Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-107/2020 23.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X9 qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2001-ci il tarixdə Cəlilabad rayonu Ocaqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmayan, Cəlilabad rayonu, Əliabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə yəni xx xxxx 2019-cu il tarixdə saat 18:40 radələrində tanışı Şahid6 istədiyi X5 söyüb təhqir etməsi və həmin qızla münasibətə son qoyması tələbi səbəbindən Şahid8 arasında xx xxxx 2019-cu ildə baş vermiş mübahisəyə aydınlıq gətirmək üçün Şahid6 dəvəti ilə tanışı yetkinlik yaşına çatmayan xx.xx.2004-cü il təvəllüdlü Şahid7 və qeyriləri ilə bir qrup şəxs halında ünvan 1 saylı ünvanda yerləşən “Qış” parkına gəlib orada ictimai yerdə vətəndaşların narahatlıq hissi keçirmələrinə səbəb olmuş hərəkətlər edib nalayiq söyüşlər söyüb insanlar arasında davranış qaydalarını, bununla ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bununla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib mübahisə salmaqla mübahisəyə müdaxilə etməyib kənarda dayanan Zərərçəkmiş şəxs yaxınlaşaraq onun Şahid8la birgə gəlməsini cüzi səbəb kimi bəhanə edib əsaslı səbəb olmadan kənara çəkib yumruqla baş və boyun nahiyələrinə vurub yerə yıxaraq zərər çəkmiş şəxsə zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib xuliqanlıq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X3 onun anasıdır, X13 isə atasıdır, ancaq atası Araz Qənbərov onlarla yaşamır. O, anası ilə birlikdə Cəlilabad rayonu, Ocaqlı kəndində yaşayırmış. O, 2017-ci ilin iyul aylannda Bakı şəhərinə gəlmiş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində dayısı Zülfüqar İsmayılovun evində yaşayırmış. Orada o, həmyaşıdı Raul Babayev ilə tanış olmuşdur. sonuncu özü valideyinləri ilə birlikdə Abşeron rayonu, Xırdalan qəsəbəsində yaşayırmış. 2018-ci ilin noyabr-dekabr aylarında Rauf onu öz evlərinə qonaq çağırmışdır. Rauf evlərində onu həmyaşıdı “Zaza” ləqəbli Nurlan adlı şəxslə tanış etmişdir. O, 2019-cu ilin əvvəllərində Bakı şəhəri, Səbail rayonu ərazisində “Tarqovu” adlanan ərazidə yerləşən “Kristal” moda evinə getmişdir. O, Nurlanada təklif etmişdir ki, o, da gəlsin, Nurlanda həmin “Kristal” moda evinə gəlirmiş. xx xxxx 2019-cu il tarixdə axşam saat 18 radələrində Nurlan onun nömrəsinə xatırlamadığı mobil nömrədən instaqramda yazdı ki, gəl “Qış” parkına onu döyürlər. O, qaçaraq “Qış” parkına tərəf gedərkən Rauf və modalar evində işləyən Elvini görmüş, onlar soruşmuşlar ki, niyə qaçırsan? O, demişdir ki, dostunu döyürlər. Rauf və Elvin onun qaçdığını görüb arxasınca qaçaraq gəlmişlər. Saat 18:30 radələrində o, “Qış” parkına çatarkən görmüşdür ki, orada çoxlu çavan oğlanlar yığışıb, o, dəmir reşotkanı aşarkən görmüşdür ki, Nurlan bir nəfər oğlanla, yəni sonradan adının Sübhan kimi bildiyi şəxslə mübahisə edir. O, Nurlana yaxınlaşıb onu aralamışdır ki, nə olub ? Nurlan ona bildirmişdir ki, Sübhan onu söyübdür. O, əhəmiyyət verməyib kənara çəkilmişdir. Nurlan isə Sübhanı kənara çəkib onunla söhbət edə-edə gedirmiş. Sonra baxmışdır ki, Nurlan cibindən cib bıçağı çıxarıb bir neçə dəfə Sübhanın bədən nahiyəsinə vurmuş və Sübhan oturacağın üstünə yıxılmış, sonra o, görmüşdür ki, Nurlan sonradan adını Muradəli bildiyi şəxsə yaxınlaşıb onu qabaq tərəfdən 2 dəfə döş nahiyəsinə bıçaqla vurmuş və Muradəli yerə yıxılmışdır. Sonra o, Muradəliyə yaxınlaşıb bir neçə dəfə yumruqla onun arxadan baş nahiyəsinə və boyun nahiyəsinə vurduqda Sübhan gəlib onu yumruqla vursada o, Sübhanı vurmamışdır. Sonra Muradəli yerdən durub Sübhanla birlikdə qaçıb getmişlər. O, da Nurlanla birlikdə qaçıb getmişdir. Özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, cinayəti törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını, əvvəllər məhkum olunmamasını, gənc olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərəçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, S.S.Sarıbala oğlu onun dostudur. xx xxxx 2018-ci il tarixdə axşamçağı Sübhan ona müraciət edərək xx xxxx 2019-cu il tarixdə Elmar adlı şəxslə mübahisə edib dalaşdıqlarını, Elmar onu Nəsimi rayonu ərazisində yerləşən “Qış” parkına söhbətə çağırdığını, onunla birlikdə getməyi təklif etdikdə o, etiraz etməyib Şahid8la birlikdə saat təxminən 18:30 radələrində həmin ünvana getmişlər. Orada olarkən sonradan şəxsiyyəti ona Elmar kimi məlum olan şəxs tərəfindən təxminən 10 nəfər dostları ilə, Elmar Sübhanla mübahisə edib dalaşmaq istərkən o qoymamışdır. Sonradan əvvəllər tanımadığı “Zaza” ləqəbi ilə tanınan Nurlan adlı şəxs Şahid8 qoluna girib kənara çəkmiş və cibindən bıçaq çıxarıb Sübhanın bədən nahiyəsinə bir neçə dəfə bıçaqla vurduğunu görmüş, o həmin dava-dalaşa müdaxilə etməyib kənarda dayanmış, ani olaraq heç bir səbəb olmadan Nurlan əlində bıçaq onun üstünə hücum edərək əlində olan cib bıçağı ilə sol döşaltı nahiyəsindən və sağ döşaltı nahiyəsindən bıcaqla vurub xəsarət yetirib kənara çəkildikdən sonra bir nəfər şəxs sonradan adının Elşad olduğu bildiyi şəxs parkın dəmir arakəsmənin üstündən keçərək heç bir səbəb olmadan onu baş və boyun nahiyələrinə yumruqla vurmağa başlamış, Sübhan isə gəlib onları aralamış, o, Sübhan ilə birlikdə qaçaraq taksi saxlatdırıb xəstəxanaya getmişlər. O, əlavə olaraq göstərmişdir ki, Elşad onu ancaq yumruqla vurmuş, onun əlində bıçaq və ya digər hər hansı bir əşya olmamış, Nurlan onu iki dəfə bıçaqla vurub xəsarət yetirsədə onu öldürmək fikri olmamışdır. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını bildirmiş və sonuncuya yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, Bəyim adlı qızla tanış olmuş və onunla dostluq etmişdir. xx xxxx 2019-cu il tarixdə Bəyim ona zəng edib onun tanıdığı Elmar adlı şəxs öz dostlarının yanında onun ünvanına nalayiq söyüşlər söydüyünü bildirmişdir. Odur ki, o həmin gün saat 17 radələrində gedib Elmarı 44 nömrəli məktəbin yanında tapmış, onun yanında təxminən 5-6 nəfər dostları olmuşdur ki, həmin şəxslərdən İsanı tanımış, qalan şəxsləri üzdən tanısada adlarını bilməmişdir. O, Elmara nə üçün səbəbsiz yerə onu söydüynü soruşmuş, həmin vaxt onun dostlarından Sərxan, Nüsrət və Tamerlan oraya gəlmiş, onlar Nəsimi rayonu ərazisində yerləşən “Qış” parkına gedərək keçidə girib Elmarla mübahisə edib nə üçün onu söydüyünü soruşmuş və Elmarla əlbəyaxa olub dalaşmaq istərkən uşaqlar onları aralayıb çıxıb getmişlər. Həmin gün səhəri, yəni xx xxxx 2019-cu il tarixdə günorta saat təxminən 15 radələrində Elmar instaqramda onun səhifəsinə yazıb onun harada olduğunu soruşmuş, o işdə olduğunu bildirdikdə Elmar dünənki söhbətə görə gəlib onunla danışacağını bildirdikdə, o Elmara instaqramda səhifəsinə yazmışdır ki, dünən söhbət oldu və bir-birimizə bildirdik ki, söhbət burada bağlanır. Elmar instaqramda onun səhifəsinə yazmışdır ki, gəl “Qış” parkına görəcəksən ki, nə olacaq. O, isə Elmara tək gələcəyini bildirdikdə Elmar ona axşam saat 6-da “Qış” parkında “Palıd” kafesinin yanma gəlməsini bildirmiş o, dostu Zərərçəkmiş şəxs Elmarın onu “Qış” parkına söhbətə çağırdığını, onunla birlikdə getməsini təklif etdikdə Zərərçəkmiş şəxs etiraz etməmiş, həmin gün axşam saat təxminən 18:30 radələrində onunla Nəsimi rayonu ərazisində yerləşən “Qış” parkına getmiş. Elmar tərəfdən təxminən 15 nəfər dostları olmuşdur ki, həmin şəxslərdən o, Elmarı və İsanı tanımış, qalan şəxsləri tanımamışdır. Eyni zamanda onun tanışlarından Sərxan, Tamerlan, Nüsrət və onların yanında olan üzdən tanıdığı 5-6 nəfər şəxsdə olmuşdur ki, onların Elmarla söhbət etdiklərini gördükdə, o Elmara yaxınlaşıb nə üçün onu çağırdığını soruşduqda, Elmar ona dünənki söhbətə görə çağırdığını, dostlarına güvənib onunla dalaşmaq istəyini görmüş, onun isə dalaşmaq fikri olmadığından əlini Elmarın çiyninə qoyub bildirmişdir ki, mən təkəm, siz çox, əgər dalaşmaq istəyirsinizsə gedək keçidə söhbətimizi edək. Həmin vaxt Zərərçəkmiş şəxs Elmara yaxınlaşaraq mübahisə etməyib söhbəti bağlayıb çıxıb getməyi təklif etdikdə, onun özüdə Elmara müraciət edib xoşluqla ayrılıb evə getməyi bildirdikdə, Elmarın yanında olan şəxs, yəni sonradan şəxsiyyəti ona molum olan “Zaza” ləqəbi ilə tanınan Şahid7 onu kənara çəkib sol əlini onun çiyninə qoyub bildirmişdir ki, “sən mənim arxamca söyüş söymüsən ?” O, isə ona bildirdirmişdir ki, “mən səni tanımıram, mən səni nə üçün söyməliyəm” dedikdə Nurlan əlini onun çiynindən çəkib cibindən bıçaq çıxarıb onun kürək nahiyəsinə 3 dəfə bıçaqla vurmuş, o Nurlana tərəf çevriləndə onun qabaq sağ tərəf qabırğa hissəsindən bir dəfədə bıçaqla vurub arxaya qaçmış, o, oturacaqda əyləşib kürək və qarın nahiyəsindən qan axdığını görmüş, sonra Nurlan gedib əlində olan bıçaqla Muradəlinin qarşı tərəfdən bədən nahiyəsinə bıçaqla vurub xəsarət yetirdiyini görmüş, sonra bir nəfər şəxs, sonradan adının Elşad olduğunu bildiyi şəxs parkın dəmir arakəsmənin üstündən keçərək Muradəlini yumruqla vurmağa başladığını görüb gedib Elşadı yumruqla vuraraq Muradəli ilə qaçıb taksi ilə xəstəxanaya getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayanŞahid6 ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə tanıdığı Bəyim adlı qız imtahandan sonra dostu İsanın yanında onun ünvanına söyüş söymüş və İsa gəlib bu barədə ona bildirmişdir. xx xxxx 2019-cu il tarixdə saat təxminən 14.30 radələrində o İsa ilə birlikdə Bəyimin yaşadığı evə tərəf gedərkən Bəyimi yolda görmüş, Bəyimin ona söydüyü söyüşləri onun ünvanına deyərək çıxıb getmiş, sornra o, İsa, Məhərrəm, Pərviz və Kamran ilə görüşüb “Kubinka” adlanan yerdə olan orta məktəbin yanına getmiş, orada Sübhanın dostları Sərxan, Seyfəli, Amal, Nüsrət və tanımadığı təxminən 5 nəfər şəxsin orada olduğunu görmüş, təxminən 5-10 dəqiqə keçmiş Sübhan özüdə oraya gəlib onlara “Qış” parkına getməsini təklif etdikdə, onlar həmin ünvana getmiş, Sübhan, Məhərrəm, Pərviz və Kamrana bayırda gözləmələrini bildirib dostları Sərxan, Seyfulla və Amalla onu və İsanı yeraltı keçidə aparmış, Sübhan ona nə üçün onun ünvanına söyüş söydüyünü soruşduqda, Elmar onu söymədiyini, Bəyim İsanın yanında onun ünvanına söyüş söydüyü üçün o da gedib Bəyimin ünvanına söyüş söydüyünü, ona bildirdikdə Sübhan İsanı qucağına alıb yerə yıxmış, onun yanında olan şəxslərdə İsanın üzərinə gəldikdə, o İsanı müdafiə etmək istərkən Seyfulla yumruqla onun başının yan tərəfindən vurmuş, Məhərrəm, Pərviz və Kamran onları aralayıb çıxıb getmişlər. Həmin vaxt hər hansı bir şəxs xəsarət almadığından şikayət etməmişlər. xx xxxx 2019-cu il tarixdə o özünə məxsus mobil telefonu ilə Sübhanın “instaqram”ına mesaj yazıb bildirmişdir ki, “Sübhan gəl söhbət edək görüm dünən məni niyə təkləmişdiniz”. Sübhan isə ona “instaqram”da mesaj yazaraq, o, gələsi olsa ancaq dava etmək üçün gələcəyini bildirdikdə, o Sübhana gələrsən danışarıq mesajını yazmışdır. Həmin gün axşamçağı Sübhan onun instaqramda, söhbətə özü ilə kim bıçaq gətirsə həmin şəxsin ünvanına nalayiq söyüş söymüşdür. O, Sübhanla söhbətə getmək üçün tanışları Yasin, İsa, Hafiz, onun qardaşı Pərviz və dostu Məhərrəm Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Malakan” bağı adlanan ünvana getmiş, orada tanışı Vasifi və Vasifin dostu “Zaza" ləqəbli Nurlanı görmüş, o Vasifə müraciət edərək Sübhanın onları davaya çağırdığını, onlarında getməsini təklif etdikdə, Vasif ona işi olduğu üçün gedə bilməyəcəyini deyib Nurlanı yana çəkib ona nə isə verib Nurlana bildirmişdir ki, “Elmar mənim dostumdur, söhbətləri düşüb səndə onlarla get”. Odur ki, Nurlan etiraz etməyib onlarla birlikdə Nəsimi rayonu ərazisində yerləşən “Qış” parkına getmiş və dostu Elşad adlı şəxsidə oraya çağırmışdır. Onlar “Qış” parkına gəldikdə Sübhanın dostları Seyfulla, Nüsrət, Amal və tanımadığı təxminən 8-10 nəfərin orada olduğunu görmüş, sonra Sübhan dostu Muradəli ilə birlikdə onların yanına gəlmiş, Sübhan əynində olan gödəkçəsini çıxarıb nalayiq söyüş söyərək onun üstünə hücum çəkib paltarının yaxasından tutaraq təpiklə onu vurmaq istərkən Yasin gəlib onları aralamış, Sübhanın dostu Muradəli gəlib onu kənara çəkib narahat olmamasını, Sübhanı sakitləşdirəcəyini bildirmiş, həmin vaxt “Zaza” ləqəbli Nurlan əlində bıçaq tiyəsi açıq vəziyyətdə onların yanına gəlib Sübhana onuda söydüyünü soruşduqda, Sübhan hamını söydüyünü demiş. Nurlan Sübhanı kənara çəkib əlini onun boynuna salıb əlində olan bıçaqla Sübhanın bədən nahiyəsinə bir neçə dəfə vurduqdan sonra gedib Sübhanın dostu Muradəlinidə bıçaqla vurub xəsarət yetirmiş və sonra Nurlanın dostu Elşad yüksək səslə Muradəlinin üstünə cumub onunla əlbəyaxa olub yumruqla döymüş, sonra Sübhan Muradəlinin yanına gəlmiş və Muradəli ilə birlikdə qaçıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayanŞahid4 ifadəsində göstərmişdir ki, o, Şahid6 2017-ci ildən tanımış, onun tanışlığı təhsil aldıqları məktəbdən olmuşdur. 2019-cu ilin təxminən yanvar avında Elmar Bəyim adlı bir qızla tanış olmuş, sonra Elmar ona bildirmişdir ki, Bəyimin əvvəllər Sübhan adlı sevgilisi olmuş, Sübhan ona təzyiq etmişdir ki sevgilisi Bəyimdən ayrılsın. x xxxx 2019-cu ıl tarixdə qəbul imtahanı zamanı Bəyim onun yanında Elmarın ünvanına nalayiq söyüşlər söydüyündən o bu barədə Elmara bildirmiş, x xxxx 2019-cu il tarixdə o Elmar ilə gedərkən yolda Bəyimlə rastlaşmış, Elmarda onun söydüyü söyüşləri Bəyimin ünvanına demiş, Bəyim isə bu barədə Sübhana bildirmişdir. Həmin gün, yəni x xxxx 2019-cu il tarixdə Sübhan Elmarı görüb onunla qış parkında söhbət etməsini bildirmiş, odur ki, o, Elmar, Pərviz, Kamran və Məhərrəm «qış» parkına getmiş, keçiddə Sübhan və onun yanında olan təxminən 3-4 nəfər dostları ilə mübahisə edib dalaşmış, həmin vaxt Pərviz və Kamran dava-dalaşda iştirak etməmiş, həmin dava- dalaşda hər iki tərəf bir-birini yumruqla vursalarda, sonradan söhbəti sakit yolla həll edib ayrılmışlar. xx xxxx 2019-cu il tarixdə saat təxminən 18 radələrində Elmar onu yaşadığı evdən çağıraraq Sübhan tərəfindən döyülməsi məsələsinə aydınlıq gətirilməsi üçün Sübhanı “Qış” parkına çağırdığını və onunda getməsini təklif etdikdə o, etiraz etməyib razılıq verib gələcəyini bildirmişdir. Sonra o Elmarla əlaqə saxlayıb harada olduğunu soruşduqda Elmar bildirmişdir ki, Axundov bağındadır, Məhərrəm və Pərvizdə onunladır, odur ki, o gedib onlarla görüşüb Nəsimi rayonu ərazisində yerləşən “Qış” parkına getmiş, Sübhanın təxminən 10-12 nəfər tanışları həmin parka gəlmişlər. Onlar görüşüb mehribancasına söhbət etmişlər ki, Sübhanla Elmarı barışdırsınlar ki, söhbət qurtarsın. Saat təxminən 18:30 radalərində Sübhan və yanında sonradan şəxsiyyəti ona Muradəli kimi məlum olan şəxs oraya gəlmiş, Sübhan əynindəki gödəkçəsini çıxarıb nalayiq söyüşlər söyərək Elmarı vurmaq istərkən onlar aralamış, Elmarın dostu əvvəllər tanımadığı, sonradan “Zaza” ləqəbi kimi tanınan Nurlan adlı şəxs və onun yanında Elşad adlı şəxslərində orada olduğunu görmüş, Sübhan söyüş söyərkən Nurlan Sübhana yaxınlaşıb onu kənara çəkmiş və bıçaqla Sübhanı bir neçə dəfə vurmuş, sonra Nurlan əlində bıçaq qaçaraq Sübhanın dostu Muradəlini qarşı tərəfdən bıçaqla bədən hissəsinə vurduqdan sonra Nurlanın dostu Elşad qaçaraq gəlib yumruqla Muradəlini döyərək yerə yıxmış, Sübhan onlara yaxınlaşmış, Muradoli ilə birlikdə qaçıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayanŞahid7 ifadələrində göstərmişdir ki, o, valideyinləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, “xxxxx” MTK, ev 2, mənzil 12-də yaşayır. 2019-cu ildə Xırdalan şəhəri, 4 nömrəli orta məktəbinin 9-cu sinfini bitirmişdir. xx xxxx 2019-cu il tarixdə saat 17 radələrində o, Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Malakan” adlanan bağda tanışı Turanə ilə gəzişib, sonra onu evlərinə yola salıb həmin bağa qayıtmış, orada instaqramdan tanıdığı Vasiflə görüşüb söhbət edərkən Vasif ona bildirmişdir ki, onun dostu Elmar gələcək, Elmarın kimlərinənsə söhbəti var, belə ki, həmin şəxslər bir gün əvvəl Elmarı döymüşlər, Vasif ona həmin şəxslərlə söhbətə birgə getməyi təklif etdikdə o, etiraz etməmiş, sonra oraya Elmar və yanında dörd nəfər həmyaşıdları gəlib onlarla görüşmüş, X14 öz dostları ilə “Qış” parkına gələcəklərini, həmin şəxslərlə söhbətə birgə getməyi təklif etdikdə, o gedə biləcəyini bildirmiş, Vasif isə cibindən el arasında “kəpənək” deyilən açılıbqatlanan bir ədəd cib bıçağını ona verib işinin olduğunu, həmin uşaqlarla getməsini, özünündə oraya gələcəyini bildirdikdə o etiraz etməyib bıçağı Vasifdən götürüb cibinə qoymuş, Elmar və yanında olan dörd nəfər həmyaşıdları ilə birlikdə Nəsimi rayonu ərazisində yerləşən “Qış” parkına gedib orada gözləmiş, aradan bir müddət keçmiş oraya təxminən 10-15 nəfər cavan oğlanlar gəlmiş, sonra iki nəfər cavan oğlanlarda gəldiyini, Elmar ona həmin şəxslərdən birinin Sübhan olduğunu bildirmişdir. Sübhan gəlib onlara ümumi salam vermiş və Elmarı kənara çəkib onunla söhbət edib Elmarı yumruqla vurmuş, sonra əynindəki gödəkçəni çıxarıb öz dostlarının üstünə atıb onların ünvanına nalayiq söyüşlər söymüş, Sübhanın bu hərəkəti ona pis təsir etdyindən Sübhana yaxınlaşıb onu kənara çəkib həmin söyüşü onada söyməsini soruşduqda, Sübhan hamını söydüyünü bildirmiş və o, Vasifin ona verdiyi “kəpənək” deyilən açılıb-qatlanan cib bıçağını cibindən çıxarıb tiyəsini açıb bir neçə dəfə Sübhanın bel və bədən nahiyələrinə vurmuş, o Sübhanı bıçaqla vurduqdan sonra Sübhanla parka birlikdə gələn əynində ağ və qırmızı rəngli idman gödəkçəsi olan, yəni sonradan şəxsiyyəti ona Muradəli kimi məlum olan şəxsin üstünə hücum edib bıçaqla onun sol döşaltı nahiyəsindən və sağ döşaltı nahiyəsindən vurduqdan sonra kənara çəkilmiş, həmin vaxt onun dostu Təqsirləndirilən şəxs gəlib Muradəlinin üstünə cumub yumruqla onu vurmuş, Muradəli yerə yıxıldıqda, Elşad yenədə yumruqla arxadan onun baş və boyun nahiyəsinə vurduğunu görmüş, sonra Muradəli yerdən durub dostu Sübhanla birlikdə qaçıb getmişlər. Aradan bir gün keçmiş, yəni xx xxxx 2019-cu il tarixdə o, Vasiflə telefonda danışıb Nərimanov rayonu ərazisində görüşməyi təklif etdikdə o, Təqsirləndirilən şəxs və adını xatırlamadığı Elşadın dostu birlikdə gedib Nərimanov rayonu ərazisində Vasiflə görüşərkən polis işçiləri gəlib onları Nəsimi rayonu 21-ci Polis Bölməsinə aparmış, orada üstünə baxış keçirilərkən Şahid8 və Zərərçəkmiş şəxs vurduğu bıçağı polisə təqdim etmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən yetkinlik yaşına çatmayan Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən yetkinlik yaşına çatmayanŞahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o,ifadəsində göstərmişdir ki, o, Şahid6 orta məktəbdə birgə oxuduğundan tanımış. Elmar 2019-cu ilin yanvar ayında Bəyim adlı bir nələr qızla tanış olmuş, sonra Elmar ona bildirmişdir ki, Bəyimin əvvəllər Sübhan adlı sevgilisi olmuş, Sübhan ona təzyiq etmişdir ki sevgilisi Bəyimdən ayrılsın. xx xxxx 2019-cu il tarixdə axşamçağı Elmar onu görüb bildirmşdir ki, xx xxxx 2019-cu il tarixdə Sübhan onu görüb onunla söhbət etməsini bildirmiş, odur ki, İsa, Elmar, Kamran, Məhərrəm və Pərviz “Qış” parkına getmiş, keçiddə Sübhan və onun yanında olan təxminən 3-4 nəfər dostları ilə mübahisə edib dalaşmış, həmin vaxt Pərviz və Kamran dava-dalaşda iştirak etməmiş, həmin dava-dalaşda hər iki tərəf bir-birini yumruqla vursalarda, sonradan söhbəti sakit yolla həll edib ayrılmışlar. Həmin məsələyə aydınlıq gətirməsi üçün onunla “Qış” parkına getməsini xahiş etdikdə o etiraz etməmiş, onunla birlikdə “Qış” parkına getməyə razılıq vermiş, həmin vaxt onun qardaşı Pərviz də orada olduğundan o da birlikdə getməyə razılıq vermiş, parka çatan zaman orada onlardan başqa lıcç bir kəs olmamış, sonra oraya Sübhanın dostları, daha sonra isə Sübhan özü gəlmiş, oraya təxminən 15-20 nəfər toplaşmış, onun Elmarın tanışları kimi tanıdığı şəxslərdən İsa, İsanın qardaşı Yasin və Məhərrəmin orada olduğunu görmüş, sonradan isə “Zaza” ləqəbi ilə tanınan şəxs yanında da 2 nəfər şəxsin gəldiyini görmüş, Sübhan ümumi olaraq söyüş söydüyü üçün “Zaza” ləqəbi ilə tanıdığı şəxs Sübhanı kənara çəkib onunla danışmağa başlamış, sonra isə ani olaraq “Zaza” ləqəbi ilə tanıdığı şəxsin əlində açılıb-bağlanan bıçaq olduğunu və Sübhanı bıçaqla vurduğunu, sonra isə Sübhanın dostları “Zaza”nın üstünə hücum etdikdə “Zaza” arxa-arxaya doğru hərəkət etmiş, “Zaza”nın tanışları olan şəxslər yolun digər tərəfindən dəmir arakəsmənin üzərindən aşaraq dava-dalaş olan yerə gəlib bir-iki nəfəri yumruqla vurmuş, “Zaza” əlində bıçaq Sübhanın dostu Muradəlinin üstünə cumaraq həmin bıçaqla onuda vurmuş, sonra “Zaza”nın dostlarından biri Muradəlini yumruqla döyərək yerə yıxmış, həmin vaxt Sübhan Muradəlinin yanına gəlib Muradəlini yumruqla vuran şəxsi əli ilə vurmuş və Muradəli ilə birgə qaçıb getmişlər. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən yetkinlik yaşına çatmayanŞahid3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o,ifadəsində göstərmişdir ki, Şahid6 bir məktəbdə oxuduğundan tanımış. Elmar 2019-cu ilin yanvar ayında Bəyim adlı bir nəfər qızla tanış olmuş, sonra Elmar ona bildirmişdir ki, Bəyimin əvvəllər Sübhan adlı sevgilisi olmuş, Sübhan ona təzyiq etmişdir ki sevgilisi Bəyimdən ayrılsın. xx xxxx 2019-cu il tarixdə qardaşı İsa ona bildirmişdir ki, həmin gün onlarla Sübhan gilin aralarında dava-dalaş olmuş, belə ki, Sübhan Elmarın yanına gəlib onunla söhbət etməsini bildirmiş, ona görə də İsa, Elmar, Pərviz, Kamran və Məhərrəm “Qış” parkına getmiş, keçiddə Sübhan və onun yanında olan təxminən 3-4 nəfər dostları ilə mübahisə edib dalaşmış, həmin vaxt Pərviz və Kamran dava-dalaşda iştirak etməmiş, həmin dava-dalaşda hər iki tərəf bir-birini yumruqla vursalarda, sonradan söhbəti sakit yolla həll edib ayrılmışlar. xx xxxx 2019-cu il tarixdə saat təxminən 14 radələrində qardaşı isadan eşitmişdir ki, onlar Sübhangil ilə söhbətə gedəcəklər. İsa həmin sözləri ona deyən vaxt Elmar da orada olmuş, eyni zamanda orada Pərviz, Hafiz və Məhərrəmdə olmuş, Sonra o oxumağa hazırlığa gedəcəyini Elmara bildirib harada yığışacaqlarını soruşduqda Elmar ona “Malakan” adlanan bağda yığışacaqlarını bidirdikdə o, Elmara saat 17 radələrində dərsdən çıxa biləcəyini demiş, Elmar isə həmin ərəfələrdə “Malakan” adlanan bağda olacaqlarını bildirmiş, odur ki, o, saat 17 radələrində hazırlıqdan çıxıb “Malakan” adlanan bağa getmiş və orada Elmarın ətrafında 8 nəfər şəxs olduğunu görmüş, “Malakan” adlanan bağında olarkən Elmar “vayfay” vasitəsi ilə internetdən Sübhanı çağırdıqda Sübhan bildirdi ki, oraya gəlsə ancaq dava edəcəyi, kimsə özü ilə bıçaq gətirəcəyi təqdirdə nalayiq sözlərlə mesaj yazmış, sonra onlar birlikdə Nəsimi rayonu ərazisində yerləşən '‘Qış"' parkına getmiş, az müddət sonra oraya Sübhanın təxminən 7-8 nəfər tanışları gəlmiş, lakin Sübhan orada olmamış, söhbət əsnasında “Zaza” ləqəbli şəxs qarşı tərəfdən Elmarın kim tərəfindən vurduğunu soruşduqda Sübhanın tanışlarından adını bilmədiyi bir nəfər şəxs Sübhanın onları səhv söhbətə çağırdığını bildirmiş, onlar söhbət edən vaxt oraya Sübhan və vanında Muradəli adlı dostu gəlmiş, Sübhan gələndən sonra Elmarla aralarında sözlə mübahisə olmuş və bir-birlərini söyüb təhqir etmiş, Sübhan Elmarın üstünə hücum çəkdikdə onları o aralamış, sonra Elmarın yanında olan şəxslərdən biri, yəni “Zaza” ləqəbli şəxs Sübhanın üstünə getdiyini görmüş və uşaqlardan kiminsə yüksək səslə “Zaza” Sübhanı bıçaqladığını bildirmiş, sonra o, “Zaza” ləqəbli şəxs Muradəlinin üstünə hücum edib onu bıçaqladığını görmüş, daha sonra isə “Zaza” ləqəbli şəxsin yanında olan əllərində “kristal'’ döymə-tatu olan, üzü qismən tüklü tanımadığı oğlanın Muradəliyə yaxınlaşıb onu yumruqla döyməyə başladığını, Sübhanın isə Muradəliyə tərəf gəlib birgə qaçdıqlarını görmüşdür. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən yetkinlik yaşına çatmayanŞahid5 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Şahid8 2017-ci ildə “Qış” parkında görüb onunla tanış olmuş, onunla tam dostluq etməsədə qış parkına gələndə görüşmüşlər. xx xxxx 2019-cu il tarixdə o, X8, Əliyev Kənan, Yusifzadə Seyfəli, Əliyev Amal, İsmayılov Rəvan, Sənan, Haman və Fərid Nəsimi rayon ərazisində yerləşən 44 saylı tam orta məktəbin həyətində futbol oynayarkən saat təxminən 16 radələrində tanışları Sübhan oraya gəlib bildirmişdir ki, tanışı Bəyim adlı qıza görə onunla bir nəfər oğlan arasında sözsöhbət olub onunla “Qış” parkında görüşüb söhbət edəcəkdir. Sübhan həmin söhbətə onlarında gəlməsini təklif etdikdə onlar etiraz etməyib getmişlər. Onlar “Qış” parkında görüşüb parkının keçidinə getmiş, oraya qarşı tərəfdən əvvəllər tanımadığı, sonradan adının Elmar olduğu bildiyi şəxs, İsa və təxminən 5-6 nəfər tanımadığı şəxslərdə gəlmiş, orada Sübhanla Elmar arasında əlbəyaxa dava olmuş. Sərxan Musayev həmin söhbətə müdaxilə edib dalaşmaq istəməmiş, dağılışıb getmişlər. O, göstərmişdir ki, 2019-cu ilin fevral ayında “Qış” parkının yaxınlığında yerləşən bir ofisdə kişi geyimlərini nümayiş etdirmək üçün model kursuna yazılmış, kursa qızlar və oğlanlar gəlmiş, həmin mübahisədən təxminən bir həftə əvvəl Nurlan adlı şəxsdə həmin kursa gəlmiş, orada bilmişdir ki, Nurlana “Zaza” deyə müraciət edirlər. Həmçinin onun dostu Elşadda onunla model kursuna gəlib-getmişlər. Elşadın əlinin üstündə “tac” şəklində tatu-döymə olmuşdur. O. Nurlan və Elşadla tanış olsada onlarla oturub durmamışdır. xx xxxx 2019-cu il tarixdə onun istifadəsində olan telefon nömrəsinə hazırda xatırlamadığı mobil nömrəsindən zəng gəlmiş, danışan şəxs özünü təqdim etmədən bildirmişdir ki, “Siz dünən mənim dostlarımı təkləyib döymüsünüz, qış parkına gələ bilərsinizmi ?” O, həmin şəxsə heç bir söz demədən bu barədə tanışları Rəvan, Amal, Sərxan, Fərid, İlaman və Seyfəliyə bildirmiş, həmin vaxt Sübhan orada olmamışdır. O, yuxarıda qeyd etdiiyi şəxslərlə “Qış” parkına getmiş, həmin vaxt parkda Elmargil tərəfdən təxminən 10 nəfərə yaxın cavan oğlanlar gəlmiş, onlar parkda söhbət edərkən “Zaza” ləqəbli Nurlanında həmin şəxslərin arasında olduğunu, sonradan oraya Nurlanın dostu Elşadında gəldiyini görmüş, hər iki tərəf “Qış” parkında dayanıb söhbət edərkən Nurlan onunla telefonla danışan şəxsin kimliyini soruşanda, onun tərəfindən danışdığını bildirmiş, Nurlan onu tanıdığından heç bir söz deməmiş, Nurlan ümumi olaraq nə üçün dünən onun dostunu təkləməsini soruşmuş, Nurlan bu sözləri bildirdikdə o və onunla gələn şəxslər müdaxilə edib bildirmişlər ki, Elmarla Sübhan arasında anlaşılmazlıq olsada, barışığa getmək lazımdır. Onların bu sözündən sonra Nurlan və onunla gələn dostları sakitləşib barışığa gəlmək istərkən Sübhan və onun dostu, əvvəllər tanıdığı Muradəlidə oraya gəlmiş, Sübhan oraya gələrək nalayiq söyüş söyüb, tək-tək gəlin hamınızla mən dalaşacağam dedikdə o onlardan bir az kənarda dayanmış, sonra Nurlanla Sübhan arasında dava-dalaş olduğunu, Nurlanın Sübhanı və Muradəlini bıçaqla vurub xəsarət yetirdiyini eşitmiş, belə ki, o, Nurlanın Sübhanla və Muradəli ilə dalaşdıqlarını kənardan görmüş, həmin dava-dalaşda iştirak etmək məqsədi olmamış və həmin dava-dalaşda iştirak etməmişdir. Ancaq sonradan orada olan adlarını xatırlamadığı şəxslərdən eşitmişdir ki, “Zaza” ləqəbli Nurlan Sübhanı və Muradəlini bıçaqla vurub xəsarət yetirmişdir, sonra o Muradəli və Sübhanın qaçaraq getdiklərini, Muradəlinin qabaq bədən nahiyəsindən qan axdığını görüb onların arxasınca qaçmışdır ki, köməklik edib xəstəxanaya aparsın, onlara çatarkən Sübhanında bədənindən qan axdığını görmüş, Sübhan ona gödəkçəsinin parkda oturacağın üstündə qaldığını gedib götürməsini və sonradan onlar özləri xəstəxanaya gedəcəklərini bildirmişdir. Cinayət işinin 2-ci cild 95-ci vərəqəsində olan axtarışda olan şəxsin yaxalanması barədə xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılmışdır. Cinayət işinin 2-ci cild 133-134-cü vərəqələrində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində valideynin nəzarət altına vermə haqqında qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 183-185-ci vərəqələrində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cild 14-15-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 180-183-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X11 Təcrübi və Tədris Birliyininsağlamlığa zərər vurmanın təyini ekspertizasının xx xxxx 2019-cu il tarixli 228 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər: döş qəfəsinin sol yarısının daxilə nüfuz edən və pnevmotoraksla müşayiət olunan 01 ədəd, döş qəfəsinin sağ yarısının daxilə nüfuz etməyən 01 ədəd deşilmiş- kəsilmiş yaraları deşicikəsici əşyanın (alətin) təsirindən onun tibbi vardım üçün Bakı şəhər Baş Səhiyyə İdarəsinin Kliniki-Tibbi Mərkəzinə gətirildiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə əmələ gəlmişdilər və qeyd olunan xəsarətlərdən döş qəfəsinin sağ yarısının daxilə nüfuz etməyən 01 ədəd deşilmiş-kəsilmiş yarası sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aiddir, döş qəfəsinin sol yarısının daxilə nüfuz edən və pnevmotoraksla müşayiət olunan 01 ədəd deşilmiş-kəsilmiş yarası isə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarda göstərilən şəraitdə, yəni digər şəxs tərəfindən deşici-kəsici əşyayla, ola bilsin ki, bıçaqla yetirilən zərbələr nəticəsində əmələ gələ bilərdilər. Cinayət işinin 2-ci cild 157-159-cu vərəqələrində olan vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Məhkəmə Psixiatrik ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 2592 nömrəli məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri aşkar olunmur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Ünsiyyətçillik, emosionallıq, götür-qoy etmədən hərəkət etməyə meyillilik, məsuliyyətsizlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Emosional-iradı sferasında, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs hadisə zamanı psixi-emosional vəziyyətində emosionallıq yaranmışdır. Təqsirləndirilən şəxs intellektual imkanlarından və emosional halından asılı olaraq öz hərəkətlərinin mahiyyətini dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hadisə zamanı fizioloji affekt halında olmamışdır. Cinayət işinin 2-ci cild 199-212-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işinin materiallarına əlavə olunmuş 13 ədəd TŞ kamera görüntüləri olan DVD diskləri maddi sübut kimi tanınmışdır. Cinayət işinin 2-ci cild 16-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 2-ci cild 151-ci vərəqəsində olan xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad rayonu Ocaqlı kəndində anası X4 və bacısı X6 ilə yaşayır. Cinayət işinin 2-ci cild 152-cı vərəqəsində olan xəsiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs məktəbdə oxuduğu dövrdə özünü tərbiyəli, bilikli və savadlı şagird kimi göstərmişdir. Vətənpərvər və idmana böyük meyli var. Cinayət işinin 3-cü cild 22-ci vərəqəsində olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, sonuncu Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını bildirmiş və onun barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin 3-cü cild 131-ci vərəqəsində olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, sonuncu məhkəməyə müraciət edərək iclasda iştirak etməyən şahidlər Şahid5, Şahid3, Şahid5 və Şahid1 ifadələri ilə razı olduğunu, onların iştirakları olmadan məhkmə istintaqını bitirərək barəsində olan cinayət işinin yekunlaşdırılmasını xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri, DVD diskdə olan video görüntülər və digər iş materialları ilə onun bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, cinayəti törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını, əvvəllər məhkum olunmamasını, gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də ona təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmənin belə mövqeyi «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli 1 saylı Qərarındakı tövsiyyələrə də uyğundur. Belə ki, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə cəza təyin edilərkən, Azərbaycan Respublikası CMnin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması, cəzanın məqsədini təmin edə bilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmişşəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 13 ədəd TŞ kamera görüntüləri olan DVD diskləri cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında və istintaq orqanında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X7 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakışəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 32 saata görə 192 (bir yüz doxsan iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili R.İ.Abdiyevə istintaq orqanında iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş“başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu tarixədək yəni 02 (iki) gün şübhəli şəxs qismində tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış13 ədəd TŞ kamera görüntüləri olan DVD diskləri cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakışəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 32 saata görə 192 (bir yüz doxsan iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X7 istintaq orqanında iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manatAzərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun“xxxxxxxxxxxx” ASC-nin 1 saylı Xətai rayon filialındakı hesablaşma hesabına (hesab No AZ37NABZ********************, AZ59AİİB********************, ********************,bankın kodu200071, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-107/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-107/2020
23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver