından, təqdim edilmiş iş materialında öz əksini tapmış bəyannamələrində (ƏDV və mənfəət vergisi üzrə) dövriyyə və xalis gəlir göstərilmədiyindən) “xxxx” firması tərəfindən kredit alınarkən gəlirləri barəsində banka təqdim olunmuş məlumatlar Vergilər Nazirliyinə verilmiş hesabatlarla eynilik təşkil edə bilməzdi. Yəni “xxxx” firması tərəfindən kredit alınarkən gəlirləri barəsində banka təqdim olunmuş məlumatlar Vergilər Nazirliyinə verilmiş hesabatlarla eynilik təşkil etmir. Bundan baqşqa qeyd edilir ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən “xxxx” firmasının 2012-ci il üzrə gəliri 418.798,79 manat məbləğində həmin il üçün orta aylıq gəliri 34.899,89 (418 798,79 : 12 = 34.899,89) manat məbləğində, 2013-cü il üzrə gəliri 287.741,54 manat məbbləğində həmin il üçün orta aylıq gəliri 23.978,46 (287741,54 :12 = 23978,46) məbləğində müəyyən olunur. İş materiallarında olan sənədlərdən (bax cild 1, iş vərəqə 44) göründüyü kimi kredit verilərkən “xxxx” firmasının 2012-2013-cü illərə aid hesabat və fəaliyyəti nəzərə alınmışdır. Hazırki rəyin tədqiqi hissəsində göstərilənlər nəzərə alınaraq “xxxx” firması tərəfindən “xxxx” ASC-dən alınmış kredit vəsaitlərinin təyinatına görə istifadə edilməsi müəyyən olunur. Hazırkı tədqiqatla təqdim olunan iş materiallarına əsasən “xxxx” firmasının 2012- 2013-cü illər üzrə gəlirlərinin uçota alınmasında kənarlaşma müəyyən olunmadı. Həmiçinin göstərilənlərə əsasən “xxxx” firması tərəfindən vergi qanunvericiliyin tələblərinə əməl olunmaması müəyyən olunmur. Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il qətnaməsi, eləcədə ləğv prosesində olan “xxxx” ASC tərəfindən verilmiş **********078 nömrəli xx.xx.2019-cu il tarixli məktubu nəzərə alınmaqla, “xxxx” firması tərəfindən “xxxx” ASC-dən alınmış kredit vəsaiti üzrə xx.xx.2019-cu il tarixə borc 386.718,65 (üç yüz səksən altı min yeddi yüz on səkkiz manat 65 qəpik) manat qalmışdır. Cinayət işinin 6-cı cild 158-165-ci vərəqələrində olan, məhkəmə iclasında tədqiq edilmiş məhkəmə istintaqı zamanı ittiham tərəfinin vəsatəti əsasında keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 9/5120 nömrəli komisyon məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il qətnaməsi, eləcədə ləğv prosesində olan “xxxx” ASC tərəfindən verilmiş **********078 nömrəli xx.xx.2019-cu il tarixli məktubu nəzərə alınmaqla, “xxxx” firması tərəfindən “xxxx” ASC-dən alınmış kredit vəsaiti üzrə xx.xx.2019-cu il tarixə borc 386.718,65 (üç yüz səksən altı min yeddi yüz on səkkiz manat 65 qəpik) manat qalmışdır. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim olunan sənədlərdən (şəxsi hesab vərəqəsi və bəyannamələr və s.) aydın olur ki, “xxxx” firması avtonəqliyyat vasətələri ilə sərnişin daşıma fəaliyyəti üzrə sadələşdirilmiş verginin ödəyicisi olmuş və eyni zamanda firma tərəfindən ƏDV və mənfəət vergisi ilə bağlı hesabatlar təqdim edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 221.4.5-ci maddəsinə əsasən avtomobil nəqliyyat vasətələri ilə sərnişin və yük daşımalarını həyata keçirən ən vergi ödəyiciləri dövriyyədən verqi orqanlarına bəyannamə vermirlər və həmin vergi ödəyiciləri ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almaqla VM-nin 220.5 və 220.6.1-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergi ödəyicisidirlər. Həmin Məcəllənin 219.5-ci maddəsinə əsasən sadələşdirilmiş vergini ödəyən şəxs ƏDV-nin, mənfəət vergisinin ödəyicisi deyil. Təqdim edilmiş cinayət işi materiallarından göründüyü kimi, vergi ödəyicisinin ƏDV ilə bağlı heç bir fəaliyyəti olmamışdır. Həmin Məcəllənin 221.6-cı maddəsinə görə 218.1.3-cü və 218.4-cü maddələrində göstərilən şəxslər digər fəaliyyət növü üzrə əldə etdikləri gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparırlar. Həmin şəxslərin bu fəaliyyət növləri üzrə mənfəəti (zərəri) digər fəaliyyət növündən əldə edilmiş mənfəətə (zərərə) aid edilmir. Yuxarıdakıları nəzərə alaraq və iş materiallarında öz əksini tapmış bəyannamələrə əsasən “xxxx” firması kredit götürdüyü dövr üzrə və ondan sonrakı 2014-2018 illər üzrə ƏDV və mənfəət vergisi üzrə fəaliyyəti olmamış mənfəət verqisinin bəyannaməsində dövriyyə və xalis gəlir göstərilməmişdir. Həmçinin qeyd edilir ki, göstərilən səbəblərdən də (sadələşdirilmiş vergi ödəyicisi olduğundan və həmin vergi ödəyicilərinin qanunvericiliyin tələblərinə uyğun olaraq bəyannamə təqdim etmədiyindən, ƏDV və mənfəət vergisi üzrə fəaliyyəti olmadığından, təqdim edilmiş iş materialında öz əksini tapmış bəyannamələrində (ƏDV və mənfəət vergisi üzrə) dövriyyə və xalis gəlir göstərilmədiyindən) “xxxx” firması tərəfindən kredit alınarkən gəlirləri barəsində banka təqdim olunmuş məlumatlar Vergilər Nazirliyinə verilmiş hesabatlarla eynilik təşkil edə bilməzdi. Yəni “xxxx” firması tərəfindən kredit alınarkən gəlirləri barəsində banka təqdim olunmuş məlumatlar Vergilər Nazirliyinə verilmiş hesabatlarla eynilik təşkil etmir. Bundan baqşqa qeyd edilir ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən “xxxx” firmasının 2012-ci il üzrə gəliri 508.346,54 manat məbləğində həmin il üçün orta aylıq gəliri 42.362,21 (508.346,54 : 12 = 42.362,21) manat məbləğində, 2013-cü il üzrə gəliri 354.434,34 manat məbbləğində həmin il üçün orta aylıq gəliri 29.536,19 (354.434,34:12 = 29536,19) məbləğində müəyyən olunur. Belə ki, 2013-cü ilin may ayı üzrə mədaxil 84.311,81 manat, xərc 68.056,06 manat, gəlir 16.255,75 manat, iyun ayı üzrə mədaxil 117.129,75 manat, xərc 97.666,83 manat, xalis mənfəət 19.462,92 manat olduğu və iyul ayı üzrə mədaxil 88.994,79 manat, xərc 81306,49 manat, xalis mənfəətinin 7.688,30 manat təşkil edir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, yuxarıda qeyd olunanlar nəzərə alınaraq “xxxx” firması tərəfindən “xxxx” Açıq Səhmdar Cəmiyyətindən alınmış kredit vəsaitlərinin təyinatına görə istifadə edilməsi müəyyən olunur. Hazırkı tədqiqat zamanı təqdim olunmuş iş materiallarına əsasən “xxxx” firmasının 2012-2013-cü illər üzrə gəlirlərinin uçota alınmasında kənarlaşma müəyyən olunmadı. İş materiallarında olan sənədlərdən göründüyü kimi, hazırki tədqiqata təqdim edilmiş əlavə sənədlər ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-mühasibat ekspertizasının tədqiqatına təqdim edilməmiş, həmçinin ekspertlər qarşısında qoyulan sualların əksər hissəsi fərqli olmuşdur. Cinayət işinin 5-ci il cild 53, 6-cı cild 100 və 159-cu vərəqlərində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, iş üzrə ekspertiza xərcləri müvafiq olaraq 150, 100 və 145 manat, ümumilikdə 395 (üç yüz doxsan beş) manat təşkil edir. Cinayət işinin 1-ci cild 31-161-ci vərəqlərində olan bank sənədlərindən görünür ki, xx.xx.2013-cü il tarixli 64AV/F20-13 saylı “Təminatlı Kredit Müqaviləsi” “xxxx” Firmasının direktoru və qanuni təmsilçisi Təqsirləndirilən şəxs verdiyi xx.xx.2013-cü il tarixli “Kredit ərizəsi” və “Kreditin verilməsi haqqında" xx.xx.2013-cü il tarixli qərar əsasında firma ilə bank arasında imzalanmışdır. Kreditlərin verilməsi proseduruna Əlavə №3-ə (Memorandum) əsasən borcalanın təhlili Filialın müdiri Şahid5 və kredit mütəxəssisi X8 tərəfindən aparılmışdır. Müqavilənin 1.1-ci eəndinə əsasən bank tərəfindən ‘xxxx” Firmasına 48 ay müddətinə, illik 20 % olmaqla, 284 400.00 manat məbləğində kreditin verilməsi nəzərdə tutulmuşdur. Kedit qovluğunda olan, bank elektron sistemindən əldə olunmuş bank hesabından çıxarışlardan görünür ki, 284 400.00 manat məbləğində kredit xx.xx.2013-cü il tarixdə “xxxx” Firmasının “xxxx” ASC-də olan AZ64AZEJ**********0001A40050 saylı manat hesabına köçürülmüşdür. Borcalandan 1422 manat məbləğində komissiya haqqı tutulmuşdur. Kredit məbləğindən 15.800.00 manat məbləğində vəsait sığorta ödənişinə bank tərəfindən tutulmuşdur. Cəmiyyətin hesabında qalan 1422,00 manat qalıq vəsaiti, kreditin 267 178,00 manat qalığı ilə birlikdə 268 600.00 manat məbləğində vəsait bank elektron sistemindən çıxarışa əsasən satıcı “xxxx” MMC-yə köçürülmüşdür. "xxxx” Firmasının “xxxx” ASC-dən alınmış 284.400.00 manat kredit məbləği xx.xx.2015-ci il tarixli Prolanqasiya razılaşmasına əsasən sonuncu ödənişlər nəzərə alınmaqla, ümumilikdə əsas kredit məbləği üzrə 150 641.92 manat, faiz üzrə 91 968 manat və cərimə üzrə 4007.61 manat məbləğində ödəniş həyata keçirilmiş, xx.xx.2019 -cü il tarixə Firmanın həmin kredit üzrə əsas borcu 114 396.10 manat (Prolanqasiya razılaşmasına əsasən Restrukturizasiya edilmə tarixinə qədər ödənilməmiş 2 636.52 manat faiz borcu əsas borc məbləğinin üzərinə əlavə edilmişdir, faiz borcu 97 284.18 manat, cərimə borcu 10 976.83 manat təşkil edir. xx.xx.2014-cü il tarixli 65AV/F20- 14 saylı “Təminatlı Kredit Müqaviləsi” “xxxx” Firmasının direktoru və qanuni təmsilçisi Təqsirləndirilən şəxs verdiyi xx.xx.2014-cü il tarixli “Kredit ərizəsi” və “Kreditin verilməsi haqqında" xx.xx.2014-cü il tarixli qərar əsasında firma ilə bank arasında imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən bank tərəfindən “xxxx” Firmasına 48 ay müddətinə, illik 20 % olmaqla, 568.800.00 manat məbləğində k'editin verilməsi nəzərdə tutulmuşdur. Kedit qovluğunda olan, bank elektron sistemindən əldə olunmuş bank hesabından çıxarışlardan görünür ki, 568 800.00 manat məbləğində kredit xx.xx.2014-cü il tarixdə “xxxx” Firmasının “xxxx” ASC-də olan AZ64AZEJ**********0001A40050 saylı manat hesabına köçürülmüşdür. Borcalandan 2844 manat məbləğində xidmət haqqı alınmışdır. Kredit məbləğindən 31.600.00 manat məbləğində vəsait sığorta ödənişinə bank tərəfindən tutulmuşdur. Cəmiyyətin hesabına nəğd qaydada mədaxil edilmiş 28442,00 manat pul vəsaiti, kreditin 534.356,00 manat qalığı ilə birlikdə 537.200.00 manat məbləğində qalıq məbləğ isə bank elektron sistemindən çıxarışa əsasən satıcı “xxxx” MMC-yə köçürülmüşdür. “xxxx” Firmasının “xxxx” ASC-dən alınmış 568.800.00 manat kredit məbləği xx.xx.2015-ci il tarixli Prolanqasiya razılaşması nəzərə alınmaqla ümumilikdə əsas kredit məbləği üzrə 19 000 manat, faiz üzrə 44.650.97 manat və cərimə üzrə 23.377.12 manat məbləğində ödəniş həyata keçirilmiş, xx.xx.2019 -cü il tarixə Firmanın həmin kredit üzrə əsas borcu 658.806,81 manat (Prolanqasiya razılaşmasına əsasən Restrukturizasiya edilmə tarixinə qədər ödənilməmiş 131 993,03 manat faiz borcu əsas borc məbləğinin üzərinə əlavə edilmişdir), faiz borcu 373.999,00 manat, cərimə borcu 49.689,66 manat təşkil edir. Cinayət işinin 6-cı cild 63-cü vərəqəsində olan ləğv prosesində olan “xxxx” ASC-nin xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsinə əsasən “xxxx” firmasından 472.618,65 manat məbləğində, Təqsirləndirilən şəxs isə 495.718,65 manat məbləğində pul vəsaitinin ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra banka xx.xx.2014-cü il tarixli, 65AV/F20-14 saylı “Təminatlı Kredit Müqavilə”si üzrə “xxxx” firması tərəfindən 109.000 manat ödəniş həyata keçirilmişdir. xx.xx.2019-cu il tarixə sözügedən qətnamə üzrə “xxxx” firmasının ləğv prosesində olan xxxxASC-yə 386.718,65 manat və 30 manat borc öhdəliyi mövcuddur. Cinayət işinin 6-cı cild 64-73-cü vərəqəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsindən görünür ki, “xxxx” firmasından 472.618,65 manat məbləğində, Təqsirləndirilən şəxs isə 495.718,65 manat məbləğində pul vəsaitinin ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir. Cinayət işinin 5-ci cild 178-179-cu vərəqlərində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, “xxxx” firmasına məxsus 12 ədəd “DAEWOO” markalı, o cümlədən, Şassi-KL5UK42HECU005939, Mühərrik- DE08TİS 223283BQ olan 2013-cü il buraxılışlı, **-TH-*** qeydiyyat nişanlı, Şassi- KL5UK42HEDU005969, Mühərrik- DE08TİS 223405BQ olan, 2013-cü il buraxılışlı **-TH- *** qeydiyyat nişanlı, Şassi- KL5UK42HEDU006022, Mühərrik:-DE08TİS 323888BQ olan 2013-cü il buraxılışlı 10TH-137 qeydiyyat nişanlı, Şassi-KL5UK42HEDU005970, Mühərrik- DE08TİS 9223577BQ olan, 2013-cü il buraxılışlı, **-TH-*** qeydiyyat nişanlı, Şassi- KL5UK42HEDU005996, Mühərrik: DE08TİS 323685BQ olan 2012-ci il buraxılışlı, **-TH-*** qeydiyyat nişanlı, Şassi- KL5UK42HEDU005971, Mühərrik: DE08TİS 223564BQ olan 2012-ci il buraxılışlı, **-TH-*** qeydiyyat nişanlı, Şassi- KL5UK42HEDU005986, Mühərrik- DE08TİS 323676BQ olan 2012-ci il buraxılışlı, **-TH-*** qeydiyyat nişanlı, Şassi- KL5UK42HEDU006018, Mühərrk- DE08TİS 323861BQ olan, 2012-ci il buraxılışlı, **-TH- *** qeydiyyat nişanlı, şassi-KL5UK42HEDU005933, Mühərri-DE08TİS 223370BQ olan, 2012-ci il buraxılışlı, **-TH-*** qeydiyyat nişanlı, şassi- KL5UK42HEDU006041, Mühərrik- DE08TİS 323681 BQ olan 2012-ci il buraxılışlı, **-TH-*** qeydiyyat nişanlı, şassi- KL5UK42HEDU006013, Mühərrik-DE08TİS 323844BQ olan, 2012-ci il buraxılışlı, **-TH- *** qeydiyyat nişanlı və şassi- KL5UK42HEDU006011, Mühərrik-DE08TİS 323822BQ, 2012-ci ilburaxılışlı, **-TH-*** qeydiyyat nişanlı avtobusların özgəninkiləşdirilməsinin qarşısını almaq məqsədilə həmin əmlaklar üzərinə həbs qoyulmuşdur. Cinayət işinin 5-ci cild 190-191-ci vərəqlərində olan Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin xx xxxxxxx 2019-cu il tarixli xidməti məktubundan görünür ki, Binəqədi rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş “xxxx” firmasına məxsus 12 ədəd “DAEWOO” markalı avtobusların bazar qiyməti 480.000 manat təşkil edir. Cinayət işinin 1-ci cild 145-147-ci vərəqələrində olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli Çıxarışdan görünür ki, “l-Qafqaz” firması xx.xx.1999-cü il tarixdə ********** №-li VÖEN-lə qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 3 yerləşir, qanuni təmsilçisi və təsisçisi Təqsirləndirilən şəxsdur. Cinayət işinin 5-ci cild 24-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya Məlumatları İdarəsi tərəfindən xx.xx.2019-ci il tarixdə verilmiş 02/5-1156 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 5-ci cild 85-ci vərəqəsində olan xx.xx.2019-cu il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, “xxxx” firması ilə “xxxx” ASC-rin 20 saylı filialı arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 64AV/F20-13 №-li “kredit müqaviləsi”, xx.xx.2014-cü il tarixli 65AV/F20-14 saylı “Kredit Müqaviləsi” və həmin razılaşmalarla ilə bağlı digər kredit sənədləri, o cümlədən “xxxx ASC-nin Biznes kreditlərinin verilməsi proseduruna əlavə №3 (memorandum), “xxxx” firmasına aid olan Azərbaycan Respublikasının Vergilər Nazirliyindən daxil olmuş bəyənnamələr və şəxsi hesab vərəqələri maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, iş üzrə ibtidadi istintaq zamanı ifadə vermiş şahidlər Şahid3 və Şahid5 ifadələri ilə razıdır, onların ifadələrinin elan edilməsinə etiraz etmir və həmin şəxslərin ifadələri elan edilməklə iş üzrə məhkəmə istintaqının yekunlaşdırılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə yuxarıda qeyd edilən sübutları tədqiq edərək müəyyən etmişdir ki, hazırki cinayət işi üzrə istintaq dövründə verilmiş Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli 23820 nömrəli məhkəməmühasibatlıq ekspertizasının ilkin rəyi ilə məhkəmə istintaqı zamanı verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 4135 nömrəli təkrar və xx xxxxxx 2021-ci il tarixli 9/5120 nömrəli komisyon məhkəməmühasibatlıq ekspertizasının rəyləri arasında uyğunsuzluq yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyindən təqdim olunmuş sənədlərdə “xxxx” Firmasının vergi ödəyicisi olduğu göstərilsə də, kreditin əldə edildiyi ilə və 2013-2018-ci illərin bəyənnamə göstəricilərində xalis gəliri barədə heç bir məlumat göstərilməmişdir. Cəmiyyətin 2013-ci ilin yekunları üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsinin 2.1.2 bəndində hesabat dövrünün xalis mənfəəti 0.00 manat və 2.1.3 bəndində əvvəlki illər üzrə bölüşdürülməmiş mənfəət 0.00 manat göstərilmişdir, yəni kreditin alınmasına nail olmaq üçün cəmiyyətin maliyyə göstəricilərinə dair məlumatı düzgün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli 23820 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının ilkin rəyinə əsasən xx.xx.2019-cu il tarixə xx.xx.2013-cü il tarixli, 64AV/F20-13 saylı kredit müqaviləsi üzrə əsas borc 114.396,10 manat, faiz borcu 97.284.18 manat, cərimə borcu 10.976,83 manat, 23.01,2014-cü il tarixli, 66AV/F20-14 saylı kredit müqaviləsi üzrə əsas borc 658.806.81 manat, faiz borcu 373.999 manat, cərimə borcu 49.689,66 manat olmaqla cəmi iki kredit üzrə əsas borc 773.202,91 manat, faiz borcu 471.283,18 manat, cərimə borcu 60.666,49 manat təşkil edir. Vergilər Nazirliyindən təqdim olunmuş bəyənnamələrə əsasən, borcalanın kredit götürdüyü dövr üzrə və ondan sonrakı 2014-2018-ci illər üzrə mənfəəti olmamışdır. Nəticədə, borcalan tərəfindən gəlirləri barəsində banka təqdim edilən məlumatlar bəyannamələrdə öz əksini tapmamışdır. Lakin, qeyd edilən mütəxəssis rəyindən və məhkəmə mühasibatlıq ekspertizasının ilkin rəyindən fərqli olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 4135 nömrəli təkrar və xx xxxxxx 2021-ci il tarixli 9/5120 nömrəli komisyon məhkəmə-mühasibatlıq ekspertizasının rəylərinə əsasən “xxxx” firması tərəfindən “xxxx” ASC-dən alınmış kredit vəsaiti üzrə xx.xx.2019-cu il tarixə ümumi borc 386.718,65 (üç yüz səksən altı min yeddi yüz on səkkiz manat 65 qəpik) manat qalmışdır. “xxxx” firması avtonəqliyyat vasətələri ilə sərnişin daşıma fəaliyyəti üzrə yalnız sadələşdirilmiş verginin ödəyicisi olmuş, “xxxx” firması kredit götürdüyü dövr üzrə və ondan sonrakı 2014-2018 illər üzrə ƏDV və mənfəət vergisi üzrə fəaliyyəti olmamış mənfəət verqisinin bəyannaməsində dövriyyə və xalis gəlir göstərilməmişdir. Göstərilən səbəblərdən də (sadələşdirilmiş vergi ödəyicisi olduğundan və həmin vergi ödəyicilərinin qanunvericiliyin tələblərinə uyğun olaraq bəyannamə təqdim etmədiyindən, ƏDV və mənfəət vergisi üzrə fəaliyyəti olmadığından, təqdim edilmiş iş materialında öz əksini tapmış bəyannamələrdə (ƏDV və mənfəət vergisi üzrə) dövriyyə və xalis gəlir göstərilmədiyindən) “xxxx” firması tərəfindən kredit alınarkən gəlirləri barəsində banka təqdim olunmuş məlumatlar Vergilər Nazirliyinə verilmiş hesabatlarla eynilik təşkil edə bilməzdi. Yəni “xxxx” firması tərəfindən kredit alınarkən gəlirləri barəsində banka təqdim olunmuş məlumatlar Vergilər Nazirliyinə verilmiş hesabatlarla eynilik təşkil etmir. 2012-ci il üzrə gəliri 508.346,54 manat məbləğində həmin il üçün orta aylıq gəliri 42.362,21 (508.346,54 : 12 = 42.362,21) manat məbləğində, 2013-cü il üzrə gəliri 354.434,34 manat məbbləğində həmin il üçün orta aylıq gəliri 29.536,19 (354.434,34:12 = 29536,19) məbləğində müəyyən olunur. “xxxx” firmasının 2012-2013-cü illər üzrə gəlirlərinin uçota alınmasında kənarlaşma müəyyən olunmamışdır. Həmçinin, 2013-cü ilin may ayı üzrə mədaxil 84.311,00 manat, xərc 68.056,06 manat, gəlir 16.255,75 manat, iyun ayı üzrə mədaxil 117 129,75 manat, xərc 97.666,83 manat, xalis mənfəət 19 462,92 manat olduğu və iyul ayı üzrə 88994,79 manat, xərc 81306,49 manat, xalis mənfəətinin 7688,30 manat təşkil. Məhkəmə qeyd edilən mütəxəssis və ekspert rəylərini tədqiq edərək hesab edir ki, hazırki üzrə məhkəmə istintaqı zamanı təyin edilmiş təkrar və komission məhkəməmühasibatlıq ekspertizasına əsasən verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 4135 nömrəli təkrar və xx xxxxxx 2021-ci il tarixli 9/5120 nömrəli komisyon məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, təkrar və komission məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri verilərkən “xxxx” firmasının ödənilməmiş kredit öhdəliyinin məbləği qanuni qüvvədə olan, yəni iş üzrə preyudisial hüquqi qüvvəyə (məcburi hüquqi qüvvəyə) malik olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi və zərərçəkmiş şəxs ləğv prosesində olan “xxxx” ASC-nin xx xxxxxx 2019-cu il tarixli məktubu əsasında müəyyən edilmişdir. Həmçinin təkrar və komission məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri istintaq dövründə verilmiş mütəxəssis rəyindən fərqli olaraq vergi qanunvericliyinin tələbləri nəzərə alınmaqla verilmişdir. Təkrar və komission məhkəmə-mühasibatlıq ekspertizasının rəylərində qeyd edilmişdir ki, təqdim olunan sənədlərdən (şəxsi hesab vərəqəsi və bəyannamələr və s.) aydın olur ki, “xxxx” firması avtonəqliyyat vasətələri ilə sərnişin daşıma fəaliyyəti üzrə sadələşdirilmiş verginin ödəyicisi olmuş və eyni zamanda firma tərəfindən ƏDV və mənfəət vergisi ilə bağlı hesabatlar təqdim edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 221.4.5-ci maddəsinə əsasən avtomobil nəqliyyat vasətələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri dövriyyədən vergi orqanlarına bəyannamə vermirlər və həmin vergi ödəyiciləri ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almaqla Vergi Məcəlləsinin 220.5 və 220.6.1-ci maddəsinə uyğun olaraq Sadələşdirilmiş vergi ödəyicisidirlər. Vergi Məcəlləsinin 219.5-ci maddəsinə əsasən sadələşdirilmiş vergini ödəyən şəxs ƏDV-nin, mənfəət vergisinin ödəyicisi deyil. “xxxx” firmasının ƏDV ilə bağlı heç bir fəaliyyəti olmamışdır. İş materiallarında öz əksini tapmış bəyannamələrə əsasən “xxxx” firması kredit götürdüyü dövr üzrə və ondan sonrakı 2014-2018 illər üzrə ƏDV və mənfəət vergisi üzrə fəaliyyəti olmadığından mənfəət vergisinin bəyannaməsində dövriyyə və xalis gəlirləri göstərilə bilməzdir. Göstərilən səbəblərdən də (firma sadələşdirilmiş vergi ödəyicisi olduğundan, həmin vergi ödəyiciləri qanunvericiliyin tələblərinə uyğun olaraq bəyannamə təqdim etmədiyindən, ƏDV və mənfəət vergisi üzrə fəaliyyəti olmadığından, təqdim bəyannamələrdə (ƏDV və mənfəət vergisi üzrə) dövriyyə və xalis gəlir göstərilmədiyindən) “xxxx” firması tərəfindən kredit alınarkən gəlirləri barəsində banka təqdim olunmuş məlumatlar Vergilər Nazirliyinə verilmiş hesabatlarla eynilik təşkil edə bilməzdi. Yəni, “xxxx” firması tərəfindən kredit alınarkən gəlirləri barəsində banka təqdim olunmuş məlumatlar Vergilər Nazirliyinə verilmiş hesabatlarla eynilik təşkil etmir. Firmanın 2012- 2013-cü illər üzrə gəlirlərinin uçota alınmasında kənarlaşması müəyyən edilməmişdir. Rəylər arasında olan ziddiyətin səbəbi isə istintaq orqanı tərəfindən ilkin ekspertiza keçirərkən “xxxx” firmasının hesabat sənədlərinin (şəxsi hesab vərəqəsi və bəyannamələr və s.) natamam şəkildə ekspertlərə təqdim edilməsidir. Bu səbəbdən də, məhkəmə istintaqı zamanı ekspertlərə təqdim olunan “xxxx” firmasına aid hesabat sənədləri ekspertlər qarşısında qoyulan sualların əksər hissəsinin fərqli olması ilə izah edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 4135 nömrəli təkrar və xx xxxxxx 2021-ci il tarixli 9/5120 nömrəli komisyon məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri verilərkən iş üzrə preyudisial hüquqi qüvvəyə (məcburi hüquqi qüvvəyə) malik olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi və zərərçəkmiş şəxs ləğv prosesində olan “xxxx” ASC-nin xx xxxxxx 2019-cu il tarixli məktubu nəzərə alındığı, həmçinin vergi qanunvericiliyinin tələbləri nəzərə alınmaqla obyektiv əsaslandırma aparıldığı üçün həmin qeyd edilən rəylər mötəbər sübut kimi qəbul edilməlidir. İbtidai istintaq zamanı verilmiş Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin xx xxxxxxxx 2019-cu il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli 23820 nömrəli ilkin məhkəməmühasibatlıq ekspertizasının rəyi isə yuxarıdakı abzasda göstərilən sənədlər nəzərə alınmadan, qanunveriliciyin tələblərinə deyil subyektiv mülahizələrə əsaslandığı üçün əsaslı hesab edilə və mötəbər sübut kimi qəbul edilə bilməz . Məhkəmə təkrar və komisyon məhkəmə-mühasibatlıq ekspertizalarının rəyləri ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, “xxxx” firması yalnız sadələşdirilmiş vergi ödəyicisi olduğundan, qanunvericiliyin tələblərinə uyğun olaraq həmin vergi ödəyicilərinin ƏDV və mənfəət vergisi üzrə fəaliyyətlərii olmadığından, Vergilər Nazirliyinə təqdim olunan bəyannamələrdə (ƏDV və mənfəət vergisi üzrə) dövriyyə və xalis gəlir göstərilmədiyindən firma tərəfindən kredit alınarkən gəlirləri barəsində banka təqdim olunmuş məlumatlar Vergilər Nazirliyinə verilmiş hesabatlarla eynilik təşkil edə bilməzdi. Bu eynilik təşkil etməmə isə firma rəhbəri tərəfindən maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar vermə kimi qiymətləndirilə bilməz. Çünki, firma rəhbərinin Vergilər Nazirliyə və Banka təqdim etməli olduğu məlumatlar eynilik təşkil etmir, təqdim edilməli məlumatlar fərqli xarakterlidir. Belə ki, həmin məlumatlar firma tərəfindən həyata keçirdiyi hər bir fəaliyyət növünü üzrə ayrılıqda aparılır və həmin uçot bu fəaliyyət növləri üzrə mənfəəti (zərəri) digər fəaliyyət növündən əldə edilmiş mənfəətə (zərərə) aid edilmir. Belə ki, “xxxx” firması tərəfindən Bakı şəhərində avtobuslarla sərnişin daşıma fəaliyyətini həyata keçirmək təyinatı üzrə kredit verilməsinə dair “xxxx” ASC-nin 20 saylı filialına müraciət edərkən təqdim etdiyi 2013-cü il üzrə firmanın fəaliyyətinə dair hesabatlar, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 9/5120 nömrəli komisyon məhkəmə-mühasibatlıq ekspertizasının rəylinə əsasən də, 2013-cü il üzrə gəliri 354.434,34 manat məbbləğində həmin il üçün orta aylıq gəliri 29.536,19 (354.434,34:12 = 29536,19) məbləğində müəyyən olunur. Həmçinin 2013-cü ilin may ayı üzrə mədaxil 84.311,00 manat, xərc 68.056,06 manat, gəlir 16.255,75 manat, iyun ayı üzrə mədaxil 117 129,75 manat, xərc 97.666,83 manat, xalis mənfəət 19 462,92 manat olduğu və iyul ayı üzrə 88994,79 manat, xərc 81306,49 manat, xalis mənfəətinin 7688,30 manat təşkil edir. Göründüyü kimi, “xxxx” firması tərəfindən banka təqdim edimiş məlumatlar ittihamda qeyd edildiyi kimi real dövriyyədən şişirdirilmiş şəkildə deyil əksinə real dövriyyədən daha az göstərilmişdir. Qeyd edilən halları ittiham tərəfinin vəsatəti əsasında məhkəmə iclasında dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri Elgün Sərərov və Elburus Həsənov da təsdiq etmişlər. Belə ki, ekspert Elgün Səfərov ibtidai istintaq zamanı ona natamam materiallar təqdim edilməsini və yalnız həmin materiallar əsasında rəy verməsini bildirmiş, digər ekspert Elburus Həsənov isə məhkəmə istintaqı zamanı təyin edilmiş ekspertiza zamanı ona əlavə çoxsaylı mötəbər sənədlər (qanuni qüvvədə olan məhkəmə qətnaməsi, zərərçəmiş şəxs olan Bankın məktubu, şəxsi hesab vərəqəsi və bəyannamələr və s.) təqdim edilməsini və həmin sənədlər əsasında rəy verməsini bildirmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin məhkəmə baxışı zamanı verdikləri ifadələri, təkrar və komission məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri, qanuni qüvvədə olan məhkəmə qətnaməsi və cinayət işində olan digər materiallar ilə Təqsirləndirilən şəxs əməlində cinayət hadisəsinin olmadığı sübuta yetirildi. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla,mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Həmin Məcəllənin 219.5-ci maddəsinə əsasən sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisininfiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil. Həmin Məcəllənin 221.4.5-ci maddəsinə əsasən avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə vermirlər. Həmin Məcəllənin 221.6-cı maddəsinə əsasən bu Məcəllənin218.4-cü maddəsindəgöstərilən şəxslər digər fəaliyyət növü üzrə əldə etdikləri gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparırlar. Həmin şəxslərin bu fəaliyyət növləri üzrə mənfəəti (zərəri) digər fəaliyyət növündən əldə edilmiş mənfəətə (zərərə) aid edilmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 141.1.3-cü maddəsinə əsasən, məhkəmə üçün preyudisial qaydada məcburi qüvvəyə malik qərarla müəyyən edilmiş hallar cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən sübutsuz müəyyən edilir. Həmin Məcəllənin 142.2-ci maddəsinə əsasən, mülki işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının CPM-nin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır və 349.4-cü maddənin tələbinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 42.1.1-ci maddəsinə əsasən, cinayət hadisəsi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmüçıxarılır. Həmin Məcəllənin 42.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxx 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Beləliklə məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulan cinayət hadisələri törədilməmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, bəraət almış şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs bəraət verildiyi üçün iş üzrə ekspertizanın keçirilməsinə xərclənmiş 395 (üç yüz doxsan beş) manat məbləğində pul vəsaiti dövlətə aid edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. İş üzrə maddi sübut kimi tanınmış “xxxx” firması ilə “xxxx” ASC-nin 20 saylı filialı arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 64AV/F20-13 №-li “kredit müqaviləsi”, xx.xx.2014-cü il tarixli 65AV/F20-14 saylı “Kredit Müqaviləsi” və həmin razılaşmalarla ilə bağlı digər kredit sənədləri, o cümlədən xxxx ASC-nin Biznes kreditlərinin verilməsi proseduruna əlavə №3 (memorandum), “xxxx” firmasına aid olan Azərbaycan Respublikasının Vergilər Nazirliyindən daxil olmuş bəyənnamələr və şəxsi hesab vərəqələri cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir k, ümumilikdə 480.000 manat dəyərində qiymətləndirilmiş 12 ədəd “DAEWOO” markalı, o cümlədən, Şassi- KL5UK42HEDU005939, Mühərrik-DE08TİS 223283BQ olan 2013-cü il buraxılışlı, **-TH- *** qeydiyyat nişanlı, Şassi- KL5E1K42HEDU005969, Mühərrik-DE08TİS 223405BQ olan, 2013-cü il buraxılışlı **-TH-*** qeydiyyat nişanlı, Şassi- KL5UK42HEDU006022, Mühərrik- DE08TİS 323888BQ olan 2013-cü il buraxılışlı 10TH-137 qeydiyyat nişanlı, Şassi- KL5UK42HEDU005970, Mühərrik-DE08TİS 9223577BQ olan, 2013-cü il buraxılışlı, **-TH- *** qeydiyyat nişanlı, Şassi- KL5UK42HEDU005996, Mühərrik-DE08TİS 323685BQ olan 2012-ci il buraxılışlı, **-TH-*** qeydiyyat nişanlı, Şassi-KL5UK42HEDU005971, Mühərrik- DE08TİS 223564BQ olan 2012-ci il buraxılışlı, **-TH-*** qeydiyyat nişanlı, Şassi- KL5UK42HEDU005986, Mühərrik-DE08TİS 323676BQ olan 2012-ci il buraxılışlı, **-TH-*** qeydiyyat nişanlı, Şassi- KL5UK42HEDU006018, Mühərrik-DE08TİS 323861BQ olan, 2012-ci il buraxılışlı, **-TH-*** qeydiyyat nişanlı, şassi-KL5UK42HEDU005933, Mühərrik- DE08TİS 223370BQ olan, 2012-ci il buraxılışlı, **-TH-*** qeydiyyat nişanlı, şassi- KL5UK42FİEDU006041, Mühərrik-DE08TİS 32368İBQ olan 2012-ci il buraxılışlı, **-TH-*** qeydiyyat nişanlı, şassi-KL5UK42HEDU006013, Mühərrik-DE08TİS 323844BQ olan, 2012-ci il buraxılışlı, 10-TFİ-212 qeydiyyat nişanlı və şassi- KL5UK42HEDU006011, Mühərrik-DE08TİS 323822BQ, 2012-ci il buraxılışlı, **-TH-*** qeydiyyat nişanlı avtobusların üzərinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 5(001)-807/2019 saylı qərarı ilə qoyulmuş həbs ləğv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 42.1.1, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməli olmadığından ona həmin maddələr ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 395 (üç yüz doxsan beş) manat Dövlətə aid edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış “xxxx” firması ilə “xxxx” ASC-nin 20 saylı filialı arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 64AV/F20-13 №-li “kredit müqaviləsi”, xx.xx.2014-cü il tarixli 65AV/F20-14 saylı “Kredit Müqaviləsi” və həmin razılaşmalarla ilə bağlı digər kredit sənədləri, o cümlədən “xxxx ASC-nin Biznes kreditlərinin verilməsi proseduruna əlavə №3 (memorandum), “xxxx” firmasına aid olan Azərbaycan Respublikasının Vergilər Nazirliyindən daxil olmuş bəyənnamələr və şəxsi hesab vərəqələri cinayət işinin materiallarında saxlanılsın. Ümumilikdə 480.000 manat dəyərində qiymətləndirilmiş 12 ədəd “DAEWOO” markalı, o cümlədən, Şassi-KL5UK42HEDU005939, Mühərrik-DE08TİS 223283BQ olan 2013-cü il buraxılışlı, **-TH-*** qeydiyyat nişanlı, Şassi- KL5E1K42HEDU005969, Mühərrik-DE08TİS 223405BQ olan, 2013-cü il buraxılışlı **-TH-*** qeydiyyat nişanlı, Şassi- KL5UK42HEDU006022, Mühərrik-DE08TİS 323888BQ olan 2013-cü il buraxılışlı 10TH-137 qeydiyyat nişanlı, Şassi-KL5UK42HEDU005970, Mühərrik-DE08TİS 9223577BQ olan, 2013-cü il buraxılışlı, **-TH-*** qeydiyyat nişanlı, Şassi- KL5UK42HEDU005996, Mühərrik-DE08TİS 323685BQ olan 2012-ci il buraxılışlı, **-TH-*** qeydiyyat nişanlı, Şassi-KL5UK42HEDU005971, Mühərrik-DE08TİS 223564BQ olan 2012-ci il buraxılışlı, **-TH-*** qeydiyyat nişanlı, Şassi-KL5UK42HEDU005986, Mühərrik- DE08TİS 323676BQ olan 2012-ci il buraxılışlı, **-TH-*** qeydiyyat nişanlı, Şassi- KL5UK42HEDU006018, Mühərrik-DE08TİS 323861BQ olan, 2012-ci il buraxılışlı, **-TH- *** qeydiyyat nişanlı, şassi-KL5UK42HEDU005933, Mühərrik-DE08TİS 223370BQ olan, 2012-ci il buraxılışlı, **-TH-*** qeydiyyat nişanlı, şassi-KL5UK42FİEDU006041, Mühərrik- DE08TİS 32368İBQ olan 2012-ci il buraxılışlı, **-TH-*** qeydiyyat nişanlı, şassi- KL5UK42HEDU006013, Mühərrik-DE08TİS 323844BQ olan, 2012-ci il buraxılışlı, 10-TFİ- 212 qeydiyyat nişanlı və şassi- KL5UK42HEDU006011, Mühərrik-DE08TİS 323822BQ, 2012-ci il buraxılışlı, **-TH-*** qeydiyyat nişanlı avtobusların üzərinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 5(001)-807/2019 saylı qərarı ilə qoyulmuş həbs ləğv edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-10/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-10/2021
11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver