Məhkəmə qərarları › İş №1(006)-111/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-111/2020

23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-111/2020 23.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X4 qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, İ-ci qrup əlil olan, Nəsimi rayon, B.Məcidov küçəsi ev 82 nömrəli ünvanda pasport qeydiyyatında olan və Ə.Hüseynzadə küçəsi 71, mənzil 5 ünvanında yaşayan, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 1(004)-29/2018 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1, 263-1.1, və 264-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 3 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Bakı Şəhəri, Nəsimi rayonu, “3-cü mirkorayon" adlanan ərazidə istintaqa məlum olmayan şəxsdən 13 manata, bir ədəd ağ sellofan bükümdə, təmiz çəkisi 0,243 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edərək üzərində saxlamaqla daşımış və xx xxxxxx 2020-ci il tarixdə saat 18:00 radələrində ünvan 1 nömrəli ünvanın qarşısında Nəsimi RPİnin 21 -ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq PB-nin inzibati binasına gətirilib həmin bölmənin əməkdaşlarının iştirakları ilə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ sellofan bükümdə, təmiz çəkisi 0,243 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o,uzun müddətdir ki narkotik vasitə istifadəçisidir. 1 -ci qrup əlildir, sol budunun 1/3 hissəsi amputasiya olunmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 18-00 radələrdə Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi 71 ünvanda olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış, özlərini polis əməkdaşları kimi təqdim etdikdən sonra ona üzərində narkotik vasitə saxlamaqda və istifadəsində şübhəli olduğunu bildirdmiş və onu Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə dəvət etmişlər. Bölmədə iş otaqlarının birinində hüquqlarının müdafiə edilməsi üçün vəkil və video çəkiliş aparan bir nəfər mütəxəsis dəvət etmişlər. Ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim edilməsi təklif edilmişdir. Sonuncu əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ sellofana bükülmüş qəhvəyi rəngli toz formalı bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra üzərində axtarış aparılmağa başlanmış, ilk öncə geyindiyi qara rəngli gödəkçənin boynuna və sol, sağ yan ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Ondan sonra əynində olan göy rəngli köynəyin boynuna baxılmış lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra şalvarına və ciblərinə baxılmış, şalvarın kəmərini açmağı tələb olunmuş, şalvarın kəmərin içərisindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra isə ayaqqabısını çıxarmağı tələb olunmuşdur. Ayaqqabısını çıxarıb silkələmiş, sonra isə corabına çıxarılıb çevirməklə baxılmış, heç bir əşya aşkar edilməmişdir. Sonra isə üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunmuş o, İ ədəd ağ sellofanın içərisi idə vasitənin el içində “kakos" deyilən narkotik vasitə olduğunu bildirmiş, həmin ağ sellofanın içərisində olan narkotik vasitənin haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə uzun müddətdir narkotik vasitə istifadə etdiyini, xx xxxxxx 2020-ci il tarixdə Nəsimi rayonunda, 3-cü mikrorayon deyilən ərazidən tanımadığı şəxsdən 13 manata şəxsi istifadəsi üçün aldığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra üzərində aşkar olunmuş vasitə zərfə qoyularaq tərəflərindən imzalanmışdır. Özünü təqsirli bilməsini, 1-ci qrup əlil və sol budunun 1/3 hissəsinin amputasiya olmasını, digər ayağında qonqrena olmasını, onun yeriməkdə çətinlik çəkməsini və başqa insanların yardımına möhtac olmasını, nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, CD diskində olan görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmişNəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində yaşayan “Əhliman" adlı şəxsin istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat tərəfindən rəsmiləşdirilmiş " Əhliman" adlı şəxsin şəxsiyyətinin müəyyən olunması, onun cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunmasından ötrü əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa 21-ci PB-nin kiçik əməliyyat müvəkkili Şahid1 də daxil edilmişdir. “Əhliman" adlı şəxsin digər təhqiqat üsulları ilə ifşa edilməsi qeyri mümkün olduğundan onun cinayət əməllərinin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədilə ƏAF haqqında qanunda nəzərdə tutulmuş bir sıra əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə PB-nin rəisi tərəfindən razılıq verildikdən sonra onun cinayət başında yaxalanması və əməlinin ifşa olunması məqsədilə kiçik əməliyyat müvəkkili Şahid1 ilə birlikdə saat 18:00-da ünvan 2 nömrəli ünvanın qarşısında əməliyyat məlumatında göstərilən “Əhliman" adlı şəxsin xarici görünüşü ilə oxşar olan şəxs görmüşlər. Həmin şəxsə yaxınlaşaraq onun adını soruşmuş, sonuncu adının Əhliman olduğunu bildirmişdir. Həmin şəxsə özlərini ləqdim etmişlər və üstündə narkotik vasitə saxlaması, qəbul etməsi barədə məlumat daxil olduğundan onlara birlikdə PB-nə getməli olduğunu bildirmişlər. Həmin şəxs etiraz etməmiş və onların xidməti avtomobilinə əyləşərək birlikdə polis bölməsinə getmişlər. Polis bölməsinə həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Həmin şəxs polis bölməsinə gətirildikdən sonra PB-nə gətirilən şəxslərin qeydiyyatı kitabında qeydiyyata salınmışdır. Daha sonra narkotik vasitə saxlaması və daşıması eləcə də qəbul etməsində şübhəli olması ehtimal edildiyindən onun üstünə baxış keçirilməsi məqsədilə bölmə rəhbərliyinə raportla məruzə etmişlər və həmin raportun icrası 21-ci PB-nin təhqiqatçısı polis kapitanı Məhəmməd Hüseynova həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Məhəmməd Hüseynovun xidməti iş otağına aparmışlar. Orada təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını izah edib vəkillərin siyahısı ilə tanış etmiş, Təqsirləndirilən şəxs hər hansı vəkillərdən birini Bakı şəhəri 14 saylı Vəkil Bürosunun təqdim etməsini bildirmiş, təhqiqatçı Hüseyn Talıbovu PBnə dəvət edərək Təqsirləndirilən şəxs təqdim etmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah etmiş, üstünə şəxsi axtarış və şəxsi axtarışın videoçəkilişlə aparılacağını bildirmiş Təqsirləndirilən şəxs isə etiraz etməmişdir. Bunda sonra təhqiqatçı mütəxəssis dəvət etmişdir. Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoymasını təklif etmişdir. Ona üstündə, paltarında və paltarlannın ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ salafana bükülmüş qəhvəyi rəngli toz formalı bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra üzərində axtarış aparılmağa başlanmış, ilk öncə onun geyindiyi qara rəngli gödokçənin boynuna və sol, sağ yan ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Ondan sonra əynində olan göy rəngli köynəyin boynuna baxılmış lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra şalvarına və ciblərinə baxılmış, ondan şalvarın kəmərini açmağı tələb olunmuş, şalvarın kəmərin içərisindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra isə ayaqqabısını çıxarmağı tələb olunmuşdur. Ayaqqabısını çıxarıb silkələmiş, sonra isə corabına çıxarıb çevirməklə baxılmışdır, heç bir əşya aşkar edilməmişdir. Sonra isə üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunmuşdur, o 1 ədəd ağ salafanın içərisində vasitənin el içində “kakos” deyilən narkotik vasitə olduğunu bildirmiş, ondan həmin ağ salafanın içərisində olan narkotik vasitənin haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyimi sual edəndə uzun müddətdir narkotik vasitə istifadə etdiyini, xx xxxxxx 2020-ci il tarixdə Nəsimi rayonunda,3-cü mikrorayon deyilən ərazidən tanımadığı şəxsdən 13 manata şəxsi istifadəsi üçün aldığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra onların iştirakı ilə ağ salafanın içərisində olan bükülü zərfə qoyularaq bağlanıb möhürləndiyini, bu barədə protokolun tərtib edildiyini, ucadan onlara oxunduğunu, heç bir əlavə və şikayətin daxil olmadığı üçün iştirak edən hər kəsin protokola, eləcə də zərflərin üzərini imzaladığını bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Nəsimi RPİ-nin 21-ci PB-nin kiçik əməliyyat müvəkkili Şahid1 ifadəsi elan olundu və müəyyən edildi ki, o ifadəsində şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətəndə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ sellofana bükülmüş qəhvəyi rəngli toz formalı spesifik iyə malik maddə aşkar edilmişdir. Cinayət işinin 27-28-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 95-97-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 176-177-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan polisin nəzarət altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 62-65-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 856 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd biikümdə təmiz çəkisi 0,243 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi – 0,243 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq 0,193 qram. Cinayət işinin 63-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 92-93-cü vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli narkotik vasitənin maddi sübut kimi tanıma və saxlanılması üçün verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza keçirildikdən sonra qalıx qalan 0,193 qram olan narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Nəsimi Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Cinayət işinin 58-ci vərəqəsində CD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər xx xxxxxx 2020-ci il tarixdə Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçısı Məhəmməd Hüseynov tərəfindən Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ sellofana bükülmüş qəhvəyi rəngli toz formalı spesifik iyə malik maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Cinayət işinin 101-102-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx xxxxxx 2020-ci il tarixli 99 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Azərbayacan Respublikası Nazirlər kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələtin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin keçirilməsi barədə" qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal hazırda Təqsirləndirilən şəxs 1-ci qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 108-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 185.1, 263-1.1. 264, 66.2 və 66.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 02 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə və 03 (üç) il müddətə nəqliyyat vasitəsilərinin idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2018-iİ tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsindən həmin məcəllənin 263.1-ci maddəsinə tövsif edilmiş, barışıq olduğu üçün bu maddə ilə məsuliyyətdən azad edilərək barəsində 01 (bir) il 6(altı) ay müddətinə azadlıqdan məhrumetmə və 02 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitəsilərinin idarə elmək hüququndan məhrum etmə cəzası təyin edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 07 (yeddi) ay 14 (on dörd) gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2019-cu il tarixdə isə cəza müddəti başa çatmışdır. Cinayət işinin 214-cü vərəqəsində olan Nəsimi rayon icra və probasiya şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli məlumatından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının 02 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitəsilərinin idarə elmək hüququndan məhrum edilməsi hissəsində icra olunması üçün 17 saylı CM tərəfindən icraatlarına daxil olmuş, məhkum cəzasının 1 il 8 ay 9 gün hissəsini çəkmiş, cəzasının 9 ay 21 gün hissəsini çəkməmişdir. Cinayət işinin 215-216-cı vərəqələrində olan Azərbaycan Respublikası ƏƏSMN-nın yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin müayinə olan şəxs barədə verilmiş xx xxxx 2016-cı il tarixli məlumatından görünür ki,Təqsirləndirilən şəxs 1-ci dərəcəli əlildir, TŞEK-in diaqnozu: sol budunun aşağı 1/3 hissəsi amputasiyası, sağ ayağının ətrafının işemiyası. Cinayət işinin 185-ci vərəqələrində olan Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzinin xx xxxx 2020-ci il tarixli arayışından görünür ki,Təqsirləndirilən şəxs mərkəzdə xx xxxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək stasionar müalicə almışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri, CD diskində olan görüntülərlə və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxsqacəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, 1-ci dərəcəli əlil, sol budunun 1/3 hissəsi amputasiya və digər ayağında qonqrena olmasını, onun yeriməkdə çətinlik çəkməsini və başqa insanların yardımına möhtac olmasını, narkotik maddələrin istifadəsindən yaxa qurtarmaq üçün könüllü olaraq Azərbaycan Respublikasının SN-nin Respublika Narkoloji Mərkəzinə müraciət edərək orada stasionar müalicə almasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halların olması ilə yanaşı yüngülləşdirilən halların olmasını, yəni onun 1-ci dərəcəli əlil, sol budunun 1/3 hissəsi amputasiya və digər ayağında qonqrena olmasını, onun yeriməkdə çətinlik çəkməsini və başqa insanların yardımına möhtac olmasını, narkotik maddələrin istifadəsindən yaxa qurtarmaq məqsədilə könüllü olaraq Azərbaycan Respublikasının SN-nin Respublika Narkoloji Mərkəzinə müraciət edərək orada stasionar müalicə almasını işin müstəsna halları kimi qiymətləndirir. Bu səbəsdən də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılmasıcəzası təyin edilməli,hazırki hökmlə sonuncuya Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018ci iİ tarixli qərarı ilətəyin edilmiş və çəkilməmiş 09 (doqquz) ay 21 (iyirmi bir) gün müddətə nəqliyyat vasitəsilərini idarə elmək hüququndan məhrum edilməsi cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən birləşdirmək yolu ilə cəza təyin edilməli və Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın xx xxxxxx 2020-ci il tarixli, 99 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Nəsimi Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,193 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, S.Ə.Mirzəyevə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (bir yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci iİ tarixli qərarı ilətəyin edilmiş və çəkilməmiş 09 (doqquz) ay 21 (iyirmi bir) gün müddətə nəqliyyat vasitəsilərini idarə elmək hüququndan məhrum edilməsi cəzasınaAzərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən birləşdirmək yolu ilə və həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən sonuncunun xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci tarixədək yəni 02 (iki) gün şübhəli şəxs qismində tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 09 (doqquz) ay 21 (iyirmi bir) gün müddətə nəqliyyat vasitəsilərini idarə elmək hüququndan məhrum edilməklə 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,193 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş)manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (bir yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No **********1100204111, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar