Məhkəmə qərarları › İş №1(006)-106/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-106/2020

18.05.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-106/2020 18.05.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər şöbəsinin prokuroru Dövlət ittihamçısı Təvəkkül oğlunun, zərərçəkmiş şəxs x1 hüquqi varisi x6, x5 qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, bir az yaşlı övladı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Xətai rayonu, Zığ şossesi, Əbilov küçəsi, 27 saylı ev ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, H.Əjdərov küçəsi, ev 107 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkət qaydalarını pozaraq ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş, həmçinin digər zərərçəkmiş şəxsə dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Belə ki, o, 06 oktyabr 2019-cu il tarixdə saat 19:38-də etibarnamə və “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai Sonata” minik markalı, AZ **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 16 ünvanında yerləşən “Sarı” marketin qarşısında hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin “Əgər piyada keçidində nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetafor vasitəsi ilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın” kimi tələbinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, qanunun həmin tələblərinə əməl etməyərək yol hərəkəti qaydalarını pozmuş, yolun sağından soluna keçən piyada x3 və qucağında saxladığı x7 avtomaşının ön qanad və bufer hissəsi ilə vurmuş, nəticədə Daniyar Bayramova alın nahiyəsinin sıyrılmış yarası kimi sağlamlığa zərər vurmayan dərəcələri təyin edilməyən bədən xəsarəti yetirmiş, habelə A.Q.Süleymanovaya çanaq halqasının kobud deformasiyası ilə müşayiət olunan hər iki oturaq və qasıq sümüklərinin yerdəyişmiş sınıqları, oma-qalça birləşməsinin cırılması, sağ sirkə kasasının oynaqdaxili yerdəyişmiş sınığı və çanağın yumşaq toxumalarının qanla imbibisiyası, gövdənin və çanağın küt travması, posthemorragik anemiya fonurda ağciyər arteriyası şaxələrinin tromboemboliyası, ağır dərəcəli kəskin tənəffüs çatmamazlığı, sağ dirsək oynağı nahiyəsinin sıyrıqları, sağ sağrı nahiyəsinin qançırı və sağ bud-çanaq oynağı nahiyəsinin əzilmiş yarası kimi dərəcəsinə görə ölümlə nəticələnən sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər yetirməklə, A.Q.Süleymanovanın 16.10.2019-cu il tarixdə saat 20:51-də yerləşdirildiyi “City Hospital” şəhər xəstəxanasında aldığı bədən xəsarətlərindən ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o,2016-cı il tarixdən avtomobil idarə edir. 2019cu ilin may ayından özünə “Hyundai Sonata” markalı, AZ **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alaraq etibarnamə əsasında Bakı şəhərində idarə etmişdir. Belə ki, 06 oktyabr 2019-cu il tarixdə, saat 19:30 radələrində idarə etdiyi “Hyundai Sonata” markalı AZ **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə öz şəxsi işlərini görmək məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 16 ünvanında yəni «3-ün kruqu» deyilən ərazidən üzü «Əcəmi kruqu» ərazisi istiqamətində, yolun sağ hərəkət hissəsi ilə saatda 30/40 km surətlə hərəkətdə olarkən təxminən 5-10 metr qarşıda yolun ortasında piyadalar üçün nəzərdə tutulmuş qoşa xəttin üzərindən yolun solundan sağına doğru hərəkət edən təqribən 50 yaşlı piyada qadının qucağında azyaşlı uşaqla keçdiyini görmüş, həmin zaman piyada yol keçən qadının hərəkətini saxlaması və yaxud yolu tez keçməsi üçün idarə etdiyi nəqliyyat vasitəsinin siqnalı vermiş, lakin həmin qadın nəqliyyat vasitəsinin siqnal səsini eşitdikdən sonra sağ tərəfə, yəni ona tərəf başı ilə baxmış, bundan sonra piyada keçidi ilə yolu iti addımlarla qaçmağa başlamışdır. O, idarə etdiyi “Hyundai Sonata” markalı AZ **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə həmin qadına çatmış, sonuncu ilə onun arasında olan məsafə artıq çox az olduğundan ani olaraq həmin qadını və qucağında olan azyaşlı uşaqla birlikdə vurmamaq üçün idarə etdiyi nəqliyyat vasitəsinin sükanını bir balaca sağa çəkmək qərara gəlmiş, buna baxmayaraq etdiyi cəhdlər alınmamış və idarə etdiyi “Hyundai Sonata” markalı AZ **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq sağ qanad və bufer hissəsi qadını uşaqla birlikdə vurmuş, zərbənin təsirindən yolu piyada keçən qadın və qucağında saxladığı uşaq ani vəziyyətdə yuxarı qalxaraq fırlanmaqla 2-3 metr irəlidə dayanmış dövlət nömrə nişanını bilmədiyi yük avtomaşının arxasında zərbəylə yerə çırpılmış, daha sonra o, idarə etdiyi avtomaşını dərhal bir qədər irəlidə saxlayıb, avtomobildən tez yerə düşərək hadisə yerinə qaçmış, həmin zaman almış olduğu xəsarətlərdən qadının və uşağın yük avtomobilinin arxasında uzanıqlı vəziyyətdə yerdə qaldığını, əvvəl uşağı yerdən qaldırıb qucağına alaraq idarə etdiyi “Hyundai Sonata” markalı AZ **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə apardığını, yenidən hadisə yerinə qayıdaraq qadını əlləri ilə yerdən qaldırıb idarə etdiyi avtomobilə qoymaq istəyən zaman yoldan keçən tanımadığı şəxslərin qadını tərpətməməyi və təcili tibbi yardımın hadisə yerinə çağırılmasını məsləhət bildiyini, bundan sonra o, istifadəsində olan telefonla təcili yardıma zəng etdiyini və idarə etdiyi “Hyundai Sonata” markalı AZ **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə əyləşib uşağı tez uşağı yaxınlıqda olan təcili yardım stansiyasına çatdırdığını, sonradan hadisə yerinə qayıtdıqda hadisə baş verən ərazidə təcili tibbi yardım stansiyasının həkimlərinin və polis əməkdaşlarının gəldiyini, onların birlikdə yerdə uzanaqlı vəziyyətdə qalan qadını təcili tibbi yardım avtomaşına qoyaraq yaralı qadına tibbi yardım göstərilməsi üçün 1 saylı x20 yola saldığını, sonradan təcili yardım stansiyasının həkimləri azyaşlı oğlan uşağın 1 saylı x22 aparılmasını bildirdiyini, beləliklə də, təcili yardım avtomobili azyaşlı uşağı 1 saylı KTM-nə apardığını, o isə idarə etdiyi “Hyundai Sonata” markalı AZ **- PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə təcili yardım avtomobilinin arxası icə x22 getdiyini, bundan sonra, o, KTM-də 06 oktyabr 2019-cu il tarixdə, təxminən saat 19:30 radələrində piyada keçidin üzərində vurduğu şəxsin A.Q.Süleymanova və onun qucağında saxladığı uşağın isə D.Qanuni nümayəndə olduğunu öyrəndiyini, A.Q.Süleymanovanın yol nəqliyyat hadisəsi zamanı almış olduğu xəsarətlər ağır olduğundan həkimlər onu reanimasiya şöbəsinə keçirdiyini, D.Qanuni nümayəndə isə heç bir ciddi bədən xəsarətləri olmadığından evə buraxılmasının həkimlər tərəfindən məsləhət görüldüyünü bildirmiş, daha sonra, A.Q.Süleymanovanın aldığı bədən xəsarətləri ağır olduğundan 08 oktyabr 2019-cu il tarixdə “City Hospital” şəhər xəstəxanasına aparıldığını və nəticədə sonunucunun 16.10.2019-cu il tarixdə, saat 20:51-də “City Hospital” şəhər xəstəxanasında öldüyünü bildirmişdir. Hazırda etdiyi cinayət əməlindən peşmandır. Özünü təqsirli bilməsini, ilk dəfə hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan cinayət törətməsini, hadisədən dərhal sonra zərərçəkmiş şəxsi tibbi yardım göstərərək xəstaxanaya aparmasını, ailəli olmaqla bir azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını, zərərçəkmiş şəxsin ailəsinə köməklik etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin və digər zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını və barəsində verilmiş müsbət xasiyyətnaməni nəzərə almağını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin, digər zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və şahidlərin ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri, iş materiallarına əlavə edilmiş DVD diskdə olan video görüntülər və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs x1 hüquqi varisi S.Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, A.Q.Süleymanova onun doğma anasıdır. Belə ki, anası A.Q.Süleymanova ona azyaşlı nəvəsi D.Qanuni nümayəndə ilə birlikdə bir qədər sonra yaşadığı mənzildən çıxaraq yaxınlıqda olan parka gedib bir az gəzib istirahət edəcəyini demiş, daha sonra onlar yaxınlıqda olan parka piyada getmiş, bir qədər parkda gəzib istirahət etdikdən sonra 06.10.2019-cu il tarixdə, təxminən saat 19:30 radələrində nəvəsi D.Qanuni nümayəndə ilə parkdan evə qayıtmaq qərarına gəlmiş, həmin zaman anası qucağında azyaşlı oğlu D.Qanuni nümayəndə ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 16 ünvanında yəni “Sarı Marketin” qarşısında (3-ün kruqu deyilən ərazidən üzü Əcəmi kruqu istiqamətinə) piyada yolun solundan sağ tərəfinə piyadalar üçün nəzərdə tutulmuş zolağın üzərindən keçmək istəyən zaman qəfildən sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi “Hyundai Sonata” markalı, AZ **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili saatda 40 km sürətlə yolun sağ tərəfi ilə hərəkət etdirdiyi zaman təxminən 5-10 metr qarşıda piyada yolun solundan sağına tərəf keçmək istəyən anasını və qucağında azyaşlı oğlu D.Qanuni nümayəndə görmüş, bu vaxt Təqsirləndirilən şəxs ona sonradan bildirdiyinə görə idarə etdiyi nəqliyyat vasitəsinin siqnalını vermiş, lakin anası ona tərəf baxıb yolu iti addımlarla irəliləyərək qaçmağa başlamış, artıq Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Sonata” markalı, AZ **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolu piyada keçən anası və oğlu D.Qanuni nümayəndə arasındakı məsafə az olduğundan və onları avtomobil ilə vurmamaq üçün idarə etdiyi nəqliyyat vasitəsinin sükanını bir balaca sağa çəkmişdir ki, anası və oğlunu vurmasın. Lakin Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili sürətli idarə etdiyindən avtomobilin qabaq sağ qanad və bufer hissəsi ilə ehtiyatsızlıqdan piyadalar üçün nəzərdə tutulmuş zolağın üzərində anasını tutmuş, sonuncu avtomobil vurması nəticəsində aldığı ağır bədən xəsarətlərindən qucağındakı oğlu ilə birlikdə zərbənin təsirindən yuxarı qalxaraq zərbə ilə fırlanaraq qarşıda yolun sağında dayanmış dövlət nömrə nişanını bilmədiyi yük avtomaşının arxasında yerə çırpılmış, həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin əyləcini basaraq nəqliyyat vasitəsini bir qədər irəlidə saxlamış, sonuncu tez avtomaşından yerə düşüb anası və oğluna yaxınlaşmış, anası və oğlu aldığı bədən xəsarətlərindən yerdə, yəni yük avtomaşının arxasında uzanıqlı vəziyyətdə qalmış, Təqsirləndirilən şəxs tez oğlu Daniyarı qucağına alaraq idarə etdiyi “Hyundai Sonata” markalı, AZ **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna aparmış, həmin zaman geriyə qayıdaraq anasını əlləri ilə yerdən qaldırıb idarə etdiyi avtomobilə qoymaq istəyərkən şəxsiyyəti ona məlum olmayan naməlum şəxslər anası Albina xanımı tərpətməməyi məsləhət bilmiş, daha sonra Təqsirləndirilən şəxs tələsik olaraq Təcili Tibbi yardım briqadısına istifadəsində olan mobil telefonla zəng edərək Bakı şəhəri, Nəsimi rayonu, küçəsi, Cavadxan küçəsi, 16 ünvanında yəni “Sarı Marketin” qarşısına çağırmış, bundan sonra sonuncu idarə etdiyi “Hyundai Sonata” markalı, AZ **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə oğlu D.Qanuni nümayəndə yaxınlıqda olan təcili yardım stansiyasına aparmış, həmin vaxt təcili tibbi yardım stasyasının həkimlərindən A.Q.Süleymanovaya tibbi yardım göstərmələrini xahiş etmiş, bir qədər sonra hadisə yerinə təcili tibbi yardım stansiyasının həkimləri və ərazi polis idarəsinin əməkdaşları gəlmiş, həmin zaman birlikdə köməkləşib anası A.Q.Süleymanovanı təcili tibbi yardım stansiyasının avtomaşınına qoymuş, sonuncuya tibbi yardım göstərilməsi üçün həkimlər tərəfindən x20 aparılmış, təcili yardım stansiyasında oğlu D.Qanuni nümayəndə Kliniki tibbi yardım edilməsi üçün xəstəxanaya aparılmasının vacib olduğu bildirmiş, sürücü Təqsirləndirilən şəxs isə idarə etdiyi avtomobil ilə təcili yardım avtomobilinin arxası ilə x22 getmiş, Kliniki tibbi mərkəzdə anası A.Q.Süleymanovanı həkimlər əməliyyat etmiş, oğlu D.Qanuni nümayəndə isə həkimlər tərəfindən ilk tibbi yardım göstərildikdən sonra avtomobil nəticəsində almış olduğu xəsarətlərin ağır olmadığı əsas gətirilərək evə buraxılmış, 08 oktyabr 2019-cu il tarixdə A.Q.Süleymanova “City Hospital” şəhər xəstəxanasına aparılmış və bütün tibbi yardımların edilməsinə baxmayaraq anası A.Q.Süleymanova 16 oktyabr 2019-cu il tarixdə, saat 20:51 Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Sonata” markalı, AZ **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 06.10.2019-cu il tarixdə, təxminən saat 19:38 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 16 ünvanında yəni “Sarı Marketin” qarşısında vurulması nəticəsində aldığı bədən xəsarətlərinin ağır olmasını səbəbindən “City Hospital” şəhər xəstəxanasında ölmüş, hazırda atası x10, qardaşı x11 və o anası A.Q.Süleymanovanın ehtiyatsızlıqdan avtomobil ilə vurularaq ölməsindən sürücü Təqsirləndirilən şəxs şikayət etmədiyini qeyd etmiş, bununla bağlı olaraq atası R.S.Süleymanov 21.10.2019-cu il tarixdə, saat 13 radələrində 4 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu x4 iştirakı ilə verdiyi ərizəsinə əsasən Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, tələbinin və şikayətinin olmadığını göstərmişdir. Həmçinin oğlu D.Qanuni nümayəndə Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Sonata” markalı, AZ **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulması nəticəsində almış olduğu xəsarət ilə bağlı hazırda ondan şikayətçi olmadığını göstərmişdir. Bundan başqa zərərçəkmiş şəxsin hüquqi varisi S.Qanuni nümayəndə məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir tələbinin, şikayətinin və mülki iddiasının olmamasını bildirmiş və sonuncuya yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş digər zərərçəkmiş şəxs x5 qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, A.Q.Süleymanova onun qaynanasıdır. Belə ki, qaynanası uzun müddətdir Bakı şəhəri, Nəsimi rayonu, 3 MR, H.B.Əliyev küçəsi, ünvanında yerləşən “Şarm” gözəllik salonunda saç ustası olaraq fəaliyyət göstərmiş, demək olar ki, Albina xanım hər gün işə gedib yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 3 MR, H.B.Əliyev küçəsi, 8 saylı, evin 20 saylı mənzilinə qayıtmış, bununla yanaşı olaraq bildirmişdir ki, Albina xanım yaşadığı mənzildə tək olaraq yaşamış, qaynatası R.S.Süleymanov və qaynı Z.R.Süleymanov 10 ildən yuxarıdır ki, x8 şəhərində yaşayır. Nəhayət, 06 oktyabr 2019-cu il tarixdə saat 17 radələrində vacib işləri olduğundan arvadı S.Qanuni nümayəndə ilə bilrikdə azyaşlı oğlu D.Qanuni nümayəndə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsi, 26 saylı evin 25 saylı mənzilindən götürürüb qaynanası A.Q.Süleymanovanın yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 3 MR H.B.Əliyev küçəsi, 8 saylı evin 20 saylı mənzilinə aparma qərarına gəlmiş, bu barədə arvadı S.Qanuni nümayəndə anası Albina xanım istifadəsində olan mobil telefonla danışıb razılıq əldə etdikdən sonra oğlu D.Qanuni nümayəndə idarə etdiyi nəqliyyat vasitəsi ilə A.Q.Süleymanovanın yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 3 MR, H.B.Əliyev küçəsi, 8 saylı evin 20 saylı mənzilinə aparmış, həmin zaman Albina xanıma Səbinə bir daha onun ilə bilrikdə vacib işi olduğundan bir neçə saatlığa oğlu D.Qanuni nümayəndə onun yanında qoymasını bildirdikdə Albina xanım onlara heç bir söz deməyərək başı ilə öz razılığını bildirmiş, bundan sonra, o, arvadı S.Qanuni nümayəndə ilə bilrikdə azyaşlı oğlu D.Qanuni nümayəndə Albina xanımın yaşadığı mənzildə verib öz işi arxası ilə getmiş, həmin vaxt A.Q.Süleymanova onlara azyaşlı nəvəsi D.Qanuni nümayəndə ilə birlikdə bir qədər sonra yaşadığı mənzildən çıxaraq yaxınlıqda olan parka gedib bir az gəzib istirahət etməsini qeyd etmiş, daha sonra onun bildiyinə görə qaynanası A.Q.Süleymanova onları yola saldıqdan sorra oğlu D.Qanuni nümayəndə ilə birlikdə yaxınlıqda olan parka piyada getmiş, bir qədər parkda A.Q.Süleymanova gəzib istirahət etdikdən sonra 06.10.2019-cu il tarixdə təxminən saat 19:30 radələrində nəvəsi D.Qanuni nümayəndə bilikdə parkdan evə qayıtmaq qərarına gəlmiş, bu minvallada A.Q.Süleymanovanın qucağında azyaşlı oğlu D.Qanuni nümayəndə ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 16 ünvanında yəni “Sarı Marketin” qarşısında (3ün kruqu deyilən ərazidən üzü Əcəmi kruqu istiqamətinə) piyada yolun solundan sağ tərəfinə piyadalar üçün nəzərdə tutulmuş zolağın üzərindən keçmək istəyən zaman qəfildən sonradan şəxsiyyəti onlara məlum olan Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi “Hyundai Sonata” markalı, AZ **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilini saatda 40 km sürətlə yolun sağ tərəfi ilə hərəkət etdirdiyi zaman təxminən 5-10 metr qarşıda piyada yolun solundan sağına tərəf keçmək istəyən qaynanası A.Q.Süleymanovanı və qucağında azyaşlı oğlu D.Qanuni nümayəndə görmüş, həmin vaxt sürücü Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinin siqnalını vermiş, lakin A.Q.Süleymanova ona tərəf baxıb yolu iti addımlarla irəliləyərək qaçmağa başlamış, artıq Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Sonata” markalı, AZ **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolu piyad keçən qaynanası A.Q.Süleymanova və oğlu D.Qanuni nümayəndə arasındakı məsafə az olduğundan və onları avtomobil ilə vurmamaq üçün idarə etdiyi nəqliyyat vasitəsinin sükanını bir balaca sağa çəkmiş, lakin Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili sürətli idarə etdiyindən avtomobilin qabaq sağ qanad və bufer hissəsi ilə ehtiyatsızlıqdan piyadalar üçün nəzərdə tutulmuş zolağın üzərində A.Q.Süleymanovanı və oğlu D.Qanuni nümayəndə vurmuş, A.Q.Süleymanova avtomobil ilə vurulması nəticəsində aldığı ağır bədən xəsarətlərindən qucağındakı oğlu D.Qanuni nümayəndə ilə bilrikdə zərbənin təsirindən yuxarı qalxaraq guppultu ilə fırlanaraq qarşıda yolun sağında dayanmış dövlət nömrə nişanını bilmədiyi yük avtomaşının arxasında yerə çırpılmış, həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin əyləcini basaraq nəqliyyat vasitəsini bir qədər irəlidə saxlayaraq tez avtomaşından yerə düşüb Albina xanıma və oğlu Daniyara yaxınlaşmış, A.D.Süleymanova və oğlu D.Qanuni nümayəndə aldığı bədən xəsarətlərindən yerdə, yəni yük avtomaşının arxasında uzanıqlı vəziyyətdə qalmış, Təqsirləndirilən şəxs tez oğlu Daniyarı qucağına alaraq idarə etdiyi “Hyundai Sonata” markalı, AZ **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna apararaq qoymuş, həmin zaman geriyə qayıdaraq A.D.Süleymanovanı əlləri ilə yerdən qaldırıb idarə etdiyi avtomobilə qoymaq istəyən zaman şəxsiyyəti ona və bizə məlum olmayan naməlum şəxslər Albina xanımı tərpətməməyi məsləhət bilmiş, daha sonra Təqsirləndirilən şəxs tələsik olaraq Təcili Tibbi yardım briqadısına istifadəsində olan mobil telefonla zəng edərək Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 16 ünvanında yəni “Sarı Marketin” qarşısına çağırmış, bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Sonata” markalı, AZ **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə oğlu D.Qanuni nümayəndə yaxınlıqda olan təcili yardım stansiyasına aparan zaman təcili tibbi yardım stansiyasının həkimlərindən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 16 ünvanında yəni “Sarı Marketin” qarşısında idarə etdiyi avtomobil ilə yolun solundan sağına piyada keçən vurduğu A.D.Süleymanovaya tibbi yardım göstərilməsi üçün xahiş etmiş, bir qədər sonra hadisə yerinə təcili tibbi yardım stansiyasının həkimləri və ərazi polis idarəsinin əməkdaşları gəlmiş, həmin zaman birlikdə köməkləşib qaynanası A.Q.Süleymanovanı təcili tibbi yardım stansiyasının avtomaşınına qoymuş, Albina xanıma tibbi yardım göstərilməsi üçün həkimlər tərəfindən x20 aparılmış, daha sonra təcili yardım stansiyasında oğlu D.Qanuni nümayəndə Kliniki tibbi yardım edilməsi üçün xəstəxanaya aparılmasının vacib olduğu həkimlər tərəfindən bildirmiş, sürücü Təqsirləndirilən şəxs isə idarə etdiyi avtomobil ilə təcili yardım avtomobilinin arxası ilə x22 getmiş, həmin Kliniki tibbi mərkəzdə qaynanası A.Q.Süleymanovanı həkimlər əməliyyat etmiş, oğlu D.Qanuni nümayəndə isə həkimlər tərəfindən ilk tibbi yardım göstərildikdən sonra avtomobil nəticəsində almış olduğu xəsarətlərin ağır olmadığı əsas gətirilərək evə buraxılmış, 08.10.2019-cu il tarixdə A.Q.Süleymanova “City Hospital” şəhər xəstəxanasına aparılmış və bütün tibbi yardımların edilməsinə baxmayaraq 16 oktyabr 2019-cu il tarixdə, saat 20:51 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Sonata” markalı, AZ **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 06.10.2019-cu il tarixdə təxminən saat 19:38 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 16 ünvanında yəni “Sarı Marketin” qarşısında vurulması nəticəsində aldığı bədən xəsarətlərinin ağır olmasını səbəbindən “City Hospital” şəhər xəstəxanasında vəfat etmişdir. Hazırda qaynatası R.S.Süleymanov, qaynı Z.R.Süleymanov, arvadı S.Qanuni nümayəndə və o A.Q.Süleymanovanın ehtiyatsızlıqdan avtomobil ilə vurularaq ölməsindən sürücü Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirmiş, bununla bağlı olaraq qaynatası R.S.Süleymanov 21 oktyabr 2019-cu il tarixdə, saat 13 radələrində 4 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu x4 iştirakı ilə verdiyi ərizəsinə əsasən Təqsirləndirilən şəxs qarşı heç bir iddiası, tələbinin və şikayətinin olmadığını göstərmişdir. Bundan başqa o, oğlu D.Qanuni nümayəndə Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Sonata” markalı, AZ **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulması nəticəsində almış olduğu xəsarət ilə bağlı hazırda sonuncudan şikayətçi olmadığını göstərmişdir. Bundan başqa zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir tələbinin, şikayətinin və mülki iddiasının olmamasını bildirmiş və sonuncuya yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 25.01.2019-cu il tarixdə rəsmi olaraq nikah haqqında şəhadətnamə bağlamışdır. Bildiyinə görə yoldaşı Təqsirləndirilən şəxs 06 oktyabr 2019-cu il tarixdə saat 19:30 radələrində idarə etdiyi “Hyundai Sonata” markalı, AZ **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə öz şəxsi işlərini görmək məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 16 ünvanında yəni «3-ün kruqu» deyilən ərazidən üzü «Əcəmi kruqu» ərazisi istiqamətində, yolun sağ hərəkət hissəsi ilə saatda 30/40 km surətlə hərəkətdə olmuş, həmin vaxt təxminən 5-10 metr qarşıda yolun ortasında piyadalar üçün nəzərdə tutulmuş qoşa xəttin üzərindən yolun solundan sağına doğru hərəkət edən təxminən 50 yaşlı piyada qadının qucağında azyaşlı uşaqla keçdiyini görmüş, həmin zaman qadının hərəkətini saxlaması və yaxud da yolu tez keçməsi üçün əri Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinin siqnalı vermiş, lakin həmin qadın ərinin idarə etdiyi nəqliyyat vasitəsinin siqnal səsini eşitdikdən sonra sağ tərəfə, yəni ona tərəf başı ilə baxmış, sonra sonuncu qucağında olan azyaşlı uşaqla bilrikdə piyada keçidi ilə yolu itti addımlarla qaçmağa qərar vermiş, artıq əri Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Sonata” markalı, AZ **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə həmin qadına çatmış, həmçinin yolu piyada keçən qadın ilə ərinin idarə etdiyi avtomaşın arasında olan məsafə artıq çox az olduğundan əri ani olaraq yolu piyada keçən qadını və qucağında olan azyaşlı uşaqla birlikdə vurmamaq üçün idarə etdiyi nəqliyyat vasitəsinin sükanını bir balaca sağa çəkmək qərarına gəlmiş, buna baxmayaraq, əri tərəfindən edilən cəhdlər alınmamış və sonda idarə etdiyi “Hyundai Sonata” markalı, AZ **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq sağ qanad və bufer hissəsi həmin qadını uşaqla birlikdə onları vurmuş, zərbənin təsirindən yolu piyada keçən qadın və qucağında saxladığı uşaq ani vəziyyətdə yuxarı qalxaraq fırlanmaqla 2-3 metr irəlidə dayanmış dövlət nömrə nişanını bilmədiyi yük avtomaşının arxasında guppultuynan yerə düşmüş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşını dərhal bir qədər irəlidə saxlamış, avtomobildən tez yerə düşərək hadisə yerinə qaçmış, bu vaxt almış olduğu xəsarətlərdən qadın və uşaq yük avtomobilinin arxasında uzanıqlı vəziyyətdə yerdə qaldığını görmüş, əri Təqsirləndirilən şəxs tez əvvəl uşağı yerdən qaldırıb qucağına alaraq idarə etdiyi “Hyundai Sonata” markalı, AZ **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aparıb qoymuş, yenidən hadisə yerinə qayıdaraq qadını əlləri ilə yerdən qaldırıb idarə etdiyi avtomobilə qoymaq istəyən zaman, yoldan keçən tanımadığı şəxslər qadını tərpətməməyi və təcili tibbi yardımın hadisə yerinə çağırılmasını məsləhət bilmiş, bundan sonra Təqsirləndirilən şəxs istifadəsində olan telefonla təcili yardıma zəng etmiş və idarə etdiyi “Hyundai Sonata” markalı, AZ **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə əyləşib uşağı tez yaxınlıqda olan təcili yardım stansiyasına çatdırmış, Təqsirləndirilən şəxs hadisə yerinə qayıtmış və həmin zaman hadisə yeri olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 16 ünvanında yəni «3-ün kruqu» deyilən ərazidən üzü «Əcəmi kruqu» ərazisi istiqamətində təcili tibbi yardım stansiyasının həkimləri və polis əməkdaşları gəldiyini görmüş, bundan sonra, onlar birlikdə yerdə uzanmış vəziyyətdə qalan qadını təcili tibbi yardım avtomaşına qoymuş və ona tibbi yardım göstərilməsi üçün 1 saylı x20 yola salmış, daha sonra təcili yardım stansiyasının həkimləri azyaşlı oğlan uşağnın 1 saylı x22 aparılmasını bildirmiş, beləliklə də təcili yardım avtomobili azyaşlı uşağı 1 saylı KTM aparmış, Təqsirləndirilən şəxs isə idarə etdiyi “Hyundai Sonata” markalı, AZ **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə təcili yardım avtomobilinin arxası icə x22 getmiş, həmin KTM-də Təqsirləndirilən şəxs 06 oktyabr 2019-cu il tarixdə təxminən saat 19:30 radələrində idarə etdiyi “Hyundai Sonata” markalı, AZ **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 16 ünvanında yəni «3-ün kruqu» deyilən ərazidən üzü «Əcəmi kruqu» ərazisi istiqamətində piyada keçidin üzərində vurduğu şəxs A.Q.Süleymanova və onun qucağında saxladığı uşaq isə nəvəsi D.Qanuni nümayəndə olmuş, A.Q.Süleymanovanın yol nəqliyyat hadisəsi zamanı almış olduğu xəsarətlər ağır olduğundan həkimlər onu reanimasiya şöbəsinə keçirmiş, D.Qanuni nümayəndə isə heç bir ciddi bədən xəsarətləri olmadığından evə buraxılması həkimlər tərəfindən məsləhət görülmüş, daha sonra 16 oktyabr 2019-cu il tarixdə, saat 20:51-də “City Hospital” şəhər xəstəxanasında A.Q.Süleymanova almış olduğu bədən xəsarətlərindən ölmüşdür. Bundan başqa, o, Təqsirləndirilən şəxsla olan nikahından azyaşlı x9 adında oğlunun olduğunu, öhdəsində azyaşlı oğlunun olmasını və evin yalnız yoldaşı Təqsirləndirilən şəxs tərəfindən dolandırılmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 06 sentyabr 2019-cu il tarixdən etibarən “xxxxxxxxxxxxxxx” MMC-nin direktoru x12 əmək müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən “xxxxxxxxxxxxxxx” MMC-nin hüquqlarını müdafiə edir. O, “xxxxxxxxxxxxxxx” MMC öz mülkiyyətində olan “Hyundai Sonata” markalı, AZ **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Təqsirləndirilən şəxs nisyə alqısatqı müqaviləsi əsasında verdiyini, həmin müqaviləyə əsasən Təqsirləndirilən şəxs hər ay “xxxxxxxxxxxxxxx” MMC-nə pul vəsaiti ödədiyini, sonradan isə həmin müqavilədə göstərilən öhdəliyi Təqsirləndirilən şəxs yerinə yetirə bilmədiyindən AZ **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi kənar bir şəxsə “xxxxxxxxxxxxxxx” MMC tərəfindən satıldığını, Təqsirləndirilən şəxs 06 oktyabr 2019-cu il tarixdə, saat 19:38-də etibarnamə və “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai Sonata” markalı, AZ **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 16 ünvanında yerləşən “Sarı” marketin qarşısında yolun sağından soluna keçən piyada A.Q.Süleymanova və qucağında saxladığı D.Qanuni nümayəndə avtomaşının ön qanad və bufer hissəsi ilə vurması nəticəsində “xxxxxxxxxxxxxxx” MMC öz mülkiyyətində olan “Hyundai Sonata” markalı, AZ **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə heç bir maddi ziyan dəymədiyini, Təqsirləndirilən şəxs mülkiyyətdə olan avtomobil ilə bağlı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Cinayət işinin 1-ci cild 162-163-cü vərəqələrində olan 19 fevral 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 17-18-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 10 mart 2020-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Cinayət işinin 1-ci cild 17-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 16 iyul 2016-cı il tarixdə verilmiş AD seriyalı 123941 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 16 iyul 2026-cı il tarixədək qüvvədə olan “BC” dərəcəli sürücülük hüququ vardır. Cinayət işinin 1-ci 24-cü vərəqəsində olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 06 oktyabr 2019-cu il tarixli, 2/8399 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. Cinayət işinin 1-ci cild 18-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 27 may 2019-cu il tarixdə verilmiş AD seriyalı 501400 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2007-ci il, «Hyundai Sonata minik» markalı, **-PK-*** dövlət qeydiyat nişanlı avtomobilin sahibi “xxxxxxxxxxxxxxx” MMC-dir. Cinayət işinin 1-ci cild 19-cu vərəqəsində olan “xxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş etibarnamədən görünür ki, Azərbaycan Respublikası ərazisində 27 sentyabr 2019-cu il tarixindən 27 oktyabr 2019-cu il tarixinədək idarə edilməsi üçün etibar edilmişdir. Cinayət işinin 1-ci cild 90-cı vərəqəsində olan 13 fevral 2020-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs mərhum A.Q.Süleymanovanın qızı S.Qanuni nümayəndə zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin 1-ci cild 101-ci vərəqəsində olan 15 fevral 2020-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs D.Qanuni nümayəndə atası Qanuni nümayəndə zərər çəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanınmışdır. Cinayət işinin 1-ci cild 60-63-cü vərəqələrində olan Məhkəmə-Tibbi Ekspertiza və x17-Təcrübi Birliyinin 16 noyabr 2019-cu il tarixli, 93 saylı meyitin ekspertizası rəyindən görünür ki, 1. A.Q.Süleymanovanın meyitində məhkəmə-tibbi müayinə zamanı aşağıdakı xəsarətlər və həyat üçün təhlükəli olan patoloji vəziyyətlərin morfoloji dəyişikləri aşkar edilmişdir: - çanaq halqasının kobud deformasiyası ilə müşayiət olunan hər iki oturaq və qasıq sümüklərinin yerdəyişmiş sınıqları, oma-qalça birləşməsinin cırılması, sağ sirkə kasasının oynaqdaxili yerdəyişmiş sınığı və çanağın yumşaq toxumalarının qanla imbibisiyası; - gövdənin və çanağın küt travması; - posthemorragik anemiya fonunda ağciyər arteriyası şaxələrinin tromboemboliyası ağır dərəcəli kəskin tənəffüs çatmamazlığı; - sağ dirsək oynağı nahiyəsinin sıyrıqları; - sağ sağrı nahiyəsinin qançırı və sağ bud-çanaq nahiyəsinin əzilmiş yarası, qeyd olunan xəsarətlər həyati olub, bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 06 oktyabr 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və dərəcəsinə görə ölümlə nəticələnən sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və həmin xəsarətlərlə həyat üçün təhlükəli olan patoloji vəziyyət arasında birbaşa səbəbli əlaqə vardır. 2. A.Q.Süleymanovaın ölümünə səbəb çanaq halqasının kobud deformasiyası ilə müşayiət olunan hər iki oturaq və qasıq sümüklərinin yerdəyişmiş sınıqları, oma-qalça birləşməsinin cırılması, sağ sirkə kasasının oynaqdaxili yerdəyişmiş sınığı və çanağın yumşaq toxumalarının qanla imbibisiyası ilə müşayiət olunan gövdənin və çanağın küt travması ilə əlaqədar baş vermiş posthemoragik anemiya fonunda ağciyər arteriyası şaxələrinin tromboemboliyası ilə nəticələnən ağır dərəcəli kəskin tənəffüs çatmamazlığı olmuşdur. Cinayət işinin 1-ci cild 83-84-cü vərəqələrində olan Məhkəmə-Tibbi Ekspertiza və x17-Təcrübi Birliyinin 11 fevral 2020-ci il tarixli, 154 saylı sağlamlığa zərər vurmanın təyini ekspertizası rəyindən görünür ki, 1) D.Qanuni nümayəndə məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmədi. 2) D.Qanuni nümayəndə 06 oktyabr 2019cu il tarixdə Bakı Baş Sİ-nin x18 müraciət edərkən ona “alın nahiyəsinin sıyrılmış yarası” diaqnozunun qoyulması göstərilmişdir. Qeyd olunan diaqnozda göstərilən alın nahiyəsinin sıyrılmış yarası xəsarəti bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilməsi mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Cinayət işinin 1-ci cild 66-69-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskspertiza Mərkəzinin 29 noyabr 2019-cu il tarixli, 28683 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Hyundai Sonata markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 1-ci cild 67-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyərləri 100 (bir yüz) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 65-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və x2 İdarəsi tərəfindən 22 noyabr 2019-cu il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 1-ci cild 136-146-cı vərəqələrində olan 19 fevral 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə DİN-nin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 003-13687-1219 nömrəli 06.11.2019-cu il tarixli Təhlükəsiz Şəhər Xidmətinin TŞ 3-152 nömrəli kameralarının, 06.10.2019-cu il tarixli, saat 19:30-dan 20:10-dək olan müddətdəki videogörüntülərdə olan 05 (beş) ədəd DVD disk sübut növü olaraq qiymətləndirilərək cinayət işi materiallarına əlavə olunmuşdur. Cinayət işinin 2-ci cild 26-cı vərəqəsində olan zərərçəkmiş şəxs mərhum A.Q.Süleymanovanın hüquqi varisi qızı S.Qanuni nümayəndə təqdim etdiyi ərizədən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur və ona yüngül cəza təyin edilməsini xahiş edir. Cinayət işinin 2-ci cild 27-ci vərəqəsində olan zərərçəkmiş şəxs D.Qanuni nümayəndəsi Qanuni nümayəndə təqdim etdiyi ərizədən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur və ona yüngül cəza təyin edilməsini xahiş edir. Cinayət işinin 1-ci cild 45-ci vərəqəsində olan zərərçəkmiş şəxs mərhum A.Q.Süleymanovanın yoldaşı R.S.Süleymanovun ərizəsindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Cinayət işinin 1-ci cild 123-cü vərəqəsində olan “xxxxxxxxxxxxxxx” MMC-nin direktoru S.Məmmədovun ərizəsindən görünür ki, “xxxxxxxxxxxxxxx” MMC-nin mülkiyyətində olan “Hyundai Sonata” minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürmə etibarnamə əsasında 06.10.2019-cu il tarixdən Təqsirləndirilən şəxs istifadəsinə verilmişdir. Baş vermiş avtoqəza hadisəsi zamanı mülkiyyətində olan nəqliyyat vasitəsinə heç bir maddi ziyan dəyməmişdir. Cinayət işinin 1-ci cild 115-ci vərəqəsində olan İİ-AZ 318051 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, x13 və x15 25 yanvar 2019-cu il tarixdə nikaha daxil olmuşlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 214 nömrəsi ilə qeyd aparılmışdır. Cinayət işinin 1-ci cild 115-ci vərəqəsində olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, x21 09 iyul 2019-cu il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə G.İ.Ağayevadır. Cinayət işinin 1-ci cild 47-ci vərəqəsində olan Sabunçu rayonu İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndiliyi tərəfindən verilmiş 25 oktyabr 2019-cu il tarixli, 3858 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balaxanı qəsəbəsi, H.Əjdərov ünvanında yaşayır, sonuncu ailə tərkibi həyat yoldaşı Şahid1 və M.Təqsirləndirilən şəxs ibarətdir. Cinayət işinin 1-ci cild 48-ci vərəqəsində olan Sabunçu RİHB-nin Balaxanı qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan DVD disklərinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər 06 oktyabr 2019-cu il tarixdə qeydə alınmışdır. Görüntülərə əsasən ünvan 5 ünvanında yerləşən park tərəfdən yolu əks istiqamətə yəni, Cavadxan küçəsi 16 saylı binanın qarşısına tərəf keçmək üçün piyadaların keçməsi üçün nəzərdə tutulmuş zolağın üzəri ilə gəlib yolun əks istiqamətinə keçmək istəyən təxminən 50 yaşlarında, qara saçlı, əynində qara rəngli uzunqol kofta, üzərində ağ rəngli qolsuz uzun nazik plaş, açıq göy rəngli şalvar və sol qolunda qadın çantası və sağ qolunda isə az yaşlı oğlan uşağını tutmuş qadın piyadanı 3-cü mikrorayon dairəsindən Cavadxan küçəsi ilə üzü “Memar Əcəmi” metrostansiyası istiqamətinə gedən “Hyudai Sonata” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin vurmuş, baş vermiş hadisə nəticəsində piyadanın və qucağındakı az yaşlı uşağın yuxarı qalxaraq zərbə ilə yerə dəymiş, daha sonra həmin avtomobilin sürücüsü idarə etdiyi avtomobili saxlayaraq avtomobildən düşərək yerdə qalmış piyadalara yaxınlaşmış, birinci olaraq yerdən aşyaşlı uşağı qucağına götürərək idarə etdiyi avtomobilə qaçaraq qoymuş və təxminən bir neçə dəqiqədən sonra həmin yerə təcili tibbi yardım maşınının gəlməsi və orada toplaşmış insanların köməyi ilə piyadanı yerdən qaldırıb təcili yardım avtomobilinə qoyaraq aparmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, zərərçəkmiş şəxslərin hüquqi varisinin və qanuni nümayəndəsinin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri, iş materiallarına əlavə edilmiş DVD disklərdə olan video görüntülər və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olan, həmçinin digər zərərçəkmiş şəxsə dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət yetirməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin İ hissəsinə əsasən nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, ilk dəfə hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan cinayət törətməsini, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə yardım etməsini, ailəli olmaqla səkkiz aylıq bir azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını, zərərçəkmiş şəxslərin ailələrinə köməklik etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin və digər zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını və barəsində verilmiş müsbət xasiyyətnaməni cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və sonuncu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkumun qətimkan tədbiri kimi həbsdə saxlanma vaxtı, cəzaçəkmə müəssisələrindən gətirilmə vaxtı cəzanın icrası müddətinə hesablanır. Məhkumun bir gündən artıq icazəsiz məntəqə tipli cəzaçəkmə müəssisəsinin ərazisində olmaması cəzanın icrası müddətinə hesablanmır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 05 (beş) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 05 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci-100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: Dövlət Xəzinadarlığı Agentliyi, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa getməmək haqqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar