Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-110/2020 18.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 və Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1984-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, (himayəsində iki azyaşlı uşağı olan), orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 mənzil 12 saylı ünvanda qeydiyyatda olan və ünvan 2 20 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal- hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin gödəkcəsinin sağ yan cibindən telefonu çıxarmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, xx xxxxxx 2019-cu ildə tarixdə saat 16:21 radələrində Bakı Metropoliteninin «28 may» stansiyasında platformada «Dərnəgül» stansiyası istiqamətində hərəkət edən qatara daxil olan sərnişin Zərərçəkmiş şəxs əynindəki gödəkçənin sağ yan cibindən 2000 manat dəyərində “İphone” markalı “X” modelli mobil telefonu üzərindəki 5 manat dəyərində ***-***-**-** GSM nömrə ilə birlikdə çıxarmaqla gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs 2005 manat məbləğdə maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 16 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, M.Ə.Sabir küçəsi, ev 27 ünvanında yerləşən evinə getmək üçün metronun “28 may” stansiyasında metroya daxil olduğunu, metronun “28 may” stansiyasında platformanın üzərində dayanarkən bir nəfər ad soyadının Zərərçəkmiş şəxs olduğunu sonradan bildiyi qızın əynindəki gödəkçənin sağ yan cibində mobil telefonun olması nəzərini cəlb eldiyindən həmin mobil telefonu oğurlamaq qərarına gəldiyini, həmin vaxt metronun “28 may” stansiyasında “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən tərəfdə dayandığını, təxminən 2-3 dəqiqədən sonra qeyd olunan istiqamətdə hərəkət edən qatar stansiyaya daxil olduğunu, mobil telefonu oğurlamaq üçün özünə əlverişli şərait seçmək üçün Aysunun sağ yan arxa tərəfinə keçdiyini, xx xxxxxx 2019-cu il tarixində, təxminən saat 16:20 radələrində 3-cü vaqonun 4-cü qapısına Aysu öndə özünün isə onun arxa sağ tərəfi ilə vaqonun qapısına yaxınlaşdığını, həmin vaxt sərnişinlərin çox olması səbəbindən sıxlıqdan istifadə edib metronun “28 may” stansiyasında Aysunun və ətrafda olan sərnişinlərin ona fikir vermədiklərinə və onu heç kimin görmədiyinə əmin olduqdan dərhal sonra, həmçinin oğurluq etməyi üçün əlverişli şəraitin olmasını görüb platformanın üzərində vaqonun qapısının sol tərəfində sağ əli ilə Aysunun əynindəki gödəkçənin sağ yan cibindən onun mobil telefonunu astaca götürüb qatara minmədən sol tərəfə hərəkət edib stansiyada platformada mərkəzə doğru gedib orada dayandığını, Aysunun içərisində olduğu qatarın stansiyanı tərk etməsini gözləməsini, həmin qatar getdikdən sonra növbəti qatarla “İçərişəhər” stansiyasına gəldiyini, oğurladığı telefonu cibidən çıxardıb incələyərək baxarkən həmin mobil telefonun markasını müəyyən etməsə də ön tərəfdən qara və arxa tərəfinin çəhrayı rəngdə olduğunu gördüyünü, bu vaxt metronun “İçərişəhər” stansiyasında platformada xidmət aparan polis nəfərinin ona baxdığını görüb oğurladığı mobil telefonu əynindəki gödəkçənin sağ yan cibinə cəld formada qoyub stansiyada çıxışa tərəf iti addımlarla hərəkət etməyə başladığını, həmin vaxt polis əməkdaşının arxada onu səsləyərək “vətəndaş dayanın” deyib müraciət edən zaman stansiyada çıxışa doğru qaçmağa başladığını, qaçmasını görüb həmin polis əməkdaşının da onun arxası ilə qaçdığını, stansiyada hərəkətdə olmayan orta eskalatorun pilləkənləri ilə addımlayaraq yuxarıya doğru qaçan zaman oğurladığı mobil telefonu üzərində olmasın deyə eskalatorların arasında olan maili arakəsmənin üzərinə atdığını və çıxışa doğru qaçaraq hərəkətinə davam etdiyini, metronun “İçərişəhər” stansiyasında eskalatorda çıxışa az məsafə qalmış yorulması səbəbindən pilləkənın üzərində oturmağa məcbur olduğunu, bundan sonra polis əməkdaşları tərəfindən saxlanılaraq polis otağına gətirildiyini, eskalatorda qaçan zaman atdığı mobil telefonun kimə məxsus olduğunu və nə üçün atdığını polis əməkdaşlarına danışmaqla metronun “28 may” stansiyasında tanımadığı qızın əynindəki gödəkçənin sağ yan cibindən oğurladığını deyərək səmimi etiraf etdiyini, sonra polislərin təklifi ilə öz razılığı əsasında Bakı Metropolitendə Polis Şöbəsinə gəldiyini, PŞ-də törətdiyi oğurluq hadisəsi ilə bağlı izahatında hadisəni olduğu kimi göstərdiyini, törətdiyi oğurluq hadisəsinə görə həddindən artıq çox peşmançılıq hissi keçirdiyini, qeyd olunan cinayət hadisəsini törədərkən ona heç kimin köməklik göstərmədiyini və məsləhət vermədiyini, hadisə ilə bağlı heç kimin məlumatının olmadığını, qeyd olunan mobil telefonu satıb mənfəət əldə edib və həmin pulu öz şəxsi məsrəflərinə xərcləmək məqsədi ilə oğurluq hadisəsini törətdiyini, Zərərçəkmiş şəxs və ya kənarda olan sərnişinlərin törətdiyi oğurluq hadisəsini görməsi və ya hiss etdiyinin şahidi olduğu təqdirdə oğurluq cinayət hadisəsini törətməyəcəyini, “İphone X” markalı mobil telefonu oğurlayarkən Aysunun və kənar şəxslərin onu görməyəcəyinə əmin olduqdan sonra gizli olaraq götürdüyünü, başqa heç bir cinayət hadisəsi törətmədiyini, Zərərçəkmiş şəxs cibindən “İphone X” markalı mobil telefondan başqa heç bir əşya oğurlamadığını, onun cibindən oğurladığı sonuncuya məxsus “İphone X” markalı mobil telefonu isə eskalatorun pilləkənlərı ilə qaçan zaman atdığı və polis əməkdaşlarının isə həmin mobil telefonu götürdüyünü, izahat və ifadə verərkən heç bir formada təzyiqlərə məruz qalmadığını bildirmişdir. Sonda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşiman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənildiyini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə məhkəməyə teleqram vuraraq, Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Zərərçəkmiş şəxs iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsində polis baş serjantı Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o,xx xxxxxx 2019-cu il tarixdə saat 16 radələrində metronun “İçərişəhər” stansiyasında xidmət apararkən bir nəfər şəxsin ad, soyad, atasının adı sonradan məlum olan Təqsirləndirilən şəxs əlində tutduğu mobil telefona zahirən maraqla baxdığını, bir neçə saniyə ərzində həmin mobil telefonu dəfələrlə çevirib ön və arxa tərəfinə nəzər saldığını kənardan müşahidə etdiyini, həmin şəxsin hərəkətləri və davranışı ilə özünü şübhəli aparması ilə nəzərini cəlb etdiyini, onun mobil telefona bu formada baxaraq incələməsi cihazın ona məxsus olmaması kimi şübhələri onda oyatdığını, qeyd olunan şəxsin həmin vaxt ona baxaraq hərəkətlərinə fikir verməyini görüb mobil telefonu sağ yan cibinə cəld qoyub çıxışa tərəf iti addımlarla hərəkət etməyə başlayarkən arxa tərəfdən “vətəndaş dayanın” deyə ona müraciət etdiyini, elə bu vaxt onun platformanın üzərində çıxışa tərəf qaçmağa başladığını, Etibarın arxası ilə qaçdığını, Etibar stansiyada orta işlək olmayan eskalatorla yuxarıya çıxışa tərəf pillələrlə qaçaraq qalxan zaman mobil telefonu ilə yuxarı tərəfdə stansiyanın girişində xidmət aparan post yoldaşı polis baş serjantı Şahid1 zəng edib eskalatorla qaçaraq qalxan Etibarı saxlamasını bildirdiyini, Etibar eskalatorla yuxarı tərəfə qaçan zaman gödəkçəsinin sağ yan cibindən həmin mobil telefonu çıxardıb eskalatorların arasında olan maili arakəsmənin üzərinə atdığını, post yoldaşı Mustafa Niftəlivevin yuxarıdan ona tərəf üzü aşağı istiqamətdə gəldiyini görüb eskalatorda pillənin üzərində dayandığını, saxlanılan şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirdiyini, onun cibindən çıxardıb atdığı mobil telefonu xadimə Şahid5 götürdüyünü, sonuncunu “İçərişəhər” stansiyasında yerləşən polis otağına gətirdiklərini, həmin zaman qeyd olunan mobil telefona gələn zəngə cavab verdiyini, zəng edən şəxsin mobil telefonun sahibi olduğunu deyən zaman onu Bakı Metropolitenində PŞnə gəlməsini xahiş etdiyini, polis otağında Etibarın cibindən çıxardaraq atdığı mobil telefonu metronun “28 may” stansiyasında tanımadığı qızın cibindən oğurladığını səmimi olaraq etiraf etdiyini, sonra Təqsirləndirilən şəxs Bakı Metropolitenində PŞ-nə getməyin təklif olunduğunu, Etibarın heç bir etiraz etmədən oraya onlarla gəldiyini, PŞ-də Təqsirləndirilən şəxs maddi vəziyyətinin pis olması səbəbindən xx xxxxxx 2019-cu il tarixdə, saat 16:20 radələrində metronun “28 may” stansiyasında qatara minən zaman bir nəfər tanımadığı qadının gödəkçəsinin sağ yan cibindən “İphone X” markalı mobil telefonu oğurladığını təkrarən etiraf etdiyini, bundan sonra raport yazılaraq qeydiyyata alınmaqla Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi üçün onun aidiyyəti üzrə təhvil verildiyini, sonuncunun saxlanılan zaman heç bir müqavimət göstərmədiyini və törətdiyi oğurluq cinayət hadisəsini səmimi olaraq etiraf etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsində polis baş serjantı Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2019-cu il tarixdə, saat 16 radələrində metronun “İçərişəhər” stansiyasında xidmət apararkən post yoldaşı Şahid3 mobil telefonla polis baş serjantı Şahid1 zəng edərək özünü şübhəli aparan və dayanmasını ondan xahiş edərkən eskalatorla çıxışa tərəf bir nəfərin qaçdığını və onu saxlamalarını bildirdiyini, Şahid1lə cəld formada həmin şəxsin saxlanılması istiqamətində tədbirə başlayaraq stansiyada eskalatora yaxınlaşdıqlarını, həmin vaxt həqiqətən də bir nəfərin yuxarıya doğru qaçaraq hərəkət etdiyini görüb Mustafanın ona tərəf pilləkanlarla düşüb qeyd olunan şəxsi saxladığını, həmin şəxs saxlanılan zaman özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirdiyini, sonuncunun cibindən çıxardıb atdığı mobil telefonu post yoldaşı Şahid3 xadiməçi Şahid5 götürdüyünü, polis otağında Etibarın cibindən çıxardaraq atdığı mobil telefonu metronun “28 may” stansiyasında tanımadığı qızın cibindən oğurladığını deyərək səmimi olaraq etiraf etdiyini, bu vaxt qeyd olunan mobil telefona gələn zəngə Şahid3 cavab verdiyini, Şahid3 telefon danışıqlarından zəng edənin mobil telefonu oğurlanmış şəxsin olduğunu bildiyini, oğurlanmış mobil telefonla əlaqədar Bakı Metropolitenində PŞ-nə həmin şəxsin dəvət edildiyini, Bakı Metropolitenində PŞ-nə getmək təklif olunan Etibarın heç bir etiraz etmədən oraya gəldiyini, PŞ-də Təqsirləndirilən şəxs maddi vəziyyətinin pis olması səbəbindən xx xxxxxx 2019-cu il tarixdə, saat 16:20 radələrində metronun “28 may” stansiyasında qatara minən zaman bir nəfər tanımadığı qadının gödəkçəsinin sağ yan cibindən “İphone X” markalı mobil telefonu oğurladığını təkrarən etiraf etdiyini, sonra raport yazılaraq qeydiyyata alınmaqla Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi üçün onun aidiyyatı üzrə təhvil verildiyini, sonuncunun saxlanılan zaman heç bir müqavimət göstərmədiyini, törətdiyi oğurluq cinayət hadisəsini səmimi olaraq etiraf etdiyini bildirmişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən şahid Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsində polis baş serjantı Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən edildi ki, o, xx xxxxxx 2019-cu il tarixdə, saat 16 radələrində metronun “İçərişəhər” stansiyasında xidmət apararkən post yoldaşı Şahid3 mobil telefona zəng edərək özünü şübhəli aparan və dayanmasını ondan xahiş edərkən eskalatorla çıxışa tərəf bir nəfərin qaçdığını və onu saxlamağını bildirdiyini, digər post yoldaşı Şahid2 bu barədə məlumat verib cəld formada həmin şəxsin saxlanılması istiqamətində tədbirə başladıqlarını, stansiyada eskalatora yaxınlaşdığını, həmin vaxt həqiqətən də bir nəfərin yuxarıya doğru qaçaraq hərəkət etdiyini görüb ona tərəf pilləkənlərlə düşüb qeyd olunan şəxsi saxladığını, həmin şəxs saxlanılan zaman özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirdiyini, sonuncunun cibindən çıxardıb atdığı mobil telefonu post yoldaşı Şahid3 götürdüyünü, onu “İçərişəhər” stansiyasında yerləşən polis otağına gətirdiklərini, həmin otaqda Etibarın cibindən çıxardaraq atdığı mobil telefonu metronun “28 may” stansiyasında tanımadığı qızın cibindən oğurladığını deyərək səmimi odaraq etiraf etdiyini, bu vaxt qeyd olunan mobil telefona gələn zəngə Şahid3 cavab verdiyini, Şahid3 telefon danışıqlarından zəng edənin mobil telefonu oğurlanmış şəxsin olduğunu bildiyini, oğurlanmış mobil telefonla əlaqədar Bakı Metropolitenində Polis Şöbəsinə həmin şəxsin dəvət edildiyini, həmin yerə getmək təklif olunan Etibarın heç bir etiraz etmədən PŞ-nə gəldiyini, orada Təqsirləndirilən şəxs maddi vəziyyətinin pis olması səbəbindən xx xxxxxx 2019-cu il tarixdə, saat 16:20 radələrində metronun “28 may” stansiyasında qatara minən zaman bir nəfər tanımadığı qadının gödəkçəsinin sağ yan cibindən “İphone X” markalı mobil telefonu oğurladığını təkrarən etiraf etdiyini, sonra raport yazılaraq qeydiyyata alınmaqla Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi üçün onun aidiyyəti üzrə təhvil verildiyini, sonuncunun saxlanılan zaman heç bir müqavimət göstərmədiyini, törətdiyi oğurluq cinayət hadisəsini səmimi olaraq etiraf etdiyini bildirmişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş və məhkəmə iclasında iştirak etməyən şahid “Bakı Metropoliten” QSM-də xadimə işləyən Əli-zadə Arifə Mürsəl qızı ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən edildi ki, o, xx xxxxxx 2019-cu il tarixdə, saat 16 radələrində metronun “İçərişəhər” stansiyasında eskalatorun aşağı hissəsində təmizlik işləri görən zaman bir nəfər ad soyadını sonradan bildiyi Təqsirləndirilən şəxs yanından qaçıb ötüb keçərək işləməyən eskalatorla yuxarı, stansiyada çıxışa tərəf qaçdığını gördüyünü, həmin vaxt metropolitenin “İçərişəhər” stansiyasında xidmət aparan polis əməkdaşı Şahid3 isə onu təqib etməsininin şahidi olduğunu, sonra Təqsirləndirilən şəxs işləməyən eskalatorla qaçaraq yuxarıya doğru hərəkət edən zaman cibindən çıxartdığı mobil telefonu eskalator arası olan maili arakəsmənin üzərinə atdığını, telefonun oradan sürüşərək yanına düşdüyünü, həmin mobil telefonu götürüb özündə saxladığını, həmin vaxt Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb aparıldığını, təxminən 4-5 dəqiqədən sonra metronun “İçərişəhər” stansiyasında xidmət aparan polis nəfəri Şahid3 gələrək mobil telefonu ondan təhvil aldığını, sonradan həmin mobil telefonun Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını bildiyini, sonuncunun saxlanılan zaman polislərə qarşı heç bir müqavimət göstərmədiyini bildirmişdir. Maddi sübut kimi tanınmış bir ədəd DVD diskə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, Bakı Metropoliteninin “28 may” stansiyasında quraşdırılmış videokameralar xx xxxxxx 2019-cu il tarixdə, saat 16:21 radələrində stansiyada dayanmış qatarın 3-cü vaqonunun 4-cü qapısı açıldıqdan sonra əynində sarı rəngdə gödəkçə olan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arxa tərəfinə keçərək sonuncu ilə birlikdə vaqonun qapısına yaxınlaşsa da, lakin bir neçə saniyə ərzində çox keçmədən qapılar bağlananadək qatara daxil olmadan orada əlində mobil telefonla platformaya qayıdır. Bundan sonra xx xxxxxx 2019-cu il tarixdə, saat 16:50-də Bakı Metropolitenində polis şöbəsinin əməkdaşlarının özünü şübhəli aparan Təqsirləndirilən şəxs arxası ilə qaçan zaman metronun “İçərişəhər” stansiyasında sonuncu çıxışa tərəf eskalatorla qaçarkən, oğurlayaraq ələ keçirdiyi “İphone X” markalı mobil telefonu eskalatorun arasında olan maili arakəsmənin üzərinə atması, həmçinin eskalatorun üzərində yorularaq dayandığı müşahidə olunur. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus “İphone” markalı, “X” modelli **********82548 imei kodlu mobil telefon ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (i/v 57). İş materiallarında olan maddi sübut kimi tanınma haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, videogörüntünün olduğu 1 ədəd DVD disk ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (i/v 62). İş materiallarına əlavə olunmuş “sübutların qiymətləndirilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, 01 ədəd DVD disk və 01 ədəd “İphone” markalı, “X” modelli mobil telefon ********** nömrəli cinayət işi üzrə toplanmış istintaq materialları cinayət işi üçün mühüm əhəmiyyət kəsb etdiyindən sübut növü kimi qiymətləndirilməsi, qərara alınmışdır (i/v 139-147). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs; 1) Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəməsinin xx xxxx 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1 maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5, 67.1 və 99-cu maddələri tətbiq edilməklə 07 il 01 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxx 2012-ci ildə cəzasının sonu ilə azad olunmuş; 2) xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuş, həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (i/v 109-111). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 4(004)-1018/2019 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 43- 44, 91-93). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 31846 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “İphone” markalı, “X” modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasının və istifadədə olunduğunu nəzərə alaraq, orta bazar qiyməti təxminən 850,00 manat, ***-***-**-** saylı GSM nömrə 4,0 manat müəyyən olunur (i/v 116-118). İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir (i/v 117). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Məhkəmə-Psixiatrik Ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 67 saylı rəyindən görünür ki,Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, cinayət əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Cinayət işi materiallarından və hal hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək, onları idarə etmək və istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (i/v 124-125). İş materiallarında olan Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov tərəfindən verilən xx xxxxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddət ərzində təcridxananın daxili-rejim qaydalarına riayət edərək əməkdaşların qanuni tələblərinə əməl etmiş, bu müddət ərzində barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Onunla bir yerdə saxlanılan şəxslərlə rəftarı qənaətbəxşdir. Saxlandığı müddət ərzində rəhbərlik tərəfindən ona təşəkkür elan olunmuşur. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmişdir, sonuncuya qarşı heç bir şikayəti yoxdur. İş materiallarında olan AZ-İİ seriyalı, 070139 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 arasında nikah xx xxxxxx 2015-ci il tarixdə bağlanmış, nikahdan sonra ərə Hümmətov, arvada isə Hümmətova soyadı verilmişdir (i/v 69). İş materiallarında olan AZ-İİİ seriyalı, 754280 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə Ə.M.Hümmətovadır (i/v 67). İş materiallarında olan AZ-İV seriyalı, 215307 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxxxxx 2018-ci il tarixdə Qaradağ rayonunda anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə Ə.M.Hümmətovadır (i/v 68). İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus 01 ədəd “İphone X” markalı mobil telefonu üzərindəki ***-***-**-** M nömrə ilə birlikdə istismara yararlı vəziyyətdə baş müstəntiq Rəşad Məmmədovdan həmin tarixdə təhvil almışdır (i/v 160). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, DVD diskində olan videogörüntülər və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, peşiman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənildiyini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları,nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasınıümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx xxxxxx 2019-cu il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “İphone” markalı, “X” modelli **********82548 imei kodlu mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, X2 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-110/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Q.M.Məmmədov tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Q.M.Məmmədovun vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkməsinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “İphone” markalı “X” modelli mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-110/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-110/2020
18.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver