Məhkəmə qərarları › İş №1(006)-10/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-10/2022

19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-10/2022 19.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Ağsu rayonu, Qaraqoyunlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, Qaraqoyunlu kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.1997-ci il təvəllüdlü olmaqla özündən 8 yaş kiçik olan, əvvəllər tanıdığı xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs on altı yaşına çatmadığını bildiyi halda 12 noyabr 2020-ci il tarixdə, saat 22 radələrində gündəlik kirayə tutduğu ünvan 1 ünvanına apararaq qarşılıqlı razılıq əsasında qeyd olunan mənzilin yataq otağında Zərərçəkmiş şəxs ilə bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla seksual xarakterli digər hərəkətlər etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, “Tik-tok” sosial şəbəkəsində Zərərçəkmiş şəxs ilə tanış olmuş, onunla iki ay yarım müddətində ünsiyyətdə olmuşdur. Zərərçəkmiş şəxs soyadının Aslanova olduğunu, 19 yaşı olduğunu və Bakı şəhərinin Sabunçu rayonunda qaldığını bildirmişdir. Onun Ləmandan xoşu gəlmiş, Ləmana evdə anası ilə danışmasını, onlara elçi göndərmək istədiyini demişdir. O, Ləmandan nə işlə məşğul olduğunu soruşduqda Ləman məktəbə gedib-gəldiyini, həmçinin onlayn satışla məşğul olduğunu demişdir. 12 noyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs ona zəng etmiş və anasının onu evdən qovduğunu, hazırda küçədə olduğunu, gəlib onu götürməsini demişdir. O da Ağsu rayonu, Qaraqoyunlu kəndindən gəlmiş, Koroğlu metrostansiyasının yanından Zərərçəkmiş şəxs götürmüşdür. O, Zərərçəkmiş şəxs anasının onu nəyin üstündə evdən qovduğunu soruşmuş, Zərərçəkmiş şəxs da anasının onun içki içməyini öyrəndiyini, ona görə evdən qovduğunu demişdir. O, Ləmana gedib çay içmələrini, sonra onu aparıb evinə düşürtməsini, anası evdə tək olduğu üçün rayona qayıtmalı olduğunu bildirmişdir. Ləman etiraz edərək onu qucaqlayıb ağlamış, evə getmək istəmədiyini demişdir. Görüşəndə yanlarında əmisi oğlu Şahid1 və onun tanışı olan xanım da olmuşdur. Zərərçəkmiş şəxs götürməyə getdikləri avtomobil əmisi oğlunun şəxsi avtomobili olmuşdur. Avtomobildə əmisi oğlunun tanışı olan xanım qabaqda oturmuş, o isə arxa oturacaqda əyləşmişdir. Həmin xanım Ləmandan Elxanla münasibətinin nə olduğunu soruşmuş, Ləman da bir-birlərini istədiklərini demişdir. Daha sonra onlar əmisi oğlunun kirayə tutduğu evə getmişlər. Orada yeyib-içmiş, bir saat keçəndən sonra Ləmanla ikinci otağa keçmiş, Ləmanın öz razılığı ilə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. 13 noyabr tarixində səhər qaldıqları evdən çıxmış, Ləman aparıb yaşadığı evin yaxınlığında düşürütmüşdür. Sonra isə rayona getmişdir. 3-4 gün sonra Ləman ona zəng edib anasının ondan şikayət etdiyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onlar Elxanla “Tik-tok” sosial şəbəkəsi vasitəsilə tanış olmuş və iki aya yaxın ünsiyyətdə olmuşdur. Elxana adının Ləman olduğunu, soyadının isə Miralıyeva yox, “Tik-tok” sosial şəbəkəsində qeyd etdiyi kimi Aslanova olduğunu demişdir. Elxan ondan yaşı barədə heç nə soruşmamışdır. Həmçinin, o, Elxana oxuduğunu demiş, işləməyi ilə bağlı heç nə deməmişdir. O, Elxana evin tək qızı olduğunu, anası və nənəsi ilə birlikdə qaldığını bildirmişdir. Onun Elxanla danışmasından anasının xəbəri olmamışdır. Elxanla iki ay yarım danışandan sonra Elxan ona onu görmək istədiyini demiş, o da ona evdən çıxmağa icazə vermədiklərini demişdir. Səhəri gün o, Elxanla görüşmək üçün ailə üzvlərinə bildirmədən evdən çıxmışdır. Özü ilə telefondan başqa heç nə götürməmişdir. X7 metrostansiyasının yanında görüşmüş, Elxan onunla görüşə maşınla gəlmiş, yanlarında Elxanın əmisi oğlu və bir qız da olmuşdur. Elxan əmisi oğlu ilə danışmış, ev tutmuş və həmin evə getmişlər. Elxan onu evə aparan zaman heç bir təzyiq göstərməmiş, o, özü getmişdir. Evdə yemək yemiş, spirtli içki içmiş, sonra isə o biri otağa keçmiş, orada Elxan onun razılığı ilə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Növbəti gün Elxan onu gətirib evlərinin yaxınlığında düşürütmüşdür O, evə gələndə anası evdə olmamışdır. Hadisə barəsində həmin gün anasına danışmışdır. O, məktəbdən çıxmışdı, məktəbdə oxumurdu, əgər məktəbdən çıxmasaydı, hadisə baş verən ərəfədə o, 10-cu sinifdə oxumuş olardı. Hazırda təqsirləndirilən şəxslə barışıq əldə etdiyini, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirmiş, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisi oğludur, uşaqlıqdan bir yerdə böyümüşlər. 12 noyabr 2020-ci il tarixdə Elxan ona zəng vurub Bakıda olduğunu demiş, onlar görüşmüşlər. Elxanı Güzdək qəsəbəsində dayanacaqdan götürmüşdür. Elxan ona istədiyi bir qız olduğunu və həmin qızla görüşəcəyini demiş, qız haqqında başqa bir şey deməmişdir. Elxanı götürən zaman o tək olmuş, sonra özünün tanışı olan bir xanımı götürmüşdür. Onlar Koroğlu metrostansiyasının yanına getmiş, Elxan maşından düşüb Zərərçəkmiş şəxs yanına getmiş, o da digər xanımla maşında gözləmişdir. Elxan Zərərçəkmiş şəxs ilə parkda oturmuş, bir saatdan sonra gəlmişlər. Elxangil gəlib maşına oturanda o, Zərərçəkmiş şəxs ilə salamlaşmış, aralarında söhbət yaranmış, o, Ləmandan ailəli olub-olmadığını soruşmuş, sonuncu da boşandığını demişdir. Daha sonra Ləmandan yaşını soruşmuş və sonuncu 19 yaşı olduğunu demişdir. Ondan sonra heç bir dialoqları olmamış, başqa heç bir şey soruşmamışdır. Zərərçəkmiş şəxs ilə onun yanındakı xanım öz aralarında söhbət etmiş, o, sükan arxasında olduğu üçün diqqəti yolda olmuşdur. Sonra ev kirayələmiş və həmin evə getmişlər. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş X1 ifadəsində göstərmişdir ki, onun təqsirləndirilən şəxslə şəxsi tanışlığı olmamışdır. O, gündəlik kirayə mənzil verilməsi ilə bağlı saytda elan vermişdir. Şahid1 ona zəng edib rayondan gəldiyini, bir günlük qalmaq üçün kirayə ev lazım oluduğunu bildirmişdir. O da mənzili bir günlük ona kirayə vermişdir. Elnur gəlib ondan mənzilin açarını götürmüş, 40 manat pul vermişdir. Elnur mənzilin açarını götürməyə tək gəlmiş, yanında heç kim olmamışdır. Bir gün həmin mənzildə kirayə qalmış, səhər də çıxıb getmişlər. Onun evdə kimlərin olması barədə xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. O, qızının sosial şəbəkədə kiminləsə danışdığını bilməmişdir. Ləman oxumaq istəmədiyindən 9-cu sinfi bitirdikdən sonra Ləmanı məktəbdən çıxartmışdır. Əgər məktəbə getsəydi, hadisə baş verən vaxt 10-cu sinifdə oxuyacaqdı. Ləman həmişə məktəbdən çıxıb evə gəlirdi, məktəbə də nənəsi aparıb gətirirdi, qız uşağı idi deyə Ləmanı tək heç bir yerə buraxmamışdır. 2020-ci ilin noyabr ayı Ləman evdən çıxıb getmiş, Ləmanı heç bir yerdə tapa bilmədiklərindən Sabunçu Rayon Polis İdarəsinə müraciət etmişlər. Səhəri gün Ləman tapılmış və məlum olmuşdur ki, Ləman Təqsirləndirilən şəxslə birlikdə olmuşdur. Bundan sonra tibbi ekspertiza keçirilmişdir. Tapılandan sonra baş verənlər barəsində Ləman ona danışmış, polis bölməsində də olanlar barədə ifadə vermişdir. Görünüşcə Ləman böyük görünür, lakin üz cizgilərinə baxanda uşaq olduğu bilinir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığı üçün ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısı Təranənin qızıdır. 12.11.2020-ci il tarixdə bacısı Təranə ona zəng edərək Ləmanın evdə olmadığını və Ləmanı tapa bilmədiyini bildirmişdir. O, Ləmanın istifadəsində olan mobil nömrəsinə zəng etmiş, Ləman isə ona "mən qızlarla şəhərə düşürəm tez qayıdacam” sonra isə “məndən narahat olmayın” mesajını göndərmişdir. Bundan sonra o, Ləmana dəfərlə zəng etsə də, Ləman zənglərə cavab verməmişdir. Bundan sonra o, Sabunçu RPİ-nin 12-ci PŞ-nə gedərək ərizə yazaraq bacısı qızı Zərərçəkmiş şəxs itikin düşməsi barədə məlumat vermişdir. 13.11.2020-ci il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən ona zəng olunmuş, Zərərçəkmiş şəxs polis şöbəsində olduğunu bildirilmişdir. O da bacısı Təranə ilə birlikdə Polis Şöbəsinə getmiş, Ləmanı sağ salamat təhvil almış, lakin Ləmanın kiminlə görüşməsi barədə onun məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” 10.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.74-75); - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli, 4(006)-79/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuşdur (i.v.110-111); - “Qətimkan tədbirinin seçilməsi haqqında” 12.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir (i.v.112-113); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 1(006)-321/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmuş, onun axtarışı elan olunmuş və iş üzrə icraat dayandırılmışdır; - Məhkəməyə 07 sentyabr 2021-ci il tarixdə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 14.12.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 09.12.2021-ci il tarixdə Nəsimi RPİ-nin 22ci PŞ-nin əməkdaşları tərəfindən tutularaq 10.12.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir; - “İfadənin yerində yoxlanması haqqında” 15.01.2021-ci il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən Şahid1 Nəsimi rayonu, Nizami küçəsi 104, 3 saylı mənzili göstərərək 12 noyabr 2020 ci il tarixdə Təqsirləndirilən şəxs və X2 ilə bir gecəlik qaldıqlarını göstərmişdir (i.v.99-100); - “Üzləşdirmə haqqında” 31.03.2021-ci il tarixli protokoldan görünür ki, ifadələrində əhəmiyyətli ziddiyyətlər olduğundan X2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmış, üzləşdirmə zamanı ifadələrində göstərdiklərini bildirmişlər (i.v.130-132); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” X8 23.11.2020-ci il tarixli, 563 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol said nahiyəsində kəsilmiş səthi yara izləri müəyyən edilmişdir. Xəsarətlər kəsici kənara malik əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 9-11 gün əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs arxa keçəcəkdə aşkar edilmiş əlamətlər onunla qeyri-təbii yolla arxa keçəcək dəliyi vasitəsi ilə cinsi əlaqədə olmağına dəlalət edir (i.v.26-29); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının Zərərçəkmiş şəxs barəsində 03.02.2021-ci il tarixli, 246 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Zərərçəkmiş şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəstəlik qeyd olunmur. Zərərçəkmiş şəxs ona qarşı törədilən əməl dövründə də hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Zərərçəkmiş şəxs öz psixi vəziyyətinə görə köməksiz vəziyyətdə olmamışdır. Zərərçəkmiş şəxs fərdi-psixi və yaş xüsusiyyətləri, əqli inkişafı və emosional vəziyətinə görə hadisə zamanı müqavimət göstərə bilərdi. Zərərçəkmiş şəxs inadkarlıq, sərbəstliyə və müstəqilliyə can atmaq, eqosentrizm, laqeydlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs qərarın təsviri hissəsində göstərilən hərəkətlərin mahiyyətini, xarakterini və mənasını dərk etmək qabiliyyətinə malikdir (i.v.122-125); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 28.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.44). - Qanuni nümayəndə tərəfindən verilmiş və notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Qanuni nümayəndə Təqsirləndirilən şəxs ilə barışdığı üçün ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə cinayət məsuliyyətini müəyyən edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, yəni onun Zərərçəkmiş şəxs 16 yaşına çatmadığını bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi işin həqiqi halları ilə uyğunluq təşkil etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, zərər çəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxsə 15 yaşında olduğunu bildirdiyini etiraf etmiş, lakin məhkəmə istintaqı zamanı verdiyi ifadədə təqsirləndirilən şəxsə yaşı barədə məlumat vermədiyini bildirmişdir. Məhkəmə zərər çəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəni daha səmimi və inandırıcı hesab edir. Belə ki, hazırda zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışıq əldə etmişdir. Həmçinin, zərər çəkmiş şəxsin azyaşlı olmaqla məhkəmə iclasında həyəcan keçirməsini də nəzərə alımalıdır. Göstərilənlərə əsasən, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsinə dair ifadəsi iş materialları, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin ekspert rəyi və digər sübutlarla təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun ilk dəfə cinayət törətməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10.02.2021-ci il tarixdən 12.02.2021-ci il tarixədək, yəni 02 gün tutulma müddəti təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 09 dekabr 2021-ci il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 36 saata görə 216 (iki yüz on altı) manat pul ödənilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10.02.2021-ci il tarixdən 12.02.2021-ci il tarixədək, yəni 02 (iki) gün tutulma müddəti təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 09 dekabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 36 saata görə 216 (iki yüz on altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar