Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-11/2024 22.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Xüsusi ittihamçı X8 və onun nümayəndəsi və vəkili Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X5, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X16 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1966-cı il tarixdə Şəmkir rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında faktiki yaşayan, ali təhsilli, işləməyən X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, Məlahət Quliyeva xx.xx.2021-ci ildən hal-hazıradək olan müddətdə Oqtay Mahmudovu ağır və xüsusilə ağır cinayətlərdə ittiham etmiş, guya ki, ona qarşı külli miqdarda dələduzluq etməsi, sonradan işdən çıxarılmış Akif Çovdarov və MTN-nin digər əməkdaşları vasitəsilə ondan rüşvət alması, Məlahət Quliyevanı və iki uşağını öldürəcəyi barədə müxtəlif dövlət orqanlarına və hüquq-mühafizə orqanlarına müraciətlər etmiş, idarə və təşkilatlarda vətəndaşların çoxluq təşkil etdiyi ərazilərdə Oqtay Mahmudovun qarşısını kəsərək nalayiq və həqiqətə uyğun olmayan sözlər işlətmişdir. Külli məbləğdə dələduzluq etmək, rüşvət almaq, adam öldürməsi ilə bağlı hədə-qorxu gəlmək - ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Belə ki, Məlahət Quliyeva Azərbaycan Respublikasının Baş Prokuroruna, Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəisinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizənin məzmununda qeyd etmişdir ki, “Oqtay Mahmudov ona hədə-qorxu gəlirdi ki, ya mənim olmalısan, yada qara torpağın, mənimlə münasibət qurmalısan, səni və uşaqlarını öldürəcəm. Oqtay qardaşı X17 ilə əlbir olaraq ona məxsus aptekə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları yoxlama aparmaq adı altında gəlmiş, onu Milli Təhlükəsizlik Nazirliyinə aparmış, orada onu Akif Çovdarov qəbul eləmiş, ona bildirmişlər ki, səni tutduracam və sən həbs olunacaqsan. Oqtay və qardaşı Eldar Mahmudovlar ona bildirmişlər ki, quldur başçısı A.Çovdarov 15000 ABŞ dolları tələb edir, əks təqdirdə səni həbs edəcəklər. Mən məcbur olub həmin pulu Eldar Mahmudova verdim. Bundan sonra mənim qara günlərim başladı. Onlar mənə bildirdilər ki, hər 6 aydan bir 15000 ABŞ dolları Akif Çovdarova pul verməlisən. X26 tutulana qədər mən hər 6 aydan bir 15000 ABŞ dolları Oqtaya və Eldara pul vermək məcburiyyətində qaldım. Beləliklə Oqtay və Eldar Mahmudovların məkrli niyyətlərinin həyata keçirməsi nəticəsində mənə 400000 ABŞ dolları ziyan vurmuşlar. Mən əlimdən çıxan pulları Oqtay və Eldarın məni aldatdıqlarını hiss edib, pulların mənə qaytarılmasını tələb etdim. Əks halda məni və övladlarımı öldürməklə hədə-qorxu gəldilər. Hal-hazırda mənim və övladlarımın həyatı təhlükədə olduğu üçün sizdən xahiş edirəm bizim ailəni nəzarətdə saxlayasınız. Mənə dəymiş ziyanı və bu dələduzlardan mənim canımı qurtarmaqda mənə köməklik edəsiniz. Xahiş edirəm məni qəbul edəsiniz”. Eyni zamanda Məlahət Quliyeva 2021-ci ilin iyun ayında şikayət ərizəsi ilə Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət etmiş, bir müddət araşdırma aparıldıqdan sonra Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin təhqiqatçısı xx.xx.2021-ci il tarixli qərar ilə M.Quliyevanın müraciəti əsasında toplanmış materialı Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə göndərmişdir. Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin təhqiqatçısı Seydi Quliyev tərəfindən müvafiq araşdırma aparılmış, sonda xx.xx.2021-ci il tarixli cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qərarın sonuncu vərəqində qeyd edilmişdir ki, araşdırma zamanı Eldar Mahmudov və qardaşı X23 Quliyevanın və onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumat yayma və ya onların əmlaklarını tələb etmə hədəsi ilə özgə əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməklə hədə-qorxu ilə tələb etmələri öz təsdiqini tapmamışdır. Belə olan halda, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilməlidir. Məlahət Quliyeva qeyd olunan qərarın ləğvi barədə Nəsimi rayon Prokurorluğuna şikayət etmiş, Prokurorluğun xx.xx.2021-ci il tarixli qərarı ilə material əlavə yoxlama aparılması üçün geri qaytarılmışdır. Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin təhqiqatçısı Seydi Quliyev tərəfindən yenidən müvafiq araşdırma aparılmış, sonda xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məlahət Quliyeva qeyd olunan qərarın ləğvi barədə Nəsimi rayon Prokurorluğuna şikayət etmiş, Prokurorluğun xx.xx.2021-ci il tarixli qərarı ilə material əlavə yoxlama aparılması üçün təkrarən geri qaytarılmışdır. Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin təhqiqatçısı Seydi Quliyev tərəfindən yenidən müvafiq araşdırma aparılmış, sonda xx.xx.2021-ci il tarixli cinayət işinin rədd edilməsi barədə yeni qərar qəbul edilmişdir. Məlahət Quliyeva qeyd olunan qərarın ləğvi barədə Nəsimi rayon Prokurorluğuna şikayət etmiş, Prokurorluğun xx.xx.2022-ci il tarixli qərarı ilə material əlavə yoxlama aparılması üçün Nəsimi rayon Polis İdarəsinin istintaq Şöbəsinə qaytarılmışdır. Bu dəfə Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Ramal Şahmarov tərəfindən müvafiq araşdırma aparılmış, sonda xx.xx.2022-ci il tarixli qərar ilə cinayət işinin başlanılması rədd edilmiş, qərarda qeyd edilmişdir ki, toplanmış material üzrə cinayət hadisəsi yoxdur. Məlahət Quliyeva qeyd olunan qərarın ləğvi barədə Nəsimi rayon Prokurorluğuna şikayət etmiş, Prokurorluğun xx.xx.2022-ci il tarixli qərarı ilə material əlavə yoxlama aparılması üçün Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təkrarən qaytarılmışdır. Bu dəfə Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin digər müstəntiqi Rəşad İsmayılzadə tərəfindən müvafiq araşdırma aparılmış, sonda xx.xx.2022-ci il tarixli qərar ilə cinayət işinin başlanılması rədd edilmiş, qərarda qeyd edilmişdir ki, toplanmış material üzrə CPM-nin 39.1-ci maddəsinə əsasən xitam verilməlidir. Bundan əlavə, Məlahət Quliyeva polis idarə və bölmələrindəki izahatlarında bildirmişdir ki, 1998-ci ilin əvvəllərindən xx.xx.2021-ci ilədək Bakı şəhərində 6 aptek işlətmiş, Oqtay Mahmudov ilə 1997-ci ilin oktyabr ayından tanış olmuş, Oqtay işsiz, imkansız şəxs olmuş və bir köhnə maşını olmuşdur. .... Oqtay onun subay və imkanlı xanım olduğunu görüb sonuncu həm hədə-qorxu qisməndə şirin dilə tutaraq onun həyatına daxil olmuşdur. ... 2005 və ya 2006-cı ildə qış aylarında H.Əliyev küçəsindəki aptekində qəfil yoxlama olmuş, yoxlamanı Səlim və Azər adlı MTN işçiləri aparmış, dərhal bu məsələyə Oqtayın qardaşı Eldar Mahmudov qarışmış, onu general Akif Çovdarovun qəbuluna aparmışlar. Bu görüşlər sonrası onun ya həbs olunacağı, yada 15000 ABŞ dolları verəcəyini bildirmişlər. O məcbur qalıb həmin məbləği verməli olmuşdur. Bu azmış kimi, X27 Mahmudovu yaşadığı, işlədiyi və getdiyi ünvanlarda izləməyə başlamış və qarşılaşdığı anda onu təhqir etməyə və hörmətdən salan aşağılayıcı hərəkətlər etməyə başlamışdır. “OMD” klinikası üzrə üzbəüz fəaliyyət göstərən “Məryəm” biznes plazada dostları ilə söhbət edərkən, plazanın mühafizə əməkdaşı 2 nəfərin onu gözləməsi barədə məlumat vermiş, həmin vaxt Məlahət Quliyeva yenidən yüksək tonla səs-küy salaraq Eldar Mahmudovu və onun yaxınlarını təhqir etməyə və ağır cinayətlərdə ittiham etməyə başlamış, şirkətin iş rejimini pozmuş, bu barədə mühafizə əməkdaşları aktlaşdırma aparmış və qadını sakitləşdirərək ərazini tərk etməsini tələb etmişlər. Mühafizəçilərin polisə müraciət edəcəklərindən ehtiyatlanan Məlahət Quliyeva dərhal həmin ərazini tərk etmişdir. Eləcə də, X27 Mahmudov ilə ortaq tanışlıqları olan şəxsləri Oqtay Mahmudovun əleyhinə izahat verməsi və onunla birlikdə dövlət orqanlarına şikayət etməyə cəlb etməyə çalışmışdır. Bununla da, X27 Mahmudovu ağır cinayət törətməkdə ittiham etmiş, Oqtay Mahmudova böhtan və şər atılmış, şərəf və ləyaqətini alçatmışdır. Məlahət Quliyevanın həqiqətə uyğun olmayan, yalan məlumatları onu cəmiyyət arasında rüsvay etmiş, M.X14 barəsində söylədikləri yalanlar sonuncunun şərəf və ləyaqətini alçaltmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Maddi hüquq normasının tələbindən müəyyən olunur ki, məlumatı yayan şəxs həmin məlumatın həqiqətə uyğun olmasını sübut etmək vəzifəsi daşıyır. Məlumat əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə isə yayılmış hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma - cinayət hesab olunur və həmin əməli törtməyə görə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 148-ci maddəsinə görə, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma – min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş böhtan cinayəti üzrə şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Həmin cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmunun nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəviəxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, ilk növbədə isə zərərçəkmiş şəxs müəyyən edir. Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətində mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) özündə nüfuzdan salan hərəktlərlə xarakterizə olunur. Şərəf-cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqətşəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz - şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Hər kəsin şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx bağlı olan mənəvi-əxlaqi-sosial dəyərlər olduğuna görə dövlət tərəfindən müdafiə olunur. Vətəndaşın şərəfi, ləyaqəti və nüfuzu mülki və cinayət qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999-cu il 7 saylı qərarına görə, yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirmə başa düşülür. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal-təsərrüfat xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Bundan əlavə, 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, 1966-cı il «Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Parktda»da və Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində göstərilmişdir ki, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. «İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 10-cu maddəsi tamamilə, hətta ciddi ictimai narahatlıq doğuran məsələlərin mətbuatda əks olunmasına gəldikdə belə, məhdudiyyətsiz ifadə azadlığını təmin etmir. Maddənin 2-ci hissəsinə görə bu azadlığın həyata keçirilməsi həmçinin mətbuata tətbiq olunan «vəzifə və öhdəliklər» doğurur. Bu işdə olduğu kimi, digər şəxslərin hüquqlarının pozulduğu hallarda bu «vəzifə və öhdəliklər» əhəmiyyət kəsb etməyə başlayır. Qeyd edilməlidir ki, xüsusi ittihamı irəli sürmüş şəxslərin öz şərəfinə və nüfuzunun qorunmasına hüququ həm Milli, həm də Beynəlxalq aktlarla təmin olunmuşdur. Həmçinin, Konvensiyanın 6.2-ci maddəsinə görə, şəxslərin hər hansı cinayət əməli törətməkdə təqsiri sübut olunana qədər təqsirsiz hesab edilmək hüququnun olması Məhkəmənin həyata keçirməli olduğu çəkişən maraqların tarazlaşdırılması üçün əhəmiyyətli faktdır. İfadə etmək azadlığının həyata keçirilməsinə xas olan «vəzifə və öhdəliklər səbəbindən» Konvensiyanın 10-cu maddəsi ilə ümumi maraq kəsb edən məsələlər barədə məlumat yaymaqla bağlı jurnalistlərə verilən təminat jurnalist etikasına uyğun olaraq dəqiq və etibarlı məlumat təqdim etmək üçün vicdanla hərəkət etmək şərtinə tabe olur. «İnsan Hüquqları və Əsas azadlıqların Müdafiəsi Haqqında» 1950-ci il Avropa Konvensiyasının 10-cu maddəsində nəzərdə tutulmuş söz azadlığı (ifadə vermək hüququ) ilə əlaqədar Avropa Məhkəməsini təcrübəsində 10-cu maddədə işlədilən “ifadə” anlayışına genişləndirici təsvir verilir. Göründüyü kimi, Məlahət Quliyeva bilə-bilə Oqtay Mahmudov barəsində yalan məlumatlar yayaraq ona ağır cinayətlər törətməkdə böhtan atmış, onu cəmiyyət arasında nüfuzdan salmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 46cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyasının hər kəsin şərəf və ayaqətinin müdafiə hüququna da təminat nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin tələbinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən müəyyən olunmuş presedent hüququna görə faktlar və qiymətləndirici mülahizələrin diqqətlə fərqləndirilməsinə ehtiyac var. Faktların mövcudluğu nümayiş etdirilə bildiyi halda qiymətləndirici mülahizənin həqiqiliyi sübut oluna bilən deyil (bax, Lingens v. Austria, judgment of 8 July 1986, Series A no. 103, p. 28/46). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələbinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 351.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. AR CPM-nin 37.2-ci maddəsinə görə, Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, aşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı səxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Göründüyü kimi, şikayətə əlavə edilmiş Məlahət Quliyevanın xx.xx.2021-ci il tarixli ərizəsi, eləcə də, cinayət işinin başlanılmasınm rədd edilməsi barədə qərarlarla X3 qarşı ağır cinayət törətməkdə ittiham etməsi və irəli sürülən ittihamların sonda öz təsdiqini tapmaması bir daha sübut edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 saylı qərarında qeyd edilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərdə səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilərək, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Həmin qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyasında da fikir və söz azadlığı kimi, hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna eyni qaydada təminat nəzərdə tutmuşdur. X27 Mahmudovun getdiyi təşkilatlarda, piyada hərəkət etdiyi küçədə, əhalinin gur yerində sonuncuya yaxınlaşaraq ucadan nalayiq sözlər demiş, onu ağır cinayətdə ittiham etmiş, eləcə də, Oqtay Mahmudovu nüfuzdan salan hərəkətlər etmişdir. Habelə, X27 Mahmudovu nüfuzdan salan hərəkətlərinə dəstək verilməsi üçün bir sıra şəxsləri də cəlb etməyə çalışmışdır ki, bu barədə onun “Whatsapp” səs yazısını da məhkəmə iclasında təqdim edir. Məlahət Quliyeva Bakı şəhərinin Nizami rayonunda yaşasa da, istinad olunan cinayət əməlini Bakı şəhərinin Nəsimi rayonunda törətmiş, həqiqətə uyğun olmayan məlumatlar və ərizələr Bakı şəhərinin Nəsimi rayonu ərazisində araşdırldığına görə, xüsusi ittiham qaydasında şikayətə də məhz Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X16 ifadəsində göstərmişdir ki, o, şikayət ərizəsində göstərilənləri müdafiə edərək, Məlahət Quliyeva onun barəsində 2021-ci ilin əvvəllərindən başlayaraq mütəmadi qaydada müxtəlif dövlət orqanlarına müarciətlər etmiş, onun müraciətləri Azərbaycan Respublikasının Baş prokurorluğu, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi tərəfindən araşdırılmış, sonda isə məhkəməyə təqdim etdiyi qərarlarla göstərdiyi xüsusatların öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Bundan başqa, adı çəkilən şəxs müxtəlif yerlərdə onu izləməyə başlamış, getdiyi ünvanlara arxasınca gəlmiş və olduğu müəssisə və təşkilatlarda qarşısını kəsərək nalayiq sözlərlə təhqir etmişdir. Sonuncu dəfə 2022-ci ilin dekabr ayında “Məryəm Plaza” Biznes Mərkəzində onun barəsində həqiqətə uyğun olmayan məlumatlar deyərək, mərkəzin fəaliyyətini pozmuş və oradakı şəxslərə onu “dələduz” kimi təqdim etməyə başlamışdır. Belə ki, o, 2022-ci ilin dekabr ayında işi ilə bağlı “Məryəm Plaza” Biznes Mərkəzinə getmişdir. Həmin gün Məlahət Quliyeva şəhərdə təsadüfən onu gördükdən sonra izləyərək biznes mərkəzinə gəlmişdir. Binaya daxil olaraq binanın birinci mərtəbəsində “Oqtay dələduzdur, mənə pul borcludur” deyə qışqırmağa başlamış, onun və Şahid1 barəsində xoşagəlməz ifadələr işlətmişdir. O, biznes mərkəzində olarkən işçilərdən biri ona bildirmişdir ki, aşağıda bir xanım sizin adınızı çəkir. O, aşağı düşüb Məlahət xanıma belə olmaz və sakit olmasını bildirdikdən sonra yuxarı qalxmışdır. Amma Məlahət xanım öz hərəkətlərinə davam etmişdir. Axırda polis çağırmış, ondan sonra Məlahət xanım çıxıb getmişdir. Göstərilənləri nəzərə alaraq X5 Azərbaycan Respublikası CM-nin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X11 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, həqiqətən X16 onun etibarından suiistifadə edərək ona külli miqdarda zərər vurmuşdur. Sonradan ölkəni tərk etmişdir. Bununla bağlı xx.xx.2021-ci ildə Respublika Prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Müraciət baxılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilmişdir. Ərizədə qeyd edildiyi kimi, toplanmış materiallar 19-cu Polis Bölməsinə göndərilmişdir. Polis bölməsində üç dəfə, Polis İdarəsində isə iki dəfə cinayət işinin başlanılması rədd edilməsi barədə qərar qəbul edilsə də, hər dəfə istintaqa prosessual rəhbərliyi həyata keçirən prokuror həmin qərarları ləğv etmişdir. Toplanmış materiallarda X8 cinayət əməlinin olmasını təsdiq edən xeyli faktlar və şahidlər var. İstintaqa təqdim edilmiş səs yazısında Oqtay Mahmudov ondan 100.000 (bir yüz min) manatı almasını təsdiq edir. Səs yazısında həmçinin Oqtay Mahmudov qardaşı, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Eldar Mahmudovun isə 15000 (on beş min) ABŞ dollarını alıb MTN-də müəyyən şəxslərə verməsini təsdiq etmişdir. Hüquq mühafizə orqanlarına ünvanladığı ərizəsində qeyd etdiyi kimi, bu hal sonradan hər 6 aydan bir davam etmişdir (hər iki səs yazısı olan disk ərizəyə əlavə edilir). İstintaq hərəkətləri aparılan zaman heç vaxt Mahmudov Oqtay ifadə verməmişdir. Hər dəfə istintaqı aparan şəxslər onun ölkədə olmadığını bildirimişlər. Cinayət məcəlləsinin 147-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli şəxsin barəsində olan böhtan (147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma, 147.2. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci maddələri ilə nəzərdə tutulmuş təhqir (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) yayıldığı zaman cinayət əməli sayılır. Ərizədən də görünür ki, ərizəçinin böhtan və təhqir hesab etdiyi materiallar kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayılmamışdır. Bunu bilən şikayətçi guya onu izləməsi və “Məryəm plaza”da dostları ilə birlikdə söhbət edərkən onu təhqir etdiyini bildirir. Lakin bunun nə zaman baş verməsini qeyd etmir. O, Oqtay Mahmudovu dediyi yerdə bir dəfə təsadüfən görmüş, bir qədər söhbətləşdikdən sonra ona bildirmişdir ki, yuxarı qalxıb düşür, xeyli gözlədikdən sonra gəlmədiyi üçün çıxıb getmişdir. Onun qeyd etdiyi kimi, həmin yerdə qalmaqal baş versə idi, mütləq hüquq mühafizə orqanlarına məlumat verilərdi. Mahmudov Oqtayın qeyd etdiyi kimi olay baş versə idi, həmin hadisə Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə ehtiva olunardı. Və ərazidəki kamera görüntüləri ilə sübut olunardı. Demək belə hadisə olmamış, sadəcə məhkəmədə xüsusi ittihamı keçirmək üçün bu versiya irəli sürülmüşdür. Hətta ərizədə bildirdiyi kimi, onun şərəf və ləyaqətini alçaldan sözlər işlətsəydi belə, həmin sözün nədən ibarət olmasını, şərəf və ləyaqəti nə dərəcədə alçaldan söz olması qeyd olunardı. Ərizəçi dediyi materialların Cinayət məcəlləsinin 147 və 148-ci maddələrinin dispozisiyasına düşmədiyini bildiyi üçün Ali Məhkəmə plenumunun 21 fevral 2014-cü il tarixli qərarına istinad edir, “məktub, əizə və şikayətlərdə göstərilərək, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər” ifadəsini əsas gətirir. Amma bu yayıldığı halda cinayət əməli hesab olunur. Göstərilənləri nəzərə alaraq X12 təhqir etmədiyindən və ona böhtan atmadığından, əməllərində hər hansı cinayətin tərkibi olmadığından ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Oqtay Mahmudovu uşaqlıqdan tanıyır, Məlahət Quliyevanı ilə təxminən 20 il bundan əvvəl görmüşdür. 5 il bundan əvvəl də bir-iki dəfə telefonla zəng etmişdir. Onunla heç bir qərəzi yoxdur. O, auditor şirkətinin direktorudur və həmin şirkətin ofisi “Məryəm Plaza” Biznes Mərkəzində yerləşir. 2022-ci ilin dekabr ayının əvvəlində, təxminən ayın 5-10 arası Oqtay onun ofisinə gəlmişdir. Hardasa yarım saat keçəndən sonra bir nəfər gəlib burda Oqtay adlı şəxsin olub-olmadığını soruşmuşdur. O da bəli cavabı verdikdən sonra onu çağırmasını söyləmişdir. Oqtay 10-15 dəqiqədən sonra aşağı düşmüşdür. Ondan məsələnin nə olduğunu soruşduqda, Məlahət xanımın gəldiyini və onunla mübahisə etdiyini bildirmişdir. O, Oqtaya demişdir ki, “bura yeri deyil, mənim nüfuzuma xələl gətirmək lazım deyil, çıx get”. Məlahət xanım ora bir nəfərlə gəlmişdir. Məlahət xanım onun və Oqtayın barəsində təhqiredici sözlər deməyə başlamış, dediyi söz isə “dələduzdurlar” sözü olmuşdur. Oqtaya gedib problemini özünün həll etməsini demişdir. Oqtay aşağı düşdükdən bir qədər sonra gələrək gödəkçəsini götürüb getmişdir. Elə bilmişdir ki, ikisi bir yerdə getmişlər. Sonra səslər eşitmiş, aşağı düşəndə demişlər ki, Oqtay qaçmışdır. Mühafizəçi İlham 102 xidmətinə zəng etməsini bildirdikdən sonra Məlahət xanım və yanındakı şəxs də getmişdir. Biznes mərkəzinin hər yerində kamera var, lakin onun şikayət vermək fikri olmadığı üçün kamera görüntülərini götürməmişdir. Bundan sonra onlar hadisəni aktlaşdırmaq qərarına gəlmişlər. Həmin aktın bir nüsxəsi onda, bir nüsxəsi mühafizəçidə, bir nüsxəsi də aktı imzalayan digər şəxslərdə olmuşdur. Onlar aktı tərtib edəndə Məlahət xanım və Oqtay orada olmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, fərdi sahibkardır və “Məryəm Plaza” Biznes Mərkəzində ofisi vardır. X6 və X12 şəxsən tanımır. Məlahət xanımı “Məryəm Plaza” Biznes Mərkəzində görmüş, mərkəzin birinci mərtəbəsində səs-küy salmışdır. O, ofisində müştəri ilə söhbət edərkən, səs-küy eşitmiş və nə məsələ olduğunu aydınlaşdırmaq üçün aşağı düşmüşdür. Səs-küy salan xanım demişdir ki, kimsə ona pul borcludur, buna görə də nalayiq ifadələr (vicdansız, oğraş və s.) işlətmiş, yanında da bir nəfər kişi olmuşdur. İlk öncə səs-küydən işləyə bilmədiklərini daha sonra xanımın yanındakı kişiyə xanımı götürüb aparmasını bildirdikdə o da əksinə ona kobud cavab vermişdir. Bir qədər sonra onlar çıxıb getmişlər. Hadisə təxminən 40-50 dəqiqə çəkmişdir. Həmin gün yerində akt tərtib etmişlər. Aktı o, Şahid1 və mühafizəçi tərtib etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Məlahət Quliyevanı bir dəfə təxminən bir il bundan əvvəl işlədiyi “Məryəm Plaza” Biznes Mərkəzinə gələn zaman görmüşdür. Xanım mərkəzin birinci mərtəbəsində qışqıraraq Oqtay adlı şəxsin ünvanına nalayiq ifadələr (oğraş, it oğlu və s.) işlətməklə onun “dələduz” olmasını da bildirmişdir. Yaxınlaşıb nə baş verdiyini soruşan zaman bura bir nəfərin girdiyini və bayaqdan onu izlədiyini bildirmişdir. Oqtay adlı şəxsi tanımır. Xanımdan əvvəl mərkəzə bir nəfər gəlmiş və Şahid1 yanına gəldiyini bildirmişdir. Sonradan bilmişdir ki, xanım həmin şəxsin dalınca gəlmişdir. Hadisə təxminən 15-20 dəqiqə çəkmişdir. Bundan sonra onlar sahə müvəkkilini çağırdıqlar üçün xanım həmin yerdən çıxıb getmişdir. Bir qədər sonra onlar Şahid3 noutbukunda akt yazmışlar. Mərkəzin müşahidə kameraları ilə qeydə alınan videogörüntülər yaddaşda təxminən 10-15 gün qaldığı üçün həmin görüntülər silinmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, o, Məlahət Quliyevanı 20-25 ildir ki, aptek işlədən xanım kimi tanıyır. 2022-ci ilin sonlarında o, avtomobillə gedərkən Məlahət xanımı görmüşdür. Məlahət xanım əl edib onun maşınını saxlatmışdır. O da saxlamışdır. Məlahət xanım bir nəfərlə söhbət edərkən həmin adamdan pulunu nə vaxt qaytaracağını soruşmuşdur. Həmçinin, həmin şəxsin Qazaxıstan Respublikasında olduğunu soruşan zamanı adam ona iki gündür ki, gəldiyini bildirmişdir. Sonra həmin şəxs “Məryəm Plaza” Biznes Mərkəzinə girmiş, Məlahət xanım da gəlib onun avtomobilinə əyləşmişdir. Maşında nə baş verdiyini soruşduqda 400.000 ABŞ dolları pulunun alındığını və onu işə düzəldəcəyini bildirsə də, verdiyi əmələ sadiq qalmadığını bildirmişdir. Onları bir yerdə görən zaman Məlahət xanımın həmin şəxsi söydüyünü və təhqir etdiyini eşitməmiş, sonuncu sadəcə olaraq pulunu tələb etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Məryəm Plaza” Biznes Mərkəzində fəaliyyət göstərən şəxslər Şahid1, Şahid3 və Şahid2 tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, həmin tarixdə saat təxminən 17:00-17:30 radələrində özünü X4 təqdim edən orta yaşlı bir qadın və bir nəfər şəxsiyyəti məlum olmayan orta yaşlı kişi ilə birlikdə audit fəaliyyəti göstərilən ünvan 3 ünvanda yerləşən “Məryəm Plaza” Biznes Mərkəzinin 1-ci mərtəbəsinə daxil olaraq, həmin vaxt Biznes mərkəzinin 3-cü mərtəbəsində müştəri qismində gözləyən X8 ünvanına ucadan qadına layiq olmayan nalayiq sözlər demiş, ona qarşı 400000 ABŞ dolları məbləğində dələduzluq etməsini, Eldar adlı qardaşı ilə birlikdə hədə-qorxu gələrək ondan aylıq 15000 ABŞ dolları almasını, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Akif adlı generalı vasitəsilə hədə-qorxu gəlməsini bildirmişdir. Mərkəzin mühafizəsini təşkil edən əməkdaşlar, eləcə də onlar tərəfindən həmin xanım sakitliyə əməl etməyə, şirkətin işini pozmamağa dəvət edilmiş, həmin vaxt Mərkəzə daxil olan orta yaşlı kişi sakit dayansa da, özünü Məlahət kimi təqdim edən şəxs Oqtay Mahmudova və Şahid1 qarşı ucadan nalayiq sözlərini davam etdikdə, mühafizə əməkdaşı və Şahid3 səs-küy davam edəcəyi təqdirdə sonuncu xəbərdarlıqla hüquq-mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmiş, bu zaman hər iki şəxs Biznes Mərkəzinin ərazisini tərk edərək çıxıb getmişlər. Mübahisə davam etmədiyinə görə hüquq-mühafizə orqanlarına müraciət edilməsindən imtina edilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X11 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçının gəldiyi nəticə əsassız olmaqla, onun hərəkətlərində Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrinin tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə, xx.xx.2022-ci il tarixində “Məryəm Plaza” Biznes X1 tərəfindən AR Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutlmiş cinayət əməlinin törədilməsi ilə razılaşmır və hesab edir ki, şəxsin əməlində böhtan və təhqir cinayətinin tərkibinin olması sübuta yetirilməmişdir. Məhkəmə bu qənaətini aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təhqirlə bağlı məhkəmənin qiymətləndirməsi : Məhkəmə qeyd edir ki, təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət başa düşülür. Məhkəmə qeyd edir ki, böhtan cinayətindən fərqli olaraq təhqir cinayətində şəxsin nüfuzu cinayətin obyektinə daxil edilməmişdir. Şəxsin nüfuzu dedikdə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Digər tərəfdən məhkəmə qeyd edir ki, təhqiredici hərəkətin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmaması cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq müəyyən edilir. Məhkəmənin qiymətləndirməsinə görə xx.xx.2022-ci il tarixində X11 “Məryəm Plaza” Biznes X2 qarşı nalayiq ifadə işlətməmiş, xüsusi ittihamçının şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmamışdır. Belə ki, xüsüsi ittihamçı nə xususi ittiham qaydasında verdiyi şikayət ərizəsində, nə də məhkəmə iclasında verdiyi ifadəsində xx.xx.2022-ci il tarixində “Məryəm Plaza” Biznes X1 tərəfindən onun hansı ifadələrlə təhqir edildiyini bildirməmişdir. Böhtanla bağlı məhkəmənin qiymətləndirməsi; Böhtan işlərində böhtan atan şəxsin yalan yaydığını bildiyinin sübuta yetirilməməsi cinayət təqibini istisna edir. Böhtan əlamətlərini müəyyən etmək üçün zərərçəkmiş haqqında yayılan yalan məlumatın onun şərəf, ləyaqət və nüfuzunu ləkələməsi lazımdır. Yayılan məlumat yalan da olsa, qurbanı rüsvay etmirsə, böhtan yoxdur. Qanun müəyyən edir ki, məhkumluq fərziyyələrə əsaslana bilməz və ittiham hökmü yalnız o şərtlə çıxarılır ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin cinayət törətməkdə təqsiri məhkəmə tərəfindən tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edilsin. Deməli, məhkəmə böhtan məsələsinə hüquqi qiymət verərkən təkcə cinayət qanununa istinad edilməsini deyil, həm də onun əsaslandırılmasını nəzərdə tutur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Beləliklə məhkəmə təqsirləndirilən şəxsin niyyəti ilə bağlı düzgün nəticə çıxarmalıdır. Böhtan yalnız birbaşa qəsdən törədildiyi üçün hökmdə müttəhimin bilavasitə niyyəti olduğunu göstərən halların məcmusuna istinad etmək lazımdır. Başqa sözlə, niyyət cinayətin baş verməsi hallarının məcmusu ilə sübuta yetirilir. Bütövlükdə təqsirləndirilən şəxsin təqsiri və ya irəli sürülən ittihamın ayrı-ayrı epizodları, təqsirinin forması, cinayətin törədilməsində iştirak dərəcəsi və xarakteri, vicdanlı yanılma da daxil olmaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar və s. kimi aradan qaldırılması mümkün olmayan şübhələr yarandıqda, onlar müttəhimin lehinə şərh edilməlidir. Şəxsin təqsirini sübut etmək, yəni qəsdi və bildiyini sübut etmək vəzifəsi isə xüsusi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın doğru olmaması; belə məlumatların yayılması; şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barədə mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə onun həqiqətə uyğun olmaması başa düşülür. Məlumatı yayma dedikdə başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325- 337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmə hökmünün əsaslılığının digər şərti məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsi, yəni həmin sübutların CPM-nin 146-cı maddəsinin tələbinə cavab verməsidir. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Məhkəmə hökmdə həm konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan' qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Göründüyü kimi, toplanmış sübutların məcmusu barəsində xüsusi ittiham qaydasında şikayət verilən X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsinə dair təqsirliliyini təsdiq etmək üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Aparılmış məhkəmə istintaqının nəticələrinə əsasən məhkəmə belə qənaətə gəlir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən X7 qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirin olması, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma əməlinin olması sübuta yetirilməmişdir. X5 əməlinin tərkibində subyektiv cəhətin mövcud olmaması onun cinayət məsuliyyətini istisna edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Avropa insan Hüquqları Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa insan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Hoanq Fransaya qarşı” işində Avropa Məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “Azərbaycan Respublikası CPM-nin 397.1 -ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da, işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarında göstərilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1 -ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin; 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. İttihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz. 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X10rşı 18 yanvar 1978-ci il tarixli məhkəmə qərarlarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq etmişdir. Məhkəmə araşdırması zamanı ittiham tərəfi X7 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü əməldə cinayət tərkibi olmadıqda çıxarılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (CPM-ni 351.2-ci maddə). Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, X7 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə verilmiş xüsusi ittiham üzrə təqsirləndirən şəxsin əməlində böhtan və təhqir cinayətinin tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilən şəxs X7 istinad edilən ittiham üzrə bəraət verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, X5 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 72 saata görə 432 (dörd yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.2, 42.1.2, 42.2.2, 344-350, 352-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə verilmiş ittiham üzrə bəraət verilsin. X5 göstərilmiş hüquqi xidmətə görə 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 72 saata görə 432 (dörd yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-11/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-11/2024
22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver