Məhkəmə qərarları › İş №1(006)-106/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-106/2022

21.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-106/2022 21.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 qızının Müdafiəçilər: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 iştirakları ilə xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 15, mənzil 21 qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 238.1-ci maddələri ilə, xx.xx.1977-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsi, ev 7-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 22, mənzil 20-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlayaraq yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 15, mənzil 21-ə daşımış, əldə etdiyi heroinin istintaqa məlum olmayan hissəsini həmin mənzildə istifadə etdikdən sonra qalıq qalan 1,430 qram hissəsini üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə Bakı Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin günü, saat 18:30 radələrində bu mənzildə saxlanılaraq polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf selofana bükülmüş, bir bükümdə kustar üsulla hazırlanmış həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bundan başqa o, qardaşı Şahid9 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 15, mənzil 21 ünvanında məskunlaşdığı 2 otaqlı yaşayış sahəsi olan mənzili narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün nəzərdə tutulmuş tiryəkxana kimi təşkil etməklə saxlayıb, mütəmadi olaraq tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və istintaqa məlum olmayan digər şəxslərə psixotrop maddə metamfetamin və narkotik vasitə heroin istehlak etmək üçün şərait yaratmış, xx.xx.2021-ci il tarixdə, saat 10:00-da Bakı Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən bu mənzildə axtarış keçirilən zaman mənzilin qonaq otağında yerləşən masanın üstündən maddi sübut kimi üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eyni tərkibli olmayan, şəxsi istehlak miqdarında təmiz çəkisi 0,023 qram təşkil edən narkotik vasitə heroin və şəxsi istehlak miqdarında bir bükümdə təmiz çəkisi 0,009 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 01 iyun 2021-ci il tarixdə, səhər saatlarında “Kubinka” adlanan yerdən istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd şəffaf rəngli sellofana bükülmüş, təmiz çəkisi 0,294 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib özündə saxlamaqla daşımış, həmin günü saat 14:00-da Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanın qarşısında saxlanılaraq bölməyə gətirilmiş, orada üzərində şəxsi axtarış keçirilərkən əynində olan açıq, yaşıl rəngli cins şalvarın sağ yan cibindən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlayaraq tanışı Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 15, mənzil 21 ünvanına daşımış, əldə etdiyi heroinin istintaqa məlum olmayan hissəsini həmin mənzildə istifadə etdikdən sonra qalıq qalan 1,573 qram hissəsini üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə Bakı Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin günü saat 18:30 radələrində bu mənzildə saxlanılaraq polis şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rənli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş bir bükümdə kustar üsulla hazırlanmış həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda, bir bükümdə psixotrop maddə metamfetamini əldə edib özündə saxlayaraq tanışı Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 15, mənzil 21-ə daşımış, qanunsuz olaraq əldə etdiyi metamfetaminin istintaqa məlum olmayan hissəsini həmin mənzildə istifadə etdikdən sonra qalıq qalan 0,998 qram hissəsini üzərində saxlamış, Bakı Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində həmin günü saat 18:30 radələrində bu mənzildə saxlanılaraq polis şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rənli idman şalvarının sağ, yan cibindən şəffaf sellofana bükülmüş bir bükümdə kustar üsulla hazırlanmış həmin psixotrop maddə aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, uzun müddətdir ki, narkotik vasitə istifadə edir. Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 15, mənzil 21 qardaşına məxsus olsa da, orada özü yaşayır. Lakin həmin ünvanda o, narkotik vasitələrin qəbulu üçün tiryəkxana təşkil etməmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə dostluq və qonşuluq münasibətləri var. Elçin və Fariz xx.xx.2021-ci il tarixdə, saat 15:00 radələrində onun yaşadığı mənzilə gəlmiş, hərəsi 10 manat pul qoyduqdan sonra Elçin və Farizin birlikdə gedib 30 manata “Kubinka” adlanan ərazidən öz istifadələri üçün metamfetamin ve heroin alaraq geri qayıtmış və onlar bilrikdə mənzildə bu maddələri istifadə etmişlər. Saat təxminən 18:30 radələrində mənzilin qapısı döyülmüş, bir müddət sonra Fariz qapını açanda içəri mülki geyimli şəxslər daxil olaraq polis olduqlarını bildirib onları 22-ci polis şöbəsinə aparmışlar. Həmin vaxtı onların üzərində narkotik olmasa da, polis əməkdaşları tərəfindən işgəncəyə məruz qaldıqdan sonra guya onun üzərindən heroin çıxmışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2021-ci ilin iyun ayının 1-də səhər saatlarında “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən şəxsi istifadəsi üçün 20 manata bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroin alıb üzərində daşımış, həmin günü saat 14:00-da isə Yasamal rayonu, M.İbrahimov küçəsi, 7 saylı ünvanın qarşısında saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 26-ci polis bölməsinə gətirilmişdir. Orada onun üzərində axtarış keçirilən zaman o, əynində olan açıq, yaşıl rəngli cins şalvarın sağ yan cibindən bu narkotiki çıxardıb təqdim etmişdir. xx.xx.2021-ci il tarixdə, saat 15:00 radələrində tanışı Təqsirləndirilən şəxs3la birlikdə tanışı Təqsirləndirilən şəxs1 yaşadığı Mərdanov qardaşları küçəsi, ev 15, mənzil 21-ə gələrkən üzərlərində narkotik olmadığı üçün hərəyə 10 manat pul qoyub narkotik əldə etmək qərarına gəlmişlər. Daha sonra Farizlə birlikdə “Kubinka” deyilən əraziyə gedib Elçin adlı şəxslə görüşüb ondan 30 manata bir büküm metamfetamin və iki büküm heroin alıb Elşənin yaşadığı mənzilə qayıdıb onu istifadə etmişlər. Bir müddət sonra mənzilin qapısını döyülmüş, 15-20 dəqiqədən sonra Fariz qapını açanda içəriyə polis əməkdaşları daxil olub onları 22-ci polis şöbəsinə aparmışlar. Orada onlar işgəncəyə məruz qalmış və sonra üzərlərində axtarış keçirilən zaman guya şalvarının cibindən heroin aşkar edilmişdir. Qeyd edir ki, həmin vaxtı onun üzərində heç bir narkotik vasitə olmamış, əldə etdiyi narkotiki mənzildə olarkən artıq istifadə etmiş və yalnız bundan sonra polis əməkdaşları gəlmişlər. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 4-5 aydır ki, psixotrop maddə metamfetamin qəbul edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la dostluq münasibətləri var. xx.xx.2021-ci il tarixdə, günorta saat 3 radələrində Elçinlə birlikdə Elşənin yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 15, mənzil 21-ə gəlmiş, narkotik almaq üçün hərəyə 10 manat pul qoyub Elçinlə “Kubinka” deyilən yerə gedib özü üçün bir bükümdə metamfetamin, Elçin və Elşən üçün isə iki büküm heroin almışlar. Sonra həmin mənzilə qayıdıb aldığı malları istifadə etmiş, bir müddət keçməmiş isə qapı döyülmüşdür. Təxminən 15-20 dəqiqədən sonra o, qapını açdıqda mülki geyimli şəxslər özlərini polis əməkdaşları kimi təqdim edərək içəri daxil olmuş, onların üst-başlarını və evi yoxlamış, lakin narkotik vasitə və ya psixotrop maddə tapmamışlar. Bundan sonra onları 22-ci polis şöbəsinə aparmışlar. Şöbədə onun üzərinə metamfetamin qoyularaq boynuna alması təklif edilmiş, əks halda ona qarşı zor tətbiq olunacağı söylənilmişdir. O da bundan qorxduğu üçün verilmiş ittiham üzrə metamfetamini boynuna almışdır. Məhkəmədə şahid qismində dindirilən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22ci polis şöbəsinin kiçik əməliyyat müvəkkili Şahid10 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə “Elşən” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması, istifadə etməsi, eləcə də narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etməsi, saxlaması və bu məqsədlər üçün binalar verməsi barədə əməliyyat məlumatı daxil olduğundan sonuncunun saxlanılması istiqamətində əməliyyat qrupu yaradılmışdır. Həmin şəxsin Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 15, mənzil 21-də yaşadığı müəyyən edilmişdir. Daha sonra polis şöbəsinin rəis müavini Şahid5, əməliyyat müəvvəkilləri Şahid6, Şahid8la birlikdə həmin günü saat 18:00-da Elşənin yaşadığı ünvana getmişlər. Əldə edilmiş məlumata əsasən Elşənin evdə tək olmadığını bildiklərindən ünvanı kənardan müşahidə etməyə başlamışlar. Bundan sonra saat 18:30-da başqa iki nəfər şəxsin, adları sonra məlum olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qeyd olunan mənzilə daxil olduqlarını görmüşlər. Mənzilin qapısını döydükdə Təqsirləndirilən şəxs3 qapını açmış, onlar da özlərini təqdim edərək məsələ barədə məlumat verib onları polis şöbəsinə dəvət etmişlər. Eyni zamanda həmin vaxtı bu şəxslər narkotik vasitənin təsiri altında olmuşlar. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilən zaman sonuncu əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə, içərisində qəhvəyi rəngli, daş şəkilli narkotik vasitəyə bənzər maddəni çıxarıb masanın üzərinə qoymuş, onun içərisində heroin olduğunu bildirərək bir neçə saat əvvəl tanışları Elçin və Farizlə birlikdə qaldığı mənzildə toplaşaraq adambaşına 10 manat olmaqla ümumilikdə 30 manat pul toplayıb sonuncuların “Kubinka” adlanan ərazidən aldıqlarını söyləmişdir. Həmçinin demişdir ki, alınan narkotik vasitənin və psixotrop maddənin bir hissəsini qəbul etdikdən sonra qalan hissəsini sellofana bükərək ciblərinə qoymuşlar. Məhkəmə istintaqında şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin sahə inspektoru Şahid13 Şahid10 ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəmə istintaqında şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə “Elşən” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması, istifadə etməsi, eləcə də, narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etməsi, saxlaması və bu məqsədlər üçün binalar verməsi barədə əməliyyat məlumatı daxil olduğundan sonuncunun saxlanılması istiqamətində əməliyyat qrupu yaradılmışdır. Həmin şəxsin Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 15, mənzil 21-də yaşadığı müəyyən edilmiş, daha sonra polis şöbəsinin rəis müavini Şahid5, əməliyyat müəvvəkilləri Şahid8, Şahid10lə birlikdə həmin gün saat 18:00-da Elşənin yaşadığı ünvana getmişlər. Əldə edilmiş məlumata əsasən Elşənin evdə tək olmadığını bildiklərindən ünvanı kənardan müşahidə etməyə başlamışlar. Bundan sonra saat 18:30-da başqa 2 nəfər şəxsin - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qeyd olunan mənzilə yaxınlaşdıqlarını görmüşlər. Mənzilin qapısını döydükdə Təqsirləndirilən şəxs3 qapını açmış, onlar da özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitə əldə etmə, özündə saxlayaraq daşıma, istifadə etmə, eləcə də, narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə, saxlama və bu məqsədlər üçün binalar vermə barədə məlumatlarının olmasını bildirərək onları polis şöbəsinə dəvət etmişlər. Şübhəli şəxslər saxlanılarkən narkotik vasitənin təsiri altında olmuşlar. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs3 üzərində axtarış keçirilən zaman sonuncu əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə, içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddəyə bənzər maddəni çıxarıb masanın üzərinə qoyaraq içərisində metamfetamin olduğunu və bir neçə saat əvvəl tanışı Elçinlə birlikdə narkotik vasitə və psixotrop maddə qəbul etmək üçün digər tanışı Elşənin mənzilinə getdiklərini, orada adambaşına 10 manat olmaqla ümumilikdə 30 manat pul düzəltdiklərini, daha sonra Elçinlə birlikdə “Kubinka” adlanan əraziyə gedərək oradan tanımadığı “Elçin” adlı şəxsdən 01 büküm metamfetamin və 02 büküm heroin alaraq geri qayıtdıqlarını, alınan narkotik vasitənin və psixotrop maddənin bir hissəsini qəbul etdikdən sonra qalan hissəsini sellofana bükərək üzərlərində saxladıqlarını bildirmişdir. Məhkəmə istintaqında şahid Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid7 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə “Elşən” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması, istifadə etməsi, eləcə də, narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etməsi, saxlaması və bu məqsədlər üçün binalar verməsi barədə əməliyyat məlumatı daxil olduğundan sonuncunun saxlanılması istiqamətində əməliyyat qrupu yaradılmışdır. Həmin şəxsin Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 15, mənzil 21-də yaşadığı müəyyən edilmiş, daha sonra polis şöbəsinin rəis müavini Şahid5, əməliyyat müəvvəkilləri Şahid6, Şahid10lə birlikdə həmin gün saat 18:00da Elşənin yaşadığı ünvana getmişlər. Əldə edilmiş məlumata əsasən Elşənin evdə tək olmadığını bildiklərindən ünvanı kənardan müşahidə etməyə başlamışlar. Bundan sonra həmin gün saat 18:30-da başqa 2 nəfər şəxsin - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qeyd olunan mənzilə yaxınlaşdıqlarını görmüşlər. Mənzilin qapısını döydükdə Təqsirləndirilən şəxs3 qapını açmış, onlar da özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitə əldə etmə, özündə saxlayaraq daşıma, istifadə etmə, eləcə də, narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə, saxlama və bu məqsədlər üçün binalar vermə barədə məlumatlarının olmasını bildirərək onları polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs2 üzərinə axtarış keçirilən zaman sonuncu əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə, içərisində qəhvəyi rəngli, daş şəkilli narkotik vasitəyə bənzər maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu, uzun müddətdir narkotik vasitə istifadə etdiyini, bir neçə saat əvvəl tanışı Farizlə birlikdə narkotik vasitə və psixotrop maddə qəbul etmək üçün digər tanışı Elşənin mənzilinə getdiklərini, adambaşına 10 manat pul qoyaraq ümumilikdə 30 manat pul düzəltdiklərini, daha sonra Farizlə birlikdə “Kubinka”dan “Elçin” adlı şəxsdən 01 büküm metamfetamin və 02 büküm heroin alaraq geri qayıtdıqlarını, alınan narkotik vasitənin və psixotrop maddənin bir hissəsini qəbul etdikdən sonra qalan hissəsini sellofana bükərək üzərlərində saxladıqlarını bildirmişdir. Məhkəmə istintaqında şahid Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin rəis müavini Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 15, mənzil 21-də mütəmadi olaraq başqa şəxslərin toplaşması və narkotik qəbul etməsi barədə binanın sakinləri tərəfindən şikayətlər daxil olmuşdur. xx.xx.2021-ci il tarixdə bu şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması, istifadə etməsi, eləcə də, narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etməsi, saxlaması və bu məqsədlər üçün binalar verməsi barədə daxil olmuş məlumatı yoxlamaq üçün əməliyyat qrupu yaradılmış, əməliyyat müəvvəkilləri Şahid6, Şahid8, Şahid10lə birlikdə həmin günü saat 18:00-da Elşənin yaşadığı ünvana getmişlər. Elşənin evdə tək olmadığını bildiklərindən ünvanı kənardan müşahidə etməyə başlamışlar. Bundan sonra saat 18:30da başqa 2 nəfər şəxsin – adları sonra məlum olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qeyd olunan mənzilə gəldiklərini görmüşlər. Mənzilin qapısını döydükdə Fariz qapını açmış, onlar da özlərini təqdim edərək məsələ barədə məlumat verib bu şəxsləri polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində bu şəxslərin hər birinin üzərində axtarış aparılmış, habelə növbəti günü Təqsirləndirilən şəxs1 mənzilinə baxış keçirilmişdir. Onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 yaşadığı mənzildə mütəmadi olaraq başqa şəxslərin toplaşması və narkotik qəbul etməsi barədə onun yaşadığı binanın sakinləri tərəfindən şikayətlər daxil olmuşdur. Məhkəmə istintaqında şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşı Şahid4 Şahid5 ifadəsinə oxşar məzmunda ifadə verdi. İş materiallarında olan: • “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2021-ci il tarixli protokol və diskdə olan videogörüntüyə əsasən Təqsirləndirilən şəxs1 üzərində axtarış keçirilərkən sonuncu əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş bükülünü çıxarıb stolun üstünə qoyur, üzərində başqa hər hansı əşya olmadığını bildirir. Onun təqdim etdiyi bükümün içərisindəki maddənin heroin olduğunu söyləyir, uzun müddətdir ki, narkotik istifadə etdiyini vurğulayır və bir neçə saat əvvəl yaşadığı mənzilə gələn şəxslər hərəsi 10 manat olmaqla ümumilikdə 30 manat pul düzəltdiklərini, sonuncular narkotik vasitələri alıb gəldikdən sonra bir qismini qəbul etdiyini, qalanını isə saxladığını qeyd edir (İ cild, i.v.49-56, disk); • “Şübhəli şəxsin dindirilməsi” və “Təqsirləndirilən şəxsin dindirilməsi” protokollarında Təqsirləndirilən şəxs1 ifadələrində göstərir ki, xx.xx.2021-ci il tarixdə, saat təxminən 18:30 radələrinidə tanışları olan Elçin və Farizlə birlikdə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 15, mənzil 21 ünvanında olan zaman mənzilin qapısının döyülmüş, mülki geyimli şəxslər özlərini polis əməkdaşları olduqlarını təqdim etdikdən sonra onun narkotik vasitələrin istifadəsi və saxlanmasında şübhəli olduğunu bildirərək onu Elçin və Farizlə birlikdə 22-ci polis şöbəsinə gətirmişlər. Orada o, əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş bükülünü çıxarıb stolun üstünə qoyur və bu bükümün içərisində heroin olduğunu, onu xx.xx.2021ci il tarixdə günorta saatlarında əldə etdiyini bildirir. Belə ki, tanışları Elçin və Fariz onun yaşadığı ünvana gəlmiş, orada hərəsi 10 manat pul qoyub, ümumilikdə 30 manat pul yığdıqdan sonra Elçin və Fariz “Kubinka” adlanan ərazidən şəxsi istifadələri üçün heroin və metamfetamin alıb həmin ünvana geri qayıtmışlar. Daha sonra narkotik vasitənin bir hissəsini yaşadığı ünvanda qəbul etmiş, qalan hissəsini isə sellofan bükülüdə üzərlərində saxlamışlar. Mənzil qardaşına məxsus olsa da, orada tək yaşayır. Həmin mənzildə əvvəllər də Elçin və Farizin narkotik vasitə istifadə etmələri üçün şərait yaratmış, başqa şəxslər də orada narkotik vasitə istifadə etmişdir. Bunun qarşılığında həmin şəxslərdən narkotik vasitə alıb özü də istifadə etmişdir. Polis şöbəsinə gətirildiyi və orada olduğu zaman ona qarşı heç bir zorakılıq olmamışdır (İ cild, i.v.245-247, ll cild, i.v.21-25); • “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2021-ci il tarixli protokol və diskdə olan videogörüntüyə əsasən Təqsirləndirilən şəxs2 üzərində axtarış keçirilərkən sonuncu əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxarıb stolun üstünə qoyur və üzərində başqa başqa əşyanın olmadığını bildirir. O, həmin narkotik vasitəni bu gün aldığını bildirir. Belə ki, tanışı Farizlə birlikdə Elşən adlı tanışın yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 21, mənzil 15-ə gəlmiş, orada hər biri 10 manat olmaqla ümumilikdə 30 manat pul düzəldib Farizlə birlikdə “Kubinka” adlanan ərazidə “Elçin” adlı şəxsdən həmin məbləğə 01 büküm “şüşə” və 02 büküm heroin alaraq Elşənin yaşadığı ünvana qayıtmış, heroinin yarısını Elşənlə birlikdə qəbul etmiş, Farizin isə “şüşə”nin bir hissəsini qəbul etmişdir. İstifadə etdikdən sonra heroinin qalan hissəsinin Elşənlə bölmüş, “şüşə”nin qalığı isə Farizdə qalmışdır (İ cild, i.v.101-109, disk); • “Şübhəli şəxsin dindirilməsi” və “Təqsirləndirilən şəxsin dindirilməsi” protokollarında Təqsirləndirilən şəxs2 ifadələrində göstərir ki, təxminən 20 ildir ki, narkotik vasitə heroin istifadə edir. Mütəmadi olaraq Elşənin yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 15, mənzil 21-də narkotik vasitəni Elşən və başqa tanışları ilə qəbul edir. Elşənin evinə gedib narkotik qəbul etməyinə səbəb odur ki, Elşən onlara rahat şərait yaradır, o, orada özünü rahat və sərbəst hiss edir. Bu mənzildə narkotik qəbul etmək üçün şprislər, limon duzu, alışqanlar və digər vasitələr var. Elşən şərait yaratdığı üçün əldə etdiyi narkotik vasitənin bir hissəsini ona verir. Farizlə birlikdə xx.xx.2021-ci il tarixdə, saat 15:00 radələrində Elşənin yaşadığı mənzilə gəlmiş, orada hər biri 10 manat olmaqla ümumilikdə 30 manat pul düzəldib Farizlə birlikdə “Kubinka” adlanan əraziyə gedərək “Elçin” adlı şəxslə görüşüb 02 ədəd bükümdə heroin və 01 ədəd bükümdə metamfetamin əldə edərək həmin mənzilə geri qayıtmışlar. Aldıqları maddələrin bir hissəsini istifadə edib qalanını sellofan bükümdə ciblərində saxlamışlar. Polis şöbəsinə gətirildiyi və orada olduğu zaman ona qarşı heç bir zorakılıq olmamışdır (İ cild, i.v.248-250, ll cild, i.v.43-47, İİİ cild, i.v.131-135); • “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2021-ci il tarixli protokol və diskdə olan videogörüntüyə əsasən Təqsirləndirilən şəxs3 üzərində axtarış keçirilərkən sonuncu əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə ağ rəngli kristal şəkildə maddəni çıxarıb stolun üstünə qoyur və bildirir ki, onun içərisində olan maddə metamfetamindir. Bilkdirir ki, tanışı Elçinlə birlikdə tanışı Elşənin Mərdanov qardaşları küçəsi, ev 15, mənzil 21-ə getmiş, hər biri 10 manat olmaqla ümumilikdə 30 manat pul toplayıb Elçinlə birlikdə “Kubinka” adlanan ərazidə “Elçin” adlı şəxslə görüşərək həmin məbləğə 02 büküm heroin və 01 büküm metamfetamin alaraq Elşənin yaşadığı ünvana qayıtmış, Elşənlə Elçin heroinin bir hissəsini, özü isə metamfetaminin bir hissəsini qəbul etmiş, daha sonra Elşən və Elçin heroinin qalan hissəsini öz aralarında bölüşdürərək sellofan bükümdə ciblərinə qoymuş, özü isə metamfetamini şəffaf rəngli sellofan bükümdə əynindəki idman şalvarının sağ yan cibinə qoymuşdur (İ cild, i.v.158- 167, disk); • “Şübhəli şəxsin dindirilməsi” və “Təqsirləndirilən şəxsin dindirilməsi” protokollarında Təqsirləndirilən şəxs3 ifadələrində göstərir ki, təxminən 4-5 aydır ki, psixotrop maddə metafetamin qəbul edir. Mütəmadi olaraq Elşənin yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 15, mənzil 21-də psixotrop maddəni Elşən və digər tanışları ilə qəbul edir. Həmin maddəni isə “Kubinka” adlanan ərazidən “Elçin” adlı şəxsdən əldə edir. Elşən həmin ünvanda narkotik vasitə qəbul etmək üçün rahat şərait yaradır, bunun qarşılığında əldə etdiyi maddənin bir hissəsini ona verir. Elçin və Elşən həmin mənzildə heroin, özü isə metafetamin qəbul edir. Elçinlə birlikdə xx.xx.2021-ci il tarixdə Elşənin yaşadığı həmin ünvana getmiş, orada hər biri 10 manat olmaqla ümumilikdə 30 manat pul düzəldib “Kubinka” adlanan əraziyə gedərək “Elçin” adlı şəxslə görüşüb 02 ədəd bükümdə heroin və 01 ədəd bükümdə metafetamin əldə edərək həmin mənzilə geri qayıtmışlar. Aldıqları maddələrin bir hissəsini istifadə etmişlər. Metafetaminin qalıq qalan hissəsini 01 ədəd şəffaf bükülüyə qoyub qara rəngli idman şalvarının sağ yan cibində saxlamışdır. Heroinin qalıq qalan hissəsini isə Elçinlə Elşən öz aralarında bölüb ciblərində saxlamışlar. Polis şöbəsinə gətirildiyi və orada olduğu zaman ona qarşı heç bir zorakılıq olmamışdır (lİ cild, i.v.1-3, 65-69); • “Baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə” xx.xx.2021-ci il tarixli protokol və videogörüntüyə görə baxış keçirilən ünvan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 15, mənzil 21-dir. Təqsirləndirilən şəxs1 özü kilidlə mənzilin qapısını açır. Mənzilə daxil olduqda müəyyən edilir ki, mənzil 2 otaq və 1 hamamdan ibarətdir. Təqsirləndirilən şəxs1 təklif edilir ki, mənzildə hər-hansı qanunsuz əşya varsa təqdim etsin. O qonaq otağına keçərək dəmir qabın içərisində və planşet qabının içərisindəki iynələri təqdim edir və bu iynələrin narkotik vasitələrin qəbulunda istifadə etdiyini söyləyir. Ona Fariz və Elçin adlı şəxslərlə mənzildə narkotik vasitə qəbul edərkən istifadə etdiyi iynələri təqdim edilməsi soruşulduqda, Elşən hərənin öz iynəsi olduğunu və hazırda onların harada olduğunun bilmədiyini bildirir. Həmin əşyalar qablaşdırılıb zərfə qoyularaq götürülür. Elçin və Fariz adlı şəxslərin narkoman olmasının və mütəmadi olaraq onun mənzilinə gələrək narkotik qəbul etdiklərini bildirir. Girişdə sol tərəfdəki dolabın içərisindən sarı rəngli qab və iynə ucu, girişlə üzbəüz dolabın içərisindən isə “falqa” aşkar edildi. Qonaq otağında dolabda olan stəkanın içərisindən ağ toz şəkilli maddə aşkar olundu və Təqsirləndirilən şəxs1 bildirdi ki, bu limon duzudur. Bundan əlavə, dolabın içərisindəki güldandan 03 ədəd büküm olmaqla 2-nin içərisində narkotikə bənzər maddə aşkar olundu, şpris də götürüldü. Elşən bu maddənin “kokos” olduğunu dedi. Həmçinin, ampul aşkar edildi. Təqsirləndirilən şəxs1 həmin ampulda narkotik vasitə bişirdiyini bildirdi. Əlavə olaraq siqaretin filtri aşkar edildi. Sonuncu ondan narkotik vasitənin təmizlənməsi üçün istifadə etdiyini bildirdi. Qeyd olunan bütün əşyalar ekspertizaya təqdim etmək üçün qablaşdırıldı. Ona narkotik vasitələr istifadə edən şəxsi nə üçün evə dəvət etdiyini soruşanda, Təqsirləndirilən şəxs1 bildirdi ki, heç yerdə işləmir, uşaqlara evi onlara verməsinin qarşılığında ona narkotik vasitə verillər (İ cild, i.v.180-183, disk); • “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs2 həmin gün tutulmuş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Bakı şəhəri Yasamal rayon prokuroru tərəfindən xx.xx.2021-ci il tarixdə imtina edilmişdir (lİ cild, i.v.171, 216-218); • “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli protokola və diskdə olan videogörüntüyə əsasən şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs2 əynindəki açıq yaşıl rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofanı təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu, onu həmin gün səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonunda “Kubinka” adlanan ərazidən adını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirdi (lİ cild, i.v.182-184, disk); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin: • xx.xx.2021-ci il tarixli, 6/3404 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 götürülmüş və tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №190” dairəvi möhür əksi olan, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,430 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra heroinin ümumi qalıq çəkisi 1,380 qram, aparılmış tədqiqatın dəyəri 65 manat təşkil edir (l cild, i.v.193-195); • xx.xx.2021-ci il tarixli, 6/3405 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 mənzilindən aşkar edilmiş və tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №190 dairəvi möhür əksi olan 3 ədəd paketdə olan: • bir ədəd kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 0,009 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Digər bir ədəd bükümdə 0,023 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; • bir ədəd bükümdə təmiz çəkisi 4,839 qram olan ağ rəngli maddə - limon turşusudur; • təqdim edilmiş şprislərdə, pambıqda, şüşə ampulada narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı; • təqdim edilmiş alışqanlarda, stəkanda, sarı rəngli plastik qabda, stəkanda, boz kağızda, falqa kağızlarında narkotik vasitə, psixotrop maddələrə aid izlər aşkar edilmədi; • Təqsirləndirilən şəxs1 mənzilindən aşkar edilmiş heroin ilə Təqsirləndirilən şəxs1 üzərindən və Təqsirləndirilən şəxs2 aşkar edilmiş heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidirlər. Tədqiqatdan sonra metafetaminin ümumi qalıq çəkisi 0,004 qram, heroinin ümumi qalıq çəkisi 0,013 qram, limon duzunun ümumi qalıq çəkisi 4,739 qram, aparılmış tədqiqatın dəyəri 65 manat təşkil edir (İ cild, i.v.198-201); • xx.xx.2021-ci il tarixli, 6/3403 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 götürülmüş və tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №190” dairəvi möhür əksi olan, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,573 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs2 aşkar edilmiş heroin ilə Təqsirləndirilən şəxs1 aşkar edilmiş heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Tədqiqatdan sonra heroinlərin ümumi qalıq çəkisi 1,523 qram və 1,330 qram, aparılmış tədqiqatın dəyəri 65 manat təşkil edir (l cild, i.v.204-206); • xx.xx.2021-ci il tarixli, 6/3406 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs3 götürülmüş və tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №190” dairəvi möhür əksi olan, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,998 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqatdan sonra metamfetaminin ümumi qalıq çəkisi 0,948 qram, aparılmış tədqiqatın dəyəri 65 manat təşkil edir (l cild, i.v.209-211); • 02.06.2021-ci il tarixli, 6/2216 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №244”, “ 1)...Təqsirləndirilən şəxs2..” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,294 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqatdan sonra heroinin ümumi qalıq çəkisi 0,244 qram, aparılmış tədqiqatın dəyəri 109,90 manat təşkil edir (lİ cild, i.v.191-194); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 Ambulator X1 haqqında: • 11.11.2021-ci il tarixli, 3904 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən suiistifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (İİİ cild, i.v.99-100); • 11.11.2021-ci il tarixli, 3905 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən suiistifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (İİİ cild, i.v.101-102); • 18.10.2021-ci il tarixli, 4003 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs3 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (İİİ cild, i.v.103-104); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(006)- 336/2021, 4(006)-335/2021 və 4(006)-334/2021 saylı qərarları ilə müvafiq olaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 09 avqust 2021-ci il tarixdən hesablanmışdır (lİ cild, i.v.106-117); • “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs2 götürülmüş, ekspertizadan sonra qalıq qalan 0,244 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin Növbətçi hissəsinə təhvil verilmişdir (lİ cild, i.v.230-231); • “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə, qalıq çəkisi 1,380 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və onun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 15, mənzil 21-dən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə, qalıq çəkisi 0,004 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 bükümdə, qalıq çəkisi 0,013 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, habelə 01 ədəd şüşə stəkan, 01 ədəd sarı rəngli plastik qab, falqa kağızları, 05 ədəd alışqan, 04 ədəd 5 ml həcmli və 02 əd 1 ml həcmli şprislər, 01 ədəd üzərində “Novakain” göstəricisi olan sınmış şüşə ampula, 01 ədəd iynə, 01 ədəd pambıq, 01 ədəd boş kağız, 01 ədəd paketdə olan, ümumi qalıq çəkisi 4,739 qram limon duzu, həmçinin Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə, qalıq çəkisi 1,523 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 isə aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə, qalıq çəkisi 0,948 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi hissəsinə təhvil verilmişdir (llİ cild, i.v.155-182); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli arayışı və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2015-ci il tarixdə cəzasını sonu ilə azad edilmişdir (lİ cild, i.v.127-128, lll cild, i.v.12-15); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli arayışı və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə həmin hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş 08 ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (lİ cild, i.v.129-130, lll cild, i.v.7-9); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs3 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (lİ cild, i.v.131); • “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən xx.xx.2014-cü il tarixli, RX ******* saylı Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 15, mənzil 21 Şahid9 mıxsusdur (lİİ cild, i.v.76); • Nəsimi rayonu, Mərdanov qardaşları, 15 saylı binanın sakinləri tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanlanmış müraciətdə qeyd olunur ki, evin ikinci mərtəbəsində narkotik qəbuli ilə məşğul olan bir dəstənin olmasından narahatdılar, bununla bağlı tədbir görülməsi xahiş olunur (lİ cild, i.v.134-143). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə, 238.1-ci maddəsi isə narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün binalar verməyə görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroin və metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 238-ci maddəsində təsbit edilmiş cinayətlərin obyektiv tərəfini tiryəkxanaların təşkil edilməsində, saxlanılmasında habelə tiryəkxanaların təşkil edilməsi və saxlanılması üçün binaların verilməsində ifadə olunan qəsdən törədilən hərəkətlər təşkil edir. “Tiryəkxana” dedikdə narkotik vasitələrin və ya psixotrop maddələrin mütəmadi istehlakı üçün nəzərdə tutulmuş yaşayış (məsələn, mənzil, fərdi ev, bağ evi) və yaxud qeyri-yaşayış sahəsi (anbar, qaraj, zirzəmi və s.) başa düşülür. Tiryəkxananın təşkili və saxlanılması məqsədi ilə binanın verilməsi də konstruktiv təyinatından asılı olmayaraq istənilən tikilinin və yaxud onun bir hissəsinin həmin məqsədlər üçün başqa şəxsin (tiryəkxananı təşkil edənin, saxlayanın) istifadəsinə verilməsini ehtiva edir. Tiryəkxana üçün yaşayış və qeyri-yaşayış sahələrinin əldə edilməsi, icarəyə, əvəzsiz olaraq istifadəyə və ya sahibliyə götürülməsi, təmir olunması, yenidən qurulması, xüsusi avadanlıqlarla təhciz edilməsi və sair bu kimi hərəkətlər tiryəkxananın təşkil edilməsi kimi təfsir olunmalıdır. Tiryəkxananı saxlama dedikdə isə artıq şəxsin özü və yaxud başqası tərəfindən təşkil olunmuş tiryəkxananın fəaliyyətinin davam etdirilməsinə yönələn hərəkətlər, məsələn, tiryəkxananın yerləşdiyi yaşayış və yaxud qeyri-yaşayış sahələrinin istismarı ilə bağlı maliyyə xərclərinin çəkilməsi, onların mühafizəsinin təşkil edilməsi, tiryəkxanadan istifadəni nizamlamaq üçün tədbirlərin görülməsi başa düşülməlidir. Nəzərə almaq lazımdır ki, Cinayət Məcəlləsinin 238-ci maddəsində nəzərədə tutulmuş cinayətlər formal tərkiblidirlər. Bu cinayətlər tiryəkxanada narkotik vasitələrdən faktiki olaraq istifadə edilib-edilməməsindən asılı olmayaraq, tiryəkxanaların təşkil edilməsini, saxlanmasını, habelə tiryəkxanaların təşkil edilməsi və saxlanılması üçün binaların verilməsini ifadə edən hərərkətlər törədildiyi andan bitmiş hesab olunur (20-ci bənd). Məhkəmə onu da qeyd edir ki, nəzərdən keçirilən cinayətin subyektiv cəhətinin zəruri əlaməti narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakını təmin etmədən ibarət olan xüsusi məqsəddir. Cinayət Məcəlləsinin 238.1-ci maddəsi ilə cinayət məsuliyyəti narkotik vasitələrdən və ya psixotrop maddələrdən həm bir dəfə, həm də dəfələrlə istifadə olunması üçün bina, mənzil, otaq və s. verilməsinə görə təqsirkarın tamah məqsədinin olub-olmamasından asılı olmayaraq yaranır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 238.1-ci, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hərəkətlərində isə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Bu cinayətlərin törədilməsi məhkəmə istintaqında təqsirləndirilən şəxslərin özləri tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, habelə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı vermiş olduğu ifadələri və digər mötəbər dəlillərlə tam sübuta yetirilir. Eyni zamanda təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki və ya psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələni təqsirləndirilən şəxslər, onların müdafiəçiləri və ya digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmasına dair hər-hansı müraciətə rast gəlinmir, eyni zamanda onlar barəsində həbs qətimkan tədbiri seçilərkən özləri tərəfindən bu barədə məhkəməyə də məlumat verilmir, əksinə olaraq polis əməkdaşları tərəfindən saxlanılarkən işgəncəyə, qeyri-insani rəftara məruz qalmadığını, onlara heç bir fiziki təzyiq və zorakılıq göstərilmədiyini söyləyirlər. Bununla bağlı məhkəmə vurğulayır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Törədilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi əməllərə görə cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 isə cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Eyni zamanda Təqsirləndirilən şəxs2 tərəfindən cinayətin təkrar törədilməsi Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 238.1-ci maddələrinin, Təqsirləndirilən şəxs2 isə (cinayətlətin təkrar törədilməsi də nəzərə alınmaqla) həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilən Təqsirləndirilən şəxs3 isə bu Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onların həbsə alındığı andan – 09 avqust 2021-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs3 həbsdə olduğu 10 ay 12 gün müddət isə həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq onlara qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunmalı, bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, iş üzrə maddi sübut kimi tanınaraq Təqsirləndirilən şəxs2 götürülmüş, ekspertizadan sonra qalıq qalan və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Növbətçi hissəsinə saxlanılan 0,244 qram narkotik vasitə heroin, habelə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan, Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə, qalıq çəkisi 1,380 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və onun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 15, mənzil 21-dən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə, qalıq çəkisi 0,004 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 bükümdə, qalıq çəkisi 0,013 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, habelə 01 ədəd şüşə stəkan, 01 ədəd sarı rəngli plastik qab, falqa kağızları, 05 ədəd alışqan, 04 ədəd 5 ml həcmli və 02 əd 1 ml həcmli şprislər, 01 ədəd üzərində “Novakain” göstəricisi olan sınmış şüşə ampula, 01 ədəd iynə, 01 ədəd pambıq, 01 ədəd boş kağız, 01 ədəd paketdə olan, ümumi qalıq çəkisi 4,739 qram limon duzu, həmçinin Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə, qalıq çəkisi 1,523 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 isə aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə, qalıq çəkisi 0,948 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin Cinayət- Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatlarının dəyəri 174,90 manat pul Təqsirləndirilən şəxs2, 130 manat pul Təqsirləndirilən şəxs1, 65 manat pul isə Təqsirləndirilən şəxs3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 dövlət büdcəsi vəsaiti hesabına 50 saat üçün nəzərdə tutulan 300 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə, həmin Məcəllənin 238.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 09 avqust 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 09 avqust 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs3 həbsdə olduğu 10 (on) ay 12 (on iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 09 (doqquz) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 yaşadığı Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi, ev 22, mənzil 20-ni hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs3 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhəri Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun, bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə tətbiq edilsin. Ekspertiza tədqiqatlarının dəyəri 174 (yüz yetmiş dörd) manat 90 (doxsan) qəpik pul Təqsirləndirilən şəxs2, 130 (yüz otuz) manat pul Təqsirləndirilən şəxs1, 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Təqsirləndirilən şəxs2 götürülmüş, ekspertizadan sonra qalıq qalan və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Növbətçi hissəsinə saxlanılan 0,244 qram narkotik vasitə heroin, habelə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan - Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə, qalıq çəkisi 1,380 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və onun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 15, mənzil 21-dən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə, qalıq çəkisi 0,004 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 bükümdə, qalıq çəkisi 0,013 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin 01 ədəd şüşə stəkan, 01 ədəd sarı rəngli plastik qab, falqa kağızları, 05 ədəd alışqan, 04 ədəd 5 ml həcmli və 02 əd 1 ml həcmli şprislər, 01 ədəd üzərində “Novakain” göstəricisi olan sınmış şüşə ampula, 01 ədəd iynə, 01 ədəd pambıq, 01 ədəd boş kağız, 01 ədəd paketdə olan, ümumi qalıq çəkisi 4,739 qram limon duzu və Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə, qalıq çəkisi 1,523 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 isə aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə, qalıq çəkisi 0,948 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 hər birinə dövlət büdcəsi vəsaiti hesabına 50 saat üçün nəzərdə tutulan 300 (üç yüz) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar