Məhkəmə qərarları › İş №1(006)-109/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-109/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-109/2023 13.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkil X13 iştirakları ilə xx.xx.1984-cü ildə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC, “X49” MMC, "xxxx" MMC və "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 32.5, 179.3.2, 32.5, 313-cü maddələri ilə təqsirli bilinib 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, CM-in 70ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 2 il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş, Göyçay rayonu, Potu ərazi dairəsinin Kürd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə vahid tamah niyyəti ilə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, 28 aprel 2016-cı il tarixli qərarla təsis edərək “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanına əsasən müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X10 Dövlət Qeydiyyatı İdarəsində qeydiyyata alınmış və hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri, X33 üzrə Baş İdarəsində qeydiyyatda olan, hüquqi ünvanları ünvan 4ənzil 9 olan "xxxx" MMC (VÖEN **********), “X49” MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********) VƏ "xxxx" MMC (VÖEN **********) üzrə 05 may 2016-cı il tarixli əmrlərə əsasən, həmin Cəmiyyətlərin direktoru olmaqla 28 aprel 2016-cı il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X10 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən təsdiq edilmiş nizamnamələrinə əsasən, Cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək və onun operativ idarə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyrikommersiya təşkilatları qarşısında, o cümlədən, məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil etmək, öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək, müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesablarını açmaq və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, Cəmiyyətin işçilərinin əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqavilələri bağlamaq, şərtlərini dəyişdirmək və qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, Cəmiyyətin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək, öz səlahiyyəti daxilində qərarlar qəbul etmək və həmin qərarları yazılı surətdə əmrlə rəsmiləşdirmək, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirmək və digər təşkilatisərəncamverici səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər, habelə təsis edərək rəhbərlik etdiyi hüquqi şəxslər – "xxxx" MMC, “X49” MMC, "xxxx" MMC VƏ "xxxx" MMC üçün qanunsuz üstünlük, yəni əmtəəsiz maliyyə əməliyyatları həyata keçirməklə həmin Cəmiyyətlərin normal sahibkarlıq fəaliyyəti göstərməsi görüntüsü yaratmaqla qazanc əldə etməkdə, habelə digər şəxslərin də qazanc əldə etməsində ifadə olunan vahid tamah niyyətilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək 2016-cı ilin may ayında cinayətdən xəbərsiz tanışı Şahid1 və "xxxx" MMC-nin baş mühasibi Şahid2 vasitəsilə tanış olduğu və dövlətə məxsus əmlakı qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamalarından xəbərsiz olduğu ********** saylı VÖEN ilə əsas fəaliyyət sahəsi tikinti-quraşdırma işləri olmaqla kommersiya hüquqi şəxsi kimi dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin ayrı-ayrı vaxtlarda direktoru işləmiş Şahid5 və Şahid6, həmin Cəmiyyətin sahə rəisi Şahid3, Azərbaycan Respublikasının Prezidenti yanında X3 X22 Fondunun İcraçı direktoru X14, Fondun tikintiyə texniki nəzarət üzrə mühəndisi Şahid4 və "xxxx" MMC-nin Memarlıq şöbəsinin müdiri Şahid8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı cinayətkar niyyətə uyğun olaraq 17 may 2016-cı il tarixdən 23 may 2016-cı il tarixədək olan müddətdə "xxxx" MMC ilə kommersiya münasibətləri görüntüsü yaratmaqla əmtəəsiz maliyyə əməliyyatları həyata keçirib həmin Cəmiyyətin "xxxx" ASC-dəki AZ57İBAZ**********314 ******* nömrəli hesabına Azərbaycan Respublikasının Prezidenti yanında X4 X26 köçürülmüş vəsaitlərdən təsis etdiyi və direktoru olduğu cəmiyyətlərin hesablarına müxtəlif məbləğdə, o cümlədən, "xxxx" MMC-nin "xxxx" ASC-nin Nəsimi filialındakı AZ85AİİB**********002058511 nömrəli hesabına 350OCAZ161380001 nömrəli, 17 may 2016-cı il tarixli debit haqqında bildiriş əsasında köçürülmüş 132.776 manat pul vəsaitinin 670,46 manat hissəsi xidmət haqqı və bank komissiyası qismində tutulmaqla hesabda 13,54 manat saxlayaraq, həmin tarixdə "xxxx" ASC-nin Nəsimi filialının ünvan 3 ünvanındakı ofisində kassadan 132.092 manat hissəsini nağdlaşdırıb əldə etməklə, eyni niyyətlə, "xxxx" MMC-nin "xxxx" ASC-nin Nəsimi filialındakı AZ97AİİB******************** nömrəli hesabına 350OCAZ161380501 nömrəli, 17 may 2016-cı il tarixli debit haqqında bildiriş əsasında köçürülmüş 133.866 manat pul vəsaitinin 680 manat hissəsi xidmət haqqı, bank komissiyası və vergi qismində tutulmaqla, həmin tarixdə "xxxx" ASC-nin Nəsimi filialının ünvan 3 ünvandakı ofisində kassadan 133.186 manat hissəsini nağdlaşdırıb əldə etməklə, eyni niyyətlə, “X49” MMC-nin "xxxx" ASC-nin Nəsimi filialındakı AZ51AİİB******************** nömrəli hesabına 350OCAZ161440001 nömrəli, 23 may 2016-cı il tarixli debit haqqında bildiriş əsasında köçürülmüş 176.908,35 manat pul vəsaitinin 895,35 manat hissəsi xidmət haqqı, bank komissiyası və vergi qismində tutulmaqla, həmin tarixdə "xxxx" ASC-nin Nəsimi filialının ünvan 3 ünvandakı ofisində kassadan 176.013 manat hissəsini nağdlaşdırıb əldə etməklə, eyni niyyətlə, "xxxx" MMC-nin "xxxx" ASC-nin Nəsimi filialındakı AZ71AİİB******************** nömrəli hesabına 350OCAZ161440002 nömrəli, 23 may 2016cı il tarixli debit haqqında bildiriş əsasında köçürülmüş 162.629,8 manat pul vəsaitinin 824,9 manat hissəsi xidmət haqqı, bank komissiyası və vergi qismində tutulmaqla, həmin tarixdə "xxxx" ASC-nin Nəsimi filialının ünvan 3 ünvandakı ofisində kassadan 161.805 manat hissəsini nağdlaşdırıb əldə etməklə, ümumilikdə qeyd edilən qaydada köçürülmüş 606.180,85 manat pul vəsaiti üzrə cinayətkar qrupun digər üzvləri ilə qabaqcadan razılaşmasına uyğun olaraq xidmət haqqı və qazanc olaraq əldə etdiyi 6% hissəni təşkil edən 36.370,85 manat məbləğdə pul vəsaitindən 3.071,31 manat hissəsini xidmət haqqı, bank komissiyası və vergi qismində ödədikdən sonra, 13,54 manatın müvafiq hesabda qalması nəzərə alınmaqla, əldə etdiyi cəmi 603.096 manat pul vəsaitinin 33.299,54 manat hissəsini özünə qazanc kimi götürərək 569.796,46 manat (beş yüz altmış doqquz min yeddi yüz doxsan altı manat qırx altı qəpik) pul vəsaitini cinayətdən xəbərsiz Şahid1 və Şahid2 vasitəsilə "xxxx" MMC-nin direktoru Şahid5 həmin Cəmiyyətin Bakı şəhəri, Binəqədi rayonu, Bakı Metropoliteninin “Dərnəgül” stansiyasının yaxınlığında yerləşən ofisində qaytarmaqla Azərbaycan Respublikasının Prezidenti yanında X4 X35 ayrılmış vəsaitlərin qarşıya qoyulmuş məqsədlərə uyğun olaraq X3 inkişafına və bu sahədə fəaliyyət göstərən şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilməsi ilə əlaqədar həmin Fondun fəaliyyətini pozaraq Şahid5, Şahid6, Şahid3, X14, Şahid4 və Şahid8 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. "xxxx" MMC-nin 28 aprel 2016-cı il tarixli nizamnaməsinə əsasən həmin Cəmiyyətin hüquqi ünvanı ünvan 4ənzil 9 ünvanında yerləşir və Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Həmin Cəmiyyət 28 aprel 2016-cı il tarixdə Təqsirləndirilən şəxs tərəfindən təsis edilmiş və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanına əsasən müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X10 Dövlət Qeydiyyatı İdarəsində qeydiyyata alınmaqla ********** saylı VÖEN verilmişdir. 05 may 2016cı il tarixli əmrlə Təqsirləndirilən şəxs Xanvar oğlu həmin Cəmiyyətin direktoru təyin edilmişdir. İstintaq zamanı 23 dekabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində tanınmışdır. “X49” MMC-nin 28 aprel 2016-cı il tarixli nizamnaməsinə əsasən həmin Cəmiyyətin hüquqi ünvanı ünvan 4ənzil 9 ünvanında yerləşir və Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Həmin Cəmiyyət 28 aprel 2016-cı il tarixdə Təqsirləndirilən şəxs tərəfindən təsis edilmiş və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanına əsasən müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X10 Dövlət Qeydiyyatı İdarəsində qeydiyyata alınmaqla ********** saylı VÖEN verilmişdir. 05 may 2016cı il tarixli əmrlə Təqsirləndirilən şəxs Xanvar oğlu həmin Cəmiyyətin direktoru təyin edilmişdir. İstintaq zamanı 23 dekabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs “X49” MMC-nin nümayəndəsi qismində tanınmışdır. "xxxx" MMC-nin 28 aprel 2016-cı il tarixli nizamnaməsinə əsasən həmin Cəmiyyətin hüquqi ünvanı ünvan 4ənzil 9 ünvanında yerləşir və Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Həmin Cəmiyyət 28 aprel 2016-cı il tarixdə Təqsirləndirilən şəxs tərəfindən təsis edilmiş və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanına əsasən müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X10 Dövlət Qeydiyyatı İdarəsində qeydiyyata alınmaqla ********** saylı VÖEN verilmişdir. 05 may 2016cı il tarixli əmrlə Təqsirləndirilən şəxs Xanvar oğlu həmin Cəmiyyətin direktoru təyin edilmişdir. İstintaq zamanı 23 dekabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində tanınmışdır. "xxxx" MMC-nin 28 aprel 2016-cı il tarixli nizamnaməsinə əsasən həmin Cəmiyyətin hüquqi ünvanı ünvan 4ənzil 9 ünvanında yerləşir və Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Həmin Cəmiyyət 28 aprel 2016-cı il tarixdə Təqsirləndirilən şəxs tərəfindən təsis edilmiş və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanına əsasən müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X10 Dövlət Qeydiyyatı İdarəsində qeydiyyata alınmaqla ********** saylı VÖEN verilmişdir. 05 may 2016cı il tarixli əmrlə Təqsirləndirilən şəxs Xanvar oğlu həmin Cəmiyyətin direktoru təyin edilmişdir. İstintaq zamanı 23 dekabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində tanınmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, 2014-cü ildən Bakı şəhərinə gəlmiş və bərbərlik fəaliyyəti ilə məşğul olmuşdur. 2015-ci ildən müştərisi kimi tanıdığı İlqar Hüseynov ad və soyadlı şəxslə yaxın münasibət qurmuş və həmin şəxs onun imkanlı həyat yaşaması barədə vədlər verməklə adına şirkətlər yaratamaq təşəbbüsünü irəli sürmüşdür. Beləliklə, 2016-cı ildə onun adına 5 şirkət açılmış və həmin şirkətlərdən birini tanımadığı şəxs, digər dördünü isə tanımadığı digər şəxs idarə etmişdir. Lakin həmin şirkətlər formal olaraq onun adına olmuşdur. Həmin şikətlərin bank hesabları "xxxx" ASC-nin müvafiq filialında olmuşdur. İlqar Hüseynov imzalaması üçün bəzi sənədləri təqdim etmiş, habelə bəzi hallarda özü qeyd edilən bank filialına gedib kassada qəbzləri imzalamış, pulları isə Şahid1 adlı şəxs almışdır. O, müxtəlif vaxtlarda “Nikoyl Bank”a gedərək bir çox qəbzlərə imza etmiş və həmin imzalanan qəbzlərə görə ona 50 manat pul verilmişdir. Onun həmin şirkətlərin cinayətkar məqsdələ açılması və istifadə edilməsi barədə məlumatı olmamışdır. Ona köçürülən böyük məbləğdə vəsaitdən pul verilməmişdir. Qeyd edilən pul vəsaitlərinin onun adına olan şirkətlərin hesabına hansı şirkət tərəfindən köçürüldüyü və nağdlaşdırılan pul vəsaitlərinin kimə verildiyi barədə məlumatı olmamışdır. Hal-hazırda himayəsində üç uşağı var, həmin uşaqları təkbaşına böyüdür. Qeyd olunanları nəzərə alaraq, barəsində bəraət hökmünün verilməsini xahiş edir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Belə ki, məhkəməyə zərərçəkmiş şəxs “Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi” X41 nümayəndəsi Rəqsanə Kərimova tərəfindən ünvanlanmış məktubda təqsirləndirilən şəxs barəsində ittihamedici hökmün çıxarılması xahiş edilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və ona uyğun ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, 2012-ci ilin fevral ayında "xxxx" MMC-də baş mühasib vəzifəsinə təyin edilmişdir. Əvvəllər "xxxx" MMC-nin təsisçilərini və işçilərini tanımamış, həmin şəxslərlə heç bir qohumluq və başqa əlaqələri olmamışdır. Həmin müəssisədə baş mühasib vəzifəsinə işçi tələb olunduğunu bildiyi üçün müraciət etmiş və vəzifəyə təyin edilmişdir. Həmin müəssisə sifariş əsasında əsaslı təmir və tikinti işlərini həyata keçirmişdir. Müəssisənin direktoru Şahid5 olmuşdur. 2017-ci ildən 2019-cu ilədək isə direktor vəzifəsini Şahid6 icra etmişdir. Baş mühasib kimi vəzifəsi rəhbərliyin göstərişi ilə müqavilə və qaimə-faktura əsasında şirkətin bank hesabından digər müəssisələrə pul vəsaitlərinin köçürülməsi, bu məqsədlə ödəniş tapşırıqlarının hazırlanaraq direktora təqdim edilməsi və daha sonra icraya yönəldilməsi, müəssisənin vergi və DSMF hesabatlarının işlənib hazırlanması və sair öhdəliklərdən ibarət olmuşdur. AR Prezident yanında KİV-in X23 Fondunun sifarişi ilə 2011-ci ildə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsində mətbuat işçiləri üçün 2 girişli və 17 mərtəbəli olmaqla 156 mənzildən ibarət yaşayış binasının tikintisi başlanılmışdır. O, tikinti işləri başlandıqdan sonra "xxxx" MMC-də baş mühasib vəzifəsinə təyin edilmişdir. Həmin binanın tikintisi 2013-cü ildə başa çatmışdır. Bundan sonra Fond tərəfindən həmin ərazidə 2-ci yaşayış binasının tikintisi üçün tender keçirilmiş, 17 iyun 2014-cü il tarixli tenderin yekun protokoluna əsasən "xxxx" MMC qalib elan olunmuş və 5 iyul 2014-cü il tarixdə tikinti üzrə 31.466.860,71 manat məbləğdə satınalma müqaviləsi bağlanmışdır. 2014-2017-ci illərdə "xxxx" MMC-nin hesabına cəmi 31.466.860,71 manat vəsait köçürülmüşdür. Daha sonra isə həmin ərazidə 3-cü yaşayış binasının təməli qoyulmuşdur. Qeyd edilən binanın da tikintisi "xxxx" MMC-yə tapşırılmış və 27 dekabr 2017-ci il tarixdə Fond ilə "xxxx" MMC arasında 26.208.898,59 manat dəyərində müqavilə bağlanmışdır. 2017-2019-cu illərdə Fond tərəfindən "xxxx" MMC-yə cəmi 26.144.840,86 manat vəsait köçürülmüşdür. Həmin binanın tikintisi ilə bağlı Fondun "xxxx" MMC-yə müqavilə dəyərindən 64.057,74 manat kreditor borcu mövcuddur. Tikinti işlərinin aparılmasında, layihə-smeta sənədlərinin hazırlanmasında, yerinə yetirilmiş işlərin təhviltəslimində hansı qanun pozuntularına yol verilməsindən məlumatı olmamışdır. Fondun İcraçı direktoru Vüqar Səfərli və digərlərini tanımamış, onlarla arasında heç bir münasibət olmamışdır. O, bilavasitə öz vəzifə funksiyalarına aid ola işləri rəhbərinin tapşırığı ilə yerinə yetirmişdir. 2-ci və 3-cü binaların tikintisi zamanı qeyd edilən illərdə dövri olaraq Fond tərəfindən "xxxx" MMC-nin hesabına pul vəsaitləri hissə-hissə köçürülmüşdür. Tikinti işləri zamanı mal-materialların alınmasına dair elektron qaimə-fakturalara, subpodratçılarla bağlanmış müqavilələrə əsasən həmin fiziki və hüquqi şəxslərə pul vəsaitlərinin köçürülməsi haqqında ödəniş tapşırıqlarını özü hazırlamış və direktor Şahid5 və ya Şahid6 tərəfindən həmin ödəniş tapşırıqları imzalanmaqla icra edilməsi üçün "xxxx" MMC-nin bank hesabının mövcud olduğu "xxxx" ASC-nin Mətbuat şöbəsinə göndərilmişdir. Qeyd edilən ödəniş tapşırıqlarında yalnız direktorun imzası və möhürü olmuşdur, özü həmin sənədlərə imza etməmişdir. "xxxx" MMC-yə mənfəət kimi qalmış vəsait isə bank çeki vasitəsi ilə nağdlaşdırılmışdır. Qeyd edilən dövrdə cəmi bir dəfə, təqribən 580 min manat məbləğdə vəsait mənfəət kimi nağdlaşdırılaraq təsisçiyə verilmişdir. Bunun üçün o, bank çeki tərtib edərək direktora təqdim etmiş, direktor tərəfindən imza və möhürlə təsdiqlənib, həmçinin vəsaiti alan şəxs, yəni təsisçi Güllər Vəliyeva tərəfindən də imza edildikdən sonra sonuncu tərəfindən həmin çek vasitəsi ilə bankdan pul vəsaiti nağd formada alınmışdır. Müəssisənin digər mənfəəti isə nağdlaşdırılmamış, əsasən əmlak və texnika alınmasına xərc edilmiş, buna görə də mənfəət kimi qalmış vəsait müxtəlif satıcıların hesablarına köçürülmüşdür. 2016-cı ilin may ayında direktor Şahid5 ona nağd pul lazım olduğunu demiş və Fond tərəfindən "xxxx" MMC-nin hesabına köçürülmüş puldan müəyyən bir hissəsini hər hansı bir yolla nağdlaşdırmağı ona tapşırmışdır. O da bunun üçün Məzahim adlı tanışına müraciət etmişdir. Məzahim onun köhnə tanışı olmuş və əvvəllər müxtəlif bank təşkilatlarında işlədiyi üçün bu cür işlərdən anlayışı olduğunu bilmişdir. Məzahimə müraciət edərək ona pul nağdlaşdırmaq üçün şirkət lazım olduğunu demişdir. Məzahim də ona 4 şirkətin rekvizitlərini təqdim etmişdir. Həmin 4 şirkətin rəhbərini tanımamış, şirkətlərin hansı fəaliyyətlə məşğul olduğunu bilməmiş və həmin 4 şirkət ilə əvvəllər hər hansı bir təması olmamışdır. Bundan sonra ödəniş tapşırıqlarını hazırlamışdır. 17 may 2016-cı il tarixdə "xxxx" MMC-nin hesabına 133.866 manat və "xxxx" MMC-nin hesabına 132.776 manat, 23 may 2016-cı il tarixdə isə "xxxx" MMC-nin hesabına 162.629,8 manat və “X49” MMC-nin hesabına 176.908,35 manat məbləğdə pul vəsaitinin köçürülməsi haqqında ödəniş tapşırıqlarını tərtib edib Şahid5 təqdim etmişdir. Şahid5 tərəfindən həmin ödəniş tapşırıqları imza və möhürlə təsdiq edilərək icraya yönəldilmişdir. Bundan sonra Məzahim həmin pul vəsaitlərini banklardan nağdlaşdırıb "xxxx" MMC-nin ofisində ona təqdim etmişdir. Həmin pul vəsaitlərindən təxminən 5-6 faizini Məzahim komissiya kimi götürmüşdür. O da pul vəsaitini Şahid5 təqdim etmişdir. Qeyd edilən pul vəsaitinin sonrakı taleyi, Şahid5 həmin pulları kimə verməsi və hansı məqsədlə istifadə etməsi barədə məlumatı olmamışdır. Həmin qaydada pul vəsaitinin nağdlaşdırılması əməliyyatı onun məlumatı daxilində cəmi bir dəfə həyata keçirilmişdir. Həmin əməliyyat zamanı da ödəniş üçün lazım olan sənədlər, elektron qaimə-fakturalar "xxxx" MMC-yə təqdim edilmiş, lakin sonradan itirilmişdir. "xxxx" MMC-nin bank hesabından başqa müəssisələrin hesablarına pul vəsaitlərinin köçürülməsi məqsədi ilə elektron qaimə-faktura və müqavilələri ona Şahid5 təqdim etmiş və o da həmin sənədlər əsasında ödəniş tapşırıqları tərtib etmişdir. Həmin ödənişlərin real olub-olmadığı, faktiki olaraq alqı-satqının həyata keçirilib-keçirilmədiyi və ya işlərin görülüb-görülmədiyi barədə isə məlumatı olmamışdır. Qeyd edilən 4 şirkətin hesabına pul köçürülməsindən başqa, digər müəssisələr ilə də çirkli pulların yuyulması əməliyyatları həyata keçirilmişdirsə, onun bu barədə məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və ona uyğun ifadəsində göstərmişdir ki, tanışı "xxxx" MMCdə baş mühasib işləyən Şahid2 2016-cı ilin may ayında ona zəng edərək işlədiyi şirkətin hesabından pul vəsaitini nağdlaşdırmaq istədiyini demiş və ondan bu əməliyyat üçün şirkət tapmağı xahiş etmişdir. O da bunun üçün Ayaz adlı tanışına zəng etmişdir. Ayazla Dərnəgül qəsəbəsində olan çayxanada təsadüfən tanış olmuş və söhbət zamanı sonuncunun çirkli pulların yuyulması işləri ilə məşğul olduğunu öyrənmişdir. Buna görə də Ayaza zəng edib sonuncudan bu əməliyyat üçün ona şirkət tapmasını xahiş etmişdir. Ayaz da ona 4 şirkətin rekvizitlərini bildirmişdir. O həmin rekvizitləri Şahid2 söyləmişdir. Bundan sonra "xxxx" MMC-nin bank hesabından 17 may 2016-cı il tarixdə "xxxx" MMC-nin hesabına 133.866 manat və "xxxx" MMC-nin hesabına 132.776 manat, 23 may 2016-cı il tarixdə isə "xxxx" MMC-nin hesabına 162.629,8 manat və “X49” MMC-nin hesabına 176.908,35 manat pul vəsaiti köçürülmüşdür. Bundan sonra həmin tarixlərdə Ayazla birlikdə "xxxx" ASC-nin Nəsimi-1 filialına getmişlər. Ayaz həmin pulları kassadan nağd qaydada alıb ona vermiş və o da Şahid2 təqdim etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və ona uyğun ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, "xxxx" MMC-də sahə rəisi vəzifəsində işləmişdir. "xxxx" MMC-nin təsisçiləri və başqa vəzifəli şəxsləri ilə qohumluq əlaqələri yoxdur. "xxxx" MMC müxtəlif fiziki və hüquqi şəxslərin sifarişi ilə yaşayış binaları, şəxsi evlər, dövlət binaları, məktəblər və sair obyektlərin tikintisini həyata keçirmişdir. Prezident yanında KİV-in X23 Fondunun sifarişi ilə 2011-ci ildə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsində mətbuat işçiləri üçün 2 girişli və 17 mərtəbəli olmaqla 156 mənzildən ibarət yaşayış binasının tikintisi başlanmışdır. Həmin sifariş ilə əlaqədar tender prosesi, müqavilə bağlanması və sair işlər barədə məlumatı olmamış, tenderin keçirilməsi və müqavilənin bağlanmasında iştirak etməmişdir. O, binaların tikintisi üzrə layihə-smeta sənədlərində göstərilən işlərin dəqiqliklə olduğu kimi yerinə yetirilməsi işləri üzrə məsul olmuşdur. Həmin tikinti onun nəzarəti altında 2013-cü ildə başa çatmış və yaşayış binası sifarişçi və Dövlət Komissiyası tərəfindən təhvil-təslim aktı ilə istismara qəbul edilmişdir. Bina istismara qəbul olunduqdan sonra AR Prezidentinin iştirakı ilə 22 iyul 2013-cü il tarixdə açılış edilmişdir. Bundan sonra Fond tərəfindən həmin ərazidə 2-ci yaşayış binasının tikintisi üçün tender keçirilmiş, 17 iyun 2014-cü il tarixli tenderin yekun protokoluna əsasən "xxxx" MMC qalib elan olunmuşdur. Tikintinin layihə-smeta sənədləri "xxxx" MMC tərəfindən hazırlanmışdır. Bu işlərə görə "xxxx" MMC-yə 2014-2017-ci illərdə küllli miqdarda vəsait köçürülmüşdür. Həmin 2-ci yaşayış binası 3 girişli, 17 mərtəbəli olmaqla 255 mənzildən ibarət olmuşdur. Binanın açılışı 22 iyul 2017-ci il tarixdə AR Prezidentinin iştirakı ilə keçirilmişdir. Həmin açılış zamanı ARin Prezidenti mətbuat işçiləri üçün 3-cü binanın tikintisinə başlanılması haqqında göstəriş vermişdir. 7 avqust 2017-ci il tarixdə yaşayış binası sifarişçi və Dövlət Komissiyası tərəfindən təhvil-təslim aktı ilə istismara qəbul edilmişdir. Yaşayış binasının açılışı zamanı tədbirdə iştirak edən AR Prezidenti tikintidən razı qaldığı üçün 3-cü yaşayış binasının tikintisinin yenə də "xxxx" MMC tərəfindən həyata keçirilməsi haqqında şifahi göstəriş vermiş və həmin göstəriş əsasında Fond tərəfindən 3-cü yaşayış binasının tikintisi Dövlət Satınalmaları Komissiyasından razılıq məktubu alınmaqla tender keçirilmədən "xxxx" MMC-yə verilmişdir və tikintinin aparılması üçün Fond ilə "xxxx" MMC arasında 27 dekabr 2017-ci il tarixdə satınalma müqaviləsi bağlanmışdır. Müqavilənin dəyəri, xarici kommunikasiya işləri olmadan 26.208.898,59 manat məbləğdə müəyyən edilmişdir. Müqavilə əsasında 2017-2019-cu illərdə "xxxx" MMC tərəfindən 26.208.898,6 manat dəyərdə işlərin yerinə yetirilməsi müvafiq aktlar ilə rəsmiləşdirilmiş və həmin işlərə görə "xxxx" MMC-yə 2017-2019-cu illərdə cəmi 26.144.840,86 manat məbləğdə vəsait köçürülmüşdür. Müqavilədə nəzərdə tutulmuş işlər "xxxx" MMC tərəfindən tam başa çatdırılmışdır. Müqavilədə nəzərdə tutulmayan xarici kommunikasiya işləri isə texnoloji prosesə uyğun olaraq 70 faiz həcmdə icra edilmişdir. Xarici kommunikasiya işlərinə görə görülmüş işlərin dəyəri sifarişçi tərəfindən ödənilməmişdir. Xarici kommunikasiya işləri üzrə smeta sənədləri hazırlanmamış və buna görə ehtimal dəyəri müəyyən edilməmişdir. Bundan başqa, həmin ərazidə ləğv olunmuş neft quyuları yerləşdiyi üçün X11 Görülməsi və Dağ-Mədən X8, Nüvə və X1 üzrə Dövlət Agentliyinin müsbət rəyi alına bilməmiş və buna görə də yaşayış binası istismara verilə bilməmişdir. Həmin binanın tikintisi ilə bağlı hazırda Fondun "xxxx" MMC-yə müqavilə dəyərindən 64.057,74 manat kreditor borcu mövcuddur. O, "xxxx" MMC-də sahə rəisi (iş icraçısı) olmuşdur. Həmin Fondun nə üçün sırf "xxxx" MMC ilə müqavilə bağlaması barədə məlumatı olmamışdır. Həmin proseslərdə onun heç bir iştirakı və təsiri olmamışdır. Onun "xxxx" MMC ilə də heç bir əlaqəsi olmamışdır. Həmin müəssisə tikintinin layihəsini hazırlayıb KİVDF-yə təqdim etmişdir. “Forma 2” aktları isə özü tərəfindən hazırlanmış və imza etməklə təhvil verilmişdir. Binanın tikintisi zamanı işlərin daha ucuz işlərlə əvəz edilməsi, bəzi işlərin iş həcmlərində nəzərdə tutulsa da ümumiyyətlə görülməməsi və sair kimi hallara yol verilmişdir. Misal olaraq, 2-ci və 3-cü binaların tikintisi zamanı döşəmənin parketlə üzlənməsi nəzərdə tutulsa da rəhbərliyin, yəni Şahid5 və ya Şahid6 göstərişi ilə o, döşəməni laminat ilə üzlətmişdir. “Forma 2” aktlarında isə laminat döşəmədən istifadə edildiyi göstərilsə də qiymət qrafasında parket döşəmənin qiyməti göstərilmişdir. Çünki onun iş həcmləri cədvəlində qeyd edilən qiymətdən kənara çıxmağa ixtiyarı olmamışdır. Görülən işlər daha ucuz işlərlə əvəz edildiyi halda artıq qalmış məbləğ Fond tərəfindən dövlət büdcəsinə bərpa edilməli olduğu halda, yenə də "xxxx" MMC-yə köçürülmüşdür. O, yalnız rəhbərlik tərəfindən ona verilən göstərişləri yerinə yetirmişdir. Həmin sənəd KİVDF-nin texniki nəzarətçisi vəzifəsində işləyən Şahid4 təqdim edilmiş və sonuncu həmin sənədi imzası ilə təsdiq etmişdir. O, iş həcmləri cədvəlində hansı işlər nəzərdə tutulmuşdursa, onları yerinə yetirmiş və “Forma 2” aktlarına daxil etmişdir. Döşəmələrin, divarların ucuz materialla üzlənməsi və digər işlər daha ucuz işlərlə əvəz edilsə də, “Forma 2” aktlarında onların yüksək qiymətdə göstərilməsi ona verilən göstərişlə əlaqədar olmuşdur və həmin sənədlərə iş həcmləri cədvəli üzrə göstərilən qiymətləri daxil etmişdir. Bundan başqa, layihə-smeta sənədlərində bəzi işlərin dəyəri layihəçi tərəfindən bazar dəyərindən baha göstərilmişdir. Həmin işlərin və materialların dəyərinin nə qədər ucuz başa gəldiyini tam bilməsə də, o, yenə də iş həcmləri cədvəlində göstərilən qiymətləri “Forma 2” aktlarına daxil etmişdir. Bununla da "xxxx" MMC-yə artıq miqdarda vəsait daxil olmuşdur. Həmin vəsaitlərin aqibəti barədə məlumatı olmamış, vəsaitlərin kimin arasında bölündüyünü bilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Onun "xxxx" MMC və onun vəzifəli şəxsləri ilə heç bir əlaqəsi olmamışdır. Qonşu kənddən tanıdığı biznesmen Mehrac Babayevlə təsadüfən “Qazel” markalı avtomobilindən istifadə edərkən tanış olmuş və həmin vaxt Mehrac Babayev onu işlə təmin etmək istədiyini bildirmişdir. O da işsiz olduğundan Mehrac Babayevdən onu işlə təmin etməsini xahiş etmişdir. Təxminən 1 ay sonra "xxxx" MMC-nin baş mühasibi Şahid2 onu ofisə dəvət etmişdir. O, həmin yerə getdikdə Şahid2 ona bir neçə sənəd təqdim etmiş və imzalamışdır. Həmin sənədləri savadı olmadığından imzalamışdır. O, "xxxx" MMC-də 2 ay maaş almaqla işləmiş, lakin faktiki olaraq heç bir funksiyanı yerinə yetirməmişdir. Sadəcə ayda 2-3 dəfə Şahid2 imzalanmalı sənəd olduğunu deyərək onu çağırmış və o da sənədlərə imza edib geri qayıtmışdır. İşə qəbul olunduqdan 2 ay sonra onun həmin müəssisəyə direktor kimi rəsmiləşdirildiyini öyrənmişdir. İşlədiyi müddətdə cəmi 2 dəfə, hər biri 501 manat olmaqla əmək haqqı almışdır. "xxxx" MMC-nin yerinə yetirdiyi tikinti işləri və digər fəaliyyətlərinə dair heç bir məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və ona uyğun ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 2000-ci ildə "xxxx" MMC-nin təsis edildiyi vaxtdan həmin müəssisədə baş memar vəzifəsində işləməyə başlamışdır. "xxxx" MMC tikinti sahəsində müxtəlif fiziki və hüquqi şəxslərin sifarişi əsasında layihələndirmə işləri ilə məşğul olmuşdur. Həmin müəssisənin direktoru X15r. Prezident yanında KİV-in X23 Fondunun sifarişi ilə 2013-cü ildə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsində mətbuat işçiləri üçün 3 girişli və 17 mərtəbəli olmaqla 255 mənzildən ibarət yaşayış binasının layihəsi hazırlanmışdır. Bu həmin ərazidə tikiləcək 2-ci bina olmuşdur. 1-ci bina isə 2011-ci ildə tikilmişdir, həmin binanın layihəçisi "xxxx" MMC olmamışdır. Bundan sonra Fond tərəfindən həmin ərazidə 3cü yaşayış binasının layihəsi üçün sifariş verilmiş və "xxxx" MMC tərəfindən hazırlanmışdır. Hər iki layihənin baş memarı özü olmuşdur. Onunla birlikdə 7-8 nəfərlik qrup işləmişdir. Smeta sənədləri də özünün rəhbərliyi ilə qrup üzvləri tərəfindən hazırlanmışdır. Layihəsmeta sənədləri özü tərəfindən imzalanmış, müəssisənin direktoru tərəfindən də imza ilə təsdiq edilmişdir. 2-ci və 3-cü binanın hər ikisinin layihə-smeta sənədləri "xxxx" MMC tərəfindən hazırlanmışdır. Hər iki layihənin baş memarı özü olmuşdur. 2-ci və 3-cü binalar müxtəlif illərdə inşa edildiyinə görə tələblər bir-birindən fərqli olmuş və buna görə də layihələr fərqlənmişdir. Bundan başqa, 2-ci binanın layihəsi hazırlanarkən artıq tikinti işləri başlanmış və dəmir-beton işləri görülmüşdür. Ona görə də layihədə həmin dəmir-beton işlərini görülmüş işlərə uyğunlaşdırmışdır. 3-cü binada isə tələbləri nəzərə alaraq ehtiyac olan miqdarda dəmir-beton işlərini layihədə göstərmişdir. O, mühəndis məntiqi ilə fikirləşib tikinti sahəsinə 15 km-lik məsafədə karyer tapmağın mümkün olmadığı qənaətinə gəlmiş və buna görə də layihədə daşınmanın məsafəsini 35 km göstərmişdir. Sifarişçi isə ona ARin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə edilmiş müraciətin cavabını təqdim etməmişdir. Belə bir sənəd olmadan o, daşınmanın məsafəsini layihəyə 35 km daxil etmişdir. Bundan başqa layihə-smeta sənədlərində yol verilmiş pozuntular texniki səhv nəticəsində olmuşdur. İş üzrə şahidlər Şahid4, X7 və Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində Şahid4 göstərmişdir ki, 1 aprel 2014-cü tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında X3 X22 Fondunda boş ştatların olduğunu bilib iş üçün müraciət etmişdir. Onu Fondun direktoru Vüqar Səfərli qəbul etmiş və sənədlərinə baxaraq onu bəyəndiyini və işə götürəcəyini demişdir. Orada sifarişçinin nümayəndəsi vəzifəsində işə qəbul edilmiş və həmin gündən işə başlamışdır. Belə ki, həmin vaxt Fond tərəfindən mətbuat işçiləri üçün Bibiheybət qəsəbəsində olan ikinci binanın tikintisi başlanmışdır. Birinci binanın tikintisi başa çatmış və 2013-cü ildə istismara verilmişdir. İkinci binanın isə artıq bünövrəsi və birinci mərtəbəsi hazır olmuşdur. Vüqar Səfərli ona binanın layihə sənədlərinə baxmağı, müvafiq məlumatlarla tanış olduqdan sonra isə sifarişçinin nümayəndəsi kimi tikinti işlərinə nəzarət etməyi tapşırmışdır. O da bütün layihə sənədləri ilə tanış olaraq 15 gün sonra tikinti yerinə getmişdir. Binanın tikintisi "xxxx" MMC-yə tapşırılmışdır, hansı ki, birinci binanı da həmin şirkət tikmişdir. Şirkətin rəhbəri Şahid5dur, əslən Füzuli rayonundandır. Şirkətin ofisi “Dərnəgül” metrostansiyasının yaxınlığında yerləşir. "xxxx" MMC-nin ofisinin yerləşdiyi üçmərtəbəli bina və Fondun yerləşdiyi Mətbuat prospektində yerləşən altımərtəbəli bina Azərbaycan Respublikası Prezidentinin sabiq köməkçisi Əli Həsənova məxsusdur, onun oğlu Şamxal Həsənovun adınadır. Mətbuat işçiləri üçün 2-ci binanın tikintisi 2017-ci ilin iyul ayınadək davam etmişdir. Tikintiyə nəzarəti həyata keçirdiyi vaxt o, xeyli nöqsanlar aşkar etmişdir. Bütün layihə ilə tanış olduğu üçün layihədə döşəmə üçün parketdən istifadə edilməsi nəzərdə tutulsa da laminatdan, divarlara parça oboyların vurulması nəzərdə tutulsa da kağız oboydan, pəncərələrin qarşısına mərmər altlıqların vurulması nəzərdə tutulsa da plastikdən istifadə edildiyini, zirzəmi mərtəbənin metlaxla döşənməsi nəzərdə tutulsa da sadəcə betonun hamarlanması ilə kifayətlənildiyini görmüşdür. Bununla bağlı ilkin vaxtlarda "xxxx" MMC-nin sahə rəisi Şahid3 bildirsə də, sonuncu ona həmin məsələlərin "müəllimin" tapşırığı ilə yerinə yetirildiyini demişdir. O, "müəllim" dedikdə Əli Həsənovu nəzərdə tutmuşdur. Tikintinin gedişi zamanı daha xeyli sayda belə hallar baş vermişdir. Bu barədə Vüqar Səfərliyə də bildirmiş və layihədən kənara nə üçün çıxıldığını soruşmuşdur. Vüqar Səfərli ona bu məsələlərə qarışmamağı, Əli Həsənovun bu cür göstəriş verdiyini demişdir. Buna görə də daha sonralar artıq həmin məsələlərə çox da qarışmamağa başlamışdır. Bundan başqa layihədə qapıların, çilçıraqların, aksesuarların və digər bütün mal-materialların brend markalardan alınması göstərilsə də, belə malların hamısı Çindən gətirilmişdir. Həmin vaxt o, mətbuat işçiləri üçün tikilmiş birinci binanın birinci mərtəbəsindəki 20 kv.m-lik qeyri-yaşayış sahəsində oturmuşdur. Ora "xxxx" MMC-nin ofisi olmuş və direktoru İsmayıl Allahverdiyev olmuşdur. 1 iyul 2014-cü il tarixdə İsmayıl Allahverdiyev öz xahişi ilə səhhəti ilə əlaqədar işindən çıxmışdır. Avqust ayının 1-dək direktor vəzifəsini orada mühasib işləyən qadın icra etmişdir. Avqust ayının 1-dən sonra isə direktor vəzifəsi də ona həvalə edilmişdir. "xxxx" MMC-nin funksiyası mətbuat işçiləri üçün Fond tərəfindən tikilmiş bina sakinlərinə kommunal xidmətlərin göstərilməsindən ibarət olmuşdur. 2-ci binanın tikintisi zamanı istifadə edilən materialların layihədə nəzərdə tutulduğundan keyfiyyətsizləri ilə əvəz edildiyini görsə də, "Görülmüş işlərin qəbulu aktı"nda hansı materiallardan istifadə edilibsə həmin materialın adının yazılmağını tələb etmişdir. Bundan sonra aktda müvafiq düzəlişlər edilmiş, lakin qiymətlər yenə də yüksək yazılmışdır. Belə ki, laminatdan istifadə edildiyi qeyd edilsə də, parketin qiyməti yazılmışdır. 20 iyul 2017-ci il tarixdə binanın açılışı olmuş və 2018-ci ilin yanvar ayından yaşayış başlanmışdır. Açılışın olduğu gün 3-cü binanın da təməli qoyulmuş və 2017-ci ilin sentyabr ayından 3-cü binanın da tikintisinə başlanmışdır. Bu zaman da 2-ci binada yol verilən pozuntular təkrarlanmışdır. Həmin binanın tikintisi də Əli Həsənova məxsus "xxxx" MMC-yə tapşırılmışdır. Həmin binanın tikintisinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən icazə verilməmiş və Fövqəladə Hallar Nazirliyi tərəfindən müsbət rəy verilməmişdir. Çünki binanın tikildiyi yer neft buruqlarına yaxın yerləşmişdir. Bununla belə tikinti davam etdirilmişdir. 3-cü binanın tikintisi zamanı Əli Həsənovun özü də həftədə bir dəfə gələrək tikintinin gedişi ilə maraqlanmışdır. O, bir neçə dəfə "xxxx" MMC-nin rəhbəri Şahid5 barəsində Əli Həsənova şikayət etmiş, tikinti zamanı layihədən kənara çıxıldığını və keyfiyyətsiz materiallardan istifadə edildiyini demişdir. Əli Həsənov isə Şahid5 tapşırıqları özünün verdiyini demiş və sonuncunun göstərişlərinə əməl etməsini tapşırmışdır. Son vaxtlarda Şahid5 vəzifəsindən getmiş və yerinə Əli Həsənovun bacanağı Şahid6 təyin olunmuşdur. Lakin bir müddət sonra Şahid6 işin öhdəsindən gələ bilmədiyi üçün yenidən Şahid5 şirkətin rəhbəri təyin edilmişdir. 3-cü binanın tikintisi başa çatsa da hələ açılış olmamış və mənzillər paylanmamışdır. Həmin ifadəsində şahid X14 göstərmişdir ki, mətbuat işçiləri üçün nəzərdə tutulmuş üç binanın hər biri "xxxx" MMC tərəfindən inşa edilmişdir. O, ilk bina inşa edilərkən həmin şirkətin faktiki sahibinin Rusiya Federasiyası vətəndaşı olan iş adamı Mehrac Babayev olduğunu bilmişdir. Ancaq 2-ci və 3-cü binalar inşa edildikdə "xxxx" MMC-nin faktiki sahiblərinin Mehrac Babayev və Əli Həsənov olduğunu öyrənmişdir. 2-ci və 3-cü binaların inşası zamanı 16.928.086,44 manat məbləğdə vəsaitin mənimsənilməsində təqsiri yoxdur. Çünki binaların inşasından əvvəl layihə və smeta sənədləri hazırlanıb aidiyyəti qurumlar tərəfindən təsdiq edildikdən sonra ayrılmış vəsait xərclənməyə başlanmışdır. Ona görə də həmin binaların tikintisinə onun İcraçı direktor kimi birbaşa müdaxiləsi olmamışdır. Həmin tikintilərin aparılmasına rəsmi formada Fond tərəfindən tikinti-nəzarət mühəndisi Şahid4 nəzarət etmişdir. Orada baş verəcək hər hansı pozuntular barədə sifarişçini məlumatlandırmaq birbaşa olaraq Şahid4 vəzifəsi olmuşdur. Ancaq Şahid4 heç bir vaxt yazılı və şifahi formada tikinti-quraşdırma işləri zamanı baş vermiş hər hansı pozuntu barədə ona məlumat verməmişdir. Özü də heç bir vaxt Şahid4 tikinti ilə bağlı hər hansı qanunsuz göstəriş verməmişdir. Həmin ifadəsində Şahid5 göstərmişdir ki, 2012-ci ildən 2017-ci ilədək "xxxx" MMCnin direktoru vəzifəsində işləmişdir. 2017-ci ildən 2019-cu ilədək həmin Cəmiyyətdə mühəndis vəzifəsində işləsə də, faktiki olaraq direktor funksiyasını icra etmişdir. Həmin müddətdə direktor vəzifəsində Şahid6 olmuşdur. 2019-cu ildən hazırkı vaxtadək həmin Cəmiyyətdə direktor vəzifəsində işləyir. "xxxx" MMC 10 sentyabr 2009-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır və təsisçisi X25 olmuşdur. Müəssisənin bütün təsis sənədləri Qafar Qafarovun adına olsa da müəssisənin faktiki sahibi Məmmədəli adlı şəxs olmuşdur. Məmmədəli adllı şəxs AR Prezidentinin sabiq köməkçisi Əli Həsənovun dayısı oğludur. Qafar Qafarovun isə onlarla nə kimi əlaqəsinin olduğu haqqında məlumatı yoxdur, lakin bildiyinə görə həmkəndlidirlər. 2012-ci ildə sonuncunun əmri ilə direktor vəzifəsinə təyin edilmişdir. Hazırda isə "xxxx" MMC-nin səhmdarları 50 faiz maya payı ilə X18 və 50 faiz maya payı ilə X5r. Müəssisənin baş mühasibi isə Şahid2dir. İş materiallarında olan Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyasının 21 aprel 2020-ci il tarixli Q-30 nömrəli Qərarı ilə təsdiq edilmiş proqrama uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında X3 X22 Fonduna 2017- 2019-cu illər üzrə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasının auditi aparılmışdır. Audit 1 yanvar 2017-ci ildən 1 yanvar 2020-ci il tarixədək dövrü əhatə etməklə, 23 aprel 2020-ci il tarixdən 21 may 2020-ci il tarixədək keçirilmişdir. Azərbaycan Respublikası Hesablama Palatasının 21 may 2020-ci il tarixli aktında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına uyğun olaraq mətbuat işçilərinin maddi-məişət şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan Respublikasının Prezidenti yanında X3 X22 Fondunun sifarişi əsasında Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsində "xxxx" MMC tərəfindən inşa edilmiş ikinci və üçüncü binaların əsaslı tikinti işlərinin tikinti norma və qaydalarına uyğunluğunun yoxlanılması nəticələri verilmişdir. Həmin akta əlavə edilmiş məlumatda göstərilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsində mətbuat işçiləri üçün 3 girişli, 17 mərtəbəli (255 mənzilli, 2-ci bina) yaşayış binasının tikintisinə Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin müvafiq sərəncamları əsasında ayrılmış vəsaitlər üzrə cəmi 31.795.000 manat vəsait xərc edilmişdir. Həmin vəsaitin 117 manat 2013-cü ildə, 10.484.883 manatı 2014-cü ildə, 11.000.000 manatı 2015-ci ildə, 6.000.000 manatı 2016-cı ildə və 4.310.000 manatı 2017-ci ildə xərc edilmişdir. Xərc edilmiş vəsaitdən 31.416.099,8 manatı tikinti podratçısına, 215.425,9 manatı layihə və smeta sənədlərinin hazırlanmasına, 14.048,5 manatı layihə-smeta sənədlərinin ekspertiza olunmasına, 1.100 manatı obyektin tikintisinin ehtimal dəyərinin hesablanmasına, 74.548,2 manatı texniki nəzarətə, 36.756,2 manatı müəllif nəzarətinin həyata keçirilməsinə və 37.021,4 manatı obyektin tikintisi ilə bağlı sair işlərə sərf edilmişdir. Obyektin tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanması məqsədi ilə həmin Fond ilə "xxxx" MMC arasında 7 noyabr 2013-cü il tarixdə 215.425,89 manat məbləğdə müqavilə bağlanmış, hazırlanmış layihə-smeta sənədlərinə AR-in Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət X2 Dövlət Baş Ekspertiza İdarəsi tərəfindən 16 may 2014-cü il tarixdə 17825 nömrəli rəy verilmiş və Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən obyektin tikintisinin ehtimal dəyəri artım əmsalı 24,46 olmaqla 2014-cü ilin may ayında müasir qiymətlərlə 31.467.242,35 manat müəyyən edilmişdir. Satınalmanın təkliflər sorğusu üsulu ilə keçirilməsinə dair həmin Fondun müraciət məktubuna Satınalmalar üzrə Dövlət Agentliyinin 30 may 2014-cü il tarixli İÇ/1084 saylı məktubu ilə müsbət cavab alındıqdan sonra təkliflər sorğusu üsulu ilə 17 iyun 2014-cü il tarixdə keçirilmiş tenderin yekun protokoluna əsasən "xxxx" MMC qalib elan olunmuş və onunla 5 iyul 2014-cü il tarixdə obyektin tikintisi üzrə 21.466.860,71 manat məbləğdə satınalma müqaviləsi bağlanmışdır. Podratçı tərəfindən 2014-2017-ci illərdə cəmi 31.466.860 manat dəyərində işlərin yerinə yetirilməsi “Yerinə yetirilmiş işlərin qəbulu Aktları” ilə rəsmiləşdirilmiş və bu işlərə görə podratçıya 2014-2019-cu illərdə cəmi 31.466.860,71 manat vəsait köçürülmüşdür. Tikintisi başa çatmış obyekt 7 avqust 2019-cu il tarixdə müvafiq qaydada istismara qəbul edilmişdir. Həmin akta əlavə edilmiş məlumatdan cədvəlindən və yerinə yetirilmiş işlərin qəbulu haqqında “Forma 2” aktlarından görünür ki, podratçı tərəfindən 2014-cü ilin iyul ayında 5.009.496,37 manat, 2014-cü ilin avqust ayında 5.438.830,76 manat, 2014-cü ilin noyabr ayında 4.728.016,57 manat, 2015-ci ilin aprel ayında 2.000.001,82 manat, 2015-ci ilin iyun ayında 3.979.999,16 manat, 2015-ci ilin noyabr ayında 50.000,73 manat, 2016-cı ilin mart ayında 2.962.089,12 manat, 2016-cı ilin iyun ayında 2.989.999,06 manat, 2017-ci ilin yanvar ayında 1.996.417,50 manat, 2017-ci ilin aprel ayında 1.000.000,43 manat, 2017-ci ilin may ayında 1.312.008,48 manat, ümumilikdə isə 31.466.860 manat məbləğ təşkil edən işlərin yerinə yetirilərək təhvil verilməsi müvafiq aktlar ilə rəsmiləşdirilmişdir. Bunun müqabilində həmin Fond tərəfindən "xxxx" MMC-nin hesabına mətbuat işçiləri üçün nəzərdə tutulmuş 2-ci binanın tikintisi məqsədi ilə 23 iyul 2014-cü il tarixdə 303.047,65 manat, 23 iyul 2014-cü il tarixdə 2.500.000 manat, 24 iyul 2014-cü il tarixdə 2.206.448,72 manat, 10 oktyabr 2014-cü il tarixdə 12.711,86 manat, 10 oktyabr 2014-cü il tarixdə 2.288,14 manat, 10 oktyabr 2014-cü il tarixdə 4.224.576,27 manat, 10 oktyabr 2014-cü il tarixdə 760.423,73 manat, 29 dekabr 2014-cü il tarixdə 166.847,83 manat, 13 yanvar 2015-ci il tarixdə 3.000.000 manat, 19 may 2015-ci il tarixdə 2.980.000 manat, 5 avqust 2015-ci il tarixdə 6.488,17 manat, 5 avqust 2015-ci il tarixdə 4.993.511,83 manat, 24 dekabr 2015-ci il tarixdə 5.602,12 manat, 24 dekabr 2015-ci il tarixdə 6.488,17 manat, 14 aprel 2016-cı il tarixdə 2.952.089,12 manat, 14 aprel 2016-cı il tarixdə 37.910,44 manat, 4 avqust 2016-cı il tarixdə 2.989.999,06 manat, 22 dekabr 2016-cı il tarixdə 6.418,54 manat, 7 fevral 2017-ci il tarixdə 3.582,5 manat, 7 fevral 2017-ci il tarixdə 1.996.417,5 manat, 17 may 2017-ci il tarixdə 1.000.000,43 manat, 7 avqust 2017-ci il tarixdə 1.261.247,68 manat, 15 mart 2019-cu il tarixdə 50.760,95 manat olmaqla, cəmi 31.466.860,71 manat məbləğdə pul vəsaitləri transfer edilmişdir. Azərbaycan Respublikası Hesablama Palatasının 21 may 2020-ci il tarixli aktında və ona əlavə edilmiş müqayisə cədvəllərində göstərilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 20ci sahə, Bibiheybət qəsəbəsində mətbuat işçiləri üçün 3 girişli, 17 mərtəbəli (255 mənzilli) yaşayış binasının tikintisi (İİ bina) üzrə Tikinti norma və qaydalarına əməl edilməməsi ƏDV ilə 2.436.374,85 manat məbləğdə iş həcmlərinin artırılması və obyektin ehtimal dəyərinin şişirdilməsi ilə nəticələnmişdir. Qeyd edilən aktda həmçinin göstərilmişdir ki, layihə və smeta sənədlərində nəzərdə tutulmuş bəzi işlərin “İş həcmləri cədvəli” və "Yerinə yetirilmiş işlərin qəbulu Akt"ında digər daha ucuz işlər ilə əvəz edilməsi ilə ƏDV ilə 2.252.371,83 manat məbləğində obyektin tikintisinin ehtimal dəyəri artırılmışdır. Belə ki, layihə və smeta sənədlərində nəzərdə tutulmuş dəyəri 340.920 manat olan 11.364 p/m miqdarında poliuretan üzlük tavalarında karniz elementlərinin qoyulması, dəyəri 3.600 manat olan 45 ədəd miqdarında sütun başlıqlarının qoyulması, dəyəri 119.040 manat olan 930 m2 miqdarında sütun gövdəsinin qoyulması və dəyəri 73.757,34 manat olan 20,73 ton miqdarında polietilen sütun və fasad elementləri işləri olmaqla cəmi dəyəri 537.317,34 manat təşkil edən ümumi tikinti işlərinin əvəzinə yerinə yetirilmiş işlərin qəbulu haqqında “Forma 2” aktlarında daha baha, yəni dəyəri 1.077.952,51 manat olan 16.975,63 m2 miqdarında fasad işləri və dəyəri 1.224 manat olan 244,80 m2 miqdarında MDF tipli 2 laylı qapı bloklarının qoyulması işləri ilə əvəz edilməsinin rəsmiləşdirilməsi ilə cəmi ƏDV ilə 639.393,81 manat məbləğdə fərq yaranmışdır. Qeyd edilən aktda həmçinin göstərilmişdir ki, obyektə fiziki baxış zamanı ƏDV ilə 211.015,62 manat dəyərində işlərin yerinə yetirilmədiyi müəyyən edilmişdir. Belə ki, yerinə yetirilmiş işlərin qəbulu haqqında “Forma 2” aktlarında icra edildiyi rəsmiləşdirilən xarici bəzək işləri üzrə dəyəri 8.100 manat olan 45 ədəd miqdarında sütunun alt oturacaq vazalarının qoyulması və dəyəri 115.200 manat olan 900 ədəd miqdarında dekorativ fasad elementlərinin qoyulması, zirzəmi mərtəbə üzrə dəyəri 13.456,8 manat olan 96,12 m3 miqdarında xırdadənəli çınqıldan beton döşəmə qatının düzəldilməsi və dəyəri 42.070 manat olan 3.500 m2 miqdarında döşəmənin keramik tavacıqlarla üzlənməsi işlərinin faktiki olaraq yerinə yetirilməməsi ilə cəmi ƏDV ilə 211.015,62 manat məbləğdə fərq yaranmışdır. Azərbaycan Respublikası Hesablama Palatasının 21 may 2020-ci il tarixli aktına əlavə edilmiş məlumatda həmçinin göstərilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsində mətbuat işçiləri üçün 3 girişli, 17 mərtəbəli (255 mənzilli, 3-cü bina) yaşayış binasının tikintisinə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları əsasında ayrılmış vəsaitlər üzrə cəmi 26.500.000 manat vəsait xərc edilmişdir. Həmin vəsaitin 5.000.000 manatı 2017-ci ildə, 15.000.000 manatı 2018-ci ildə və 6.500.000 manatı 2019-cu ildə xərc edilmişdir. Xərc edilmiş vəsaitdən 26.195.601,8 manatı tikinti podratçısına, 216.552,5 manatı layihə-smeta sənədlərinin hazırlanmasına, 14.186,3 manatı layihə-smeta sənədlərinin ekspertiza edilməsinə, 1.000 manatı obyektin tikintisinin ehtimal dəyərinin hesablanmasına, 58.871 manatı texniki nəzarət işlərinə və 13.787,9 obyektin tikintisi ilə bağlı sair işlərə sərf edilmişdir. Obyektin tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanması məqsədi ilə həmin Fond ilə "xxxx" MMC arasında 5 dekabr 2017-ci il tarixdə 246.295,68 manat məbləğdə müqavilə bağlanmış, hazırlanmış layihə-smeta sənədlərinə AR-in Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət X2 Dövlət Baş Ekspertiza İdarəsi tərəfindən 26 dekabr 2017-ci il tarixdə 24648 nömrəli rəy verilmiş və Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən obyektin tikintisinin ehtimal dəyəri artım əmsalı 26,52 olmaqla 2017-ci ilin dekabr ayında müasir qiymətlər ilə 26.208.898,6 manat müəyyən edilmişdir. Satınalmanın birmənbədən üsulu ilə keçirilməsinə dair həmin Fondun müraciət məktubuna İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 26 dekabr 2017-ci il tarixli ASİMDX-15/01-5/1817s nömrəli məktubu ilə müsbət cavab alındıqdan sonra 27 dekabr 2017-ci il tarixdə "xxxx" MMC ilə obyektin tikintisi üzrə 26.208.898,59 manat məbləğdə birbaşa (birmənbədən) satın alma müqaviləsi bağlanmışdır. Podratçı tərəfindən 2017-2019-cu illərdə cəmi 26.208.898,6 manat dəyərində işlərin yerinə yetirilməsi “Yerinə yetirilmiş işlərin qəbulu Aktları” ilə rəsmiləşdirilmiş və bu işlərə görə podratçıya 2017-2019-cu illərdə cəmi 26.144.840,86 manat məbləğdə vəsait köçürülmüşdür. Obyektin tikintisi üzrə podratçı təşkilata 1 yanvar 2020-ci il tarixə həmin Fondun 64.057,74 kreditor borcu mövcud olmuşdur. Obyektdə işlər tam başa çatmamış, belə ki, xarici kommunikasiya işləri üzrə smeta sənədləri hazırlanmamış və bu səbəbdən ehtimal dəyəri müəyyən edilməmişdir. Həmin akta əlavə edilmiş məlumatdan cədvəlindən və yerinə yetirilmiş işlərin qəbulu haqqında “Forma 2” aktlarından görünür ki, podratçı tərəfindən 2018-ci ilin yanvar ayında 1.213.256,55 manat, 2018-ci ilin fevral ayında 207.506,91 manat, 2018-ci ilin mart ayında 880.230,08 manat, 2018-ci ilin aprel ayında 1.113.882,24 manat, 2018-ci ilin may ayında 1.489.359,94 manat, 2018-ci ilin iyun ayında 1.908.700,74 manat, 2018-ci ilin iyul ayında 1.976.889,03 manat, 2018-ci ilin sentyabr ayında 2.482.055,78 manat, 2018-ci ilin oktyabr ayında 3.801.264,34 manat, 2018-ci ilin noyabr ayında 4.661.876,43 manat, 2019-cu ilin mart ayında 445.951,38 manat, 2019-cu ilin aprel ayında 325.962,02 manat, 2019-cu ilin may ayında 413.387,32 manat, 2019-cu ilin iyun ayında 421.455,88 manat, 2019-cu ilin iyul ayında 453.572,88 manat, 2019-cu ilin avqust ayında 523.716,59 manat, 2019-cu ilin sentyabr ayında 914.751,97 manat, 2019-cu ilin oktyabr ayında 1.397.194,51 manat, 2019cu ilin noyabr ayında 1.577.884,01 manat məbləğ təşkil edən işlərin yerinə yetirilməklə təhvil verilməsi müvafiq aktlar ilə rəsmiləşdirilmişdir. Bunun müqabilində həmin Fond tərəfindən "xxxx" MMC-nin hesabına mətbuat işçiləri üçün nəzərdə tutulmuş 3-cü binanın tikintisi məqsədi ilə 29 dekabr 2017-ci il tarixdə 4.904.235,72 manat, 11 iyul 2018-ci il tarixdə 1.908.700,74 manat, 24 avqust 2018-ci il tarixdə 1.976.889,03 manat, 24 oktyabr 2018-ci il tarixdə 2.482.055,78 manat, 16 noyabr 2018-ci il tarixdə 3.801.264,34 manat, 11 dekabr 2018-ci il tarixdə 4.661.876,43 manat, 9 aprel 2019-cu il tarixdə 445.951,38 manat, 16 may 2019-cu il tarixdə 325.962,02 manat, 21 iyun 2019-cu il tarixdə 413.387,32 manat, 17 iyul 2019-cu il tarixdə 421.455,88 manat, 28 avqust 2019-cu il tarixdə 453.572,88 manat, 12 sentyabr 2019-cu il tarixdə 523.716,59 manat, 3 oktyabr 2019-cu il tarixdə 914.751,97 manat, 4 noyabr 2019-cu il tarixdə 1.397.194,51 manat, 16 dekabr 2019-cu il tarixdə 1.513.826,27 manat olmaqla, cəmi 26.144.840,86 manat məbləğində pul vəsaitləri transfer edilmişdir. Azərbaycan Respublikası Hesablama Palatasının 21 may 2020-ci il tarixli aktında və ona əlavə edilmiş müqayisə cədvəllərində göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidentinin 15 dekabr 2017-ci il tarixli məktubunda Azərbaycan Respublikasının Prezidenti yanında X3 X22 Fonduna ayrılmış 1 ha ərazidə ləğv olunmuş neft quyularının yerləşdiyi və həmin ərazidə aparılacaq layihələndirmə, tikinti-quraşdırma işlərinin Fövqəladə Hallar Nazirliyinin X11 Görülməsi və X21 Agentliyi ilə razılaşdırılmasının vacibliyi qeyd olunmuş, habelə həmin Nazirliyin Tikintidə Təhlükəsizliyə X12 Ekspertiza Baş İdarəsi tərəfindən 26 dekabr 2017-ci il tarixdə verilmiş 24648 nömrəli rəyin 2.8 (qazılmış özül çalasında işləməyən mövcud neft quyusunun ağzının bağlanmasının təmin edilməsi tövsiyə edilmişdir. Bu tövsiyə həyata keçirilməli, aidiyyəti təşkilatlarla razılaşdırılmalıdır) və 2.9-cu (Tikinti zonasında qrunt suları və aerasiya zonasının qruntları neft məhsulları ilə çirkləndiyindən ərazinin radioloji vəziyyəti aidiyyəti təşkilat tərəfindən daim nəzarətdə saxlanmalıdır) bəndlərinin tələblərinə əməl olunmayaraq X11 Görülməsi və Dağ-mədən X8 və Nüvə və X1 üzrə Dövlət Agentliyinin müvafiq rəyləri alınmadan həmin ərazidə qeyd olunan Fondun sifarişi əsasında mətbuat işçiləri üçün 17 mərtəbəli 255 mənzilli yaşayış binasının tikinti işlərinə 26.144.840,86 manat dövlət büdcəsi vəsaiti xərclənmişdir. Qeyd edilən aktda həmçinin göstərilmişdir ki, Tikinti norma və qaydalarına əməl edilməməsi nəticəsində ƏDV ilə 1.870.741,3 manat məbləğdə iş həcmləri artırılmış və obyektin ehtimal dəyəri şişirdilmişdir. Qeyd edilən aktda həmçinin göstərilmişdir ki, Tikinti norma və qaydalarına əməl edilməyərək smeta sənədlərində işlərin dəyərinin düzgün qiymətləndirilməməsi ƏDV ilə 1.683.892,45 manat məbləğdə obyektin tikintisinin ehtimal dəyərin artırılmasına səbəb olmuşdur. Qeyd edilən aktda həmçinin göstərilmişdir ki, layihə və smeta sənədlərində nəzərdə tutulmuş bəzi işlərin “İş həcmləri cədvəli” və "Yerinə yetirilmiş işlərin qəbulu Akt"ında digər daha ucuz işlər ilə əvəz edilməsi yolu ilə ƏDV ilə 1.812.230,8 manat məbləğdə obyektin tikintisinin ehtimal dəyəri artırılmışdır. Qeyd edilən aktda həmçinin göstərilmişdir ki, obyektə fiziki baxış zamanı ƏDV ilə 375.700,91 manat dəyərində işlərin yerinə yetirilmədiyi müəyyən edilmişdir. Belə ki, yerinə yetirilmiş işlərin qəbulu haqqında “Forma 2” aktlarında icra edildiyi rəsmiləşdirilən xarici bəzək işləri üzrə dəyəri 32.688 manat olan 288 ədəd miqdarında sütun başlıqlarının yanmayan poliuretandan qoyulması, döşəmə işləri üzrə dəyəri 32.280 manat olan 2.690 m2 miqdarında ağac lifli tavalardan səs izolyasiyasının qoyulması, yol örtüyü işləri üzrə dəyəri 30.520 manat olan 3.815 m2 miqdarında 4 sm qalınlığında iridənəli asfalt-beton örtük qatının və dəyəri 19.100 manat olan 3.820 m2 miqdarında 2 sm qalınlığında əlavə qatın vurulması, dəyəri 30.520 manat olan 3.815 m2 miqdarında 4 sm qalınlığında xırdadənəli asfalt-beton örtük tavasının vurulması, yaşıllıq işləri üzrə dəyəri 16.368 m2 olan 1.364 m2 miqdarında çəmənlik əkilən sahələrə kompost verilməsi, dəyəri 16.368 manat olan 1.364 m2 miqdarında çəmənliyin əkilməsi, dəyəri 954,8 manat olan 27,28 kq miqdarında toxum alınması, videomüşahidə işləri üzrə dəyəri 660 manat olan 2 ədəd miqdarında 8 kanallı videomüşahidə cihazının alınması və quraşdırılması, dəyəri 680 manat olan 2 ədəd miqdarında monitorun alınması və quraşdırılması, dəyəri 1.170 manat olan 6 ədəd miqdarında xarici videokamera cihazının alınması və quraşdırılması, dəyəri 4.880 manat olan 4 ədəd daxili videokamera cihazının alınması və quraşdırılması, dəyəri 110 manat olan bir ədəd idarə pultunun alınması və quraşdırılması, dəyəri 120 manat olan 20 ədəd birləşmə avadanlıqlarının alınması, dəyəri 400 manat olan 10 ədəd BP-24/4 tipli adapter cihazının alınması, dəyəri 160 manat olan 2 ədəd UPS cihazının alınması, zirzəmi mərtəbə üzrə dəyəri 13.456,8 manat olan 96,12 m3 miqdarında xırdadənəli çınqıldan beton döşəmə qatının düzəldilməsi və dəyəri 42.070 manat olan 3.500 m2 miqdarında döşəmənin keramik tavacıqlarla üzlənməsi işlərinin faktiki olaraq yerinə yetirilməməsi, eləcə də yerinə yetirilmiş işlərin qəbulu haqqında “Forma 2” aktlarında 279,69 m3 miqdarında icra edildiyi rəsmiləşdirilən dikt döşəmənin faktiki olaraq 233,07 m3 miqdarında icra edilməsi ilə cəmi ƏDV ilə 375.700,91 manat məbləğdə fərq yaranmışdır. Qeyd edilən aktda həmçinin göstərilmişdir ki, seçmə qaydada obyektin ehtimal qiymətinə daxil edilən materialların vahidinin qiymətlərinə həmin materialların faktiki orta bazar qiymətlərinin tətbiq edilməsi zamanı ƏDV ilə 1.992.979,11 manat məbləğdə obyektin tikintisinin ehtimal qiymətinin artırılması müəyyən edilmişdir. Belə ki, smeta sənədlərində binanın ehtimal qiymətinə daxil edilən bəzi materialların faktiki orta bazar qiymətləri ilə müqayisədə şişirdilməsi, yəni vahidinin orta bazar dəyəri 11,02 manat olduğu halda smeta sənədlərinə 23,35 manat daxil edilməsi ilə 7.463,1 m3 miqdarında quma görə 92.080,11 manat, vahidinin orta bazar dəyəri 11,02 manat olduğu halda smeta sənədlərinə 22,85 manat daxil edilməsi ilə 586,7 m3 miqdarında qırmadaşa görə 6.939,52 manat, vahidinin orta bazar dəyəri 737,29 manat olduğu halda smeta sənədlərinə 1.054 manat daxil edilməsi ilə 2.338,12 ton armatur karkasa görə 740.510,34 manat, vahidinin orta bazar dəyəri 4,66 manat olduğu halda smeta sənədlərinə 12,03 manat daxil edilməsi ilə 1.895,4 m2 miqdarında metal kirəmitə görə 13.965,28 manat, vahidinin orta bazar dəyəri 87,29 manat olduğu halda smeta sənədlərinə 164,9 manat daxil edilməsi ilə 1.318,7 ton miqdarında M-400 markalı sementə görə 102.350,72 manat, vahidinin orta bazar dəyəri 84,75 manat olduğu halda smeta sənədlərinə 160,27 manat daxil edilməsi ilə 2.324,07 m2 miqdarında birtaylı bütöv MDF qapı blokuna görə 175.511,99 manat, vahidinin orta bazar dəyəri 8,47 manat olduğu halda smeta sənədlərinə 24,08 manat daxil edilməsi ilə 15.463,51 m2 miqdarında laminata görə 241.283,7 manat, vahidinin orta bazar dəyəri 0,93 manat olduğu halda smeta sənədlərinə 2,41 manat daxil edilməsi ilə 22.378 kq miqdarında emulsiyaya görə 32.958,24 manat, vahidinin orta bazar dəyəri 84,75 manat olduğu halda smeta sənədlərinə 150,16 manat daxil edilməsi ilə 306 dəst yuyulan armaturlu çanağa görə 20.015,84 manat, vahidinin orta bazar dəyəri 593,22 manat olduğu halda smeta sənədlərinə 1.200,12 manat daxil edilməsi ilə 255 dəst kombi tipli suqızdırıcıya görə 154.760,18 manat, vahidinin orta bazar dəyəri 14,41 manat olduğu halda smeta sənədlərinə 35,05 manat daxil edilməsi ilə 878,9 ekm çuqan radiatora görə 18.142,45 manat və vahidinin orta bazar dəyəri 14,41 manat olduğu halda smeta sənədlərinə 35,05 manat daxil edilməsi ilə 4.381,65 ekm seksiyalı alüminium radiatora görə 90.446,98, cəmi ƏDV ilə 1.992.979,11 manat məbləğdə fərq yaranmışdır. (cild İ, i/v 29-249, cild İİ, 1-117). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının 14 avqust 2020-ci il tarixli 10/1689 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbiri qrupunun 21 may 2020-ci il tarixli hesabatının 2.1.8-ci bəndində göstərilən əsaslı tikinti işlərinin tikinti norma və qaydalarına uyğunluğu düzgün müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsində mətbuat işçiləri üçün 3 girişli, 17 mərtəbəli (255 mənzilli) olan İİ və İİİ binaların layihə sənədlərinə uyğun inşa edilmədiyi və həmin binaların tikintisi üçün layihə-smeta sənədlərində nəzərdə tutulmuş xərclərin mövcud bazar qiymətlərinə uyğun olmadığı müəyyən edilmişdir. Tədqiq olunan yaşayış binaları üzrə tərtib edilmiş tikinti-quraşdırma işlərinin qəbulu haqqında 2 saylı icra aktlarına (Forma 2) əsasən həmin binaların tikintisi zamanı yerinə yetirilmiş işlərin ümumi dəyəri 57.675.758,6 manat, o cümlədən İ yaşayış binası üzrə 31.466.860 manat, İİİ yaşayış binası üzrə 26.208.898,6 manat məbləğdə müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsində mətbuat işçiləri üçün inşa edilmiş 3 girişli, 17 mərtəbəli (255 mənzilli) olan İİ və İİİ yaşayış binaları üzrə Tikinti Norma və Qaydalarına əməl edilməməsi, smeta sənədlərində işlərin dəyərinin düzgün qiymətləndirilməməsi, “Forma 2” aktları üzrə nəzərdə tutulan işlərin faktiki yerinə yetirilməməsi və sair nəticəsində ƏDV ilə 16.928.086,45 manat məbləğdə, o cümlədən İİ yaşayış binası üzrə 9.192.541,87 manat, İİİ yaşayış binası üzrə 7.735.544,45 manat məbləğdə iş həcmlərinin artırılması, obyektin ehtimal dəyərinin şişirdilməsi müəyyən edilmişdir. (cild İİ, i/v 194-201). İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 368-14153-3222 nömrəli, 27 dekabr 2022-ci il tarixli arayışdan və Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli, 1(101)-860/2019 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 32.5, 179.3.2, 32.5, 313cü maddələri ilə təqsirli bilinib 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və hazırda məhkumluğu yoxdur. (cild İV, i/v 281-295, cild V, i/v 129). İş materiallarında olan "xxxx" ASC-dən daxil olmuş 22 sentyabr 2022-ci il tarixli məktuba əlavə edilmiş bank çıxarışlarından və məktuba əlavə edilmiş "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və “X49” MMC-nin qeydiyyat sənədləri, habelə nizamnamələrindən görünür ki, həmin Cəmiyyətlər Təqsirləndirilən şəxs tərəfindən 28 aprel 2016-cı il tarixli qərarla təsis edərək “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanına əsasən müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X10 Dövlət Qeydiyyatı İdarəsində qeydiyyata alınmış və hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri, X33 üzrə Baş İdarəsində qeydiyyatdadır. Həmin Cəmiyyətlərin hüquqi ünvanları ünvan 4ənzil 9-dur. Həmin Cəmiyyətlər üzrə təsisçi Təqsirləndirilən şəxs özünün 05 may 2016-cı il tarixli əmrlərinə əsasən Cəmiyyətlərin direktoru təyin edilmişdir. Qeyd edilən Cəmiyyətlərin 28 aprel 2016-cı il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X10 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən təsdiq edilmiş nizamnamələrinə əsasən, Cəmiyyətlərin direktoru cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək və onun operativ idarə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan Cəmiyyətin adından öz səlahiyyəti daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən, məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil etmək, öz səlahiyyəti daxilində Cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək, müvəkkil banklarda Cəmiyyətin istənilən növ bank hesablarını açmaq və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, Cəmiyyətin işçilərinin əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqavilələri bağlamaq, şərtlərini dəyişdirmək və qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, Cəmiyyətin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək, öz səlahiyyəti daxilində qərarlar qəbul etmək və həmin qərarları yazılı surətdə əmrlə rəsmiləşdirmək, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin və təkliflərin hazırlanmasını həyata keçirmək səlahiyyətlərinə malikdir. "xxxx" MMC-nin "xxxx" ASC-dəki AZ57İBAZ**********31 40039350 nömrəli hesabından "xxxx" MMC-nin "xxxx" ASC-nin Nəsimi filialındakı AZ85AİİB**********002058511 nömrəli hesabına 350OCAZ161380001 nömrəli, 17 may 2016-cı il tarixli debit haqqında bildiriş əsasında 132.776 manat pul vəsaiti köçürülmüşdür. Həmin vəsaitin 670,46 manat hissəsi xidmət haqqı və bank komissiyası qismində tutulmuş, həmin tarixdə "xxxx" ASC-nin Nəsimi filialının ünvan 3 ünvanındakı ofisində kassadan 132.092 manat hissəsi nağdlaşdırılmış, 13,54 manat vəsait hesabda saxlanılmışdır. Bundan əlavə, "xxxx" MMC-nin "xxxx" ASC-dəki AZ57İBAZ******************** nömrəli hesabından "xxxx" MMC-nin "xxxx" ASC-nin Nəsimi filialındakı AZ97AİİB******************** nömrəli hesabına 350OCAZ161380501 nömrəli, 17 may 2016-cı il tarixli debit haqqında bildiriş əsasında 133.866 manat pul vəsaiti köçürülmüşdür. Həmin vəsaitin 680 manat hissəsi xidmət haqqı, bank komissiyası və vergi qismində tutulmuş, həmin tarixdə "xxxx" ASC-nin Nəsimi filialının ünvan 3 ünvandakı ofisində kassadan 133.186 manat hissəsi nağdlaşdırılmışdır. Bundan əlavə, "xxxx" MMC-nin "xxxx" ASC-dəki AZ57İBAZ******************** nömrəli hesabından “X49” MMC-nin "xxxx" ASC-nin Nəsimi filialındakı AZ51AİİB******************** nömrəli hesabına 350OCAZ161440001 nömrəli, 23 may 2016-cı il tarixli debit haqqında bildiriş əsasında 176.908,35 manat pul vəsaiti köçürülmüşdür. Həmin vəsaitin 895,35 manat hissəsi xidmət haqqı, bank komissiyası və vergi qismində tutulmuş, həmin tarixdə "xxxx" ASC-nin Nəsimi filialının ünvan 3 ünvanındakı ofisində kassadan 176.013 manat hissəsi nağdlaşdırılmışdır. Bundan əlavə, "xxxx" MMC-nin "xxxx" ASC-dəki AZ57İBAZ******************** nömrəli hesabından "xxxx" MMC-nin "xxxx" ASC-nin Nəsimi filialındakı AZ71AİİB******************** nömrəli hesabına 350OCAZ161440002 nömrəli, 23 may 2016-cı il tarixli debit haqqında bildiriş əsasında 162.629,8 manat pul vəsaiti köçürülmüşdür. Həmin vəsaitin 824,9 manat hissəsi xidmət haqqı, bank komissiyası və vergi qismində tutulmuş, həmin tarixdə "xxxx" ASC-nin Nəsimi filialının ünvan 3 ünvandakı ofisində kassadan 161.805 manat hissəsini nağdlaşdırılmışdır. Beləliklə, ümumilikdə qeyd edilən qaydada köçürülmüş 606.180,85 manat pul vəsaitindən 3.071,31 manat hissəsi xidmət haqqı, bank komissiyası və vergi qismində tutulmuş, 603.096 manat hissəsi nağdlaşdırılmış, 13,54 manat hissəsi müvafiq hesabda saxlanılmışdır. (cild İV, i/v 22-84). İş materiallarından görünür ki, "xxxx" MMC-nin "xxxx" ASC-də mövcud olan manat, ABŞ dolları və avro valyutalarında hesablarının çıxarışları tələb edilərək alınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin çıxarışlarda Azərbaycan Respublikasının Prezidenti yanında X4 X44 tərəfindən "xxxx" MMC-nin hesabına köçürülmüş vəsaitlər və həmin vəsaitlərin "xxxx" MMC tərəfindən hansı fiziki və hüquqi şəxslərin hesablarına transfer edildiyi müəyyən edilmişdir. Həmin sənədlərdən həmçinin görünür ki, "xxxx" MMC-nin bank hesabından 17 may 2016-cı il tarixdə "xxxx" MMC-nin hesabına 133.866,6 manat və "xxxx" MMC-nin hesabına 132.776 manat, 23 may 2016-cı il tarixdə "xxxx" MMC-nin hesabına 162.629,9 manat və “X49” MMC-nin hesabına 176.908,35 manat, ümumilikdə isə həmin 4 müəssisənin hesabına 606.180,85 manat məbləğdə pul vəsaiti transfer edilmişdir. (cild İİ, i/v 206-218, cild İV, 100-107). İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 193- 1.3.2, 308.2, 308-2.4 və 313-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şahid5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və, maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş, Şahid4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və, maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş, Şahid8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və, maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş, Şahid6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və, maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş, Şahid3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və, maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş, X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,179.3.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,179.2.1, 32.5,179.2.3, 32.5,179.2.4-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş, X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,179.2.1, 32.5,179.2.3, 32.5,179.2.4-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,179.2.1, 32.5,179.2.3, 32.5,179.2.4-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir. (cild İV, i/v 118-250). İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-561/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (cild İV, i/v 251-280). İş materiallarına əlavə olunmuş Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 5(001)-3126/2022 nömrəli qərarından görünür ki, "xxxx" MMC (VÖEN **********), “X49” MMC (VÖEN **********), "xxxx" MMC (VÖEN **********) və "xxxx" MMC (VÖEN **********) barəsində tətbiq oluna biləcək cinayət-hüquqi tədbirlərin təmin edilməsi məqsədi ilə təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilmələrinə qadağa qoyulmuşdur. (cild V, i/v 137-143). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayonu, Potu ərazi dairəsinin Kürd kəndində qeydiyyatdadır. (cild V, i/v 136). İş materiallarında olan Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN” xidmət” mərkəzində qeydiyyat şöbəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 22 may 2012-ci il təvəllüdlü X30, 06 oktyabr 2015-ci il təvəllüdlü X31 və 29 mart 2021-ci il təvəllüdlü X32 olmaqla üç uşağı vardır. (cild V, 130). İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 23 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (cild V, i/v 1-4). İş materiallarında olan “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 23 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild V, i/v 28-29). İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 23 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan mətbuat işçiləri üçün inşa edilmiş ikinci binanın layihə və smeta sənədləri, "xxxx" MMC, "xxxx" MMC, “X49” MMC, "xxxx" MMC və "xxxx" MMC-nin bank hesablarından çıxarışlar və pulun kassadan nağd alınmasına dair çekləri, həmin Cəmiyyətlərin digər qeydiyyat sənədləri maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi və ********* nömrəli cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə iş üzrə təyin edilmiş məhkəmə-tikinti-texniki ekspertizasına görə 100 manat ekspertiza xərcinin Vüqar Səfərli, Şahid4, Şahid5, Şahid8 və Şahid6 tutulmaqla dövlət büdcəsinə ödənilməsinin nəzərə alınması qərara alınmışdır. (cild V, i/v 70-102). Nəsimi rayon məhkəməsinin 14 fevral 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə və hüquqi şəxslər - "xxxx" MMC, "X49" MMC, "xxxx" MMC və "xxxx" MMC barəsində Cinayət Məcəlləsinin 308.2-ci maddəsinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair cinayət işi məhkəməyə verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən inkar edilsə də, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs və hüquqi şəxslər "xxxx" MMC, "X49" MMC, "xxxx" MMC və "xxxx" MMC Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, lakin Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onun barəsində cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinin tələbinə görə az ağır cinayətin törədilməsindən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 308.2-ci maddəsinə əsasən Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 308.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatı baxımından az ağır cinayətlərə aiddir və həmin əməl Təqsirləndirilən şəxs tərəfindən 2016-cı ilin may ayında törədilmişdir. Bununla belə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə baxmayaraq müdafiə tərəfi bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə razılıq verməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə ittiham hökmü çıxarılmalı, lakin təqsirləndirilən şəxsə cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd olunan Məcəllənin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Bundan əlavə həmin Məcəllənin 44.2.1-ci maddəsinə görə bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən təqsirli bilindiyi cinayət əməli 2016-cı ilin may ayında törədildiyindən və həmin vaxtdan az ağır cinayət törətməyə görə isə yeddi ildən artıq müddət keçdiyindən sonuncuya cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-9-cu maddəsinə əsasən hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün cinayət törətmiş şəxs bu Məcəllənin 75-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edildikdə, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilə bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs cinayətin törədilməsindən yeddi il keçdiyinə görə cinayət məsuliyyətindən azad edilməsi səbəbindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-9-cu maddəsinə əsasən "xxxx" MMC, “X49” MMC, "xxxx" MMC və "xxxx" MMC-nin barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilə bilməz. Məhkəmə, həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC, “X49” MMC, "xxxx" MMC və "xxxx" MMC-nin bank hesablarından çıxarışlar və pulun kassadan nağd alınmasına dair çekləri, həmin Cəmiyyətlərin digər qeydiyyat sənədlərinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı, ********* nömrəli cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə iş üzrə təyin edilmiş məhkəmə-tikinti-texniki ekspertizasına görə 100 manat ekspertiza xərcinin Vüqar Səfərli, Şahid4, Şahid5, Şahid8 və Şahid6 tutulmaqla dövlət büdcəsinə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43,346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilinsin, AR Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin olunmasın. "xxxx" MMC, “X49” MMC, "xxxx" MMC və "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-9-cu maddəsinə əsasən cinayət-hüquqi tədbirlər tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan mətbuat işçiləri üçün inşa edilmiş ikinci binanın layihə və smeta sənədləri, "xxxx" MMC, "xxxx" MMC, “X49” MMC, "xxxx" MMC və "xxxx" MMC-nin bank hesablarından çıxarışlar və pulun kassadan nağd alınmasına dair çekləri, həmin Cəmiyyətlərin digər qeydiyyat sənədlərinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. 202026121 nömrəli cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə iş üzrə təyin edilmiş məhkəmə-tikinti-texniki ekspertizasına görə 100 manat ekspertiza xərcinin Vüqar Səfərli, Şahid4, Şahid5, Şahid8 və Şahid6 tutulmaqla dövlət büdcəsinə ödənilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar