Məhkəmə qərarları › İş №1(006)-10/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-10/2023

06.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-10/2023 06.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs X3, Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə barəsində tətbiq edilmiş amnistiya aktına əsasən azadlığa çıxdıqdan sonra Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılarkən tanış olduğu X8 ilə telefon danışığı zamanı özünün guya Azərbaycan Respublikası Ədliyyə Nazirliyində işləyən yüksək vəzifəli şəxslərlə geniş əlaqəsi olduğunu bildirməklə aralarında yaranmış yaxın münasibətlərə görə sonuncunun ona olan inam və etimadından istifadə edib Şahin Yolçuyevi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin açıq tipli cəzaçəkmə müəssisəsinə köçürülməsinə köməklik edəcəyinə dair yalan vəd verərək aldatmış və vahid niyyətlə əhatə olunan qəsdlə Şahin Yolçuyevin qardaşı Şahid2 xx.xx.2021-ci il tarixdə saat 16:22-də Oba Marketlər şəbəkəsinin ünvan 2 ünvanında yerləşən mağazasındakı “Milli Ön” ödəniş terminal vasitəsi ilə "xxxx" ASC tərəfindən onun anası Sənəm Məhərrəmovaya verilmiş 4169 7413 2693 0995 nömrəli bank kartına köçürdüyü Şahin Yolçuyevə məxsus 1500 manat pulu həmin tarixdə Şirvan şəhərində yerləşən ATM-dən nağdlaşdırmaqla, xx.xx.2021-ci il tarixdə saat 13 radələrində isə ünvan 3 ünvanda yerləşən binanın həyətində Şahin Yolçuyevə məxsus 3800 manat pulu Şahid2 götürüb ələ keçirərək həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərcləyib verdiyi vədinə əməl etməməklə zərərçəkmiş şəxs Şahin Yolçuyevə ümumilikdə 5300 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2016-cı il tarixdə Azərbaycan Respublikası CM-nin 243.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Bakı İstintaq Təcridxanasına göndərilmişdir. O, Bakı İstintaq Təcridxanasında olan zaman zərər çəkmiş şəxs X8 ilə tanış olmuş və elə həmin vaxtdan eyni otaqda qalırmışlar. Onun Şahin ilə münasibəti çox yaxşı olmuş və aralarında heç bir ədavət olmamışdır. 2017-ci il tarixdə ona Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən 5 il azadlıqdan məhrum etmə cəzası verilmiş və o, cəzanı çəkmək üçün Penitensiar xidmətin 6 saylı cəzaçəkmə müəssəsinə göndərilmişdir. O, cəzaçəkmə müəssəsini dəyişən zaman Şahin ona qardaşı Səbuhinin, o, isə yeznəsi Şahid1 əlaqə telefonlarını vermişdir. Onlar bir-birilərinə əlaqə nömrələrinin verməklərinin səbəbi kimin tez azadlığa çıxacağı təqdirdə əlaqə saxlamaqları olmuşdur. 2020-ci ilin iyun ayında cəzasının bitməsinə 1 il 6 ay qalmış məntəqə tipli cəzaçəkmə müəssəsinə köçürülmüş və həmin müddət çöldə qalmış və 2021-ci ilin noyabr ayında amnistiya qərarına əsasən cəzası bitmişdir. 2021-ci ilin avqust ayında yeznəsi Namiq ona zəng edərək Şahinin qardaşı Səbuhinin onu axtardığını demiş və o, ona əlaqə saxlaması üçün ***-***-**-** saylı mobil nömrəsini vermişdir. Bir qədər keçmiş Səbuhi ona telefon zəngi edərək Şahinin onunla əlaqə saxlamasını bildirmişdir. Bundan sonra Şahin ona zəng edərək cəzasının bitməsinə 2 il 3 ay qaldığını və məntəqə tipli cəzaçəkmə müəssəsinə köçürülmək istədiyini bildirmiş və ondan nəcə çıxdığını soruşmuşdur. O, isə Şahinə amnistiyaya düşərək azadlığa çıxdığını demiş, Şahinə köməklik edəcəyini bildirmişdir. Bundan sonra, o, Şahinin azadlığa çıxması ilə bağlı tez-tez Səbuhi ilə telefon ilə danışmışdır. xx.xx.2021-ci il tarixdə o, Səbuhiyə Şahinin azadlığa buraxılması üçün ilkin olaraq 1500 manat pul lazım olduğunu bildirmişdir. Çünki həmin ərəfədə pula ehtiyacı olmuş, istəmişdir ki, Şahinin qardaşı Səbuhidən pulu alıb şəxsi ehtiyaclarına xərcləsin. xx.xx.2021-ci il tarixdə Səbuhi anası Sənəm Məhərrəmovaya məxsus bank kartına 1500 manat pul vurmuş və o, həmin pulu Şirvan şəhərində yerləşən Kapital banka məxsus ATM-dən çıxarmış və şəxsi ehtiyaclarına xərcləmişdir. Təxminən xx.xx.2021-ci il tarixdə Səbuhi ilə Bakı Funikulyorunun yaxınlığında tikinti işinin olduğundan elə orada görüşmüşlər. O, Səbuhi ilə orada görüşmüş və onunla hal-əhval tutub Şahinin işi ilə maraqlanmışdır. O, isə Şahinin tez bir zamanda məntəqə tipli müəssisəyə keçiriləcəyini demişdir. Bundan sonra Səbuhinin yanında azyaşlı oğlan olmuşdur. Həmin oğlan acıdığını bildirmiş və Səbuhi yemək üçün 28 may metrostansiyasının yaxınlığında olan çayxanaya getmişlər və orada dönər yeyib çay içmişlər. Daha sonra o, guya Ələmdar adlı tanışına 3800 manat pulu çatdırmalı olduğunu Səbuhiyə bildirmiş və onlar birlikdə saat təxminən 13 radələrində ünvan 3 ünvanda yerləşən binanın qarşısına gəlmişlər. Binanın qarşısında Səbuhi ona 3800 manat pul vermişdir. O, pulu guya Ələmdar adlı tanışına aparıb verəcəyini deyərək binaya qalxmışdır. Lakin Ələmdar adlı heç bir tanışı olmadığından binaya yuxarı mərtəbəyə qalxaraq bir qədər gözləmişdir ki, vaxt keçsin və bir qədər vaxt keçdikdən sonra həyətə düşərək Səbuhiyə yalandan pulu Ələmdar adlı tanışına verdiyini demiş, Şahinin adının siyahıda olmasına dair narahat olmamasını, yüksək səviyyədə tapşırdığını demişdir. Lakin o, Şahinə heç bir köməklik etməmiş və aldığı ümumilikdə 5300 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Daha sonra zərər çəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, əlavə olaraq dəymiş ziyanın 25 %-ini dövlət nəfinə ödədiyini, əməlindən peşman olduğunu bildirmiş, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs kimi dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, 2015-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan "Gala" mühafizə işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilməklə Azarbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Bakı İstintaq Təcridxanasına göndərilmişdir. O, Bakı İstintaq Təcridxanasında olan zaman orada Təqsirləndirilən şəxs tanış olmuş və elə həmin vaxtdan eyni otaqda qalmışlar. Onun İsa ilə münasibəti çox yaxşı olmuş və aralarında heç bir ədavəti olmamışdır. İsa söhbət əsnasında ona Ələmdar adlı qohumunun Ədliyyə Naziriliyini Penitensiar Xidmətdə yüksək vəzifədə işlədiyini və lazım olarsa cəza aldıqdan sonra onu vaxtından əvvəl azad etdirəcəyini demişdir. O, İsa ilə eyni kamerada olan vaxtdı orada ona qarşı təcridxananın nəzarətçilərin münasibəti daha yaxşı olmuş və o, inanmışdır ki, ona qarşı olan münasibətlər Ələmdara görədir. İsa həmçinin ona külli miqdarda narkotik maddələrin satışı ilə tutulmasına baxmayaraq az iş alacağını demişdir. Təxminən bir nəçə müddət keçdikdən sonra X10 Cinayətlər Məhkəməsi tərəfindən 5 il azadlıqdan məhrum etmə cəzası verilmişdir. O, cazasını çəkmək üçün Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilmişdir. O, cəzaçəkmə müəssisəsinə getməmişdən əvvəl ona yeznəsi Namiqin mobil nömrəsini vermiş və hər hansı bir problemi yaranacağı halda onunla əlaqə saxlamağını demişdir. 2018-ci ildə ona Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 8 il 6 ay azadlıqdan məhrum etmə cəzası verilmişdir. Bundan sonra o, cəza çəkmək üçün Penitensiar xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilmişdir. 2021ci ilin avqust ayında çəkdiyi cəzanın bitməsinə 2 il qaldığından məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməyi üçün İsanın yeznəsi Namiqə zəng edib onun azadlıqda olubolmamasını soruşmuşdur. Namiq ona İsanın azadlıqda olduğunu deyib əlaqə saxlanılması üçün ***-***-**-** mobil nömrəsini vermişdir. İsaya zəng edib hal-əhval tutaraq məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülmək istədiyini demiş, İsa isə ona Ələmdar adlı qohumunun vasitəsi ilə köməklik edəcəyini demişdir. O, təxminən 1 gün sonra yenidən İsaya zəng etmiş, İsa ondan məsələnin həlli üçün 5300 manat pul istəmişdir. O, qardaşı Səbuhinin onunla əlaqə saxlayacağını və pulu verəcəyini deyib qardaşı Səbuhiyə zəng etmişdir. Səbuhiyǝ məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməyi üçün 5300 manat pul hazırlayaraq görüşüb İsaya verməsini bildirmişdir. 5300 manat pulun onun öz şəxsi pulu olduğunu bildirmişdir. Bundan sonra Səbuhi ona zəng edərək 5300 manatı İsaya verdiyini və məsələnin tez bir zamanda həll olunacağını demişdir. 2021-ci ilin oktyabr ayında cəzaçəkmə müəssisəsində keçirilən komissiya vaxtı adının siyahıda olmadığını görüb dərhal İsaya zəng etmiş. İsa ona heç bir problemin olmadığını onu yüksək səviyyədə tapşırdığını, birbaşa onu məhkəmədən buraxacaqlarını demişdir. Təxminən oktyabr ayının sonunda məhkəmə olmuş və onun yeri dəyişdirilməmişdir. Bundan sonra, o, İsaya zəng etmiş, lakin İsanın telefonu bağlı olmuşdur. O, Namiqə zəng etmiş, İsanın 5300 manat pul alaraq işini həll etmədiyini və aldadıldığını demişdir. Daha sonra məhkəməyə ərizə ilə müraciət edərək, ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2015-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqı aparılan "Gala" mühafizə işi üzrə qardaşı Şahin Yolçuyev təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Bakı İstintaq Təcridxanasına göndərilmişdir. 2018-ci ildə Şahinə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 8 il 6 ay azadlıqdan məhrum etmə cəzası verilmiş və Şahin cəzasını çəkmək üçün Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilmişdir. 2021-ci ilin avqust ayında Şahin ona zəng edərək cəzasının bitməsinə 2 il qalması ilə əlaqədar məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi üçün Bakı İstintaq Təcridxanasında tanış olduğu Təqsirləndirilən şəxs ilə danışmağı və bu iş üçün ona 5300 manat pul verməyini demişdir. O, İsanın ***-***-**-** nömrəli mobil telefonuna zəng etmiş, İsa ona qardaşı Şahinin məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi üçün məsələnin həllinə görə 5300 manat lazım olduğunu, ilkin olaraq 1500 manat pulu anası X2 məxsus bank kartına göndərməyi bildirmişdir. O, da İsaya inanaraq xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs anasının adına olan bank kart hesabına 1500 manat göndərmişdir. Daha sonra İsa ona zəng edərək pulun qalan hissəsini, yəni 3800 manat pulu istəmişdir. O, da xx.xx.2021-ci il tarixdə pulu götürüb Bakı Funikulyorunun yanında onunla görüşmüşdür. İsa qohumu Ələmdarın Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində yüksək vəzifədə işlədiyini və həmin pulu ona verməsi üçün Penitensiar Xidmətin inzibatini binasının yaxınlığına onunla birlikdə getməyini demişdir. O, İsa ilə Bakı şəhərində yerləşən 28 may tərəfdə Səməd Vurğun bağının yaxınlığına gedib orada adını xatırlamadığı kafedə oturmuşlar və yemək yemişlər. Həmin vaxt yetkinlik yaşına çatmayan oğlu Samir də yanında olmuşdur. Oğlu baş verən söhbətlərdə iştirak etmişdir. İsa isə orada ona Ələmdardan zəng gözlədiyini demişdir. Bir qədər keçdikdən sonra İsaya zəng gəlmişdir. İsa ona Ələmdarın işdən çıxıb nahar etməsi üçün evə getdiyini demişdir. O, İsa ilə birlikdə xx.xx.2021-ci il tarixdə saat 13 radələrində İsanın deməsinə görə Ələmdarın yaşadığı ünvan 3 ünvanda yerləşən binanın qarşısına getmişlər. İsa orada 3800 manat pulu ondan alaraq həmin binaya qalxmış və Ələmdara pulu verib gələcəyini demişdir. Təxmin 10 dəqiqədən sonra İsa binadan, yəni evdən həyətə düşərək pulu Ələmdara verdiyini və tez bir zamanda Şahinin məsələsinin həll olunacağını demişdir. 2021-ci ilin oktyabr ayında cəzaçəkmə müəssisəsində keçirilən komissiya vaxtı Şahin ona zəng edərək adının siyahıda olmadığını demişdir. Bundan sonra, o, dərhal İsaya zəng etmiş, İsa ona Şahinin yüksək səviyyədə tapşırıldığını və onun məsələsinin məhkəmədə həll olunacağını demişdir. Lakin Şahinin məsələsi həll olunmamış və o, İsaya telefon zəngi etmişdir. Zəng olunmasına baxmayaq İsa telefona cavab verməmiş və sonra telefonu söndürmüşdür. Bundan sonra, o, bilmişdir ki, İsa onlardan 5300 manat pulu alaraq işi həll etməmiş və aldadaraq dələduzluq etmişdir. İsaya verdiyi 5300 manat pulun qardaşı Şahinin pulu olduğunu, həmin pulu onun saxladığını bildirmişdir. O, İsa ilə görüşən zaman özünə tam arxayın olaraq danışmış, ona narahat olmamağı, qardaşının cəzaçəkmə müəssisəsinə köçürəcəyini tam arxayınlıqla bildirmişdir. Bu səbəbdən İsanın verdiyi yalan vədlərə o və qardaşı Şahin aldanmışlar. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş yetkinlik yaşına çatmayan Şahid3 oğlu ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə atası Səbuhi Yoçuyev ilə birlikdə əmisi Şahin Yolçuyevin həbsdən azadlığa çıxması üçün əmisinin tanışı İsa adlı şəxslə Bakı şəhərində yerləşən 28 may tərəfdə Səməd Vurğun bağının yaxınlığında görüşmüşlər, daha sonra onlar gedib orada adını xatırlamadığı kafedə oturmuşlar və yemək yemişlər. Həmin vaxt adını İsa kimi bildiyi şəxs əmisi Şahin Yolçuyevi məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürəcəyini, onun Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə işləyən Ələmdar adlı tanışının olduğunu bildirmişdir. X9r görüşməmişdən öncə 1500 manat pulu bu məsələyə görə kart hesab nömrəsinə göndərdiyindən məlumatı olduğunu bildirmişdir. Belə ki, daha sonra onlar İsanın dediyinə görə Ələmdara 3800 manat pul verməsi üçün Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən tanımadığı binaların qarşısına gəlmişlər. Orada olan zaman X12 3800 manat pul vermişdir. İsa orada 3800 manat pulu atasından alaraq həmin binaya qalxmış və Ələmdara pulu verib gələcəyini demişdir. Təxminən 10 dəqiqədən sonra İsa binadan, yəni evdən həyətə düşərək pulu Ələmdara verdiyini və tez bir zamanda əmisi Şahinin məsələsinin həll olunacağını demişdir. Lakin əmisi Şahin məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməmişdir. Daha sonra isə onlara məlum olmuşdur ki, İsa əmisi Şahini və atası Səbuhini aldadaraq əmisi Şahinin 5300 manat pulunu ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynıdır. Təqsirləndirilən şəxs 2016-cı il tarixdə Azərbaycan Respublikası CM-nin 243.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Bakı İstintaq Təcridxanasına göndərilmiş, 2017-ci il tarixdə X10 Cinayətlər Məhkəməsi tərəfindən 5 il azadlıqdan məhrum etmə cəzası verilmiş və İsa cəzasını çəkmək üçün Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilmiş, 2021-ci ilin noyabr ayında isə azadlığa buraxılmışdır. Qaynı İsa azadlığı çıxandan sonra ona onunla birlikdə cəza çəkən Şahin Yolçuyevə onun mobil nömrəsini verdiyini, ondan zəng gələrsə bu barədə ona bildirməsini xahiş etmişdir. 2021-ci ilin avqust ayında onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng gəlmiş və ona zəng edən şəxsin Şahin olduğunu bilmişdir. Həmin şəxs İsanın azadlıqda olub-olmamasını soruşmuş, o, da həmin şəxsə İsanın azadlıqda olduğunu və İsanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini vermişdir. Daha sonra isə o, qaynı İsaya zəng edərək bu barədə bildirmişdir. Daha sonra ona məlum olmuşdur ki, qaynı Təqsirləndirilən şəxs Şahin Yolçuyevin cəzaçəkmə müəssəsindən məntəqə tipli cəzaçəkmə müəssəsinə köçürülməsi adı ilə Şahinin qardaşı Səbuhidən 5300 manat pul almış və həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa olanlardan məlumatı olmamışdır. Qaynı İsanın bu məsələ üçün 5300 manat pul aldığından məlumatı olmuşdur. İş materiallarında olan: - “Qətimkan tədbirinin seçilməsi” haqqında 05 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.78); - “İfadənin yerində yoxlanması barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsi yerində yoxlanılarkan o, ifadəsində göstərdiyi xüsusatları əyani olaraq hadisə yerində göstərib bir daha təsdiq etmişdir (i.v.87- 88); - xx.xx.2021-ci il tarixli qəbzin surtindən görünür ki, X1 adına "xxxx" ASC-də olan 4****0995 saylı kart hesabına 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti göndərilmişdir (i.v.13); - Qəbzdən görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə 5300 manat puldan 1650 manat maddi ziyanı zərər çəkmiş şəxs X7 təhvil vermişdir (i.v.77); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Salyan Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələr ilə təqsirli bilinərək, CM-nin 69.4-cü maddəsinə əsasən üzərində qəti olaraq 2000 manat miqdarında cərimə cəzası saxlanılmış, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş (i.v.91- 92); - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə, ona təyin edilmiş 05 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir; - xx.xx.2021-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərardan görünür ki, “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin “05” noyabr 2021-ci il tarixli 2.2-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir(i.v.101); - Zərər çəkmiş şəxs X8 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir tələb və şikayəti yoxdur. - Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 25721 saylı, İD 158875565, terminal K0100245 saylı mədaxil qəbzinə əsasən Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyi vasitəsilə dövlət büdcəsinə dəyən ziyanın 25% məbləğində 1325 manat və 1,33 manat xidmət haqqı olmaqla, cəmi 1327 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması məsələsində qeyd edir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə də hazırkı iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, əməlindən peşmandır, hazırda zərər çəkmiş şəxslə barışmışdır, zərər çəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilmişdir, təqsirləndirilən şəxs cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığını və dəymiş ziyanı tamamilə ödədiyini, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 (iyirmi dörd) saata görə 144 (bir yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Universal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 (iyirmi dörd) saata görə 144 (bir yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar