Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-11/2023 28.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10 Hafis oğlunun, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs15, (eyni zamanda mülki iddiaçı) Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs16, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1994-cü ildə Şəki şəhərində kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4, 178.2.2, 178.2.4 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayaraq təkrarən oğurluq etmiş, təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmiş və vətəndaşın şəxsiyyət vəsiqəsini talamışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədilə 18 aprel 2021-ci il tarixdə Sumqayıt şəhərində yerləşən avtomobil bazarında tanış olduğu Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib, sonuncunun almaq istədiyi “Vaz 2104” markalı **-ND- *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 6300 manatın 3300 manat hissəsinin özü tərəfindən avtomobilin sahibinə ödənildikdən sonra həmin məbləğin Zərərçəkmiş şəxs7 tərəfindən hissə-hissə ona qaytarılması ilə bağlı razılaşıb, vahid niyyətlə əhatə olunan qəsdlə həmin ünvanda beh adı ilə 500 manat, 19 aprel 2021-ci il tarixdə ünvan 2 ünvanda yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsinin inzibati binasının qarşısında avtomobilin sənədləşdirilməsi adı ilə 2500 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs7 ümumilikdə 3000 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədilə 25 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İpək yolu şossesində yerləşən avtomobil bazarında tanış olduğu Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edib, sonuncunun almaq istədiyi “Chevrolet Cruze” markalı **-KY-*** markalı avtomobilin dəyəri olan 13600 manatın 7500 manat hissəsinin özü tərəfindən avtomobilin sahibinə ödənildikdən sonra həmin məbləğin Zərərçəkmiş şəxs8 tərəfindən hissə-hissə ona qaytarılması ilə bağlı razılaşıb, vahid niyyətlə əhatə olunan qəsdlə beh adı ilə həmin gün sonuncunun onun tələbi ilə tanışı Zərərçəkmiş şəxs12 adına olan 4098 0944 2011 8513 nömrəli kart hesabına göndərdiyi 300 manat pulu və 26 aprel 2021-ci il tarixdə saat 11 radələrində ünvan 2 ünvanda yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsinin inzibati binasının qarşısında avtomobilin sənədləşdirilməsi adı ilə həmin günün məzənnəsinə görə 4590 manat təşkil edən 2700 ABŞ dolları və 800 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs8 ümumilikdə 5690 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə 19 may 2021-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs12 işlətdiyi ünvan 3 ünvanda yerləşən “Azercell 329” mağazasında olarkən Zərərçəkmiş şəxs12 etibarından sui-istifadə edib aldadaraq baxmaq adı ilə vitrində satışda olan sonuncuya məxsus 180 manat dəyərində “Samsung Galaxy A10S” markalı mobil telefonu və 450 manat dəyərində “Samsung Galaxy S10Plus” markalı mobil telefonu Zərərçəkmiş şəxs12 götürüb ələ keçirərək sonuncunun mağazada olan digər müştərilərlə söhbət etməsindən istifadə edib mağazanı tərk edərək Zərərçəkmiş şəxs12 ümumilikdə 630 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədilə 16 iyul 2021-ci il tarixdə ünvan 2 ünvanda yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsinin inzibati binasının qarşısında tanış olduğu Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edib sonuncunun almaq istədiyi Zərərçəkmiş şəxs10 məxsus “Lada Qranta” markalı **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 10000 manatın 7500 manat hissəsinin özü tərəfindən avtomobilin sahibi Zərərçəkmiş şəxs10 ödənildikdən sonra həmin məbləğin Zərərçəkmiş şəxs9 tərəfindən hissə-hissə ona qaytarılması ilə bağlı razılaşıb, avtomobilin sənədləşmə işlərinin həll olunması adı ilə həmin gün qeyd olunan ünvanda Zərərçəkmiş şəxs9 ona təqdim etməsi üçün Zərərçəkmiş şəxs10 verdiyi 2500 manat pulu sonuncudan alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxs X5 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədilə 16 iyul 2021-ci il tarixdə ünvan 2 ünvanda yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsinin inzibati binasının qarşısında tanış olduğu Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edib sonuncunun almaq istədiyi “Lada Qranta” markalı avtomobilin dəyəri olan 13250 manatın 10000 manat hissəsinin özü tərəfindən avtomobilin sahibinə ödənildikdən sonra həmin məbləğin Zərərçəkmiş şəxs10 tərəfindən hissə-hissə ona qaytarılması ilə bağlı razılaşıb, avtomobilin sənədləşmə işlərinin həll olunması adı ilə həmin gün qeyd olunan ünvanda 3250 manat pulunu alıb ələ keçirməklə verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs10 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə 15 avqust 2021cİ il tarixdə Sumqayıt şəhəri ərazisində yerləşən avtomobil bazarında tanış olduğu Zərərçəkmiş şəxs17 Allaverən oğlunun etibarından sui-istifadə edib sonuncunun almaq istədiyi “Mercedes Benz E class” markalı avtomobilin dəyəri olan 8000 manatın 3800 manat hissəsinin özü tərəfindən avtomobilin sahibinə ödənildikdən sonra həmin məbləğin Zərərçəkmiş şəxs17 tərəfindən hissə-hissə ona qaytarılması ilə bağlı razılaşıb, vahid niyyətlə əhatə olunan qəsdlə həmin ünvanda beh adı ilə 500 manat, 16 avqust 2021-ci il tarixdə isə ünvan 2 ünvanda yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsinin inzibati binasının qarşısında avtomobilin sənədləşmə işini həll etmək adı ilə 4500 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs17 ümumilikdə 5000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib sonuncunun Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən avtosalonda görüb bəyəndiyi avtomaşının dəyərinin çatmayan hissəsinin özü tərəfindən avtosalona ödənildikdən sonra həmin məbləğin Pünhan Əbilov tərəfindən hissə-hissə ona qaytarılması ilə bağlı razılaşıb, avtomobili salondan götürüb Baş X20 İdarəsində sənədləşdirəcəyi adı ilə vahid niyyətlə əhatə olunan qəsdlə 28 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Binə ticarət mərkəzi”ndə 800 manat, 30 sentyabr 2021-ci il tarixdə həmin ünvanda 5000 manat, 04 oktyabr 2021-ci il tarixdə həmin ünvanda 1800 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs5 ümumilikdə 7600 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədilə 24 oktyabr 2021cİ il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İpək Yolu şossesində yerləşən avtomobil bazarında tanış olduğu Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib sonuncunun almaq istədiyi «Nissan Note» markalı avtomobilin dəyəri olan 12500 manatın 6500 manat hissəsinin özü tərəfindən avtomobilin sahibinə ödənildikdən sonra həmin məbləğin Zərərçəkmiş şəxs6 tərəfndən hissə-hissə ona qaytarılması ilə bağlı razılaşıb vahid niyyətlə əhatə olunan qəsdlə həmin ünvanda beh adı ilə 300 manat və həmin gün ünvan 4 ünvanda yerləşən «20 Park Şopinq» Ticarət Mərkəzinin qarşısında avtomobilin sənədləşmə işlərinin həll olunması adı ilə 6000 manat pulunu ələ keçirməklə verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs6 ümumilikdə 6300 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, avtomobil salonlarından icarəyə avtomobil götürüb idarə etmək məqsədilə 2021-ci ilin oktyabr ayında Bakı şəhəri Babək prospektində yerləşən avtomobillərin təmiri sexində olarkən avtomobilini təmir etdirmək üçün həmin sexdə saxlamış tanışı Zərərçəkmiş şəxs14 məxsus “Mercedes-Benz C180” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından istifadə edərək salonda əşyaların saxlanması üçün nəzərdə tutulan dolabdan Zərərçəkmiş şəxs14 məxsus AZE 00****** seriya nömrəli şəxsiyyət vəsiqəsini talamışdır. Bundan başqa, o, 2021-ci ilin noyabr ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs11 xahişi əsasında sonuncuya məxsus sürücülük vəsiqəsini Bakı şəhəri Yasamal rayonu Badamdar qəsəbəsi Kənar dairəvi yolun kəsişməsində yerləşən Bakı şəhər Baş Polis İdarəsinin X20 İdarəsindən götürdükdən sonra avtomobil salonlarından icarəyə avtomobil götürüb idarə etmək məqsədilə Zərərçəkmiş şəxs11 guya sürücülük vəsiqəsinin X20 İdarəsi tərəfindən ona verilmədiyini bildirməklə özündə saxlayıb AE 865518 seriya nömrəli sürücülük vəsiqəsini talamışdır. Bundan başqa, o, 2021-ci ilin noyabr ayının ortalarında ünvan 5 ünvanın qarşısında tanışı Zərərçəkmiş şəxs11 razılığı ilə sonuncuya məxsus “Hyundai Accent” markalı **-BR- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün götürdükdən sonra avtomobil salonlarından icarəyə avtomobil götürüb idarə etmək məqsədilə avtomobilin salonunda əşyaların saxlanması üçün nəzərdə tutulan dolabdan Zərərçəkmiş şəxs11 məxsus AA2297304 seriya nömrəli şəxsiyyət vəsiqəsini talamışdır. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs13 etibarından sui-istifadə edib sonuncunun almaq istədiyi «Volkswagen Touareg»» markalı avtomobilin dəyəri olan 16000 manatın 9500 manat hissəsinin özü tərəfindən avtomobilin sahibinə ödənildikdən sonra həmin məbləğin Zərərçəkmiş şəxs13 tərəfindən hissə-hissə ona qaytarılması ilə bağlı razılaşıb, 01 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu L.Tolstoy küçəsi ilə Qoqol küçəsinin kəsişməsində yerləşən “Oskar” marketin qarşısında 6500 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs13 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmə məqədilə 08 dekabr 2021-cİ il tarixdə sat 22 radələrində ünvan 4 ünvanda yerləşən «20 Park Şopinq» Ticarət Mərkəzində fəaliyyət göstərən tanışı Zərərçəkmiş şəxs15 işlətdiyi “NN Telecom” mobil telefonların alqı-satqısı mağasına gəlib mağazada satıcı işləyən Şahid8 etibarından suiistifadə edib aldadaraq Zərərçəkmiş şəxs15 məxsus “İphone 12 mini” markalı mobil telefonun pulunu sonuncuya ödədiyini bildirib üzərinə üzlük çəkdirəcəyi üçün mobil telefonu ona verməsini bildirdikdən sonra Şahid8 vitrindən götürərək ona verdiyi 950 manat dəyərində “İphone 12 mini” markalı mobil telefonu ələ keçirib hadisə yerindən uzaqlaşmaqla Zərərçəkmiş şəxs15 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 dekabr 2021-ci il tarixdən 09 yanvar 2022-cİ il tarixədək olan dövr ərzində kirayəşin yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 99 saylı evin 74 saylı mənzilindən vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd 800 manat dəyərində “LG” markalı kondisioneri, 01 ədəd 80 manat dəyərində aspiratoru, 01 ədəd 200 manat dəyərində “İmplus” markalı qaz sobasını, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 1200 manat dəyərində “Sony” markalı televizoru, 1 ədəd 800 manat dəyərində “İndesit” markalı paltaryuyanı, 1 ədəd 1200 manat dəyərində soyuducunu, 01 ədəd 1000 manat dəyərində çarpayını, 01 ədəd 3000 manat dəyərində yataq dəstinin dolabını gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs4 ümumilikdə 8280 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 27 dekabr 2021-tarixdə Bakı şəhəri Yasamal rayonu, H.B.ünvan 6 ünvanında yerləşən “Mega Rent a car” avtomobillərin kirayəsi ofisinə gəlib Zərərçəkmiş şəxs3 məxsus “Lada Niva” markalı **- SG-*** dövlət qeydiyyat nişanlı avtomobili gündəlik icarə əsasında idarə etmək üçün ödəniş edib götürdükdən sonra 2022-ci il yanvar ayının ortalarında Bakı şəhəri Neftçilər prospektində avtomobilin üzərində olan ümumilikdə 500 manat dəyərində 4 ədəd disk və təkərləri, 01 ədəd 80 manat dəyərində ehtiyyat disk və təkəri, 01 ədəd 550 manat dəyərində “Pioneer” AVH-Z7250BT markalı maqnitafonu, 01 ədədinin qiyməti 80 manat olmaqla ümumilikdə 320 manat dəyərində 04 ədəd “Pioneer markalı” maqnitafon kalonkalarını, 01 ədəd 130 manat dəyərində səsgücləndiricini, 1 ədəd 300 manat dəyərində katalizatoru gizli olaraq talamaqla ümumilikdə Zərərçəkmiş şəxs3 1880 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədilə 13 yanvar 2022-cİ il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs2 işlədiyi ünvan 7 ünvanda yerləşən bərbərxanaya müştəri kimi gəlib Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib aldadaraq sonuncuya məxsus içərisində 4 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 1800 manat dəyərində «İphone 13 Pro Max» markalı mobil telefonu danışmaq adı ilə götürdükdən sonra Zərərçəkmiş şəxs2 başının qarışıq olmasından istifadə edərək hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1804 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 fevral 2022-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, S.Səfərli küçəsində saxlanılmış Zərərçəkmiş şəxs18 məxsus “Honda” markalı ** LH *** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından istifadə edərək avtomobilin salonundan içərisində 01 ədəd 1500 manat dəyərində, cərəyan qidalandırıcısı ilə birlikdə “HB” markalı, “EliteBook x360 1030 G4” modelli notbuk, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 200 manat dəyərində avtomobil üçün müşahidə kamerası, ümumilikdə 250 manat dəyərində 01 cüt idman ayaqqabısı, 01 ədəd idman şortu, 01 ədəd idman şalvarı, 01 cüt corab və alt paltarından ibarət geyim dəsti, 01 ədəd 10 manat dəyərində “Payoneer” ödəniş sisteminə aid kart olan 150 manat dəyərində çantanı gizli olaraq taladıqdan sonra 14 fevral 2022-ci il tarixdən 24 fevral 2022-ci il tarixədək olan müddət ərzində sonuncuya məxsus elektron məlumat daşıyıcısı hesab edilən «Payonner» ödəniş sisteminə aid kart vasitəsilə müxtəlif mağazalardan həmin dövrün məzənnəsi ilə 183 manat 17 qəpik təşkil edən 107 ABŞ dolları 75 sent məbləğində alış-veriş etməklə Zərərçəkmiş şəxs18 Novruz oğluna ümumilikdə 2293 manat 17 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədilə 24 fevral 2022-ci il tarixdə “tap.az” elan saytında “İphone 12 mini” markalı mobil telefonun satışı ilə bağlı elan yerləşdirmiş Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil telefona zəng vurub özünü həmin mobil telefonu almaq istəyən şəxs kimi təqdim edərək həmin gün ünvan 8 ünvanın qarşısında sonuncu ilə görüşdükdən sonra sonuncunun etibarından sui-istifadə edib aldatmaqla içərisində 4 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 950 manat dəyərində “İphone 12 mini” markalı mobil telefonu ustaya göstərib gələcəyi adı adı ilə götürüb ələ keçirərək hadisə yerindən uzaqlaşaraq verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 ümumilikdə 954 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə “lalafo.az” elan saytında “İphone 11” markalı mobil telefonun satışı ilə bağlı elan yerləşdirmiş X1 istifadəsində olan mobil telefona zəng vurub özünü həmin mobil telefonu almaq istəyən şəxs kimi təqdim edərək 11 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 33 ünvanında yerləşən “Bakcell” mağazasında sonuncu ilə görüşdükdən sonra etibarından sui-istifadə edib aldatmaqla içərisində 4 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 850 manat dəyərində “İphone 11” markalı mobil telefonu içərisində olan məlumatları təmizlədib geri qayıdacağı adı ilə götürüb ələ keçirərək hadisə yerindən uzaqlaşıb verdiyi vədə əməl etməyərək X3 ümumilikdə 854 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri ərazisində yerləşən avtomobil alqı-satqısı bazarında avtomaşınların kreditlə alınmasını təşkil etmiş, kimsə buraxılış ili köhnə avtomobil almaq istəyərkən pulu çatmadıqda, həmin avtomobillərin alnmasına görə qalan məbləği şifahi razılaşmaya əsasən kredit şərtləri ilə ödəyib maşını həmin şəxsə vermiş və sonra isə ödənilmiş məbləği qazanc faizi üzərinə gəlməklə aylara bölməklə geri almış, bu yolla qazancını təmin etmişdir. 18 arpel 2021-ci il tarixdə Sumqayıt şəhərində yerləşən maşın bazarında olan zaman əvvəllər tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs7 olduğunu bildiyi şəxsin «VAZ-2104» markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq istədiyini gördükdə həmin şəxsə avtomobili almaq üçün «əl krediti» düzəldə biləcəyini bildirmiş, həmin avtomobilin 6300 manata satıldığını, Zərərçəkmiş şəxs7 isə 3000 manat pulu olduğunu, Zərərçəkmiş şəxs7 kreditin şərtlərini soruşduqda, ona avtomobilin 3300 manatını kredit formasında ayda 350 manat ödəməklə 15 ay müddətinə verəcəyini, avtomobili ilk olaraq öz adına rəsmiləşdirəcəyini və ona idarə etmək üçün kredit bağlanana kimi etibarnamə verəcəyini bildirmişdir. Firudin onunla razılaşmış və «Vaz- 2104» markalı avtomobili satan Şahid16 Etibar oğlunun yanında beh olaraq 500 manat pul vermişdir. Bazar günü olduğundan sənədləşməni aparmaq üçün səhəri gün DİN-in BDYPİ-nin qarşısında görüşməyə razılaşmışlar. 19 aprel 2021-ci il tarixdə saat 10 radələrində BDYPİ-nin həyətində görüşmüşlər və həmin vaxt avtomobili satan Fərid və Firudinin qohumu olan bir şəxsin iştirakı ilə Firudinin 2500 manat pulu və sənədləşməni aparıb yekunlaşdırması üçün, həmçinin, həmin vaxt aldığı pulları ələ keçirmək qərarına gəldiyindən, Firudindən şəxsiyyət vəsiqəsini götürüb orada olan otaqların birinə keçmiş və bir müddət sonra qayıtmış, şəxsiyyət vəsiqəsini qaytararaq, vaxt itirməmək üçün avtomobili texniki baxışdan keçirmələrini, daha sonra sənədləşməni başa çatdırdıqdan sonra görüşmələrini bildirmişdir. Firudinin inandığını görüb avtomobili satan şəxslə birlikdə maşını texniki baxışdan keçirtməyə getdikdə oradan uzaqlaşaraq çıxıb getmiş və əldə etdiyi pulları özünə sərf etmişdir. Bundan başqa, 25 arpel 2021-ci il tarixdə Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən maşın bazarında olarkən bazara gələn müştərilərə yaxınlaşaraq kredit maşın almaq istəyənlərə kredit təşkil edəcəyini bildirmişdir. Həmin günü bazara gəlmiş əvvəllər tanımadığı, sonradan adının Elvin olduğunu bildiyi şəxsə də yaxınlaşaraq həmin təklifi edərək özünə məxsus ***-***-**-** nömrəni kredit istədiyi halda əlaqə saxlaması üçün vermişdir. Həmin gün Zərərçəkmiş şəxs8 əlaqə yaradaraq kreditlə maşın almaq istədiyini bildirdikdən sonra bazarda görüşmüşlər, Zərərçəkmiş şəxs8 “Chevrolet Cruze” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobili bəyənərək 13600 manata almağı razılaşdığını, əlində isə 7500 manat pulu olduğunu, telefonla guya müdirinə zəng edərək avtomaşının krediti ilə bağlı danışdığını və Elvinə müdirin razı olduğunu bildirmişdir. Bundan sonra Elvindən gedəcəyi ünvana aparmasını və yolda tanışı Zərərçəkmiş şəxs12 adına olan “Albalı” kartın 4098 0944 2011 8513 nömrəsini verərək karta 300 manat beh pul vurmasını bildirmiş, Elvin də həmin məbləğdə pulu karta köçürmüş, daha sonra səhəri gün, yəni 26 aprel 2021-ci il tarixdə DİN BDYPİ-nin həyətində görüşmək üçün razılaşmışlar. O, BDYPİ-nin əməkdaşları nahar fasiləsində olsunlar deyə qəsdən nahar vaxtına oraya gəlmiş, BDYPİ-nin həyətindəki çayxanada Elvin və avtomaşını satan Orxan adlı şəxslə görüşdüyünü və BDYPİ-nin əməkdaşlarının nahar fasiləsində olduğunu, fasilədən qayıdan kimi işlərini həll edəcəyini bildirmişdir. Bundan sonra Elvinə avtomaşının dəyərindən bir hissəsini verməsini demiş və Elvin 2700 ABŞ dolları və 800 manat pul vermiş, o da pulu götürərək oradan uzaqlaşıb çıxıb getmişdir. Aradan bir qədər keçmiş Elvin ona zəng etdikdə 10 dəqiqəyə qayıdacağını bildirdikdən sonra telefonunu söndürmüşdür. O, əldə etdiyi pulu özünə xərcləmişdir. Bundan başqa, Asimanı adlı şəxsi çoxdan tanıdığı, Asimanla aralarında bir neçə dəfə telefon alqı–satqısı olduğunu, onunla dostluq münasibəti yarandığı üçün 2021-ci ilin may ayında 28 may metrosu yaxınlığında telefon mağazaları olan yerdə özü mağaza işlətdiyini, Asimana yeni və işlənmiş telefonlar satdığını bildirmişdir. Təxminən 2021-ci ilin may ayının 19–da Asimanın yanına getmiş və telefon almaq istədiyini bildirmiş, ilk öncə Asimandan “Samsung Galaxy A10S” markalı mobil telefonu götürmüş və bir az gözləməsini, onun bank kartına telefona görə 270 manat pul vuracaqlarını bildirmiş, bir müddət sonra telefonların olduğu rəfdə olan “Samsung Galaxy S10 plus” markalı mobil telefona baxmaq istədiyini bildirmiş, Asiman həmin telefonu ona vermiş, o, telefona baxmağa başlamış, bir qədər sonra Asimanın başının yemək yeməyə qarışdığını görmüş və bu zaman mağazadan çıxmış, mağazadan çıxan zaman Asimanın bundan xəbəri olmamışdır. Mağazadan cıxdıqdan sonra həmin yerdən uzaqlaşıb getmişdir. Bu hadisədən sonra Asimanla bir neçə dəfə telefonla danışmış, Asimana borclu olduğunu və pulunu qaytaracağını bildirmişdir. Bundan başqa, 2021-ci ilin iyul aynda Sumqayıt maşın bazarında əvvəllər tanımadığı lakin sonradan özünü Hilal adı ilə təqdim edən şəxslə tanış olmuş, Hilal ilə söhbət zamanı sonuncuya 14-15 faizlə kredit həll edə biləcəyini bildirmişdir. Hilal İlqar adlı şəxsin satdığı “Lada Qranta” markalı **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq qərarına gəlmiş, lakin İlqarın maşını 10000 manata satdığını, özünün də 2500 manat ödəmək imkanı olduğunu bildirmişdir. 15 iyul 2021-ci il tarixdə Biləcəri qəsəbəsində “Məmmədoğlular” maşın təmir servisində onunla görüşmüş, İlqarın maşınına baxmış maşın üçün hər ay 345 manat ödəməklə 30 ay müddətində 10000 manat kredit ayıra biləcəyini bildirmişdir. Səhəri gün BDYPİ-nin həyətində görüşmüşlər. İlqar özü üçün sosial şəbəkədə ili bir qədər təzə 14600 manata “Lada Qranta” markalı maşın tapmışdır. BDYPİ-nə gələrkən Hilal özü ilə 2500 manat pul gətirmiş, həmçinin İlqar da özü ilə 3250 manat pul gətirmişdir. Orada Hilal 2500 manatı İlqara verərək sənədləşməni aparaq onun avtomaşınını dayanacağa qoymasını bildirərək çıxıb getmişdir. Sənədləşməni aparmaq adı ilə Hilalın verdiyi 2500 manat pulu və İlqarın da maşın almaq üçün gətirdiyi 3250 manat pulu alaraq oradan çıxıb getmişdir. Əldə etdiyi pulları özünə sərf etmişdir. Bundan başqa, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində maşın bazarında olarkən bir nəfər şəxsin ona zəng vuraraq nömrəni vizitkada gördüyünü bildirmiş və kredit verməsini soruşmuş, həmin şəxsə arendator olduğunu və maşın alan zaman çatmayan pulun qalan hissəsini verməsini, veriləcək pulu kredit kimi aylıq olaraq aldığını və faiz aldığını bildirmişdir. Həmin şəxslə Sumqayıtda maşın bazarında görüşmüş, həmin şəxs özünə maşın almaq məqsədilə maşınlara baxdığını, 5000 manat pulu olduğunu və 8800 manata “Mercedes” markalı maşın almaq istədiyini bildirmişdir. O isə qalan 3800 manat pulu faizlə verə biləcəyini bildirmiş, həmin şəxsin adı Akif, maşını alacaqları adamın adı isə Qürbət olmuşdur. O, Akifin şərtlərilə razılaşmış və Akifdən 500 manat beh kimi götürdüyü həmin puldan 100 manat maşının sahibi Qürbətə vermişdir. Səhəri gün BDYPİ-nin qarşısında görüşərək sənədləşmə işlərini aparılması üçün razılaşmışlar. xx.xx.2021-ci il tarixdə BDYPİ-nin qarşısında görüşmüşlər, Akifdən sənədlərini və 4500 manat pulu almış və gedib sənədləşmə işlərini görəcəyini, həmin vaxt ərzində maşını texniki baxışdan keçirmələrini bildirmişdir. Akif və Qürbət maşını texniki baxışa aparan kimi o, vəziyyətdən istifadə edərək həmin yerdən uzaqlaşmışdır. Əldə etdiyi pulu özü üçün xəcləmişdir. 2021-ci ilin oktyabr ayında Sumqayıt maşın bazarında yenidən Akifi görmüş, həmin vaxt Akif onu saxlamış və verdiyi pulu tələb etmişdir. İlk öncə Akifdən üzr istəmiş, Akifdən aldığı 5000 manat pulu elə oradaca Akifə geri qaytarmışdır. Bundan başqa, 26 sentyabr 2021-ci il tarixdə tanışı olan Zərərçəkmiş şəxs5 ilə alacağı avtomaşının çatmayan pulunu kredit yolu ilə düzəldəcəyini demiş, bundan sonra onunla birlikdə Babək prospektində yerləşən avtomaşın salonuna gedərək orada Pünhanın görüb bəyəndiyi avtomaşını almaq barədə razılaşmışlar və Pünhan orada 400 manat beh vermişdir. Avtomaşını almaq üçün əldə edəcəyi pulları vermiş və bundan sonra maşının dəyərinin qalanını özünün düzəldəcəyini demişdir. Bundan sonra bir dəfə Binə bazarında 800 manat, 2 gün sonra yenə Binə bazarında 5000 manat və 04 oktyabr 2021-ci il tarixdə yenə də Binə bazarında 1800 manat pulu almış və həmin zaman Pünhanı daha da inandırımaq üçün ondan şəxsiyyət və sürücülük vəsiqəsini götürərək özünün salona getməsini, əlavə pulu götürüb həmin yerə gələcəyini bildirmişdir. Bundan sonra isə sənədləri yaşadığı evə qoymuş və oradan çıxıb getmişdir. Əldə etdiyi pulları isə özünə sərf etmişdir. Bundan başqa, 2021-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs6 adlı tanışı özünə məxsus “VAZ-21015” markalı avtomaşınını satmaq istəmiş və başqa avtomobil almaq istədiyini demiş, o da ona avtomobili satmaqda köməklik edəcəyini bildirmişdir. Kənana özünü Məhəmməd adı ilə təqdim etmiş və Kənan onu həmin adla çağırmışdır. 24 oktyabr 2021-ci il tarixdə Kənanla birlikdə Bakı şəhəri, Sumqayıt şəhəri ərazisində yerləşən maşın bazarına getmiş və orada Kənanın avtomobilini 6500 manata satdıqdan sonra birlikdə Badamdar qəsəbəsində yerləşən avtomaşın bazarına getmişlər. Orada Kənan «Nissan Note» markalı avtomaşını görüb bəyənmiş və həmin avtomaşının dəyəri 12500 manata olmuşdur. Həmin avtomobilin pulunun 6500 manatını Kənan, qalan 6000 manat məbləği isə kredit yolu ilə hər ay 300 manat ödəməklə ala biləcəyini bildirdikdə Kənan onunla razılaşmışdır. Səhəri gün avtomobili Kənan üçün almağı qərarlaşdırdıqdan sonra orada beh kimi Kənandan 300 manat pul almış və bundan sonra onunla birlikdə Bakı şəhəri, Nəsimi rayonu A.Mustafayev küçəsində yerləşən «20 Park Shoppinq» mağazasının qarşısına gəlmişlər. Orada Kənana üstündə olan pulu verməsini, qalan pulu da özünün düzəldəcəyini bildirmişdir. Kənan razılaşaraq özündə olan 6000 manat pulu da vermişdir. 25 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində «Şamaxinka» adlanan yerdə görüşərək oradan getmələri barədə razılaşmışlar. 25 oktyabr 2021-ci il tarixdə Kənan ilə əlaqə saxladıqda onun DİN-in BDYPİ-nin həyətində gözləməsini eşidib yalandan gələcəyini bildirərək danışığı bitirdikdən sonra telefonunu söndürmüşdür. Əldə etdiyi ümumilikdə 6300 manat pulu isə özünə sərf etmişdir. Kənanın Nizami rayonunda yerləşən “Nice Life” otelində mühafizəçi işləmiş, bir neçə dəfə ora getmiş və onunla tanışlığı orada yaranmışdır. Əsl kimliyinin tanınmaması üçün hər səfərində Zərərçəkmiş şəxs14 sənədlərini təqdim etmişdir. Zərərçəkmiş şəxs14lə tanışlıq münasibətləri olmuş, Zərərçəkmiş şəxs14 şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsini onun “Mercedes” markalı maşının saxlanc yerindən götürmüşdür. Məhəmmədin maşını uzun müddət Babək prospektində təmirdə ustanın yanında qalmışdır. Məhəmmədlə birlikdə maşına baxmaq üçün ustanın yanına gedən zaman Məhəmmədin başı qarışarkən həmin sənədləri götürmüşdür. Bundan heç kimin xəbəri olmamışdır. Zərərçəkmiş şəxs14 sənədlərini tarix olaraq nə vaxt götürməsinin yadında olmadığını, təxminən 2021-ci ilin oktyabr ayı olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs14 məxsus sənədlərin hal-hazırda harada olmasının yadında olmadığını, çox güman ki, itirdiyini bildirmişdir. Bundan başqa, o, Səbuhini 2021-ci ildən tanımış və onunla dostluq münasibətləri olmuşdur. Səbuhinin “Hyundai Accent” markalı maşını olmuş və 2021-ci ilin noyabr ayında həmin maşını bir neçə gün sürməsi üçün ona verməsini bildirmişdir. Səbuhi onun sözünü yerə salmamış və maşını ona vermişdir. Maşın onda olan zaman maşının saxlanc yerinə baxmış orada Zərərçəkmiş şəxs11 məxsus şəxsiyyət vəsiqəsinin olduğunu görmüş və onu götürmüşdür. Həmçinin, Səbuhinin sürücülük vəsiqəsi və avtomobilinin texniki pasportu şəhər polisində olduğundan Səbuhi ona zəng vuraraq sürücülük vəsiqəsini və avtomobilinin texniki pasportunu götürməsini xahiş etmişdir. O, da Səbuhinin sürücülük vəsiqəsini götürmüş, lakin avtomobilin texniki pasportunu götürməmişdir. O, Səbuhinin sürücülük vəsiqəsi ilə avtomobil icarəyə götürmüş və Zərərçəkmiş şəxs11 avtomobili icarəyə götürməyə onunla birlikdə getmişdir. Yəni onun Səbuhinin sürücülük vəsiqəsi ilə avtomobil icarəyə götürməsindən sonuncunun xəbəri olmuşdur. Zərərçəkmiş şəxs11 şəxsiyyət vəsiqəsini isə avtomobil icarəyə götürdüyü şirkətə vermişdir. Bundan başqa, 2021-ci ilin noyabr ayında taksi fəaliyyəti ilə məşğul olan zaman təsadüfən avtomaşına sərnişin kimi götürdüyü əvvəllər tanmadığı, lakin sonradan adının Zərərçəkmiş şəxs13 olduğunu bildiyi şəxslə tanış olmuş, söhbət zamanı Turana özünü Kənan kimitəqdim etmiş və avtomaşın alveri ilə, yəni kredit təşkil etməklə məşğul olduğunu bildirmişdir. 2021-ci ilin noyabr ayının sonlarında Turan “Xalqlar Dostluğu” metrosu yaxınlığında 16000 manata satılan “Volkswagen” markalı avtomaşını göstərərək həmin avtomaşının əvvəllər rəhmətlik atasına məxsus olduğunu bildirmişdir. Hazırda avtomaşını geri almaq istədiyini, ancaq 6500 manat pulunun olduğunu bildirən zaman ona avtomaşının alınmasında köməklik edəcəyini bildirmişdir. 01 dekabr 2021-ci il tarixdə Turan ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində görüşmüş və Turana pulun qalan hissəsini götürmək üçün Nəsimi rayonu, L.Tolstoy küçəsində yaşayan əmisinin evinin yanına aparmasını demiş, Turan həmin ünvanın qarşısına gələndən sonra ondan üstündə olan pulları, şəxsiyyət və sürücülük vəsiqələrini ona verməsini bildirmişdir. Belə ki, pulu və sənədləri əmisinə göstərərək 9500 manat götürəcəyini və bundan sonra avtomaşını almağa getməklərini bildirmişdir. Turan razılaşmış və üzərində olan 6500 manat pulu və şəxsiyyət vəsiqəsi ilə sürücülük vəsiqələrini vermiş, o da pul və sənədləri götürərək oradan çıxıb getmışdır. Sənədləri həmin zaman müvəqqəti yaşadığı evdə qoymuş, pulları isə özünə sərf etmişdir. Bundan başqa, 08 dekabr 2021-ci il tarixdə saat 22 radələrində ünvan 4 ünvanda yerləşən «20 Park Shoppinq» mağazasının daxilində yerləşən tanıdığı Fəzailin işlədiyi telefon alqı-satqısı mağazasına gələrək özünə məxsus mobil telefon aparatına qoruyucu üzlük çəkdirmək istəmiş, həmin mağazanın sahibi Natiqi əvvəllər də tanımış, bir neçə dəfə həmin mağazadan telefon da almışdır. Həmin gün mağaza yaxınlığında Natiq ilə birlikdə kafedə şam yeməyi yemişlər, kafedə olarkən Natiqə telefonuna kontur vurmalı olduğunu bildirib kafedən çıxmış və həmin Fəzailin işlədiyi mağazaya getmiş, Fəzaili elə də yaxından tanımamış, amma Fəzailin Natiqin qohumu olduğunu bilmişdir. Fəzailə rəfdə işlənmiş «İphone 12» markalı mobil telefonun pulunu Natiqə ödədiyini və telefonu ona verməsini telefona üzlük çəkdirəcəyini bildirmiş, Fəzailin onunla razılaşmış və telefonu vermiş, həmin vaxt mağazada başqa müştəri olduğundan və Fəzailin başı həmin müştəriyə qarışdığından Fəzailin baxmaq üçün verdiyi mobil telefon aparatını götürüb oradan çıxıb getmişdir. Sonradan isə mobil telefonu tanımadığı şəxsə sataraq əldə etdiyi pulu özünə sərf etmişdir. Bundan başqa, 09 dekabr 2021-ci il tarixdə özünü Zərərçəkmiş şəxs14 kimi təqdim edərək Şahid14 adlı qadınla kirayə müqaviləsi bağlayaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 99 saylı evin 74 saylı mənzilini kirayəyə götürmüşdür. Maddi vəziyyəti ağır olduğu üçün mənzildə olan əşyaları hissə-hissə çıxardaraq aparıb satmış və əldə etdiyi pulları özünə sərf etmişdir. Lakin sonradan növbəti ayın aylığını ödəmək vaxtına az qalmış evdən çıxıb getmişdir, O, həmin mənzildən 01 ədəd LG markalı kondisioner, 01 ədəd Sony markalı televizor, 01 ədəd paltaryuyan maşın , 01 ədəd soyuducu, 01 ədəd iki nəfərlik çarpayı oğurlamış, lakin 01 ədəd aspirator, 01 ədəd qaz sobası və 01 ədəd yataq dəstinə məxsus dolabı oğurlamamışdır. Oğurladığı ev əşyalarının hamısının hansı firmaya məxsus olmasını dəqiq bilməmiş, həmin əşyaların şəkillərini internetdə müxtəlif satış saytlarında yerləşdirmiş və müştəriləri ordan tapmışdır. Müştərilər evə gələrək evdə pulu ödədikdən sonra əşyaları onlara vermişdır. O, əşyaları satarkən müştərilərə, həmin əşyaları alan şəxslərə əşyaların özünə məxsus olduğunu və ehtiyacı olduğuna görə satdığını bildirmişdir. Əşyaları müxtəlif şəxslərə satmış və heç birini tanımamış, satdığı ev əşyalarının ayrı-ayrılıqda qiymətini bilməmiş, lakin ümumilikdə təxminən 1900 manata yaxın pul əldə etmişdir. Öz şəxsiyyət vəsiqəsi üzərində olmadığına görə, həmçinin şəxsiyyətinin tanınmasını istəmədiyinə görə Zərərçəkmiş şəxs14 şəxsiyyət vəsiqəsindən istifadə etmişdir. Bundan başqa, “Niva” markalı maşın icarəyə götürüb sürmək istədiyinə görə 2021-ci ilin dekabr ayında “Rent a Car” şirkətinə zəng vurmuş və “Niva” markalı maşın icarəyə götürmək istədiyini bildirmiş və “Niva” maşının olubolmamasını soruşmuş, şirkət nümayəndəsi “Niva” markalı maşının olduğunu bildirmişdir. 27 dekabr 2022-ci il tarixdə “Meg a renta Car” şirkətinə getmiş, şirkət nümayəndəsi ilə razılaşaraq günü 90 manat ödəmək şərti ilə müqavilə bağlamış, müqavilə bağlayarkən Zərərçəkmiş şəxs14 məxsus sürücülük vəsiqəsini və şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Müqavilə bağlamış və **-SG-*** dövlət nömrə nişanlı maşını icarəyə götürmüş, maşını bir neçə gün sürmüş və 01 yanvar 2022-ci il tarixdə yenidən icarə müqaviləsinin müddətini uzatmış, bir müddət maşını yenə sürmüş, 06 yanvar 2022-ci il tarixdə şirkətdən zəng edərək əlavə icarə haqqını ödəməli olduğu ya da maşını geri qaytarmalı oduğunu bildirdikləri zaman telefonda danışan şəxs onunla kobud danışdığı üçün çox əsəbləşmiş, telefonunu söndürmüş və maşının GPS-ni söküb yerindən çıxarmışdır. Daha sonra pula ehtiyacı olduğuna görə həmin maşının 04 ədəd disk və təkərini, 01 ədəd ehtiyat disk və təkərini, “Pioneer” markalı maqnitafonunu, 04 ədəd “Pioneer” maqnitafonun kalonkalarını, 01 ədəd səsgücləndiricini və 01 ədəd katalizatorunu söküb satmışdır. Bu dediklərini 2022ci ilin yanvar ayının təxminən ortalarında etmişdir. Maşını isə axırıncı səfər Nəsimi rayonu, Neftçilər prospektində qoyub getmiş, maşının avadanlıqlarını da həmin yerdə sökmüşdür. Maşını şəhərdə ara küçələrdə çox sürdüyündən bəzi yerlərini ehtiyatsızlıqdan sürtmüş və maşını zədələmiş, həmin maşından oğurladığı avadanlıqları tanımadığı müxtəlif şəxslərə satmışdır. Həmin avadanlıqları ayrı-ayrılıqda neçəyə satdığını bilməmiş, ümumilikdə 1000 manata satmışdır. Həmin maşını qaçırmaq fikri olmamış və onu icarə müqaviləsi əsasında götürmüş, sadəcə olaraq icarə verən şirkətin nümayəndəsi kobud danışdığına görə, həmçinin, pula ehtiyacı olduğuna görə belə etmişdir. Bundan başqa, 13 yanvar 2022-ci il tarixdə təxminən saat 17:30 radələrində həmişə getdiyi ünvan 10 ünvanında yerləşən Ceyhunun işlətdiyi bərbərxanaya getmiş, ilk öncə Ceyhuna saçını kəsməsini demiş, saçını kəsdiyi üçün Ceyhuna 15 manat pul vermişdir. Daha sonra Ceyhundan onun mobil telefonunu zəng eləmək üçün istəmiş, Ceyhun telefonu vermiş və bərbərxananın içərisində telefonla danışmışdır. O danışıb qurtardıqdan sonra telefonu Ceyhuna qaytarmış, bir qədər bərbərxanada vaxt keçirmiş, Ceyhunla bir qədər söhbət eləmiş, saat təxminən 17:00-da Ceyhundan yenidən zəng etməsi üçün telefonu istəmiş, Ceyhun da telefonu vermiş, o, da yalandan telefonla danışdığını göstərərək bərbərxananın çölünə çıxmış, bərbərxananın qarşısında siqaret çəkə-çəkə yalandan telefonla danışmışdır. Daha sonra Ceyhunun məşğul olduğunu və müştərinin saçını kəsdiyini görmüş və fürsətdən istifadə edərək telefonu da özü ilə götürərək oradan uzaqlaşmışdır. Sonra öz telefonunu və Ceyhunun telefonunu söndürmüş, telefonu həmin gün 28 may tərəfdə telefon dükanları yaxınlığında tanımadığı şəxsə satmış, əldə etdiyi pulu özünə xərcləmişdir. Zərərçəkmiş şəxs2 məxsus qara rəngli “İphone 13 pro max” markalı 128 GB model telefonu 1700 manata satmışdır. Bundan başqa, 13 fevral 2022-ci il tarixdə saat təxminən 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi ilə gedən zaman yol kənarında qara rəngli “Honda” markalı avtomobil dayandığını, həmin avtomobilin siqnalizasiyasının qoşulduğunu, avtomobilin qapılarının açıq olduğunu, ətrafa nəzər saldıqdan sonra avtomobilin içərisində heç kəsin olmadığını görmüşdür. Avtomobilin içərisinə baxan zaman orada çanta olduğunu görmüş həmin çantanı oğurlayıb oradan uzaqlaşmışdır. Bir qədər gedəndən sonra oğurladığı çantanın içərisinə baxarkən çantanın içərisində bir ədəd “HP” markalı notebook, 01 ədəd avtomobil üçün müşahidə kamerası, 01 ədəd dəsmal və 01 ədəd kişi üçün alt paltarı, şalvar və corab olduğunu görmüş, həmin çantanın içərisindən 01 ədəd “HP” markalı notebooku və 01 ədəd avtomobil üçün müşahidə kamerasını götürüb çantanın içərisindəki paltarları yol kənarında olan zibil qabına atmışdır. Səhəri günü, yəni 14 fevral 2022-ci il tarixdə oğurladığı 01 ədəd “HP” markalı notebooku və 01 ədəd müşahidə kamerasını götürüb İnşaatçılar metrostansiyasının yaxınlığında verləşən “Bakcell” mağazasına aparıb “HP” notebooku 950 manata satmış, lakin mağazada işləyən şəxs müşahidə kamerasını götürərək 70 manata satıb pulunu verəcəyini bildirmiş, o, da onunla razılaşmış və 950 manat pulu götürmüş, özünə məxsus olan şəxsiyyət vəsiqəsinin kserosurətini həmin şəxsə verən zaman əşyaların özünə məxsus olduğunu və ehtiyacı olduğundan satdığını bildirmişdir. Bundan sonra, 950 manat pulu götürüb oradan uzaqlaşmışdır. Cinayət yolu ilə əldə etdiyi pulları özü üçün xərcləmişdir. Çantanı oğurlayarkən içərisində bank kartları da olmuş, lakin həmin kartlardan istifadə etməmiş, onları zibil qutusuna atmışdır. Sonradan oğurladığı notebooku və müşahidə kamerasını polis orqanına qaytarmışdır. Bundan başqa xx.xx.2022-ci il tarixində Tap.az saytında qırmızı rəngli “İphone 12 mini” markalı mobil telefonun satışa qoyulduğunu görmüş və saytda qoyulmuş ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq telefonu almaq istədiyini bildirmiş və onlar razılaşaraq telefon sahibi ilə Daxili işlər Nazirliyinin binasının yaxınlığında görüşmüşlər. Telefonun sahibinə telefonu almaq istədiyini, lakin ilk öncə telefonu ustaya göstərəcəyini və əgər telefon normal vəziyyətdədirsə o zaman alacağını bildirmiş, telefonun sahibi razılaşmış, onlar telefonu “Avtoş dönər” deyilən yerin yaxınlığında, “Oskar” marketin yaxınlığında ustaya göstərmək üçün piyada getmişlər. Nəsimi rayonu, Qoqol küçəsinə, yəni “Oskar” marketin yaxınlığına çatdıqda həmin telefonu ustaya göstərmək üçün verməsini demiş və telefonun sahibi telefonu ona vermiş, telefonu götürdükdən sonra həmin yerdən bir qədər uzaqlaşmış, həmin yerdən uzaqlaşdıqdan sonra öz telefonunu və telefon sahibinə məxsus telefonu söndürmüşdür. Qeyd olunan tarixdə etdiyi əməli tək törətmişdir. Həmin telefonu Nəsimi rayonu ərazisində 28 may tərəfdə telefon mağazaları olan yerdə tanımadığı şəxsə satmış və telefonda olan sim kartı isə telefondan çıxarıb tullamışdır. Həmin mobil telefonu neçəyə satdığı yadında olmamışdır. Bundan başqa, təxminən aprel ayının 10-da “Lalafo” elanlar saytında bir nəfər şəxsin “İphone 11” markalı mobil telefonu satdığını görmüş və istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən həmin nömrə ilə əlaqə saxlayaraq satdığı mobil telefonunu almaq istədiyini bildirmişdir. Daha sonra həmin şəxsə 28 Mall ticarət mərkəzinin yaxınlığında yerləşən “Bakcell” adlı telefon mağazasında işlədiyini və ora gəlməsini bildirmişdir. Həmin günü 20:45 radələrində həmin şəxslə “Bakcell” adlı mağazada görüşmüşlər, həmin şəxs cavan yaşlarında bir qadın olmuş, onunla həmin mobil telefonun 1000 manata alınması barədə razılaşmış, lakin daha sonra ona müvəqqəti olaraq bir mobil telefon verməsini və “İphone 11” markalı mobil telefonunda olan şəkillərin videoların və digər məlumatların həmin telefona köçürmək istəməyini bildirmiş, bu zaman həmin qadınla birgə mağazada çalışan ustaya yaxınlaşaraq guya qadının sevgilisinin dostu olduğunu və qadının pula ehtiyacı olduğu üçün telefonu ondan 1000 manata aldığını, lakin borcunu ödədikdən sonra yenidən mobil telefonunu geri alacağını bildirmişdir. Həmin vaxt müvəqqəti olaraq qadına “İphone 6” markalı mobil telefonu verərək həmin mobil telefonun da 100 manata olmasını nəzərə alaraq ona görə də ona 900 manat verəcəyini bildirmiş və ona sabah telefonu qutusu ilə birgə gətirməsini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində həmin qadınla yenidən əlaqə saxlayaraq həmin mağazaya gəlmiş, “İphone 11” markalı mobil telefonunu qutusu ilə birlikdə gətirmiş və həmin vaxt ondan telefonunun yaddaşını təmizləmək üçün mobil telefonu alaraq çıxıb getmiş və bir daha geri qayıtmamışdır. Mağazadan çıxıb getdikdən sonra telefonunu söndürmüşdür. Hadisənin Nəsimi rayonu 28 Mall ticarət mərkəzinin yaxınlığında yerləşən “Bakcell” mağazasında baş verdiyini bildirmişdir. Həmin “Bakcell” mağazasında işləyən işçilərin törətdiyi hadisədən məlumatları olmamış, onları tanımamış, sadəcə olaraq görüşmək üçün təsadüfən həmin mağazanı demişdir. Dələduzluq yolu ilə əldə etdiyini “İphone 11” markalı mobil telefonu “Tap.az” elanlar saytında xatırlamadığı bir nəfər şəxsə satmışdır. Kompleks məhkəmə psixiatrik-psixioloji ekspertiza müayinəsi zamanı bir dəfə problemli maşın satmış və ona görə də şikayət olunmuşdur. Telefon məsələsinin ona aid olmadığını bildirimişdir ki, orada haqqında pis fikir formalaşmamasını istəməmiş, ona görə də yalan danışmışdır. Sənədləşdirmə adı ilə Zərərçəkmiş şəxs6 şəxsiyyət və sürücülük vəsiqəsini, bəyəndiyi maşının texniki pasportunu götürmüş, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs6 sənədlərini heç bir yerdə istifadə etməmiş, həmin şəxslərin inamını qazanmaq üçün sənədləri götürmüşdür ki, guya sənədləşmə edəcəkdir. Daha sonra əməlini səmimi etiraf etməsini, peşman olmasını, zərərin bir qismini ödədiyini və bir azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, o, Sumqayıt maşın bazarında özünü Kənan kimi təqdim edən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Seydi ona bildirmişdir ki, maşınlar üçün icarədar kimi aşağı faizlə pul verir. O da qonşusu İlqarın satmaq istədiyi “Lada Granta” markalı avtomobili almaq istəyirmiş, lakin maşının dəyəri 10.000 manata olduğundan onun ilkin olaraq 2.500 manat ödəmək imkanı var idi. Seydi ona maşına baxıldıqdan sonra mümkün olacağını bildirmiş və onlar İlqarla qərara gəlmişlər ki, Seydi ilə görüşsünlər. 15 iyul 2021ci il tarixdə Biləcəri qəsəbəsində Seydi ilə görüşəndə Seydi İlqarın maşını üçün 10.000 manat kredit ayıra biləcəyini bildirmişdir. O isə 30 ay müddətində hər ay Seydiyə 345 manat ödəniş etməli idi. Səhəri gün DİN-nin BDYPİ-nin həyətində Seydi ilə görüşmüşlər. O, özü ilə 2.500 manat pul götürmüşdür. Onu işdən çağırdıqlarına görə 2.500 manat pulu Seydiyə verməsi üçün İlqara vermişdir. Əvvəlki gün isə şəxsiyyət vəsiqəsi ilə sürücülük vəsiqəsini Seydiyə vermişdir. O da sənədləşmədən sonra qaytaracağını bildirmişdir. O, 2.500 manat pulu İlqara verib gedəndən sonra İlqar ona zəng edərək Seydinin onları aldatdığını, pulları da götürüb getdiyini, telefonunu isə söndürdüyünü bildirmişdir. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 Hafis oğlu ifadəsində göstərmişdir ki, o, özünə məxsus “Lada Qranta” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilini satmaq istəyirmiş. Onun avtomobilini qonşuluqda yaşayan tanışı Zərərçəkmiş şəxs9 almaq istəyirmiş. O, maşını 10.000 manata satdığından Hilalın pulu tam ödəmək imkanı yox idi. Hilal Sumqayıt maşın bazarında “Kənan” kimi tanıdığı şəxslə tanış olmuşdu. Həmin şəxs Hilala vizit kartını da verərək bildirmişdi ki, maşın alanlar üçün şəxsi kredit təşkil edə bilər. Onlar 15 iyul 2021-ci il tarixdə Biləcəri qəsəbəsində “Məmmədoğlular” maşın təmir servisində “Kənan” kimi tanıdıqları Təqsirləndirilən şəxsla görüşüb onun maşınına baxdıqdan sonra “Kənan” onun maşını üçün 10.000 manat kredit ayıra biləcəyini bildirmişdir. Deməsinə görə Hilal 30 ay ərzində hər ay ona 345 manat ödəməli idi. Amma ilkin ödəniş kimi Hilal ona 2.500 manat pul verməli idi. Hilal bu şərtlərlə razılaşaraq qərara gəlmişlər ki, növbəti gün BDYPİ-də görüşsünlər. Onlar 16 iyul 2021-ci il tarixdə DİN-nin BDYPİ-nin həyətində görüşmüşlər. O, sosial şəbəkədə özü üçün “Lada Granta” markalı, buraxılış ili təzə olan 14.600 manata maşın tapmışdı. Maşını satan şəxs qiymətdə aşağı düşmürdü. 15 iyul tarixində Seydi ilə görüşəndə sonuncu bildirmişdir ki, sosial şəbəkədə özü üçün bəyəndiyi maşın satanın ona borcu var və o, həmin maşını onun üçün 13.200 manata ala bilər. Səhəri gün BDYPİ-nə gələndə o özü ilə 3250 manat pul götürmüşdür ki, Hilalın ondan alacağı maşının pulunu, yəni 10.000 manatı Seydi icarədar kimi ödəyəcək, o da 3.250 manat pulu verib almaq istədiyi maşını alacaqdır. 16 iyul 2021-ci il tarixdə saat təxminən 11:00 radələrində Seydi ilə BDYPİ-nin qarşısında görüşən zaman Hilalı işdən çağırdıqlarına görə o, özündə olan 2.500 manat pulu ona verib bildirmişdir ki, sənədləşməni aparsınlar. Seydi sənədləşməni aparmaq üçün ondan pulları istəyəndə o, 5.750 manat pulu sayıb Seydiyə vermişdir. Maşını alacağı adam da kənarda onları gözləyirmiş. Seydi pulu götürüb gedəndən sonra onlar həmin şəxslə oturub söhbət etmişlər. Bir qədər keçmiş, Seydidən bir xəbər çıxmadığından onun verdiyi nömrəyə zəng vuranda telefonu söndürülmüşdür. Bunda sonra Seydinin onları aldadaraq pullarını ələ keçirdiyini başa düşmüşdür. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, oğlu 2021-ci ildə “ADA” universitetinin hüquqşünaslıq fakültəsinə qəbul olduğundan ona söz vermişdir ki, avtomobil alacaqdır. O, Babək prospektində yerləşən “Dədəmin Servisi” adlı yerdə avtosalonda “Kia Sorento” markalı avtomobil bəyənmişdir. Özü Binə ticarət mərkəzində işləyir və Seydi ilə orada tanış olmuşdu. xx.xx.2021-ci il tarixdə Seydi ilə danışıb razılaşmışdır ki, maşının pulunun bir hissəsini sonuncu verəcək və öz adına sənədləşdirəcək, o isə etibarnamə ilə idarə edəcəkdir. Hər ay onun verdiyi pulu və faizi ödədikdən sonra isə maşını öz adına keçirəcəkdir. O, Babək prospektində yerləşən “Dədəmin Servisi” adlı yerdə avtosalonda bəyəndiyi “Kia Sorento” markalı avtomobilə görə 400 manat beh vermişdi. Bundan təxminən iki gün sonra o, Binə bazarında Seydiyə 800 manat, iki gün sonra yenə Binə bazarında 5.000 manat, xx.xx.2021-ci il tarixdə yenə Binə bazarında 1.800 manat pul vermişdi. Seydi pulu aldıqdan sonra həmin gün salondan maşını götürüb Yol Polisi İdarəsində sənədləşdirəcəyini bildirmişdir. Seydi onun şəxsiyyət və sürücülük vəsiqəsini götürüb getmiş və ona bir saatdan sonra salona getməsini, özünün də ora gələcəyini bildirmişdir. O, salona getmiş, lakin nə qədər gözləsə də Seydi gəlməmiş, telefonuna da zəng çatmamışdır. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, ünvan 11 ünvanda yerləşən “Nice Life” oteldə mühafizəçi işləyir. Təqsirləndirilən şəxs da həmin otelə müştəri kimi gəlib-gedəndə onunla tanışlıqları yaranmışdır. Seydi ona avtomobillərin alqı-satqı işləri ilə məşğul olduğunu bildirmişdi. O da özünə məxsus “VAZ- 21015” markalı avtomobili satmaq üçün Seydiyə müraciət etmişdir. Seydi ona maşınını rahat şəkildə sata biləcəyini demişdir. Onlar xx.xx.2021-ci il tarixdə saat 10 radələrində görüşərək birlikdə Sumqayıt şəhərində yerləşən avtomobillərin satışı ilə məşğul olan bazara getmişlər. Bazarda olan zaman ona məxsus olan “VAZ-21015” markalı avtomobili 6900 (altı min doqquz yüz) manata tanımadığı avtomobil alveri ilə məşğul olan şəxsə satmışlar. Daha sonra birlikdə xx.xx.2021-ci il tarixdə saat 12:30 radələrində yeni avtomobil almaq məqsədi ilə Seydi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən avtomobillərin satışı bazarına getmişlər. Orada “Nissan Note” markalı avtomobili bəyənmiş, lakin avtomobilin qiyməti 12.000 manat olduğundan həmin pulun 6.000 manatını o, qalan 6.000 manatı isə Seydi verəcəkdi. Sonra o Seydinin verdiyi pulu hissəhissə ona qaytaracaqdır. Həmin gün bazarda bəyəndiyi avtomobilə görə 300 manat beh verərək razılaşmışlar ki, həftənin birinci günü Baş X21 İdarəsinə gedib orada maşını sənədləşdirsinlər. O, birinci gün Seydi ilə razılaşdıqları vaxtda Baş X21 İdarəsinə getmiş “Nissan Note” markalı avtomobilin sahibi də orada olmuşdur. Seydiyə zəng etdikdə olduqları ünvanda onu gözləmələrini və qısa vaxtda yaxınlaşacağını bildirmişdir. Hər ikisi onu 2-3 saat orada gözləsə də, Seydi gəlməmiş və yenidən ona zəng etdikdə telefonuna zəng çatmamışdır. Daha sonra Seydi tərəfindən aldandığını başa düşmüşdür. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, onun özünə məxsus “Mersedes C180” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuş, həmin avtomobil 5-6 aydır ki, mühərrikində yaranmış problemə görə Bakı şəhəri, Babək prospektində Taleh adlı ustada təmirdə qalmış, avtomobili idarə etmədiyi üçün özünə məxsus şəxsiyyət və sürücülük vəsiqələrini, digər sənədlərini avtomobilin saxlanc yerində avtomobil xarab olan vaxtdan saxlamış, özüdə arada-bir gedib avtomobilinin təmiri ilə maraqlanmış, hər hansı bir işində sənəd lazım olmadığından sənədlərini avtomobildə olması ilə maraqlanmamış, sadəcə, dəqiq tarixi xatırlamasa da, təqribən 2021-ci ilin oktyabr ayının ortalarında avtomobili ustadan təmirdən götürdükdən sonra avtomobilin saxlanc yerində olan şəxsiyyət vəsiqəsini götürüb Umiko proqramı vasitəsi ilə özünə "xxxx" ASC-dən online olaraq 904 manat dəyərində mobil telefon sifariş vermiş, həmin sifarişi etdikdən sonra şəxsiyyət vəsiqəsini yenidən avtomobilin saxlanc yerində digər sənədləri ilə birgə saxlamış, sonradan avtomobilin mühərrikində təkrarən nasazlıq yarandığından yenidən Taleh adlı ustanın yanında saxlamışdır. Təxminən 2021ci ilin noyabr ayının əvvəli tanışı Səbuhi ona zəng edərərk onu Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə çağırdıqlarını bildirmiş, səbəb olaraq ümumi tanışları olan Seydi adlı şəxsin ona məxsus sənədlərlə hansısa Renta Car şirkətindən icarəyə avtomobil götürdüyünü və hansısa bir şəxsi aldatmaqla 6.500 (altı min beş yüz) manat pulunu dələduzluqla ələ keçirdiyini bildirmişdir. Səbuhi Seydinin harada olduğunu soruşduqda, onun yerini bilmədiyini demiş, Səbuhinin sözündən sonra dərhal avtomobilinin saxlanc yerinə baxmış özünə məxsus şəxsiyyət və sürücülük vəsiqələrinin olmadığını görmüşdür. Səbuhidən hər hansı bir problem olub-olmadığını soruşduqda, heç bir probleminin olmadığını bildirmişdir. Seydi adlı şəxsi təqribən bir ilə yaxın müddətdir ki, Bakı şəhəri, Xətai rayonundan əmisi İslama məxsus Gəncə prospektində yerləşən marketdə işləyən vaxtdan tanımış, Seydinin avtomobillərin alqı-satqısı ilə məşğul olması barədə məlumatı olmuşdur. Seydi onun işlədiyi marketə hər dəfə gəlib nəsə alanda aralarında münasibət yaranmışdır. Sənədlərinin oğurlanmasında Seydidən şübhələndiyi üçün bir neçə dəfə ona məxsus ***- ***-**-** nömrəsinə zəng etdikdə, onun nömrəsinin söndürülmüş vəziyyətdə olduğunu görmüş, Seydidən də şübhələnmə səbəbi bir neçə dəfə Seydi ilə birlikdə sonuncunun avtomobili ilə təmirdə olan avtomobilinin yanına gedərkən o, usta ilə söhbət edən vaxtı Seydi onun sənədlərini avtomobilindən götürə biləcəyini düşünmüşdür. Özü heç vaxt kiməsə sənədlərini verməmiş, nə də ki, hər hansı bir yerdən kirayə avtomobil götürməmişdir. Seydinin onun sənədlərini oğurlamaqla sənədlərlə qanunsuz hərəkətlər etməsini, sürücülük və şəxsiyyət vəsiqələrinin itməsi və ya oğurlanmasını təqribən 2021-ci ilin noyabr ayında Səbuhi zəng etdikdən sonra Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində əmisinə məxsus “ Xəzər” marketin yanında avtomobilinə baxarkən aşkar etmişdir. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, təqsirləndirilən şəxs . Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2021-ci ildə tanımışdır. O, sürdüyü “Hyundai Accent” markalı avtomobili bir dəfə Seydiyə sürməyə vermişdir. Sonuncu onun sürücülük vəsiqəsi ilə həmin avtomobili idarə etmişdir. Bir dəfə Seydi ona zəng edərək yol polisi onu saxladığı üçün polis idarəsinə getdiyini bildirmişdir. Onun da sürücülük vəsiqəsi və avtomobilin texniki pasportu avtoqəza törətdiyi üçün Bakı şəhəri X20 İdarəsində olduğuna görə Seydidən oradan onun sənədlərini də götürməsini xahiş etmişdir. O da razı olmuşdur. Lakin daha sonra Seydi ona zəng edərək sənədlərini ona vermədiklərini bildirmişdir. Daha sonra özü sənədlərini götürmək üçün Bakı şəhəri X20 İdarəsinə getmiş, oradan ona sənədlərini tapa bilmədiklərini bildirmişlər. Sonradan ona məlum olmuşdur ki, Seydi onun sürücülük vəsiqəsi və şəxsiyyət vəsiqəsi ilə avtomobil icarəyə götürmüşdür. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, o, “Bolt” taksi şirkətinə məxsus maşınlarla taksi fəaliyyəti ilə məşğul olduğu üçün özünə maşın almaq istəyirmiş. 2021-ci il noyabr ayında taksi sifariş verən özünü “Kənan” adı ilə təqdim edən, lakin əslində adı Seydi olan şəxslə tanış olmuşdur. Onu sifariş verdiyi ünvana çatdırdığı müddət ərzində söhbətləri zamanı sonunvu maşın alveri ilə məşğul olduğunu bildirmişdir. O, daha sonra özünün “Kənan” kimi təqdim edən şəxsin mobil nömrəsinə zəng vurub onunla görüşmüş və Xalqlar dostluğu metrostansiyasının yaxınlığına gedərək “Volksvagen Touareg” markalı maşına baxmışlar. Maşını qiyməti 16.000 manata idi. Həmin maşın əvvəllər rəhmətlik atasına məxsus olmuş, lakin borcları səbəbindən satılmışdır. O da həmin maşını geri almaq istədiyində Seydiyə 6500 manat pulunun olduğunu bildirmişdir. Sonuncu da həmin məbləğin üstünü düzəldəcəyini bildirmiş və ödədiyi məbləği ona aybaay kreditlə ödəməsi barədə razılaşmışlar. xx.xx.2021-ci il tarixdə saat 14 radələrində Seydi ilə Nərimanov rayonunda “Mado” restoranının yanında görüşüb ona 6500 manat pul düzəldə bildiyini bildirmiş, o da onu Nəsimi rayonuna aparmasını xahiş etmiş və orada yaşayan əmisindən 9500 manat pul götürüb ona verəcəyini demişdir. Seydi ondan şəxsiyyət vəsiqəsini və 6500 manat pulu götürmüş və onları əmisinə göstərdikdən sonra əmisindan 9500 manat pul götürəcəyini bildirmişdir. O, Seydi ilə Nəsimi rayonu, Lev Tolstoy küçəsi ilə Qoqol küçələrinin kəsişməsinə gəlmiş, orada yerləşən “Oskar” marketin qarşısında maşını saxlamış, Seydi maşından düşüb yaxınlıqdakı binanın həyətinə daxil olmuşdur. O, təxminən 15 dəqiqə Seydini gözlədikdən sonra onun gəlmədiyini görüb mobil telefonuna zəng vurmuş, lakin sonuncunun telefonu söndürülmüşdür. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar metrostansiyası yaxınlığında yerləşən “N.N. Telecom” adlı telefon mağazasını işlədir. Təqsirləndirilən şəxs təxminən bir-iki ildir ki, tanıyır. Sonuncu onun müştərisi olmuş, yəni ondan bir neçə dəfə nisyə telefon almış və ödənişlərini də vaxtında etmişdir. Sonuncu dəfə telefon götürəndə ona 1250 manat borcu qalmışdır. Seydiyə dəfələrlə borcunu ödəməsini desə də o, hər dəfə borcunu ödəyəcəyini deyərək vaxtı uzatmışdır. Bir dəfə Seydi özü onun mağazasına gəlmiş və bir-iki günə ödəniş edəcəyini bildirmişdir. Tamam olmuş iki günün sonunda, yəni xx.xx.2021-ci il tarixdə Seydi mağazaya gəlmiş və maşın satdığını, axşam saat 8-də maşının behini gətirəcəklərini bildirmiş və onunla mağazada gözləmişdir. Axşam birlikdə kafeyə şam etməyə getmişlər, mağazada satıcı işləyən Şahid8 isə mağazada qalmışdır. O, Seydi ilə kafedə oturarkən sonuncunu telefonunda kontur olmadığını, telefonuna kontur yükləməli olduğunu bildirmiş və kafedən çıxmışdır. Üstündən bir müddət keçdikdən sonra satıcı Şahid8 ona zəng edərək Seydinin mağazaya gəldiyini və ödənişi ona etdiyini bildirərək “İphone 12 mini” markalı telefonu ondan istədiyini bildirmişdir. Satıcı da ondan soruşmamış telefonu Seydiyə vermişdir. Sonra Seydidən səs çıxmadığını görmüş və polisə şikayət etmişdir. Daha sonra Təqsirləndirilən şəxs şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, əvvəllər Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 99, mənzil 74 ünvanında yaşayırmış. Ev anası Şahid14 adına olsa da, evdə olan bütün əşyalar ona məxsus cehizlik əşyaları olmuşdur. O, sonradan ailə vəziyyətinə görə anası ilə yaşamağa başlamışdır. Anası isə həmin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 99, mənzil 74 ünvanında yerləşən mənzili 2021-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs kirayəyə vermişdir. Təqsirləndirilən şəxs evi kirayə götürəndə onlarla başqa sənədlər əsasında müqavilə bağlamışdır. Lakin onlar polisə müraciət etdikdən sonra həmin şəxsin adının Təqsirləndirilən şəxs olduğunu bilmişlər. Mənzili kirayə verdikdən bir ay sonra anası kirayə pulunu almaq üçün Təqsirləndirilən şəxs zəng vuranda onun mobil telefonuna zəng çatmamışdır. Bundan sonra anası həmin mənzilə getmiş və mənzilə daxil olanda evdə demək olar ki, heç bir əşyanın qalmadığını görmüşdür. Təqsirləndirilən şəxs evdən ona məxsus bir ədəd “LG” markalı kondisioneri, bir ədəd “Sony” markalı televizoru, bir ədəd “İndesit” markalı paltaryuyan maşınını, bir ədəd soyuducunu, bir ədəd aspiratoru, bir ədəd “İmpuls” firmasına məxsus qaz sobasını, bir ədəd iki nəfəlik “Saloğlu” firmasına məxsus çarpayını, bir ədəd “Saloğlu” firmasına məxsus təxminən 2 metr uzunluğunda və 2 metr hündürlükdə olan yataq dəstinin dolabını oğurlamışdı. Evdə olan mebellərin hamısı təzə olmuşdur. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, özünə məxsus “X22” markalı, **-SG-*** dövlət qeydiyyat nömrəli avtomobili “Mega Rent a car” şirkətinə icarəyə vermişdir. Mirseyid adlı dostu həmin şirkətdə işləyirmiş və o hər ay icarə haqqını Mirseyiddən alırmış. Onda olan məlumata əsasən Mirseyid Turac adlı şəxsin vasitəsilə maşını Zərərçəkmiş şəxs14 adlı şəxsə icarəyə vermişdir. Daha sonra onlara həmin şəxsin Zərərçəkmiş şəxs14 deyil, əslində Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Yanvar ayının əvvəli Mirseyid ona zəng edərək maşınını icarəyə götürən şəxsin icarə müddətinin bitməsinə baxmayaraq avtomobili geri qaytarmadığını, həmçinin, onun şirkətə təqdim etdiyi sənədlərin saxta olduğunu bildirmişdir. Onlar Zərərçəkmiş şəxs14 adlı şəxsi tapmış və o, sənədlərinin Seydi tərəfindən avtomobilindən götürüldüyünü bildirmişdir. Sonra o və Mirseyid bir müddət Seydini və onun avtomobilini axtarmağa başlamışlar. Təxminən yanvar ayının 13-də o maşınını Nəsimi rayonu, Neftçilər prospektində yerləşən “Port Baku” binasının yaxınlığında tapmışdır. O, maşınını tapan zaman maşından aparatların, disk təkərlər götürüldüyünü görmüş, sonra usta katalizatorun da çıxarıldığını bildirmişdir. Həmçinin, maşının qabağı və arxa hissəsi də vurulmuşdur. O, avtomobilə dəymiş ziyanı aradan qaldırmaq üçün 3.600 manat xərc çəkmişdir. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ünvan 12 ünvanında yerləşən saç kəsimi salonunda işləyir. Təqsirləndirilən şəxs onun müştərisi olmuşdur. Onu təxminən 10 ildir ki, tanıyır. xx.xx.2022-ci il tarixdə Seydi saçını kəsdirmək üçün işlədiyi yerə gəlmiş, o da onun saçını kəsmiş və bunun müqabilində 15 manat pul almışdır. Seydi saçını kəsdirdikdən sonra zəng vurmaq üçün ona məxsus “İphone 13 Pro Max” markalı telefonu istəmiş, o da ona heç bir etiraz etməmişdir. Seydi telefonla danışdıqdan sonra telefonunu geri qaytarmışdır. Bir qədər keçdikdən sonra Seydi bir neçə dəfə danışmaq üçün ondan telefonunu istəmiş, o, yenə də etiraz etməmişdir. Son olaraq saat təxminən 17:00 radələrində ondan yenə danışmaq üçün telefonunu istəmiş və telefonla danışa-danışa siqaret çəkmək üçün çölə çıxmışdır. O, həmin vaxt müştərinin saçını kəsdiyi üçün başı qarışıq olmuşdur. Təxminən 5-6 dəqiqə keçdikdən sonra Seydinin ortalıqda olmadığını görmüşdür. O, dərhal salondan çölə çıxmış və ətrafa göz gəzdirmiş, lakin Seydini görməmişdir. Bu zaman o, Seydinin onu aldadaraq telefonunu özü ilə apardığını başa düşmüşdür. O, dərhal telefonunda olan nömrəyə zəng etmiş, lakin nömrəyə zəng çatmamışdır. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki, 13 fevral 2022-ci il tarixdə saat 22 radələrində şəxsi işləri ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsinə gələrək özünə məxsus olan “Honda” markalı, **- LH-*** dövlət qeydiyyat nişanlı avtomobili yol kənarında saxlamış və avtomobildən düşüb getmişdir. Təxminən iki saat sonra, yəni 14 fevral 2022-ci il tarixdə saat 00:30 radələrində tanışı Rəhim Əhmədovla birlikdə avtomobilinə yaxınlaşıb avtomobilə əyləşən zaman Rəhim ona avtomobilin qapısının və qabaq sağ tərəf pəncərəsinin açıq vəziyyətdə olduğunu bildirmişdir. Bundan sonra o avtomobilinin salonuna nəzər salmış və içərisində 01 ədəd “HP” markalı noutbuk, 01 ədəd avtomobil üçün müşahidə kamerası, bank kartları və özünə aid paltarlar olan çantanın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını görmüşdür. Ümumilikdə ona 3.000-4.000 manat arası ziyan dəymişdir, lakin daha sonra noutbuk qaytarılmış, digər əşyaların isə qiyməti təxminən 1.000 manat təşkil edir. Daha sonra ona dəymiş zərərin tam ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, təxminən 2022-ci ilin fevral ayında özünə məxsus “İphone 12 mini” markalı qırmızı rəngli mobil telefonu satmaq məqsədilə tap.az saytında elan yerləşdirmişdir. xx.xx.2022-ci il tarixdə bir nəfər nömrəsinə zəng vurmuş və telefonu almaq istədiyini bildirmişdir. O, həmin şəxslə Daxili İşlər Nazirliyinin binasının yaxınlığında görüşmüş və onunla ona məxsus telefonu ***-**** manata satacağına razılaşmışlar. Həmin oğlan telefonu ustaya göstərdikdən sonra alacağını bildirmiş, telefonu ustaya göstərmək üçün Nəsimi rayonu ərazisində “Avtoş dönər” deyilən yer tərəfə getməli olduqlarını bildirmişdir. O, sonuncu ilə razılaşmış və borlikdə ara küçələrlə ünvan 13 ünvanına gəlmişlər. Bu zaman həmin oğlanın telefonu na verməsini, ustaya göstərib, gələcəyini bidirmişdir. O da telefonu ona vermişdir. Həmin oğlan telefonu götürmüş və ondan uzaqlaşmışdır. O , təxminən 10-15 dəqiqə gözləmiş, lakin həmin oğlan gəlməmişdir. O, sonra telefonunu götürən şəxsin nömrəsinə bir neçə dəfə zəng vurmuş, lakin zəng çatmamışdır. Bu zaman həmin şəxsin onu aldadaraq telefonunu ələ keçirdiyini başa düşmüşdür. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, o, özünə məxsus olan “İphone 11” markalı mobil telefonunu satmaq məqsədilə xx.xx.2022-ci il tarixdə “Lalafo” adlı internet satış səhifəsində elan yerləşdirmişdir. Elanı yerləşdirdikdən 1-2 saat sonra bir nəfər şəxs ona zəng edərək telefonunu almaq istədiyini bildirmiş və onu “28 Mall” ticarət mərkəzinin yanında yerləşən “Bakcell” adlı telefon mağazasına çağırmışdır. O da deyilən ünvana gedərək bir qədər söhbət etdikdən sonra telefonunu 1.000 manata satmağa razılaşmışdır. Bundan sonra, o, həmin şəxsə müvəqqəti olaraq ona bir mobil telefon verməsini xahiş etmiş və telefonunda olan şəkil və videoları həmin telefona köçürəcəyini bildirmişdir. Həmin şəxs ona “İphone 6” markalı mobil telefonu verərək evə getməsini, səhəri gün telefonu qutusu ilə birlikdə gətirərək ona verməsini, telefonun pulunu da o zaman verəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə, saat 13:30 radələrində yenidən həmin mağazaya getmiş və özünə məxsus olan “İphone 11” markalı telefonu qutusu ilə birlikdə həmin şəxsə vermiş və bu zaman o, telefonun yaddaşını təmizləmək adı ilə mağazadan çıxmışdır. İki saat gözləmiş, lakin həmin şəxs gəlməmişdir. Sonra mağazada olan işçilər həmin şəxsin mağazada işlmədiyini bildirmişlər. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, özünə şəxsi minik avtomobili almaq üçün 18 arpel 2021-ci il tarixdə Sumqayıt şəhərində yerləşən maşın bazarına getmiş, bazarda avtomobillərə baxmış, onlardan biri “VAZ-2104” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobil xoşuna gəlmişdir. Avtomobili satan şəxs avtomobili 6300 manata satdığını bildirmiş, lakin maşını almağa 3000 manat pulu olduğunu, növbəti günlərdə gəlib, münasib avtomobil tapacağını fikirləşmişdir. Bu vaxt yaxınlaşıb özünü Seyid kimi təqdim edən, sonradan adının tam olaraq Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs, çatmayan pula görə “əl krediti” təşkil edə biləcəyinə imkanı olduğunu bildirmiş, ondan nə işlə məşğul olduğunu soruşduqda, onun şəxsi avtomobil alanlar üçün kredit almağa köməklik etdiyini bildirmişdir. O, kreditin şərtlərini soruşduqda, avtomobilin 3300 manatını kredit formasında ayda 350 manat ödəməklə 15 ay müddətinə verəcəyini bildirmişdir. Seydinin həmçinin, avtomobili öz adına rəsmiləşdirəcəyini və idarə etmək üçün kredit bağlanana kimi etibarnamə verəcəyini bildirmişdir. Seydinin şərtləri onu qane etdiyindən onunla razılaşmışdır. Odur ki, “VAZ- 2104” markalı avtomobili satan Şahid16 Etibar oğlunun (əlaqə nömrəsi ***-***-**-**) yanında Seydiyə beh olaraq 500 manat pul vermiş, bazar günü olduğundan Seydi ilə sənədləşməni aparmaq üçün səhəri gün DİN-in BDYPİ-nin qarşısında görüşmək üçün razılaşmışlar. 19 aprel 2021-ci il tarixdə saat 10 radələrində BDYPİ-nin həyətində Seydi ilə görüşmüşlər, həmin vaxt avtomobili satan Fərid və qayını X6 da yanında olmuş, onların iştirakı ilə Seydiyə 2900 manat pulu da sənədləşməni aparıb yekunlaşdırması üçün vermişdir. Seydi şəxsiyyət vəsiqəsini götürüb orada olan otaqların birinə keçmiş, bir müddət sonra qayıdaraq şəxsiyyət vəsiqəsini qaytarmışdır. Seydi vaxt itirməmək üçün avtomobili texniki baxışdan keçirmələrini, özü də sənədləşməni başa çatdırdıqdan sonra görüşmələrini bildirmişdir. Həmçinin, texniki baxışdan sonra avtomobilə dövlət qeydiyyat nişanı alıb, onu gözləməklərini demişdir. İşlərini yekunlaşdırdıqdan sonra Seydini gözləməyə başlamışlar, təxminən 30-35 dəqiqə keçmiş, lakin onun gəlmədiyini görüb verdiyi ***-***-**-** olan mobil nömrəsinə zəng etdikdə söndürüldüyünü görmüşdür. Onu axtarsalar da tapa bilməmişlər. Bu zaman Seydinin onu aldadaraq 3000 manat pulunu ələ keçirdiyini başa düşmüşdür. Daha sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ona ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, özünə şəxsi minik avtomobili almaq üçün 25 arpel 2021-ci il tarixdə Bakı şəhəri Badamdar qəsəbəsində yerləşən maşın bazarına getmiş, bazara daxil olarkən bir nəfər tanımadığı, özünü Seyid kimi təqdim edən, sonradan adının tam olaraq Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs yaxınlaşıb kreditlə maşın almalı olsa onunla əlaqə saxlamasını bildirmiş və üzərində ***-***-**-** mobil nömrəsi yazılmış kartı ona vermişdir. O, bazarda avtomobillərə baxmış, onlardan “Chevrolet Cruze” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobil xoşuna gəlmişdir. Avtomobili satan Orxan adlı şəxslə 13600 manata razılaşmışlar. Seydinin mobil nömrəsini yığıb 7500 manat kredit lazım olacağını bildirmişdir. O da müdiri ilə danışıb razılaşmış, lakin üzərində pulu olmadığı üçün dediyi ünvana aparmış, həm də Seydinin verdiyi Zərərçəkmiş şəxs12 adına olan “Albalı” kartın 4098 0944 2011 8513 hesabına 300 manat pul köçürmüşdür. 26 aprel 2021-ci il tarixdə saat 11 radələrində avtomobili satan Orxanla birlikdə DİN-in BDYPİ-nin həyətində Seydi ilə görüşmüşlər, Seydi ilkin olaraq ondan 2700 ABŞ dolları və 800 manat pulu almış, nahar fasiləsi olduğundan çayxanada oturub gözləmişlər ki, nahardan sonra Seydi sənədləşməni başa çatdırsın, lakin Seydi telefonla danışmaq adı ilə çıxmış, onu bir qədər gözləmişlər, lakin o geri qayıtmamışdır. Bundan sonra onun mobil nömrəsini yığmış, o isə cavab verərək 10 dəqiqəyə gələcəyini bildirmişdir. Bir qədər sonra o mobil nömrəsini söndürmüşdür, onu axtarsalar da tapa bilməmişlər. Bu zaman Seydi onu aldadaraq pulunu ələ keçirdiyini başa düşmüşdür. Təqsirləndirilən şəxs onu aldadaraq ümumilikdə 6100 manat pulunu ələ keçirmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, təxminən 2019-ci ilin avqust ayından 28 May küçəsi, 78 F ünvanda yerləşən “AzərCeLL 329” firmasının mağazasında satıcı işləyir. Bir il olar ki, Şəki rayonundan olan, N.Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 1, mənzil 6-da yaşayan Təqsirləndirilən şəxs tanıyır. Bu bir il ərzində təxminən bir neçə dəfə sonuncu ondan həm telefon almış, həm də ona telefon satmışdır. Sonuncu dəfə Seydini xx.xx.2021-ci il tarixdə 17 radələrində görmüş, həmin vaxt Seydinin ona 40 manat borcu qalmışdır. Sonuncu onun pulunu ödəməyə gəlmişdi, eyni zamanda telefon da almalı idi. Lakin o, pulunu qaytarmamış çıxıb getmişdir. O vaxtdan onu görməmişdir. O, Seydinin ondan nisyə götürdüyü telefonun pulunu ödəməsi məqsədi ilə “Unibank”ın Albalı kartının kodunu ona vermiş, kartının kodu 4098 0944 2011 8513 olmuş, telefona görə bir dəfə ona 300 manat pul ödəmiş, o, həmin puldan 260 manatı Seydinin özünə qaytarmış və qalan 40 manatı Seydinin ona olan borcundan çıxmışdır. Təxminən bu hadisədən 3-4 gün sonra, yəni 2021-ci ilin may ayının 18 və ya 19-u Seydi yanına gələrək telefon almaq istədiyini bildirmiş, ilk öncə işlənməmiş və yeni olan göy rəngli “Samsung Galaxy A10s” 2 ram, 32 GB yaddaşlı qiyməti 270 manat olan telefonu alaraq özündə saxlamış və telefona görə onun bank kartına pul vuracağını bildirmişdir. O, sonuncu ilə razılaşmış, “whatsapp” vasitəsilə kartının şəklini Seydiyə atmış, bundan sonra yemək üçün özünə və Seydiyə dönər sifariş vermişdir. Bir müddət pulun gəlməsini gözlədikdən sonra dönər sifarişi mağazaya gəlmiş, bu zaman Seydi vitrində olan “Samsung Galaxy S10plus” 8 ram, 128 GB olan boz rəngli, işlənmiş vəziyyətdə olan və qiyməti təxminən 930 manat olan telefonu ona baxmağa verməyini xahiş etmiş, o, həmin telefonu da sonucuya baxmağa vermiş, bu zaman başı dönər yeməyə qarışdığından bir dəqiqə sonra çevrilib baxdığında Seydinin orada olmadığını görmüşdür. Dərhal vitrinə baxmış, lakin Seydiyə baxmaq üçün verdiyi sonuncu telefonun da orada olmadığını görmüşdür. Həmin vaxt mağazadan çıxmış və ətrafa nəzər salmış, lakin Seydini tapa bilmədiyi üçün onun mobil nömrəsinə dəfələrlə zəng vursa da zəngləri cavabsız qalmışdır. Daha sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs17 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində maşın bazarında olarkən özünə maşın almaq məqsədilə maşınlara baxan zaman 8800 manata “Mercedes” markalı E klas modelli bir maşın bəyənmiş, lakin həmin vaxt üzərində cəmi 5000 manat pul olmuşdur. Bu vaxt bazarda bir nəfər şəxs vizitka paylayırmış, vizitkada qeyd olunan nömrəyə zəng vurmuş və Seyid adlı şəxsin arendator kimi kredit verdiyini öyrənmiş və onunla danışmışdır. Bir müddət sonra Seyid adlı şəxs yaxınlaşaraq onunla birlikdə bəyəndiyi “Mercedes” markalı E Klass modelli maşına baxmışlar, Seydi münasib faizlə kredit verəcəyini bildirmiş, maşını almaq üçün qalan 3800 manat pulu özü verəcəyini bildirmişdir. Onunla razılaşdıqdan sonra bazarda Seydiyə 500 manat beh vermiş, səhəri gün Binəqədi rayonunda yerləşən BDYPİ-nin qarşısında görüşüb maşını alacaqları və sənədləşmə işləri aparacaqlarına dair razılaşmışlar. Seydi verdiyi 500 manat puldan maşının sahibi X2 100 manat beh pul vermişdir. xx.xx.2021-ci il tarixdə o, Seydi və “Mercedes” markalı maşının sahibi Qüdrətlə Binəqədi rayonunda yerləşən BDYPİ-nin qarşısında görüşmüşlər. Daha sonra Seydi maşını texniki baxışdan keçirməsi üçün şəxsiyyət və sürücülük vəsiqəsini, həmçinin, 4500 manat pulu ona verməsini bildirmişdir. Seydi pulu və sənədləri almış, özünün də sənədləşmə işləri görmək üçün BDYPİ-nin inzibati binasına girəcəyini bildirmişdir. İlk öncə Seydidən şübhələnməmiş, maşının sahibi Qurbanov Qüdrət ilə birlikdə maşını texniki baxışa salmış, maşını texniki baxışdan keçirdikdən sonra bir qədər Seydini gözləmiş, təxminən 20 dəqiqə sonra Seydini axtarmağa başlamış, lakin tapa bilməmişdir. Seydinin istifadəsində olan mobil nömrəyə dəfələrlə zəng etsə də, ona zəng çatmamışdır. Bundan sonra Seydinin onu aldadıb pulunu mənimsədiyini başa düşmüşdür. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs17 məhkəməyə teleqram ünvanlayaraq istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 izahatında bildirmişdir ki, o, xx.xx.2021-ci il tarixdə Sumqayıt maşın bazarına öz maşını olan “VAZ-21014” markalı **- ND-*** dövlət nişanlı avtomaşını satmaq üçün getmişdir. Bazarda olan zaman Firudin adlı şəxs yaxınlaşaraq maşına baxmış və maşını almaq istədiyini bildirmişdir. Ondan maşının qiymətini soruşduqda maşını 7200 manata satdığını bildirmiş, daha sonra qiymətdə endirim edərək 6300 manata razılaşmışlar. Firudinin yanında Seydi adlı şəxs də olmuşdur. Firudinin əlində 3000 manat pulu olduğundan 3000 manatı özünün verəcəyini, qalan 3300 manatı isə Seydidən aldığı pulla verəcəyini bildirmişdir. Firudin isə hər ay kredit qaydasında Seydiyə pul ödəməli olacaqdı. O, bununla razılaşmış və ona fərqi olmadığını bildirmişdir. Həmin gün Firudin Seydiyə 500 manat pulu onun yanında vermiş, Seydi isə ona 100 manat beh vermişdir. Onlar elə səhəri gün Binəqədi rayonunda yerləşən BDYPİ-nin qarşısında görüşərək maşının alqı-satqısının olunması üçün razılaşmışlar. xx.xx.2021-ci il tarixdə Seydi, Firudin və Firudinin yanında olan Samir adlı şəxslə görüşmüşlər, Firudin isə ona vaxt itirmədən maşını texniki baxışdan keçirmələrini bildirmişdir. Bu zaman Seydi onlara maşını texniki baxışdan keçirmələrini, özünün isə gedib həm pulu götürməsini, həm də sənədləşmə işlərini aparmasını bildirmişdir. Bundan sonra Seydi Firudindən 2500 manat pulu istəmiş, Firudin 2500 manat pulu Seydiyə vermişdir. Seydi pulun qalan hissəsini guya hansısa qohumundan və ya tanışından götürüb ona verməli idi. Onlar maşını texniki baxışdan keçirməklə məşğul olan zaman Seydi artıq 20 dəqiqə olardı ki, getmiş və ondan heç bir xəbər çıxmamışdır. Firudin dəfələrlə Seydiyə zəng etsə də, onun nömrəsinə zəng çatmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, o, xx.xx.2021-ci il tarixdə özünə məxsus “Chevrolet Cruze” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq üçün Badamdarda yerləşən maşın bazarına getmişdir. Bazarda olarkən üç nəfər şəxs yaxınlaşaraq maşınla maraqlanmışdır. Onlardan bir nəfər özünü Seydi kimi təqdim edərək arendator olduğunu və yanındakı Elvin adlı şəxsin maşın almasına köməklik göstərəcəyini bildirmişdir. Belə ki, pulun bir hissəsini Elvin, qalan hissəsini isə Seydi verəcəkmiş, sonra Elvin hər ay Seydiyə faizlə pul ödəyəcəkmiş. Onlar səhəri gün görüşüb avtomobilin alqı-satqısıın etmələri barədə aralarında razılaşmışlar. O, Elvini aparıb evlərinə düşürmüşdür. Səhəri gün Elvinlə birlikdə BDYPİ-nin qarşısına gəlmişlər. Elvin kafedə olan Seydinin yanına getmiş, o da həmin vaxt avtomobili texniki baxışdan keçirmişdir. Sonra Seydinin kafedən çıxdığını görmüş və Elvinin yanına gedərək Seydinin hara getdiyini soruşmuş, Elvin isə cavabında Seydinin ondan pulu aldığını, qalan pulu da gedib kimdənsə götürüb maşının alqı-satqısını sənədləşdirəcəyini bildirmişdir. Onlar bir qədər gözlədikdən sonra Seydinin gəlmədiyini görmüşlər. Bu zaman onlar Seydinin Elvini aldadaraq onun pulunu mənimsədiyini başa düşmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt bazarında özünün olan “Mercedes” markalı E klass modelli maşını satmaq üçün gözləyən zaman Akif adlı bir nəfər şəxs yaxınlaşaraq maşını bəyəndiyini və almaq istədiyini, maşını arendator vasitəsi ilə alacağını bildirmiş və oradan çıxıb getmişdir. Həmin şəxs bir qədər sonra bir nəfər şəxslə gəlmiş və həmin şəxsin arendator olduğunu bildirmişdir. Arendator ilk öncə özünü Seyid kimi təqdim etmiş, lakin sonradan ona məlum olmuşdur ki, həmin şəxsin adı Seydidir. Seydi və Akif maşına baxdıqdan sonra almaq qərarına gəlmişlər. Akif ilə Seydinin razılaşmasına əsasən ona 5000 manat pulu Akif, qalan hissəsini isə Seydi verməli idi. Daha sonra Akif hər ay kreditlə Seydiyə olan borcunu qaytarmalı idi. Akif ilk olaraq xx.xx.2021-ci il tarixdə Sumqayıt bazarında Seydiyə 500 manat beh vermişdir ki, ona versin, lakin Seydi həmin puldan ona 100 manat beh vermişdir. Bundan sonra onlar həmin günün səhəri Binəqədi rayonunda Baş Dövlər Yol Polisi İdarəsinin qarşısında qeydiyyat işlərini həll edilməsi və maşının alqısatqısını həyata keçirilməsi üçün görüşmələri barədə razılaşmışlar. xx.xx.2021-ci il tarixdə o, Akif və Seydi Baş X21 İdarəsinin qarşısında görüşmüşlər. Seydi Akifə maşını texniki baxışa salmasını, pulu və şəxsiyyət vəsiqəsini ona verməsini, özünün isə gedib sənədləşmə işlərini görməsini bildirmiş, Akif də onunla razılaşaraq 4500 manat pulu, şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsini Seydiyə vermişdir. O, Akiflə birlikdə maşını texniki baxışdan keçirdikdən sonra onlar texniki baxış yerindən çıxmışlar. Bir qədər Seydinin gəlməsini gözləmişlər, lakin Seydi gəlməmişdir. Bundan sonra Akif bir qədər Seydini axtarmış, lakin tapa bilməmiş, ona dəfələrlə zəng etməsinə baxmayaraq, Seydinin nömrəsinə zəng çatmamışdır. Bundan sonra Akif Seydinin onu aldatdığını başa düşmüş və DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 izahatında bildirmişdir ki, o, təqsirləndirilən şəxsi iki-üç dəfə görmüşdür. Belə ki, Seydi xalası oğlu X9 məxsus “Bumeranq Rent A Car” şirkətindən avtomobil kirayə götürmək üçün müraciət etmişdir. Həmin şirkətdən iki günlük “Kia Optima” markalı avtomobili kirayə götürmüşdür. Avtomobili kirayə götürərəkən Zərərçəkmiş şəxs14 sənədlərini təqdim etmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, onun əsl adı Təqsirləndirilən şəxsdur. Seydi avtomobili icarəyə götürməyə tək gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 izahatında bildirmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev 2\2 ünvanında yerləşən “X23” şirkətində direktor kimi işləyir. Həmin şirkət avtomobillərin icarəyə verilməsi ilə məşğul olur. Təqsirləndirilən şəxs müştəri kimi şirkətə yaxınlaşıb “Hyundai” markalı avtomobil icarəyə götürmək istədiyini bildirmişdir. Bu zaman o, özünü Zərərçəkmiş şəxs11 kimi təqdim etmiş və Zərərçəkmiş şəxs11 məxsus şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsini təqdim edərək və onlardan avtomobil icarəyə götürmüşdür. Daha sonra isə həmin avtomobili Xırdalan şəhəri ərazisində qoyub getmişdir. Onlar GPS vasitəsilə avtomobilin yerini müəyyən etmişlər. Təqsirləndirilən şəxs avtomobili icarəyə götürməyə gələn zaman tək olmuş, onun yanında heç kəs olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 izahatında bildirmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi 2 ünvanında yerləşən “NN telecom” mağazasında satıcı işləyir. Həmin mağazanı iş üzrə zərər çəkmiş şəxs, eyni zamanda qohumu olan Zərərçəkmiş şəxs15 işlədir. Təqsirləndirilən şəxs işlədiyi mağazadan bir neçə dəfə alış-veriş etdiyindən həmin şəxslə tanışlıqları olmuşdur. xx.xx.2021-ci il tarixdə axşam saat 22:00 radələrində Seydi mağazaya gəlib rəfdə olan “İphone 12 mini” markalı mobil telefonu istəmiş və telefonun pulunu Natiqə ödədiyini bildirmişdir. O da onun sözünə inanıb telefonu ona vermişdir. Sonra başı mağazadakı digər müştərilərə qarışmış və bu zaman Seydi telefonu da götürüb mağazadan çıxıb getmişdir. Sonra ona məlum olmuşdur ki, telefonun pulunu Natiqə ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 izahatında bildirmişdir ki, o, ünvan 15 ünvanda yerləşən mənzilin sahibidir. O, 2021-ci ilin dekabr ayında həmin evi icarə müqaviləsi əsasında Məhəmməd adlı şəxsə kirayə vermiş, sonradan onlara məlum olmuşdur ki, həmin şəxsin əsl adı Seydidir. Evi kirayə verən zaman Seydiyə evdəki bütün əşyaların təzə olduğunu və onları xarab etməməsini tapşırmışdır. O da narahat olmamasını, onsuz da evdə çox olmadığını bildirmişdir. Evi kirayə verdikdən bir neçə gün sonra maklerə narahat olduğu üçün, o oğlanı evdən çıxartmasını bildirmiş, makler isə qoy heç olmasa bir ay qalsın, sonra çıxardarıq cavabını vermişdir. Bir aydan sonra yenidən maklerə zəng vuraraq evi kirayə götürən şəxsin telefonlara cavab vermədiyini və gedib evə baxmasını bildirmişdir. Maklerlə birlikdə evə gedib baxan zaman Seydinin evdəki bütün əşyaları - mebeli, kondisioneri, qaz sobasını, aspiratoru, paltaryuyan maşınını, soyuducunu, televizoru götürüb getdiyinin şahidi olmuşlar. Evdəki əşyaların hamısı qızının cehizi idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 izahatında bildirmişdir ki, o, “085” adlı rent a car şirkəti işlədir. Təxminən 2021-ci ilin dekabr ayında ona bir nəfər zəng edərək müştəri olduğunu və “Niva” markalı maşın lazım olduğunu bildirmişdir. O, həmin şəxsi “Mega Rent a Car” şirkətini işlədən Mirseyidə yönləndirmiş, həmçinin özü də Mirseyidlə danışaraq “Niva” markalı avtomobil üçün müştəri olduğunu bildirmişdir. Həmin şəxs Mirseyidlə görüşmüş və Zərərçəkmiş şəxs14 məxsus sənədləri təqdim edərək “Niva” markalı avtomobili icarəyə götürməsi ilə bağlı Mirseyidlə müqavilə bağlamışdır. Daha sonra Nərimanov rayonu ərazisində “Şəki” restoranının yanında avtomobili həmin şəxsə təhvil vermişdir. Bir neçə gün keçdikdən sonra Mirseyid ona zəng vuraraq Zərərçəkmiş şəxs14 adlı şəxsin icarə haqqını ödəmədiyini bildirmişdir. Onlar ona dəfələrlə zəng vursalar da, zəngləri cavabsız qalmışdır. Həmçinin həmin şəxs maşını da gətirib təhvil verməmiş, avtomobilin GPS-ni də sökmüşdür. Sonra Mirseyid polisə məlumat vermişdir. Bir neçə gün sonra isə avtomobili “Park Bulvar” tərəfdə təkərləri və aksesuarları sökülmüş vəziyyətdə tapmışlar. Daha sonra onlara məlum olmuşdur ki, Zərərçəkmiş şəxs14 sənədləri ilə avtomobili icarəyə götürən şəxs əslində Təqsirləndirilən şəxs olmuşdur. . Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, 2021-ci il noyabr ayının axırı dostu Zərərçəkmiş şəxs3 özünə məxsus “Lada Niva” markalı avtomobilini icarəyə verilməsi üçün etibarnamə ilə rəhbəri olduğu “Mega Rent a car” şirkətinə təhvil vermişdir. Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr ayının 27-də ofislərinə yaxınlaşaraq özünə aid olmayan şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi təqdim edərək həmin avtomobili icarəyə götürmək istədiyini bildirmişdir. Təqdim etdiyi sənədlər Zərərçəkmiş şəxs14 məxsus olmuşdur. Həmin vaxt pandemiya dövrünün qadağaları aradan qalxmadığından həm onlar, həm də gələn müştərilər maskada olduğu üçün təqsirləndirilən şəxsin üzünü tam aydınlaşdıra bilməmiş və təqdim etdiyi sənədlərin ona məxsus olmadığını müəyyən edə bilməmişdir. Aralarında olan razılığa əsasən hər gün üçün 90 manat ödəmək şərtilə “Lada Niva” markalı avtomobili icarəyə götürmüşdür. 03 yanvar 2022-ci il tarixdən həmin şəxsin telefonuna zəng çatmamış, həmçinin, avtomobilin GPS siqnalı da söndürülmüşdür. Buna görə o, ilk əvvəl DİN-nin 102 zəng xidmətinə, sonra isə ərazi üzrə Yasamal RPİ-nin 29-cu polis bölməsinə müraciət etmişdir. Polis orqanına müraciət etdikdən sonra məlum olmuşdur ki, avtomobili icarəyə götürən şəxs əslində Təqsirləndirilən şəxsdur və tək onlara qarşı yox, bir çox şəxslərə qarşı dələduzluq etmişdir. Avtomobili isə yanvar ayının 8-i, ya da 9-u “Port Baku” ticarət mərkəzi yaxınlığında sökülmüş, zədələnmiş şəkildə tapmışdır. Avtomobil vurulmuş, bir sıra aksesuarları isə oğurlanmışdır. Ümumilikdə avtomobilə 5.000 manata yaxın ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 izahatında bildirmişdir ki, o, “İnşaatçılar” metrosu yaxınlığında “Bakcell” mağazasında telefon ustası kimi işləyir. Həmçinin, işlənmiş telefonların və kompyuterlərin alışı və satışı ilə məşğul olur. 14 fevral 2022-ci il tarixdə günorta saatlarında Seydi adlı şəxs mağazaya gələrək “HP” markalı noutbuk satdığını bildirmiş, o da 950 manat pul verib həmin noutbuku almışdır. Sonra məlum olmuşdur ki, həmin noutbuk oğurluq olmuş, o da həmin noutbuku polisə qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, təqsirləndirilən şəxs onun işlədiyi mağazaya bir qızla gəlmiş, həmin xanımın telefonunu almaq istədiyi üçün telefonda problem olub-olmadığını yoxlatdırmışdır. O da telefonu yoxlamış və heç bir problem olmadığını bildirmişdir. Sonra çıxıb getmişlər. Təqsirləndirilən şəxs axşam ona zəng edərərk sabah mağazaya gələcəyini və telefonunu almaq istədiyi xanıma hələlik işlətməsi üçün 100 manat dəyərində telefon alacağı barədə məlumat vermiş, o da gələ biləcəklərini bildirmişdir. Səhəri gün saat 13:00 radələrində ona zəng edərək ora gəldiklərini və telefonu hazırlamasını bildirmişdir. Özü həmin vaxt mağazada olmamış, lakin mağazada işləyən digər işçiyə zəng edərək bir nəfərin gələcəyini, ucuz telefon almaq istədiyini və həmin telefonu ona verməsini bildirmişdir. Həmin işçi də telefonu onlara vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 izahatında bildirmişdir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspetiza Mərkəzinin İqtisad ekspertizaları şöbəsinin aparıcı eksperti vəzifəsində çalışır, 2-ci dərəcəli ədliyyə qulluqçusudur. Nəsimi Rayon Polis İdarəsində istintaq olunan ********* saylı cinayət işi üzrə müstəntiq Cavad Həsənov tərəfindən xx.xx.2022-ci il tarixli qərarla ekspertiza təyin edilmiş və həmin qərarın icrası tərəfindən icra edilmişdir. Tədqiqat obyektləri təqdim edilmədiyindən qiymətləndirmə nəzəri qaydada aparılmış, qərarda qeyd olunan Zərərçəkmiş şəxs1 məxsus olan “İphone 12 mini 256 gb” markalı mobil telefonun 2022-ci il fevral ayına olan qiyməti 950 manat və ***-***-**-** GSM nömrənin qiyməti 4 manat təşkil etmiş, ümumilikdə 954 manat təşkil etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 məxsus “İphone 13 pro max 128 GB” markalı mobil telefonun qiyməti 2022-ci il fevral ayına olan qiyməti 1800 manat və ***-***-**-** GSM nömrənin qiyməti 4 manat təşkil etmiş və ümumilikdə 1804 manat təşkil etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs4 məxsus olan ev əşyaları 2022-ci il yanvar ayına görə qiyməti “LG” markalı 100 kv metr otaq üçün nəzərdə tutulmuş kondisioner 800 manat, 01 ədəd aspiratorun qiyməti 80 manat, “İmplus” firmasına məxsus qaz sobasının qiyməti 200 manat təşkil etmişdir. Qərarda qeyd olunan digər ev əşyalarının, yəni soyuducunun, televizorun, paltaryuyan maşının, “Saloğlu” firmasına məxsus çarpayının, yataq dəstinin dolabının nəzəri cəhətdən qiymətləndirilməsi mümkün olmamışdır. Bu səbəbdən vətəndaş Zərərçəkmiş şəxs4 ümumilikdə nə qədər maddi ziyan dəyməsini müəyyən etmək nəzəri cəhətdən mümkün olmamışdır. xx.xx.2022ci il tarixli ekspertiza nəticəsində tərtib olunmuş rəyin nəticə hissəsində digər 5 adda olan mallar haqqında ətraflı məlumat müəyyən edilir qeyd etmiş, lakin heç bir qiymətləndirmə göstərilməmişdir. Bununla bağlı həmin qeydin mexaniki olaraq səhv yazıldığını, digər 5 adda mallar haqqında ətraflı məlumat müəyyən edilmədiyindən nəzəri cəhətdən qiymətləndirilməsinin mümkün olmadığını, hal-hazırda qeyd etdiklərinin doğru olduğunu, xx.xx.2022-ci il tarixli 9\4549 saylı rəydə Ekspert qarşısında qoyulan suallar hissəsində və tədqiqatın nəticə hissəsində “Samsung Galaxy A10 s” markalı və “Samsung S10 plus” markalı mobil telefonların 2022-ci ilin may ayına olan qiymətlərini qeyd etmiş, lakin ekspertizanın keçirilməsi ilə bağlı olan qərarda həmin telefonların 2021-ci il may ayına olan qiymətlərinin müəyyən edilməsini bildirmişdir. Həmin tarixdə mexaniki səhv olduğunu, qeyd olunan qiymətlərin 2021-ci il may ayına aid olduğunu bildirmişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən şahid X6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs7 onun yeznəsidir və Salyan rayonunda yaşayır. xx.xx.2021-ci il tarixdə Firudin Sumqayıt maşın bazarına özünə maşın almaq üçün maşınlara baxmağa getmişdir. Həmin gün axşam Firudin evə gəlmiş və Sumqayıt bazarında “VAZ-21014” markalı maşın bəyəndiyini maşının qiymətinin isə 6300 manat olduğunu, lakin özünün 3000 manat pulu olduğunu bildirmişdir. Həmçinin, Firudin Sumqayıt bazarında Seydi adlı bir şəxslə tanış olduğunu və Seydi ilə şifahi razılığa gələrək sonuncunun həmin “VAZ-21014” markalı maşını almaq üçün Firudinə 3300 manat əl krediti verəcəyini və Firudin ona olan borcunu 15 ay müddətinə hər ay 350 manat ödəməklə geri qaytaracağını bildirmişdir. Firudin xx.xx.2021-ci il tarixdə Sumqayıt bazarında olarkən Seydiyə 500 manat beh pul vermiş, Seydi həmin behdən 100 manat maşının sahibi Fərid adlı şəxsə vermiş və səhəri gün maşını almaq üçün Seydiylə Binəqədi rayonunda yerləşən Baş Dövlət Polisi İdarəsində görüşmələri üçün razılaşmışlar. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Firudin ilə birlikdə Binəqədi rayonunda yerləşən Baş X20 İdarəsinin qarşısına gəlmiş, onlar orada Seydi və almaq istədikləri **-NP-*** dövlət qeydiyyat nişanlı “VAZ -21014” markalı maşının sahibi Fəridlə görüşmüşlər. Bu zaman Seydi vaxtın uzanmaması üçün onlara gedib maşını texniki baxışdan keçirmələrini, qalan 2500 manat pulu da ona verilməsini, onun da BDYPİ-nin içərisində olan tanışından 3300 manat pulu götürüb gələcəyini bildirmişdir. Firudin Seydiyə 2500 manat pulu Fəridin yanında vermiş, özləri isə maşını texniki baxışa salmışlar, təxminən 20 dəqiqə keçdikdən sonra Seydinin gəlmədiyini görərək Firudin ilə birlikdə Seydinin istifadəsində olan ***-***- **-** nömrəsinə dəfələrlə zəng etsələr də ilkin olaraq mobil nömrənin məşğul olduğunu göstərmiş, sonradan isə nömrəyə zəng çatmamışdır. Bu zaman onlar artıq anlamışlar ki, Seydi Firudini aldatmış və onun pulunu mənimsəmişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2021-ci ilin sentyabr ayında tanış olmuşlar, onunla sevgili münasibətində olduğu vaxtlar Seydi ilə birlikdə Yasamal rayonunda yaşamışlar. Daha sonra Abşeron rayonunda Qəsr MTK-da birlikdə yaşamışlar. Təqsirləndirilən şəxs həmişə maşın alış-verişi ilə məşğul olduğunu bildirmişdir. Təxminən dekabr ayında polis əməkdaşları Seydini axtarmaq üçün yaşadıqları evə gəlmişlər, onlar Seydinin yerini soruşmuşlar, o, isə onun hal-hazırda harada olmasını bilmədiyini qeyd etmiş, bundan sonra polis əməkdaşları ilə birlikdə 22-ci Polis Şöbəsinə getmiş və orada izahat verərək bir müddət Seydi ilə yaşadıqdan sonra ondan ayrılmış, evdən köçəndə evdəki əşyalarınıda götürmüş, həmçinin evdən çıxan zaman əşyalarını götürdükdə evdə qara rəngli sumkanın içində bəzi şəxslərə məxsus şəxsiyyət vəsiqələri və digər sənədlər aşkar edərək götürmüş, 22-ci Polis Şöbəsində təhqiqatçıya təhvil vermişdir. Bütün bunlardan sonra Seydi ilə əlaqəsini kəsmişvə Təqsirləndirilən şəxs cinayət əməllərindən xəbərinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs hər hansı bir hədiyyə, telefon, ona heç bir şey verməmişdir. Seydinin ondan 1000 manat borc almış və qaytaracağını söz vermiş, lakin Seydi ona olan 1000 manat borcunu hələ də qaytarmamışdır. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, ifadəsində göstərmişdir ki, Seydi ilə təxminən 2021-ci sentyabr ayından münasibət qurmuş və onunla sevgili münasibətində olmuşdur. Seydinin maşın alveri ilə məşğul olduğunu bilmişdir. 15 dekabr 2021-ci il tarixdə Seydi ona zəng edərək onunla birlikdə evə getməsini təklif etmiş, o da onunla razılaşmış və Seydi ilə birlikdə onun sürdüyü ağ “Hyundai” markalı maşınla Abşeron rayonunda yerləşən “Qəsr” yaşayış kompleksindəki evinə getmişlər. Evdə olan zaman bəzi qadın paltarları görmüş və Seydidən paltarların kimə məxsus olmasını soruşduqda dostunun sevgilisinə məxsus olduğunu bildirmişdir. Həmçinin, o evdə Kənan adlı şəxsə məxsus şəxsiyyət vəsiqəsi də aşkar etdikdə onun kimə məxsus olması barədə hər hansı bir sual verməmişdir. Seydi ilə təxminən 2-3 saat evdə qalmış, sonra taksi ilə öz evinə qayıtmışdır. Seydinin cinayət əməlləri törətməsi barədə heç bir məlumatı olmadığını bildirmişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, ifadəsində göstərmişdir ki, 2021-ci ilin dekabr ayında anası Şahid14 Faiq qızının adına olan ünvan 16 ünvanında yerləşən mənzili anası Zərərçəkmiş şəxs14 aylıq 400 manata kirayə vermişdir. Həmin vaxt anası Şahid14 Zərərçəkmiş şəxs14 ilə aralarında icarə müqaviləsi bağlamışdır. xx.xx.2021-ci il tarixdə təxminən saat 12:00 radələrində anası Svetlana ünvan 17 ünvanında yerləşən mənzilə gedərək qapını açdıqdan sonra mənzilin içərisində olan əşyaların, yəni 1 ədəd plazma televizorun, 1 ədəd “LG” markalı kondisionerin, 1 ədəd soyuducunun, 1 ədəd paltaryuyan maşının, 1 ədəd qaz sobasının, 1 ədəd aspiratorun, 1 ədəd yataq dəstinin, 1 ədəd dolabın oğurlanmasını aşkar etmişdir. Anası bununla bağlı ona məlumat vermiş, o da baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonra o, Polis Bölməsinə gedərək Zərərçəkmiş şəxs14 şəxsiyyət vəsiqəsinin surətini polis əməkdaşlarına təqdim etmiş, onlar da həmin şəxsin qeydiyyatda olduğu Ağsu rayonu, Bico kəndinin icra nümayəndəsi ilə əlaqə saxlayaraq Məhəmmədin mobil nömrəsini almışlar. Bundan sonra həmin şəxslə yəni Məhəmməd ilə mobil telefon əlaqəsi yaradılmış və danışan zaman sonuncu, onun şəxsiyyət vəsiqəsinin 5 ay öncə itirdiyini və onunla bir neçə polis əməkdaşının daha əvvəl əlaqə quraraq cinayət törətməsi barədə məlumat verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs14 polis orqanlarına getmiş və polis bölməsində araşdırma zamanı hadisəni törədənin və hal-hazırda Binəqədi RPİ-nin İstintaq Şöbəsində cinayət törətdiyi üçün axtarışda olan və ona oxşadığı üçün onun şəxsiyyət vəsiqəsi ilə cinayətlər törədən xx.xx.1994-cü il tarixdə ünvan 18 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Evdəki əşyalar və oğurlanan əşyalar bacısı Ləman Qafarovaya aid cehiz əşyaları olmuşdur. İş materiallarında olan: - “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulması” haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, tutulan təqdirdə Binəqədi RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır (İİ cildi.v. 23-24); - Binəqədi RPİ-nin 6-cı PB-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, barəsində 41327 nömrəli axtarış işi açılmış Təqsirləndirilən şəxs həmin tarixdə Binəqədi RPİ-nin MSY-nə təhvil verilmişdir. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-410/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən hesablanmaqla 01 (bir) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (İİİ cild i.v. 52-56); - xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin müqayisəli tədiqiqatı əsasında Kriminalistik Tədqiqatlar İdarəsinin məktubundan görünür ki, Yasamal RPİ-nin xx.xx.2022-ci il tarixli, 091-8506-1222 nömrəli məktub vasitəsilə xx.xx.2022-ci il tarixdə Bakı şəhər, Yasamal rayonu, İ. Səfərli küçəsi 14də vətədaş Zərərçəkmiş şəxs18 Noruz oğluna məxsus “Honda” markalı **-LH-*** dövlət nömrə nişanlı avtomaşında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2022-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Təqdim edilmiş əl izləri DİN-nin KTİ-nin ADİS-nin məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində 01 ədəd əl-barmaq izi (ADİS-nin məlumat bankına Nizami RPİ, Sumqayıt ŞPİ və BİT-dən daxil olmuş) xx.xx.1994-cü ildə Şəki rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük barmağının əksi ilə eynilik müəyyən edilmişdir (İV cild i.v. 25-28); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1443 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopat, cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməllər dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Ünsiyyətçillik, hövsələsizlik, qıcığa qarşı həssaslıq, özünə qarşı hörmət tələb etmək, inadkarlıq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (V cild i.v. 20-23); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/3637 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində Respublikada yerləşən ticarət məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərə və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin yanvar-fevral aylarına olan orta bazar qiyməti təxminən, 2019-cu il istehsalı olan “İphone” markalı “12 mini” modelli 256 GB yaddaşlı qırmızı rəngli mobil telefon 950 manat, 2021-ci ilin dekabr ayında zərər çəkmiş şəxs tərəfindən alınmış olan “İphone” markalı “13 Promax” modelli 128 GB yaddaşlı qırmızı rəngli mobil telefon aparatı 1800 manat, ***-***-**-** saylı GSM mobil nömrə 4 manat , ***- ***-**-** saylı GSM mobil nömrə 4 manat , LG markalı təxminən 100 kv metr otaq üçün nəzərə tutulmuş 2014-cü ildə alınmış kondisioner 800 manat, 01 ədəd 2014-cü il tarixdə 200 manata alınmış aspirator 80 manat, 01 ədəd 2014-cü il tarixdə 500 manata alınmış implus firmasına məxsus qaz sobası 200 manat müəyyən edilir. Ekspertiza təyini haqqında qərarda göstərilən 6 adda malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin yanvar-fevral aylarına olan orta bazar qiyməti təxminən 3838 manat , digər 5 adda mallar haqqında ətraflı məlumat ( markası, modeli, istehsal ili, ölçüsü və s.) müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (V cild i.v. 42- 45); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/3522 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “HP” markalı, “EliteBook x *** **** G4” modelli, İntel Core İ5 vPro 8th Gen prosessoru olan notebook cərəyan qidalandırıcısı ilə birlikdə istifadə olunması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 1500 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (V cild i.v. 39-41); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/4549 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində ekspertiza təyini haqqında qərarda göstərilən mobil telefonların satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin may ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən olunur: 01 ədəd 2020-ci ilin istehsalı olan “Samsung Galaxy A10 s” markalı, 2 ram , 32GB modelli mobil telefon – 180 manat, 01 ədəd 2020-ci il istehsallı olan “Samsung S10 plus “ markalı , 8 ram , 128 GB olan boz rəngli mobil telefon - 450 manat. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (V cild i.v. 174-178); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/4311 nömrəli rəyindən görünür ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən təxminən aşağıdakı kimi müəyyən edilir: 01 ədəd ağ rəngli 2019-cu il istehsalı olan “İphone” markalı “11” model , 64 GB modelli mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla-850 manat, ***-***-**-** saylı GSM nömrə - 4 manat. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (V cild i.v. 170-173); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/4308 nömrəli rəyindən görünür ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən 01 ədəd göy rəngli, “İphone” markalı “ 12 mini “ model 128 GB yaddaş tutumlu mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 950 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (V cild i.v. 167-169); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/4310 nömrəli rəyindən görünür ki, analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarda və protokolun surətində göstərilən 12 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2290 manat müəyyən olunur. Digər qərarın təsviri hissəsində göstərilən mühərrik örtüyünün cəftəsi haqqında kifayət qədər məlumat (markası, modeli, istehsal yeri, əmtəə görünüşü, texniki göstəriciləri və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (V cild i.v. 163- 166); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 09 ay müddətə islah işləri cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.24-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 69.4-cü maddəsinə əsasən üzərində qəti olaraq 1500 manat cərimə cəzası saxlanılmış, xx.xx.2017-ci il tarixdə cəriməni tam ödədiyi üçün şöbənin qeydiyyatından çıxarılmışdır (İ cild i.v. 207-208); Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (qulruğo) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. şıyaşaY“ sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.2-ci maddəsi bu əməlin təkrar törədilməsinə, həmin Məcəllənin 177.2.3-1-ci maddəsi eyni əməllərin elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədilməsinə, həmin Məcəllənin 177.2.4-cü maddəsi isə xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə, həmin Məcəllənin 178.2.2-ci maddəsi bu əməlin təkrar törədilməsinə, həmin Məcəllənin 178.2.4-cü maddəsi isə xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi Dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talamaya görə məsuliyyət yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 məxsus əşyalardan qaz sobası, aspiratoru, yataq dəstinin dolabını oğurlamaması, Zərərçəkmiş şəxs18 Noruz oğluna məxsus bank kartından istifadə etməməsi, həmçinin, Zərərçəkmiş şəxs11 məxsus şəxsiyyət vəsiqəsi ilə onun iştirakı ilə avtomobil icarəyə götürməsi barədə vermiş olduğu ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, həmçinin işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlara, onların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4, 178.2.2, 178.2.4 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4, 178.2.2, 178.2.4 və 326.2-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun əməlindən peşman olmasını və dəymiş ziyanı qismən ödəməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4, 178.2.2, 178.2.4 və 326.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar, habelə cəzanın fərdiləşməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 13 aprel 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “HP” markalı noutbukun, “EliteBook x 360 1030” modelli, İntel Core 15 vPro 8th Gen prosessoru olan noutbukun cərəyan qidalandırıcı ilə birlikdə saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs18 təhvil verilməsi nəzərə alınmalı və cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – ümumilikdə 300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2 və 179.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalı və hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 izah edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4, 178.2.2, 178.2.4 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 177.2.2, 177.2.3-1, 177.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına və həmin Məcəllənin 326.2-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “HP” markalı noutbukun, “EliteBook x 360 1030” modelli, İntel Core 15 vPro 8th Gen prosessoru olan noutbukun cərəyan qidalandırıcı ilə birlikdə saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs18 təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – ümumilikdə 300 (üç yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Zərər çəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) Zərərçəkmiş şəxs4 İlqar qızının mülki iddiası baxılmamış saxlanılsın və ona hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-11/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-11/2023
28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver