Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-100/2022 10.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 02 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx xxxx 1978-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 30 sentyabr 2021-ci il tarixdə saat 16:40 radələrində ünvan 3 ünvanında yerləşən vətəndaşların azad girib-çıxa biləcəyi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X2 İnstitutuna (ETLKİMİ) daxil olub həmin İnstitutda yerləşən, vətəndaşların azad girib-çıxa biləcəyi xidməti otağın qapısının açıq olmasından və otaqda digər şəxslərin olmamasından istifadə edib həmin otağa daxil olaraq masanın üzərində olan hüquqşünas vəzifəsində işləyən Zərərçəkmiş şəxs məxsus əl çantasının içərisindən, içərisində müxtəlif əskinaslardan ibarət 671 manat pul, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 10 manat dəyərində "xxxx" ASC-yə aid “Birkart” plastik bank kartı, 01 ədəd 10 manat dəyərində "xxxx" ASC-yə aid “Bolkart” plastik bank kartı, hər birinin dəyəri 10 manat olmaqla ümumilikdə 20 manat dəyərində 02 ədəd "xxxx" ASC-yə aid plastik bank kartı, 01 ədəd 10 manat dəyərində "xxxx" ASC-yə aid plastik bank kartı, 01 ədəd 10 manat dəyərində "xxxx" ASC-yə aid plastik bank kartı olan 50 manat dəyərində pul qabını gizli olaraq talayıb hadisə yerindən uzaqlaşmaqla Zərərçəkmiş şəxs ümumilikdə 781 (yeddi yüz səksən bir) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,073 qram təşkil edən narkotik vasitə asetilə olunmuş tiryəki əldə edib özündə saxlamaqla daşımış, 12.10.2021-ci il tarixdə Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 18:05-də ünvan 4 ünvanın qarşısında saxlanılaraq, Nəsimi RPİ-nin 22-ci polis şöbəsinə gətirilmiş və polis şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman, həmin narkotik vasitə asetilə olunmuş tiryək 01 ədəd şəffaf rəngli selofan bükümdə əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, 30.09.2021-ci il tarixdə saat 16:30 radələrində Fizuli küçəsi ilə hərəkət edərkən, pula ehtiyacı olduğundan pul əldə etmək niyyəti ilə FHN-nin TTNDA-nın S.Ə.Dadaşov adına ETLKİMİ-nin binasına daxil olmuş, binanın girişində olan mühafizəçi ondan hara getdiyini soruşduqda o, həmin idarədə işləyən tanışının yanına getdiyini demiş, mühafizəçi ona etiraz etməyərək, onun binaya daxil olmağına icazə vermiş, o, isə binanın birinci mərətəbəsinə pilləkən ilə qalxıb ətraf otaqlara baxıb, korridorda gəzişərkən, otaqlardan birinin qapısının açıq olduğunu görüb həmin otağa daxil olmuş, otaqda masanın üzərində olan qadın əl çantasının içərisində olan qırmızı rəngli pul qabını götürüb əynində olan gödəkçəsinin sağ yan cibinə qoyaraq binanı tərk etmiş, binadan çıxdıqdan sonra oğurladığı pul qabının içərisinə baxdıqda, orada olan təxminən 80 manat pulu götürüb qalan sənədləri və bank kartlarını isə pul qabı ilə birlikdə Yasamal rayonu ərazisində xatırlamadığı ünvanda olan zibil qabının yanına atmışdır. 12.10.2021-ci il tarixdə onu 20-ci polis şöbəsinin əməkdaşları oğurluq cinayətinin törədilməsində şübhəli şəxs qismində saxlayaraq onu həmin bölməyə aparmışlar. Orada onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş heç nə aşkar olunmamışdır. Bundan 3-4 saat sonra onu həmin bölmədən 22-ci polis şöbəsinin əməkdaşlarına təhvil vermişlər. 22-ci polis şöbəsində ona FHN-nin TTNDAnin S.Ə.Dadaşov adına ETLKİMİ-də baş vermiş oğurluqda şübhəli olduğunu bildirmişlər və həmçinin təzyiq göstərək tərəflərindən verdikləri narkotik vasitəni qəbul etməsini məcbur etmişlər. Polis bölməsində qorxduğundan və əvvəllər məhkum olunduğundan video çəkiliş zamanı üzərində olan narkotik vasitəni təqdim etməsi görüntüsünü yaratmışdır. Qeyd olunanları nəzərə məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, o, 30.09.2021-ci il tarixdə saat 16:30 radələrində Fizuli küçəsi ilə hərəkət edərkən, pula ehtiyacı olduğundan pul əldə etmək niyyəti ilə FHN-nin TTNDA-nın S.Ə.Dadaşov adına ETLKİMİ-nin binasına daxil daxil olmuş, binanın girişində olan mühafizəçi ondan hara getdiyini soruşduqda o, həmin idarədə işləyən tanışının yanına getdiyini demiş, mühafizəçi ona etiraz etməyərək, onun binaya daxil olmağına icazə vermiş, o, binanın birinci mərətəbəsinə pilləkən ilə qalxıb ətraf otaqlara baxıb, korridorda gəzişərkən, otaqlardan birinin qapısının açıq olduğunu görüb həmin otağa daxil olmuş, otaqda masanın üzərində olan qadın əl çantasının içərisində olan qırmızı rəngli pul qabını götürüb əynində olan gödəkçəsinin sağ yan cibinə qoyaraq binanı tərk etmiş, binadan çıxdıqdan sonra oğurladığı pul qabının içərisinə baxdıqda, orada olan təxminən 80 manat pulu götürüb qalan sənədləri və bank kartlarını isə pul qabı ilə birlikdə Yasamal rayonu ərazisində xatırlamadığı ünvanda olan zibil qabının yanına atmış, qeyd olunan hadisə ilə əlaqədar olaraq etdiyi əməli etiraf edərək, etdiyi əməldən peşman olduğunu, oğurladığı pulu narkotik vasitə istifadəçisi olduğu üçün özü istifadə etmək məqsədi ilə narkotik vasitə almağa xərclədiyini bildirmişdir. 12.10.2021-ci il tarixdə saat 18:05-də ünvan 7 ünvanında olan zaman mülki geyimdə olan, tanımadığı iki nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini və özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirib onun narkotik maddələrin saxlanmasında, daşınmasında və istifadəsində şübhəli olduğunu bildirərək, Nəsimi RPİ-nin 22-ci PŞ-nin inzibati binasına xidməti otaqlardan birinə dəvət etmişlər. Polis Şöbəsində onun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya narkotik maddənin olmasından şübhələndikləri üçün üzərinə baxış keçirəcəklərini, həmçinin baxış zamanı onun müdafiəçisinin olmasının zəruriliyini bildirdiklərində, o, maddi imkanı olmadığını bildirmiş, bundan sonra ona dövlət hesabına müdafiəçi, həmçinin üzərinə baxış keçirilən zaman video çəkiliş etmək üçün mütəxəsis dəvət edərək keçirilən baxış zamanı üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmiş, o da əynindəki qara rəngli şalvarının sağ yan cibindən ağ şəffaf selofana bükülmüş bükümü masanın üzərinə qoymuş, bundan sonra onun üzərinə baxış keçirilərək başqa heç nə aşkar edilməmişdir. Onun qara rəngli şalvarının sağ yan cibindən çıxartdığı ağ şəffaf selofana bükülmüş həmin büküm açılmış və içərisində tünd qəhvəyi rəngli maddə olduğu məlum olmuşdur. Ondan həmin maddənin nə olduğu soruşulduqda o, üzərində olan və polisə təqdim etdiyi bükümün içərisində olan maddənin tiryək olduğunu, 01 ədəd bükümdə olan tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan kakosu 10.10.2021-ci il tarixdə “Kubinka” adlanan yaşayış sahəsindən tanımadığı şəxsdən, şəxsi istifadəsi üçün 20 (iyirmi) manata satış məqsədi olmadan aldığını bildirmişdir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti olmamışdır. o, 30.09.2021-ci il tarixdə saat 16:30 radələrində işlədiyi Nəsimi rayonu, Fizuli küçəsi 67 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi S.Ə.Dadaşov adına Elmi- Tədqiqat və Layihə-X2 İnstitutunda xidməti otağında əl çantasını masanın üzərinə qoymuş, otağı bir neçə dəqiqəlik tərk etmişdir. Əl çantasının içərisində qırmızı rəngli pul qabısı olmuşdur. Həmin pul qabının içərisində 03 ədəd 200 manatlıq, 03 ədəd 20 manatlıq, 02 ədəd 5 manatlıq, 1 manat miqdarında olan qəpiklər, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd vəkillik vəsiqəsi, nikahın xitamı ilə bağlı şəhadətnamə, 01 ədəd vəkil maqniti, içərisində hər hansı bir məbləğdə pul olmayan 10 manat dəyərində 01 ədəd “Birkart” plastik bank kartı, içərisində hər hansı bir məbləğdə pul olmayan 10 manat dəyərində 01 ədəd “Bolkart” plastik bank kartı, içərisində hər hansı bir məbləqdə pul olmayan 20 manat dəyərində 02 ədəd "xxxx" a məxsus plastik bank kartı, içərisində hər hansı bir məbləğdə pul olmayan 10 manat dəyərində 01 ədəd "xxxx" banka məxsus plastik bank kartı, içərisində hər hansı bir məbləğdə pul olmayan 10 manat dəyərində 01 ədəd "xxxx"ya məxsus plastik bank kartı, vizit kartları və dəyəri olmayan bilərzik olmuşdur. Az sonra geri qayıtdıqda isə çantasından içərisində 671 manat pul, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, vəkillik vəsiqəsi, nikahın xitamı ilə bağlı şəhadətnamə, vəkil maqniti, vizit kartları, olan pul qabısının, bank kartları və bilərzik olan pul kisəsinin olmadığını aşkar etmiş və bu barədə DİN-nin 102 xidmətinə oğurluq olması barədə məlumat vermişdir. Beləliklə, oğurlanmış 03 ədəd 200 manatlıq, 03 ədəd 20 manatlıq, 02 ədəd 5 manatlıq, 1 manat miqdarında olan qəpiklər olmaqla ümumilikdə 671 manat pul, hər biri 10 manat olmaqla 06 ədəd bank kartlarının oğurlanması nəticəsində ümumilikdə 60 manat, 01 ədəd qırmızı rəngli pul qabısının oğurlanmasına görə 50 manat olmaqla ona ümumilikdə 781 manat dəyərində maddi ziyan dəymişdir. İlkin olaraq izahatında həyəcanlı olduğu üçün pul qabında 60 manat olduğunu demiş, lakin sonradan yadına düşmüşdür ki, uşağı üçün 3 ədəd 200 manatlıq əskinası çıxararaq pul qabına qoymuşdur. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmədiyi üçün ona qarşı şikayətçidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, Nəsimi rayonu, Fizuli prospekti 67 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində növbətçi köməkçisi vəzifəsində çalışır. 30.09.2021-ci il tarixdə növbətçilik cədvəli üzrə işdə olarkən adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs ona yaxınlaşaraq, Vüqar adlı tanışının yanına getmək istədiyini bildirmiş, o, da etiraz etməyərək onu binaya buraxmış və ondan Vüqarın otağını tanıdığını soruşmuş, Təqsirləndirilən şəxs da tanıdığını bildirmişdir. Həmin şəxs təxminən 4-5 dəqiqə sonra geri qayıdaraq, binaya daxil olarkən əlində olan selofandan olan torbaları girişdə kənara qoyduğu yerdən götürərək binanı tərk etmişdir. Bir neçə dəqiqədən sonra Agentliyin əməkdaşı Zərərçəkmiş şəxs otağından oğurluq olduğunu demiş və kameralara baxan zaman həmin şəxsin Təqsirləndirilən şəxs olduğu açıq-aydın görünmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. 30.09.2021-ci il tarixdə işdə olarkən saat təxminən 16:40 radələrində mobil telefonuna zəng gəldiyindən, arxa otağa keçərək telefonla danışdıqdan sonra, yenidən posta qayıtdıqda, X7 şikayət edərək çantasından pul qabının oğurlandığını və pul qabının içərisində 60 manat pul, sənədlər və kartların olduğunu bildirmişdir. Sonradan kamera görüntüsünə baxan zaman X4 otağından çıxan şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Lakin sonradan eşitmişdir ki, Nərgiz Əliyeva polisdə izahat verərəkən pul qabısında əlavə olaraq 500 manat və digər sənədlərin olduğunu da demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. 12.10.2021-ci il tarixdə “Çingiz” adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsində narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və istifadə etməsi barədə Nəsimi RPİ-nin 22-ci PŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə Nəsimi RPİ-nin 22-ci PŞ-nin sahə inspektoru Şahid2 iştirakı ilə təxirə salınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul etmiş və birlikdə ünvan 9 ünvanda təxminən 15-20 dəqiqə gözlədikdən sonra “Çingiz” adlı şəxsin gəldiyini görüb ona yaxınlaşaraq özlərini təqdim edib ona qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib, onun üzərinə baxış keçirilməsi məqsədilə Nəsimi RPİ-nin 22-ci PŞ-nə dəvət etmişlər. Şəxsiyyəti sonradan məlum olan Təqsirləndirilən şəxs Nəsimi RPİnin 22-ci PŞ-nin inzibati binasındakı xidməti otaqların birində həmin şöbənin təhqiqatçısı Nadir Rza-zadə tərəfindən müdafiəçi təyin edilərək, onların və mütəxəssin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış, şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, bu zaman sonuncu əynindəki qara rəngli şalvarının sağ yan cibindən ağ şəffaf selofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuş, ondan üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış və onun üzərindən hər hansı başqa bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisi açılaraq, onun içərisində olan maddənin nə olduğu soruşulduqda, o, həmin narkotik vasitənin kakos olduğunu demiş və onu şəxsi istifadəsi üçün 20 (iyirmi) manata Bakı şəhəri “Kubinka” adlanan yerdən tanımadığı şəxsdən aldığını demişdir. Daha sonra aşkar olunmuş büküm təhqiqatçı Nadir Rza-zadə tərəfindən qablaşdırılaraq zərfə qoyulmuş və üzəri möhürlənərək bağlanılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş 22-ci Polis Şöbəsinin sahə inspektoru Şahid2 da Şahid1 verdiyi ifadəyə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin təhqiqatçısı Rza-zadə Nadir Zaur oğlu tərəfindən tərtib edilmiş, Nəsimi RPİ-nin 22-ci PŞnin əməliyyat müvəkkili Şahid1 və sahə inspektoru Şahid2, mütəxəssis qismində dəvət edilmiş X5 və cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 12 oktyabr 2021-ci il tarixli “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs oturduğu stuldan qalxaraq əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş qara rəngli spesifik iyə malik olan bükülünü çıxarıb stolun üzərinə qoymuşdur. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır. Onun geyindiyi qara rəngli şalvar və qara rəngli gödəkçəsinə, ayaqqabılarına baxılmışdır. Axtarış zamanı üzərində hər hansı bir əşya aşkar olunmamışdır. Bundan sonra üst-başını səliqəyə salması tələb edilmişdir. Sonra isə vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəkinin nə olduğunu deməklə təqdim etməsi təklif olunmuş, o, 01 ədəd ağ rəngli sellofan kağızına bükülmüş bükümün içərisində narkotik vasitə olan kakosun olduğunu bildirmiş, onu hardan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə həmin şəxs uzun müddətdir narkotik vasitə istifadə etdiyini və həmin selofana bükülmüş bükülünü iki gün bundan əvvəl Bakı şəhəri, Yasamal ravonunda “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat aldığını bildirmişdir. Bundan sonra iştirakçılara hamin sellofana bükülü olan narkotik vasitəyə bənzər maddanin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı va möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş va həmin zərim içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər madda şəffaf sellofana bükülmüş bükülü zərfə qoşularaq zərfin ağzı Nəsimi RPİ-nin 22-ci PŞ-nin zərflər üçün nəzərdə tutulmuş 190 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi daş-andırıldı. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Şəxsi axtarış zamanı "Sony" markalı videokameradan istifadə edilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Ona görə də protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir (i/v 49-54). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntüyə baxış keçirilmiş və baxış zamanı 12.10.2021-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13.10.2021ci il tarixli, 6/4544 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN-nin Zərflər üçün № 190” dairəvi möhür əksi olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,073 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə vasitə asetilə edilən tiryəkdir (i/v 63-66). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 17.11.2021-ci il tarixli 4533 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 193-194). İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 17 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1,073 qram kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və tədqiqatdan sonra qalıq qalmış 1,023 qram narkotik vasitə tiryəkin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilməsi qərara alınmışdır (i/v 207-215). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18.10.2021-ci il tarixli arayışdan və Göyçay rayon məhkəməsinin 17 yanvar 2018-ci il tarixli, 1(046)-06/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayon məhkəməsinin 10.03.1994-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143 M. 4 HİS., 143 M 3 HİS., 38; 41-ci maddələri ilə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nəsimi rayon məhkəməsinin 18.06.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cii maddəsi ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nəsimi rayon məhkəməsinin 06.05.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Yasamal rayon məhkəməsinin 06.10.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə 03 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Göyçay rayon məhkəməsinin 17.01.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4, 234.1, 66.2, 69.3-cü maddələri ilə 03 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25.01.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (i/v 147-149, 155-163). İş materiallarına əlavə olunmuş “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 14 oktyabr 2021ci il tarixli, 4(006)-437/2021 saylı qərarı ilə barəsində 02 (iki) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 4(006)-545/2021 saylı, 09 dekabr 2021-ci il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti 12 yanvar 2022-ci il tarixədək uzadılmışdır (i/v 28-29, 97-101, 189-192). İş materiallarında olan video diskə baxış keçirilməsi barədə 16.12.2021-ci il tarixli protokoldan görünür ki, 30.09.2021-ci il tarixdə Təqsirləndirilən şəxs FHN-nin TTNDA-nın S.Ə.Dadaşov adına ETLKİMİ-nun binasının daxilində hərəkət edərək qapısı açıq olan Zərərçəkmiş şəxs məxsus otağa daxil olduğu bir neçə dəqiqə sonra isə otaqdan otaqdan çıxaraq inzibati binanı tərk etdiyi görünür. Təqsirləndirilən şəxs video görüntüdə əks olunan şəxsin onun özü olduğunu və 30.09. 2021-ci il tarixdə saat 16 radələrində FHN-nin TTNDA-nın S.Ə.Dadaşov adına ETLKİMİ-nun binasının əvvəllər tanımadığı Zərərçəkmiş şəxs məxsus qapısı açıq olan otağa daxil olaraq oradan masanın üzərində olan qadın əl çantasının içərisindən qırmızı rəngli pul qabını götürərərk binanı tərk etdiyini bildirdi. Məhkəmə baxışı zamanı qeyd olunan videogörüntüyə baxış keçirilmiş və baxış zamanı 16.12.2021-ci il tarixli protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş, şəxsi axtarış aparılması və maddi sübutun götürülməsini özündə əks etdirən CD diskdəki görüntüdə Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni könüllü olaraq təhqiqatçıya təqdim etmiş, verdiyi ifadələri təsir və təzyiq altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pul qabından 671 manat deyil təxminən 80 manat pul oğurlamasını göstərməsi ilə bağlı da ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Video diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, 30.09.2021-ci il tarixdə Təqsirləndirilən şəxs FHN-nin TTNDA-nın S.Ə.Dadaşov adına ETLKİMİ-nun binasının daxilində hərəkət edərək qapısı açıq olan Zərərçəkmiş şəxs məxsus otağa daxil olduğu bir neçə dəqiqə sonra isə otaqdan çıxaraq inzibati binanı tərk etdiyi görünür. Təqsirləndirilən şəxs video görüntüdə əks olunan şəxsin onun özü olduğunu və 30.09. 2021-ci il tarixdə saat 16 radələrində FHN-nin TTNDA-nın S.Ə.Dadaşov adına ETLKİMİ-nun binasının əvvəllər tanımadığı Zərərçəkmiş şəxs məxsus qapısı açıq olan otağa daxil olaraq oradan masanın üzərində olan qadın əl çantasının içərisindən qırmızı rəngli pul qabını götürərərk binanı tərk etdiyini bildirmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı da, hadisə yerindən götürülmüş videogörüntüyə baxış keçirilmiş, videogörüntüdə olan şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Məhkəmə, zərərçəkmiş şəxslərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxslərin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən tiryəkin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hal müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Həmin qərara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətlərdən biri daxil olduğundan Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları tam toplamaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 12 oktyabr 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 91 (doxsan bir) manat, 76 (yetmiş altı) qəpik ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,023 qram olan narkotik vasitə tiryək məhv edilməlidir. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-624/2021 saylı, 27 dekabr 2021ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 07 may 2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, məhkəmədə Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 02 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları tam toplanılmaqla ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 12 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 91 (doxsan bir) manat, 76 (yetmiş altı) qəpik ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,023 qram olan narkotik vasitə tiryək məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 02 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-100/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-100/2022
10.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver