Məhkəmə qərarları › İş №1(006)-103/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-103/2022

24.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-103/2022 24.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, zərərçəkmiş şəxslər və mülki iddiaçılar X5, Zərərçəkmiş şəxs2 və onların nümayəndəsi və vəkili Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X1, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1988-ci il tarixdə Xocavənd rayonu, Tuğ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, məhkumluğu olmayan, Xocavənd rayonu, Tuğ kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ay İşığı sanatoriyada yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirərək zərər çəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Ş.Ə.Əsədovaya özünü “Kraud“ maliyyə piramidası vasitəsilə yüksək gəlir əldə edən işgüzar şəxs kimi təqdim edib, sonuncuya internet üzərindən qeydiyyatdan keçməklə həmin maliyyə piramidasına vəsait yatıracağı halda ödədiyi vəsaitin üzərində 50 faiz gəlir əldə edəcəyi barədə yalan məlumatlar verib inandırdıqdan sonra Ş.Əsədovanın etibarından sui-istifadə edib aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 23 fevral 2021-ci il tarixdə saat 16 radələrində ünvan 1 ünvanda yerləşən X10 adına Milli Oftalmologiya mərkəzində həmin dövrün məzənnəsi ilə 4.137 manat 20 qəpik təşkil edən 2.000 avro, eyni adla 25 fevral 2021-ci il tarixdə saat 16 radələrində ünvan 2 ünvanda yerləşən “Türkel Sofrası” restoranında Ş.Əsədovadan həmin dövrün məzənnəsi ilə 7.243 manat 95 qəpik təşkil edən 3.500 avro pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxs Ş.Ə.Əsədovaya ümumilikdə 11.381 marat 15 qəpik məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Ş.Ə.Əsədovanın vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs2 özünü “Kraud“maliyyə piramidası vasitəsilə yüksək gəlir əldə edən işgüzar şəxs kimi təqdim edib, sonuncuya internet üzərindən qeydiyyatdan keçməklə həmin maliyyə piramidasına vəsait yatıracağı halda ödədiyi vəsaitin üzərində 50 faiz gəlir əldə edəcəyi barədə yalan məlumatlar verib inandırdıqdan sonra Zərərçəkmiş şəxs2 etibarından suiistifadə edib aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 23 fevral 2021-ci il tarixdə saat 16 radələrində ünvan 1 ünvanda yerləşən X10 adına Milli Oftalmologiya mərkəzində həmin dövrün məzənnəsi ilə 2.068 manat 60 qəpik təşkil edən 1.000 avro, eyni adla 25 fevral 2021-ci il tarixdə saat 16 radələrində ünvan 2 ünvanda yerləşən “Türkel Sofrası” restoranında Zərərçəkmiş şəxs2 həmin dövrün məzənnəsi ilə 5.588 manat 19 qəpik təşkil edən 2.700 avro pulunu alıb ələ keçirərək verdiyi vədə ərrəl etməyib Zərərçəkmiş şəxs2 ümumilikdə 7.656 manat 79 qəpik məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 9 ay müdddətdir ki, “Kraud” şirkətində qeydiyyatdan keçmişdir. Pul qazanmaq üçün həmin sistemdə kripto aksiyalarının satışı ilə məşğul olur. Həmin sistemdə də müxtəlif şəxslərlə tanışlıqları olur. Belə şəxslərdən biri də “Günel” adlı şəxsdir. Günel Əsdəova Ş.Əsədovanın qardaşı qızıdır. O, Günel xanım vasitəsi ilə Ş.Əsədovanın və Şəhlanın vasitəsi ilə Zərərçəkmiş şəxs2 tanımışdır. O, Ş.Əsədovanı və Zərərçəkmiş şəxs2 “Kraud” şirkətinin biznes planı ilə tanış etmişdir. Onlar 2021-ci ilin fevral ayının əvvəllərində də bu sistemdə qeydiyyatdan keçib 100 avro pul qoyaraq özlərinə 150 ədəd revrats almışlar. Revarts kripto aksiya deməkdir. Belə ki, gələcəkdə həmin Revartslar fond birjasına çıxanda satılıb əlavə gəlir əldə ediləcəkdir. Hazırda fond birjalarına kripto aksiyalar çıxmayıb və bu barədə o, Şəhla və İradə xanıma məlumat vermişdir. Sonradan o Ş.Əsədova və Zərərçəkmiş şəxs2 bildirmişdir ki, “Kraud" şirkətində əlavə pul qazancı var və bunun üçün şirkətə yatırım etmələrini istəmişdir. Xanımlar da onunla razılaşmışdır. Sonra Ş.Əsədova ona bildirmişdir ki, Günelin vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olacaq. O, xx.xx.2021-ci il tarixdə, saat 16 radələrində Bakı şəhərində X10 adına olan göz klinikasının içərisindo Ş.Əsədova və Zərərçəkmiş şəxs2 ilə görüşərək, Şəhla xanımdan 4.000 manat İradə xanımdan isə 2.000 manat pul almışdır. xx.xx.2021-ci il tarixdə, saat 16 radələrində o, ünvan 2 ünvanda yerləşən “Türkel Sofrası” restoranında Şəhla xanımdan 7.000 manat İradə xanımdan isə 5.400 manat pul almışdır. Ş.Əsədovadan aldığı 11.000 manat pulu İradə xanımdan aldığı 7.400 manat pulu isə “Kraud” şirkətində gift kod üçün yatırım etmişdir. Həmin pul bir ay ərzində 50% artacaqmış. Əldə edilən gəlir isə hissə-hissə götürüləcəkmiş. Lakin sonra işlər alınmadığı üçün Şəhla və İradə xanım ondan pulu geri tələb etməyə başlamışdır. Müəyyən vaxt keçdikdən sonra tarixini xatırlamadığı vaxt “Kraud” şirkətinin nümayəndəsi Rasim Qəhrəmanovla görüşmüşdür. Rasim Qəhrəmanov ona üzvü olduğu şirkətin adından nə üçün istifadə etdiyini və insanlarda həmin şirkətə qarşı neqativ fikirlər yatardığını ona bildirmişdir. O, Rasim Qəhrəmanova isə aldığı pulları geri qaytarcağını bildirmişdir. Daha sonra o aldığı pulları geri qaytara bilməmişdir. Müəyyən vaxt sonra ona “Fikrət” adlı şəxs zəng etmişdir. Həmin şəxs ona “Kraud” şirkətinin üzvü olduğunu İradə və Şəhla xanımdan aldığı pulları geri qaytarmasını istəmişdir, o da aldığı pulları geri qaytaracağını bildirmişdir. Ş.Əsədova və Zərərçəkmiş şəxs2 o deyən müddətdə gəlir əldə edilmədiyindən ondan narazı olaraq polisə şikayət etmişlər. Daha sonra özünü qismən təqsirli bilməsini, cavan olmasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Ş.Ə.Əsədova ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayından tanıyır. Belə ki, 2020-ci ilin dekabr ayının ortalarında qardaşı qızı X7 vasitəsilə tanış olmuşdur. Günel ona Təqsirləndirilən şəxs adlı şəxsin “Kraut” şirkətində işlədiyini, sonuncunun həmin şirkət vasitəsilə pulu dövr etdirdiyini, 1 həftədən sonra isə verilən pulun 50 faizini artımla qaytardığını, hətta İlkinin pulları avro ilə alıb avro ilə qaytardığını demişdir. Bundan sonra Günel ona “istəyirsənsə sənidə İlkinlə tanış edim” təklifini etmiş, o əvvəl etiraz etsə də, sonradan razılaşmışdır. Daha sonra Günel də onun razılığı ilə mobil nömrəsini İlkinə vermişdir. Təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayının ortalarından etibarən onun mobil nömrəsinə zəng edərək nömrəni qardaşı qızı Günelin verdiyini, onun özünündə “Kraut” şirkətinin əməkdaşı, lideri, direktorlarından biri olmasını ona demişdir. İlkin ona Kraut şirkətinin işi və fəaliyyəti barədə məlumatlar verərək bildirmişdir ki, Kraut şirkəti revars satışı işi məşğul olur, yəni qoyulan avro pulları 50-60 faiz artımla bir ay müddətinə qaytarır. Əslində isə Kraut şirkətində belə bir hal mövcud deyil. Belə ki, 2021-ci ilin yanvar ayının əvvəllərində İkin onun iş yeri olan Zərifə Əliyeva adına göz klinikasına gəlmiş, onunla tanış olmuş, ona Kraut şirkəti haqqında bol-bol məlumat verməyə başlamışdır. Həmin vaxtda qonşu və rəfiqəsi olan Zərərçəkmiş şəxs2 da müalicə almaq üçün yanına gəlmiş və İlkinin danışdıqlarını İradə xanımda eşitmişdir. Həmin gün İlkin İradə xanımın mobil telefon nömrəsini onun otağında onun yanında İradə xanımdan götürmüş və bundan sonrada İlkin mütəmadi olaraq ona və İradə xanıma Kraut şirkətinin fəaliyyəti barədə məlumatlar göndərmişdir, həmçinin özünün yaratdığı komanda haqqında danışaraq, özünü komandanın lideri adlandırmışdır və bildirmişdir ki, özündən sonra 8.000 nəfər komandasında adamlar var. İlkin bildirmişdir ki, özü həmin adamlara çoxlu pullar qazandırır. İlkin elə savadlı və inamlı danışmışdır ki, onlar İlkinə inanmış və fikirləşmişdir ki, İlkinin dediyi kimi, İlkinin qeyd etdiyi Kraut şirkətinə İlkinin vasitəsilə hər hansı miqdarda pul qoysa, 1 ay müddətinə 50-60 faiz gəlir əldə edə bilər. O, bu işin qanuni olmasını zənn etmişdir, amma fikirləşməmişdir ki, İlkin onu və İradə xanımı aldada bilər. İlkin ona və İradə xanıma təklif edərək bildirmişdir ki, “Kraut şirkətinə pul yatırsın və onlara da 50-60 faiz əldə gəlir olmaqla bir ay müddətinə qazanc əldə edərək pul qazanaq”. İlkin onunla İradə xanımın razılığını alandan sonra o, və İradə xanım qərara gəlmişlər ki, İlkinin qeyd etdiyi kimi Kraut şirkətinə sonuncunun vasitəsilə yatırım pul qoysunlar. Bundan sonra aralarında olan razılıq əsasında 21 fevral 2021-ci il tarixdə saat təxminən 16 radələrində iş yeri olan Binəqədi rayonu, 4-cü mikrorayon Zərifə Əliyeva adına göz klinikasında onun iş otağında 2.000 avro pulu İlkinə vermiş, ondan sonra həmin vaxt İradə xanım 1.000 avro pulu İlkinə onun iş otağında vermişdir. Bundan sonra İlkin demişdir ki, “60 faiz artımı olan aksiya var, minlərlə insan Kraut şirkətinə pul qoyaraq qazanc əldə edir. Pul qoyun ki, yaxşı pul götürə biləsiz”. Aralarında olan razılıq əsasında xx.xx.2021-ci il tarixdə saat təxminən 16 radələrində o və İradə xanım Bakı şəhəri, Nəsimi rayonu, Seyidzadə küçəsi 31 ünvanda yerləşən Türkel Sofrası kafesinə (restoranına) gəlmişlər, həmin vaxtda o, 3.500 avro pulu, İradə xanım isə 2.700 avro pulu İlkinə heç bir yazışma və notariat qaydada sənədləşmə aparılmadan İlkinə vermişlər. Qeyd etmişdir ki, o və İradə xanım pulu İlkinə verməzdən əvvəl İlkinlə birlikdə Türkel Sofrası restoranın yaxınlığında olan notariusa getmişlər, həmin zaman İlkin ona və İradə xanıma demişdir ki, burada müqavilə bağlamaq üçün o və İradə xanım İlkinə 160 manat pul verməlidir və borc müqaviləsi bağlanmalıdır. O və İradə xanım buna etiraz edərək bildirmişlər ki, əgər şirkət aksiya keçirirsə, onlara nə üçün borc verməlidir və onunla İradə xanım İlkinin təklifinə etiraz etmişlər. İlkinə bildirmişlər ki, onları şirkətlə tanış etsin, İlkin isə iclaslarının çox olduğunu və vaxtlarını olmadığını, lakin onları həmin şirkətə vaxt olsa aparacağını demişdir. Pulu verməzdən əvvəl o və İradə xanım İlkinə inanmadıqlarını demiş, sonuncu isə “siz mənə verdiyiniz pulu direktoruma verəcəm, bundan sonra mənim, yəni İlkinin telefonuna parol gələcək, məndə (İlkində) parolu sizə (İradə və Şəhlaya) göndərəcəm və siz görəcəksiniz ki, sizin (İradə və Şəhlanın) adınıza pul yatırılıbdır”. İki gündən sonra, yəni xx.xx.2021-ci il tarixdə o, İlkinə zəng edərək sonuncunun telefonuna parol gələcəyini soruşmuş, İlkin cavab olaraq ona demişdir ki, telefonuna parol gəlməyibdir. Bir gün sonra, yəni xx.xx.2021-ci il tarixdə bir daha İlkinə zəng etmişdir, İlkindən parolu tələb etmiş, İlkin parolu ona göstərəcəyini desədə yanına belə gəlməmişdir. Bundan sonra o, başa düşmüşdür ki, İlkin onu aldadır, buna görədə o, 01 mart 2021-ci il tarixdə İlkinin istifadə etdiyi ***-***-**-** və 055-267- 64-27 saylı mobil nömrəsinə zəng edərək İlkinə verdiyi 5.500 avro pulunu tələb etmiş, əks təqdirdə isə polisə şikayət edəcəyini İlkinə demişdir. İlkin isə ona demişdir ki, başqa adamlar da Kraut şirkətinə pullar yatırdıb, bəzi adamlar 100.000, 200.000, 300.000 avro pul yatırdıblar, dövriyyədə pul çoxdur, işi çoxdur, buna baxmayaraq 2-3 günə onun pulunu qaytaracaqdır. İlkinin ona dediyi bu söz onda daha çox şübhə yaratmış, belə ki, İlkin bir aylıq aksiyanı 2-3 günə qaytarmağı söz verməyi onda şübhə yaratmış və o başa düşmüşdür ki, İlkin onu və İradə xanımı aldadaraq pullarını alıbdır. Hətta İlkin ona demişdir ki, şirkətləri tərəfindən onun kimi aktiv iştrakçılara 4000-5000 manatlıq telefon hədiyyə edəcəkdir. O artıq İlkinin yalan danışmasını tam olaraq bilmiş, bundan sonra o, İradə xanınma da demişdir ki, İlkin onları aldadır, lakin İradə xanım İlkinə inanırmış, çünki İlkin İradə xanıma zəng edərək İradəni inandırırmış ki, Kraut şirkəti vasitəsilə verilən pulun 60 faizini bir ay müddətinə artımla qaytaracaqdır. O, hər gün İlkinə zəng edərək pulunu tələb etsə də, İlkin hər dəfə bir bəhanə taparaq pulunu qaytarmaqdan yayınırmış. Bundan sonra o, Kraut şirkətinə 100 avro pulu qoyan insanları tapmışdır, onlardan belə bir aksiya olmasını soruşmuşdur, həmin adamlarda ona demişlər ki, Kraut şirkətində belə bir aksiya yoxdur. Bundan sonra o və İradə xanım Kraut şirkətinin Nərimanov rayonunda olan ofisini tapmışlar, həmin ofisdə işləyən “Rasim” adlı şəxs onlara demişdir ki, Kraut şirkətində belə bir aksiya yoxdur ki, vətəndaşlardan aldığı pulun 50-60 faizlə qazanc kimi versin, həmin qeyd etdiyi Kraut şirkətinin Nərimanov rayonunda olan ofisində əyləşən Rasim adlı şəxs İlkini tanımış və İlkinin onları aldatdığını, İlkinin problemli adam olmasını onlara demişdir. Bundan sonra Rasim 2021-ci ilin aprel ayının əvvəllərində İlkinlə hansısa çay evində görüşmüşdür. “Rasim” adlı şəxs onlara bildirmişdir ki, Təqsirləndirilən şəxs onları aldadaraq pullarını ələ keçirmiş və heç bir iş görməmişdir. Bundan sonra o, 2021-ci ilin aprel ayında “instagram” adlı sosial şəbəkə vasitəsilə Kraut şirkətinin Azərbaycandakı nümayəndəsi Habil müəllimi tapmış, Habil müəllimin mobil telefonuna zəng etmiş, İlkinin onları aldatdığını demiş, lakin Habil müəllimlə görüşməmişdir. Habil müəllimdə ona və İradə xanıma pullarının qaytarılmasında köməklik edəcəyini bildirmişdir. Sonra Habil müəllim demişdir ki, komandasında “Fikrət” adlı şəxs var, həmin şəxsə tapşıracağını və pulların qayıdacağını bildirmişdir. Bundan sonra o və İradə xanım Habil müəllimlə telefonda danışmışlar, lakin görüşməmişlər, hətta o Habil müəllimin tanışı olan Fikrət müəllimlə də ancaq telefonda danışırmış, Fikrətin də telefonunu Habil müəllim ona vermişdir. Fikrətlədə telefonda danışarkən Fikrət onu sakitləşdirərək deyirmiş ki, iki həftə ərzində İlkindən pullarını alıb verəcək, hətta Fikrət deyirmiş ki, İlkin nəyinisə satıb pullarını verəcək, əgər İlkin pulu verməsə, xx.xx.2021-ci il tarixdə pullarını İlkindən alıb verəcək. Buna baxmayaraq Fikrət xx.xx.2021-ci il tarixdən telefonunu söndürmüşdür. O və İradə xanımda artıq aldanıldıqlarını gördükdən sonra o və İradə xanım xx.xx.2021-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edəndən sonra 19-cu PŞ-də ərizə yazmışlar. O sonradan öyrənmişdir ki, Kraut şirkəti İspaniya dövlətində fəaliyyət göstərir və heç bir aksiya, pul dövriyyəsi, pulun alınıb faizlə qaytarılması işi və fəaliyyəti ilə məşğul olmur. Həmçinin Ş.Əsədova ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs aldığı pullardan nə gəlir vermiş, nə də ki pulları geri qaytarmışdır. Ş.Əsədova G.Cəfərovanın faktiki olduğu yer və mobil nömrəsi barədə məlumatının olmadığını bildirmişdir. Daha sonra zərərçəkmiş şəxs və mülki iddiaçı Ş.Ə.Əsədova ümumilikdə ona dəymiş 5.500 Avro və 2.000 manat maddi zərərin, 10.000 (on min) manat mənəvi zərərin, 100 manat dövlət rüsumunun, 210 manat vəkilə ödəmiş olduğu pulun Təqsirləndirilən şəxs alınıb ona verilməsini və sonuncuya ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2020-ci ilin yanvar ayından tanıyır. Belə ki, 2020-ci ilin yanvar ayının əvvəllərində tanışı Ş.Ə.Əsədova vasitəsilə tanış olmuşdur. O, Ş.Əsədovanın işlədiyi Z.Əliyeva adına Milli Oftalmologiya mərkəzində olduğu vaxt Təqsirləndirilən şəxs da orada imiş. Həmin vaxtı İlkin Kraut şirkəti ilə bağlı onlara geniş məlumat vermiş və həmin vaxt Təqsirləndirilən şəxs onun nömrəsini götürmüşdür. Sonuncu həmçinin onlara zəng edərək onlara Kraut şirkətinin komandasının lideri olduğunu və komandada əlavə olaraq 8.000 adam olduğunu, onun vasitəsi ilə hər hansı bir məbləğdə pul qoyularsa, 01 ay müddətində 50-60 faiz gəlir əldə edəcəklərini bildirmişdir. Sonra o və İradə xanım İlkinə inanaraq ona pul vermək qərarına gəlmişlər. Belə ki, xx.xx.2021-ci il tarixdə saat 16 radələrində o, 1.000 avro və Ş.Əsədova isə 2.000 avro Z.Əliyeva adına Milli Oftalmologiya mərkəzinin qarşısında vermişlər. Bundan sonra İlkin onlara 60% artım olduğunu, “Kraut” şirəktinə əlavə olaraq pul yatırmalarını demişdir. Daha sonra xx.xx.2021-ci il tarixdə saat 16 radələrində ünvan 3 ünvanda yerləşən “Türkel Sofrası” adlı restoranda onlar İlkin ilə görüşmüş, orada o, İlkinə 2.700 Avro və İradə xanım isə 3.500 evro vermişlər, onlar pulları İlkinə verməmişdən qabaq İlkin onları Şamaxinka adalanan ərazidə 43 saylı notariat kontoruna aparmışdır. İlkin onlarla borc müqaviləsi bağlamaq istəmişdir. Lakin onlar İlkinə inanmayaraq müqavilə bağlamağı rədd etmişlər. İlkin pulları onlardan aldığı vaxt həmin pulu aparıb direktoruna verəcəyini və sonra ilkinin mobil telefonuna parol gələcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə o İlkinə zəng edərək parolun gəlib gəlmədiyini soruşmuşdur. İlkin ona parolun gəlmədiyini bildirmişdir. O daha sonra İlkin ilə əlaqə saxlayaraq parolu tələb edirmiş, lakin İlkin hər dəfə müxtəlif bəhanələr gətirirmiş. Belə olan halda o və İradə xanım İlkinin onları aldatdığını başa düşmüş və polisə məlumat vermişlər. Həmçinin o, bildirmişdir ki, Təqsirləndirilən şəxs pulu aldıqdan sonra onlara gəlir verməmişdir. Daha sonra zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ümumilikdə ona dəymiş 3.700 Avro və 2.000 manat maddi zərərin, 10.000 (on min) manat mənəvi zərərin, 100 manat dövlət rüsumunun, 210 manat vəkilə ödəmiş olduğu pulun Təqsirləndirilən şəxs alınıb ona verilməsini və sonuncuya ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, 2 ilə yaxındır ki, pul qazanmaq üçün “Kraud” şirkətindən qeydiyyatdan keçmişdir. O çoxsaylı şəxsləri şirkətə üzv etmişdir. Hazırda üzvlərinin sayına görə 3 ulduz prezident vəzifəsindədir. 2021-ci ilin mart-aprel aylarında Ş.Ə.Əsədova ona “instagram” adlı sosial şəbəkəsində mesaj yazaraq bildirmişdir ki, Kraud şirkətinin üzvü olan Təqsirləndirilən şəxs gəlir əldə etmək üçün xanımlardan pul almışdır. O da belə olan halda şirkətin adı üçün mənfi fikir formalaşmasın deyə xanımlara köməklik edəcəyini bildirmiş və mobil nömrəsini xanıma vermişdir. O, şirkətin üzvü olan “Fikrət” adlı şəxsə xanımlara köməklik etməyini və Təqsirləndirilən şəxs pulların alınaraq xanımlara qaytarılmasında köməklik edilməsini xahiş etmişdir. Fikrət onun ilə razılaşmış, lakin Fikrətində köməklik etməsinə baxmayaraq İlkin pulları geri qaytarmamışdır. Həmçinin o, bildirmişdir ki, Təqsirləndirilən şəxs “Kraud” şirkətinə üzv deyidir, sonuncu Şəhla və İradə xanımdan aldığı pullardan “Kraud” şirkətindən gift almamışdır. Cinayət işinin 1-ci cild 82-83-cü vərəqələrində olan xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 1-ci cild 124-125-ci vərəqələrində olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 171-ci vərəqəsində olan xx.xx.2021-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Nəsimi RPİ-nin 19-cu PŞ-nə gətirilmişdir. Cinayət işinin 1-ci cild 174-175-ci vərəqələrində olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri nəzərə alınmışdır. Cinayət işinin 2-ci cild 12-13-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasına məcburi gətirilməsi ilə bağlı qərar çıxarılmışdır. Cinayət işinin 2-ci cild 23-24-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun olduğu yer müəyyən edilənə və məhkəməyə gətirilinə qədər iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin 2-ci cild 32-33-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı təzələnmiş və iş üzrə məhkəmə hazırlıq iclası təyin edilmişdir. Cinayət işinin 2-ci cild 53-55-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 2-ci cild 72-74-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş, sonuncunun olduğu yer müəyyən edildikdə dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına etap olunması, tutma protokolunun surəti məhkəməyə göndərilməsi və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilməsinə dair məhkəməyə məlumat verilməsi qərara alınmış və sonuncunun olduğu yer müəyyən edilənə və məhkəməyə gətirilənə qədər iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin 2-ci cild 85-ci vərəqəsində olan Nəsimi RPİ-nin 19-cu PŞ-nin xx.xx.2022-ci il tarixli, ***-**** saylı məktubundan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılaraq Nəsimi RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 2-ci cild 90-91-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı təzələnmişdir. Cinayət işinin 1-ci cild 31-32-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.4-cü maddəsi tətbiq edilməklə 1.000 manat məbləğində cərimə edilmiş və xx.xx.2018-ci il tarixdə hökm tam icra edildiyindən qeydiyyatdan çıxarılmışdır. Cinayət işinə əlavə edilmiş zərərçəkmiş şəxs Ş.Ə.Əsədova tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi ərizəsindən görünür ki, o, mülki iddia verərək mülki cavabdeh Təqsirləndirilən şəxs 5.500 Avro maddi zərərin və 10.000 (on min) manat mənəvi zərərin, 100 manat dövlət rüsumunun, 210 manat vəkilə ödədiyim pulun alınıb ona verilməsi bərədə hökm çıxarılmasını xahiş etmişdir. Belə ki, mülki cavabdeh Təqsirləndirilən şəxs özünü “CROWD” şirkətinin rəhbər vəzifəsində çalışan bır şəxs kimi təqdim edərək, “CROWD” maliyyə piramidasına vəsait adı altında aldığı 5.500 Avrodan əlavə ondan guya internet üzərindən qeydiyyatdan keçməsi üçün də 2.000 manat pul almışdır. Buna görə də, o, Cinayət Prosessual Məcəllənin 179-cu və Mülki Prosessual Məcəllənin 53-cü maddələrinə əsasən iddia tələbini dəqiqləşdirərək mülki cavabdeh Təqsirləndirilən şəxs 5.500 Avro və 2.000 manat maddi zərərin, 10.000 (on min) manat mənəvi zərərin, 100 manat dövlət rüsumunun, 210 manat vəkilə ödədiyi pulun alınıb ona verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi ərizəsindən görünür ki, o, mülki iddia verərək mülki cavabdeh Təqsirləndirilən şəxs 3.700 Avro maddi zərərin və 10.000 (on min) manat mənəvi zərərin, 100 manat dövlət rüsumunun, 210 manat vəkilə ödədiyim pulun alınıb ona verilməsi bərədə hökm çıxarılmasını xahiş etmişdir. Belə ki, mülki cavabdeh Təqsirləndirilən şəxs özünü “CROWD” şirkətinin rəhbər vəzifəsində çalışan bır şəxs kimi təqdim edərək, “CROWD” maliyyə piramidasına vəsait adı altında aldığı 3.700 Avrodan əlavə ondan guya internet üzərindən qeydiyyatdan keçməsi üçün də 2.000 manat pul almışdır. Buna görə də, o, Cinayət Prosessual Məcəllənin 179-cu və Mülki Prosessual Məcəllənin 53-cü maddələrinə əsasən iddia tələbini dəqiqləşdirərək mülki cavabdeh Təqsirləndirilən şəxs 3.700 Avro və 2.000 manat maddi zərərin, 10.000 (on min) manat mənəvi zərərin, 100 manat dövlət rüsumunun, 210 manat vəkilə ödədiyi pulun alınıb ona verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin eyni zamanda mülki iddiaçıların və şahidin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün,“azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün,“islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini və cavan olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, dəfələrlə məhkəmə iclaslarından yayındığı üçün barəsində məcburi gətirmə, axtarış və həbsli axtarış barədə qərarların çıxarılmasını, zərərçəkmiş şəxslərin eini zamanda mülki iddiaçıların sonuncuya ağır cəza verilməsini məhkəmədən xahiş etmələrini, habelə yüngülləşdirici halları və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməli və sonuncunun şübhəli şəxs qismində tutulduğu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 02 (iki) gün və axtarışda olan şəxs kimi tutulduğu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2022-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə zərərçəkmiş şəxslər və mülki iddiaçılar Ş.Ə.Əsədova və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddiaların dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddialar qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə mülki iddia qismən təmin edilməli və vurulmuş maddi zərərə görə 11.381 (on bir min üç yüz səksən bir) manat 15 (on beş) qəpik və mənəvi zərərə görə 300 (üç yüz) manat məbləğində pul vəsaiti mülki cavabdeh - Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Ş.Ə.Əsədovaya və vurulmuş maddi zərərə görə 7.656 (yeddi min altı yüz əlli altı) manat 79 (yetmiş doqquz) qəpik və mənəvi zərərə görə 300 (üç yüz) manat məbləğində pul vəsaiti mülki cavabdeh - Təqsirləndirilən şəxs tutularaq digər zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, mülki iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəməyə hüquqi yardımın göstərilməsi ilə bağlı zərərçəkmiş şəxslər və mülki iddiaçılar tərəfindən vəkilə ödəniş edilməsini təsdiq edən heç bir mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə maddi sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 354.1, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2021-ci il tarixdən xx.xx.2021ci il tarixədək, axtarışda olan şəxs kimi tutulduğu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni ümumilikdə 04 (dörd) gün müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 12 may 2022-ci il tarixdən hesablansın. İş üzrə mülki iddia qismən təmin edilsin və vurulmuş maddi zərərə görə 11.381 (on bir min üç yüz səksən bir) manat 15 (on beş) qəpik və mənəvi zərərə görə 300 (üç yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı X6 ödənilsin. İş üzrə mülki iddia qismən təmin edilsin və vurulmuş maddi zərərə görə 7.656 (yeddi min altı yüz əlli altı) manat 79 (yetmiş doqquz) qəpik və mənəvi zərərə görə 300 (üç yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No **********1100204111, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə maddi sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar