Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-105/2020 25.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu ödənilməmiş, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talayıb, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla, soyğunçuluq etmişdir. Belə ki, o, qəsdən tamah niyyəti ilə özgənin əmlakını talamaq məqsədilə xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində ünvan 2 saylı ünvanda yerləşən “Kəhraba” adlı kafedə tanışı Zərərçəkmiş şəxs Bəhram oğlu ilə birlikdə spirtli içki qəbul edərkən, sonuncunun kafedə ofisiant işləyən Şahid1 Bəhmən qızına enerji yığması üçün vermiş olduğu özünə məxsus içərisində 4 manat dəyərində ********** GS.V1 mobil nömrə olan 330 manat dəyərindəki "Samsung” markalı “SM-A505 FN/DS” modelli **********58189 və **********58187 İMEİ kodlu mobil telefonu sahibinə aparacağı adı ilə ondan götürməsindən sonra, Şahid1 onun hüquqazidd xarakterli əməl törətdiyini başa düşərək telefonu geri verməsini tələb etməsinə, həmçinin Zərərçəkmiş şəxs də özünə məxsus mobil telefonu geri qaytarması ilə əlaqədar çağırışlarına məhəl qoymayaraq, şüurlu və aşkar surətdə törətdiyi əməlin ətrafdakı şəxslər tərəfindən hüquqazidd xarakterli olmasını anlayaraq, həmin çağırışlara məhəl qoymayıb, hadisə yerindən qaçaraq uzaqlaşmış və Zərərçəkmiş şəxs məxsus əmlakı açıq yolla talayıb ona ümumilikdə 334 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, əvvəllər də cinayət törətdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə bir neçə dəfə məhkum olunmuş və barəsində azadlıqdan məhrum etmə cəzası seçilmişdir. Zərərçəkmiş şəxs ilə sonuncu dəfə cəza çəkdiyi cəzaçəkmə müəssisəsində tanış olmuşlar. Həmin vaxtdan da onunla münasibətləri yaranmışdır. Münasibətləri normal olmuş, aralarında düşmənçilik və ya hər hansı bir ədavət olmamışdır. xx.xx.2020-ci il il tarixdə təxminən saat 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “28 may” metrostansiyasının yaxınlığında olan zaman Zərərçəkmiş şəxs təsadüfən orada görmüşdür. Onunla bir qədər gəzib söhbət etdikdən sonra qərara gəlmişlər ki, səhəri gün yəni, xx.xx.2020-ci tarixdə saat 19-20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Səməd Vurğun” bağının yaxınlığında yerləşən “Kəhraba” adlı kafeyə gedib yemək yeyib bir qədər spirtli içki qəbul etsinlər. Danışdıqları kimi həmin gün İsmayılla “Kəhraba” kafesinə getmişlər və orada olan kabinetlərin birində əyləşib yemək yeyib spirtli içki qəbul etmişlər. Bir qədər spirtli içki qəbul etdikdən sonra İsmayıl kafenin dəhlizində olan “bar” masasının yanında özünə məxsus “Samsung” markalı, “SM-A505 FN/DS”modelli mobil telefonunu enerji yığmağa qoymuş və telefonu orada çalışan ofisiant qadına tapşırmışdır. İsmayıl mobil telefonunu enerji yığmağa qoyub geri qayıtdıqdan, o İsmayılın mobil telefonunu oğurlamaq qərarına gəlmişdir. Təxminən 20 dəqiqədən sonra oturduğu stoldan ayağa qalxmış, İsmayıla tez bir zamanda geri qayıdacağını bildirmişdir. Bundan sonra, kabinetdən çıxaraq bar masasına yaxınlaşmış və orada çalışan əvvəllər tanımadığı qızdan İsmayılın mobil telefonunu götürüb cibinə qoymuşdur. Daha sonra, bar masasının yanında dayanıb guya telefonla danışırmış kimi özünü göstərib iti addımlarla oradan uzaqlaşmağa başlamışdır. Həmin vaxt kafedə çalışan qız onu səsləyərək “telefonu hara aparırsan, geri qaytar” sözlərini demişdir və o, buna məhəl qoymamışdır. Elə həmin vaxt tanışı İsmayıl da kabinetdən çıxaraq onun ardı ilə qaçmış və telefonu geri qaytarmağını tələb etmişdir. Lakin İsmayılın və ofisiant qızın ucadan çağırışlarına məhəl qoymayaraq daha da sürətli qaçıb oradan uzaqlaşmışdır. Bir gün sonra Bakı şəhəri, Nizami rayonu Neftçilər metrosu yaxınlığında yerləşən əvvəllər tanımadığı mobil telefonların alqı-satqısı mağazalarının birinə daxil olmuş və orada işləyən adının sonradan Məhəmmədəli olduğunu bildiyi satıcıya “Samsung" markalı, “SM-A505 FN/DS“modelli mobil telefonu göstərib satmaq istədiyini demişdir. Məhəmmədəli mobil telefona baxıb ekranının qırıq olduğunu bildirmiş və 50 manat pul təklif etmiş, o da sonuncu ilə razılaşmış və heç bir sənəd vermədən mobil telefonu ona 50 manata satmışdır. Eyni zamanda, telefonun cinayət yolu ilə əldə olunduğunu da Məhəmmədəliyə bildirmişdir. Bundan sonra, mağazadan çıxıb getmişdir. Əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Hal-hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini, telefonun sahibinə qaytarıldığını, əməlini etiraf edərək səmimi peşman olduğunu bildirərək, məhkəmədən həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs iştirakının təmin edilməsi üçün ona məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəməyədək istintaq dövründə dindirilmiş və məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən edildi ki, o,daha öncə Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə məhkum olunmuşdur. xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda “28 may” metrosu yaxınlığında cəzaçəkmə müəssisəsindən tanıdığı Təqsirləndirilən şəxs görmüşdür. O, sonuncuya yaxınlaşaraq qonaqlıq vermək istədiyini bildirmişdir, lakin həmin vaxt işi olduğu üçün onunla razılaşmamış, ona mobil nömrəsini vermişdir və onlar ayrılaraq oradan uzaqlaşmışlar. Növbəti gün, yəni xx.xx.2020-ci il tarixdə Əlihüseyn “VVhatsap” sosial şəbəkəsi vasitəsi ilə yazaraq, görüşmək istədiyini bildirmişdir. Həmin gün axşam saat 20:00 radələrində Əlihüseyn ilə görüşüb, Nəsimi rayonu ərazisində yerləşən, “Kəhraba” adlı kafeyə getmişlər. Orada kabinetlərdən birində, onunla əyləşib spirtli içki olan pivə qəbul etmişlər. Bir müddət oturduqdan sonra kabinetdən çölə çıxıb, özünə məxsus “Samsung” markalı, “SM-A505 FN/DS” modelli mobil telefonunu enerji yığması üçün orada işləyən ofisiant qadına vermişdir ki, adapter ilə telefonu cərəyana taxsın və ona bildirmişdir ki, telefonundan muğayat olsun. Daha sonra kabinetə qayıtmışdır. Əlihüseynlə bir müddət oturduqdan sonra, Əlihüseyn ayaqyoluna getmək üçün kabineti tərk etmişdir. Daha sonra ofisiant qadının uca səslə qışqırması səbəbindən çölə çıxmışdır, qadın bildirmişdir ki, Əlihüseyn telefonu götürüb qaçmışdır. Əlihüseyn hələ kafedə olarkən onu qadınla birlikdə səsləmişlər, lakin o buna məhəl qoymamış və qaçaraq getmişdir. Onun ardı iİə çölə çıxmış yenə onu səsləmişdir, lakin o eşidib məhəl qoymayaraq “Səməd Vurğun” parkı istiqamətinə qaçmış və gözdən itmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 Bəhmən qızı verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Hadisə baş verən vaxt təxminən iki aya yaxın olardı ki, Nəsimi rayonu, Səməd Vurğun parkının yanında yerləşən “Kəhraba” kafesində ofisiant olaraq çalışırmış. xx xxxxxx 2020-ci il tarixdə axşam saat 20:00 radələrində kafedə olduğu zaman iki nəfər şəxs kafeyə gələrək kabinetlərin birində əyləşmişlər. Kabinetdə bir müddət əyləşib spirtli içki qəbul etdikdən sonra həmin şəxslərdən biri özünə məxsus mobil telefonu vermişdir ki, telefonu cərəyana taxsın və telefona nəzarət etsin ki, kimsə götürməsin. Təxminən 10 dəqiqə keçdikdən sonra kabinetdə əyləşən digər şəxs telefonu ondan istəmiş və dostuna lazım olduğunu bildirmişdir. Telefonu həmin şəxsə verdikdən sonra o, telefonu arxa cibinə qoymuş və bu da onda şübhə yaratmışdır. Həmin şəxs digər telefonu öz qulağına tərəf apararaq guya danışırmış kimi özünü göstərmiş və yavaş addımlarla kafenin çıxış qapısına doğru hərəkət etməyə başlamışdır. O həmin şəxsə telefonu qaytarmasını bildirərək onu səsləmiş, cavabında isə həmin şəxs telefonu qaytaracağını bildirmişdir. Bu zaman qışqırmağa başlamış, kabinetdə əyləşən digər şəxs də kabinetdən çıxıb onun ardı ilə onu səsləmiş və onun arxası ilə qaçmışdır. Həmin şəxs sonuncuların səsini eşidərək, çağırışlarına məhəl qoymamışdır və kafeni tərk edərək Səməd Vurğun parkına doğru hərəkəl edərək, gözlə görünən məsafədən itmişdir. Məhkəməyədək istintaq dövründə dindirilmiş və məhkəmə iclasında iştirak etməyən şahid X3 tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, müəyyən səbəbə görə məhkəmə iclasında iştirak edə bilmir və cinayət işi ilə bağlı şahid qismində istintaq vaxtı verdiyi ifadəsini təsdiq edir. X2fadəsi elan olunmaqla tədqiq edildi və müəyyən edildi ki,o, təxminən 5 ilə yaxındır ki, Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrosu yaxınlığında yerləşən Uğur 2 telefon satışı mağazasını icarə əsasında işlədir. xx.xx.2020-ci il tarixdə saat təxminən 22 radələrində bir nəfər tanımadığı şəxs telefon mağazasına gələrək ‘'Samsung” markalı, “SM-A505 FN/DS”modelli mobil telefonu satmaq istədiyini bildirmişdir. O həmin telefona baxmışdır, telefonun ekranında cızıq olduğu və telefon kodda olduğu üçün telefonun oğurluq olub-olmamasını həmin şəxsdər soruşmuşdur. O, telefonun cinayət yolu ilə əldə olduğunu bildirmişdir. Bu səbəbdən telefonu 50 manat qiymətinə dəyərləndirmişdir. Həmin şəxsə 50 manat pulu vermiş və hər ehtimala qarşı ondan 1-2 gün ərzində şəxsiyyət vəsiqəsini təqdim etməsini tələb etmişdir. Həmin telefonu həmin gündən özü istifadə etmişdir. Həmin gündən bir neçə gün keçsə də, Əlihüseyn vəsiqəsini gətirməmişdir. Daha sonra polis şöbəsindən zəng edərək həmin telefonun cinayət yolu ilə əldə olunduğunu bildirmişlər. Həmin telefonu polis şöbəsində olarkən könüllü təqdim etmişdir. İlk dəfə idi ki, belə bir telefon alırmış, daha öncə belə bir hərəkət etməmişdir, əməlindən peşmandır. İş materiallarında olan əşyanın könüllü olaraq təqdim edilməsi, baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, X3 tərəfindən izahatında göstərdiyi Samsung A50 markalı **********58189 və **********58187 imei kodlu mobil telefon könüllü olaraq araşdırmaya təqdim edildi. Sadalanan əşya araşdırma zamanı əlavə yoxlanılması üçün X1 götürüldü. Əşyaya baxış keçirildi mobil telefon Samsung A50 markalı mobil telefondur, qara rənglidir, işlək vəziyyətdədir. Mobil telefonun təkrar olaraq imei kodu yoxlanıldı. Qeyd edilən mobil telefonun imei kodları xx xxxxxx 2020-ci il tarixdə vətəndaş X4 məxsus tanışı Əlihüseyn İmamveriyev tərəfindən talanan mobil telefonun imei kodları ilə eynilik təşkil edir (i/v 34). İş materiallarında olan soyğunçuluq hadisəsini özündə əks etdirən bir ədəd CD diskə məhkəmə iclası zamanı baxış keçirilərkən aydın oldur ki, Təqsirləndirilən şəxs sol əli ilə qulağına tutduğu telefonla danışaraq, kafedə çalışan Şahid1 yaxınlaşır. Şahid1 daha öncə tanışı Zərərçəkmiş şəxs verdiyi mobil telefonu götürür və çıxışa doğru qulağında digər telefonla hərəkət edir. Şahid1 onun törətdiyi əməli dərk edərək onu çağırı və ardı ilə qaçır, bu zaman Təqsirləndirilən şəxs dönərək geriyə baxır, lakin çağırışlara məhəl qoymayaraq qaçır. Kafedə olan digər şəxslər də, Təqsirləndirilən şəxs ardı ilə qaçır. İş materiallarında olan maddi sübutun tanınması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd Samsung A50 markalı **********58189 və **********58187 imei kodlu mobil telefon maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur (i/v127-128). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 952 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd Vyetnamda istehsal edilmiş, Samsung markalı, SM-A505 FN/DS modelli mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarlarının olmaması və istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 330,00 manat, ********** saylı GSM danışıq nömrə kartı nəzəri qaydada 4,00 manat müəyyən olunur (i/v 144-146). İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, baş vermiş soyğunçuluq hadisəsinin görüntüləri olan 01 ədəd CD diskin iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi barədə qərar qəbul olunmuşdur. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, istintaq sənədlərində olan “Samsung” markalı mobil telefonun “A50” modeli sözünün “SM-A505 FN/DS” modeli sözü kimi oxunmasının nəzərə alınması barədə qərar qəbul olunmuşdur (i/v 169-177). İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Samsung markalı, SM-A505 FN/DS modelli **********58189 və **********58187 imei kodlu mobil telefonun maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi və ibtidai istintaqın yekununda sahibinə geri qaytarılmasının nəzərə alınması barədə qərar qəbul olunmuşdur (i/v 169-177). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X6 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan və Bakı şəhəri Xətai rayon məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmündən görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i/v 125-126, 132- 139). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(006)-24/2020 saylı qərarı ilə barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 81-82, 118-122). İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə özünə məxsus Samsung markalı “SM-A505 FN/DS modelli **********58189 və **********58187 imei kodlu mobil telefonu Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi X5 təhvil almışdır (i/v 184). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsüf edilmişdir və o törətdiyi cinayətə görə cəza almalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşiman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi xx xxxxxxxx 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan 01 ədəd Samsung markalı “SM-A505 FN/DS modelli **********58189 və **********58187 İMEİ kodlu mobil telefonun sahibinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi 5 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-105/2020 saylı, xx.xx.2020-ci il tarixli qərara əsasən xx.xx.2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 22 (iyirmi iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd Samsung markalı “SM-A505 FN/DS modelli **********58189 və **********58187 İMEİ kodlu mobil telefonun sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X7 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat və həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-105/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-105/2020
25.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver