Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-107/2021 17.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1980-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, orta təhsilli, işləməyn, məhkum olunmamış, Astara şəhəri, R.Məmmədov küçəsi, ev 21-də qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 21 radələrində bacısı X5 ilə birlikdə kirayə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsi, ev 85, mənzil 05də tanışı Şahid4 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd bükümdə təmiz çəkisi 0,162 qram olan psixotrop maddə metafetamini əldə edib üzərində saxlamış, xx.xx.2020-ci il tarixdə, saat 03:40-da X3 Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılan zaman verdiyi məlumat əsasında həmin günü, saat 05 radələrində sözügedən ünvanda psixotrop maddə əldə etməsində şübhəli bilindiyinə görə şöbəyə gətirilmiş, orada üzərinə video çəkilişlə axtarış aparılarkən həmin maddə əynində olan tünd boz rəngli cins şalvarın arxa sağ yan cibindən aşkar edilmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2017-ci ildən narkotik vasitə qəbul edir. xx xxxxxx 2020-ci il tarixdə, saat 21 radələrində tanışı Rəşad onun kirayə yaşadığı evə qonaq gəlmiş, həmin vaxt onunla birlikdə yaşayan bacısı Elnura və onun sevgilisi Vüsal da evdə olmuşdur. Rəşaddan bir qədər sonra Elnuranın tanışı Anar da qeyri-rəsmi münasibətdə olduğu Süsənlə ora gəlmişlər. Anar cibindən, içərisində el arasında “şüşə” deyilən metafetamin olan bükümləri çıxarıb masanın üzərinə qoymuş və həmin maddələri müştüklərlə çəkmişlər. O, Anardan bu bükümlərdən birini öz istifadəsi üçün götürüb əynindəki tünd boz rəngli şalvarın arxa sağ yan cibinə qoymuşdur. Onlar psixotrop maddə qəbul etdikdən sonra bir müddət istirahət etmiş, daha sonra Elnura tanışı Şəmsin məhəlləyə gəldiyini deyib bayıra çıxıb onunla söhbət edəcəyini söyləmişdir. Bir müddət keçdikdən sonra Elnura polis əməkdaşları ilə birlikdə evə gəlmiş və onu polis şöbəsinə dəvət etmişlər. Orada onun üzərində axtarış aparılarkən o, əynində olan tünd boz rəngli cins şalvarın arxa sağ yan cibindən bir ədəd ağ kağızdakı bükümü çıxarıb masanın üzərinə qoymuş və içərisində “şüşə” olduğunu bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin sahə inspektoru Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2020ci il tarixdə, saat 03:40 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsi, 85 saylı ünvanda iş yoldaşı Şahid2 ilə xidmətdə olarkən bir qadının onları görüb özünü şübhəli apararaq qaçmağa başladığını müşahidə etmişlər. Buna görə də onlar ona yaxınlaşıb qaçmağının səbəbini soruşmuşlar. Bu vaxt qadının hərəkətərindən narkotik vasitə istifadə etdiyini anlayıb onu 22-ci polis şöbəsinə dəvət etmişlər. Orada həmin şəxsin X5 olduğu müəyyən edilmişdir. Onun üzərində axtarış keçirilən zaman ondan metafetamin aşkar edilmişdir. Sorğu-sual zamanı Elnura bildirmişdir ki, yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, mənzil 05-də bir neçə şəxslə birlikdə metafetamin qəbul etdiklərini bildirmişdir. Bu məlumat əsasında onlar əməliyyat qrupu ilə birlikdə Elnura Kərimovanın yaşadığı mənzilə getmiş və orada Dilarə Kazımova da daxil olmaqla bütün şəxsləri şöbəyə dəvət etmişlər. Şöbəyə gətirildikən sonra Dilarə Kazımovanın üzərinə video çəkilişlə axtarış aparılacağı deyilərək üzərindəki qanunsuz əşyaları könüllü təqdim edilməsi təklif olunmuş, o da əynində olan tünd boz rəngli cins şalvarın arxa sağ yan cibindən bir ədəd, içərisində ağ kristal maddə olan bükümü çıxarıb təqdim etmişdir. Məhkəmə istintaqında Şahid4 ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisidir. xx xxxxxx 2020-ci il tarixdə, günorta saatlarında tanışı Rəşad ona zəng edib Elnuranın evinə dəvət etmiş, o da saat 21 radələrində münasibətdə olduğu Süsənlə birlikdə Elnuranın evinə getmişdir. Bu zaman Elnura, onun sevgilisi Vüsal, Elnuranın bacısı Dilarə və Rəşad da evdə olmuşlar. Elnura onlara “şüşə” adlanan maddələri vermiş və hamısı bərabər onu çəkməyə başlamışlar. Bir müddət sonra Elnura tanışı Şəms adlı şəxsin məhəlləyə gəldiyini deyib onunla görüşmək üçün bayıra çıxmışdır. Bir müddət sonra Elnura polis əməkdaşları ilə birlikdə evə qayıtmış və onları izahat almaq məqsədilə polis şöbəsinə aparmışlar. Məhkəmə istintaqında Şahid5 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə, günorta saatlarında dostu Elnura ona zəng edərək evinə dəvət edərək bildirmişdir ki, evdə onun bacısı Dilarə, sevgilisi Vüsal, tanışları Anar və onun sevgilisi Süsən də olacaq və ona görə də gələndə özü ilə el arasında “şüşə” deyilən metafetamin gətirməsini xahiş etmişdir. Saat 21 radələrində Elnuranın evinə gəldikdə onun sevgilisi Vüsal, bacısı Dilarə də orada olmuşlar. Daha sonra Süsənlə birlikdə Anar da gəlmiş, o da ondan heç kəsin görmədən sifariş verdiyi maddəni iki ədəd bükümdə ondan götürmüş və ona 40 manat pul vermişdir. Bundan sonra masanın üzərinə Anar tərəfindən ümumi istifadə üçün qoyulmuş “şüşə”ni müştüklərlə çəkmişlər. Dilarə də Anardan bir büküm götürərək cibinə qoymuşdur. Bir müddət sonra Elnura Şəmsin gəldiyini deyib bayıra çıxsa da, polis əməkdaşları ilə birlikdə geri qayıtmış və onları polis şöbəsinə aparmışlar. Məhkəmə istintaqında Şahid6 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsi, ev 85, mənzil 05-də sevgilisi Elnura ilə birlikdə kirayədə yaşayır və hər ikisi narkotik vasitə və psixotrop maddə istifadəçisidir. Elnuranın bacısı Dilarə da onlarla bərabər yaşayır. xx.xx.2020-ci il tarixdə tanışları Rəşad, Anar və Süsən onlara qonaq gəlmiş və onlar birlikdə “şüşə” çəkib dincəlmişlər. Gecə saatlarında Elnuranın tanışı Şəms evin həyətinə gəlmiş, Elnura da onunla görüşmək üçün məhəlləyə düşmüşdür. Saat 05 radələrində Elnura evə polis əməkdaşları ilə bərabər qayıtmış və qapını açaraq onları içəriyə buraxıb baxış keçirilməsinə etiraz etməmişdir. Polis əməkdaşları ilk öncə onu, Dilarəni, Rəşadı və Anarı şübhəli bilindikləri üçün şöbəyə dəvət etmişlər. İş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2020-ci il tarixli, 6/1573 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki, bir ədəd bükümdə şəffaf polietilen bükümdə təmiz çəkisi 0,162 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış metafetamindir. Tədqiqatdan sonra metafetaminin ümumi qalıq çəkisi 0,112 qram, aparılmış tədqiqatın dəyəri isə 114 manat təşkil edir (İ cild, i.v.65-68); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin Ambulator X2 haqqında xx.xx.2020-ci il tarixli, 2266 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.118-119); - xx.xx.2020-ci il tarixli protokol və Bakı şəhəri Nəsimi Rayon prokurorunun xx.xx.2020-ci il tarixli qərarından aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə isə onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün verilmiş vəsatətin müdafiə edilməsindən imtina olunmuş və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.27-28, 103-107); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs götürülmüş və ekspertizadan sonra qalıq qalan 0,112 qram psixotrop maddə metafetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi hissəsinə təhvil verilmişdir (İ cild, i.v.168-178); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.122). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metafetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutularaq saxlanıldığı 02 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan, qalıq qalan 0,112 qram psixotrop maddə olan metafetamin Cinayət- Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə uyğun məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 114 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Astara şəhəri, R.Məmmədov küçəsi, ev 21-i hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Astara rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin, habelə onun üzərinə kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Astara Rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tətbiq edilsin, ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan, qalıq qalan 0,112 qram psixotrop maddə olan metafetamin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-107/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-107/2021
17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver