Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-105/2023 01.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlu, məhkəmə iclasının katibi X6, xüsusi ittihamçı - X14 nümayəndəsi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs - X8, müdafiəçilər - Fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi3 və Müdafiəçi2 iştirakları ilə, 13 oktyabr 1973-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsili, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: X18 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, X18 “Facebook” sosial şəbəkəsində “Leyla Arif” adı ilə çıxış edir. 30 iyun 2022-ci il tarixdə “Facebook” sosial şəbəkəsində, “Fuad Cəlilov” adlı bir “Facebook” istifadəçisinin yazdığı bir statusunun (sosial şəbəkədə paylaşılan qısa yazı, yorum) altında, tarix və coğrafiya mövzusunda fikir mübadiləsi və mədəni diskusiya əsnasında sosial şəbəkədə “siyasətçi” kimi özünü təqdim edən Gültəkin Hajibəyli onu nəzərdə tutaraq “Leyla Arif separatçıdır, ksenofobdur” - yazaraq, onu “separatçılıq”da və “ksenofobiya”da ittiham etmişdir. “Separatçı” və “ksenofob” ittihamlarını o, Azərbaycan Respublikasının vətəndaşı olaraq özünə qarşı böhtan hesab edir. Bununla vətəndaş Gültəkin Hacıbəyli onun Azərbaycan Respublikasının vicdanlı vətəndaşı olmağını şübhə altna almış, bir vətəndaş olaraq onu mənəvi cəhətdən alçaltmış, ona publik olaraq (bütün Azərbaycan ictimaiyyəti qarşısında) ağır mənəvi zərər vurmuşdur. Odur ki, “separatçı” və “ksenofob” kimi ifadələri şəxsinə ağır böhtan hesab edərək, vətəndaşı olduğu dövlətin hüquq müdafiə vasitələrindən istifadə etməklə hüquqlarının bərpasına nail olmaq istəyir. Gültəkin Hacıbəyli onun barəsində işlətdiyi “separatçı” və “ksenofob” sözləri ilə onu ağır cinayət törətməkdə publik olaraq ittiham etmişdir. Hüquq nəzəriyyəsi “separatizm”ə belə bir anlayış verir ki, “Separatizm istənilən formada dövlətin və cəmiyyətin fundamental əsaslarını sarsıtmaqla, ölkənin ərazi bütövlüyünə və milli təhlükəsizliyinə ciddi təhlükə mənbəyi ola bilən fəaliyyətdir. Belə fəaliyyətlə məşğul olan şəxs isə “separatçı” hesab edilir”. Ksenofobiya isə bir insanın hansısa şəkildə özündən fərqli olan insanlardan qorxmasına və nifrət etməsinə verilən addır. Ksenofobiyanın ən geniş yayılmış forması irqçilik hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyində “separatizm” və “ksenofobiya” ilə bağlı dünyada ümümqəbuledilən məsələlər öz əksini tapmışdır. Belə ki, AR-nın Cinayət Məcəlləsinin 281.1-ci maddəsində nəzərdə tutulan mətn: “281.1. Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma” “separatizmin” normativ təsbitidir. “Ksenofobiya” isə özünün normativ təsbitini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 111-ci (“İrqi ayrıseçkilik (aparteid)) və 283-cü (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrində tapmışdır. Cinayət Məcəlləsinin 15-ci maddəsinə görə CM-nin 281.1 və 283-cü maddələrində nəzərdə tutulan cinayət az ağır, CM-nin 111-ci maddəsində nəzərdə tutulan cinayət isə ağır cinayət hesab edilir. Bununla müəyyən olunur ki, vətəndaş Gültəkin Hacıbəyli onu “separatçı və ksenofob” adlandırmaqla onu ağır cinayət törətməkdə ittiham etmişdir. Beləliklə, Gültəkin Hacıbəyli onu ağır cinayət törətməkdə ittiham etməklə CM-nin 147.2-ci maddəsində nəzərdə tutulan - Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma - əməlini ona qarşı törətmişdir. Xüsusi ittiham qaydasında bu şikayət CPMnin tələbləri (m. 293) və “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarı əsas götürməklə tərtib edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin adı çəkilən Qərarında deyilir ki, “insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hərhansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Vətəndaş Gültəkin Hacıbəyli onu sosial şəbəkədə publik olaraq “separatçı və ksenofob” adlandırmaqla ona ağır böhtan atmış, onun şərəf və ləyaqətini alçaltmışdır. Gültəkin Hacıbəyli ona qarşı CMnin 147.2-ci maddəsində nəzərdə tutulan (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) əməli törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmişdir. Məhkəmə istintaqı zamanı barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, özünə qarşı verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə ittihamı rədd edir və X14 fəaliyyətinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasların olduğunu bildirir. O, X18 barəsində “separatçı” və “ksenofob” sözlərini qeyd etsə də, həmin sözləri sonuncunun fəaliyyətinə uyğun olaraq siyasi dəyərləndirmə mənasında “Facebook” sosial şəbəkəsində yazmışdır. Bütün dünya mətbuatında İspaniyada yaşayan “basklar və “katalonlar” barəsində “separatçılar” deyə yazılar qeyd olunur, lakin bu sözlərə görə heç kimi məsuliyyətə cəlb etmirlər. Çünki qeyd olunanlar hüquqi ittiham deyil, yalnız siyasi dəyərləndirmədir. Belə ki, o, X14 fəaliyyətini siyasi baxımdan “separatçılıq”, həmçinin “ksenofobiyanın” bir növü olan “türkofobiya” kimi qiymətləndirmişdir. Ona qarşı Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma əməlinə uyğun olaraq, irqçilik (aparteid) ittihamı irəli sürülmüşdür. Halbuki, irqçilik cinayəti Cənubi Afrikada “ağ dəri”li insanlarla “qara dəri”li insanlar arasında olan münaqişəyə uyğun olaraq törədilmiş cinayət olmuşdur. Lakin hər kəsin bildiyi kimi soyqırım, etnik təmizləmə, aparteid tipli cinayət əməlləri milli yurisdiksiyada deyil, beynəlxalq tribunal yaradılmaqla cinayət əməllərinə hüquqi qiymət verilir. Belə ki, bu tipli cinayət əməllərinə sonuncu dəfə Rusiyanın Ukraynaya qarşı apardığı hərbi əməliyyatlara uyğun olaraq beynəlxalq tribunalda baxılmışdır. Həmçinin xüsusi ittihamçı şikayət ərizəsində Azərbaycan Respublikası ərazisində qeydiyyatda olmaqla yaşadığını qeyd etsə də, xüsusi ittihamçı 10 ildən çox müddətdir ki, Türkiyə Respublikasında yaşayır. X18 şikayət ərizəsində işsiz şəxs olduğunu qeyd etmişdir. Belə olduğu halda, xüsusi ittihamçı bəşəriyyət əleyhinə olan “aparteid” cinayətinin subyekti ola bilməz. Belə ki, bu tipli cinayət əməlinin subyekti vəzifəli şəxs, hakimiyyət nümayəndəsi olmalıdır. Azərbaycan Respublikası ərazisində yaşayan türk, tatar, ləzgi və digər millətin nümayəndələri “ağ dərili” insanlardan ibarət olduğundan hərhansı irqçilikdən söhbət gedə bilməz. O, X5 dəyərləndirməsinə uyğun olaraq ittiham etsə də, həmin şəxsin özünün fəaliyyəti təhlükəli xarakter daşımışdır. Bundan əlavə, X18 Azərbaycan Respublikasında separatçılığın nümayəndəsi olmuş Ələkrəm Hümbətovdan silsilə müsahibələr almış və həmin müsahibədə “separatçılıq və Talış-muğan respublikasının Azərbaycan Respublikasında yaranması tarixi zərurət idi” ifadəsi qeyd edilmiş, həmin zərurətin də yaranmasına səbəb kimi Naxçıvan Muxtar Respublikasına muxtariyyət statusunun verilməsi ilə əlaqələndirmişdir. Halbuki, Naxçıvan Muxtar Respublikasına muxtariyyət statusunun verilməsinə səbəb ərazicə Azərbaycan Respublikasından kənarda yerləşməsi olmuşdur. X18 qanunlarla və etdiyi əməllərlə separatçılığı təsdiq olunmuş şəxsə haqq qazandırmış və bunu zərurətdan yaranmış əməl kimi qiymətləndirmişdir. Bundan əlavə, kimsə özünə “türk” deyirsə bu onun haqqıdır və yaxud kimsə özünə “talış” deyirsə, bu da onun haqqıdır, lakin hər bir millətin nümayəndəsi digər millətin nümayəndəsinə hörmət etməlidir. Hər kəsin milli kimliyinə hörmət olunmalıdır, lakin X18 bu tələbə riayət etməmişdir. Gültəkin Hacıbəylinin fəaliyyəti isə hər bir millətin nümayəndəsinə qarşı hörmət etməkdən ibarət olmuşdur, belə ki, bütün millətlərin nümayəndələrindən ölkəmizin bütövlüyü uğrunda şəhidlər olmuşdur. O da siyasi fəaliyyətində hər zaman bunu nəzərə alaraq, qeyd olunan məsələyə həssaslıqla yanaşmışdır. Azərbaycan Respublikası hər zaman tolerant ölkə olmuş və milli-etnik zəmində ölkədə hər zaman sabitlik olmuşdur. Onun üçün Azərbaycan dövlətinin maraqları hər şeyin fövqündə olduğundan onun barəsində qəbul ediləcək hər hansı cəza X14 fəaliyyətinə verilmiş yüksək qiymət olacaqdır. Halbuki, xüsusi ittihamçının ümumi fəaliyyəti bunu təkzib edir. Ümumiyyətlə, onun barəsində qəbul ediləcək hər hansı ittiham hökmü azərbaycan xalqına, Azərbaycan dövlətinə və hakimiyyətə qarşı ittiham kimi qiymətləndirilə bilər. Qeyd olunanların nəzərə alınaraq, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X14 nümayəndəsi Müdafiəçi1 yazılı izahat təqdim etdi və ona uyğun bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs olan X18 “Facebook” sosial şəbəkəsində Leyla Arif adı ilə çıxış edir. 30 iyun 2022-ci il tarixdə “Facebook” sosial şəbəkəsində, “Fuad Cəlilov” adlı bir “Facebook” istifadəçisinin yazdığı bir statusunun altında, tarix və coğrafiya mövzusunda fikir mübadiləsi və mədəni diskusiya əsnasında sosial şəbəkədə “siyasətçi” kimi özünü təqdim edən Gültəkin Haсıbəyli müvəkkilini nəzərdə tutaraq “Leyla Arif separatçıdır, ksenofobdur” - yazaraq, onu “separatçı”lıqda və “ksenofobiya”da ittiham etmişdir. “Separatçı” və “ksenofob” ittihamları şəxsə qarşı böhtan hesab edilir. Bununla da, vətəndaş Gültəkin Hacıbəyli xüsusi ittihamçının Azərbaycan Respublikasının vicdanlı vətəndaşı olmağını şübhə altna almış, bir vətəndaş olaraq onu mənəvi cəhətdən alçaltmış, ona publik olaraq ağır mənəvi zərər vurmuşdur. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Gültəkin Hacıbəylinin müvəkkili barəsində dediyi ifadələr yanlışdır. Belə ki, Leyla Böncü uzun müddət öz vətənində yaşamış, daima ölkənin qayda-qanunlarına riayət etmiş, artıq iki ildən artıqdır ki, qardaş Türkiyə Respublikasında yaşayır. Orada da türkçülüyün təbliğinə çalışır, türk xalqının siyasi və mədəni həyatında aktiv iştirak edir. Belə ki, göründüyü kimi məhkəmə zalında da Gültəkin Hacıbəyli müvəkkilini ittiham etməyə çalışır. Bununla da, dolayı yolla öz etdiyi cinayəti etiraf edir. Bundan başqa, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Gültəkin Hacıbəyli etdiyi ittihamlara siyasi don geyindirməyə çalışaraq, “separatçı” ifadəsini siyasi mənada işlətdiyini qeyd etmiş, bununla özünü müdafiə etməyə çalışmışdır. Lakin, “separatçı” siyasi mənada işlədilsə belə, bu qeyri-etik sayılır və şəxsin şərəf və ləyaqətini alçaltmağa xidmət edir. Belə ifadənin publik olaraq bir çox insanların istifadə etdiyi “Facebook” sosial şəbəkəsində işlədilməsi isə onun yayılması anlamına gəlir. Bu isə özü-özlüyündə Gültəkin Hacıbəylinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulan (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) əməli törətdiyini sübut edir. Bundan əlavə, hüquq nəzəriyyəsində “separatizm”ə belə bir anlayış verilir: Separatizm istənilən formada dövlətin və cəmiyyətin fundamental əsaslarını sarsıtmaqla, ölkənin ərazi bütövlüyünə və milli təhlükəsizliyinə ciddi təhlükə mənbəyi ola bilən fəaliyyətdir. Belə fəaliyyətlə məşğul olan şəxs isə “separatçı” hesab edilir. Göründüyü kimi, Gültəkin Hacıbəyli müvəkkilini ağır və xüsusilə ağır cinayətdə ittiham edir. Hesab edir ki, məhkəmənin icraatında ittihamı sübut edəcək kifayət qədər sübutlar vardır. Şəxsin etdiyi hərəkətlərdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Buna görə də, Gültəkin Hacıbəyli barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın təyin edilməsi barədə hökm çıxarılmasını xahiş edir. İş materiallarında olan “Facebook” sosial şəbəkəsində paylaşılan “yorum” adlanan qısa yazının surətindən görünür ki, “Gultakin Hajibayli” adlı sosial şəbəkə istifadəçisi “Leyla Arif” adlı sosial şəbəkə istifadəçisinin barəsində aşağıdakıları yazmışdır: Fuad Jaliloff, sizi böhtan attdığınıza görə dostluğumdan çıxara bilərəm
1. Bütün Azərbaycanlıların türk olduğunu harada demişəm? Sübut edin.
2. İrana nə vaxt və harada torpaq iddiası qoymuşam? Sübut edin. Edə bilməyəcəksinizsə, üzr istəyin. Leyla Arif separatçıdır, ksenofobdur, onun təsiri altındasınızsa, sözüm yoxdur.(i/v 4). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-401/2022 saylı, 21 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X14 xüsusi ittiham qaydasında şikayəti məhkəmənin icraatına qəbul edilmişdir.(i/v 27-28). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-401/2022 saylı, 10 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, 13 oktyabr 1973-cü ildə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X8 barəsində axtarış elan edilmiş, qərarın icrası Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə tapşırılmış və iş üzrə icraat dayandırılmışdır.(i/v 46-47). İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd nəzarəti rəisinin birinci müavini Azad Qasımov tərəfindən Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış 11 noyabr 2022-ci il tarixli, 33/4418 nömrəli məktubdan görünür ki, X2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında sonuncunun 03 sentyabr 2022-ci il tarixdə ölkədən çıxış etməsi barədə məlumat qeydə alınmışdır. (i/v 57). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin rəis müavini Anar Məmmədov tərəfindən Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış 30 noyabr 2022-ci il tarixli, 082-44053-1212 nömrəli məktubdan görünür ki, X8 30 noyabr 2022-ci il tarixdə, saat 06:30 radələrində Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarından təhvil alınaraq, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə gətirilmişdir.(i/v 58). İş materiallarında olan 30 noyabr 2022-ci il tarixli “Axtarışda olan şəxsin yaxalanması barədə” protokoldan görünür ki, X8 30 noyabr 2022-ci il tarixdə, saat 06:30 radələrində Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarından təhvil alınaraq, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə gətirilmişdir.(i/v 59). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-401/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qərarından görünür ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə icraat təzələnmişdir.(i/v 63). İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəis müavini Vəli Qocayev tərəfindən Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış 13 dekabr 2022-ci il tarixli, 012-35462-1222 saylı məktubdan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü X2 Azərbaycan Respublikasının ərazisində cinayət təqibi və ya məhkumluğu barədə DİN-nin müvafiq uçotlarında məlumat yoxdur.(i/v 109). Məhkəmə istintaqı zamanı “Facebook” sosial şəbəkəsində paylaşılan “yorum” adlanan qısa yazının surətinə keçirilmiş baxış zamanı “Gultakin Hajibayli” adlı sosial şəbəkə istifadəçisi tərəfindən “Leyla Arif” adlı sosial şəbəkə istifadəçisinin barəsində “separatçıdır, ksenefobdur” sözlərinin yazıldığı müəyyən olunmuşdur. Məhkəmə xüsusi ittiham qaydasında şikayətdə göstərilənləri təqdim edilmiş sübutlar, tərəflərin göstərdiyi hallar əsasında tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, X2 hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi yoxdur və ona bəraət verilməlidir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Böhtan işlərinin ən çətin tərəfi böhtan atan şəxsin yalan yaydığını bildiyini sübut etməkdir. Əgər bu sübuta yetirilməzsə, inzibati məsuliyyət, mənəvi zərərin ödənilməsi mümkündür, lakin cinayət təqibi mümkün deyil. Böhtan əlamətlərini müəyyən etmək üçün zərərçəkmiş haqqında yayılan yalan məlumatın onun şərəf, ləyaqət və nüfuzunu ləkələməsi lazımdır. Yayılan məlumat yalan da olsa, qurbanı rüsvay etmirsə, böhtan yoxdur. Qanunda açıq şəkildə göstərilir ki, məhkumluq fərziyyələrə əsaslana bilməz və yalnız o şərtlə çıxarılır ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin cinayət törətməkdə təqsiri məhkəmə tərəfindən tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edilsin. Buradan belə nəticə çıxır ki, böhtana məhkəmə-hüquqi qiymət verilməsi təkcə cinayət qanunu normalarının ifadəsini deyil, həm də onun əsaslandırılmasını nəzərdə tutur. Məhkəmə göstərməlidir ki, böhtanı niyə belə tövsif etmişdir. Məhz hökmün tərtib edilməsi mərhələsində məhkəmə təqsirləndirilən şəxsin niyyəti ilə bağlı nəticə çıxarmalıdır. Böhtan yalnız birbaşa qəsdən törədildiyi üçün hökmdə müttəhimin bilavasitə niyyəti olduğunu göstərən halların məcmusuna istinad etmək lazımdır. Başqa sözlə, niyyət cinayətin baş verməsi hallarının məcmusu ilə sübuta yetirilir. Bütövlükdə təqsirləndirilən şəxsin təqsiri və ya irəli sürülən ittihamın ayrı-ayrı epizodları, təqsirinin forması, cinayətin törədilməsində iştirak dərəcəsi və xarakteri, vicdanlı yanılma da daxil olmaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar və s. kimi aradan qaldırılması mümkün olmayan şübhələr yarandıqda, onlar müttəhimin lehinə şərh edilməlidir. İttihamın dəstəklənməsi təkcə məhkəmə iclasında iştirakla məhdudlaşmır, bütün məhkəmə prosesi boyu həyata keçirilir. Yuxarıda deyilənlərin məna və mahiyyətindən çıxış edərək, şəxsin təqsirini sübut etmək, yəni qəsdi və bildiyini sübut etmək vəzifəsi xüsusi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma—min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). “Facebook” sosial şəbəkəsində paylaşılan “yorum” adlanan qısa yazıda böhtan cinayətinin olub-olmamasına münasibətdə məhkəmə hesab edir ki, CM-nin 147.2-ci maddəsinin tərkibinin yaranması üçün şəxs konkret olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsində göstərilmiş hər hansı bir ağır və ya xüsusilə ağır cinayətdə ittiham edilməlidir. Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Gültəkin Hacıbəylinin “Facebook” sosial şəbəkəsində istifadə etdiyi “Leyla Arif separatçıdır, ksenofobdur” sözləri cinayət məsuliyyəti yaratmır. Belə ki, “separatizmə” verilən anlayışa əsasən istənilən formada dövlətin və cəmiyyətin fundamental əsaslarını sarsıtmaqla, ölkənin milli təhlükəsizliyinə ciddi təhlükə mənbəyi ola bilən fəaliyyət separatizm hesab olunur. X10 qeyd etdiyi “separatçı” onun xüsusi ittihamçının fəaliyyətinə uyğun olaraq verdiyi siyasi dəyərləndirmədir. Məhkəmə Gültəkin Hacıbəylinin xüsusi ittihamçı barəsində qeyd etdiyi “separatçı” sözünün separatizmlə əlaqəli mənasında ifadə edilməsini istisna edir. Qeyd olunan hal isə Gültəkin Hacıbəylinin “Separatçı” sözünə görə cinayət məsuliyyətinə cəlb edilməsini istisna edir. Bundan əlavə, “ksenofobiya” şəxsin əcnəbilərdən ya da başqa bir şəkildə özündən fərqli olan insanlardan qorxmasına və nifrət etməsinə verilən addır. “ksenofobiya”nın ən geniş yayılmış forması isə irqçilik hesab edilir. Şikayətçi öz ərizəsində “ksenofobiya”nın normativ təsbiti olaraq CM-nin 111-ci (“iriq ayrıseçkilik (aparteid)) və 283cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrini qeyd etsə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, Gültəkin Hacıbəyli “ksenofob” sözünü irqiayrıseçkilik mənasında işlətməmiş (məhkəmə iclasında təkzib edərək), X14 ümumi fəaliyyətinə siyasi qiymət verməklə yazmışdır. Bundan əlavə, Gültəkin Hacıbəylinin siyasi dəyərləndirməsi olaraq qeyd etdiyi “separatçı” və “ksenofob” sözlərinə görə CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi onun fikir azadlığının pozulması kimi nəticələnə bilər. Böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir : məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması ; həmin məlumatın doğru olmaması ; belə məlumatların yayılması ; Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barədə mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə onun həqiqətə uyğun olmaması başa düşülür. Məlumatı yayma dedikdə başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Məhkəmə qeyd edir ki, “Facebook” sosial şəbəkəsində Gültəkin Hacıbəyli tərəfindən X14 şərəfini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakıların yanında nüfuzdan salan məlumatlardan istifadə edilməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, “Facebook” sosial şəbəkəsində Gültəkin Hacıbəyli tərəfindən yazılmış fikirlərdə böhtan cinayətinin də tərkibi olmamış və sübuta yetirilməmişdir. Digər tərəfdən, məhkəmə qeyd edir ki, faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Xüsusi ittihamçının böhtan hesab etdiyi sözləri və ya cümlələri Gültəkin Hacıbəyli fikir kimi səsləndirmiş, bu baxımdan həmin fikirlərin həqiqətə uyğun olubolmamasını sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Avropa Konvensiyasının 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Məhkəmə böhtan sayıla biləcək bəyanatların doğruluğunun sübut edilməsi məsələsi ətrafında geniş təcrübə formalaşdırmışdır. Diffamasiya ilə bağlı ilk Lingens Avstriyaya qarşı, 1986, Dyuldin və Kislov Rusiyaya qarşı, 2007, işində məhkəmə ərizəçi jurnalistin Federal Kansleri tənqid etmək üçün kobud ifadə istifadə etdiyi o cümlədən onu "rəzil opportunizm", "mənəviyyatsız" və "ləyaqətsiz" davranışda ittiham etdiyi vəziyyətlə üzləşmişdi. Avstriya məhkəmələri ərizəçini bəyanatlarının həqiqiliyini sübut edə bilmədiyi üçün təqsirli hesab etmişdir. Məhkəmə qeyd etmişdir ki, faktlarla bağlı bəyanatlar və rəylərlə bağlı bəyanatlar və ya subyektiv dəyərləndirmələrdə fərq mövcuddur: Məhkəmənin fikrincə faktlar və obyektiv qiymətləndirmələr diqqətli şəkildə fərqləndirilməlidir. Faktların mövcudluğu göstərilə bilər, halbuki obyektiv qiymətləndirilmələrin həqiqiliyi sübutetməyə həssas deyil. Subyektiv baxımdan bu tələbi yerinə yetirmək mümkün deyil və o, Konvensiyanın 10-cu Maddəsi ilə təmin edilən (mad. 10) hüququn mühüm hissəsi olan fikir azadlığını pozur. Bənzər olaraq silsilə saxtakarlıqlar haqqında məqaləni əhatə edən Dalban Rumıniyaya qarşı, 1999 işində Məhkəmənin Böyük Palatası qeyd etmişdir: Jurnalistin tənqidi fikirlərinin həqiqiliyini sübut etmədən onları ifadə etməsini qadağan etmək yolverilməz olardı. Məhkəmə ardıcıl olaraq milli hüququ sistemlərinin faktları və rəyləri fərqləndirməsinin və sonuncunun həqiqiliyinin sübutunu tələb etməməsinin zərurətini vurğulamışdır. Qorelişvili Gürcüstana qarşı, 2007 işində Məhkəmə diffamasiya işində ifadə azadlığı hüququnun pozulduğunu aşkarlamışdır, çünki yerli hüquq sistemi "eyni "məlumata" (cnobebi) istinadən, subyektiv fikirlər və faktların bəyan edilməsi arasında heç bir fərq qoymamışdı və cavabdeh tərəfin istənilən bu cür "məlumatın" həqiqiliyini sübut etməsini tələb etmişdi". Məhkəmə qeyd edir ki, işin mühüm əhəmiyyət kəsb edən halları baxımından hazırkı cinayət işi ilə Lingens Avstriyaya qarşı işi arasında olan bənzərlik həmin presedentin hazırki işə tətbiqini şərtləndirir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmə hökmünün əsaslılığının digər şərti məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsi, yəni həmin sübutların CPM-nin 146-cı maddəsinin tələbinə cavab verməsidir. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Məhkəmə hökmdə həm konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərlərinin” işi üzrə 21 yanvar 2007-ci il tarixli və “Hiro Balani İspaniyaya qarşı iş” üzrə 9 dekabr 1994-cü il tarixli Qərarlarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsi tələb edir ki, dövlətdaxili məhkəmələr həm mülki, həm də cinayət işlərində çıxardıqları qərarları əsaslandırsınlar. Məhkəmələr hər bir suala ətraflı cavab verməyə borclu deyillər, lakin əgər təqdim edilmiş arqument işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə həmin arqumentlə bağlı mövqeyini konkret olaraq, əsaslandırmalıdır. “Azərbaycan Respublikası CPM-nin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da, işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, “Mülki və siyasi hüquqlar haqqında Pakt”ın 14-cü maddəsinin 2-ci bəndində və “İnsan hüquqlarının və X7 haqqında Konvensiya”nın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası CPM-nin təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (“Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.1-ci maddəsinin əsasən cinayət hadisəsi olmadıqda, 42.1.2-ci maddəsinin əsasən cinayət tərkibi olmadıqda, 42.1.3-cü maddəsinə əsasən cinayətin törədilməsinə aidiyyatı olmadıqda, 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən, sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. X15 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X3rşı 18 yanvar 1978-ci il tarixli məhkəmə qərarlarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. İnsan hüquqlarının və X11 haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli 217A(İİİ) nömrəli Qətnaməsi ilə qəbul və bəyan edilmiş “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsinin birinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər bir şəxs ona müdafiəüçün bütün imkanların təmin olunduğu açıq məhkəmə istintaqında günahı qanuni şəkildə sübut olunanadək günahsız hesab edilmək hüququna malikdir. İnsan Hüquqlarının və X11 Haqqinda Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli 217A(İİİ) nömrəli Qətnaməsi ilə qəbul və bəyan edilmiş İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 3-cü maddəsinə əsasən hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Həmin Bəyannamənin 7-ci maddəsinə görə, bütün insanlar qanun qarşısında bərabərdirlər və qanun tərəfindən bərabər müdafiə hüququna malikdirlər. Bütün insanlar bu Bəyannaməni pozan hər hansı ayrı-seçkilikdən və belə ayrı-seçkiliyə hər hansı cəhddən eyni dərəcədə müdafiə olunma hüququna malikdirlər. Həmin Bəyannamənin 8-ci maddəsinə görə, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı işüzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı işüzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X17rşı işüzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqarər edildiyi də aydın görünməlidir». “Taxqet Belçikaya qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 13 yanvar 2009-cu il tarixli Qərarında göstərilir ki, vacibdir ki, qəbul edilmiş qərarın mənası təqsirləndirilən şəxslərə və eləcə də adından qərar qəbul edilən “Xalqa” izah edilsin, təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olmasına dair qəbul etdiyi dəlilləri, hər bir suala hansı əsasla təsdiqedici və ya inkar cavab verməsinin səbəbləri göstərilsin. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-c ibəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarında göstərilmişdir ki, CPM-in 42.1.1-ci maddəsində bəraətin əsaslarından biri kimi nəzərdə tutulmuş “cinayət hadisəsinin olmaması” təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunundan asılı olmayaraq müəyyən edilən bəraətin əsasıdır və cinayət qanununda nəzərdə tutulmuş hər hansı bir cinayətin mövcud olmamasını ehtiva edir. Əməldə cinayət tərkibinin olmaması (CPM-in 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır. Cinayətin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətinin olmaması (CPM-in 42.1.3cü maddəsində nəzərdə tutulmuş hal) cinayət qanunu ilə nəzərdə tutulmuş hadisənin mövcudluğunu və cinayət tərkibinin olmasını inkar etmir, lakin əməlin törədilməsində təqsirləndirilən şəxsin iştirak etməməsini, əməlin başqa şəxs (şəxslər) tərəfindən törədilə bilməsini ehtiva edir. CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayətprosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Göründüyü kimi, toplanmış sübutların məcmusu təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsinə dair təqsirliliyini təsdiq etmək üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Aparılmış məhkəmə istintaqının nəticələrinə əsasən məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs X4 qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını xüsusi ittihamçı X1 mülahizələri təşkil etmişdir. Bu səbəbdən də, X2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin tərkibi olmadığı üçün ona bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən sənəd cinayət prosesini həyata keçirən orqan tərəfindən cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilir və işin bütün saxlanma müddəti ərzində işdə saxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.2, 42.1.2, 42.2.2, 344-350, 352-353, 355-356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM E T D İ:
X2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından, ona həmin maddə ilə bəraət verilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən apellyasiya şikayəti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Elməddin Hüseynov