Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-101/2025 22.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, müdafiəçi –“Xəzər Konsaltinq” vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Eldar oğlunun iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs" qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Eldar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Eldar oğlu satış məqsədi ilə qanunsuz olaraq qanunsuz narkotik vasitə və psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1,137 qram çəkidə narkotik vasitə heroini və 0,475 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 sentyabr 2024-cü il tarixdə saat 09:30-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq, Nəsim rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi rayon polis idarəsinin inzibati binasına gətirilmiş və polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 03 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,290 qram, 0,711 qram, 0,136 qram olmaqla ümumi təmiz çəkisi 1,137 qram təşkil edən, kimyəvi komponent tərkiblərinə və xarici görünüşlərinə görə öz aralanmda eynilik təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin, 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,230 qram, 0,245 qram olmaqla ümumi təmiz çəkisi 0,475 qram təşkil edən kimyəvi komponent tərkiblərinə və xarici görünüşlərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin və narkotik vasitə - psixotrop maddələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı, üzərində psixotrop maddə metamfetamin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Eldar oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Teleqram sosial şəbəkəsi üzərindən İran İslam Respublikasının vətəndaşı olan özünü “Əhməd” kimi təqdim edən şəxslə əlaqə saxlayaraq bir qədər el arasında “kakos” kimi adlanan narkotik vasitə heroin və bir qədər el arasında “Patı” kimi tanınan psixotrop maddə metamfetamin sifariş etmək istədiyini bildirmişdir. Danışıq zamanı o, Əhməd adlı şəxslə belə razılığa gəlmişdir ki, sonuncu onun üçün 03 bükümdə nakotik vasitə heroin 02 bükümdə isə psixotrop maddə metamfetamin təşkil edəcəkdir. Beləliklə Nəsimi rayonunda xatırlamadığı ünvanda yerləşən “Milli Ön” terminalı vasitəsi ilə “Əhməd” adlı şəxsin təqdim etdiyi m10 hesabına 100 manat pulu göndərmişdir. Bu zaman sonuncu ona narkotik vasitə və psixotrop maddənin yerləşdirildiyi yerin “geolokasiyasını” göndərmişdir. Bundan sonra o, həmin ünvana yəni Səbail rayonu, Bayıl qəsəbəsinə yaxınlaşmış, orada “Əhməd” adlı şəxsin dediyi ağacın altından ümumilikdə 05 ədəd bükümü götürmüşdür. xx.xx.2024-cü il tarixdə saat 09:30-da yaşadığı Nəsimi rayonu, B.B.Məcidov küçəsində gəzişən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini nümayiş edərək polis əməkdaşları olmalarını bildirmişdirlər. Bundan sonra polis əməkdaşları ondan anket məlumatlarımı bildirməsini xahiş etmişdirlər. Bu zaman o, polis əməkdaşlarına anket məlumatlarını bildirmişdir. Bu zaman polis əməkdaşları ona bildirmişdirlər ki, o, özünü şübhəli aparıram bu səbəbdən onlarla Nəsimi RPİ-nin inzibatoi binasına getməlidir. Bu zaman o, polis əməkdaşlarına razılıq vermişdir. Nəsimi rayon Polis idarəsində olan zaman xidməti otaqların birində təhqiqatçı Babək Mirzəyev tərəfindən ona hüquqları izah edilmişdir. Bundan sonra o, Nəsimi RPİ-yə ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəməsini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən ona vəkillərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan istənilən vəkilin hüquqlarının qorumasına etiraz etməməsini bildirmişdir. Baxışda iş:irak etmək üçün video çəkiliş aparan bir nəfər mütəxəssis dəvət edilmişdir. Ondan müdafiəçinin iştirakı ilə üstündə, paltarında ve paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu zaman o, əynində olan şalvarının sağ yan cibindən 01 ədəd alışqanı, 03 ədəd bir manatlıq pul əskinazını, şalvarımın sol yan cibindən isə 01 ədəd işlək vəziyyətdə olan metal konstruksiyadan ibarət olan elektron tərəzini və 01 ədəd şəffaf sellofana bükülmüş içərisində ayrı-ayrılıqda 05 bükümə bükülmüş xx.xx.2024-cü il tarixdə "Əhməd“ adlı şəxsdən əldə tetmiş olduğu narkotik vasitələri və psixotrop maddələri çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı tərəfindən təqdim edilən bükümlər və tərəzi barəsində məlumat verməsi tələb olunmuşdur. Bu zaman o. təhqiqatçıya həqiqətləri danışmışdır. Bundan sonra təhqiqatçı tərəfindən təqdim etdiyi bükümlər və elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış və ekspertizaya göndərilməsi üçtin zərfin ağzı bağlanmışdır. Bundan sonra həmin zərfin üzəri hər bir iştirakçı tərəfindən imzalanmışdır. Bundan sonra üzərindən aşkar olunmuş alışqan və 03 manat pul ona geri qaytarılmışdır. Sonda Təqsirləndirilən şəxs Eldar oğlu törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, malların onun olduğunu, onları satış üçün deyil, öz şəxsi istifadəsi üçün aldığını, ailəli olduğunu, himayəsində azyaşlı uşaqlarının olduğunu, ailəsinə yeganə baxan şəxs olduğunu bildirərək barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs Eldar oğlunun elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə fiziki-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə etimad doğuran, məlum və qərəzsiz mənbədən “Elnur” adlı şəxsin Bakı şəhəri, Nəsimi rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşqul olması ilə bağlı məlumat daxil olmuşdur. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, həmin şəxs Bakı şəhəri, Nəsimi rayonu, B.B.Məcidov küçəsi, ev 127 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. Daxil olmuş məlumat əsasında tərəfindən əməliyyat-qrupu yaradılmış və həmin əməliyyat qrupuna Nəsimi RPİnin NMB-nin əməliyyat müvəkkili, polis mayoru X7 daxil edilmişdir. Beləliklə məlumat əsasında xx.xx.2024-cü il tarixdə saat 08 radələrində qeyd olunan ünvana yaxınlaşaraq özlərinə mövge seçmişdirlər. Həmin gün saat 09:30-da bir nəfər şəxsin məlumatda təsviri verilən Təqsirləndirilən şəxs ilə eyni əlamətlərinin olmasını müşayət etdikdə dərhal həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini nümayiş etməklə polis əməkdaşları olmalarını bildirmişdirlər. Bundan sonra həmin şəxsdən anket məlumatlarını bildirməsini xahiş etmişdirlər. Bu zaman həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs Nəsimi rayon Polis İdarəsinə dəvət etmişdirlər. Nəsimi RPİ-nin xidməti otaqlarının birində olan zaman Təqsirləndirilən şəxs təhqiqatçı Babək Mirzəyev tərəfindən hüquqları izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi vəziyyətinin pis olması səbəbilə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim olundu, lakin Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim olunan siyahılardan istənilən vəkilin onun hüquqlarının müdafiə etməsinə etiraz etmir. Bir müddət sonra müdafiəçi X11 RPİ-nin inzibati binasına gəlmiş və Təqsirləndirilən şəxs təqdim olunaraq müvafiq sənədləşmə işləri aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs izah edilmişdir ki, onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəkdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs ayağa qalxaraq əynində olan şalvarın cibindən bir ədəd bir işlək ədəd vəziyyətdə alışqan, 3 ədəd bir manatlıq pul əskinazı, həmin şalvarın sol yan cibindən 01 ədəd işlək vəziyyətdə olan elektron tərəzi və 01 ədəd şəfaf sellofanın içərisində ayrı-ayrııqda şəffaf sellofana bükülmüş 05 ədəd bükümlərdə ki, maddə kütlələrini çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümlər açıldıqda 3 ədəd bükümdə tünd qəhvəi rəngli spesifik qoxusu olan maddə və digər 02 ədəd bükümdə şəffaf şüşə formalı spesifik qoxusu olan maddə kütləsi aşkar edildi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim olunan bükümlərin içərisində nə olması sual edilmişdir. Buna cavab olaraq Təqsirləndirilən şəxs təqdim eddiyi bükümün içərisində olan tünd qəhvəyi rəngli maddənin "Kakos" ad ilə tanınan narkotik vasitə heroin olmasını, digər bükümlərdə olan maddələrin psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Həmçinin verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin “Teleqram” sosial şəbəkəsi vasitəsi ilə, İran İslam Respublikasının vətəndaşı kimi tanıdğı "Əhməd" adlı şəxslə əlaqə saxlayıb narkotik vasitə sifariş etdiyini və bunun qarşılığında 100 manat pulu onlayn qaydada ödədikdən sonra xx.xx.2024-cü il tarixdə axşam saatlarında Səbail rayonu, Bayıl qəsəbəsi ərazisindən “Əhməd” adlı şəxsin ona “konum” göndərdikdən sonra narkotikin qoyulduğu məkandan götürərək öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamaqla gəzdirdiyini qeyd etmişdir. Sorğu zamanı o, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirdi. Üzərindən aşkar edilən elektron tərəzinin nə məqsədlə istifadə eldiyini soruşdugda həmin tərəzinin ona məxsus olduğunu və əldə etdiyi narkotik vasitələri öz istifadəsinə görə hissələrə ayıraraq miqdarım bilməkdən ötrü istifadə etdiyini bildirdi. Bundan sonra təhqiqatçı tərəindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi lakin hər hansı digər əşya aşkar edilmədi. Bundan sonra iştirakçılara həmin 5 ədəd şəffaf sellofan bükümlərində olan tünd qəhvəyi rəngli və şəffaf şüşə formalı narkotik vasitəyə bənzər maddələri və bir ədəd elektron tərəzini ekspertiza tətqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara nümayiş edilmiş həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə kütlələri olan bükümlər tamlğı qorunmaq məqsədi ilə əlavə şəffaf sellofana qoyularaq bir ədəd elektron tərəzi ilə birlikdə zərfə qoyularaq qablaşdırılmışdır, zərfin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş "186" nömrəli möhürü ilə möhürlənmişdir və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilan 3 manat pul eskinasları, bir ədəd alışqan özünə qaytarılmışdır. Saxlanılan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarxidə polis əməkdaşları tərəfindən RPİ-yə gətirilən zaman və RPİ-də olan zaman hər hansı bir zorakılığın olub olmaması soruşulmuş, saxlanılan Təqsirləndirilən şəxs özünə qarşı polis əməkdaşları tərəfindən RPİ-yə gətirilən zaman və ya orada olan zaman heç bir zorakılğa məruz qalmamasını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v. 01); şübhəli şəxsin tutulması haqqında 04 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 10:20-də CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 26-27); şəxsi axtarış və götürmə aparılması haqqında 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır (i.v. 39-40); şəxsi axtarış və götürmə aparılması haqqında 04 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid, Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis mayoru X2, mütəxəssis (ekspert) Nəsimi Rayon Polis İdarəsinin inspektor kriminalisti X4, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs - xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunan, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs, müdafiəçi X5 iştirakları ilə, Təqsirləndirilən şəxs 04 sentyabr 2024-cü il tarixdə Nəsimi RPİnin NMB-nin əməkdaşları tərəfindən Nəsimi RPİ-yə gətirilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki, göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd işlək vəziyyətdə metal rəngli tərəzi və bir ədəd şəffaf sellofanın içərisində ayrıayrılıqda şəffaf sellofanlarda olan 5 ədəd bükümdə olan narkotik vasitə və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür (i.v. 42-44); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-6/4423 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: AR DİN “Zərflər üçün №186 möhür əksi, "Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilən 5 bükümdə narkotikə bənzər madələr və bir ədəd elektron tərəzi, Şübhəli şəxs: /imza/ Təqsirləndirilən şəxs: İştirakçılar: /imza/ Mehli Səfiyarov, /imza/ Rasim Hüseynov: /imza/ Samir Soltanov; Vəkil: /imza/ Fərhad Əliyev, Qablaşdırdı baş Təhqiqatçı /imza/ Babək Mirzəyev yazılar olan zərfdəki 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkilər: 0,230 qr, 0,245 qram, ümumi təmiz çəkisi: 0,475 qram olan ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, həmin metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə və xarici görünüşlərinə görə öz aralanında eynilik təşkil edirlər və 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,290 qr., 0,711 qr., 0,136 qram; ümumi təmiz çəkisi: 1,137 qram olan qəhvəyi rəngli maddələr kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, həmin heroin kütlələri kimyəvi komponent tərkiblərinə və xarici görünüşlərinə görə öz aralarında eynilik təşkil edirlər və 01 ədəd elektron tərəzinin səthində psixotrop maddə - metamfetamin izləri müəyyən edildi. Elektron tərəzinin səthində metamfetamin iz şəklində olduğundan təmiz çəkisini müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın apanlması mümkün deyildir. Metamfetamin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. QEYD: metamfetamin təmiz çəkisi – 0,475 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 0,375 qram; heroinin təmiz çəkisi – 1,137 qram, tədqiqata sərf edildi – 0,15 qram, qalıq – 0,987 qram (i.v. 56-61); Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Orxan Məmmədovun 05 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, cinayət işi üzrə əməl AR CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir (i.v. 79); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 xx.xx.2024-cü il tarixli, 6050 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostiıuulyatorların qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (i.v. 82-83); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 05 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir (i.v. 85); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-489/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vəsatətin təmin olunması, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 03 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 04 sentyabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (i.v. 103-107); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Nəsimi RPİ-də Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi üzrə cinayət işinin icraatına xitam verilmişdir. Həmçinin o, xx.xx.2024-cü il tarixdə Nəsimi RPİ tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş, cinayət işi xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmişdir (i.v. 121-123, 212-230); sübutların qiymətləndirilməsi haqqında 01 noyabr 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində CM-in 32.5 və 206.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində CM-in 234.4.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs məhkumluğu olmayan təqsirləndirilən şəxs hesab edilmiş, cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının və məhkəmə narkoloji ekspertizasının rəyləri sübüt əhəmiyyəti kəsb etdiyindən iş üzrə sübut növü kimi qiymətləndirilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ilkin təhqiqat zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntü sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1,137 qram narkotik vasitə heroinin, 0,475 qram psixotrop maddə metamfetaminin və 01 ədəd elektron tərəzinin maddi sübut kimi tanınması və tədqiqatdan sonra qalıq qalmış 0,987 qram və 0,375 qram hissələri, həmçinin 01 ədəd elektron tərəzi istintaqın sonunda Nəsimi RPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi ona narkotik vasitə satmış şəxslərin barəsində araşdırma aparılması və qanuni tədbir görülməsi məqsədilə cinayət işi materiallarından ayrıca icraata material ayrılmış və araşdırma aparılması üçün Nəsimi RPİ-nin 21-ci PŞ-nə göndərilmişdir. (i.v. 131-140). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 1,137 qram olan heroin və 0,475 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarında olan “AZEMİS” elektron məhkəmə informasiya sistemdən çıxarışa əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü X9 adında uşağı var. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməli qismən etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, ailəli olmasını, himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş, onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 04 sentyabr 2024-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin, psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Xəzər Konsaltinq” vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Xəzər Konsaltinq” vəkil bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 04 sentyabr 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,987 qram narkotik vasitə heroin, 0,375 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Xəzər Konsaltinq” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Xəzər Konsaltinq” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-101/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-101/2025
22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver