Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-111/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, S.Mənsur küçəsi ev 44 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və onun döyüş sursatını əldə edərək üzərində gəzdirmişdir. Belə ki, o, qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən bir ədəd 250502 nömrəli zavod üsulu ilə Belçika dövlətində istehsal olunmuş, 7,65 mm kalibrli, 1900-cü il modelli, komplekt hissəsi olan darağı ilə birlikdə, texniki cəhətdən saz və atəş üçün yararlı Brauninq konstruksiyalı yivli odlu silalı hesab olunan yarımavtomaiik tapança və zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x19 nını kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı döyüş sursatı olan 3 ədəd patron əldə edib, saxlayıb xx xxxxxx 2020-ci il tarixdə üzərində gəzdirməklə Sabunçu dəmir yolu stansiyasının ərazisinə daşımış və X6 Polis İdarəsinin əməkdaşları tərəfindən əvvəlcədən hazırlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxxxx 2020-ci il tarixdə saat 12:15 radələrində Sabunçu dəmir yolu stansiyasının ərazisində saxlanılaraq, X6 Polis İdarəsinin növbətçi hissəsinə dəvət olunmuş və orada həmin gün saat 13:35-də üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli şalvarın bel hissəsinə keçirdiyi bir ədəd 250502 nömrəli, zavod üsulu ilə Belçika dövlətində istehsal olunmuş, 7,65 mm kalibrli, 1900-cü il modelli, komplekt hissəsi olan darağı ilə birlikdə, texniki cəhətdən saz və atəş üçün yararlı Brauninq konstruksiyalı yivli odlu silah hesab olunan tapança və üzərində olan şalvarın sağ yan cibindən isə zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x19 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı döyüş sursatı olan 3 ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yaşayır. Heç bir yerdə işləmədiyi üçün müxtəlif yerlərdən metal yığaraq onları metal qəbulu məntəqələrinə satıb pul əldə etmişdir. Hal-hazırda subaydır, əvvəllər məhkum olunmamışdır. xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında Balaxanı zibilxanasında dəmir metal yığarkən zibillərin arasından ağ rəngli üzərində "Bekk" yazısı olan selofan torba görmüşdür. Həmin torba diqqətini çəkdiyindən içərisində hər hansı bir əşya olub-olmadığına baxmaq üçün yerdən götürmüşdür. Həmin selofanı açdıqda içərisində gümüşü rəngli paslanmış tapança və 3 ədəd patron olduğunu görmüşdür. Ona maraqlı olduğu üçün içərisində tapança və patronlar olan həmin selofanı götürüb yaşadığı evə gətirmişdir. Daha sonra tapança evdə qalmışdır. Sonradan həmin tapançanı bir ustaya aparıb işlək olub-olmadığını öyrənmək qərarına gəlmişdir. Həmin silahın yanında olan patronlar silahın darağına uyğun gəlmədiyindən silahı yoxlaya bilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 12 radələrində həmin silahı və patronları evdən götürmüşdür. Patronları şalvarının sol cibinə, tapançanı isə şalvarın bel hissəsinə keçirdib evdən çıxmışdır. Sabunçu stansiyasının yaxınlığında yerləşən “rus bazarına” getmək niyyətində olmuşdur. Çünki, orada qədim əşyalar satan şəxs olduğunu və həmin şəxsin tapdığı tapançanın dəyəri barədə məlumat verə biləcəyini düşünmüşdür. Sabunçu dəmir yolu vağzalı istiqamətinə dəmir yolu kənarı ilə gedərkən 3 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini X11 İdarəsinin CAŞ-nin əməkdaşları kimi təqdim edərək onu polis idarəsinə dəvət etmişlər. Səbəbinin isə qanunsuz odlu silah əldə edib, saxlamaqda və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Polis idarəsinə gətirildikdən sonra müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs qismində tutulduğunu bildirmişlər. Bundan başqa, ona hüquq və vəzifələri izah olunmuş və əlavə olaraq onu təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi barədə qərarla tanış edib, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Onun üzərində şəxsi axtarış keçirilən zamanı, üzərində hər hansı bir qanunla qadağan edilən əşyanın olub-olmaması soruşulmuş, olduğu təqdirdə isə orada olan masanın üzərinə qoyması təklif edilmişdir. O, isə geyinmiş olduğu tünd göy rəngli şalvarının bel hissəsinə əvvəlcədən keçirib saxladığı gümüşü rəngli yarı paslanmış tapançanı və bundan əlavə sol yan cibindən 3 ədəd patron çıxarıb masanın üzərinə qoymuşdur. Həmin tapançanın sandıqçası açıldıqda içərisində patronların olmadığı aşkar edilmişdir. Baxış zamanı tapançanın üzərində “Belçika” istehsalı və üzərində zavod üsulu ilə “Browninq Brevete" markalı 250502 nömrəsi həkk olunduğu müəyyən olunmuşdur. Sorğu zamanı həmin tapançanı xx xxxxxx 2020-ci il tarixdə Balaxanı zibilxanasından tapdığını, xx xxxxxx 2020-ci il tarixdə isə həmin tapançanı və patronları evdən götürüb ustaya yoxlatmaq üçün apardıqda Sabunçu dəmir yolu stansiyası ərazisində DYNPİ-nin əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Şəxsi axrlarış zamanı onun üzərindən iş üzrə əhəmiyyət kəsb edən başqa əşya aşkar olunmamışdır. Ondan aşkar olunaraq götürülmüş tapança və 3 ədəd patronlar iştirakçıların müşaiyəti altında qablaşdırılaraq möhürlənmiş, iştirakçılar və onun tərəfindən bağlamanı imzalamışlar. Silahı maraq üçün özündə saxlamış və üzərində gəzdirməkdə hər hansı bir məqsədi və niyyəti olmamışdır. Silahı bazara aparıb yoxlatdırmaq istəmiş, satmaq niyyəti olmamışdır. Silahdan ümumiyyətlə istifadə etməmişdir. Silahın yanında olan patron silaha uyğun gəlməmişdir. Silahı yaşadığı evdə saxlamasından ailə üzvlərinin məlumatı olmamışdır. Bundan başqa da silah tapması barədə heç bir şəxsə məlumat verməmişdir. Sonda törətdiyi cinayət əməlinin etiraf edərək peşman olmasını bildirərək məhkəmədən yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, DYNPİ-nin CAŞ-nin Xüsusi ilə X12 baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx xxxxxx 2020-ci il tarixdə ona məxfi mənbədən “Sabunçu” dəmir yolu stansiyasının ərazisində “Mədət” adlı şəxsin qanunsuz olaraq odlu silah əldə etməsi, saxlaması və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. O, bu barədə raportla idarə rəhbərliyinə müraciət etmiş və daha sonra əldə etdiyi əməliyyat məlumatlarına əsasən tərəfindən təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Qərar əsasında ondan və DYNPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik tərəfindən həyata keçirilmişdir. Qrup üzvləri əməliyyat tədbiri keçirilməmişdən qabaq tərəfindən təlimatlandırılmışdır. Daha sonra məlumatı yoxlamaq və “Mədət” adlı şəxsin qanunazidd əməllərinin ifşa edilməsi məqsədi ilə “Mədət” adlı şəxsin zahiri görünüşü və Sabunçu dəmir yolu stansiyasında olmasını dəqiqləşdirib xx xxxxxx 2020-ci il tarixdə həmin ünvana Şahid1 və Şahid3lə birlikdə getmişlər. Orada, yəni “Sabunçu” dəmir yolu stansiyasının ərazisində dəmir yolu piyada keçidinin yaxınlığında zahiri görünüşündən “Mədət” adlı şəxsə oxşar təxminən 22-25 yaşlarında bir nəfər şəxsin orada olduğunu görüb saat təxminən 11:15-də ona yaxınlaşmışdır. Onlar özlərini təqdim edib onun odlu silah əldə edib saxlamasında və daşımasında şübhəli olduğunu bildirərək onu DYNPİ-yə dəvət etmişlər. Həmin şəxs özünü xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və heç bir etiraz etməmiş, onlarla birlikdə DYNPİ-nin inzibati binasına gəlmişdir. Təqsirləndirilən şəxs idarədə növbətçi hissəyə təhvil vermişlər. O, odlu silah əldə edib daşımasında şübhəli olduğu üçün oraya təhqiqatçı dəvət olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin oldunduqdan sonra şübhəli şəxs qismində tutulmuşdur. Sonra ona hüquq və vəzifələri izah olunmaqla təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsi barədə qərarla tanış edilmişdir. Daha sonra üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış videoçəkilişlə idarənin inzibati binasında növbətçi hissənin qarşısında keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olmuş qanunsuz əşyaları və sənədləri orada olan masanın üzərinə qoyması təklif edilmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən üzərində olmuş şalvarın bel hissəsindən bir ədəd gümüşü rəngli yarı paslanmış tapançanı və şalvarın sol yan cibində olan üç ədəd patronu masanın üzərinə qoymuşdur. Həmin tapançanın sandıqçası üzərində olmuş və açıldıqda içərisində patron aşkar edilməmişdir. Tapançaya baxış zamanı həmin tapançanın Belçika istehsalı olmaqla, üzərində “Browninq Brevete” sözləri və 250502 nömrəsi həkk edilməsi müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin tapançanı xx.xx.2020-ci il tarixdə Balaxanı zibilxanasından tadığını və ondan sonra aparıb evində gizli saxladığını, daha sonra xx.xx.2020-ci il tarixdə isə həmin tapançanı və patronları evdən götürüb ustaya yoxlatmaq üçün apardıqda Sabunçu dəmir yolu stansiyasının ərazisində polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Aşkar edilmiş tapança və üç ədəd patron təhqiqatçı tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə idarənin “Zərflər" üçün möhürü vurulmuşdur. Həmin zərf iştirakçılar tərəfindən imzalanmqala götürülmüşdür. Bundan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilməsi və götürmə haqqında protokol tərtib olunub iştirakçılara ucadan oxunmuşdur. Heç bir əlavə və qeyd daxil olmamış, protokol doğru hesab edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş DYNPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 da Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə baxışı zamanı tədqiq olunmuş işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 20/416R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 250502 nömrəli silah zavod üsulu ilə Belçika dövlətində istehsal olunmuş 7,65 mm kalibrli, 1900-cü il modelli olan, Brauninq konstruksiyalı tapançadır, yivli dolu silahdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş daraq zavod üsulu ilə istehsal olunmuş Brauninq konstruksiyalı tapançaların komplekt-hissəsidir-darağıdır, içərisinə 07 ədəd 7,65 mm kalibrli patronların yerləşdirilməsi üçün nəzərdə tutulmuşdur, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim olunmuş 03 ədəd patron zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x19 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır atəş üçün yararlıdır. Təqdim edilmiş 03 ədəd 9x19 mm kalibrli patronlardan 01 ədədi eksperimental atəş zamanı istifadə olunmuşdur. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-in KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edildi. Müqayisə zamanı eynilik aşkar edilmədi (i/v 28- 32). İş materiallarına əlavə olunmuş maddi sübut kimi tanımaq və saxlanılmaya təqdim etmək haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə bir ədəd 250502 nömrəli, zavod üsulu ilə Belçika dövlətində istehsal olunmuş, 7,65 mm kalibrli, 1900-cü il modelli, komplekt hissəsi olan darağı ilə birlikdə, texniki cəhətdən saz və atəş üçün yararlı Brauninq konstruksiyalı yivli odlu silah hesab olunan tapança və zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x19 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı döyüş sursatı olan 3 ədəd patronun maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalan iki ədəd patronla birlikdə saxlanılması üçün NBPİ-nin Təchizat Bölməsinə təhvil verilməsi qərara alınmışdır (i/v 96-97). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v 99-100). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2020-ci il tarixli protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Nəsimi rayon məhkəməsinin 4(006)-511/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 16, 71-72). İş materiallarına əlavə olunmuş olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin, məhkəmə-ballistik ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 3/110 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş silah Belçikada zavod üsulu ilə istehsal edilmiş 7,65 kalibrli Browning M1900 modelli, 250502 nömrəli yarımavtomatik tapançadır, üzərində təyinatı dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir - yivli odlu döyüş silahı hesab edilir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. Tapança ilə birlikdə təqdim edilmiş 1 ədəd sandıqça Browning M1900 modelli yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 07 ədəd 7,65x17 mm kalibrli patron tutumuna malik olan, zavod üsulu ilə istehsal edilmiş sandıqçadır, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 2 ədəd patron "Zəfər K”. “Mətin”, “Luger P08” (“Parabellum”), “Mauser”, “Walter P.38”, 1935-ci il modelli “Browning”, “Colt Commander” və digər konstruksiyalı tapançalarda, “Sten Mk1”, “Sterling L2A3”, “Bergmann MP34-1”, “Erma”, “Schmeisser JR İ8-1”, “MP-38”, “MP-40”, “UZİ” markalı tapança-pulemyotlarda və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal edilmiş 9x19 mm kalibrli patronlardır-döyüş sursatlarıdır, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdırlar (i/v 91-95). Tədqiqata təqdim edilmiş Browning M1900 modelli, 250502 nömrəli tapançanın kalibri 7,65 mm və tədqiqata təqdim edilmiş 2 (iki) ədəd patronun kalibiri 9 mm olduğundan (patronlar tapançanın patronİuğunda yerləşmədiyi üçün), həmin patronlardan istifadə etməklə tədqiqata təqdim edilmiş tapançadan atəş açılması mümkün deyildir (i/v 91-95). İş materiallarına əlavə olunmuş olunmuş Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Balaxanı Qəsəbəsi üzrə Nümayəndəsi Mehrəliyev M.Ə. tərəfindən DYNPİ-nin İstintaq və Təhqiqat bölməsinin baş müstəntiqi Cəlal Məmmədova ünvanlanan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi S.Mənsur küçəsi ev 44 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birgə yaşayıb və onun barəsində Balaxanı qəsəbə nümayəndəliyinə yazılı surətdə şikayət ərizəsi daxil olmamışdır (i/v 111). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxx 2005-ci il tarixli, 2 saylı qərarında qeyd olunmuşdur ki, CM-nin 228.1-ci maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdrmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istina edilməklə xəncər, beybut, ov bıçağı, qılınc,süngü bıçaqları və s.) kəsici- deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan (nizə, döyüş baltası, və s.), eləcə də zərbə-dağıdıcı təsirli (əşyalarbeşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s.) aid edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan ekspertiza xərci 64 (altmış dörd) manat pul tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin NBPİnin Təchizat Bölməsinə saxlanılan bir ədəd 250502 nömrəli, zavod üsulu ilə Belçika dövlətində istehsal olunmuş, 7,65 mm kalibrli, 1900-cü il modelli, komplekt hissəsi olan darağı ilə birlikdə, texniki cəhətdən saz və atəş üçün yararlı Brauninq konstruksiyalı yivli odlu silah hesab olunan tapança və zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x19 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı döyüş sursatı olan və ekspertiza tədqiqatından sonra qalan iki ədəd patron Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına və məhkəmə istintaqı dövründə göstərilmiş hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, xx xxxxxx 2020-ci il tarixli “müdafiəçi dəvət edilməsi haqqında” qərardan, ********* saylı cinayət işi üzrə tərtib edilmiş ittiham aktına əlavə edilmiş arayışdan və iş materiallarında olan “vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə” hesabatdan görünür ki, həmin cinayət işi üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən hüquqi yardım göstərilmişdir. Həmçinin cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(006)-368/2020 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx xxxxxx 2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 35 (otuz beş) iş saatı həcmində hüquqi yardımla bağlı X4 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat və məhkəmə istintaqı dövründə göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin NBPİ-nin Təchizat Bölməsinə saxlanılan bir ədəd 250502 nömrəli, zavod üsulu ilə Belçika dövlətində istehsal olunmuş, 7,65 mm kalibrli, 1900-cü il modelli, komplekt hissəsi olan darağı ilə birlikdə, texniki cəhətdən saz və atəş üçün yararlı Brauninq konstruksiyalı yivli odlu silah hesab olunan tapança və zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x19 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı döyüş sursatı olan və ekspertiza tədqiqatından sonra qalan 02 (iki) ədəd patron Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat və X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-111/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-111/2021
16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver