Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-109/2021 29.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X13 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçilər: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi1 Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 (mülki iddiaçılar): Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs5 Zərərçəkmiş şəxs6 Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs2 Zərər çəkmiş şəxsin X5 nümayəndəsi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 (mülki cavabdehlər): Təqsirləndirilən şəxs2 iştirakları ilə xx.xx.1975-ci ildə Füzuli rayonu, Seyidmahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN:xxxxxxx), subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Füzuli rayonu, Seyidmahmudlu kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsi, ev 77, mənzil 39-da yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx.xx.1974-cü ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN:xxxxxxx), evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 18, mənzil 05-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə özgənin əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə aralarındakı razılığa əsasən 05 iyun 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 və əri Şahid2 adına tibbi rəy düzəldərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən əlillik barədə təqaüd alacağını yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 37, mənzil 21-də 3.000 manat pulunu ələ keirib Təqsirləndirilən şəxs2 ilə böldükdən sonra vədinə əməl etməyib sonuncunun ona verdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X22 adına Milli Oftalmologiya Mərkəzi adından tərtib edilmiş Şahid2 adına olan 28 oktyabr 2019-cu il tarixli, 5465 nömrəli saxta tibbi rəyi 2019-cu ilin noyabr ayının əvvəllərində ünvan 1 ünvanda Zərərçəkmiş şəxs1 verməkə bilə-bilə saxta sənəddən istifadə edib sonuncuya maddi ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında: 08 iyun 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 adına Təqsirləndirilən şəxs2 vasitəsilə tibbi rəy düzəldərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən əlillik barədə təqaüd alacağını yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 37, mənzil 21-də xeyli miqdar təşkil edən 7.000 manat pulu alıb ələ keçirməklə; 13 iyun 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs6 əri Şahid1 və qohumu X3 adına Təqsirləndirilən şəxs2 vasitəsilə tibbi rəy düzəldərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən əlillik barədə təqaüd alacağına dair yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs6 Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 37, mənzil 21də ümumilikdə xeyli miqdar təşkil edən 11.000 manat pulu ələ keçirib Təqsirləndirilən şəxs2 ilə böldükdən sonra sonuncunun ona verdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X22 adına Milli Oftalmologiya Mərkəzi adından tərtib edilmiş 27 sentyabr 2019-cu il tarixli, 4527 nömrəli saxta tibbi rəyi 2019-cu ilin noyabr ayının əvvəllərində ünvan 1 ünvanda Zərərçəkmiş şəxs6 bacısı Zərərçəkmiş şəxs1 verməkə bilə-bilə saxta sənəddən istifadə edib; 15 iyun 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs2 vasitəsilə sığorta sənədi və Prezident təqaüdü alacağına dair yalandan vəd verib aldadaraq Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 37, mənzil 21-də xeyli miqdar təşkil edən 6.500 manat pulu alıb ələ keçirməklə; 16 iyun 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs4 adına Təqsirləndirilən şəxs2 vasitəsilə tibbi rəy düzəldərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən əlillik barədə təqaüd alacağına dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs4 Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 37, mənzil 21-də xeyli miqdar təşkil edən 6.500 manat pulu alıb ələ keçirməklə; 19 iyun 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs5 adına tibbi rəy düzəldərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən əlillik barədə təqaüd alacağına dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs5 Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 37, mənzil 21-də xeyli miqdar təşkil edən 6.000 manat pulu alıb ələ keçirməklə; 24 iyun 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs4 qohumu X6 adına Təqsirləndirilən şəxs2 vasitəsilə tibbi rəy düzəldərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən əlillik barədə təqaüd alacağına dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs4 Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 37, mənzil 21-də 5.000 manat pulu alıb ələ keçirməklə zərər çəkmiş şəxslərə verdikləri vədlərə əməl etməyib təkrarən dələduzluq etmişlər. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, qonşusu Yeganə ilə birlikdə kart açdırmaq üçün Zərərçəkmiş şəxs1 evinə getdikdə sonuncu ilə orada tanış olmuşdur. Elmira İrandan gətirdiyi malları öz tanıdığı adamlara satdığından, o da bu mallardan almışdır. Bununla da, Elmira ilə yaxşı münasibəti, onlara gediş-gəlişi yaranmışdır. Söhbət zamanı Elmira ona pul müqabilində sağlam adamlara xəstəlik adı ilə təqaüd düzəltdiyini demiş, o da oğlunun xəstə olduğunu söylədikdə, Elmira onun oğluna İİ qrup əlilliyə görə təqaüd düzətmək üçün ondan 5.000 manat pul istəmiş və işi düzəltmək üçün Könül adlı qadının yanına aparmışdır. Lakin pulun məbləği cox olduğundan o, Elmira ilə razılaşmamışdır. Sonradan o, Elmiraya həkim işləyən İradə adlı tanışının olduğunu söyləmiş, Elmira da ona qaynı Akifə, əri Firuddinə gözlə bağlı xəstəlik kağızı alaraq əlilliyə görə təqaüd düzəltmək istədiyini bildirmişdir. O da İradəyə zəng edib məsələnin həlli üçün onunla razılaşmışdır. Elmiradan Akif və Firuddinin sənədlərini və işin düzəlməsi üçün 2.000 manat pulu alıb İradəyə vermiş, sonuncu da onları Tibbi-Sosial Ekspert Komissiyasında işləyən Elnurə adlı qadına vermişdir. Sonra Elnurənin xəstəliklə bağlı düzəltdiyi sənədləri Elmiraya vermişdir. Bir neçə gündən sonra Elmira ona zəng edib sənədlərin saxta olduğunu, həmçinin göz klinikasında işləyən Rəşad adlı şəxsin də onları yoxlayıb saxta olduğunu təsdiq etdiyini söyləmişdir. O, İradəyə zəng edib məsələ barədə məlumat vermiş, sonuncu da Vüqar adlı şəxsin vasitəsilə Elnurədən aldığı 2.000 manat pulu “Tayqa” marketin qarşısında ona vermişdir. O da həmin pulu aparıb Elmiraya qaytarmışdır. Elmiradan başqa iş üzrə digər zərər çəkmiş şəxsləri tanımır. Zərərçəkmiş şəxs2 isə yalnız Elmiranın evində görmüş, ondan heç bir iş üçün pul götürməmişdir. Onun istintaq dövründə verdiyi ifadəsindən xəbəri olmayıb, müstəntiq ağ kağıza ona qol çəkdirmişdir. Bu işdə heç bir təqsiri yoxdur. Himayəsində xəstə övladı var. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Xocasən Sağlamlıq Mərkəzinin tabeçiliyində olan “28 May” tibb məntəqəsində həkim işləyərkən Təqsirləndirilən şəxs1 onun xəstəsi olmuşdur. Bir gün Saidə ona zəng vuraraq iki nəfər tanışına gözlə bağlı xəstəlik kağızının lazım olduğunu deyib ondan göz xəstəxanasında olan həkimlə maraqlanmışdır. O da Saidə ilə “Şamaxinka” deyilən ərazidə yerləşən “Qızıl Tac” şadlıq sarayının yanında görüşərək məsələ ilə bağlı ona həkim məsləhət görmüş, daha sonra onunla birlikdə Tibbi- Sosial Ekspert Komissiyasında işləyən Elnurə adlı qadının yanına getmişlər. Elnurə Saidənin dediyi Akif və Firuddin adlı iki nəfər şəxsə gözlə bağlı xəstəlik kağızı alaraq əlilliyə görə təqaüd düzəltmək məsələsini öz üzərinə götürmüş və işin həlli üçün 2.000 manat pul almışdır. Bir müddət sonra Saidə ona zəng edib Elnurənin düzəltdiyi sənədlərin saxta olduğunu söylədikdə o, sonuncuya bu barədə məlumat vermişdir. Elnurə də Vüqar adlı şəxsin vasitəsilə onlaradan aldığı 2.000 manat pulu geri qaytarmış, o da bu pulu qəbzə imza etdirməklə “Tayqa” marketin qarşısında Saidəyə vermişdir. İş üzrə zərər çəkmiş şəxslərin heç birini görməmiş, onları tanımır. Bu işdə onun heç bir təqsiri yoxdur, sadəcə Saidəyə iki nəfərin gözlə bağlı xəstəlik kağızı alması üçün həkim məsləhət etmiş, heç kimdən də pul almamışdır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 tanışı Yeganə vasitəsilə tanımışdır. Saidə onun evinə gedibgələrək satdığı mallardan almış, hətta bəzən onların pulunun yarısını dərhal vermiş, qalanını da qısa müddətdə gətirmişdir. Beləliklə aralarında etibarlıq münasibəti yaranmışdır. Bir gün söhbət zamanı Saidə ona Füzuli rayonundan qaçqın olduğunu, “Qaçqınkom”da işlədiyini və tanışlara Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sosial, əlillik və sığorta düzəltdiyini bildirmişdir. O da Saidədən xəstə olan əri Firuddinə və onkoloji xəstə kimi onun özünə pensiya düzəltməyin mümkün olub-olmamasını soruşduqda, sonuncu bu işi 3.000 manata düzəldəcəyini demişdir. Onların söhbətlərini eşidən, həmin dövrdə onun evində təmir işləri aparan Zərərçəkmiş şəxs2 da Saidədən ona da pensiya düzəltməyi xahiş etmiş, Saidə isə heç bir problemin olmadığını, ona 23 il iş stajı və sığorta yazdırıcağını, sonda da pensiya düzəldəciyini deyib 7.000 manat pul istəmişdir. Elman isə Saidəyə hazırda o qədər pulunun olmadığını, yalnız avtomobilini satıb onu verə bilcəyini bildirmiş, sonuncu da bununla razılaşmışdır. O, özü isə bankdan bir il müddətinə 3.000 manata kredit götürüb onu 05 iyun 2019-cu il tarixdə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 37, mənzil 21-ə Elman və oğlu Sənanın yanında Saidəyə vermişdir. Bir həftə sonra Saidə təkrar onlara gələndə Elmandan 7.000 manatı götürüb sentyabr ayına kimi pensiya məsələsini həll edəcəyini bildirmişdir. Həmin ərəfədə onlarda olan bacısı Zərərçəkmiş şəxs6 əri Şahid1 insult xəstəsi olduğunu, bir neçə dəfə “Semaşko” xəstəxanasında müalicə olunduğunu bildirəndə, Saidə ona pensiya düzəltməyin mümkün olduğunu deyərək 6.000 manata lazım olan tibbi sənədləri göz xəstəxənasından alacağını söyləmişdir. Cəmilə də bankdan 6.000 manat kredit götürüb onun evində o və Elmanın yanında Saidəyə vermişdir. Bir müddət sonra onlara gələn kürəkəni Pərvinin qohumu Zərərçəkmiş şəxs3 Saidə ilə söhbət edərkən ondan pensiyanın sığortasını düzəltməyi xahiş etmiş və onlar bu işi 6.500 manata razılaşmışlar. Oktaydan başqa onlara gələn qardaşının arvadı Suveyba və bacısının qonşusu Sədaqət Saidə ilə onun yaşadığı evdə görüşərkən sonuncu əvvəlcə Suveybaya, sonradan Sədaqətə staj və əlillik üçün sənəd alacağını, həmin sənədləri göz xəstəxanasından tanışları vasitəsi ilə götürəcəyini demişdir. Saidə göz xəstəxanasında olan həkimlərlə İradə həkimin birbaşa işlədiyini, sənədləri ona şəxsən imza etdirdiyini demişdir. Bundan başqa, bacısı Cəmilə eltisi Həqiqətə pensiya düzəltməsi üçün onun şəxsiyət vəsiqəsini və 5.000 manat pulu Elmanın və onun yanında Saidəyə vermişdir. Qardaşının arvadı Suveyba qohumu Həsrətin şəxsiyyət vəsiqəsini və 5.000 manat pulu onun və Elmanın yanında Saidəyə təqdim edərək Həsrətin yaşa görə pensiya vaxtı çatdığını, lakin Ermənistan Respublikasından qaçqın gələndə sənədlərinin itdiyni bildirmiş, Saidə də həmin stajı bərpa etdirəcəyinə söz vermişdir. Saidə bu şəxslərdən pulu 2019-cu ilin iyun ayında almış, dörd ay keçdikdən sonra məsələnin həll olmadığını gördükdə ondan məsələ barədə soruşanda, sonuncu həkimlər məzuniyyətdə olduqlarından sənədləri ala bilmədiyini, lakin bütün işlərin hazır olduğunu, həkimlər qayıdan kimi işin həll olunacağını bildirmişdir. O, sentyabr ayının sonuna kimi gözlədikdən sonra Saidə ilə tez-tez əlaqə saxlmağa başlayıb pul adığı şəxslərin sənədlərini və pensiyalarını tələb etmişdir. Saidə ona İradənin məsələni həll edəcəyini bildirib ona biri Akifin, digəri isə Firuddinin adına olan iki ədəd sənəd vermişdir. O bu sənədlərin saxta olduğundan şübhələnib Saidəyə dedikdə, sonuncu ona bunların İradə həkim tərəfindən verildiyini, heç bir saxtakarlıq olmadığını, qısa müddətə pul aldığı şəxslərin pensiyalarının düzələcəyini demişdir. İşlərinin həll olunmadığını görən pul verən şəxslər narazılıq edib Saidədən verdikləri pulu tələb etməyə başlamışlar. Saidə aldığı pulları həkimlərə verdiyini, həmin pulları onlardan alacağanı bildirmişdir. Vurulmuş zərər ödənilmədiyindən təqsirləndirilən şəxslərdən şikayətçidir, verilmiş mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2019-cu ilin may ayında tanışı Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 37, mənzil 21-də təmir işləri aparmaq üçün onu dəvət etmişdir. Orada işləyən dövrdə parfümeriya satışı ilə məşğul olan Elmiranın yanına Saidə adlı qadın gəlibgetmişdir. Bir gün Elmira ilə Saidə söhbət edərkən sonuncu Füzuli rayonundan qaçqın olduğunu, müraciət edən şəxslərə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sosial müavinət, əlillik və sığorta düzəltdiyini, bu işdə ona kömək edən tanışlarının olduğunu, sənədləşmə işlərini isə müxtəlif xəstəxanaların həkimləri vasitəsi ilə gördüyünü bildirmişdir. Bu vaxt Elmira ərinə və özünə əlillik düzəltmək istədiyini bildirdikdə, Saidə heç bir problemin olmadığını və işin düzəlməsi üçün 3.000 manat pul alacağını, ərinə isə pulsuz düzəldəcəyini söyləmişdir. O, Saidədən ona da pensiya düzəltməyin mümkün olub-olmadığını maraqlandıqda, sonuncu ona 7.000 manata 23 illik iş stajı yazdıracağını, əlillik və 400 manat da aylıq əlilliyə görə müavinət düzəltdirəcəyini bildirmişdir. O, da avtomobilini satıb qalanını da borc olaraq alıb 7.000 manat pulu 08 iyun 2019-cu il tarixdə Elmiragildə onun və qızlarının yanında Saidəyə vermişdir. Bundan başqa Saidə onun və Elmiranın yanında sonuncunun bacısı Cəmilədən insult xəstəsi olan əri Akifə və qaynı arvadı Həsrətə, Elmiranın qardaşının arvadı Suveybadan özünə və əlilliyə görə Sədaqətdən pensiya düzəldəcəyi barədə vəd verməklə pul almışdır. Saidə pulları alarkən onlara iki-üç aya pensiya məsələsinin həll ediləcəyini və pensiya kartlarını alacaqlarını söz vermişdir. O, sentyabr ayının axırına kimi gözlədikdən sonra məsələnin həll edilmədiyini görüb Saidə ilə tez-tez əlaqə saxlmağa başlayaraq aldığı pulun geri qaytarılmasını tələb etmişdir. Saidə əvvəlcə müxtəlif bəhanələr gətirib qısa müddətə məsələni həll edəcəyinə söz vermiş, sonradan İradə adlı həkimlə iş gördüyünü və pulu ona verdiyini söyləmişdir. Saidənin pulu qaytarmadığını görüb o, İradəyə zəng edərək məsələni bildirdikdə, İradə Saidənin ona pul vermədiyini, yalnız onu həkimlərə yönəltdiyini demişdir. Vurulmuş zərər ödənilmədiyindən təqsirləndirilən şəxslərdən şikayətçidir, verilmiş mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, əri Şahid1 insult keçirdiyindən yataq xəstəsi olmuşdur. 2019-cu ilin iyun ayında bacısı Zərərçəkmiş şəxs1 evində Saidə adlı qadınla tanış olmuşdur. Söhbət zamanı Saidə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən pensiya düzəltmək imkanına malik olduğunu bildirmişdir. O, ərinin insult keçirdiyini bildirdikdə, Saidə ərinə aylıq 450 manata pensiya düzəltməyin mümkün olduğunu bildirmiş və onlar bu işin həlli üçün 6.000 manata razılaşmışlar. O, qaynı arvadı X7 ilə telefonla danışarkən ona Saidənin gördüyü iş barədə demiş, Həqiqət də bu işin sərfəli olduğunu, lakin pulunun olmadığını bildirəndə, o ona kömək edə biləcəyini söyləmişdir. Bu zaman Həqiqət ona Saidə ilə görüşərkən onun işi üçün də xahiş etməyi tapşırmışdır. O, bir həftə sonra bacısıgildə Saidə ilə yenidən görüşərkən qaynı arvadı Həqiqətin istəyini ona çatdırmış və iş 5.000 manata razılaşmışlar. O, 13 iyun 2019-cu il tarixdə bacısı Elmira və usta Elmanın yanında ərinin pensiyası üçün 6.000 manat, Həqiqətin pensiyası üçün özündən 5.000 manat pulu və bəzi sənədləri Saidəyə vermişdir. Saidə uzağı üç aya bu məsələnin həll olunacağını bildirmişdir. Sonradan məsələnin həll olunmadığını görüb bacısıgilə hər dəfə gedəndə Elmiraya bu barədə demiş, sonuncu da onun yanında dəfələrlə Saidə ilə mobil telefonla əlaqə saxlayıb soruşmuş, lakin Saidə müxtəlif bəhanələr gətirərək işi həll etməmişdir. Bir müddət sonra Elmira onlara Akifin pensiyası ilə bağlı Saidənin verdiyi sənədi onlara göstərmiş, bu sənədin insultla bağlı olmadığını və onun X22 adına Milli Oftalmologiya Mərkəzindən verildiyini görmüşlər. Onlar Saidə ilə əlaqə saxlayıb məsələ barədə soruşduqda, sonuncu göz institutundan verilən sənədin daha məsləhətli olduğunu demiş, bacısı Elmira da həmin sənədi aparıb yoxlatdırdıqda onun saxta olduğu məlum olmuşdur. Onlar Saidə ilə əlaqə saxlayıb bu barədə dedikdə, sonuncu sənədin saxta olmadığını demişdir. O, Saidədən pulunu istədikdə, Saidə pulun onda olmadığını, İradə həkimə verdiyini söyləmişdir. Sonradan dəfələrlə Saiddən pulu tələb etsə də, o pulu qaytarmamışdır. Vurulmuş zərər ödənilmədiyindən təqsirləndirilən şəxslərdən şikayətçidir, verilmiş mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, 27 il Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində xidmət etdikdən sonra uroloji xəstəliyi ilə bağlı təqaüdə çıxmış və sığorta pulunu almamışdır. Oğluna toy edəcəyi üçün yaşadığı mənzildə təmir işləri aparan qohumu Elmiragilə hərdən gedib-gəlmişdir. 2019-cu ilin iyun ayında Elmiragildə olarkən oraya gələn Saidə ilə almadığı sığorta pulu ilə bağlı söhbət etmişdir. Bu zaman Saidə ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 9.500 manat sığorta pulu və ayda əlavə olaraq 250 manat Prezident təqaüdü ala bilməsi üçün köməklik edəcəyini demiş, işin həlli üçün 6.000 manatla razılaşmışlar. Sonradan Saidə onunla yenidən əlaqə saxlayıb əlavə 500 manat pul istəyərək ömürlük təqaüd düzəltdirəcəyini demişdir. 15 iyun 2019-cu il tarixdə o, Elmiranın evində sonuncunun, onun qızı Rüxsanənin və Elmanın yanında 6.500 manat pulu Saidəyə vermişdir. Saidə ona iki aya bu işin həll olunacağını desə də, iş alınmamış və o, Elmiranın evində Saidə ilə görüşdükdə pulunu geri istəmişdir. Saidə ona pulun İradə həkimdə olduğunu və həkimlərin məzuniyyətədə olduğunu deyib onlar qayıdandan sonra pulu alıb qaytaracağına söz vermiş, lakin yenə də pulu qaytarmamışdır. Vurulmuş zərər ödənilmədiyindən təqsirləndirilən şəxslərdən şikayətçidir, verilmiş mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 2019-cu ilin may ayında baldızı Elmira oğlunun toyuna hazırlaşdığı üçün o, onlara tez-tez gedib gəlmiş, həmin vaxt sonuncunun evində usta Elman təmir işləri aparmışdır. Özündə ürək xəstəliyi olduğundan bununla bağlı təqaüd düzəltdirmək istəmiş, lakin işi düzəldə biləcək adam tapa bilməmişdir. Bu ərəfədə Elmiranın evinə tanışı Saidə adlı qadın gəlibgetmişdir. Söhbət zamanı Saidəyə xəstəliyi barədə danışdıqda, sonuncu ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bununla bağlı pensiya düzəldə biləcəyini demişdir. Onlar Saidə ilə işin həlli üçün 6.000 manata razılığa gəlmiş, Saidə onunla yenidən əlaqə saxlayıb əlavə 500 manat da pul istəyərək ona ömürlük təqaüd düzəltdirəcəyini və işin iki aya həll olunacağını bildirmişdir. Bir həftə sonra söhbət zamanı qaynı arvadı Həsrətə Saidənin işi barədə danışdıqda, sonuncu Həsrətə də pensiya düzəldilməsinə köməklik etməyi, bunun üçün Saidəyə onun əvəzinə pul verməyi xahiş etmişdir. O növbəti dəfə Elmiragildə Saidə ilə görüşərkən bu barədə ona demiş, Saidə ilə Həsrətə pensiya düzəltmək üçün 5.000 manata razılaşmışlar. O, 16 iyun 2020-ci il tarixdə özünə görə 6.500 manat, Həsrətə görə isə 24 iyun 2020-ci il tarixdə 5.000 manat pulu Elmiranın evində Saidəyə vermişdir. Daha sonra Elmira ona Saidənin başqa şəxslər üçün verdiyi iki sənədin saxta olduğunu demişdir. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxslərdən şikayətçidir, verilmiş mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, o, qonşusu Cəmilə vasitəsilə sonuncunun bacısı Elmiranı tanımışdır. Ürək xəstəsi olduğundan özünə təqaüd düzəltdirmək istəmişdir. Bu barədə qonşusu Cəmiləyə danışarkən sonuncu Elmiranın Saidə adlı tanışı olduğunu və onun xəstəliklə bağlı təqaüd düzəldə bildiyini demişdir. O, Elmiragildə Saidə ilə söhbət edərək xəstəliyi barədə danışmış, Saidə də ona pensiya düzəldə biləcəyini deyib onunla 6.000 manata razılaşmışdır. O, 19 iyun 2019-cu il tarixdə Elmiranın evində orada işləyən usta Elmanın yanında 6.000 manat pulu Saidəyə vermişdir. Saidədə pulu alıb məsələnin noyabr ayında həll olacağını demişdir. Bir müddət sonra Saidənin verdiyi vədə əməl etmədiyini görüb dəfələrlə pulunu geri istəsə də, sonuncu aldığı pulu geri qaytarmamışdır. O, Elmiradan Saidə ilə pulun geri qaytarılması ilə bağlı danışmağı xahiş etdikdə, Elmira ona Saidənin həkimlərin məzuniyyətdə olduğunu və qayıdan kimi məsələni həll eldəcəklərini dediyini bildirmişdir. Bir müddət sonra Saidə Elmiraya əri ilə bağlı bir sənəd gətirib vermiş, lakin onlar həmin sənədin saxta olduğunu bilmişlər. Vurulmuş zərər ödənilmədiyindən təqsirləndirilən şəxslərdən şikayətçidir, verilmiş mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 onun xalasıdır. O, taksi fəaliyyəti ilə məşğuldur və hərdən xalası Təqsirləndirilən şəxs1 öz avtomobili ilə onun dediyi yerlərə aparmışdır. Xalasının Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Oqtay Əhmədova, Zərərçəkmiş şəxs6 təqaüd düzəltməyə söz verməsi, onlardan pul alması barədə məlumatı olmamış və xalası ona bu barədə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs2 tanımır, lakin bir neçə dəfə xalasını onun yaşadığı ünvana aparmışdır. Dəqiq tarixini xatırlamadığı vaxtda xalasının tapşırığı ilə İradənin yaşadığı mənzilə gedib sonuncudan bir neçə sənədi götürüb xalasına gətirib vermişdir. Lakin sənədlərə fikir vermədiyindən onların məzmunu barədə məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid4 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, Şahid1 isə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ifadəsinə oxşar məzmunda ifadə verdilər. İş materiallarında olan: - “Hadisə yerinə baxış keçirilməsi barədə” 17.03.2020-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərə əsasən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 və digər şəxslərdən pensiya düzəldilməsi üçün aldığı pulları Təqsirləndirilən şəxs2 verdiyi və ondan saxta sənədlərin aldığı yeri göstərərək bu ünvanın ünvan 2); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin: 20.07.2020-ci il tarixli, 4/289 saylı rəyinə əsasən ekspertizaya təqdim olunmuş bir ədəd “Verbatim” markalı CD diskdə olan və istintaqı maraqlandıran mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Yazılı mətnlərdə “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs1, “Q2” kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs1 məxsusdur. Həmin danışıqların mətni aşağıkalardır: AUD-20200227-WA0000.mp3 Q1- Bu gün gətirməli idi, Zəhranın canı, bu gün gətirməli idi, ürəyə görə qaldım. Dedim ürəyi də gətirsin sonra. AUD-20200227-WA00001.mp3 Q1- Oranın hamısını alt-üst elədim. Bütün getdim bunu qoydum baqaja orda gəldim. Dedim bu məndən hər sənədə görə bu qədər pul alıb, indi başıma nə oyunu açır mən bilmirəm. Neyniyim bilmirəm. Sabah birisigün, sabah birisigün Dedilər sən narahat olma, biz çağırıb bu işin hamısını şey eliyəcik, sən narahat olma. Orda həkim dedi. Araşdıracıyığ görək nədi nə deyil. AUD-20200227-WA00002.mp3 Q1- Ora da getdim bu gün danışdım, hərtərəfli danışdım. Dedim sonra demiyin ki, bizə pislik elədin, nə elədin. Hamısı dedim neçə nəfərdi xəstə adamlardı, saxta bir iş döyül axı, sənə saxta sənəd gətirim. Amma hamısı xəstə adamlardı, belə də uzatmaq olmaz axı. Belədisə dedim sizə xəbərdarlıq eləmişəm, bu həkimə zəng eliyin, bu həkimlə işinizi tez həll eliyin ki, sabah mənlə problemə düşməyəsiz. Dedi bizə möhlət ver bir az, biz həll eliyəciyik. Mən bir az gözdüyürəm, mən adam var ona da müraciət eləmişəm, ona da demişəm. Onun da bütün səsyazmasını yollamışam ona, hamısı da var məndə. Bütün nə qədər sənədlər var, hamısını kserokopiya eləyib saxlamışam özümdə. AUD-20200227-WA00003.mp3 Q1- Orada gedəndə Niyaməddini də gördüm orada, oturub birinci mərtəbədə. AUD-20200227-WA00004.mp3 Q1- Tələb eləyirəm sənə, heç nə demirəm, heç özünə də şey eliyəndə, demişəm pul vermişəm. Burada da oğlan dedi ki, ancaq puluvu tələb elə, alıb verək. Sonradan mən bilirəm onun başına nə oyun açacam. Ondan mən pulumu almasam o getdi e. Mən heç vaxt heç kimə pislik eləməmişəm. Sən dedin mənə bu gün sabah, bu gün sabah, uzadırsan, day keçdi. O, Zəhranın canı elə bir adamdı ki, day dərisini soyacax, dedi onu elə ovacam ki, göydə qalacaq. Mən deyir elə bir adam axtarırıq biz. Bütün səsyazmalarının hamısını qoydum stola. Dedi elli, sən narahat olma, ondan sonra heç sənin də adın olmuyacaq. Telefon nömrəsini zadı hamısını verdim. Telefon nömrəsiynən deyir qulaqasmayan onu ələ keçirəjəm. AUD-20200227-WA00005.mp3 Q1- Onun nömrəsini vermişəm e, onun uje səsinə qulaq asırlar. Birdən telefonuna zəng eliyərsən ha, heç biriniz zəng eləmiyin. Onun telefonunu açdıracaqlar. Hamısının deyir onun başına oyun açacam. Onun başqa bir müdiri var, o da bundan yanıxlıdı. O da deyir ki, sən ver, mən də deyəcəm düz deyir. Görüb axı, danışmışam onnan da. O vaxtı pul zad verəndə hamısını onnan da danışmışam. Prosta həkim yalvardı məndən vaxt aldı. Həkimin özünə də dedim, dedim heç birinizin adınızı vermərəm, prosta əlbəəl pul vermişəm ona, belə. AUD-20200227-WA0006.mp3 Q1- Orda həkim xahiş elədi mənə. Getdim elə bir həkimdi ki, xahiş elədi ki, mənə görə şey elə, dedi gözlə mən bu işlərin hamısını yoluna qoyacam. Ondan sonrada mən heç kimi yox e, mən əlbəəl pul vermişəm ona. Fso başa söhbət yox, o ele bir adamdı ki, Allaha and olsun dedi pulu düzəlt bu işi düzəlt, ondan sonra onun dərisini soyacam. Elə belə adam deyil. Onu maa adam calaşdırdı ki, özüm getdim üzbəüz söhbətimi elədim, dedi Saidə əlbəəl pul vermisən başqa söhbət eləmə. Pulu dedi mən 1 manata kimi alıb qoyacam stola. Özünə də demişəm ki, sənə hörmət eliyəcəm. AUD-20200227-WA0007.mp3 Q1- Getdim onun yanına özü mənə dedi narahat olma bütün işi hamısın həll edəcək. Səhər gedəcəm onun yanına. AUD-20200227-WA0008.mp3 Q1- O, ele adamdı ki, dedi 10 günə mən səhər gedəcəm yanına. 3-4 gündü getmirəm. Sabah gedəcəm yanına o düzüb qoşacaq, o yaxşı adamdı. O elə-belə adam deyil. Prosta üzbəüz duranda deyəcəm tanıyırsan özündə. AUD-20200227-WA0009.mp3 Q1- Bu ayın axırına uzağı gələn ayın 10-na, 15-ə kimi vaxt qoymuşam. Orda... burda adam var, korrupsiyada işdiyir, ona demişəm. Dedi Saidə nə vaxt istəyirsən gəl izahatıvı yaz, gecəynən gedib evindən götürəciyik, 1 manata kimi sənin də pulunu verəciyik deyir, özümüzdə necə lazımdı elə hərəkət eliyəcəyik. Mən də ona vaxt qoymuşam. 1 gün oyan-buyan olmuyacaq. Getdim orda da xəbərdarlıq elədim, dedim mən heç kimə pisliy eləməmişəm. Ya dedim işimi ver, ya da ki, pulumu qaytar. Qaytarım dedim rahat oturum evimdə-eşiyimdə. Evimdə-eşiyimdə rahat otura bilmirəm. Gecə də rahat yata bilmirəm. Səhərə kimi narahat oluram (söyüş). AUD-20200227-WA00010.mp3 Q1- Zəng eliyib mənə sən məni orda gedib rüsvay eləmisən, dedim bütün sənədləri qoydum ortalığa, mən uşağam?, neçə gündü yalvarıram heç kimim tərəfini vermirəm, sənə diz çöküb yalvarıram ki, qurban olum başına dönüm, sən bir dənə köməklik elə camaatın pulunu qaytaraq, elə qışqırırsan şantaj eləyirsən məni, indi Könül xanımı tanıyırsan, Könülün adını çəkirsən, yoxsa Elmiranın məndə onları verəcəm məhkəməyə, onlar iş görən adam deyil, prosta Elmira gördü ki, mən nə vəziyyətdəyəm, məni öldürülər, Elmiranın yazıxlığı gəldi dedi sənə köməklik eliyərəm, mən danışım bəlkə mənim sözümü eşidələr həkim, sənin puluvu qaytaraq, dedim day vicdanın olmadı, onların hamsının mənə yazıqlığı gəldi ki, sən məni pis vəziyyətə qoymusan. AUD-20200227-WA0011.mp3 Q1- Yox, Firudununkini gətirib indi, .... o birisilərini gətirməyib hələm. Onu da sabahları gətirsin, günortaya deyir çatdıracam. Gətirib verəcəm sabah. Amma saxla özündə sonra vurduraq. Akifinkini də götür ki, mən onu sonra gətirim vurdurum tez. AUD-20200227-WA0012.mp3 Q1- Həkim sənədləri bir-bir dəyişdirir, axşamın xeyir. Özü apara müdirin peçatıynan qorxusundan hamısını dəyişdirib. Deyir Akifin sənədini gətirmişəm. O birsini də hazırlayıb bir-bir. Demişəm ki, kökü olmasa sabah başın ağrıyacaq. Səhər gətiribdi orda, evindədi. Dedim səhər tezdən gəlib götürəcəm səndən. Sabah səhər tezdən onda, on birdə, on ikiyə götürüb gətirib verəcəm. AUD-20200227-WA0013.mp3 Q1- Özüm gec vurdururam. Ayın 5-nə kimi yoxlamadı. Zahid dedi ki, Saidə xəstənin özünü də yoxluyurlar. Çağırarlar birdən, sonra imtina olar. Ona görə gec vurdu, 5-dən sonra vurduracam. Firuddin Akif hamısını. AUD-20200227-WA0014.mp3 Q1- Ema. Allaha and olsun çıxacaq. Akifnən Firuddni vurub... AUD-20200227-WA0015.mp3 Q1- Ürəyi yenə deyir vermişəm yazılmağa. AUD-20200227-WA0016.mp3 Q1- Onlar heç kimin 1 manatını da yeyə bilməzlər. And olsun Allaha, o gün qırğınımız-davamız nətər çıxdısa, gəldim evdə bir tərəfim qurudu. Özü də gördü nə vəziyyətə düşdüm orda. Quran haqqı, Aytacın adı haqqı, özünə dedim. Dedim bunnar hamısı şəxsən özümə verilən... Heç kim burada arada yoxdu, nə əyən-bəyən olsa da qoyacam polisin qabağına. Mənə işimi çıxardın verin. Sızıldama qolum ağrıyır, canım ağrıyır. AUD-20200227-WA0017.mp3 Q1- Deyir, 2 nəfəri də bu həftə götürəcəm, əslin götürəcəm, kserokopiyasın vurduracam, getsin. Zəhranın canına, iki-iki vurduracaq. Demirəm topa-topa, yalançı olaram. İki-iki, bir həftədən bir, 10 gündən bir, iki-iki vurdurulacaq ki, 1-ci qrupa çətindi. Firudinnən Akifi vurdurub. İndi bu həftədə vurmaq kağızın zadın verəcəklər. İndi də ki, 2 nəfər dedi, bilmədim kim idi. 2-ci gün, 3-cü günə kimi onun kağızları da götürüb əslini verəcəm sənə, kserokopiyasını özlərində saxlıyıb vuracaqlar. Çıxardacaqlar, neçə gün idi bağlanmışdı. 1-ci qruppanı vurmurdular, keçirmirdilər, indi başlayıblar, deyir ayın 10-dan sonra. Birinci gün ikinci, üçüncü günə deyib verəcəm. Biri bilmədim kim idi, sabah öyrənib deyəcəm kimlərdi. AUD-20200227-WA0018.mp3 Q1- Elmira, and olsun Allaha qoymayacam onların yanında pərt olasan. Seyid Əşrəfin torpağı haqqı, tək Zəhramın canına, çıxardıb onnarı verəcəm tezdiknən. Aytacın torpağı haqqı çıxardıb verəcəm. Mən heç vaxt istəmərəm sən onların yanında pis vəziyyətə qalasan. Allah onların bəlasını versin. AUD-20200227-WA0019.mp3 Q1- Aytacın torpağı haqqı, səni ömrü boyu elə bilirsən ki, Saidə neçə gündü bir az xəstəyəm deyənə, ona görə çıxa bilmirəm. Aytacın torpağı haqqı, səni o vəziyyətə qoymaram. Tutub onnarı cırıq-cırıq eliyərəm onnarı. O gün Quran haqqı, sən mənim onnarnan davamı görərdin, nə cür qırğın-dava, söz-söhbət. AUD-20200227-WA0020.mp3 Q1- Mən ömür boyu səni pis vəziyyətdə qoymaram. Yüz il də qala, min il də qala, Aytacın adı haqqı qoymaram. Gedib dilənərəm çöldə əl açıb dilənərəm, mən səni qoymaram. Sənin evində çörək kəsmiçəm mən. AUD-20200227-WA0021.mp3 Q1- Pox yeyir sənlə gəlib dalaşır. Sən 1-2-3 gün gözlə. Mən saa dedim ki, biz yerli olsaq da, onnarda kişi yoxdu. Sən dedin belədi, helədi. Cındır şeydilər. Danışdım indi. Dedi, narahat olma. Qoy bir az alacaqlarım var, ....hamısını yığıb özlərinnən alıb verəcəm. Qoy cəhənnəm olsunlar ənə. Qoy elə o birsilər alsın, o yox. Əsas qohumlarındı. Başqa adam (söyüş) Qohumların alsın, onnarın yanında şey olma. AUD-20200227-WA0022.mp3 Q1- Rəyi vermişəm yazılmağa. Yazılan kimi götürüb ordan tez vurdurub kağızını verəcəm. AUD-20200227-WA0023.mp3 Q1- Düzüb-qoşub verəcəklər özdərinə bu ayın axırına kimi. AUD-20200227-WA0024.mp3 Q1- Gedib camaatın indi gedib çatdıraram... 50 dənə maşına minirsən, 50 taksiyə minirsən, onnar saa cavabdehdi? AUD-20200227-WA0066.mp3 Q2- Ema, təsəvvür elə ki, Qurana and olsun ki, Nərmingilin yanına gedirdim, bir az ayın-oyundan satırdım da orda nə bilim, bir az praduktdan, nə bilim İrandan gətirdiyimdən, Rusiyadan gətirdiyimdən satırdım. Qəfildən bu məni ordan çıxartdı, ba sizin yanınızda ordan çıxan oldum mən. Bu məni çağırtdırdı, zəng elədi, gecə səhərəcən yatmadı. Saatlarnan elə bil manyaknan danışırdım, elə bil narkamanla danışırdım, kayf tuturdu telefonda. Axırda ürəyim qutarırdı, wayfayı söndürürdüm deyirdim ki, görəsən. Bu məni elənçik oğurladı onlardan. Bir həftənin içində dörd min beş yüzlük qızılımı çıxartdı, bir həftənin içində. Ondan sonra nə qədər pradukdum var idi daşıdı, siqaretdən tutmuş, yağdan tutmuş, nələrə kimi hər şeyimi. Yumurta, toyuq belə əlinə keçəni. Kim nə göndərdisə, hamısın daşıdı, bir manat görmədim, qaldım pilləkənlərdə. Elə getdim gəldim, dedi. Deyim sənə düzünü? Deyirəm, hə. Sənə pensiya düzəldirəm. Qızılın flan qədərini vermişəm, sənə pensiya düzəldirəm. Deyim sənə düzünü? Deyirəm, hə. Doktor qoyub zaloqa, sənin pulunu 3 günə verəcək, 5 günə verəcək. Əfsərnən gəldilər, belə Əfsər saatlarnan dayandı qalxdı yuxarı, evin için zadın gördü, şəraitimi gördü, daş vurdu mənim başıma, oturdum. Mən də kasıb adam da. Uşaq türmədə zindanda, bax belə. İndi də gedib it zülmü ilə bir sep çıxartmışam, o biri sepi çıxartmışam, lombarddan. Qalanını da guya verib, satıb. O heç nə də satmır. Hamıya da pay verir. O bəzi üzdəniraq kişilər kimi götürüb hər şeyi hamıya pay verir. Çünki bilir ki, qaytarmıyacaq ödəmiyəcək, ona görə. AUD-20200227-WA0067.mp3 Q2- Tək sən, mən olsaydıq nə var idi ee. Dünya aləmin hamısını elənçi göt üstə qoyub. Neyniyib bu pulu harasında görünür, nə gündədi o. Doktor İradə var, ondadı kimdədi bilinmir. AUD-20200227-WA0069.mp3 Q2- Mənə də yaxdı ləkələr, məni də döydürdü. Mənim də başıma nələr açır, qızıma, özümə. Deyirmiş ki, guya mən fahişəyəm, mənim qızım ona görə atıb məni çöllərə. Ema xanım, mənə nələr, nələr. Sizin haqqınızda, hamının haqqında. Bunun kimi təhlükəli, vicdansız, alçaq qadın yer üzündə yoxdu. Allaha and olsun, uşağım zindandadi mənim türmədədi. İnanırsan, mən vaxtaşırı ona yeməkiçmək çatdıra bilmirəm, bunun zülmündən. 10 kq ətimi alıb əlimdən qalmışam tullana-tullana. Az gətir həkimlər isdiyir, 5 kilo qaynım isdiyir. 10 kq düyümü, 10 ətimi, yağımı, çaylarımı, hamısını alıb əlimdən, bir manat pul çıxarda bilmirəm. Ona mən nə pul borclu ola bilərəm, bax yum barmağını. Mən ona nə pul borclu ola bilərəm ki? Mən onu bir dənə parikmaxerda lotu-lotu gəlib gedən gördüm. Dedim hə, sən ölməyəsən, bu ki, deyir bu obşenilər mən həkimlərin içindəyəm, ay belə şeylər satıram, ay belə filan eliyirəm. Məni də gəldi aldı ələ, ələ almağıynan də lütdəməyi bir oldu. Bir həftənin içində Əfsərlə getdi gəldi, lütdədi qoydu yaman günə. İndi mənim üçün də 4.500 böyük puldu, qurban olum. Yaman gündəyəm mən. Məni bir günə qoyub, qıçdarım, şəkər adam, mən ağlamaqdan ölürəm. AUD-20200227-WA0070.mp3 Q2- Mənim də qızıllarımı saxlayıb, guya öz başından şeyə verib, guya ki pensiyaya verib yalandan. Əfsərin qızları köçüb o pullarla, on minlərlə. Ondan sora on minlərlə Əfsər mənimsəyib bunun pullarını ey, keflər görüblər keflər. AUD-20200227-WA0075.mp3 Q2- Bir ovuc qızılımı aldı əlimdən, telefonumu qaçırtdı verdi bacısının oğluna 100 manata. Qızıllarımı aparıb lombarda atmışdı, güclə bəla ilə 1.150 manatlıq bir sepimi aldım, 750 manatlıq bir sepimi aldım. 200 manatımı diri bir atdı, dalıyca nə boyda qızıllarımı atdı 1 manatlıq. Dedi ki, nə yalan deyim sənə, səni pensiyaya çıxardıram. Mən də dedim ki, sənə demişdim ki, məni özgə adamların malıyla məni pensiyaya çıxart? Mən qələt eliyərəm. Mən olmayan yerdən yorğanıma baxıb ayağımı uzadıram mən. Mənim yoxumdu, bu dəqyə camaatın qızıllarını ver, aparım qaytarım. Az nə deyirsən? 10 günə, 15 günə pensiya düzəldirəm sənə. 10 gün, bu 5 gün, 5 aydı, 4 aydı bu gün sabah deyir. 1.800 manat ele gedib. 1.000 manatlıq da atıb zaloqa, 650, 600 manat pul götürüb. O da bilirəm kimdən götürüb. Bu gün bu gün, sabah sabah deyir. Nə boyda da praduktlarımın dalına keçib. Day onu bir dənə Allah bilir. Bir produktun bir manatını ala bilməmişəm. AUD-20200227-WA0077.mp3 Q2- 100 min ən azından deyir Ayna Sultanovaya atıb deyir, ən azından 100 min. Kimlərdi day kimlərdi mən də bir-iki dənəsini bilirəm, deyəcəm Allah qoysa. AUD-20200227-WA0079.mp3 Q2- Bilirsən nədi? Hamını şantaj eliyir, bu bir. Onlar da getdilər Sabunçu rayonuna, po-moyemu kimdisə onlar 3 nəfər qadın kişilər, qadın kişilər, gəldi 3 nəfərdilər 4 nəfərdilər olar. Otuz beş min də onlara borcludu. Bilmirəm vallah adları nə idi bilmirəm, vallah. İlahə var nə bilim, nə qədər adamlar var, ay Allah. Gün ərzində qapını sındırmıyan adam, girmiyən çıxmıyan adam yoxdu. Mən sakit girib oturdum pişim-pişimlə əlinə-ayağına düşdüm, o sepi çıxartdım 17 qramı. Bir də 750 manata brilyant seplə klonu çıxartdım, onda verdiyi pulu qaytardım verdim özünə. Qalanı hamısı getdi, hel getdi. İndi lombarddadırsa da kiməsə götürüb veribsə, da deyə bilmirəm. Telefonum getdi, axırda bu min manatlıq getdi. Kimdisə korrupsiyaya yazıb verirdi onu. O gecə ilə əl-ayağa düşdülər. Dedi ki, Əfsər 1-2 günə bankdan pul götürüb sənin pulunu verəcək dedi. Çıxardacam komplekti də, mənə köməklik et, tutmasınlar. Bax belə. Mənim ona verəcəyim, o nə poxdu mənim ona verəcəyim ola, nə poxdu o, nə cındırdı. Onun nəyi var, mənim ona verəcəyim ola. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir (İİİ cild, i.v.10-18); 10.08.2020-ci il tarixli, 4/476 saylı rəyinə əsasən ekspertizaya təqdim edilmiş, Şahid2 adına olan 28 oktyabr 2019-cu il tarixli 5465 nömrəli tibbi rəydə olan əlyazmalar, Şahid1 adına olan 27 sentyabr 2019-cu il tarixli 4527 nömrəli tibbi rəydə olan əlyazmalar və X10 adına olan 7 noyabr 2019-cu il tarixli 861 nömrəli sənəddə olan əlyazmalar və “Səfərova S” yazısı qarşısındakı imza – X2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; ekspertizaya təqdim edilmiş, Şahid2 adına olan 28 oktyabr 2019-cu il tarixli 5465 nömrəli tibbi rəydə olan əlyazmalar, Şahid1 adına olan 27 sentyabr 2019-cu il tarixli 4527 nömrəli tibbi rəydə olan əlyazmalar və X10 adına olan 7 noyabr 2019-cu il tarixli 861 nömrəli sənəddə olan əlyazmalar və “Axundova A.” yazısı qarşısındakı imza – X14 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; ekspertizaya təqdim edilmiş, Şahid2 adına olan 28 oktyabr 2019-cu il tarixli 5465 nömrəli tibbi rəydə olan əlyazmalar, Şahid1 adına olan 27 sentyabr 2019-cu il tarixli 4527 nömrəli tibbi rəydə olan əlyazmalar və X10 adına olan 7 noyabr 2019-cu il tarixli 861 nömrəli sənəddə olan əlyazmalar və “Həsənbəyova Y.” yazısı qarşısındakı imza – X4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; ekspertizaya təqdim edilmiş, ekspertizaya təqdim edilmiş, Şahid2 adına olan 28 oktyabr 2019-cu il tarixli 5465 nömrəli tibbi rəydə olan əlyazmalar, Şahid1 adına olan 27 sentyabr 2019-cu il tarixli 4527 nömrəli tibbi rəydə olan əlyazmalar və X10 adına olan 7 noyabr 2019-cu il tarixli 861 nömrəli sənəddə olan əlyazmalar və “Mirəliyeva M.” yazısı qarşısındakı imza – X1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; ekspertizaya təqdim edilmiş, Şahid2 adına olan 28 oktyabr 2019-cu il tarixli 5465 nömrəli tibbi rəydə olan əlyazmalar, Şahid1 adına olan 27 sentyabr 2019-cu il tarixli 4527 nömrəli tibbi rəydə olan əlyazmalar və X10 adına olan 7 noyabr 2019-cu il tarixli 861 nömrəli sənəddə olan əlyazmalar və “Sadiqov M.” yazısı qarşısındakı imza – X11 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; ekspertizaya təqdim edilmiş, Şahid2 adına olan 28 oktyabr 2019-cu il tarixli 5465 nömrəli tibbi rəydə olan əlyazmalar, Şahid1 adına olan 27 sentyabr 2019-cu il tarixli 4527 nömrəli tibbi rəydə olan əlyazmalar və X10 adına olan 7 noyabr 2019-cu il tarixli 861 nömrəli sənəddə olan əlyazmalar və “Musayeva G.” yazısı qarşısındakı imza – X17 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; ekspertizaya təqdim edilmiş, Şahid2 adına olan 28 oktyabr 2019-cu il tarixli 5465 nömrəli tibbi rəydə olan əlyazmalar, Şahid1 adına olan 27 sentyabr 2019-cu il tarixli 4527 nömrəli tibbi rəydə olan əlyazmalar və X10 adına olan 7 noyabr 2019-cu il tarixli 861 nömrəli sənəddə olan əlyazmalar və “Məcidova S.” yazısı qarşısındakı imza – X15 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; Şahid2 adına olan 28 oktyabr 2019-cu il tarixli 5465 nömrəli tibbi rəydə olan əlyazmalar, Şahid1 adına olan 27 sentyabr 2019-cu il tarixli 4527 nömrəli tibbi rəydə olan əlyazmalar və X10 adına olan 7 noyabr 2019-cu il tarixli 861 nömrəli sənəddə olan əlyazmalar və “Məmmədbəyli A.” yazısı qarşısındakı imza – X8 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; ekspertizaya təqdim edilmiş, Şahid2 adına olan 28 oktyabr 2019-cu il tarixli 5465 nömrəli tibbi rəydə olan əlyazmalar, Şahid1 adına olan 27 sentyabr 2019-cu il tarixli 4527 nömrəli tibbi rəydə olan əlyazmalar və X10 adına olan 7 noyabr 2019-cu il tarixli 861 nömrəli sənəddə olan əlyazmalar və “Hümbətova N.” yazısı qarşısındakı imza – X9 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; ekspertizaya təqdim edilmiş, Şahid2 adına olan 28 oktyabr 2019-cu il tarixli 5465 nömrəli tibbi rəydə olan əlyazmalar, Şahid1 adına olan 27 sentyabr 2019-cu il tarixli 4527 nömrəli tibbi rəydə olan əlyazmalar və X10 adına olan 7 noyabr 2019-cu il tarixli 861 nömrəli sənəddə olan əlyazmalar – Təqsirləndirilən şəxs1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; ekspertizaya təqdim edilmiş, Şahid2 adına olan 28 oktyabr 2019-cu il tarixli 5465 nömrəli tibbi rəydə olan əlyazmalar, Şahid1 adına olan 27 sentyabr 2019-cu il tarixli 4527 nömrəli tibbi rəydə olan əlyazmalar və X10 adına olan 7 noyabr 2019-cu il tarixli 861 nömrəli sənəddə olan əlyazmalar – Təqsirləndirilən şəxs2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; ekspertizaya təqdim edilmiş, Şahid2 adına olan 28 oktyabr 2019-cu il tarixli 5465 nömrəli tibbi rəydə olan əlyazmalar, Şahid1 adına olan 27 sentyabr 2019-cu il tarixli 4527 nömrəli tibbi rəydə olan əlyazmalar və X10 adına olan 7 noyabr 2019-cu il tarixli 861 nömrəli sənəddə olan əlyazmalar – Zərərçəkmiş şəxs1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 110 manat təşkil edir (İİİ cild, i.v.40-45); “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 25.08.2020-ci il tarixli və “Cinayət işi üzrə istintaqın nəticələrinə dair” 09.10.2020-ci il tarixli qərarlarla cinayət işindən sənədlərin saxtalaşdırılması faktına görə Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmış, Şahid1 adına olan 07 sentyabr 2019-cu il tarixli, 4527 nömrəli, Şahid2 adına olan 28 oktyabr 2019-cu il tarixli, 5465 nömrəli tibbi rəylər, səs yazılarının əks olunduğu, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim olumuş CD disklər iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (İİİ cild, i.v.70-91, 200-220); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03 iyun 2020-ci il tarixli arayışları və məhkəmə aktlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 İmişli Rayon Məhkəməsinin 11.12.2018-ci ilə tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə (anoloji hal üzrə) cinayət məsuliyyətindən azad edilərək onun barəsində işin icraatına xitam verilmişdir. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.04.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 310 və 313-cü maddələri üzrə təqsirli bilinib qəti olaraq 2.000 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhər Probasiya idarəsinin 02.12.2021ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən Təqsirləndirilən şəxs2 cəzadan azad edilmişdir (İİ cild, i.v.183-186, 254-255, 258-279, İV cild); Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlməyərək məhkəmədən yayındıqları üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər biri barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək onların axtarışı elan olunmuş, 22 dekabr 2021-ci il tarixdə onlar Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişlər (İV cild); “AZEMİS” Elketron Məhkəmə İnformasiya sistemindən əldə edilmiş məlumata və şəxsiyyət vəsiqəsinin surətinə əsasən Təqsirləndirilən şəxs1 07.04.2014-cü il, Təqsirləndirilən şəxs2 09.01.2004-cü il təvəllüdlü övladları var (İİİ cild, i.v.64); Mülki iddia ərizələrinə əsasən dələduzluq nəticəsində vurulmuş zərəri əvəzi olaraq Zərərçəkmiş şəxs1 3.000 manat, Zərərçəkmiş şəxs2 7.000 manat, Zərərçəkmiş şəxs6 11.000 manat, Zərərçəkmiş şəxs3 6.500 manat, Zərərçəkmiş şəxs4 11.500 manat və Zərərçəkmiş şəxs5 6.000 manat pulun cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq onlara ödənilməsini xahiş edirlər. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir (5ci bənd); etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə əmlakı ələ keçirmə (əmlaka olan hüququ əldə etmə) cinayəti hər hansı hüquq verən və vəzifədən azad edən saxta sənədlərdən istifadə edilməklə törədildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu üzrə Cinayət Məcəlləsinin 178 və 320.2-ci maddələri ilə tövsif edilir (6-cı bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi) hesab edilir (34-cü bənd); dələduzluğun təkrar törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2,. 178.2.4 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara ittiham olunmuş əməllərdə özlərini təqsirli bilməsələr də, məhkəmə istintaqında tədqiq olunmuş, məntiqi baxımından biri-birini tamamlayan təkzibedilməz dəlillərlə onlara qarşı irəli sürülmüş ittiham tam sübuta yetirilir. Buna görə də məhkəmə tərəfindən bu hallar onların özünümüdafiə xarakterli və məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdlər kimi qiymətləndirilir. Belə ki, məhkəmədə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxslərdən pulları alarkən onların tələblərini, yəni öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək iqtidarında olmamış, bu şəxslərə “Qaçqınkom”da işlədiyini, müxtəlif yerlər və şəxslərlə əlaqələrinin olmasını, həmin əlaqələrdən də istifadə edib vədlərini yerinə yetirəcəyi barədə yalan məlumatlar vermişdir. O bu pulları aldıqdan sonra heç bir hərəkət etməmiş, yalnız Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında əlbir olaraq məlum olmayan mənbədə tərtib edilmiş saxta sənədləri zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təqdim etməklə guya pensiya məsələsini həll etmək üçün çalışması görüntüsünü yaratmışdır. Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 heç bir əlaqədə olmadığını, fəaliyyətinin yalnız Təqsirləndirilən şəxs1 həkimlərə yönəltməsindən ibarət olduğunu göstərsə də, onun zərər çəkmiş şəxslərin pullarının Təqsirləndirilən şəxs1 tərəfindən ələ keçirilməsində bilavasitə iştirakı (sonuncunun dəfələrlə onun yaşadığı mənzilə gəlməsi və ona 2.000 manat pulun verməsi, Şahid3 ifadəsi və s.) öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməlidirlər. Eyni zamanda məhkəmədə müəyyən olunur ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X22 adına Milli Oftalmologiya Mərkəzi adından tərtib edilmiş Şahid2 adına olan 28 oktyabr 2019-cu il tarixli, 5465 nömrəli və Şahid1 adına olan 27 sentyabr 2019-cu il tarixli, 4527 nömrəli tibbi rəylərin saxta olmasını bilə-bilə onlardan istifadə edərək S.Rzayevə tərəfindən bu sənədlər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 2019-cu ilin noyabr ayının əvvəllərində təqdim olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Təqsirləndirilən şəxslərə ittiham olunan Cinayət Məcəlləsinin 320.2-ci maddəsinin sanksiyasından da aydın olur ki, həmin əməl cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətə aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd olunan Məcəllənin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Bundan əlavə həmin Məcəllənin 44.2-ci maddəsinə görə bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 iyul 2008-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət və cinayət prosessual qanunvericiliyi məhkəmə tərəfindən ittiham hökmünə əsasən cəzadan azad etmənin iki şərtsiz halını nəzərdə tutur cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi və amnistiya aktının mövcud olması. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə baxmayaraq müdafiə tərəfi bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə razılıq vermədikləri üçün məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək iş üzrə ittiham hökmü çıxarılmalı, lakin bu maddə ilə onlara cəza təyin edilməməlidir. Məhkəmə Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən həmin Məcəllənin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq onların cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda hər iki təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaların əvvəli onların həbsə alındığı andan – 22 dekabr 2021-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış Şahid1 adına olan 07 sentyabr 2019-cu il tarixli, 4527 nömrəli, Şahid2 adına olan 28 oktyabr 2019-cu il tarixli, 5465 nömrəli saxta tibbi rəylər, səs yazılarının əks olunduğu, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim olumuş CD disklər cinayət işi materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatlarının dəyəri 410 manat pul müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi vəsaiti hesabına 40 saat üçün nəzərdə tutulan 240 manat pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə müvafiq olaraq ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunanlarla əlaqədar təqsirləndirilən şəxslərə qarşı zərər çəkmiş şəxslər tərəfindən verilmiş mülki iddialar təmin edilməli, cinayət nəticəsində vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq 3.000 manat pul Zərərçəkmiş şəxs1, 7.000 manat pul Zərərçəkmiş şəxs2, 11.000 manat pul Zərərçəkmiş şəxs6, 6.500 manat pul Zərərçəkmiş şəxs3, 11.500 manat pul Zərərçəkmiş şəxs4 və 6.000 manat pul Zərərçəkmiş şəxs5 ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinsin, həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə o, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, Cinayət Məcəlləsinin 320.2-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona bu maddə ilə cəza təyin olunmasın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 22 dekabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinsin, həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə o, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, Cinayət Məcəlləsinin 320.2-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona bu maddə ilə cəza təyin olunmasın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 22 dekabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 410 (dörd yüz on) manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Şahid1 adına olan 07 sentyabr 2019-cu il tarixli, 4527 nömrəli, Şahid2 adına olan 28 oktyabr 2019-cu il tarixli, 5465 nömrəli saxta tibbi rəylər, səs yazılarının əks olunduğu, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim olumuş CD disklər cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi vəsaiti hesabına 40 saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilsin. Mülki iddialar təmin edilsin. Cinayət nəticəsində vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq 3.000 (üç min) manat pul Zərərçəkmiş şəxs1, 7.000 (yeddi min) manat pul Zərərçəkmiş şəxs2, 11.000 (on bir min) manat pul Zərərçəkmiş şəxs6, 6.500 (altı min beş yüz) manat pul Zərərçəkmiş şəxs3, 11.500 (on bir min beş yüz) manat pul Zərərçəkmiş şəxs4 və 6.000 (altı min) manat pul Zərərçəkmiş şəxs5 ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-109/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-109/2021
29.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver