Məhkəmə qərarları › İş №1(006)-10/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-10/2025

13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-10/2025 13.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 09 oktyabr 2023-cü il tarixdə, saat 19:30 radələrındə ətir satışı ilə məşğul olduğu ictimai yer hesab edilən ünvan 3 ünvanında yerləşən mağazada olarkən tanışı Zərərçəkmiş şəxs ilə əvvəlcədən aralarındakı şifahi razılaşmaya əsasən mağazada işlədiyi gün satışdan əldə olunan gəlirdən sonuncuya ödəməli olduğu faiz məbləğini verməkdən imtina etməsinə görə Zərərçəkmiş şəxs vitrində olan ətiri götürüb yerə dağıtmasını cüzi səbəb kimi bəhanə gətirib digər şəxslərin olmasına əhəmiyyət vermədən ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs zor tətbiq edərək əli ilə sonuncunun bədən nahiyələrinə qəsdən zərbələr vurmaqla ona sağ əlin V barmağının daraq-falanqa oynağında hərəkət məhdudluğu ilə və dırnığın sınması ilə müşayiət olunan qançır-şişkinliyi kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanının qarşısında yerləşən mağazanın bir hissəsini tanışı Muradla icarəyə götürərək orada ətir məhsullarının satışı ilə məşğul olur. Zərərçəkmiş şəxs onun işlədiyi mağazada işçi olmasa da, arada bir mağazada ətir məhsullarının satışında reklamçı kimi ona köməklik göstərmişdir. 07 oktyabr 2023-cü il tarixdə də Zərərçəkmiş şəxs mağazada ətir məhsullarının satışında ona reklamçı kimi kömək etmişdir. Fatimə ilə işlədiyi günün muzdunu əvvəlcədən danışıb müəyyən edərək, bir gün üçün satışdan əldə edilən gəlirin 50 faizini Fatiməyə verməli idi. 07 oktyabr 2023-cü il tarixdə günün sonunda pulları sayıb görmüşdür ki, 85 manat gəlir əldə etmişdir. O, Fatiməyə həmin məbləğin 30 faizini, yəni 27 manat verdikdə sonuncu 27 manatı qəbul etməyərək qazancın yarısını, yəni 42 manat 50 qəpik verməsini ondan tələb etmişdir. Lakin o, əvvəlcə 42 manat 50 qəpik pulu Fatiməyə vermək istəməmişdir. Bundan sonra 09 oktyabr 2023-cü il tarixdə, saat 19:30 radələrində mağazada olarkən Fatimə onun tanımadığı bir qızla mağazaya gəlmiş və 42 manat 50 qəpik pulu verməsini ondan tələb etmişdir. Lakin, onun üstündə cəmi 20 manat olduğu üçün Fatiməyə bildirmişdir ki, həmin məbləği götürsün, qalanını isə sonra verər. Lakin, Fatimə onun təklifi ilə razılaşmamış, beləliklə aralarında sözlü mübahisə yaranmışdır. Bu zaman Fatimə mağazanın vitrinində olan ətirlərdən birini götürərək yerə çırpmış və həmin ətir sınmışdır. O, Fatimənin bu hərəkətinə əsəbləşərək Fatimənin qolundan və saçından yapışaraq, sonuncunu mağazanın qapısının ağzına çıxartmışdır. Həmin vaxt o, Fatiməni vurmamış, sonuncuya hər hansı xəsarət yetirməmişdir. Hadisə baş verən gün mağazada o, Fatimə və telefon ustası işləyən Murad adlı şəxs olmuşdur. O da Fatıməni həmin mağazanın qapısının ağzına çıxartmış, bu zaman sonuncunun dırnağının sınmasına səbəb olacaq aqressiv hərəkətlər göstərməmiş və ondan sonra sonuncu ilə aralarında heç bir mübahisə olmamışdır. Fatimənin dırnağının sınmasından məlumatsız olmuş, sonuncu ona hər hansı xəsarət almasını bildirməmişdir. Belə ki, o, ümumiyyətlə Zərərçəkmiş şəxs xəsarət alması üçün hər hansı şərait yaratmamışdır. Sadəcə olaraq hər ikisi əsəbi olmuş, aralarında sözlü mübahisə olmuş, Zərərçəkmiş şəxs onun mağazasına əlavə ziyan vurmaması üçün sonuncunu mağazadan çıxartmışdır. Hadisədən 2 gün sonra isə onlar bir-birindən üzr istəyərək barışmışlar. O, bu və ya digər formada hər hansı qadına qarşı hörmətsizlik edən biri deyil. Ümumiyyətlə kiməsə qarşı zorakılıq və ya xuliqanlıq edəcək insan deyil. O, Zərərçəkmiş şəxs qarşı kobudluq etdiyi üçün əməlindən peşmandır. Daha sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 07 oktyabr 2023-cü il tarixdə Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 3 ünvanında yerləşən ətir mağazasında işləyən Təqsirləndirilən şəxs yaxınlaşaraq iş axtardığını bildirmiş, Elgün isə onu ətir mağazasına reklamçı kimi işə götürmüşdür. Aralarında olan razılaşmaya əsasən o, reklam etdiyi məhsulların satışından olan gündəlik qazancın 50 faizini götürməli idi. Həmin gün o, işə başlayıb mağazanın qarşısında dayanaraq satılan ətirlərin reklamını edərək mağazaya müştəriləri dəvət etmişdir. 07 oktyabr 2023-cü il tarixdə günorta saatlarından saat 21:00-a kimi Elgünün mağazasında işləmişdir. Saat 21:00-da mağaza bağlananda onun reklam etdiyi ətirlərin satışından yığılan pullar hesablanmış, onun payına düşən pul 42 manat 50 qəpik etmişdir. Lakin, Elgün ona daha az pul təklif etdikdə həmin pulu qəbul etməmiş və Elgündən 42 manat 50 qəpik pulu verməsini tələb etmişdir. Elgün isə onun tələb etdiyi pulu verməkdən imtina etmişdir. O, Elgünün təklif etdiyi pulu götürməyərək mağazadan çıxıb getmişdir. 08 oktyabr 2023-cü il tarixdə yenidən mağazaya gələrək Elgündən pulunu tələb etsə də, ala bilməmişdir. 09 oktyabr 2023-cü il tarixdə, saat 19:30 radələrində tanışı Leyla ilə birlikdə Elgünün mağazasına getmiş, həmin vaxt mağazanın içərisində olan Elgünə yaxınlaşaraq işlədiyi bir günə görə verməli olduğu 42 manat 50 qəpiyi sonuncudan tələb etmişdir. Elgün isə bildirmişdir ki, hazırda üzərində pul az olduğundan onun pulunu sonra verəcəkdir. Onun yanında olan Leyla da Elgündən həmin pulu verməyi xahiş etmiş, lakin Elgün Leylanın sözünə əhəmiyyət verməmişdir. Elgünün onu işlədərək pulunu verməməsi, digər tərəfdən 2 gün ərzində onu süründürməsi pis təsir etdiyinə görə əsəblərini cilovlaya bilməmiş, mağazanın giriş qapısının yanında içəri tərəfdə dayandığı yerdə sol tərəfdəki vitrində qoyulmuş ətir şüşələrindən birini götürüb döşəməyə vurmuş və ətir şüşəsi sınmışdır. Bu zaman Elgün onun bu hərəkətini görərək onun qolundan və saçından tutaraq mağazanın çıxışında olan dəhlizə çxartmışdır. Bu zaman onun qoydurduğu süni dırnaq uc hissədən qopmuşdur. O, Elgünün onu bu formada mağazadan çıxartmasına əsəbləşərək Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzinə zəng vuraraq Təqsirləndirilən şəxs şikayət etmişdir. Bir qədər sonra polis əməkdaşları gələrək onu və X3 aparmışlar. Şöbədə olan zaman təhqiqatçı ondan xəsarət alıb-almamasını soruşduqda, o, heç bir xəsarətinin olmamasını bildirmişdir. Bundan sonra təhqiqatçı ona bildirmişdir ki, o, mütləq formada ekspertizadan keçməlidir. O, səhəri gün səhər saatlarında təhqiqatçının onu göndərdiyi Ekspertiza Mərkəzinə yaxınlaşmış, həkim müayinəsində olan zaman hər hansı xəsarətinin olmamasını bildirmişdir. Həkim də onu müayinə edən zaman heç bir xəsarətinin olmadığını bildirmişdir. Lakin, sonradan ekspertiza rəyi ilə tanış olan zaman müəyyən olunmuşdur ki, ekspert onun xəsarət almasını qeyd etmişdir. Hadisədən sonra o, Elgünlə barışmış, sonuncu onun pulunu vermişdir. Təqsirləndirilən şəxs onu sadəcə olaraq mağazadan çıxartmış, onu vurmamış, xəsarət yetirməmiş, nalayiq ifadə işlətməmiş, ümumiyyətlə hər hansı xuliqanlıq hərəkəti törətməmişdir. Daha sonra Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını və bununla bağlı ibtidai istintaq zamanı notarial qaydada ərizə verdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X4 9-cu Patrul Bölüyünün polis nəfəri Şahid3 ifadəsində göstərmişdir ki, 09 oktyabr 2023-cü il tarixdə təxminən saat 19:40 radələrində polis nəfəri Şahid2 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu. Hüseynbala Əliyev küçəsində xidmət apararkən 19-cu polis şöbəsindən efir vasitəsilə məlumat verilmişdir ki, bir nəfər vətəndaş DİN-nin «102» Xidməti-Zəng mərkəzi sisteminə müraciət edərək, bir qədər əvvəl Hüseynbala Əliyev küçəsi 3 ünvanında yerləşən mağazada döyüldüyünü bildirmişdir. Məlumat daxil olan kimi onlar həmin ünvana gəlmişlər. Bu zaman Hüseynbala Əliyev küçəsi 3 ünvanında yerləşən mağazaların qarşısında vətəndaşların yığışmasını görmüşdür. Həmin şəxslərə yaxınlaşdıqdan sonra məlum olmuşdur ki, Zərərçəkmiş şəxs mağazada Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə DİN-nin «102» Xidməti-Zəng mərkəzi sisteminə məlumat vermişdir. Hadisə yerindən 19-cu polis şöbəsinin növbətçi hissəsi ilə əlaqə saxlamışlar və hər iki vətəndaşın polis şöbəsinə dəvət edilməsi barədə tapşırıq verildiyinə görə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxsm 19-cu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gəldikdən sonra bu barədə raportla həmin şöbənin rəisinə məruzə etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X4 9-cu Patrul Bölüyünün polis nəfəri Şahid2 Səlahəddin oğlu Şahid3 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən Şahid1 verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, ünvan 4 ünvanının qarşısında yerləşən mağazanı icarəyə götürərək orada telefonların təmiri işləri ilə məşğul olur. Təqsirləndirilən şəxs da 2023-cü ilin oktyabr ayının əvvəllərində onunla tanış olaraq işlədiyi mağazanın bir hissəsində ətir məhsullarının satışı ilə məşğul olmağa başlamışdır. Zərərçəkmiş şəxs isə 2-3 il olar ki, tanıyır. Zərərçəkmiş şəxs onun mağazasının yaxınlığında yerləşən müxtəlif ətir dükanlarında reklamçı kimi işləyir. Nə Elgünlə, nə də ki, Fatimə ilə qohumluğu və ədavəti olmamışdır. 2023-cü ilin oktyabr ayının 7-də Zərərçəkmiş şəxs onların mağazasında Elgün üçün ətir məhsullarının satışı ilə bağlı reklamçı kimi işləmişdir. Fatimənin Elgünlə işləmək üçün necə və hansı pul məbləğinə razılaşdığını isə o bilməmişdir. 09 oktyabr 2023-cü il tarixdə təxminən saat 19:30 radələrində o, mağazada öz işi ilə məşğul olan zaman Zərərçəkmiş şəxs onun tanımadığı bir xanımla mağazaya gəlmişlər. Fatimə mağazada olan Elgünlə pulunun verilməməsi ilə bağlı söhbət etməyə başlamış, Elgündən təxminən 40 manat civarında pulunu istəmiş, Elgün isə hazırda pulu olmadığını, lakin Fatimənin pulunu sonradan verəcəyini bildirmişdir. Onların arasında bu zəmində başlanmış söhbət qəfildən mübahisəyə çevrilmiş, Fatimə mağazanın giriş qapısının yanında qoyulmuş vitrindən içərisində ətir olan şüşə qabı götürüb mağazanın döşəməsinə vuraraq sındırmışdır. Bundan sonra Elgün onu tutmuş, Elgünlə Fatimə əlbəyaxa olmuşlar. Yaranmış səs-küyə yaxınlıqda yerləşən digər mağazalardan bir neçə nəfər şəxslər onların mağazasına gəlmişlər. O, Fatimə və Elgünün əlbəyaxa olduğunu görüb gəlib onları ayırmağa başlamışdır. Həmçinin, ora yığışmış şəxslər də mübahisəni sakitləşdirməyə başlamışlar. O, mağazanın döşəməsinə tökülmüş ətir qabı sınıqlarını süpürərək təmizləməyə başlamışdır. Az sonra mağazanın qarşısına polis əməkdaşlarının gəldiyini görmüşdür. Bir qədər sonra Elgün ona zəng edərək bildirmişdir ki, onu 19-cu polis şöbəsinə çağırırlar və ora gedəcəkdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Hadisə yerinə baxış keçirilməsi haqqında" protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 3 ünvanında yerləşən ətir mağazasıdır. (i.v.17-18); - 01 ədəd DVD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əli ilə Zərərçəkmiş şəxs saçından və qolundan tutaraq sonuncunu qapıdan çölə çıxarır (i.v.22); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 xx.xx.2023-cü il tarixli, 1452 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarət - sağ əlinin V barmağının daraq-falanqa oynağında hərəkət məhdudluğu ilə və dırnağın sınığı ilə müşayiət olunan qançır-şişkinliyi küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi (i.v.29-30); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v.36); - Zərərçəkmiş şəxs 22 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, 09 oktyabr 2023-cü il tarixdə baş vermiş mübahisə nəticəsində aldığı xəsarətə görə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir, bu səbəbdən Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaq (i.v.58); - “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.101); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 xx.xx.2024-cü il tarixli, T793 saylı rəyindən görünür ki, Vətəndaş Zərərçəkmiş şəxs sağ əlin V barmağının daraq-falanqa oynağında hərəkət məhdudluğu ilə və dırnağın sınığı ilə müşayiət olunan qançır-şişkinliyi olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilən zərbə nəticəsində yarana bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Xəsarətin xarakteri və yerləşdiyi nahiyə onun şəxsin özü tərəfindən yetirilə bilməsini inkar edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə görə məsuliyyət yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyrimüəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib cıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır. Hüquq normalarının dəqiq, aydın, birmənalı və müəyyən olması, hüquqtənzimetmə sistemində onların birbirinə uyğunluğu tələbi yuxarıda qeyd olunan konstitusion prinsiplərdən irəli gəlir. Əks təqdirdə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını zəiflədən ziddiyyətli hüquq tətbiq etmə təcrübəsi yaranar. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, qeyri-müəyyənliyin aradan qaldırılması üçün xuliqanlıq cinayət əməlinin (CM-in 221-ci maddəsi) tərkibi, tövsifedici əlamətləri araşdırılmalıdır. CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edərək qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Lakin hazırki cinayət işinin hallarından, təqsirkarın hərəkətlərinin cəmiyyətə açıqca hörmətsizlik göstərməyə, ictimai qaydanı kobud surətdə pozmağa yönəldiyi görünmür, bu ibtidai istintaq və məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davaranış və birgəyaşayış qaydalarının sistemi, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər, cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarının 3-cü bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsi münasibətlər zəminində başlanılmış intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Göründüyü kimi qeyd olunan Plenum qərarlarından aydın olur ki, təqsirləndirilən şəxsin hadisənin gedişindəki hərəkətləri sonradan açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Hazırki işin hallarından görünür ki, təqsirləndirilən şəxsin hərəkətləri ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. İbtidai istintaq orqanı özü də sübut etmişdir ki, onun ictimai qaydaya, başqalarına qarşı yönələn xuliqanlıq hərəkətləri, qeyri adi, özünü başqalarından fərqli göstərən, üstünlük nümayiş etdirən və sair bu kimi davranışı olmamışdır. Cinayət işinin hallarından görünür ki, Təqsirləndirilən şəxs əməlində ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər mövcud olmamış, onun hərəkətlərində xuliqanlıq niyyəti olmamışdır. Belə ki, işdəki sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik niyyəti ilə deyil, zərər çəkmiş şəxslə aralarında yaranmış şəxsi münasibətlər zəminində sonuncuya sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Ümumiyyətlə, verilmiş ittihamda Təqsirləndirilən şəxs 09 oktyabr 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən mağazada ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməsi göstərilsə də, onun öz davranışı ilə ictimai qaydalara qarşı etinasızlıq göstərməsinin, ətrafdakılara qarşı laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı hörmətsizlik göstərməsinin, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozmasının nədən ibarət olması və nədə ifadə olunması, başqa sözlə, onun hərəkətlərində ictimai qaydanın kobud şəkildə pozulmasının və cəmiyyətə açıqca hörmətsizliyin nədə ifadə olunması öz əksini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin mənasına görə xuliqanlığın mahiyyəti ondan ibarətdir ki, onu törədən şəxs özünün şəxsiyyətini, başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan, bunlara etinasızlıq göstərən hərəkətlər edir. Ona görə də məhkəmə hesab edir ki, baş vermiş hadisədə təqsirləndirilən şəxsin hərəkətləri ictimai qaydanın pozulmasına deyil, tərəflər arasında mövcud olmuş münasibət pozğunluğuna görə şəxsi münasibətlər zəminində baş verdiyindən, təqsirləndirilən şəxsin əməlində CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan xuliqanlıq cinayətinin tərkibi ola bilməz. Məhkəmə istintaqı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2023-cü il tarixində ünvan 3 ünvanında yerləşən mağazada Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun saçından və qolundan tutaraq Zərərçəkmiş şəxs sağ əlin V barmağının daraq-falanqa oynağında hərəkət məhdudluğu ilə və dırnağın sınığı ilə müşayiət olunan qançır-şişkinliyi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurması sübuta yetmiş, lakin CM-nın 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi cinayət işinin materialları və məhkəmə istintaqı ilə sübuta yetirilməmişdir. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Xüsusilə vurğulanmalıdır ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Qeyd olunanlar baxımından məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini təhlil edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli ona isnad edilən CM-nin 221.1-ci maddəsinin əlamətləri ilə üst-üstə düşmür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli CM-nin 221.1-ci maddəsindən CM-nin 128-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirlən şəxsin CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli özünün etirafı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və iş üzrə qanuni üsullarla toplanmış, məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadədən və ibtidai istintaq zamanı təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, onun hazırda Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı tələbi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 43.1.2, 156, 193, 318.1, 344- 347, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1ci maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilsin. Zərər çəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilsin, o cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar