Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-11/2021 27.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X10 üzrə Şöbəsinin prokuroru X11, zərərçəkmiş şəxs “xxxx” ASCnin ləğv edicisi ADİF-in nümayəndəsi və vəkili Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxs Dövlət ittihamçısı, onun müdafiəçisi Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə 02 mart 1962-ci il tarixdə Ermənistanın Spitak şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, “X18 Təsərrüfatı” MMC-nin direktoru vəzifəsində işləyən, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.1 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Dövlət ittihamçısı güzəştli şərtlərlə verilmiş məqsədli dövlət kreditini təyinatı üzrə istifadə etməməklə hüquqi şəxsə xeyli miqdarda ziyan vurmuş və vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə hüquqi şəxsin hüquqlarına və qanuni mənafeyinə mühüm ziyan vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, 25.10.2007-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə İmişli bölgə şöbəsində dövlət qeydiyyatına alınmaqla, 19.11.2007-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ********** nömrəli X4 Nömrəsi (VÖEN) verilmiş, hüquqi ünvanı ünvan 2yyətli Cəmiyyətinin 11.10.2010-cu il tarixdə direktoru (qanuni təmsilçi) təyin edilməklə 19.11.2007-ci il tarixdə təsdiqlənmiş Nizamnaməyə əsasən Cəmiyyətin adından qərarlar qəbul etmək, onu təmsil etmək, etibarnaməsiz fəaliyyət göstərmək, müstəqil surətdə müqavilələr bağlamaq, işçiləri vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək, Cəmiyyətə məxsus əmlakın qorunub saxlanılması, pul vəsaitinin təyinatı üzrə istifadə olunmasına nəzarət etmək, digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmək səlahiyyətlərinə malik vəzifəli şəxs kimi özü üçün qanunsuz üstünlük əldə etməkdən ötrü 11.10.2010-cu il tarixdə “xxxx” ASC-nin baş ofisinə müraciət edib, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə güzəştli şərtlərlə alınacaq məqsədli dövlət kreditindən təyinatı üzrə istifadə etməyib özünün sair xərclərinə sərf etmək məqsədilə “xxxx” ASC-yə investisiya layihəsi təqdim etməklə həmin dövrdə fəaliyyət göstərmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaiti hesabına güzəştli şərtlərlə ayrılacaq 100.000 (bir yüz min) manat kredit vəsaiti və özü tərəfindən yatırılacaq 70.000 (yetmiş min) manat investisiya hesabına ümumi dəyəri 170.000 (bir yüz yetmiş min) manat təşkil edən həmin layihə əsasında Beyləqan rayonunun Allahyarlı kəndində yerləşən və həmin rayonun Allahyarlı bələdiyyəsinin mülkiyyətində olmaqla bələdiyyənin 12.06.2003cü il tarixli 31 saylı qərarı ilə X3 uzunmüddətli istifadəsinə verilmiş və sonuncu ilə həmin MMC-nin təsisçisi Şahid2 arasında bağlanmış 05.03.2010-cu il tarixli müqavilə üzrə təkrar icarə əsasında MMC-nin istifadəsində olan 80 (səksən) hektar torpaq sahəsində layihənin həyata keçirilməsi, yəni 100.000 (bir yüz min) manat dəyərində 550 baş ana qoyun, 50 baş qoç, 40 baş ana mal, yem, arpa, toxum, gübrə alınması və özü tərəfindən sərmayə olaraq qoyulacaq 70.000 (yetmiş min) manat investisiya hesabına yeni tövlə tikilməsi, işıq, su və qaz xətlərinin çəkilməsi ilə bağlı işləri göstərməsindən sonra həmin Agentlik tərəfindən 13.10.2010- cu il tarixdə “xxxx” ASC-yə ayrılaraq **********944 nömrəli hesaba köçürülmüş 100.000 (bir yüz min) manat pul vəsaitini “xxxx” ASC-nin İdarə heyətinin sədri vəzifəsini icra edən Şahid1 ilə özü arasında bağlanmış 15.10.2010-cu il tarixli “12kt” nömrəli kredit müqaviləsi əsasında qeyd edilən Agentliyin vəsaiti hesabına 5 il müddətinə, illik 7 % olmaqla güzəştli şərtlərlə 100.000 (bir yüz min) manat məqsədli dövlət kreditinin ayrılmasına nail olmaqla, həmin bankda olan AZ54ANAR**********9940000AZM nömrəli hesabına 15.10.2010-cu il tarixdə köçürülmüş pul vəsaitini 22.10.2010-cu il tarixdə “xxxx” ASC-nin ünvan 3 ünvanında yerləşən baş ofisindən nağd qaydada şəxsən götürdükdən sonra həmin pul vəsaiti Beyləqan rayonunun Allahyarlı kəndində yerləşən 80 (səksən) hektar torpaq sahəsində heyvandarlığın inkişaf etdirilməsi, iri, xırda buynuzlu heyvanların, yem ehtiyyatı, dərman peraparatının alınması və tikinti-quraşdırma işlərinin aparılması təyinatı üzrə ayrıldığı halda, qeyd edilən xeyli miqdar təşkil edən 100.000 (bir yüz min) manat məqsədli dövlət kreditini qanunsuz olaraq istintaqla müəyyən edilməyən digər ehtiyaclarına yönəltməklə təyinatı üzrə istifadə etməyib həmin dövrdə fəaliyyət göstərmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə (hazırki adı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziniyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi) xeyli miqdarda ziyan vurmuş və vəzifəli şəxs kimi “xxxx” ASC-nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs Dövlət ittihamçısı ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.1 və 308.1-ci maddələri ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, 2010-cu ildə “xxxx” MMC-nin direktoru kimi təsərrüfatla məşğul olmaq üçün ona kredit ayrılması məqsədi ilə “xxxx” ASC-yə müraciət etmiş, həmin il “xxxx” ASC vasitəsi ilə illik 7 faiz olmaqla 100.000 manat kənd təsərrüfatı krediti almış, kredit müqabilində biri Bakı şəhəri Nəsimi rayonunda yerləşən fərdi yaşayış evi və Nizami rayonunda yerləşən bir mənzil ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir. O, kredit hesabına Beyləqan rayonunda təsərrüfatla məşğul olmalı olduğu halda, Masazır qəsəbəsində icarəyə götürdüyü fermada təsərrüfat yaratmışdır. 63 baş iri buynuzlu heyvan alıb südçülüklə məşğul olmuşdur. İri buynuzlu heyvanları müxtəlif şəxsi təsərrüfatlardan pərakəndə şəkildə aldığı üçün onların qiyməti barəsində heç bir sənəd əldə etməmişdir. Əldə etdiyi kreditin 35000 manatını fermaların qurulmasına, 65000 manatını isə heyvanların alınmasına sərf etmişdir. Kredit üzrə ödənişlərini vaxtlı vaxtında ödəyir. Təsərrüfatda mövcud olmuş iri buynuzlu heyvanların 26 başı bir gündə tələf olmuşdur. Həmin vaxt özü tərəfindən heç bir sənəd tərtib edilməmişdir. Bankın nümayəndələrini çağırmış onlar gəlib çəkiliş edib yoxlayıblar. Qalan heyvanlar da müxtəlif vaxtlarda xəstəlik səbəbindən ölsə də, bu barədə aidiyyatı dövlət qurumlarına məlumat verməmiş, heyvanların tələf olması barədə hər hansı bir akt yaxud sənəd tərtib edilməmişdir. Yalnız həkimlər gəlib baxıb gediblər və o bankın özünün nəzarət etdiyini düşünmüşdür. Tərəfindən hər hansı cinayət əməli törədilmədiyindən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə, təqsirləndirilən şəxs Dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.1 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs Dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.1 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Belə ki, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxs “xxxx” ASC-nin ləğv edicisi ADİFin nümayəndəsi və vəkili Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Dövlət ittihamçısı tərəfindən törədilən cinayət əməli nəticəsində nümayəndəsi və vəkili olduğu “xxxx” ASC-yə 100.000 manat ziyan vurulmuşdur. Hazırda dəymiş zərərdən 22870 manat ödəniş edilmiş, 83798,65 manat qalmışdır. Hazırda zərərin ödənilməsini tələb edirlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş “xxxx” ASC-nin İdarə heyətinin sədr müavini vəzifəsində işləmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Kredit komitəsinin üzvü kimi 100.000 manat kreditin Dövlət ittihamçısı verilməsinə dair Kredit Komitəsinin 11.10.2010-cu il tarixli protokolunda adının qarşısında olan imza ona məxsusdur. Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə verilən kreditlərə dair fiziki və hüquqi şəxslərin müraciəti olduqdan sonra ilkin sənədlər, biznes plan və girov təminatı kimi təqdim edilən əmlaklara dair sənədlər toplanaraq baxılması üçün aidiyyəti üzrə göndərilmiş, ilkin razılıq verildikdən sonra əmlakların ipoteka ilə bankın xeyrinə yüklü edilməsi prosesi başlanılmış və kreditlər ayrılmışdır. Dövlət ittihamçısı ayrılmış 100.000 manat kənd təsərrüfatı kreditinə dair kredit müqaviləsi bankın baş ofisində imzalanmış, kreditin verilməsi zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, banka təqdim edilmiş layihə haqqında məlumat Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə göndərilmiş, həmin qurumdan razılıq alındıqdan sonra kredit ayrılmışdır. Dövlət ittihamçısı verilmiş kreditin təminatı kimi Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsində 5 otaqlı ümumi sahəsi 109.6 kv.m olan 212 saylı ev və Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində istifadədə olan 0.1871 ha torpaq sahəsində yerləşən 75 nömrəli 9 mərtəbəli binada yerləşən 28.81 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 8-nömrəli mənzil qiymətləndirilməklə bankın xeyrinə yüklü edilmişdir. Kənd Təsərrüfatı Nazirliyinin və Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə verilən kreditlərlə bağlı müvafiq sənədlər göndərilməklə həmin təşkilatların razılığı alındıqdan sonra kreditin verilməsi və əmlakın ipoteka ilə yüklü edilməsinə dair proses başlanmışdır. Həmin əmlakların hər birinə dair qiymətləndirilmə aparılmaqla kənar təşkilatın rəyi alınmışdır. Dövlət ittihamçısı, yəni “xxxx” MMC-yə ayrılmış kredit üzrə borc məbləğini tam əhatə edən ipoteka ilə bankın xeyrinə yüklü edilmiş əmlak olduğundan həmin kreditlər risksiz hesab edilmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, “xxxx” MMC 2007-ci ildə onun tərəfindən təsis edilmişdir. Belə bir hüquqi şəxs təsis etməsindən xəbəri olan 20 ildən çox müddətdir ki, tanıdığı Dövlət ittihamçısı 2010-cu ildə ona müraciət edərək hüquqi şəxsin adına kredit alıb Beyləqan rayonunda təsərrüfatla məşğul olmaq istədiyini və bunun üçün torpaq sahəsi lazım olduğunu bildirmişdir. Tanışı, Bərdə rayon sakini olan X3 Beyləqan rayonu Allahyarlı kəndində qoyun yatağının olduğunu və ərazidən istifadə etmədiyini bildiyi üçün sonuncudan həmin torpaq sahəsində tanıdığı bir şəxsin təsərrüfatla məşğul olmasına icazə verib-verməyəcəyini soruşmuş, sonuncu etirazı olmadığını bildirdiyi üçün ərazisində yaşadığı və torpaq sahəsinin yerləşdiyi Beyləqan rayonu Allahyarlı bələdiyyəsində icarə müqaviləsi tərtib edilmiş, həmin vaxt Dövlət ittihamçısı Bakıda olduğuna və imza etmək üçün Beyləqana gələ bilmədiyinə görə təsisçisi olduğu “xxxx” MMC adından müqaviləni özü imzalamış, daha sonra Dövlət ittihamçısı təsisçisi olduğu “xxxx” MMC-nin direktoru təyin edib bütün sənədləri və möhürü ona təhvil vermişdir. Dövlət ittihamçısı kənd təsərrüfatı kreditini almasını isə uzun müddət sonra həmin kreditlə bağlı məhkəmədən hüquqi şəxsin ünvanına qərar göndərildiyi zaman öyrənmişdir. Bundan başqa o, nə qədər kredit alınması barədə məlumatsız olmuşdur. Faktiki olaraq Dövlət ittihamçısı Beyləqan rayonu Allahyarlı kəndində heç bir təsərrüfatla məşğul olmadığını, X6 bələdiyyə tərəfindən verilmiş torpaq sahəsində qoyunçuluq ilə məşğul olmaq üçün ferma və çoban yaşaması üçün evin 2005-2006-cı illərdə Fizuli Aslanovun özü tərəfindən inşa edildiyini qeyd etmişdir. İş üzrə Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində Şahid1 göstərmişdir ki, Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə verilən kreditlərə dair fiziki və hüquqi şəxslərin müraciəti olduqdan sonra ilkin sənədlər, biznes plan və girov təminatı kimi təqdim edilən əmlaklara dair sənədlər toplanaraq baxılması üçün aidiyyəti üzrə göndərilmiş, ilkin razılıq verildikdən sonra əmlakların ipoteka ilə bankın xeyrinə yüklü edilməsi prosesi başlanılmış və kreditlər ayrılmışdır. Dövlət ittihamçısı ayrılmış 100.000 manat kənd təsərrüfatı kreditinə dair kredit müqaviləsi bankın baş ofisində imzalanmış, kreditin verilməsi zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, banka təqdim edilmiş layihə haqqında məlumat Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə göndərilmiş, həmin qurumdan razılıq alındıqdan sonra kredit ayrılmışdır. Dövlət ittihamçısı verilmiş kreditin təminatı kimi Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsində 5 otaqlı ümumi sahəsi 109.6 kv.m olan 212 saylı ev və Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində istifadədə olan 0.1871 ha torpaq sahəsində yerləşən 75 nömrəli 9 mərtəbəli binada yerləşən 28.81 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 8-nömrəli mənzil qiymətləndirilməklə bankın xeyrinə yüklü edilmişdir. Kənd Təsərrüfatı Nazirliyinin və Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə verilən kreditlərlə bağlı müvafiq sənədlər göndərilməklə həmin təşkilatların razılığı alındıqdan sonra kreditin verilməsi və əmlakın ipoteka ilə yüklü edilməsinə dair proses başlanmışdır. Həmin əmlakların hər birinə dair qiymətləndirilmə aparılmaqla kənar təşkilatın rəyi alınmışdır. Dövlət ittihamçısı, yəni “xxxx” MMC-yə ayrılmış kredit üzrə borc məbləğini tam əhatə edən ipoteka ilə bankın xeyrinə yüklü edilmiş əmlak olduğundan həmin kreditlər risksiz hesab edilmişdir. O həmçinin bildirmişdir ki, Dövlət ittihamçısı kənd təsərrüfatı təyinatlı kreditin verilməsinə dair 15.10.2010-cu il tarixli 12 KT saylı kredit, 19.10.2010-cu il tarixli 12/2 nömrəli və həmin tarixli 12KT nömrəli ipoteka müqaviləsi, Kredit Komitəsinin 11.10.2010-cu il tarixli protokolu özü tərəfindən imzalanmışdır. İş materiallarından görünür ki, Dövlət ittihamçısı 25.10.2017-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə İmişli bölgə şöbəsində dövlət qeydiyyatına alınmaqla, 19.11.2007-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ********** nömrəli X4 Nömrəsi (VÖEN) verilmiş, hüquqi ünvanı ünvan 4yətli Cəmiyyətinin 11.10.2010-cu il tarixdə direktoru (qanuni təmsilçi) təyin edilməklə 19.11.2007-ci il tarixdə təsdiqlənmiş Nizamnaməyə əsasən Cəmiyyətin adından qərarlar qəbul etmək, onu təmsil etmək, etibarnaməsiz fəaliyyət göstərmək, müstəqil surətdə müqavilələr bağlamaq, işçiləri vəzifəyə təyin etmək, başqa işə keçirmək, vəzifədən azad etmək, Cəmiyyətə məxsus əmlakın qorunub saxlanılması, pul vəsaitinin təyinatı üzrə istifadə olunmasına nəzarət etmək, digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmək səlahiyyətlərinə malik vəzifəli şəxsdir (i/v 124-132). İş materiallarında olan X9 ilə “xxxx” MMC arasında olan 05 mart 2010-cu il tarixli torpaq icarəsi müqaviləsindən görünür ki, X1 rayonunun Allahyarlı kəndində yerləşən 80 hektar torpaq sahəsini “xxxx” MMC-nə icarəyə vermişdir (i/v 83-85). İş materiallarında olan “xxxx” ASC-nin Kredit komitəsinin 11 oktyabr 2010-cu il tarixli qərarı ilə “xxxx” MMC-yə heyvandarlığın inkişafı məqsədi ilə illik 7 faizlə, 24 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə 100.000 manat kredit verilməsi qərara alınmışdır (i/v 86). İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin müvəkkil kredit təşkilatlarına vəsaitlərin ayrılması üçün müraciətlərə baxılması üzrə komissiyasının 13 oktyabr 2010-cu il tarixli 50 nömrəli protokoluna əsasən “xxxx” MMC-yə Beyləqan rayonu Allahyarlı kəndində hüquqi şəxsin istifadəsində olan 80 (səksən) hektar torpaq sahəsində layihənin həyata keçirilməsi, yəni 100.000 (bir yüz min) manat dəyərində 550 baş ana qoyun, 50 baş qoç, 40 baş ana mal, yem, arpa, toxum, gübrə alınması və yeni tövlə tikilməsi, işıq, su və qaz xətlərinin çəkilməsi üçün kredit ayrılması məqsədəmüvafiq hesab edilərək vəsait ayrılması barədə qərar qəbul edilmişdir (i/v 65-67). İş materiallarında olan “xxxx” ASC-nin İdarə Heyətinin sədrinin vəzifəsini icra edən X8 və “xxxx” MMC-nin direktoru Dövlət ittihamçısı arasında bağlanmış 15.10.2010-cu il tarixli “12 KT” nömrəli kredit müqaviləsindən görünür ki, Dövlət ittihamçısı illik 7 % olmaqla 5 il müddətinə heyvandarlığın inkişafı məqsədilə 100.000 (bir yüz min) manat kredit vəsaitinin ayrılması ilə bağlı razılıq ifadə olunmuşdur (i/v 8-13). İş materiallarında olan “xxxx” ASC ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 15.10.2010-cu il tarixli “12KT” nömrəli kredit müqaviləsinin əsli, 19.10.2010-cu il tarixli 12KT və 12/2 nömrəli ipoteka müqavilələrinin əsli, 22.10.2010-cu il tarixli KB N 017576 nömrəli qəbzin təsiq edilmiş surəti, 15.10.2010-cu il tarixli müddətli öhdəlik adlı sənədin əsli cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edə biləcəyini nəzərə alaraq sübut kimi tanınmışdır (i/v 261-269). İş materiallarında olan Nəsimi rayon 33 saylı MKİS-in rəisi M.M.Əliyev tərəfindən verilən 28.12.2019-cu il tarixli xasiyyətnamədən görünür ki, Dövlət ittihamçısı barəsində Nəsimi rayon 33 saylı MKİS-ə heç bir şikayət və müraciət daxil olmamışdır (i/v 274). İş materiallarına əlavə olunmuş qətimkan tədbiri seçmək haqqında 24.12.2019-cu il tarixli qərardan görünür ki, Dövlət ittihamçısı barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir (i/v 228-231). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.1 və 308.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özü tərəfindən inkar edilsə də, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.1 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli, lakin törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onun barəsində cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 və 75.1.2-ci maddələrinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, az ağır cinayətin törədilməsindən isə yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 195.1-ci maddəsinə əsasən təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərüffat və ya maliyyə vəziyyəti barədə biləbilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə istifadə edilməməsi xeyli miqdarda ziyan vurduqda — cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi Dövlət ittihamçısı təqsirli bilndiyi Azərbaycan Respublikası CM-nin 195.1 və 308.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatı baxımından böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə aiddir və həmin əməllər Dövlət ittihamçısı tərəfindən 2010-cu ildə törədilmişdir. Bununla belə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə baxmayaraq müdafiə tərəfi bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə razılıq verməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə ittiham hökmü çıxarılmalı, lakin təqsirləndirilən şəxsə cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd olunan Məcəllənin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Bundan əlavə həmin Məcəllənin 44.2.1-ci maddəsinə görə bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Dövlət ittihamçısı tərəfindən təqsirli bilindiyi cinayət əməlləri 2010-cu ildə törədildiyindən və həmin vaxtdan böyük ictimai təhlükə törətməyən cinayətə görə iki il, az ağır cinayəy törətməyə görə isə yeddi ildən artıq müddət keçdiyindən sonuncuya cəza təyin edilməməlidir. Məhkəmə, həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxs Dövlət ittihamçısı barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilən mülki iddiadan görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iş üzrə mülki iddiaçı qismində tanınmasını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərin törədilməsi nəticəsində vurulmuş maddi ziyan olaraq, Dövlət ittihamçısı 88168,65 (səksən səkkiz min yüz altmış səkkiz) manat məbləğində pul tutularaq Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsini, mülki iddianın təmin edilməsi məqsədilə, CPMnin 185-ci maddəsindən irəli gələn tələblərə müvafiq olaraq, iş üzrə təqsirləndirilən şəxsin əmlakları üzərinə həbs qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinin tələblərinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Qeyd olunan Məcəllənin 183.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası CPM-nin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: iddianın tam və ya qismən təmin edilməsi; iddianın rədd edilməsi; iddianın baxılmamış saxlanması. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 avqust 2015-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 15.10.2010-cu il tarixli 12KT №-li kredit müqaviləsi üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 95.818,93 manat, faiz borcunun ödənilməsi məqsədi ilə 6.784,72 manat, dəbbə pulu olaraq 1.000 manat, “Kredit müqaviləsinin” 11.3cü bəndinə uyğun olaraq 3.000 manatın, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin - 30 manatın və sənədlərin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş dövlət rüsumunun 35 manatın, cəmi isə 106.668,65 manatın cavabdeh MMCdən Bankın xeyrinə tutulmasını, tutmanın ipoteka predmeti olan əmlaklara yönəldilməsini, ipoteka predmetləri olan mənzilin 65.000 manat yaşayış evinin isə 100.000 manat ilkin satış qiyməti ilə açıq hərracdan satılmasını, satışdan əldə olunacaq vəsaitindən cavabdehin Banka olan borcunun ödənilməsini, artıq qala biləcək məbləğin cavabdehlərə ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 fevral 2016-cı il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 avqust 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 avqust 2016-cı il tarixli, 2(102)- 3265/16 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 12 fevral 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “xxxx” ASC ilə “xxxx” MMC arasında bağlanmış 12kt saylı, 15 oktyabr 2010-cu il tarixli kredit müqaviləsini MMC-nin adından Dövlət ittihamçısı imzalamışdır. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qətnaməsi ilə “xxxx” MMC-dən “xxxx” ASC-nin xeyrinə əsas borcun ödənilməsi məqsədi ilə 95.818,93 manat, faiz borcunun ödənilməsi məqsədi ilə 6.784,72 manat, dəbbə pulu olaraq 1.000 manat, “Kredit müqaviləsinin” 11.3-cü bəndinə uyğun olaraq 3.000 manatın, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin - 30 manatın və sənədlərin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş dövlət rüsumunun 35 manatın, cəmi isə 106.668,65 manatın tutulması qət edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin MK-nın qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Hazırda isə zərərçəkmiş şəxs və mülki iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət ittihamçısı 88168,65 (səksən səkkiz min yüz altmış səkkiz) manat məbləğində pul tutularaq Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş hazırkı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, təqsirləndirilən şəxs Dövlət ittihamçısı müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-92/2020 saylı, 05 fevral 2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 17 fevral 2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X12 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxs Dövlət ittihamçısı göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43,346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.1 və 308.1-ci maddələri ilə təqsirli bilinsin, AR Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin olunmasın. Dövlət ittihamçısı haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş iddia ərizəsi baxılmamış saxlanılsın. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 07 avqust 2015-ci il tarixli qətnaməsi ilə “xxxx” MMC-dən “xxxx” ASC-nin xeyrinə 106.668,65 manatın tutulması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-11/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-11/2021
27.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver