Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-11/2022 31.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X6 oğlunun iştirakları ilə xx.xx.1967-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Şirvan şəhəri, 20 yanvar küçəsi ev 26 A, mənzil 6-da qeydiyyatda olan, faktiki olaraq, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs özünü falçı kimi təqdim edərək taleyini şər qüvvələrdən təmizləməklə, yollarını açacağını və ruzilərinin bol olacağını bildirməklə aldadıb, vahid niyyətlə əhatə olunan qəsdlə 03 mart 2018-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanında yerləşən “20 yanvar abidəsi”nin qarşısında 5.000 manat, 23 mart 2018-ci il tarixdə saat 11 radələrində həmin ünvanda 3.000 manat, 15 may 2018-ci il tarixdə saat 16 radələrində həmin ünvanda 2.000 manat və 29 may 2018-ci il tarixdə saat 12 radələrində Şirvan şəhəri, 20 Yanvar küçəsində yerləşən evin qarşısında 1.500 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 11.500 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları vasitəsi ilə Zərərçəkmiş şəxs Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən “Niaqara” restoranına inzibatçı işinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla Zərərçəkmiş şəxs 07 iyul 2018-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu Salatın Əsgərova küçəsi 149 saylı evdə 900 manat dəyərində “İphone 8 Plus” markalı mobil telefonu ələ keçirərək, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, əvvəllər Şirvan şəhəri, 20 Yanvar küçəsi, ev 26 A-da yaşamış, hazırda isə ünvan 3 ünvanda tək yaşayır. O, 12 yaşından baxıcılıqla və ekstrasensliklə məşğul olmuşdur. O, Zərərçəkmiş şəxs 2018-ci il tarixdən, sonuncunun xalası qızı Şahid1 vasitəsi ilə tanımışdır. Zərərçəkmiş şəxs işlərinin yaxşı getmədiyi və xəstə olduğu üçün ondan köməklik etməsini istəmişdir. O, da insanlara köməklik etməyi bacardığı üçün Zərərçəkmiş şəxs köməklik edəcəyini deyərək, bunun qarşılığında sonuncunun pul verməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs da ona inanıb razılaşaraq pul verəcəyini bildirmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs onun yaşadığı ünvan 4 ünvanda sonuncunun falına baxmışdır. 2018-ci ilin mart, aprel və may ayları ərzində müxtəlif məbləğdə Zərərçəkmiş şəxs ümumilikdə ona 10.700 manat pul vermişdir. O, xəstələndiyi üçün Zərərçəkmiş şəxs işlərində sonuncuya köməklik edə bilməmişdir. Həmin ərəfələrdə Zərərçəkmiş şəxs iş axtardığı üçün o, sonuncunu tanışları vasitəsi ilə “Niaqara” restoranına inzibatçı işinə düzəldə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs da onunla razılaşdıqdan sonra o, sonuncudan düzəldəcəyi işin qarşılığında telefon hədiyyəsi istəmişdir. 07 iyul 2018-ci il tarixdə saat 15 radələrində o, Nəsimi rayonu Salatın Əsgərova küçəsində yerləşən Gülnarənin yaşadığı ünvana qonaq getmiş, orada Zərərçəkmiş şəxs ona hədiyyə olaraq “İphone 8+” markalı mobil telefonu vermişdir. Bir müddətdən sonra Zərərçəkmiş şəxs ona öz narazılığını bildirərək və həyatının normal vəziyyətə düşmədiyini deyib ona verdiyi pulları geri istəmişdir. Sonra o, Zərərçəkmiş şəxs hədiyyə aldığı “İphone 8+” markalı mobil telefonun pulundan 300 manat ilkin ödənişi vermiş və ümumi puldan sonuncuya 4400 manat ödəniş etmişdir, qalan məbləği isə yaxın müddətdə ödəyəcəkdir. İfadəsinin sonunda, ilk dəfə məsuliyyətə cəlb olunduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini, səhhətində ciddi problemlərinin olduğunu bildirərək, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, 2018-ci il ərzində işləri yaxşı getmədiyi üçün, bu barədə xalası qızı Şahid1 bildirmiş, sonuncu da Şirvan şəhərində yaşayan tanıdığı falçı Təqsirləndirilən şəxs məsləhət görmüşdür. Şahid1 onun şəklini Təqsirləndirilən şəxs göndərdikdə sonuncu onun şəklinə baxıb yaxın günlərdə öləcəyini bildirmişdir. Ona görə də o, 2018-ci ilin mart ayında arvadı Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, 20 Yanvar küçəsində yerləşən evinə getmiş, sonuncu onun falına kartla baxaraq işlərinin yaxşı getməyəcəyini və yaxın günlərdə öləcəyini söyləmişdir. Təqsirləndirilən şəxs onun taleyini şər qüvvələrdən təmizləməklə ruzisinin bol olacağını, qoruyucu hazırlayacağını, boynundan qoruyucunu asacağını, onu pisliklərdən qoruyacağını və bunun qarşılığında ondan 8000 manat pul alacağını söyləmişdir. O da sonuncu ilə razılaşmış və yaxın günlərdə hissə-hissə pulu verəcəyini bildirmişdir. 03 mart 2018-ci il tarixdə saat 13 radələrində o, Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrosunun yaxınlığında Təqsirləndirilən şəxs ilə görüşüb sonuncuya 5000 manat pul vermişdir. Qalan 3000 manatı isə 23 mart 2018-ci il tarixdə saat 11 radələrində yenə də Bakı şəhəri, Yasamal rayonu 20 Yanvar metrosunun yaxınlığında görüşüb Təqsirləndirilən şəxs vermişidir. Bir neçə gün keçdikdən sonra sonuncu ona zəng edib işinə görə xaricdən bəzi şeylər alınmalı olduğunu bildirib, ona görə təxminən 3500 manat pul lazım olduğunu demişdir. O, da Təqsirləndirilən şəxs ilə razılaşıb 15 may 2018-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrosunun yaxınlığında görüşüb sonuncuya 2000 manat, 29 may 2018-ci il tarixdə saat 12 radələrində isə Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, 20 Yanvar küçəsində yerləşən evin yaxınlığında sonuncuya 1500 manat vermişdir. Sonrakı günlər o, Təqsirləndirilən şəxs zəng edib işi barədə soruşmuş, sonuncu onun üçün hazırladığı qoruyucunun yekunlaşmasına az qaldığnı bildirmişdir. Həmin vaxtlarda o, işsiz olduğu üçün iş axtarırmış, ona görə də Təqsirləndirilən şəxs tez-tez zəng edib onun işlərinin yaxşı getməsi üçün görəcəyi işlərin tez yekunlaşdırmasını söyləmişdir. 2018-ci ilin iyul ayının əvvəllərində Təqsirləndirilən şəxs ona zəng edib tanışları vasitəsi ilə onu “Niaqara” restoranına inzibatçı işinə düzəldə biləcəyini və bu işin düzəlməsi üçün onu işə düzəldəcək tanışına hədiyyə olaraq “İphone 8 Plus” markalı telefon almaq lazım olduğunu söyləmişdir. O, Təqsirləndirilən şəxs bu dəfə də inanıb "xxxx" MMC-nin “Kontakt Home” mağazasından kreditə 2366 manat dəyərində “İphone 8 Plus” markalı telefonu almış, 07 iyul 2018-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu Salatın Əsgərova küçəsində yerləşən xalası qızı Şahid1 evində görüşüb həmin telefonu Təqsirləndirilən şəxs vermişdir. Larisa da ona işlərinin yaxın günlərdə tam düzələcəyini bildirmişdir. Lakin, bir müddətdən sonra onun üçün heç bir iş görmədiyini və Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını anlamış və ona görə də sonuncuya verdiyi pulu qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs da bəhanələr gətirərək xəstə olduğu üçün əməliyyat ediləcəyini və bu səbəbdən də işlərlə məşğul ola bilmədiyini bildirmişdir. Bu günə kimi Təqsirləndirilən şəxs onun həyatının yaxşılaşması üçün heç bir iş görməmiş, hətta onu restorana işə düzəltməkdə belə kömək etməmişdir. Ümumilikdə ona 12400 manat məbləğində maddi ziyan dəymişdir. İfadəsinin sonunda ona dəymiş ziyandan 4400 manatının ödənildiyini, qalan borcun isə 8000 manat təşkil etdiyini və təqsirləndirilən şəxsdən yaxın müddətdə həmin pulun qaytarılmasını tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 da Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımış, sonuncu onun bibisigillə qonşuluqda yaşamış, falçılıq və baxıcılıqla məşğul olmuşdur. Təqsirləndirilən şəxs əvvəl Şirvan şəhərində yaşamış, əməliyyat olunmalı vaxtı isə anası Şahid1gilə gəlib-getmişdir. Zərərçəkmiş şəxs anasının xalası oğludur. Zərərçəkmiş şəxs anasının yas mərasimində sonuncu onun anası ilə söhbət edərək, həm ailə vəziyyəti, həm də ki, bəzi işləri yaxşı getmədiyi üçün Təqsirləndirilən şəxs nömrəsini istəmişdir. Anası isə Zərərçəkmiş şəxs bahaçıl olduğu üçün Təqsirləndirilən şəxs uzaq durmasını tövsiyə etmişdir. Bununla belə, israr etdiyi üçün anası Təqsirləndirilən şəxs nömrəsini Zərərçəkmiş şəxs vermişdir. Daha sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə danışmışdır. Zərərçəkmiş şəxs falçılıq və baxıcılıqla məşğul olan Təqsirləndirilən şəxs öz taleyinin yaxşılaşmasından və ruzisinin bol olmasından ötrü müraciət etmişdir. Təqsirləndirilən şəxs əməliyyat olunmalı vaxtı onlarda qalan zaman Zərərçəkmiş şəxs sonuncuya tez-tez zəng etdiyi üçün anası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onlarda olmasını bildirərək onlara gəlməsini demişdir. Zərərçəkmiş şəxs onlara gəldikdən sonra qonaq otağında Larisa Muradla söhbət etmişlər və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “İphone 8 Plus” markalı telefonunu vermişdir. Anası isə telefonun baha olduğunu bildirərək verməməsini demişdir. Bununla belə, Zərərçəkmiş şəxs telefonu Təqsirləndirilən şəxs vermişdir. Zərərçəkmiş şəxs deməsinə görə Təqsirləndirilən şəxs ondan bu işlərin görülməsindən ötrü 11000 manat pul və “İphone 8 Plus” markalı telefon almışdır. Həmin telefonu da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sonuncu işsiz olduğu üçün onu “Niaqara” restoranına inzibatçi kimi düzəltmək adı ilə Bakı şəhəri, Nəsimi rayonu, S. Əsgərova küçəsi, 149 saylı evdə almışdır. Bu günə kimi Təqsirləndirilən şəxs aldığı pulun qarşılığında Zərərçəkmiş şəxs köməklik etməmiş, aldığı “İphone 8 Plus” markalı telefon qarşılığında da Zərərçəkmiş şəxs heç bir işə düzəltməmişdir. (i/v 110-111). İş materiallarında olan Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi İlkin Almaz tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 27 avqust 2018-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti üzrə toplanmış material üzrə əməldə cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. (i/v 19-20). İş materiallarında olan Nəsimi rayon prokuroru Salman Məmmədli tərəfindən qəbul edilmiş “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə” 17 yanvar 2019-cu il tarixli qərardan görünür ki, 828/18 saylı material üzrə Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi İlkin Almazovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 27 avqust 2018-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmişdir. (i/v 24-25). İş materiallarında olan Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi İlkin Almaz tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 yanvar 2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti üzrə toplanmış material üzrə əməldə cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. (i/v 27-28). İş materiallarında olan Nəsimi rayon prokuroru Salman Məmmədli tərəfindən qəbul edilmiş “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə” 16 sentyabr 2019-cu il tarixli qərardan görünür ki, 828/18 saylı material üzrə Nəsimi RPİnin X4 Almazovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 22 yanvar 2019cu il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmişdir. (i/v 33-34). İş materiallarında olan Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi Ziyatxan Əliyev tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 28 sentyabr 2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti üzrə toplanmış material üzrə əməldə cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. (i/v 35-36). İş materiallarında olan Nəsimi rayon prokurorunun müavini Kənan Əliyev tərəfindən qəbul edilmiş “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə” 08 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, 828/18 saylı material üzrə Nəsimi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi Ziyatxan Əliyevin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 28 sentyabr 2019-cu il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmişdir. (i/v 40-41). İş materiallarında olan 30.12.2020-ci il tarixli ifadənin yerində yoxlanılması protokolundan görünür ki, Zərərçəkmiş şəxs ona qarşı törədilmiş cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq əyani şəkildə göstərərək ifadəsini bir daha təsdiq etmişdir. (i/v 57). İş materiallarında olan “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” 02 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (i/v 65). İş materiallarında olan “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 02 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin istintaqdan gizlənməsi əsası ilə dayandırılmışdır. (i/v 67). İş materiallarında olan “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 06 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraat zərurət aradan qalxdığı üçün təzələnmişdir. (i/v 76). İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi barədə” 06 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i/v 100-101). İş materiallarında olan “Axtarişda olan şəxslərin yaxalanması barədə” 06.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06.03.2021-ci il tarixdə saat 14.40 radələrində ünvan 6 ünvanda saxlanılaraq Nəsimi RPİ-nin 21-ci PB-yə gətirilmişdir. (i/v 74). İş materiallarında olan “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 14 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamın mahiyyətinə əlavə və dəyişikliklər edilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə yeni məzmunlu ittiham elan edilmişdir. (i/v 129-130). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/1596 saylı, 08 aprel 2021-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında göstərilən 01 ədəd “İphone 8 Plus” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2018-ci ilin iyul ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 900,00 manat müəyyən olunur. (i/v 116-119). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 05.10.2018-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 16). Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 13.01.2022-ci il tarixli, 1(006)-11/2022 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilənədək dayandırılmışdır. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 18.03.2022-ci il tarixli, 1(006)-11/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi icraat təzələnmişdir. Məhkəməyə təqdim olunmuş Zərərçəkmiş şəxs 31.03.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs dəymiş ziyana görə Zərərçəkmiş şəxs 4400 (dörd min dörd yüz) manat ödəmiş, qalıq isə 8000 (səkkiz min) manat təşkil etmişdir. (i/v 116-119). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi, həmçinin zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarın 2-ci bəndində göstərilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-330/2021 saylı, 07.05.2021-ci il tarixli qərara əsasən 07.05.2021-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-11/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-11/2022
31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver